Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9794, TRY 0.3539, RUB 0.0271, CNY 0.2535, GEL 0.6928, GBP 2.2278, IRR 0.0039, JPY 1.5044, XAU 2086.1465, XAG 26.5053, XPT 1389.0020, XPD 1556.0950
(Azərbaycan) Elektron pul
e-ticaret-3

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Elektron pul – kompüter şəbəkələrin istifadəsi ilə, pul saxlanması və ötürülməsi üçün istifadə edilən, dəyər sistemləri ilə bağlı birmənalı olmayan və daim inkişaf edən  termindir. Elektron pul deyəndə həm ənənəvi həm də qeyri-dövlət, şəxsi valyutaların saxlanma və ötürülmə siestemləri başa düşülür. Elektron pulların dövriyyəsi həm dövlət və ya mərkəzi banklar tərəfindən müəyyən edilmiş və razılaşdırılmış, həm də qeyri-dövlət ödəmə sistemlərinin şəxsi qaydaları üzrə həyata keçirilə  bilər.

1Emitentin pul öhdəlikləri elektron formada Aİ-da elektron pul kimi hesab edilir, hazıki istifadəçinin ixtiyarında yerləşən elektron daşıyıcıdadı. Belə pul öhdəlikləri aşağıdakı üç meyarlara uyğundur:

  1. Elekton daşıyıcıda saxlanılır və qeydə alınırlar.
  2. Digər şəxslərdən emitent pul dəyərindən az olmayan pul vəsaiti alındıqda, emitent tərəfindən buraxılır.
  3. Digər (emitentin başqa) təşkilatlar tərəfindən ödəniş vəsaiti kimi qəbul edilir.

Elektron pulun dövriyyəsi:

2

Elektron pulların təbiəti:

«Elektron pul» innovativ texniki qərarlar əsasında ödəmə alətlərinin geniş spektrında tez-tez tətbiq olunan, nisbətən yeni termindir. Bu elektron pulun dünyada qəbul edilmiş müəyyən vahidi, olmaması nəticəsidir, hansıki onların iqtisadi və hüquqi mahiyyətini birmənalı şəkildə müəyyən edərdi.

Elektron pullara daxili ziddiyyət xasdır, bir tərəfdən onlar ödəmə vasitəsidir, digər tərəfdən emitentin öhdəliyidir hansıki, ənənəvi elektron olmayan pul ödəniş vasitəsi kimi yerinə yetirilməlidir. Belə bir paradoksu tarixi eynilik köməyi ilə izah etmək olar: vaxtilə banknotlarda, sikkələrlə yaxud qiymətli metallarla ödənilməsi öhdəliyi kimi nəzərdən keçirilib. Yəqin ki, zaman keçdikcə elektron pul, pulun müxtəlif formalarindan biri(sikkələr, banknotlar, nağdsız pul və elektron pul) olacaq. Həmçinin aydındır ki, mərkəzi banklar indi pulu kəsib və banknot çap etdirdikləri kimi gələcəkdə elektron pul buraxcaqlar.

Elektron pulların nağdsız pul ilə eyniləşdirilməsi geniş yayılmış səhvdir.

Elektron pullar, şəxsləndirilməmiş ödəniş məhsulu olaraq, bankların pul müraciətlərindən fərqli olaraq, ayrıca müraciətə malikdirlər, lakin o cümlədən

dövlət və bank ödəmə sistemlərində müraciət edə bilərlər.

3Bir qayda olaraq, elektron pulların dövriyyəsi, kompyuter şəbəkələri, İnternet, ödəmə kartları, elektron pul kisələri və ödəmə kartları ilə işləyən qurğuların (bankomatlar, POS-terminallar, ödəmə köşkləri)  köməyi ilə baş verir. Başqa ödəmə alətləridə istifadə olunur: bilərzik, breloklar, mobil telefon blokları və

digər xüsusi ödəmə çipləri ilə  təchiz olunan qurğular.

