Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7001, EUR 2.1335, TRY 0.4521, RUB 0.0302, CNY 0.2681, GEL 0.6904, GBP 2.4037, IRR 0.0038, JPY 1.6085, XAU 2310.4274, XAG 28.7542, XPT 1713.3948, XPD 1738.3523
(Azərbaycan) Aslan Əzimzadə. Beynəlxalq təcrübədə xarakterizə olunan maliyyə sistemlərinin və yerli özünüidarəetmə modellərinin qarşılıqlı müqayisəsi
12778794_681783298631487_3957483190875606725_o

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Beynəlxalq təcrübədə xarakterizə olunan maliyyə sistemlərinin və yerli özünüidarəetmə modellərinin qarşılıqlı müqayisəsi

 

Bu araşdırmamızda dünyada mövcud olan maliyyə sistemlərinin və yerli özünüidarəetmə modellərinin qarşılıqlı müqayisəsinin təhlilini aparmışıq

 

YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ ANQLO-SAKSON,KONTİNENTAL VƏ QARIŞIQ MODELLƏR

Beynəlxalq təcrübədə yerli özünüidarəetmə orqanları əsasən anqlo-sakson,kontinental və qarışıq modellər ilə xarekterizə olunur.

Yerli özünüidarənin anqlo-saks modeli əsasən Böyük Britaniyada, Amerika Birləşmiş Ştatlarında, Kanadada, Hindistanda, Avstraliyada,Yeni Zelandiyada və s. dövlətlərdə yayılmışdır.Bu modelin əsas xüsusiyyətləri aşağıdakılardır

  1. Yerli özünüidarəetmə orqanlarının sərbəstliyi.
  2. Yerlərdə yerli özünüidarəetmə orqanlarına və onların maliyyə sisteminə nəzarət edən mərkəzi hökumətin səlahiyyətli nümayəndələrinin olmaması.

Yerli özünüidarənin kontinental modeli isə anqlo-sakson modelindən nəzərəçarpacaq qədər fərqlənir.Bu model əsasən Bu model yalnız kontinental Avropa dövlətləri üçün deyil, həmçinin Latın Amerikasının, Yaxın Şərqin, fransız dilli Afrika dövlətləri üçündə xarakterikdir.

Bu modeli anqlo-sakson modelindən fərqləndirən əsas cəhət aşağıdakılardır.

  1. Yerli özünüidarəetmədə aşağı pillələrin, yuxarı pillələri tabeliyi.
  2. Yerli səviyyədə yerli özünüidarəetmə orqanlarına və onların maliyyə sisteminə nəzarət edən mərkəzi hökumətin səlahiyyətli nümayəndələrinin olması.

Qarışıq modelinin özünəməxsus əlaməti kimi kifayət qədər daha aşağı ərazi səviyyəsində muxtar yerli özünüidarəetmənin daha yüksək səviyyədə dövlət idarəçiliyi ilə kombinə edilməsini hesab etmək olar.

Həmçinin onuda qeyd etmək istərdim ki,İEO ölkələrində yerli maliyyə dövlət maliyyə sistemində xüsusi yeri tutur. Belə ki, ABŞ-da dövlət maliyyə resurslarının 50-60 faizi, Yaponiyada isə 30 faizi yerli maliyyənin öhdəsinə düşür.Həmçinin Yerli büdcəyə  maliyyə resurslarının cəlb olunmasında bələdiyyə qiymətli kagızları xüsusi rol oynayır.Dünyada ən böyük qiymətli kağızlar bazarı ABŞ-dadır. Yaponiyada bələdiyyə istiqarzları, əsasən təhsil, kənd təsərrüfatı vətəbii fəlakətlərlə mübarziə məqsədi üçün buraxılır.

 

ANQLO-SAKSON VƏ KONTİNENTAL MALİYYƏ SİSTEMLƏRİ

Hal hazırda dünyada maliyyə sistemləri adətən 2 yerə bölünür. Anqlo-sakson və Kontinental

Anqlo-sakson modeli aşağıdakı kimi xarakterizə olunur

  1. Tətbiq olunduğu ölkələr.

Fond bazarının anqlo-sakson modeli əsasən ABŞ, Böyük Britaniya, Kanada və Avstraliya üçün xarakterikdir.

  1. İnvestisiya mənbəyi

Real sektorda əsas investisiya mənbəyi fond bazarıdır.

