Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9658, TRY 0.3578, RUB 0.0267, CNY 0.2618, GEL 0.6914, GBP 2.2363, IRR 0.0040, JPY 1.5366, XAU 2151.7580, XAG 27.6156, XPT 1469.0550, XPD 1640.0665
(Azərbaycan) Nəzirzadə Leyla — İqtisadi etika və onun fəlsəfi kökləri
etika

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

“Təbiət insanın əlinə silah – intellektual əxlaqi güc verib, amma insan bu silahdan əks istiqamətdə də istifadə edə bilər, ona görə də əxlaqi dayaqlarsız  insan öz cinsi və dad instinktlərində ən rəzil,  günahkar və vəhşi varlıqdır.” – Aristotel.

 

Etika – fəlsəfənin əxlaq fenomenini öyrənən ən qəliz sahələrindən birirdir. Bu fenomen insanın davranışında əhəmiyyətli rola malik olub, insanı, törətdiyi əməllərinin motivlərinin və məqsədlərinin fövqünə çıxaran oriyentirləri ilə bilavasitə əlaqələndirir. Etikanın bütün ənənəsi insan varlığının qanunlarının dərinliyinə söykənərək, onun üçün nəyin daha labüd və əhəmiyyətli olmasının müəyyənləşdirilməsidir.

Professional etikanın xüsusi təzahürlərindən biri də iqtisadi etikadır. Elmi ədəbiyyatda bu sahəni başqa cür “biznes etikası” və ya “işgüzar etika” da adlandırırlar. Hal hazırda bu problemə getdikcə daha çox diqqət göstərilir.

Iqtisadi etika olduqca qədim elmdir. Onun əsasını qədim yunan filosofu Aristotel özünün “Etika”, “Nikomax etikası” və “Politika” əsərlərində qoymuşdur. Aristotel iqtisadiyyatı iqtisadi etikadan ayırmırdı. “Nikomaxın etikası” əsərində o, öz oğlu Nikomaxa ancaq faydalı və xeyirxah istehsalla məşğul olmağı tövsiyə edirdi. Bu prinsiplər sonralar öz inkişafını katolik və protestant teoloqların biznes etikası problemləri ətrafında apardıqları uzunmüddətli gərgin müzakirələrinin nəticəsi olan ideya və konsepsiyalarında tapdı. Məlumdur ki, XVI əsrdə Avropada kapitalizmin meydana gəlməsi protestant Reformasiyası ilə sıx əlaqədədir. Hətta demək olar ki, biznes etikasının formalaşmasını protestantizm mümkün etdi. Əgər kapitalizm, orta əsr katolik ideologiyasına əsaslansa idi, məqsədlərinə nail olmaq üçün əxlaqi standartları müəyyənləşdirə bilməyəcəkdi. Çünki katoliklər “pul qazanmağı” əxlaqi cəhətdən ittiham edirdilər. Məsələn, katolik ideolgiyasının atası sayılan Akvinalı Foma inanırdı ki, gəlir əldə etmək məqsədi ilə həyata keçirilən ticarət formalarının əksəriyyəti mütləq mənada əxlaqa ziddir. Bu doqmaları inkar edən və gəlir əldə etməyə cəhdi əxlaqi cəhətdən işıqlandıran protestanizm  biznesin etikasının formalaşmasını mümkün etdi. Protestantizm iddia edirdi ki, işgüzar adamın əməyi Tanrı tərəfindən bəraət qazanır. Gəlirə və Tanrıya doğru  can atma tədricən bir-birini qarşılıqlı şərtləndirən əlamətlərə çevrildi. Maliyyə uğurlar isə, artıq Tanrının mükafatı kimi başa düşülürdü. Protestant biznes etikasının zadəgan versiyası qərb ictimai mədəniyyətinin olduqca önəmli tərkib hissəsinə çevrildi. Müasir günümüzdə yaxşı etika yaxşı biznes deməkdir. Biznesdə uğur qazanmış insan eyni zamanda xeyirxah insan da ola bilər və əslində əxlaqi xeyirxahlıq uğurun zəruri şərtidir.