4Elektron pulların növləri

Adətən elektron pul iki qrupa ayrılır: smart-kart bazalarında və şəbəkə bazalarında . Həm birinci həmdə ikinci qrup istifadəçinin identifikasiyası olmadan əməliyyatları həyata keçirmək üçün icazə verən anonim (qeyri-şəxsi) sistemlərə və istifadəçinin identifikasiyasını mütləq həyata keçirən qeyri anonim (xüsusi) sistemlərə təsnif edilirlər. 

5Həmçinin elektron fiat pul və elektron qeyri-fiat pulları fərqləndirmək lazımdır. Elektron fiat pullar mütləq dövlət valyutaların birində ifadə olunurlar və hansısa bir dövlətin ödəmə sisteminin pul vahidinin bir növüdür. Dövlət qanunlarla bütün vətəndaşları ödənnişdə fiat pulları ödəməyi məcbur edir. Müvafiq olaraq, elektron fiat pulların, müraciət, ödəniş və emissiyası, mərkəzi bankların və ya digər dövlət tənzimləyiciləri, milli qanunvericiliklərin qaydalarına görə baş verir. Elektron qeyri fiat pullar qeyri-dövlət ödəmə sistemlərinin elektron qiymət vahididir. Müvafiq olaraq, elektron qeyri-fiat pulların, müraciət, ödəniş (fiat pul müqabilində)və emissiyası, qeyri-dövlət ödəmə sistemlərinin qaydalarına görə baş verir. Müxtəlif ölkələrdə bu cür ödəniş sistemlərinin nəzarət dərəcəsi və dövlət orqanlarının tərəfindən tənzimləmələri fərqlidir.Tez-tez qeyri-dövlət ödəmə sistemləri öz elektron qeyri-fiat pullarını dünya valyuta kurslarına bağlayırlar, amma dövlətlər belə qiymət vahidlərinin etibarlılıq və real dəyərini təmin etmirlər. Elektron qeyri-fiat pullar kredit pulların bir növüdür.

6Elektron pulların emissiyası

Elektron pul ilə bağlı,  ən mühüm siyasi məsələlərdən biri emitent məsələsidir, məhz ölkədə elektron pul emissiyasını həyata keçirmək hüququ olan təşkilatların siyahısının müəyyən edilməsidir. Emissiyanın problemi elektron fiat pullara (milli valyuta ilə) həm də elektron qeyri-fiat pullara (dövlət ödəniş sisteminin xaricində müraciət edən, qiymət vahidi) təsir göstərir. Bu problem üzrə dünya ölkələrinin qanunvericiliyində birmənalı yanaşma yoxdur.

Aİ-nin qanunvericilyi kredit təşkilatların yeni siniflərinə —  Elektron pul İnstitutu (ELMI), elektron pulların emissiyasına icazə verir.

Elektron pulun anonimliyi

Elektron pul anonim və xüsusi ola bilər. Təbiətcə elektron pullar, şəxsləndirilmiş nağdsız pullardan  çox, elektron nağd pullara yaxındır. Anonim olub-olmamasını elektron pulların müəyyən ödəmə sistemlərində müraciət mexanizmləri və qaydaları üzrə təmin edilir.

Dövlət tənzimləyici qurumlarının əksəriyyəti, eləcə də dövlət və özəl ödəniş sistemləri müxtəlif  yollarla elektron pulların istifadəçilərini şəxsləndirilməsi və onlarla əməliyyatları stimullaşdırmağa çalışırlar.

Məsələn, elektron pul üçün ödəmə sisteminin şəbəkə bazasında anonim istifadəçi üçün elektron pul məbləğini məhdudlaşdıraraq, sistemin şəxsləndirilmiş istifadəçilərinə limitlərini artırır. Kartlarının bazasında olan elektron pullara, pul kisəsinin maksimum məbləğini məhdudlaşdırır vəşəxsləndirilmiş artırma mexanizmlərini daxil edir.