  1. Fond bazarının əsas maliyyə alətləri

Belə bir model bir çox maliyyə alətləri ilə xarakterizə olunur.Lakin xüsusilə istiqrazlar bu modeldə daha böyük məna kəsb edir.Hətta bank kreditləri də tez-tez istiqraz formasında sənədləşdirilir.

  1. Fond bazarının institutları

Bu modeldə çoxlu sayda ixtisaslaşmış maliyyə təşkilatları fəaliyyət göstərir.Məsələn, hec-fondlar, reytinq agentlikləri (Standard and Poor’s, Moody’s, Fitch).Banklar arasında isə əsas yeri ixtisaslaşmış (investisiya, ipoteka və s) banklar tutur.

 

Kontinental model aşağıdakı kimi xarakterizə olunur.

 

  1. Tətbiq olunduğu ölkələr.

Maliyyə sisteminin kontinental modeli əsasən kontinental Avropa ölkələri üçün xarakterikdir.

  1. İnvestisiya mənbəyi

Əsas investisiya mənbəyi bank kreditidir

  1. Fond bazarının əsas maliyyə alətləri

İstiqraz bazarının həcmi kommersiya kreditinin həcmindən çox azdır. Digər xüsusiyyət isə maliyyə məhsullarının nisbətən sadəliyidir

  1. Fond bazarının institutları

Fond bazarında böyük banklar tez-tez iddiaçılar kimi təmsil olunurlar və bir qayda olaraq onlar universaldır həmçinin istənilən bir fəaliyyət həyata keçirə bilərlər. Kollektiv investisiyalar institutlarına gəldikdə, onlar anqlo-sakson  modelinə  nisbətdə daha kiçik bir rol oynayırlar.

Tələbə Elmi Cəmiyyətinin sədri Aslan Əzimzadə

 

Ədəbiyyat

M.Səlimzadə və Q.Xəlilov. (2010) “YERLİ ÖZÜNÜİDARƏETMƏ: ANLAYIŞ, TƏCRÜBƏ, ƏMƏKDAŞLIQ, HÜQUQİ ƏSASLAR”,Elm və təhsil,Bakı, s. 16-19

«ВЕСТНИК ЭКОНОМИКИ,ПРАВА И СОЦИОЛОГИИ» № 2, В.А.Семененко (2008), «Германская и англосаксонская финансовые модели в мире и в России»,Казань, стр.64

 

(Azərbaycan) Aslan Əzimzadə. Azərbaycanın ixrac xəritəsi korporativ biznes subyektləri kontekstində
azex2

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Azərbaycanın ixrac xəritəsi: Korporativ biznes subyektləri kontekstində

 

Ümumiyyətlə ölkənin ixrac xəritəsi dedikdə, ölkədə istehsal olunan məhsulların və edilən xidmətlərin ixracının coğrafi istiqamətlərinin koordinatlarının təsviri başa düşülür.Məsələn deyək ki, Azərbaycanda brend məhsullar istehsal olunur.Bəs bu brend məhsullar hansı istiqamətdə hansı ölkələrə ixrac edilə bilər? Potensial olaraq deyək ki, Pakistan, Fransa, Rusiya, Burkina Faso, Kanada və s.

06

Biz buradan görürük ki, Azərbaycan Ön Asiyada yerləşən kiçik bir ölkə olsa da, onun milli iqtisadiyyatında fəaliyyət göstərən iri biznes subyektlərinin ixrac potensialı öz brend məhsullarını hansı coğrafi istiqamətlərdə satışa yönəldib reallaşdıra bilər və həmin reallaşdırılan məhsullardan öz ölkəsinə valyuta gəlirləri idxal edə bilər.Yəni bu valyuta axını iri biznes subyektlərinin düzgün istiqamətdə ixracından asılıdır.

