Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9479, TRY 0.3020, RUB 0.0259, CNY 0.2451, GEL 0.6308, GBP 2.2135, IRR 0.0040, JPY 1.5131, XAU 2086.5970, XAG 24.8452, XPT 1411.3910, XPD 1835.2095
(Azərbaycan) Layihə menecerindən tələb olunan 8 şəxsi keyfiyyət
HEAD-10-things-to-consider-when-choosing-project-management-software

Извините, этот техт доступен только в “Американский Английский” и “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in one of the available alternative languages. You may click one of the links to switch the site language to another available language.

Uğurlu nəticə təşəbbüskarlıqdan başlayır.
Сентябрь 6, 2017
0
Təşəbbüskar və Yenilikçi Universitet indeksiFərrux Rəhimov

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Uğurlu nəticə təşəbbüskarlıqdan başlayır.

Elm və Texnologiya Baş İdarəsinin 23-cu konfransında qəbul edilən «Universitetlərdə innovasiya və təşəbbüskarlığın təşviqi məqsədiylə siyasət vasitələrinin inkişaf etdirilməsi» qərarı çərçivəsində Türkiyədə ilk dəfə 2012-ci ildə TÜBİTAK tərəfindən Təşəbbüskar və Yenilikçi Universitet indeksi hazırlanmışdır.

İndeks, universitetləri təşəbbüskarlıq və yenilikçilik performanslarına görə sıralayaraq, universitetlərarası təşəbbüskarlıq və yenilikçilik sahəsində rəqabətin artmasına və təşəbbüskarlıq ekosisteminin inkişafına təkan verir.

Təşəbbüskar və Yenilikçi Universitet indeksi universitetlərdə təşəbbüskarlıq və yenilikçilik fəaliyyətlərinin təşviq edilməsi məqsədi ilə hazırlanır. Bu səbəbdən bu indeks universitetlərin təhsil keyfiyyətinə görə sıralandığı siyahı və ya ən müvəffəqiyyətli universiteti ortaya qoyan bir sıralama hesab olunmur. Bu siyahı universitetləri təşəbbüskarlıq səviyyələrinə görə sıralayır.

Məlumat toplama prosesində TUBİTAK-a YÖK (Ali Attestasiya Komissiyası), Elm, Sənaye və Texnologiya Nazirliyi, Universitetlər, TPE (Patent İdarəsi), İqtisadi İnkişaf Nazirliyi, KOSGEB (Kiçik və Orta sahibkarlara dəstək fondu), TTGV (Türkiyə Texnologiya İnkişaf etdirmə Vəqfi) və TÜBA (Türkiyə Elmlər Akademiyası) dəstək vermişdir.

Təşəbbüskar və Yenilikçi Universitet indeksi 5 istiqamətdən ibarətdir. Bu istiqamətlər özündə 23 göstəricini birləşdirir.

 

Təşəbbüskar və Yenilikçi Universitet indeksi

İstiqamət 1: Elmi və Texnoloji Araşdırmaların səviyyəsi

(Xüsusi çəki : 20%)

1.1. Elmi nəşrlərin sayı

1.2. İstinadların sayı

1.3. Tədqiqat və inkişaf (Tə-İn) və innovasiya dəstək proqramlarından qrant almış layihələrin sayı

1.4. Tə-İn (tədqiqat və inkişaf) və innovasiya dəstək proqramlarından qazanılmış məbləğ

1.5. Milli və beynəlxalq elm mükafatların sayı

1.6. Doktoranturadan məzun olanların sayı

      İstiqamət 2: Əqli Mülkiyyət Hovuzu

(Xüsusi çəki: 15%)

2.1. Patent müraciətlərinin sayı

2.2. Patent şəhadətnamələrinin sayı

2.3. Faydalı model/sənaye dizayn sənədlərinin sayı

2.4. Beynəlxalq patent müraciətlərinin sayı

İstiqamət 3: Əməkdaşlıq və inteqrasiya

(Xüsusi çəki : 25%)

3.1. Universitet-sənaye əməkdaşlığı çərçivəsində icra edilən Tə-İn (tədqiqat və inkişaf) və innovasiya layihələrinin sayı

3.2. Universitet-sənaye əməkdaşlığı çərçivəsində icra edilən Tə-İn (tədqiqat və inkişaf) və innovasiya layihələrinə cəlb edilən məbləğ

3.3. Beynəlxalq əməkdaşlıq çərçivəsində icra edilən Tə-İn (tədqiqat və inkişaf) və innovasiya layihələrinin sayı

3.4. Beynəlxalq əməkdaşlıq çərçivəsində icra edilən Tə-İş və innovasiya layihələrindən əldə olunmuş məbləğ

3.5. Mübadilə proqramlarında iştirak edən professor-müəllim və tələbələrin sayı.

İstiqamət 4: Təşəbbüskarlıq və yenilikçilik mədəniyyəti

(Xüsusi çəki : 15%)

4.1. Bakalavr və magistr səviyyəsində təşəbbüskarlıq, texnologiya menecmenti və innovasiya menecmenti fənlərinin tədris saatı

4.2. Texnologiya Transfer Ofisi, texnopark, inkubasiya mərkəzləri və Texnologiya inkişaf mərkəzlərində tam ştat vahidi çalışan işçilərin sayı

4.3. Texnologiya Transfer Ofisinin varlığı

4.4. Kənardan dinləyici cəlb etməklə təşəbbüskarlıq, texnologiya menecmenti və innovasiya menecmenti fənləri üzrə kursların sayı

İstiqamət 5: Əməkdaşlıq və inteqrasiya

(Xüsusi çəki : 25%)

5.1. Alimlərin texnoparklarda, inkubasiya mərkəzlərində, Texnologiya mərkəzlərində səhmdarı və ya sahibi olduğu fəaliyyətdə olan firmaların sayı

5.2. Universitet tələbələrinin və ya son beş ildə məzun olanların texnoparklarda, inkubasiya mərkəzlərində, Texnologiya mərkəzlərində səhmdarı və ya sahibi olduğu fəaliyyətdə olan firmaların sayı

5.3. Alimlərin texnoparklarda, Texnologiya mərkəzlərində səhmdarı və ya sahibi olduğu  firmalarda işləyənlərin sayı

5.4. Sertifikat alan patent, faydalı model və ya sənaye dizaynlarının sayı

Dünyanın müxtəlif ölkələrində universitetləri dəyərləndirmək üçün bənzər adlarla tətbiq edilən təşəbbüskar və yenilikçi universitet indeksi get-gedə daha çox əhəmiyyət qazanır. Azərbaycanda hələlik bu indeks tətbiq olunmasa da sevindirici haldır ki Azərbaycan Dövlət Aqrar Universitetində son illərdə “təşəbbüskar və yenilikçi universitet” olmaq yolunda bəzi addımlar atılmağa başlanmışdır. Belə ki, universitetin maddi-texniki bazası gücləndirilmiş, yeni laboratoriya və tədris-təcrübə mərkəzləri yaradılmış, yeni kadrlar cəlb edilmiş, professor-müəllim heyətinin müxtəlif yerli və beynəlxalq kurs, seminar və konfranslarda iştirakı təmin edilmişdir. Menecment və marketinq ixtisaslarına bir ildir tədris edilən “Təşəbbüs və işgüzarlıq” fənni tələbə və müəllimlərin böyük marağına səbəb olmuş və növbəti tədris ilindən etibarən iqtisadiyyat və idarəetmə sahələri üzrə təhsil alan bütün tələbələrə adı çəkilən fənnin tədris edilməsinə qərar verilmişdir. Bu tədbirlərin davamı olaraq “Aqrobiznes inkubasiya mərkəzi”nin qurulması üçün fəaliyyətlər başlanmışdır. ADAU-da Təşəbbüskar və yenilikçi universitetlərin digər mühüm xüsusiyyətlərindən biri olan Differensial əmək haqqı sisteminə keçilməsi üçün də müzakirələr başlanmış və müəyyən işlər görülmüşdür. Dünya təcrübəsində, işçilərin əmək haqlarını onların xidməti fəaliyyət göstəricilərinə əsasən müəyyən edən hər növ sistemə xidməti fəaliyyətin qiymətləndirilməsinə əsaslanan əmək haqqı sistemi (ingiliscə-Performance Based Pay Systems və ya Performance-related pay) adı verilir. Bu tip sistemlər əsasən işçiləri motivasiya etmək və onların fəaliyyətini müəssisənin hədəfləri istiqamətində yönəltmək məqsədi daşıyır[2]. Azərbaycanda da bu cür əmək haqqı hesablanması ilə bağlı təcrübə var. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının qərarı ilə təsdiq olunan “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin tətbiqi haqqında Qaydalar”  təsdiq edilmişdir. Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki fəaliyyətinin üç əsas istiqaməti nəzərə alınmaqla həyata keçirilir: elmi fəaliyyətlər (40%), tədris fəaliyyətləri (40%) və özünü inkişaf fəaliyyətləri (20%) [3].