7Kriptoqrafik mühafizə

Kriptoqrafiyanı, elektron pulların müdafiısi  üçün Devid Çaum təklif edib. Birneçə şifrləmə protokollarını və elektron imzanıda,  o təklif edib. O, pul verib və götürümək arasında əməliyyatları ört-basdır etmək üçün məxfi əlaqələrin alqoritmini istifadə edib. Çaum ideyasının mahiyyəti «Kor»  rəqəmsal imza sisteminnən ibarətdirki, məlumatı imzalayarkən, şəxs yalnız ona lazım olan hissəni görür, amma özrəqəmsal imzası ilə bütün məlumatların həqiqiliyini təsdiq edir: emitent əskinasların dəyərini görür və onların həqiqiliyini təmin edə bilir, lakin onların seria nömrələrini bilmir, onu yalnız sahibi bilir.

Son illərdə elektron sənədlərin həqiqiliyini təsdiq edən ən populyar vasitələrindən biri, adi rəqəmsal imzanın, etibarlılığı ilə, «kor» imza əskinasların bütün məzmunun həqiqiliyinə zəmanət olduğunu sübut etmək mümkündür. Əsasında RSA-şifrələməmetodudu dayanır.

Elektron pulların üstünlükləri

Elektron pul kütləvi ödənişlərin kiçik məbləğlərin həyata keçirilməsində xüsusilə faydalı və rahatdır. Məsələn, nəqliyyatda, müxtəlif cərimələrin ödənişi, kommunal xidmətlərin ödənişi, kinoteatrlarda, klublarda, internetdə ödəmələrin zamanı ödəniş və sair. Elektron pulla ödəmə prosesi sürətlə həyata keçirilir, növbədə dayanmırsan, qalıq pulgözləmirsən, ödəyicidən alıcıya pul tez keçir.

Elektron pul nağd pulla müqayisə etmək doğrudur, çünki nağdsız pulların tədavülü mütləq şəxsləndirilmişdir, hər iki tərəfin rekvizitləri də məlumdur. Elektron pulla ödəniş zamanı pul alanın rekvizitlərini bilmək kifayətdir.

Elektron pulların nağd pulla qarşısında aşağıdakı üstünlükləri vardır:

  • Əla bölünmə və cəmlənmə — ödəniş zamanı qalıq verilməsinə ehtiyac yaranmır;
  • Yüksək portativlik —  nağd pulların halıdakı kimi, məbləğin böyüklüyü pulun qabariti və çəki ölcüləri ilə əlaqəli deyildir;
  • elektron pulların emissiya dəyəri çox aşağıdır — Metal, kağız, boya və s.d istifadə etmək lazım deyil,pul kəsməyə, banknot çap eləməyə ehtiyac qalmır;
  • Fiziki cəhətdən pul saymağa gərək qalmır, bu funksiya saxlanmainstrumentinə və ya ödəmə alətinə keçir;
  • Elektron pulların fiziki mühafizəsini təşkil etmək daha asandır, nəinki nağd pulların;
  • Ödəniş prosesi, elektron sistemləri ilə qeydə alınır, insan amilinin təsiri azalır;
  • Fiskalaşmış ekvayrinq cihazı ilə ödəmələr zamanı vergidən pul gizlətmək mümkün deyil;
  • Elektron pulları saymağa, qablaşdırmaqa, daşımaqa və xüsusi anbarlar təşkil etməy lazım deyil;
  • İdeal qorunub saxlanılması —  elektron pullar zaman keçdikcə öz keyfiyyətlərini itirmirlər;
  • İdeal keyfiyyətli oxşarlıq — elektron pulların ayrı-ayrı nüsxələri, unikal xüsusiyyətlərə (məsələn, sikkələrin üzərində cızıq var) malik deyillər;
  • Təhlükəsizlik — oğurluq və saxtakarlıqdan qorunması, nominalının dəyişdirilməsi və s.d kriptoqrafik və elektron vasitələrlə təmin edir.