Fərz edək ki, biz qeyri-neft sektoruna dəfələrlə investisiya yatırımını artırdıq, resursları dövriyəyə gətirdik, əlavə dəyər yaratdıq və çoxlu məhsullar istehsal etdik.O zaman satış bazarımız necə olacaq? Azərbaycanın qeyri-neft məhsullarının əsas satış bazarı ənənəvi olaraq post-sovet məkanı olmuşdur.Xüsusi ilə də Rusiya.Rusiyanın isə Azərbaycana münasibəti bir az qeyri ciddidir.Çünki istədiyi vaxt gömrük sərhədlərini açır istədiyi vaxt isə bağlayır.Belə olan təqdirdə Azərbaycan öz ixrac xəritəsini yaratmalıdır.Bu ixrac xəritəsini yaratmaq üçün isə Azərbaycana həm istehsal sahəsində həm menecment sahəsində həm də marketinq sahəsində güclü mütəxəssislər lazımdır.Bu güclü mütəxəssislər satış və bazarlarla bağlı dünyada olan bütün məlumatları toplamalı və bu informasiyalar ötürülülməlidir Azərbaycanın korporativ biznes subyektlərinə.Məsələn deyək ki,mütəxəssislərin araşdırmaları nəticəsində yeni satış bazarları aşkar olunmuşdur və bu satış bazarlarının həcmi 1 trilyon dollardır.Bu 1 trilyonun içərisində bizim xüsusi çəkimiz 0-dır.Əgər bu 1 trilyonu biz 100 faiz götürsək Azərbaycanın potensial imkanları nəticəsində biz öz xüsusi çəkimizi 5 faizəcən yüksəldə bilərik və ən azı 1 faiz xüsusi çəkinin yaranması Azərbaycan üçün 10 milyard dollar deməkdir

19190768_929597450516736_816510109_n

Ona görə də bu ixrac xəritəsinin Azərbaycanda yaradılması dövlətimiz üçün strateji əhəmiyyət kəsb edən bir məsələdir.Həmçinin biz paralel olaraq brend məhsulları istehsal edən korporativ biznes subyektlərimizi də formalaşdırmalıyıq.Hansı sahələr bizdə rəqabətətablı məhsul buraxa bilib həmin məhsulu ixraca yönəldə bilərsə, o sahənin  inkişaf  etdirilməsi zəruridir.İnkişaf deyəndə ona yalnız investisiya dəstəyi vermək nəzərdə tutulmur.Ona bütün dəstəyi (maliyyə dəstəyi, vergi dəstəyi, gömrük dəstəyi, informasiya dəstəyi, ixracın stimullaşdırılması və s.) verərək ölkə iqtisadiyyatında klasterləşdirmə aparmaq nəzərdə tutulur

lons-1

Sonda təklif kimi deyə bilərəm ki, Azərbaycanda ixrac xəritəsinin, korporativ biznes subyektlərinin, orta və kiçik biznes subyektləri arasında iş birliyinin və ixraca dəstəyin yaranması üçün xüsusi dövlət proqramına ehtiyac vardır.

Mənbə: Azexport.az

 

Tələbə Elmi Cəmiyyətinin sədri Aslan Əzimzadə

Elmi rəhbər i.e.n., dos. Mənsur Bərxudarov

 

 

(Azərbaycan) Aslan Əzimzadə. Azərbaycanın post-neft dövründən sonrakı sosial-iqtisadi inkişafı və perspektivlər
Ноябрь 1, 2016
1
economic-growth

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Azərbaycanın iqtisadiyyatının inkişafında Ümumilli lider H.Əliyevin rolu.

1993-cü ildə Ümumilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycanda istər iqtisadi, istər sosial sahədə ciddi siyasət yeridilməyə başladı.Ümumilli liderimizin birinci addımı siyasi,iqtisadi və sosial sahədə makrostabilliyi təmin etmək olmuşdur.1994-cü il sentyabrın 20-də Ulu Öndərin təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin imzalanması yeni neft siyasətinin əsasını qoydu və makroiqtisadi stabilliyi bərpa etdi.Makrostabillik təmin olunandan sonra 1995-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatı stabil sosial-iqtisadi inkişaf yoluna qədəm qoymuşdur.Belə ki 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1%, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2%, kənd təsərrüfatı istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə,orta aylıq real əmək haqqı 5,1 dəfə artmış, inflyasiya səviyyəsi 2-3%-ə qədər azalmışdır (1).

Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələ.