Bütün bu tədbirlərin tezliklə öz bəhrəsini verəcəyinə və ADAU-nun ölkənin və regionun öncül ali təhsil mərkəzlərindən biri olacağına inanırıq.

Ədəbiyyat

  1. TUBİTAK Girişimci ve Yenilikçi Üniversite Endeksi Gösterge Seti
  2. http://az.trend.az/azerbaijan/society/2454452.html
  3. Zahid F. Məmmədov “Differensial əmək haqqı sistemi UNEC-də tədris, elmi-tədqiqat və inzibati fəaliyyətin səmərəliliyini artıracaq”.

 

 

Fərrux Rəhimov – Menecment və aqrar marketinq kafedrasının assistenti, Tələbə Elmi Cəmiyyətinin sədri.

(Azərbaycan) Üçüncü nəsil universitet və ya Universitet 3.0 nədir?
Universitet 3.0Universitet 3.0

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Bu gün bütün dünyada ali təhsil qurumlarının yeniləndiyini və onlara qarşı gözləntilərdə dəyişikliklərin olduğunu müşahidə edirik. Bu yenilənməyə müxtəlif faktorlar  təsir etsə də fikrimizcə bunlardan ən mühümü formalaşmaqda olan informasiya cəmiyyəti və iqtisadiyyatıdır. Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid və beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər nəticəsində “informasiya iqtisadiyyatı” nəzəriyyəsinin meydana çıxması  bu yeni ekosistemdə ali təhsilin əhəmiyyətini daha da artmışdır. Bunun əsas səbəbi şübhəsiz ki, yeni sistemdə informasiyanın önəminin daha da artmasıdır.

İnformasiya iqtisadiyyatının üç əsas ünsürü vardır: tədqiqat və işləmə, innovasiya (yenilikçilik) və təşəbbüskarlıq. Bu üç amilin birləşməsi nəticəsində əmələ gələn informasiya iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olmuşdur. Bu isə yeni ekosistemdə universitetlərin sənaye müəssisələri ilə əməkdaşlıq etmələrini məcburiyyət halına gətirmiş, universitetlər və elmi tədqiqat institutları klassik vəzifələrindən əlavə bu yeni vəzifəni yerinə yetirmək üçün bütün tərəfdaşları ilə yeni növ münasibətlər qurmağa başlamasına səbəb olmuşdur. Buna misal olaraq universitetlərdə patentlərin, başqa mənbədən maliyyələşən layihələrin artmasını, texnoparklar və inkubasiya mərkəzlərinin qurulmasını, “informasiyanın kommersiyalaşdırılması” məsələlərinin ön plana çıxmasını göstərə bilərik.

Bütün bu yeniliklər fonunda adət etdiyimiz, ənənəvi universitet tipindən fərqli, yeni bir universitet tipinin formalaşması zərurəti ortaya çıxmış, “üçüncü nəsil universitet” anlayışı təklif edilmiş və bir nəzəriyyə formasında təqdim edilmişdir.

Ümumiyyətlə universitetləri tarixi inkişaf baxımından üç yerə ayırmaq mümkündür. Birinci nəsil universitet – orta əsrlər universiteti, ikinci nəsil universitet — Humboldt[1] tipli, elm təməlli universitet, üçüncü nəsil universitet – son zamanlar müzakirə olunan, qismən təşkil olunan universitetlərdir. İnkişaf etmiş ölkələr sonuncu universitet tipinin yayılması istiqamətində xeyli işlər görmüşlər.

İlk universitetlər ortaq və yeganə nümunə əsasında qurulmamışdır. Avropada ilk universitet olan Baloniya Universitetində (1088-ci il) tələbələri mərkəzdə saxlamış və maliyyə mənbəyi tələbələr olmuşdur. Paris Universiteti (1200-ci il) alimləri mərkəzdə saxlamış və maliyyəsi Kilsə tərəfindən təmin edilmişdir. Oksford Universiteti isə (1096-cı il) Kral və dövlət tərəfindən dəstəklənmiş və maliyyələşdirilirmişdir. Bu univer­sitetlərin daha sonra qurulan universitetlərə nümunə təşkil etdiyini söyləmək mümkündür (Vissema, 2009).

İkinci nəsil universitetlərin ilk nümunəsi olaraq Humbold Universiteti (1810-cu il) göstərilir. Baloniya və Humbold Universitetlərinin yaranması arasındakı yeddi yüz il müddət ərzində Avropanın fəlsəfə, təbii elmlər və texnologiya sahələrində sürətlə inkişaf etdiyini, intibah, islahat, əks-islahat hərəkatlarının yaşandığını və nəhayət Maarifçilik dövrünün, sənayeləşmənin və kapitalizmin başladığını müşahidə edirik.

Universitetlərin yuxarıda sadalanan təsnifatını həyata keçirən Prof. Dr. J.G. Vissemanın fikrincə müasir dövrdə universitetlərdən maliyyə mənbəyi yaratmaq və təşəbbüskar olmaq tələb olunur. İkinci nəsil universitetlərlə müqayisədə üçüncü nəsil universitetlərin fərqləndirici xüsusiyyətləri ətraf aləmi kəşf etməkdən daha çox dəyər yaratmada rol oynamaq; tək bir elm sahəsi istiqamətində araşdırma aparmaq əvəzinə fənlərarası araşdırmalara üstünlük vermək; elm insanından daha çox təşəbbüskar insan yetişdirmək, təhsil və ümumbəşəri düşüncə tərzinə malik idarəetmə sisteminə malik omaqdır.

Üçüncü nəsil universitetlərin müzakirə edildiyi indiki vaxtda, universitet bir təşkilat olaraq öz gələcəyini, yeni ictimai amilləri düzgün analiz edilməsi ilə zəmanət altına ala bilər. Müasir universitetlərin yenilənmə məcburiyyətinə təsir edən faktorları aşağıdakı kimi qruplaşdıra bilərik (Vissema, 2009: 21-29):

  1. Ali təhsilin ictimailəşməsi,
  2. Qloballaşma,
  3. Fənlərarası araşdırmaların vacibliyinin artması,
  4. Araşdırmanın əsas informasiya istehsalı modeli olaraq yayılması,
  5. Xərclərin artması,
  6. Universitetxarici sektorların informasiya əsrində müstəqil olaraq ortaya çıxması,
  7. Fərdiliyin, yenilik və təşəbbüskarlıq kontekstində güclənməsi,
  8. Professional idarə etməyə duyulan ehtiyacın artması.