Elektron pulun nöqsanları

  • Sabitləşmiş hüquqi tənzimlənməsinin olmaması: bir çox dövlətlər elektron pullara öz birmənalı münasibətini müəyyənləşdirməyiblər;
  • Əla portativliyə baxmayaraq, elektron pullar xüsusi saxlanma və müraciət alətlərinə ehtiyacı var;
  • Nağd pulla olduğu kimi,elektron pulların daşıyıcısını, fiziki məhv edəndə, sahibinə pulun dəyərini bərpa etmək mümkün deyil;
  • Tanınmasıyoxdur: xüsusi elektron cihaz olmadan,bu əşya, pul, məbləğ və s.d olduğunu asan və tez müəyyən etmək olmur;
  • bir ödəyəndən başqasına pulun bir hissəsini bir-başa ötürülməsi qeyri-mümkündür;
  • kriptoqrafiya müdafiyə vasitələri, hansılarla ki, elektron pul sistemlərini qoruyur, hələ də uzun müddətli müvəffəqiyyətli istismar tarixinə malik deyillər;
  • nəzəri maraq oyadılmış şəxslər, ödəyənlərin şəxsi verilənlərini və elektron pulların müraciətini bank sistemindən kənar izləməyə çalışa bilərlər;
  • Elektron pullarin təhlükəsizliyi (oğurluq və saxtalanmadan qorunması, nominalının dəyişdirilməsi və s.d) geniş müraciətlə və problemsiz tarixlə təsdiq edilməmiş;
  • Nəzəri olaraq elektron pulların oğurlanması, innovasiya metodları vasitəsi ilə, müdafiə texnologiyaların kifayət qədər kamil olmamasından istifadə edərək, mümkündür.

Tətbiq etmə problemləri

Bankların  elektron pulla bağlı layihələri inkişaf etdirmək istəməməsinin əsas səbəbləri:

  • hazırlamaların maliyyələşdirmək ehtiyacı, hansıların ki, bəhrəsindən rəqiblər istifadə edə bilərlər;
  • innovasiya hazırlamalarına xərcləri bölmək məqsədi ilə başqa banklarla kooperasiyanın çətinlikləri;
  • artıq mövcud olan bank məhsullarının yeni məhsullarla kannibalizasiyası;
  • şəxsi ştatda ixtisaslaşdırılmış mütəxəssislərin yoxluğu;
  • autsorser etibarlılığında inamsızlıq.

 

 

 

 

 

Mobil marketinq

Mobil marketinq — bu mobil əlaqənin vasitələrin istifadəsiylə malların və ya xidmətlərin irəliləyişinə yönəldilmiş marketinq tədbirlərinin kompleksidir. Mobil marketinqə mobil rabitə xidmətlərin əəsaslanan sms-göndərilməsi, sms-aksiyalar (səhmləri), mobil kuponları və başqalarını aid etmək olar.

  • Mətbuatda reklam
  • Xarici reklam
  • Qablaşdırma
  • Tədbir                                  +    Mobil Qurğular           = Mobil Marketing
  • Televiziya
  • Radio
  • İnternet
  • Satış nöqtələri

snimok

Telefon məlumat xidmətləri də həmçinin  elektron marketinqə aid edilə bilər, çünki belə xidmətlərin fəaliyyəti FK-la sıx bağlıdır. Hal-hazırda istənilən şəhərdə lazım ıninformasiyanın müştərilərə verilməsində ixtisaslaşdırılan müxtəlif məlumat xidmətləri işləyir. Bura şəhərin apteklərində dərmanların mövcudluğu, hava, biletlərin mövcudluğ, qarşıdakı tədbirlər haqqında və başqa məlumatları yayan məlumat xidmətləri aid ediləbilər.

snimok2

Electron marketinqin proqram təminatına marketoloqlar tərəfindən göstəricilərin analiz, hesablaması, proqnozlaşdırma, qərar qəbul olunmaları üçün istifadə olunan proqram təminatı və qurğular aiddir. Bunlar:

  • satışların hesabı üçün PT
  • ziyarətçi sayğacı
  • CRM / ERP-sistemlər
  • IP-telefoniya
  • kontaktsız kartlar
  • strix-kod skanerləri və s
(Azərbaycan) Elektron ticarət. Üstünlükləri və çatışmazlıqları.
e-ticaret-3