2003-cü ildən başlayaraq artıq Azərbaycanda sosial-iqtisadi inkişafda yeni bir mərhələ ortaya çıxır.Bu yeni mərhələ Prezident cənab İlham Əliyevin siyasəti ilə bağlıdır.2006-cı ildə Bakı-Tblisi-Ceyhan neft kəmərinin işə salınması ilə Azərbaycanda neftdən gələn gəlirlərin həcmi böyüyür,bu gəlirlər hesabına Azərbaycanın sosial-iqtisadi inkişafında sürətli inkişaf dövrü başlayır və bu sürətli inkişaf Azərbaycanı elə bir səviyyəyə gətirib çıxarır ki,Azərbaycan bütün dünyada o cümlədən də keçmiş sovet məkanında fəaliyyət göstərən ölkələr içərisində makroiqtisadi göstəricilərə görə xüsusi ilə də ÜDM göstəricisinə və adambaşına düşən gəlirə görə ilk yerlərdən birini tutur.2008-ci ildə dünyanı ağuşuna alan maliyyə böhranında Azərbaycan öz sosial-iqtisadi vəziyyətini qoruyub saxlaya bilmişdir.Bu isə Azərbaycan iqtisadiyyatında aparılan düzgün sosial-iqtisadi siyasətin bariz nümunəsidir.Bütün bunların nəticəsi olaraq növbəti illərin statistik göstəricilərinə nəzər salsaq görərik ki,2004-2009-ci illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artmışdır. Ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılmış və onun həcmi 26 milyard ABŞ dollarını ötmüşdür ki, bu da xarici dövlət borcundan 8 dəfə çoxdur (1).2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 6 faizə endirilmişdir.Bu, yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir(2).

Neft iqtisadiyyatından, bilik iqtisadiyyatına keçid dövrü və qeyri-neft sektorunun inkişafı.

2012-ci ildən başlayaraq Azərbaycanda sosial-iqtisadi siyasətin yeni bir dövrü başlanıldı.Bu yeni dövr İlham Əliyevin uzaqgörənliyi ilə səciyyələnir.Belə ki, prezident İlham Əliyev “Azərbaycan 2020: Gələcəyə baxış” iqtisadi inkişaf konsepsiyasının təsdiq edilməsi haqqında 2012-ci il 29 Dekabr tarixli fərmana imza atdı və ilk dəfə olaraq neft iqtisadiyyatından, bilik iqtisadiyyatına innovativ şəkildə keçmək məqsədini ortaya qoydu (3).Yəni bununla bütün Azərbaycan xalqına mesaj göndərdi ki, Azərbaycan gələcəkdə artıq neft gəlirləri ilə inkişafını təmin edə bilməz, Azərbaycanın sabitqədəmli, dayanıqlı sosial-iqtisadi inkişafının təminatçısı yalnız elm və innovasiya sahəsi ola bilər.Odur ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamına əsasənAzərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qəbul olundu və təhsildə köklü şəkildə islahatlar aparılmağa başlanıldı.Təhsildə, yəni sosial sahədə aparılan bu islahatlar iqtisadi sahə ilə paralel aparıldı.İqtisadiyyatda, idxal və ixrac prosesində diversifikasiya siyasəti aparılır.Belə ki, neftdən Azərbaycan iqtisadiyyatının asılılığını maksimum azaltmaq üçün dövlət bütün kompleks tədbirləri həyata keçirir.Əgər ölkə rəhbərliyi vaxtında düzgün iqtisadi siyasət qurmasa və qeyri-neft sektoruna investisiya qoymayasaydı bu gün Azərbaycanı «Hollandiya sindromu» gözləyəcəkdi. Ölkə Prezidentinin  2014-cü il 12 mart tarixli sərəncamı ilə Azərbaycan Respublikasında bu ilin“Sənaye ili” və 2015-ci il 12 yanvar tarixli sərancamı ilə  ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi bu düzgün iqtisadi siyasətin sübuta ehtiyacı olmayan dəlilidir.Odur ki, 2016-cı ilin son 9 ayının sosial-iqtisadi inkişaf göstəricilərinin yekunlarına əsaslanaraq biz deyə bilərik ki,Azərbaycanda diversifikasiya olunmuş iqtisadiyyat artıq fəaliyyət göstərir.Azərbaycan iqtisadiyyatının neft gəlirlərindən asılılığı artıq 30 faizə düşmüşdür və Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizdə qalmaqda davam edir(4).Bu isə böyük göstəricidir.

Regionların sosial-iqtisadi inkişafı.