 

Universitet 3.0

Universitet 3.0

Formalaşması və inkişafı bir növ zərurət olan yeni nəsil universitetlər bizim fikrimizcə sadəcə müəyyən ixtisasa yiyələnmiş məzunlar deyil, üzvü olduğu cəmiyyətin tarixi təcrübələrinə və milli-mənəvi dəyərlərinə sahib çıxmaq şərti ilə bütün insanlığa faydalı olacaq məzunlar yetişdirməlidir. Bu isə ümumilikdə universitet anlayışının yenilənməsini tələb edir. Çünki, sənaye inqilabının və sənaye cəmiyyətinin tələblərinə uyğun olaraq təşkil edilmiş universitet tipi ilə postindustrial (sənaye sonrası) cəmiyyətin tələblərinə cavab vermək mümkün deyildir. Ali məktəb tələblərinin diplom almaqdan, ali təhsil qurumlarının isə məzun sayını artırmaqdan daha böyük bir “dərd”ləri olmazsa cəmiyyətdə ictimai məsuliyyət yavaş-yavaş yox olmağa başlayar ki, bu da arzuedilməz problemlərlə nəticələnər.

Sevindirici haldır ki,  ADAU-da son illərdə müasir dünyanın tələblərinə uyğun kadr hazırlanması istiqamətində bir çox addımlar atılmış, xırda və iri miqyaslı layihələr həyata keçirilmişdir. Tələblərə təşəbbüskarlıq qabiliyyətinin aşılanması məqsədi ilə Azərbaycanda ilk dəfə “Təşəbbüs və işgüzarlıq” adlı fənn təsis edilərək “Menecment” və “Marketinq” ixtisaslarında təhsil alan üçüncü kurs tələbələrinə tədris edilməyə başlanmışdır. Bundan başqa, tələbələrin komandada işləmək, öz üzərinə məsuliyyət götürmək və müxtəlif layihələrdə iştirak edərək praktik qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə Tələbə Elmi Cəmiyyətinin (TEC) nəzdində müxtəlif tələbə klubları yaradılmışdır. Professor-müəllim heyətinin və tələbələrin öz ideyalarını məhsula çevirərək bazara çıxara bilməyi üçün çox vacib şərt olan “Aqrobiznes İnkubatoru”nun yaradılması üçün layihə işlənmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilmişdir. Biz inanırıq ki, atılmış ilkin addımlar tezliklə öz bəhrəsini verəcək.

[1] Vilhelm fon Humboldt — (22 İyun 1767, Potsdam- 8 Aprel 1835, Tegel) Alman filosof, dilçi və dövlət adamı. Berlin Universitetinin qurucularındandır(bugünkü Humboldt-Universitätzu Berlin)

WISSEMA, Johan Gooitzen, (2009) Üçüncü Kuşak Üniversitelere Doğru, Çev.:Özyeğin Üniversitesi, Özyeğin Üniversitesi Yayınları, İstanbul,2009.

(Azərbaycan) Təşəbbüskarlıq anlayışı və təşəbbüskarlığın təşviqi

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Ümumi mənada təşəbbüskarlıq anlayışına müəssisənin yaradılması, ehtiyatların toplanması və təsisi və fürsətlərin qiymətləndirilməsi üçün bir təşkilati quruluşun qurulması daxildir. Başqa sözlə təşəbbüskarlıq, təşkilatın yaradılması üçün edilən işlər ilə başlayır və qurulan müəssisənin (təşkilatın) öz özünü idarə edə bildiyi mərhələyə gəldikdə ya da uğursuz olduğu zaman isə sona çatar. Bu çərçivədə, təşəbbüskar fərdi ya da komanda olaraq, fürsətləri diaqnoz edib, bunun üçün lazım olan resursları yığıb təşkilatı quran və davam etdirmə mərhələsinə gətirən şəxslər olaraq təyin oluna bilər.

Avstriyalı iqtisadçı Jozef Şhumpeter təşəbbüskarlığı iqtisadi nəzəriyyəsinin təməllərini atmışdır. Şhumpeterin çıxış nöqtəsi iqtisadiyyatın bir sistem olduğu lakin, dəyişikliyin neo-klassiklərin dediyi kimi xaricdən deyil daxildən gəldiyi fərziyyəsidir. Bu daxili dəyişikliyin reallaşmasını təmin edən isə təşəbbüskarların şəxsən özləridir. Şhumpeter, Theory of Economic Development adlı əsərində, “təşəbbüskar ruhlu yeni firmaların daha az yenilikçi olanları yerlərindən edərək, yəni bir yaradıcı məhvetməyə (creative destruction) səbəb olaraq iqtisadi inkişafın sürətini artırdığı” fikrini müdafiə etmişdir.

Theory of Economic Development ile ilgili görsel sonucu

Şhumpeter Capitalism and Democracy adlı əsərində isə, böyük və sümükləşmiş şirkətlərin dəyişiklə mübarizə apardıqları üçün, təşəbbüskarların yeni firmalar qurub yenilikçi fəaliyyətin artmasına səbəb olduğunu ifadə etmişdir. Şchumpeterin fikrincə, təşəbbüskarların vəzifəsi, bir kəşfi və ya daha kütləvi şəkildə tətbiq olunmamış bir texnoloji yeniliyi istifadə edərək, yeni bir ticarət məhsul ortaya çıxarmaq, ya da mövcud bir məhsulu yeni bir şəkildə istehsalı üçün istehsal formasında islahata getmək və ya yeniləməkdir.

Şchumpeterin tərifində təşəbbüskarlıq yenilik etməyi ehtiva etdiyi üçün təşəbbüskar adı mütəmadi olaraq davam edən bir status deyil. Təşəbbüskar yalnız yenilik edirsə təşəbbüskardır. Başqa sözlə, təşəbbüskarlıq bir anlayış və davranış formasıdır. Bu tərifə görə, hər qurucu ya da professional idarəçi təşəbbüskar deyil, amma, yenilik edən hər qurucu və ya professional idarəçi təşəbbüskardır. Bu tərifə əsasən təşəbbüskarlar fürsətləri istifadə edən və yenilik edəndir, ona görə də təşəbbüskarlar yalnız yeni şirkət quranlar deyildir. Bu səbəbdən firmadaki istənlən işçi də yenilik edərək təşəbbüskar ola bilər. Bu cür təşəbbüskarlar “təşkilatdaxili təşəbbüskar” (intrapreneur) adlanır. Bu mənada təşəbbüskarlıq bir növ, mövcud qaynaqlardan kənarda da imkanların axtarılmasını tələb edən idarəetmədir. Təşəbbüskarlar, imkanları diaqnoz edər, lazım olan resursları bir araya gətirər, praktik bir hərəkət planı tətbiq edər və nəticələrini müəyyən bir zamanda və elastik bir şəkildə əldə edər. Nəticə olaraq təşəbbüskarlıq, yenilikçi dəyişikliyi təşviq edən bir fəaliyyətlərdir. Buna görə də təşəbbüskarlığın inkişafının dəstəklənməsi məsələsi dövlət üçün hər zaman mühüm məsələlərdən biridir.