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Elektron ticarətdən ilk dəfə ABŞ-da XX əsrin 60-cı illərində istifadə olunmağa başlanılıb. XX əsrin 90-cı illərin ortalarından başlayaraq bütün dünya üzrə Elektron (on-line) ticarət sahəsində fəallığın artması müşahidə olunub. Kompüter avadanlığını istehsal edən iri firmaların ardınca şəbəkəyə ənənəvi malları satan tacirlər çıxmağa başladılar. Böyük sayda kitab, kompakt-disk və videokaset, şərab-çaxır mağazaları meydana çıxdı. Hazırda demək olar ki, istənilən malı şəbəkə vasitəsilə almaq mümkündür. Bu nöqteyi- nəzərdən elektron ticarət — bir çox biznes-proseslərin elektron formada ötürülmə yolu ilə tezləşdirilməsi başa düşülür ki, bu zaman hər bir mərhələdə verilən informasiya, kağızların çoxlu sayda surətlərini yaratmadan birbaşa alıcıya çatdırıla bilir. Bu gün «elektron ticarət» ifadəsi altında ilk növbədə malların və xidmətlərin qlobal informasiya şəbəkəsi vasitəsilə təqdim olunması başa düşülür.

Elektron ticarətin çoxlu sayda müsbət və mənfı xüsusiyyətləri var. Aşağıda qısacada da olsa, elektron ticarətin əvvəlcə üstünlüklərini və daha sonra çatışmazlıqlarını qeyd edək.

E-Ticarətin Üstünlükləri:

  1. E-Ticarətin ən böyük üstünlüyü, zamandan və məkandan asılı olmayaraq dünyanın istənilən bir yerindən və istənilən saatda müştərilərə alış-veriş etmək imkanı yaratmasıdır.
  2. İstifadəçilərin məhsul və xidmətləriniz haqqında daha asan və sürətli məlumat əldə etməsini təmin edir.
  3. İşlətmə xərclərinizi azalda bilər. Yəni internet üzərində qurulmuş online ınağaza fıziki olaraq qurulmuş mağazalara nisbətən daha az xərc tələb edir və əlavə xərcləri minimuma endirir.
  4. İş sahiblərinə (satıcılara) real həyatda edə bilməyəcəklərini etmə imkanını təmin edir.
  5. Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) tələb olunmur. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət sahələrində elektron ticarət aparıldıqda, satıcı (təchizatçı) qanunvericilikdə müəyyən edilmiş qaydada həmin fəaliyyətə xüsusi razılıq (lisenziya) almalıdır.
  6. Eleküon ticarət elektron ödəniş xidınətiərinin inkişaf etməsinə və nağdsız dövriyyənin həcminin yüksəldilməsinə şərait yaradır.

Elektron ticarətin çatışmazlığı:

  1. İnternet üzərindən edilən alış-verişdə müştərinin məhsulu canlı olaraq görmək və araşdırmaq şansı yoxdur. Ancaq firmalar məlumatlandırma və daha yaxşı müştəri təcrübəsi yaratma mövzusunda müxtəlif yaxşılaşdırmalar edərək bu nisbəti aradan qaldırmağa çalışırlar.
  2. E-ticarətdə böyük problem olaraq təhlükəsiziik problemi qalmaqdadır. Potensial müştərilər İnternet üzərindən edilən alış-verişdə kredit kartı istifadəsindən çəkinirlər. Son dövrdə geniş yayılan alternativ ödəmə sistemləri və kredit kartı ödənişləri daha etibarlı hala gətirən xidmətlər sayəsində bu təhlükə aradan qaldırılmağa başlamışdır. Virtual alış-veriş xidməti verən fırmalar, kredit kartı məlumatlarının təhlükəsizliyi və gizliliyini təmin etmək üçün geniş şəkildə SSL və SET kimi təhlükəsizlik standartlarını istifadə etməkdədirlər.
  3. Məhsulu satın alan müştəri çatdırılma müddəti boyunca gözləmək məcburiyyətindədir. Bunun qarşısını almaq üçün dünyanın nəhəng elektron ticarət saytlarından olan Amazon.com havadan çatdırılma xidmətindən istifadə etməyə başlamışdır.