Regionlarda isə qeyri-neft sektorunun inkişafını tezləşdirmək,yoxsulluğun səviyyəsini aşağı salmaq,yeni iş yerləri yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq edilmişdir.Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında qarşıya qoyulan vəzifələr  uğurla həyata keçirildikdən sonra 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənmişdir. Həmin ikinci dövlət proqramı çərçivəsində dövlət tərəfindən bölgələrə yatırılan investisiyaların həcmi ildən-ilə daha da artırmışdır.Ölkə başçısı İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq olunması məhz birinci və ikinci Dövlət Proqramlarının uğurlu fəaliyyəti ilə səciyyələnir.Bu Dövlət Proqramlarının nəticəsi olaraq bölgələrdə sosial-iqtisadi inkişaf yüksələn xəttlə müşahidə olunur.

Transregional layihələrin Azərbaycan iqtisadiyyatının inkişafında rolu.

Azərbaycan iqtisadiyyatının inkişafında müstəsnə rol oynaya biləcək transregional layihələr sırasında Trans-Adriatik (ТАР)Trans-Anadolu (ТАNАР) qaz kəməri layihələri dayanır.

southern-corridor-map

 

 

 

 

TANAP və TAP layihələri sayəsində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu həmçinin Azərbaycanın bir çox Avropa ölkələrinə çıxış imkanlarını getdikcə artıracaqdır.Layihə çərçivəsində həyata keçirilən investisiya proqramı ölkəmizə sərmayə axınını təmin edə bilər.Həmçinin Azərbaycan Şərq və Qərb arasında olan bir körpü kimi də gözləntiləri çox ola bilər.Azərbaycan Cənubi Qafqaz koridorunda iştirak edir və bu koridorda xüsusi ilə Çinin marağı vardır.Əgər TRASEKA proqramı həyata keçirilsə, o Azərbaycandan gəlib keçir və Azərbaycandan gəlib yük daşımalarını həyata keçirən Çin öz məsrəflərini 2 dəfə azaldır.Bu Çin üçün xeyirdir.Eyni zamanda Qərb ölkələrinin Çin ilə əməkdaşlığı yənə Azərbaycandan gəlib keçir. Belə olan halda Azərbaycanın dövlət yükdaşımalarından aldığı tranzit pulu indiki Azərbaycanın Ümümi Daxili Məhsulundan çox ola bilər.

Azərbaycan 2020. Sosial yönümlü yeni sənayeləşmiş ölkə (YSÖ)

Əgər bu formada da Azərbaycanın sosial-iqtisadi inkişafı gələcəkdə davam etsə düşünürəm ki, 2020-ci ildə Azərbaycan sosial yönümlü yeni sənayeləşmiş ölkə(YSÖ) (5) statusunu almaq məqamına yaxınlaşacaqdır.Yəni Azərbaycanın “inkişaf etmiş ölkə” statusunu almaq üçün bu mərhələni yəni, yeni sənayeləşmiş ölkə (YSÖ) mərhələsini keçməsi zəruridir.YSÖ statusunu almaq üçün isə diversifikasiya olunmuş iqtisadiyyat mütləq formalaşdırılmalıdır, sosial sahədə köklü islahatlar başa çatmalıdır xüsusilə də təhsil sahəsində.Yenilənmiş və modernlənmiş iqtisadiyyatın kadr təminatı məhz modern iqtisadiyyata uyğun gəlməlidir.Odur ki, Azərbaycanın bütövlükdə təhsili Qərb standartlarına uyğunlaşdırılır və orda olan tədris planlarına,kurrikuluma uyğun olaraq modifikasiya edilir (6) .Bütün bunlar bizə onu deməyi əsas verir ki, Azərbaycanın sosial-iqtisadi inkişafı təminatlı, dayanıqlı olacaq və ancaq yüksələn xətt üzrə inkişaf edəcəkdir.

İstifadə olunmuş ədəbiyyat.

  1. “İqtisadiyyat” naziri Şahin Mustafayevin «İqtisadi inkişafın Azərbaycan modeli» tədbirindəki çıxışı. Bakı-2012.
  2. Prezident İlham Əliyevin “The business year” jurnalına verdiyi müsahibə 2013-cü il. (http://president.az/mobile/articles/7708)
  3. “Azərbaycan 2020: Gələcəyə baxış” iqtisadi inkişaf konsepsiyası.
  4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi.2016-cı ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri. (http://www.stat.gov.az/macroeconomy/)
  5. Azərbaycan Respublikasının Konstitusiyası.Bakı-2016.
  6. “Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”. Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə TƏSDİQ EDİLMİŞDİR.