Təşəbbüskarlığın və innovasiyanın iqtisadi böyüməyə müsbət töhfə verdiyi aparılan elmi araşdırmalarla sübut edilmişdir. Bu araşdırmalarda, yenilikdəki artımın iş qurma və iş ləğvetmə dərəcələrində artımla düz mütənasib olduğu müəyyən olunmuşdur. Amerikada Birçin araşdırması, yeni yaradılan məşğulluğun 80% -inin kiçik müəssisələr tərəfindən təmin edildiyi və əsasən kiçik müəssisələrin Amerika iqtisadiyyatının mühərriki olduğunu ortaya çıxarmışdır. Digər tərəfdən, Baldvin, bazara yeni girən müəssisələrin yenilikçi bir davranış mənimsədikləri və yeni müəssisələrin istehlakçılara mütəmadi yeni məhsullar və yüksək keyfiyyətdə xidmət təqdim edərək yenilikdə iştirak etdiyini müəyyən etmişdir. Audretsch və Thurik araşdırmalarında, yenilik nəzəriyyələrinin hədəfinin müəssisə deyil, təşəbbüskar olması lazım olduğunu vurğulamışdır. Audretsch və Thurik müasir iqtisadiyyatın, tədqiqat və işləmə, təşəbbüs sərmayəsinin və yeni müəssisə qurulmasının təşviq edilməsi vasitəsiylə informasiyanın kommersiyalaşdırılmasına əsaslandığı fikrini müdafiə etmişdir. Bu çərçivədə, yeni qurulmuş müəssisələrə maliyyə təmin edilməkdə, universitet və ictimai araşdırma təşkilatlarında yeni firmalar qurulması dəstəklənir, yeni qurulan yüksək texnologiya firmalarına maliyyə təmin edilməsi üçün yeni səhm bazarları yaradılır.

Belə ki, bir çox dövlətlər təşəbbüskarlığı dəstəkləyəcək və qoruyacaq bəzi tədbirlər həyata keçirir. Əslində bazar iqtisadiyyatının əsas şərtlərindən biri də təşəbbüs azadlığı, yəni bazara daxilolma və bazardan çıxış sərbəstliyidir. Dövlətin kiçik və orta biznes sektoruna dəstək verərək etdiyi müdaxilələrin təməlində, kiçik müəssisələrin bazardakı əlverişsiz vəziyyətindən qaynaqlanan bazar uyğunsuzluğunun (market failure) azaldılması fikri dayanır. Riayət edilməli olan inzibati şərtlərin, öhdəliklərin azaldılaraq bazar şərtlərinin daha bərabər bir quruluşa gətirilməsi və kiçik müəssisələrin performans və rəqabət güclərinin artırılması məqsədini daşıyır.

Təşəbbüskarlıq ilk növbədə, iş yeri yaradılması və böyümədə iştirak etməsi səbəbiylə təşviq edilir. Dövrümüzdə yeni işlərin əksəriyyəti, böyük firmalardan çox yeni və kiçik firmalar tərəfindən yaradılır və bu meyl get-gedə güclənir. Təşəbbüskarlıq nisbətlərində daha böyük artım göstərən ölkələr, işsizlik nisbətində də böyük azalmaya nail olurlar. 1990-cı illər ərzində, sürətlə böyüyən firmalar məşğulluq yaradılması prosesində mühüm töhfələr vermişdir. ÜDM-dəki artım bir çox başqa faktordan təsirlənsə də, araşdırmalar, təşəbbüskarlığı iqtisadi böyüməyə müsbət bir töhfə olduğunu göstərir. Təşəbbüskarlıq, inkişafdan geri qalmış bölgələrdə ictimai və iqtisadi uyğunlaşmanın gücləndirilməsinə, iqtisadi fəaliyyətlərin canlanmasına və iş yerlərinin yaradılmasına və ya işsiz yaxud, əlilliyi olan insanların iş həyatına inteqrasiyasına da öz töhfəsini verə bilər.

İkincisi, təşəbbüskarlıq rəqabət mühitinin təmin edilməsinə töhfə verdiyi üçün təşviq edilir. İstər yeni bir firma qurmaq, istər mövcud bir firmanı yenidən qurmaq (məsələn, müəssisənin başqa birinə verilməsindən sonra) yolundakı yeni təşəbbüslər məhsuldarlığı yüksəldir. Bu cür cəhdlər rəqabət təzyiqini artıraraq digər firmaları fəaliyyətlərini yaxşılaşdırmağa və ya yeniliklərə getməyə məcbur edir. Firmaların artan gücü və gətirdikləri yeniliklər, bütünlüklə iqtisadiyyatın rəqabət gücünü artırır. Bu proses, daha çox seçim imkanı yaradır və daha aşağı qiymətlərlə istehlakçılara də fayda verir.

Üçüncü olaraq, təşəbbüskarlıq insanlara öz potensialına həyata keçirməyə imkanını verdiyi üçün təşviq edilir. İşləmək pul qazanmanın yeganə yolu deyil. İnsanların peşə və iş seçimi prosesində təhlükəsizlik, müstəqillik, görülən işlərin müxtəlifliyi və işə maraq kimi başqa meyarlar də rol oynayır. Təşəbbüskar olmaq bu şəxslərə, özlərinə daha yaxşı bir mövqe yaratma imkanını verə bilir.

  1. Reynolds, təşəbbüskarlığın təşviq edilməsi üçün üç yol təklif edir:

Birinci üsul, uyğun çərçivə şərtlərinin hazırlanmasıdır. İqtisadi fəaliyyətin cərəyan edəcəyi təşkilati qaydaların təmin edilməsi, təşəbbüskarlıq siyasətinin əsas ünsürüdür. Təşəbbüskarlıq üçün sabit bir makroiqtisadi mühit və yaxşı işləyən bir bazar sistemi yaradacaq struktur siyasət lazımlıdır. Dövlət, rəqabətli bazar, təşəbbüs sərmayəsi bazarı daxil olmaqla yaxşı işləyən bir sərmayə bazarı, elastik əmək bazarları yaratmalı, müəssisələrin məruz qaldığı ağır inzibati tənzimləmələri sadələşdirməli və firmanın bağlanması və iflasından qaynaqlanan xərcləri azaltmalıdır.

İkinci yol isə, təşəbbüskarlığı dəstəkləyən ictimai davranışların təşviq edilməsidir. Ölkənin ictimai ünsürləri o ölkənin təşəbbüskarlıq səviyyəsinə təsir edir. Əməkdaşlığa açıq cəmiyyətlərdə, təşəbbüskarlıq daha rahat inkişaf edir və təhsil sayəsində təşəbbüskarlığa istiqamətlənmiş müsbət fəaliyyətlər həyata keçirilə bilir.

Üçüncü olaraq da yaxşı hazırlanmış dövlət proqramları da təşəbbüskarlığı təşviq etmək mövzusunda təsirli olur. Proqramlar, ölkə səviyyəsində və regional səviyyədə ünsürlərin cəmindən meydana gələr. Parça-parça və fərqli sahələrə xitab edən proqramların əvəzinə maliyyə proqramları, təhsil xidmətləri, biznes inkubatorları, elm parkları, iş şəbəkələri, çoxluq (cluster) proqramlarını ehtiva edən daha inteqrasiyalı proqramların inkişaf etdirilməsi daha faydalı olardı. Təşəbbüskarlıq üçün daha sağlam bir mühit yaradıla bilməsi üçün, yerli təşəbbüskarlıq siyasətinin yerinə bir-biriylə qarşılıqlı əlaqədə olan, müxtəlif ünsürlərin bir yerdə olduğu daha əhatəli yanaşmaya sahib bir təşəbbüskarlıq siyasəti yürüdülməlidir.