 

(Azərbaycan) Kənd təsərrüfatı iqtisadiyyatının innovativ inkişaf tipinə keçirilməsi
Tractor workingTractor working

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Kənd təsərrüfatı iqtisadiyyatının innovativ inkişaf  tipinə keçirilməsi kənd təsərrüfatının investisiya cəlbediciliyi və effektivliynin artırılması yolunda  mövcud olan ən mühüm amillərdən biridir. Bu statistik yanaşma baxımından da öz təsdiqini tapmışdır. Həmin statistik yanaşma aqrar iqtisadiyyatın texnoloji inkişafı və intensivləşdirmə səviyyəsini səciyyələndirən amillərin qarşılıqlı təsirinin hesablanmasına əsaslanmışdır.

Böhranın aradan qaldırılması təhlil edilən amillərin nəticə verəbiləcək əlamətlər variasiyasına göstərdiyi təsiri dəqiqliyi ilə üzə çıxarmağa, həmçinin, iqtisadi fəallığın artırılma imkanlarını obyektiv olaraq qiymətləndirməyə imkan verir.

Hesablamalarda iqtisadi-riyazi nümunə aşağıdakı formaya malikdir:

V = A · F İ1 · M İ2.

Burada:

V-  1 ha şumlanmış  torpağa hesablanaraq realizə edilmiş məhsuldur;

F – 1 ha şumlanmış  torpağa hesablanmış fond təchizatıdır;

M – 1 ha şumlanmış  torpağa hesablanmış istehsala edilən məsrəflərdir;

İ1, İ2 – amillərin elastilklik indeksləridir;

А –  təshih etmə əmsalıdır.

Verilmiş bu növün multiplikativ nümunəsini tərtib etməkdən ötrü onun  A, İ1, İ2 kimi parametrləri müəyyən edilmişdir. Bu müəyyənləşdirmə  ən kiçik kvadratlar üsulu (ƏKKÜ) üzrə xətti reqressiv analiz əsasında aparılmışdır. Buna nail olmaqdan ötrü  nəzərdə tutulan funksiyanı xətti loqarifmalaşdırma yolu ilə gətirmək lazımdır:

ln (V) = ln (A · F İ1 · M İ2).

Daha sonra, loqarifmaların xüsusiyyətlərindən istifadə edərək bu ifadəni xətti ikiamilli  reqressiv nümunə şəklində təsəvvür edək:

ln(V) = ln(A) + İ1 · ln(F) + İ2 · ln(M).

Bu təhlil olunan göstəriciləri nəzərə alaraq nümunə aşağıdakı şəklə düşür:

ln(V) = -2,159 + 0,563ln(F) + 0,657ln(M).

1 hektar şumlanan  torpağa hesablanmış mədaxil göstəricilərinin variasiyası təhlil olunan amillərlə 97,4 % təsvir edilir. Əldə edilmiş nümunənin ümumən doğruluq dərəcəsi Fişer-Snedekor meyarının kritik dəyərinin həddini aşması ilə təsdiq edilmişdir. Bu dəyər  (α = 0,05) əhəmiyyət səviyyəsində 93,5-ə bərabərdir.

Öz növbəsində, t-meyarının əsasında İ1 və İ2-nin də dəyərləri  təsdiq edilmişdir: kritik dəyərlər  müvafiq olaraq 2,98 və  4,07-ə bərabərdir.

Bu iqtisadi-riyazi nümunədə  istifadə edilən amillər indikativ əsasda verilmişdir, (onların hesablamaları innovativ inkişafın səviyyəsini xarakterizə edən inteqral əmsalın dəyərləndirilməsi üsulu çərçivəsində aparılmışdır).