Tələbə: Aslan Əzimzadə

Elmi rəhbər: i.e.n. dos. Mənsur Bərxudarov

(Azərbaycan) Regional və milli inkişaf:Avrasiya İqtisadi İttifaqının formalaşması kontekstində
Flag_of_the_Eurasian_Economic_Union.svg

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Avrasiya İqtisadi İttifaqı bu 29 may 2014-cü il tarixində imzalanmış sazişlə yaradılan beynəlxalq iqtisadi inteqrasiya təşkilatıdır.Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb. Onun tərkibinə Rusiya,Qazaxıstan,Belorusiya,Ermənistan və Qırğızıstan daxildir.Bu birlik dünya bazarında ölkələrin rəqabət modernləşdirilməsi, iştirakçı ölkələrin iqtisadiyyatı və qarşılıqlı iqtisadi əməkdaşlığın inkişafını gücləndirmək üçün yaradılmışdır.

Həmçinin informasiya əməkdaşlığı və statistika,Gömrük İttifaqının fəaliyyəti,tibbi ləvazimatların və müalicə vasitələrinin dövriyyəsinin nizamlanması,gömrük nizamlanması, xarici ticarət siyasəti,texniki nizamlanma, sanitar, veterinar-sanitar, karantin və fitosanitar tədbirlər, istehlakçıların hüquqlarını müdafiə,makroiqtisadi siyasət,valyuta siyasəti,xidmət ticarəti, idarələr, investisiyaların həyata keçirilməsi,maliyyə bazarlarının nizamlanması,vergilər və ödəmələr,rəqabətin prinsip və qaydaları,təbii monopoliyalar,energetika,nəqliyyat,dövlət (bələdiyyə) satınalmaları,intellektual mülkiyyət, sənaye və aqrar sənaye kompleksi,əmək miqrasiyası İttifaqın əsas prioritet sahələrindəndir.
Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üç ssenari üzrə baş verə bilər.
1)Avrasiya İqtisadi İttifaqının fəaliyyətinin uğurlu olacağı halda Cənubi Qafqaz və Mərkəzi Asiyanın iqtisadi davranışı.
2)Rusiya,ABŞ,Avropa Birliyi və Çin arasındakı cari “Status-kvo”nun (beynəlxalq hüquqda mövcud olan, yaxud müəyyən momentdə mövcud olmuş faktik və ya hüquqi vəziyyəti ifadə etmək üçün işlədilən termin) qorunub saxlanılması zamanı Cənubi Qafqaz və Mərkəzi Asiyanın iqtisadi davranışı.
3) Avrasiya İqtisadi İttifaqının fəaliyyətinin uğursuz olacağı halda Cənubi Qafqaz və Mərkəzi Asiyanın iqtisadi davranışı.
Birinci halda yəni Avrasiya İqtisadi İttifaqının fəaliyyətinin uğurlu olacağı halda Cənubi Qafqaz və Mərkəzi Asiyanın iqtisadi davranışı necə olacaq?
Əlbəttə ki, Avrasiya İqtisadi İttifaqı ilə sıx əməkdaşlığa girəcəkdir.Sıx əməkdaşlıq dedikdə yəni o təşkilatın üzvü olmaq ya müşahidəçi statusunda ya real statusda orda iştirak etmək və oranın bizə verdiyi geniş imkanlardan istifadə etmək deməkdir.Bütün Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri kimi o cümlədən Azərbaycan.Artıq Qazaxıstan və Qırğızıstan hətta Ermənistan oranın üzvüdür.Amma biz Ermənistanla bahəm oranın üzvü ola bilmərik.Çünkü bizim böyük problemimiz var-Qarabağ problemi.Ermənistan bizim Qarabağımızı qaytarmasa,biz o ittifaqda ola bilmərik.Bizi də ora qəbul etməyə imkan verməyən məhz bu faktordur.Əslində bizə üzv olmaq sərf eləyir.Böyük bazar,rəqabətətablılıq səviyyəsi uyğun gəlir,çoxlu gəlirlər var,Azərbaycan iş adamları orda qazana da bilər,investisiya da qoya bilər,ticarət də edə bilər amma Qarabağ problemi ki, var Ermənistan orda olduğu üçün biz ora girə bilmərik.Uğurlu olduğu halda da biz ora girə bilmərik.Ancaq Qarabağ problemi uğurlu həll olunması təqdirdə biz ora daxil ola bilərik.Hətta bizə ordan indiki gəlirlərimizdən 10 dəfələrlə artıq gəlirlər gəlsə biz ora girmərik.Bizim düşmənimiz olan yerdə biz ola bilmərik!
İkinci halda sadaladığımız dövlətlər arasında cari “status kuo” qorunub saxlanılsa Azərbaycan gərginlik və basqı çərçivəsində yaşayacaqdır.