İzlənilə biləcək spesifik strategiyalara nümunə olaraq aşağıdakılar göstərilə bilər: Mediandan istifadə edərək uğurlu biznes, iş adamı və məhsul profillərini tanıtmaq, yerli iqtisadiyyatın bütün sektorlarında uğurlu təşəbbüskarlar ilə müsahibə proqramı hazırlamaq, 18-25 yaşlarında gənclərin oxuyacağı və təşəbbüskarlıq üçün lazım olan xüsusi bacarıqları qazanacağı bir Təşəbbüs Kolleci qurmaq, təşəbbüskarlıq təcrübə proqramları təşkil edib, şagirdləri müvəffəqiyyətli yerli təşəbbüskarlarla bir araya gətirmək, kiçik biznes yay məktəbləri qurub, kiçik biznesin idarə edilməsi sahəsində kurslar təşkil etmək, məktəbləri kiçik biznes inkubatorları olaraq istifadə edib, məktəb mərkəzli bizneslərin qurulmasını və şagirdlərin potensial işlərini qurmasını təmin etmək və yerli ictimai və xüsusi fondları istifadə edərək kiçik təşəbbüs sərmayəsi fondları yaratmaq.

Hökumətlərin təşəbbüskarlığı canlandırmaq və dəstəkləmək üçün görəcəyi tədbirlər əsas olaraq bu başlıqlarda toplana bilər:

Əvvəlcə təşəbbüskar bir düşüncə tərzi yaradılaraq uğurlu təşəbbüskarlar kütləvi formada tanıdılmalı və bu uğurdan, potensial təşəbbüskarların cəsarət almağı təmin edilməlidir. İkincisi, gənc təşəbbüskarlar, qadınlar və işsizlər kimi müəyyən hədəf qrupları təyin olunaraq, bu qruplara istiqamətlənmiş strategiyanın inkişaf etdirilməsi təmin edilməlidir. Üçüncü, təhsil proqramları, kurs və seminarlarla təşəbbüskarlıq təhsilinin verilməsi təmin edilməlidir. Dördüncüsü, inzibati və hüquqi sahələrdə bazara daxil olmaq üçün maneələrinin aradan qaldırılması və biznes qurma prosesinin sadələşdirilməsi təmin edilməlidir. Beşincisi, yeni işə başlayacaq təşəbbüskarlara quruluş mərhələsində məsləhət və biznes planlaşdırma xidmətlərinin verilməsi təmin edilməlidir. Son olaraq da, təşəbbüskarların maliyyələşdirilməsi sahəsində təşəbbüs sərmayəsi və mələk investor kimi müxtəlif sərmayə mənbələrindən istifadə olunması təmin edilməlidir.

Mələk investorlar yenilikçi və uğurlu ola biləcəyinə dair ümid verən təşəbbüskarlıq layihələrinə quruluş ya da ilk mərhələlərdə maliyyə və təşkilati dəstək təmin edən varlı fərdi investorlara deyilir. Mələk investor şəbəkələri də, mələk investorlar və təşəbbüskarlar arasında əlaqələrin qurulması üçün kömək edir.

Ədəbiyyat:

Nazlı Hezar TANRISEVER “Avrupa birliğinde girişimciliğin teşvik edilmesi için izlenen politikalar ve Türkiye’deki Politikalarin Avrupa Birliği uygulamalarina uyumu

Economic Development ile ilgili görsel sonucu

(Azərbaycan) Texno-təşəbbüskarlıq — gələcəyi formalaşdıran fəaliyyət.
Ноябрь 1, 2016
0
texnoloji inkişaf

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Təkərin kəşfindən bu yana bəşəriyyət daima texniki və texnoloji yeniliklər sayəsində irəliləmiş və bu mövcud səviyyəyə çatmışdır. Bu yeniliklər şübhəsiz ki məhz təşəbbüskar insanların zəhmətləri nəticəsində mümkündür. Məlumdur ki, təşəbbüskarın uğurlu olması üçün ilk və ən mühüm şərt, əmtəəyə çevrilmə potensialı yüksək, yeni bir fikrin/məhsulun bazara təqdim edilməsidir. Xüsusilə, təşəbbüskarın işini davam etdirmək üçün əlində böyük miqdarda sərmayə olmadığı nəzərə alındıqda, davamlı inkişafın təmin edilməsi üçün təqdim edilən məhsul/xidmət ya bazarda mövcud olmamalı ya da rəqiblərinə qarşı üstünlük təmin edəcək yeni imkanlarının olmalıdır. Bazar iqtisadiyyatı şəraitində iqtisadi dəyər müəyyən bir ehtiyacın təmin olunması mənasını verir. Əksər hallarda təşəbbüskarın yaratdığı məhsula olan ehtiyac, kəmiyyət və keyfiyyət etibarı ilə fərqli olsa da müəyyən formada qarşılanır. Buna görə də təşəbbüskar, mövcud şablonları dəyişdirəcək yeni yanaşma tərzi inkişaf etdirməlidir. Bir başqa vəziyyət isə bazarda bir ehtiyac və ya tələbat mövcuddur amma buna cavab verəcək əmtəə yoxdur. Bu vəziyyətdə yeni bir “şey” etmək tələb olunur.

Hər iki vəziyyətdə, yeni texnologiyalara əsaslanan təşəbbüskarlığın əhəmiyyəti meydana çıxır. Texnologiya sahəsində müşahidə edilən dəyişikliklər, proqram təminatı sektoru başda olmaqla gen mühəndisliyi, toxuma mühəndisliyi kimi geniş miqyaslı və məşğulluq profilinə malik müxtəlif yeni sənaye sahələrinin ortaya çıxmasını təmin etmişdir. Bu sahələrdə, son 30 ildə elm və texnologiyanın nailiyyətlərinin yarıdan çoxunun, hələ əmtəə halına gəlmədiyini nəzərə alsaq, texno-təşəbbüskarlığın əhəmiyyəti və potensialı daha yaxşı aydın olar. Texnoloji təşəbbüs və ya qısaca texno-təşəbbüs adı verilən proses, yeni texnologiya əsasında həllərdən faydalanaraq iqtisadi dəyər yaratmağı və bundan gəlir əldə etməyi qarşısına hədəf qoyur. Texno-təşəbbüskar öz maraq dairəsinə uyğun hələ aşkar edilməmiş müəyyən ehtiyacın mövcud olmayan bir yolla qarşılanması istiqamətində fəaliyyət göstərir.

Texno-təşəbbüskarlar; qeyri-müəyyənliyi yaşamağa istəkli, dözümlü və sıravi şəxslərə nisbətən gələcəkdəki çətinliklər barəsində daha çox məlumatlı olmalıdır. Dəyişiklik, əksər hallarda əvvəlcədən işarələr verir. Uğurlu texno-təşəbbüskarlar, bu işarələri təsbit etməyi və onlardan faydalanmağı bacarırlar. Onlar, bu cür işarələr vasitəsi ilə işlə bağlı maraqlı qurğular kəşf edirlər. Texno-təşəbbüskar, proqnozlaşdırma və sezmə qabiliyyəti ilə bazar yaratmaq və inkişaf  etdirmək bacarığına sahib, texnologiya yarada bilən və innovasiyanın idarə edilməsi qabiliyyətinə malik təşəbbüskarlardır. Texno-təşəbbüskarların uğurlu olması proqnozların mümkün mərtəbə düzgün və həqiqi olmasından asılıdır. Texno-təşəbbüskarların ucuz texnologiyaya dair təşəbbüskardan fərqli olaraq fəaliyyət göstərmək istədiyi sahədə daha yaxşı ixtisaslaşmış və bu sahədə yaxşı yetişmiş olması vacibdir. Texno-təşəbbüskarlığın ən böyük üstünlüklərindən biri az sərmayə ilə çox yüksək böyümə potensialının olmasıdır. Məsələn, hamımızın yaxından tanıdığı Microsoftun qurucusu və sahibi Bili Gates texno-təşəbbüskara ən yaxşı nümunədir.