Mövcud qarşılıqlı əlaqələri nəzərə alıb amil, korrelyasiya –reqressiya təhlilləri əsasında bərqərar olan meyl və qanunauyğunluqları qoruyub saxlayaraq verilmiş iqtisadi-riyazi nümunənin tətbiq edilməsi kənd təsərrüfatı müəssisələrində istehsalın müxtəlif inkişaf variantlarını qiymətləndirməyə imkan yaradır. Belə ki, ikinci variantın göstəriciləri innovativ inkişaf üçün daha yaxşı uyğunlaşma zonalarına aid edilən rayonlar qrupuna, üçüncü variantın göstəriciləri isə innovasiya baxımından daha fəal olan ərazilərə müvafiq gəlir.

Amillərin indikativ dəyərlərinin nümunəyə gətirilməsi innovasiya ssenarisi əsasinda iqtisadi-istehsalat  göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşdırmasını

müəyyənləşdirməyə imkan yaradır. Bununla yanaşı, ətalətli  inkişafın optimistik variantında innovasiya istehsalına lokal keçidin özü belə vəziyyətin

yaxşılaşdırılmasına gətirib çıxarır. Lakin bu artım perspektivi olmayan, inkişafsız bir artımdır.

Aparılan tədqiqatlar göstərir ki, perspektiv baxımından, innovasiyaların hər yerdə tətbiq edilməsi kənd təsərrüfatı müəssisələrinin iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir, onların sosial,iqtisadi və ekoloji effektivliyinin artırılmasına,  istehsal edilən məhsul vahidi üçün  sərf olunan pul vəsaitləri, maddi xərclərin, həmçinin, kənd təsərrüfatı məhsullarının resurs tutumunun azaldılmasına şərait yaradır. İnnovasiyaların geniş tətbiqi kənd təsərrüfatı məhsullarının rəqabətə davamlıq qabiliyyətini artırmış olur.

 

 

(Azərbaycan) AQRAR SEKTORDA İSTEHSALININ İNKİŞAF PERSPEKTİVLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Апрель 10, 2016
2
Visit allwallpapersfree.blogspot.comVisit allwallpapersfree.blogspot.com

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Kənd təsərrüfatı inkişafının ərazi problemlərinin tədqiqi iqtisadi, riyazi-statistik və s. üsullara əsaslanan kompleks yanaşmanın işlənib hazırlanmasını tələb edir. Belə yanaşma  kənd təsərrüfatı sistemlərinin sosial-iqtisadi inkişaf zəmini və təbiət potensialının daha dolğun istifadə edilməsi məqsədlərinə xidmət edir. Bu da öz növbəsində sahənin sosial-iqtisadi və ekoloji problemlərini vəhdət şəklində həll etməyə imkan verir.

Kənd təsərrüfatında baş verən regional  proseslərin araşdırılmasında  ən səmərəli üsullardan biri kənd təsərrüfatı müəssisələrinin perspektivli inkişafının proqnozlaşdırılmasında tətbiq edilən ssenari üsuludur. Bu üsul hadisələrin daha gözlənə biləcək gedişatını, inkişaf səmtini və qəbul edilən qərarların mümkün ola biləcək nəticələrini qiymətləndirməyə imkan verir.

Araşdırılan vəziyyət üçün işlənib hazırlanan inkişaf ssenariləri bu və ya digər dəqiqlik dərəcəsi ilə mümkün ola biləcək inkişaf meyllərini, prosesə təsir edən amillərin qarşılıqlı əlaqəsini təyin etməyə imkan verir. Vəziyyətin bu və ya digər təsirlər nəticəsində gəlib çıxa biləcək bütün hallarını nəzərə alıb formalaşdırmasını mümkün edir. Bu üsul özündə kəmiyyət və keyfiyyət yanaşmalarını birləşdirir. Ssenari isə təkcə gələcəkdə arzu olunan və ya mümkün ola biləcək yeganə halı müəyyən etmir. O özündə gələcəyin xarakteristikasının araşdırıcı proqnozunu ehtiva edir.