Əgər hadisələr üçüncü ssenari üzrə cərəyan edərsə yəni Avrasiya İqtisadi İttifaqının fəaliyyətinin uğursuz olacağı halda Azərbaycan sürətli inkişaf edə bilər. Azərbaycan Avropa iqtisadiyyatına inteqrasiya edəcək, Avropa ilə Azərbaycanın qarşılıqlı iqtisadi əməkdaşlığı güclənəcəkdir. Ən əsası isə bu halda Azərbaycan Şərq və Qərb arasında olan bir körpü kimi gözləntiləri çox olacaqdır.Hər iki halda yəni birinci və üçüncü hallarda gözləntilər çox olacaqdır.Lakin üçüncü halda gözlənti daha çox olacaqdır.Çünkü Azərbaycan Cənubi Qafqaz koridorunda iştirak edir və bu koridorda xüsusi ilə Çinin marağı vardır. Əgər TRASEKA proqramı həyata keçirilsə o Azərbaycandan gəlib keçir və Azərbaycandan gəlib yük daşımalarını həyata keçirən Çin öz məsrəflərini 2 dəfə azaldır.Bu Çin üçün xeyirdir.Eyni zamanda Qərb ölkələrinin Çin ilə əməkdaşlığı yənə Azərbaycandan gəlib keçir. Belə olan halda Azərbaycanın dövlət yükdaşımalarından aldığı tranzit pulu indiki Azərbaycanın Ümümi Daxili Məhsulundan çox ola bilər.
Ümumiyyətlə hər hansı bir regionda yerləşən region ölkələri ki var onların regional inkişafı adətən eyniyyət kəsb edir.Yəni onların iqtisasdi davranışı,xarici iqtisadi siyasəti və digər davranışları eyniyyət xarakteri kəsb edir.Ona görə də regional inkişaf üçün ümumi olan nə varsa hər bir ölkəyə də aid olur.Məsələn deyək ki,Trans Xəzər qaz kəməri baş tutarsa bu Azərbaycan üçün də müsbət haldır,Gürcüstan üçün də müsbət haldır,gələcəkdə Mərkəzi Asiya ölkələri üçün də Türkmənistan,Qazaxıstan üçün də müsbət haldır.Çünkü gələcəkdə bu layihəyə qoşulmaq imkanları var.Baş tutmayacağı halda hamı üçün mənfi nəticə kimi bu səciyyələnir.Bütün region ölkələri üçün həmçinin də ayrı-ayrı ölkələr üçün.Çünkü beynəlxalq aləmə bu ölkələrin çıxışı Şərq-Qərb və Cənub-Şimal koridorundan həyata keçirilir.Bunlar hamısı bir birindən asılı olan ölkələrdir.Fərz edək ki,sabah Gürcüstanda hər hansı bir siyasi-hərbi hadisə baş verdi.Bu Azərbaycanın iqtisadi əlaqələrinə bir başa öz mənfi təsirini göstərəcəkdir.Çünkü Azərbaycanın çıxışı Gürcüstan yolu ilə həyata keçirilir.Yaxud fərz edək ki,Azərbaycanda hər hansı bir hadisə baş verdi.Gürcüstanda da böyük gəlir mənbəyi kimi səciyyələnir Azərbaycandan geden yüklər məsələn Azərbaycan nefti,qazı və ondan Gürcüstan bəhrələnir.Ona görə də regiona daxil olan bütün ölkələrin adətən xaric ilə bağlı məsələləri eyniyyət kəsb edir.Amma bir istisna var.Ermənistan.Hər bir məsələ də istisnadır.Nəyə görə?Çünkü o satqın mövqe tutur.Bu ölkə bütün regionda gedən proseslərdən həmçinin Şərq-Qərb,Şimal-Cənub dəhlizində gedən proseslər ki var məsələn gediş-gəliş,investisiya axınları,ticarət axınları,nəqliyyatların hərəkət etməsi və s. bu proseslərin hamısından kənarda qalan bir ölkədir.Satqın bir ölkədir.İzolyasiya olunmuş bir ölkədir.Kənardan idarə olunan bir ölkədir.Özü özünə sahib çıxa bilməyən bir ölkədir.Məsələn Ermənistanın bütün energetika sektoru bu gün Rusiyanın əlindədir.Sahibkarlıq hüququ,mülkiyyət hüququ demək olar ki,Rusiyanın əlinə keçib.Yəni özü söz sahibi deyil.Lakin Gürcüstan nə qədər problemlər yaşasa da Gürcüstan regionda müəyyən məsələlər də öz sözünü deyə bilir və öz qərarını verə bilir.
Bir məsələni də xüsusi diqqətinizə çatdırmaq istərdim.Əgər “status kuo” qorunub saxlanılmadığı halda Rusiyanın mövqeləri güclənəcək və Rusiya bütün ətraflara Cənuba,Şərqə və Qərbə doğru həm hərbi,həm siyasi,həm iqtisadi ideoloji ekspansiya edəcəksə bu nəticə etibarı ilə Avrasiya İqtisadi İttifaqının uğurlu formalaşmasına gətirib çıxarda bilər.