Texno-təşəbbüskarlığın inkişaf etdirilməsi üçün mühəndislik ixtisasında təhsil alan tələbələrə öz ixtisası ilə bağlı biliklərlə yanaşı təşəbbüskarlıq barəsində də biliklər  verilməlidir. Təşəbbüskarlıq təhsili proqramında ümumiyyətlə risklərin idarə edilməsi mövzusu da olmalıdır. Texno-təşəbbüskar, qarşılaşdığı iş fürsətini qiymətləndirmək üçün fəaliyyətlərdən ibarət olan bir plana ehtiyac duyur. Buna görə bu istiqamətdə də müəyyən biliklərinin olması vacibdir. Bu fəaliyyətlərə aid vəzifələr iş fürsətinin doğru qavranmasına, iş ortaqlarının doğru şəkildə motivasiya edilməsinə ehtiyac var. Şəriklərə və maraqlı tərəflərə lazım olan motivasiya təmin edilməzsə, onlar imkanlarını nəzərdə tutulan iş sahəsinə yönəltməyə həvəsli olmazlar.

Texno-təşəbbüskarlıq üçün maarifləndirmə ehtiyacı böyük əhəmiyyətə malikdir. Texno-təşəbbüskarlar əvvəlcə texnoloji riskləri boynuna götürmək məcburiyyətində qalır. Bir çox hallarda o zamana qədər təsdiq edilməmiş texnologiyalara əsaslanır. Bəzən bazardakı ehtiyaclardan qaynaqlansa da; əsas diqqəti texnologiya inkişaf etdirməyə yönəltmək lazımdır. Texno-təşəbbüskarların ən ciddi problemlərindən biri də, inkişaf etdirilən həlli laboratoriya mühitindən bazar (sənaye) şərtlərinə yüksəltmək məsələsidir. Bir çox fikir və ya innovasiya, laboratoriya mühitində çox uğurlu görünsə də sənayedə tətbiq edilərkən müxtəlif mənbələrdən qaynaqlanan çox ciddi problemlər yaşa bilir. Bu cür problemlərin yerindəcə həll edilməsi üçün müasir universitetlərdə texnoparklar, aqroparklar və s. yaradılaraq həm yeni fikirlərin sənayeyə tətbiqinə, həm də məhsulun bazarın tələblərinə uyğun olmasına köməklik göstərilir.

İstər təşəbbüskarlıq tədrisi, istər texnoparkların istifadəyə verilməsi ölkəmizdə son bir neçə ildə gündəmə gəlsə də Türkiyədə bu istiqamətdə müəyyən uğurlar əldə edilmişdir. Məsələn: 2014-ci ildə Türkiyədə  ilk dəfə regional səviyyədə aparılan, dünyanın ən geniş miqyaslı təşəbbüskarlıq layihəsi olan və təşəbbüskarlığın iqtisadi böyümə prosesində əhəmiyyətini ortaya qoyan Qlobal Sahibkarlıq Monitoru (Global Entrepreneurship Monitor-GEM) keçirildi. Bu layihə ora daxil olan ölkələr arasında 31 mindən çox insanın iştirakıyla ən çox anket sorğusu edən və 26 bölgə səviyyəsində həyata keçirilən tək layihə olaraq diqqətlə izlənildi. GEM layihəsində 2014-ci il qlobal araşdırmalarda isə dünya əhalisinin təxminən 73%-i, ÜDM-in isə 90%-ni təmsil edən 73 ölkə iştirak etmişdir. Hesabatın bəzi hissələrinə nəzər salaq:

1

Şəkil 1. Potensial təşəbbüskarlar [2. Səh-5].

Hesabatın nəticələrinə görə Türkiyədə təşəbbüskarlıq xüsusiyyətlərinə sahib potensial təşəbbüskar nisbətində son illərdə əhəmiyyətli bir artım olmuşdur. 2013-cü ildə Türkiyədə 18-64 yaş arasındakı  əhalinin  38,63%-i növbəti 6 ay ərzində yeni bir işə başlamaq üçün fürsət meydana gələcəyinə inanarkən, 2014-cü ildə əhalinin bu hissəsinin təşəbbüskarlığa olan inamının 39,8% -ə çatdığı müşahidə edilmişdir. Şübhəsiz ki, bu inamın formalaşmasında KOSGEB-in (Küçük ve Orta Ölçekli İşletmeleri Geliştirme ve Destekleme İdaresi Başkanlığı) rolu böyükdür, bu idarə barəsində növbəti yazılarda məlumat verməyə çalışacam.

Araşdırmalar göstərir ki, qurulan hər yeni müəssisə, öz işini quran şəxsdən başqa orta hesabla 7 nəfərə də məşğulluq imkanı təmin edir. Bu mühüm məşğulluq vasitəsinin düzgün şəkildə istifadə edilməsi, məşğulluq imkanlarını artırmağa və ehtiyatlardan maksimum faydalanmağa imkan verəcək.

Bütün bunları nəzərə alaraq texno-təşəbbüskarlığın inkişafına xüsusi diqqət yetirilməli olduğunu düşünürəm. Bu istiqamətdə ölkəmizdə görülən işlər arasında müxtəlif bölgələrində texnoparkların, sənaye parklarının, aqroparkların, inkubasiya mərkəzlərinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərmək istəyən şəxslərin dövlət tərəfindən dəstəklənməsi  təqdirəlayiqdir. Hesab edirik ki, yaradılan infrastrukturdan arzu olunan formada istifadə edilməsi üçün bütün sahələrdə, o cümlədən mühəndislik sahəsində təşəbbüskar insanların sayının artmasına çalışmaq və bu istiqamətdə müvafiq dərslərin tədrisini təşkil etmək lazımdır.

Ədəbiyyat.

  1. Gürcan Banger – “Teknoloji, Tekno Girişim ve Gelecek”
  2. Türkiye’nin 2014 Küresel Girişimcilik Endeksi Sonuçları
(Azərbaycan) Təşəbbüskarlıq tədrisi niyə vacibdir?
Təşəbbüskar

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Bu gün demək olar ki hər kəsin adını eşitdiyi və bir çoxumuzun məhsullarından gündəlik istifadə etdiyi bəzi markaları və onların sahiblərini gözdən keçirək: Facebook – Mark Zuckerberg, Google – Larry Page və Sergey Brin, Microsoft – Bill Gates, IKEA – Ingvar Kamprad, Walmart — Sam Walton, Nike — Philip H. Knight, Zara — Amancio Ortega və Rosalía Mera, Apple — Steve Jobs və s.   Bu siyahını daha da uzatmaq olar. Bu qəbildən uğurlu iş adamlarının əsas ortaq xüsusiyyəti tamamilə yeni bir fikri və ya mövcud fikrin yeni formasını məhsula çevirməkdir. Mühüm olan yeni bir məhsul (və ya xidmət) təklif edərək onun istehsalını təmin etmək, bazara birinci daxil olmaq və bazar payının böyük hissəsini əldə etməkdir. Dünyada və ya müəyyən ərazidə əvvəllər mövcud olmayan bir məhsulla (və ya xidmətlə) bazara çıxan şəxslərin adətən beyinlərindəki fikirdən başqa bir sərmayəsi olmur və burada sahibkardan fərqli bir anlayış qarşımıza çıxır – təşəbbüskar və ya mütəşəbbis. Bəs “sahibkar” və “təşəbbüskar” anlayışları arasındakı  fərq nədədir.