Müxtəlif inkişaf ssenariləri əsasında aparılan iqtisadi səmərə dəyərləndirmələri  kənd təsərrüfatı əmtəə istehsalçıları, dövlət idarə orqanları və investorlar tərəfindən qəbul edilən qərarların effektivlik dərəcəsinin artırılmasına gətirib çıxarır. Həm də bu dəyərləndirmələr  hesabına maliyyə vəsaitlərinin qeyri-məqsədəuyğun  və qeyri-effektiv yollarla istifadə risklərini endirmək mümkün olur.

İnkişaf ssenariləri nail olunan səviyyənin və kənd təsərrüfatı məhsulları istehsalının təbii-iqtisadi şəraitinin qeydə alınmasına əsaslanır. Onlar kənd təsərrüfatı məhsullarının istehsalı üçün mövcud olan resurslardan ən çox qəbul edilə biləcək və ən effektivli variantına üstünlük verməyə, onu müəyyən etməyə imkan verir.

 

 

(Azərbaycan) Azərbaycanda sığorta sisteminin problemləri
sigorta

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

      Sığorta sistemi bazar iqtisadiyyatının dinamik inkişaf edən sahələrindən biridir və son illərdə maliyyə münasibətlərinin mühüm tərkib hissəsi kimi bu sahəyə  maraq xeyli artmışdır.  Lakin buna baxmayaraq Azərbaycanda sığorta sektorunun   inkişafı qənaətbəxş deyil. Bunun bir çox səbəbləri vardır. Azərbaycanın sığorta bazarında yüksək ixtisaslı kadrların çatışmamazlığı əsas problemlərdən biridir. Bunun səbəbi ali məktəblərdə sığorta sahəsində kadr hazırlığı üzrə fakültələrin olmamasıdır. Hazırda bu sahədə kadrların yetişdirilməsi üçün müxtəlif kurslar, master-klasslar və s. keçirilir.

     Digər səbəb isə əhalidə sığorta sistemi haqqında məlumatın aşağı səviyyədə olmasıdır. Əhalinin məlumatsızlığı sığorta bazarının inkişafına mənfi təsir edir. İnsanlar elə düşünürlər ki, sığortalanmağa ehtiyac yoxdur. Ona görə də insanlar sığortaya biganə yanaşaraq pul xərcləmək istəmirlər. Bu yanaşma maarifləndirmə yolu ilə qaldırılmalıdır. Maarifləndirmə isə sığortaçılar tərəfindən operativ, keyfiyyətli sığorta xidmətlərinin göstərilməsi ilə həyata keçirilə bilər.

     Azərbaycanda sığorta sistemindəki əsas problemlərdən biri də sığortanın paytaxtda inkişaf etməsi və regionların bu inkişafdan nisbətən geri qalmasıdır.

     Başqa bir problem isə kapitallaşma ilə bağlıdır. Belə ki, sığorta şirkətlərinin çoxu kapital baxımından banklardan asılıdır. Sığorta şirkətləri öz büdcələrini bankların hesabına tənzimləyirlər.

     Göründüyü kimi problemlər az deyil. Bütün bu problemlərə baxmayaraq Azərbaycanda bazar iqtisadiyyatının yaranması və inkişafı sığorta sisteminin rolunu daha da artırır və yeni özəl sığorta şirkətlərinin yaranmasına şərait yaradır. Bu da öz növbəsində sığorta bazarının inkişafına və  rəqabətin yaranmasına səbəb olur. Sığorta bazarının inkişafı üçün sığorta şirkətləri tərəfindən sığorta xidmətləri ilə bağlı reklam və elanların artırılması, sığorta xidmətlərinin yüksək səviyyədə göstərilməsi, sığortalılar qаrşısındа öhdəliklərin yеrinə yеtirilməsi və s. yaxın gələcəkdə əhalidə sığortaya qarşı inamın güclənməsinə köməklik edəcəkdir.

Перейти к верхней панели