İlk etik-iqtisadi konsepsiyalardan biri də H. Fordun konsepsiyası olmuşdur. H. Ford belə hesab edirdi ki, xoşbəxtlik və zənginlik yalnız halal zəhmətlə qazanılır və sağlam etik düşüncə də məhz bundan ibarətdir. Fordun iqtisadi etikasının mahiyyəti ondan ibarətdir ki, istehsal olunan məhsul sadəcə “işgüzar nəzəriyyə”nin reallaşdırılması deyil, “nəsə daha geniş mahiyyətdir” – məqsədi şeylər dünyasından “xoşbəxtlik mənbəyi yaratmaq” olan bir nəzəriyyədir. Güc və maşınlar, pul və mülkiyyət həyati azadlığa xidmət etdiyi müddətcə faydalıdır. Fordun iqtisadi-etik ümumiləşdirmələri indiki zaman üçün də praktiki əhəmiyyət daşıyır. İqtisadi etika – sahibkarın davranış normalarınn məcmusudur, mədəni cəmiyyətin onun iş stilinə, digər biznes iştirakçıları ilə ünsiyyətinin xarakterinə, onların sosial görünüşünə  qoyduğu tələblərdir. İqtisadi etika – biznesmenin təcrübi ehtiyaclarına uyğunlaşdırılmış etik anlayışlar haqqında, işgüzar insanın obrazına və iş stilinə əxlaqi tələblər haqqında məlumatlardır. İqtisadi etika – partnyorlarla danışıqların aparılması, sənədlərin hazırlanması etikasıdır, rəqabətin etik metodlarından istifadə bacarığıdır.

İqtisadi etika özündə işgüzar etiketi daşıyır ki, bu etiket də konkret ölkənin tarixən mövcud olan ənənələrinin təsiri altında formalaşır. Bəs işgüzar etiket dedikdə nə başa düşülür? Işgüzar etiket – fəaliyyət üslublarını, firmalararası ünsiyyət manerasını, biznesmenin imicini və s. reqlamentləşdirən normalardır.

Sahibkarlığın etikası subyektiv istəklərlə müəyyənləşə bilməz. Onun formalaşması mürəkkəb və uzunmüddətli prosesdir. Sahibkarlığın etikasını formalaşdıran şərtlər bunlardır: siyasi və iqtisadi azadlıq, güclü icraçı hakimiyyət, qanunvericiliyin stabilliyi, təbliğat, hüquq.

Sahibkarlığın etik kodeksinin əsas postulatları aşağıdakılardır:

  • sahibkar fəaliyyətinin təkcə özü üçün deyil, həm də başqaları və bütövlükdə cəmiyyət üçün faydalı olacağından əmindir;
  • ətrafındakı insanların işləmək arzusu və bacarığından çıxış edir;
  • biznesə inanır və onu cəlbedici yaradıcılıq kimi qiymətləndirir;
  • rəqabətin zəruriliyini qəbul edir, həmçinin əməkdaşlığın da zəruriliyini başa düşür;
  • hər cür mülkiyyətə, ictimai fəaliyyətə hörmət edir, peşəkarlığa və kompetentliyə, qanunlara ehtiram göstərir, təhsilə, elmə və texnikaya dəyər verir.

İşgüzar insanın etikasının bu prinsipləri onun peşəkar fəaliyyətinin müxtəlif sahələrinə tətbiqən konkretləşə bilər.

Azərbaycan Resbublikası üçün iqtisadi etikanın problemləri bazar iqtisadiyyatına keçid dövründə xüsusi məna kəsb etdi. Bunun səbəbi ölkəmizdə bazar münasibətlərinin yüksələn templə formalaşmasıdır. Əvvəlki dövrlərlə müqayisədə ciddi fərqlər diqqəti cəlb edir. Məsələn, ticarət sahəsindəki xidmətə nəzər salsaq, görərik ki, əvvəllər mövcud olan “Alıcı hər zaman haqlıdır” şüarı sadəcə formal xarakter daşıyırdısa, hal hazırda biz bunun doğrulmasının real şahidiyik. Təbii ki, istənilən sahədə olduğu kimi burada da problemlər yox deyil, amma bu gün iri marketlər şəbəkələri, mağazalar müştərilərə yüksək xidmətin göstərilməsi baxımından bir-biri ilə ciddi rəqabətdədir. Qeyd etmək lazımdır ki, gündəlik həyatımızda hər gün daha güləriz, səliqəli geyimli və hər an müştərinin köməyinə hazır personalın, satıcıların xidməti ilə qarşılaşmaq bu sferanın inkişafında ümidverici məqamlar kimi qiymətləndirilə bilər. Bütün bunlar ölkəmizdə iqtisadi etikanın yüksələn inkişafının müjdəçisidir.

 

Fəlsəfə kafedrasının müəllimi, fəls.ü.f.d. Nəzirzadə Leyla

Перейти к верхней панели