Hər şeydən əvvəl sözlərin kökünə nəzər salsaq görərik ki “sahibkar” artıq müəyyən sərvətə və ya istehsal vasitələrinə sahib olan insan, “təşəbbüskar” isə müəyyən bir işi görməyə təşəbbüs göstərən, cəhd edən insandır. Sahibkar və təşəbbüskar arasındakı digər fərq isə birincinin daha az riskli amma gəlirli investisiyalara yönələrkən, ikincinin müxtəlif sərmayələri hər kəsdən əvvəl yatıraraq qabaqcıl olmasıdır. Sahibkarların hamısı keçmişdə təşəbbüskar olmasalar da bütün uğurlu təşəbbüskarlar gələcəkdə sahibkar olurlar. Təşəbbüskarlar bütün diqqətini müəyyən bir fikir üzərində cəmləşdirir və bu fikri məhsula çevirərək bazara çıxar­mağa çalışır, amma sahibkarlar artıq mövcud olan və müəyyən dəyəri olan məhsul və xidmətlərə önəm verirlər. Gəlirlilik minimum həddə, hətta başabaş nöqtəsində olsa belə, fikir üzərinə bütün diqqətini cəmləmiş təşəbbüskar var gücü ilə çalışıb yoluna davam edir. Bu vəziyyətdə olan iş adamı (sahibkar) isə zərərdə olduğu üçün  sürətlə alternativ işlərə keçə bilmək üçün fürsət axtarmağa və bunun üçün əlindən gələni etməyə başlayır. Təşəbbüskar ehtiraslıdır, fikrinə sadiqdir, bu fikir üçün yaşayır və gedəcəyi nöqtələri daima bütün detalları ilə xəyallında canlandırır.  Sahibkar isə  müəyyən iş təklifini açıq-aydın və dəqiq olmasa, daha doğrusu  rəqəmlərlə ifadə edilməsə görə bilməz və nəzərə almaz.

Yuxarıda sahibkar və təşəbbüskar arasındakı fərqlər qısa şəkildə izah edildi. Bazar iqtisadiyyatı şəraitində yaşayan bütün ölkələr üçün hər iki anlayış çox mühümdür. Sahibkarlıq fəaliyyəti və ya idarəetmə qabiliyyəti əsas istehsal amillərindən biri hesab edildiyinə görə “sahibkarlığın əsasları”, “sahibkarlıq” və “menecment” və s. bu kimi dərslər uzun müddətdir dünyanın hər yerində, o cümlədən ölkəmizdə də tədris olunur. Lakin, təşəbbüskarlıq uzun müddət genetik yolla keçən bir qabiliyyət olaraq qəbul edilmiş və onun  tədrisi aparılmamışdır. Son bir neçə onillikdə təşəbbüskarlığın Piter Drukerin dili ilə desək “mistik bir vəziyyət, bir növ sehr və ya sirr” olmadığı anlaşılmış, təşəbbüskarlığın bir fənn olaraq tədrisinin mümkünlüyünə qərar verilmişdir. Müəyyən fəaliyyətə başlamazdan əvvəl təşəbbüskarlıq təhsilinin verilməsi gənclərin gələcəkdə edəcəkləri cəhdlərin müvəffəqiyyət şansının artırılması üçün əhəmiyyətlidir. Xüsusilə gənclərdə yenilikçi və işgüzar davranışların formalaşması üçün təşəbbüskarlıq fənninin böyük əhəmiyyəti vardır. Bu fənnin tədrisi  tələbələrdəki sahibkarlıq potensialını ortaya çıxarmağa kömək edir və öz işlərini qurmağa istiqamətləndirir.

Dünyada təşəbbüskarlıqla bağlı fənlərin tədrisi tarixinə nəzər salsaq ABŞ-ın birinci olduğunu görə bilərik. Amerikada təşəbbüskarlıqla əlaqədar ilk təhsil 1947-ci ildə Harvard Business Schoolda verilməyə başlanmışdır. Bu mövzuda ilk akademik proqramlar isə 1960-cı illərdə başlamış və getdikcə təkmilləşdirilərək daha çox yayılmışdır.

Sidney Universitetində təşəbbüskarlıqla bağlı bir neçə fənn tədris edilir. Bunlar: “Sosial Təşəbbüskarlıq”, “Təşəbbüs və Yaradıcı Sənayelər”, “Təşəbbüskarlığın strukturu və Yenilənmə”, “İnnovasiya və özəl təşəbbüs layihələri” və “Beynəlxalq Təşəbbüskarlıq”dır.  Məhz bu səbəbdən ki,  Avstraliyada xeyriyyəçilik tədbirlərindən tutmuş  film sektorunun inkişaf etdirilməsinə qədər bütün sahələrdə təşəbbüs­kar­lığı beynəlxalq səviyyədə qiymətləndirən geniş məzmunlu dərs proqramları meydana çıxmışdır.

Dünya universitetlərində bakalavr səviyyəsində təşəbbüskarlıq fənləri iqtisadi və inzibati idarəetmə ixtisaslarında daha çox tədris olunur. Lakin, mühəndislik və əczaçılıq kimi digər ixtisaslarda da təşəbbüskarlıqla əlaqədar müəyyən dərslər tədris edilir. Əczaçılıq fakültələrində dərman məhsulları təşəbbüskarlığı, Aqronomluq ixtisasında istixana təşəbbüskarlığı, Maliyyə ixtisasında isə Maliyyə təşəbbüskarlığı və s. kimi spesifik sahələrə istiqamətlənmiş dərslər buna nümunə olaraq göstərilə bilər.

Qardaş Türkiyə respublikasında da təşəbbüskarlıq dərsi xüsusilə son illərdə çox geniş vüsət alaraq və iqtisadiyyat və idarəetmə fakültələrində məcburi, digər əksər fakültələrdə isə seçmə fənn olaraq tədris edilir. Belə ki, Türkiyənin 100 ən yaxşı universitetindən 77-sində təşəbbüskarlıq fənni tədris edilir, qeyd edək ki, dünya üzrə bu rəqəm 69-dur.

Ölkəmizin ali təhsil müəssisələrində sahibkarlıq fəaliyyəti ilə bağlı fənlər tədris edilsə də, təşəbbüskarlıqla bağlı fənlər demək olar ki yox idi. Son dövrlərdə müxtəlif təhsil müəssisələrimizdə bu sahədə müəyyən işlər həyata keçirilməyə başlanması sevindirici haldır.

Azərbaycan Dövlət Aqrar Universitetində də son dövrlərdə aparılan dəyişikliklər nəticəsində tələbələrin istər sahibkarlıq fəaliyyəti ilə bağlı, istərsə də iş dünyasındakı cari vəziyyətlə bağlı məlumatlandırılması istiqamətində uğurlu addımlar atılmışdır. Buna misal olaraq “Tələbə və iş dünyası” klubunun yaradılması, müxtəlif iş adamlarının və dövlət işçilərinin, eləcə də alim və professorların universitetə dəvət edilərək ustad dərslərinin təşkil edilməsi kimi tədbirləri göstərə bilərik. Universitetdə tətbiq edilən yeniliklərdən  biri də 2016 — 2017-ci tədris ili üçün Menecment və aqrar marketinq kafedrasının dərs yükünə “Təşəbbüs və işgüzarlıq” fənninin əlavə edilməsidir. Bu fənnin tədrisi tələbələrimizin yenilikçi ideyalarının və gizli potensialının kəşf edilməsinə kömək edəcəkdir.

Ümid edirik ki, bu tədris ilində yalnız bir ixtisasın tələbələrinə tədris edilən bu fənn gələcəkdə bütün ixtisaslarda  tədris ediləcəkdir.

 

Fərrux RƏHİMOV – Azərbaycan Dövlət Aqrar Universitetinin assistenti

(Azərbaycan) Aqroparklar müasir iqtisadiyyatın tələblərindən biri kimi.
aqropark0002

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Aqrar sahə istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan bütün ölkələrdə əhalinin gündəlik qida tələbatını ödəməsi, sənayeni xammalla təmin etməsi və sənaye məhsullarına tələb yaratması, ÜDM və ixracatda rolu baxımından daima  digər sahələrdən üstün olmuşdur. Əhalinin sayı ilə kənd təsərrüfatına yararlı torpaqların inkişafı tərs mütənasib olduğundan məhsuldarlığın artırılması məsələsi indiki vaxtda daha çox önəm kəsb etməyə başlamışdır. Bu məsələni uğurla həll etmək üçün aqrar sahənin inkişafı və dayanıqlılığının təmin edilməsi məsələsi bioloji, ekoloji, iqtisadi və sosial tərəfləri ilə birgə qiymətləndirilməlidir.