Belə bir uğurlu inkişafda biz istəsək də istəməsək də Azərbaycana yer göstərəcəklər “buyur gəl”. Azərbaycanda yəqin ki bu yerə getməli ola bilər. Çünkü Rusiya belə olan halda qalib gəlmiş kimi yəni qlobal geosiyasi müstəvidə gedən mübarizədə qalib gəlmiş bir dövlət kimi səciyyələnəcəkdir.Mən düşünürəm ki,Avrasiya İqtisadi İttifaqında Azərbaycanın iştirak edərək gəlirlər əldə etməsi daha çox inandırıcıdır nəinki Avropa İttifaqına inteqrasiyası nəticəsində əldə edilə bilən gözləntilər.Çünkü hər bir ölkənin milli iqtisadiyyatının beynəlxalq rəqabətə tablılığı səviyyəsi var.Azərbaycan iqtisadiyyatı və Qərb ölkələrinin iqtisadiyyatı.Bu gün açıq iqtisadiyyat şəraitində həm pul həm investisiya qarşıdurmasında Azərbaycan əlbəttə ki bu rəqabət mübarizəsində daha çox uduzan ölkə kimi səciyyələnə bilər.Amma Post-sovet məkanına inteqrasiya da Azərbaycanın uduşu daha çox olacaq.Çünkü bu Azərbaycan üçün böyük bir bazardır.Hər hansı halda Azərbaycan çox çevik bir şəkildə çevik xarici iqtisadi siyasətə keçməlidir.Yəni Azərbaycan bu gün dünya oyunlarını müəyyənləşdirən bir ölkə deyil.Ona görə də Azərbaycanın regional və qlobal müstəvidə ortaya çıxacaq hər hansı bir stuasiyaya adaptiv bir mexanizmi hazır olmalıdır və bu adaptiv mexanizmin birinci şərti bizim ölkəmizin apardığı məqsədyönlü siyasətdir.Nədir bu? Tolerrantlıq və multikultiralizm.

Yəni biz bütün dünyada olan rəngarəngliyi qəbul edirik.Bizdə rəngə görə,dilə görə və s. ayrı seçkilik yoxdur!Biz dünyasevərikBiz haqqsevərik! Və bu istiqamətdə də biz öz siyasətimizi qururuq.Biz millətimizin inkişafı üçün iqtisadiyyatımızı inkişaf etdiririk.Kimə sərf edirsə bizimlə əməkdaşlıq etmək-ticarət əməkdaşlığı,investisiya əməkdaşlığı,elmi əməkdaşlıq,mədəni əməkdaşlıq və s. bizim qapılarımız hər zaman açıqdır biz gözləyirik və yaxud da gözləyin gəlirik !

İstifadə olunan mənbə:5-16 Noyabr 2014-cü il Qazaxstanın Alma Ata şəhərində Avrasiya Sosial Elmlər Forumunda i.e.n. dos. Mənsur Bərxudarovun çıxışı.

Tələbə:Aslan Əzimzadə
Elmi rəhbər: i.e.n. dos. Mənsur Bərxudarov

 

Перейти к верхней панели