Əhalinin zəruri ərzaq malları ilə təminatı strateji məsələ olduğundan daima dövlətin birbaşa nəzarətində olur. Buna görə də aqrar sahənin inkişaf səviyyəsi baxımından inkişaf etmiş ölkələr həmişə üstün mövqedə olmuşlar. Kənd təsərrüfatı məhsulları ixracında paylarına görə ölkələr siyahısında  ilk beşlik ABŞ, Braziliya, Çin, Kanada və Hindistandır. Ayrı-ayrı məhsul növləri üzrə Türkiyə, Rusiya, Almaniya, İtaliya, Misir və İran respublikaları da ön sırada yer alır. Qardaş Türkiyə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2013-cü il məlumatlarına əsasən fındıq, heyva, albalı, əncir, və ərik istehsalı üzrə dünya lideri, həmçinin, müxtəlif məhsullar üzrə ilk beşlikdə yerləşir.

Azərbaycan Respublikası da istər sahib olduğu məhsuldar torpaqlar, istər müxtəlif iqlim tiplərini özündə birləşdirən coğrafiyası kimi fiziki göstəricilər, istərsə də kənd təsərrüfatının ənənəvi sahə olması səbəbiylə aqrar sahədə özünəməxsus yer tutmağa qadirdir. Aqrar sahənin inkişafı üçün tədqiqat və işləmənin, istehsal edilən informasiyanın kommersiyalaşdırılması fonunda yeni fürsətlər dəyərləndirilir və bu sahədə lazımı qanunvericilik formalaşdırılır.  Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti tərəfindən 3 may 2011-ci il tarixdə “Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə” sərəncam imzalanmışdır. Bu və buna bənzər sərəncamların icrası zamanı düzgün informasiyanın istehsal edilərək yayılması ilə fermerlərin maarifləndirilməsi və istiqamətləndirilməsi, uzun müddətli dövrdə birbaşa maliyyə dəstəyi  kimi məsələnin müvəqqəti həllindən daha faydalı olardı. Aqrar yönümlü texnoparklar və ya aqroparklar məhz bu məqsədlə yaradılır və inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidentinin 16 aprel 2014-cü il tarixli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən 15 noyabr 2014-cü il tarixində Şəmkir şəhərində ilk aqroparkın təməli atılmışdır. Təməlqoyma mərasimində iştirak edən ölkə başçısına İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “Aqropark” inkişaf konsepsiyası barədə məlumat vermişdir. “Bildirmişdir ki, bu konsepsiya ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.”[1. 03.04.2016]. “Şəmkir Aqropark” bir və ya bir neçə növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və marketinqi ilə əlaqədar fəaliyyətlərin vahid istehsal məkanında, bir ərazidə kombinə olunmuş təsərrüfatçılıq subyektidir [2. 03.04.2016].

Aqropark

İnformasiyaya malik olmağın əsas güc və gəlir mənbəyi olduğu, rəqabət üstünlüyü əldə etməyin iki əsas üsulundan biri olduğu və əhəmiyyətinin günbəgün artdığını müasir iqtisadiyyat şəraitində təbii olaraq əsas informasiya istehsalçıları olan ali məktəblərin və elmi-tədqiqat institutlarının əhəmiyyəti daha da artmışdır. Aqrar mütəxəssislərin hazırlanması sahəsində Azərbaycanda yeganə ixtisaslaşmış ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetində də son zamanlar ölkədə həyata keçirilən məqsədyönlü tədbirlərdin tərkib hissəsi olaraq: elmi-texniki baza yenilənir, yeni laboratoriyaların, mərkəzlərin yaradılması və təhsilin keyfiyyətinin artırılması istiqamətində uğurlu işlər görülür.

Buna nümunə olaraq Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəz­dində təşkil edilmiş ümumi sahəsi 254  olan “Quşçuluq tədris-təc­rübə mərkəzi” göstərilə bilər. Mərkəzin 200  sahəsində müa­sir tələblərə cavab verən ferma inşa edilmiş, 30 ərazidə laboratoriya yaradılmış və avadanlıqlarla təchiz olun­muşdur. Burada kənd təsərrüfatı quşlarının bəs­lən­məsi, yetişdirilməsi, tələbələrə quşçuluq sahəsində mü­asir texnologiyaların öyrədilməsi, elmi-tədqiqat işlərinin aparılması, zootexniki-baytarlıq tədbirlərinin aparılma qaydaları, müasir diaqnostika üsullarının tətbiqi və s. bu kimi işlər həyata keçi­rilir. Mərkəzdə 30-35 gün ərzində ilk mərhələdə 3000 ədəd və ikinci mərhələdə 1500 ədəd broyler cinsli quş yetiş­diril­mişdir. Mərkəzdə 4 nəfər tələbə işlə təmin edilmişdir [3. 03.04.2016].

Universitetdə quşcuğun inkişafı məqsədilə yaradılmış ikinci mərkəz 2015-ci ildən əsası qoyulan bildirçin yetişdirmə üzrə tədris mərkəzidir.  Mərkəzin əsas məqsədi tələbələrə tədris prosesinin təcrübi hissəsini çatdırmaq və  laboratoriyalar vasitəsilə eksperimental təsərrüfatlarda gələcək peşəsinə dair praktik biliklərlə sahib olmağa imkanın yaradılmasıdır. Bildirçin yetişdirmə üzrə Tədris mərkəzinin işinin əsas istiqaməti intensiv texnologiya əsasında bildirçinlərin bəslənməsi, müasir şəraitdə bildirçinlərin yetişdirilməsində 3 mərtəbəli qəfəsli batareyalardan istifadə etməklə yüksək nəticələrin əldə edilməsidir [3. 03.04.2016].

Bunlardan əlavə universitetdə qapalı və açıq balıq yetişdirmə laboratoriyası, taxıl və paxlalı bitkilər laboratoriyası, alternativ enerji mənbələri üzrə sahə elmi-tədqiqat laboratoriyası, tədris — təcrübə təsərrüfatları, maşın-traktor parkı kimi maddi-texniki vasitə­lərlə təchiz edilmiş mərkəzlər fəaliyyət göstərir. Bütün bu maddi-texniki təchizat və elmi-pedaqoji heyyətin potensialından daha səmərəli istifadə etməklə, istər k

adr hazırlığının keyfiyyətini artırmaq, istərsə də aqrar sahədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi təsərrüfatlarla daha yaxşı əlaqələri təmin etmək məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində aqroparkın təşkil olunması məqsədəuyğun olardı. Qeyd edildiyi kimi bu sahədə qanunvericilik hazırlanmış, Şəmkir şəhərində aqropark təşkil edilmişdir. Bu istiqamətdə dünya təcrübəsini və, bir çox xüsusiyyətlərinə görə Azərbaycana bənzəyən Türkiyə Cümhuriyyətinin də təcrübələrini nəzərə alaraq ən əlverişli coğrafi mövqeyə və təşkilati-idarəetmə strukturuna malik aqroparkın qurulmasının səmərəli olacağını düşünürük.

İstifadə edilən mənbələr.

  1. http://www.president.az/articles/13410
  2. http://ztp.az/about.php
  3. http://adau.edu.az/
Перейти к верхней панели