Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9649, TRY 0.2990, RUB 0.0260, CNY 0.2456, GEL 0.6355, GBP 2.2393, IRR 0.0040, JPY 1.5143, XAU 2077.4085, XAG 24.8617, XPT 1425.0420, XPD 1836.6205
(Azərbaycan) Turizmin dəstəklənməsində bələdiyyələrin maliyyə problemi
Май 31, 2016
0
eco

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Turizm ölkənin sosial-iqtisadi və intensiv inkişafında əsas prioritet istiqamətlərdən biridir. Regionlarda  turizmin  inkişafı  həmin  regionların  və  respublikanın  sosial-iqtisadi  inkişafının  tərkib  hissəsi  olmaqla  daxili,  xüsusi  və  mərkəzləşdirilmiş  resurslara  əsaslanır. Həmçinin, regionun iqtisadi inkişafında, yoxsulluq səviyyəsinin azaldılmasında, əhali köçlərinin, xüsusən ucqar kəndlərin boşalmasının qarşısının alınmasında və ölkə büdcəsinin vergi daxilolmalarının artmasında güclü bir alətdir. Turizm muhiti iqtisadi inkişafla birlikdə formalaşır və böyüyür. Turizm sahəsi bütün dünya ölkələri və bölgələri baxımından maya dəyəri ən aşağı olan və tərəqqini dəstəkləyəcək nadir sahələrdən biridir. Bununla yanaşı turizm mütləq şəkildə məkan üzrə formalaşdırılmalıdır. Bu kimi xüsusiyyətlərə görə yerli özünüidarəetmə orqanları turizmin inkişafında vacib əhəmiyyətə sahibdir.  Tədqiqatımızda əvvəlcə Azərbaycanda mövcud turizmin vəziyyəti, bələdiyyələrin turizmdə rolu və turizmi dəstəkləməsində qarşılaşdığı maliyyə problemlərini tədqiq edəcəyik.

Bildiyimiz kimi Azərbaycan iqtisadiyyatında son illərdə qeyri-neft sektorunun  inkişafına xüsusi diqqət edilir.  İqtisadiyyatın diversifikasiya baxımından əsas sahələrdən biri məhz turizmdir. Təsadüfi deyil ki, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il ölkəmizdə «Turizm ili» elan edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyasında qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına xüsusi diqqət yetirilməsi əsas strateji məsələlərdən biri kimi qoyulur. Qeyd edilir ki: «Konsepsiya çərçivəsində turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən turizm xidmət sahələrinin dairəsinin genişləndirilməsi, bu sahənin rəqabət qabiliyyətinin yüksəldilməsi və ÜDM-də xüsusi çəkisinin artırılması istiqamətində tədbirlər nəzərdə tutulur. Turizmin inkişaf etdirilməsi məqsədi ilə bu sahəyə dair qanunvericilik və standartlar təkmilləşdiriləcək, Xəzər dənizinin turizm potensialından tam şəkildə istifadə edilməsi üçün zəruri tədbirlər görüləcək, bölgələrdə turizm fəaliyyəti stimullaşdırılacaq, informasiyatəbliğat işi gücləndiriləcək, milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla turizmin müxtəlif növləri müvafiq turizm marşrutları yaradılmaqla təşviq ediləcəkdir .

Azərbaycan Respublikasının turizm sahəsində siyasətinin əsas prinsipləri 1999-cu il iyun ayının 4-də qəbul  edilmiş «Turizm haqqında Azərbaycan Respublikasının  Qanunu»nda , «Azərbaycan Respublikası regionlarının  sosial-iqtisadi inkişafı (2014 – 2018-ci illər) Dövlət  Proqramı»nda və 2007–2017-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramında  öz  əksini tapmışdır. Azərbaycan  Respublikasında qanunvericiliklə müəyyən edilmiş turizm  siyasətinin mahiyyəti və  əsas prinsipləri vətəndaşların  istirahətə olan hüquqlarını müdafiə etməkdə, öz ölkəsində və xarici ölkələrdə sərbəst hərəkət etməsinə şərait yaratmaqda,  ətraf mühitin qorunmasına dair tədbirlər həyata  keçirməkdə, turizm sahəsində təhsil və maarifçilik  fəaliyyətlərinə dəstək verməkdədir. Yeni iş yerlərinin  açılması, milli gəlirlərin artması, beynəlxalq  əlaqələrin  genişlənməsi, tarixi abidələrin və turizm obyektlərinin  qorunması və restavrasiyası kimi tədbirlər nəticədə mədəniyyətin inkişafına və insanların rifahının  yaxşılaşdırılmasına təkan verir .

Regional turizm sosial-iqtisadi inkişafda mühüm rola malikdir. Belə ki, regional turizm ÜDM-un artımına,  iş yerlərinin açılmasına  və regionun iqtisadi potensialının səmərəli istifadə olunması yolları ilə yerli büdcələrin formalaşmasına təsir edir. Yerli  büdcələr  daxili  vegilər  və  mərkəzləşdirilmiş dövlət  büdcəsindən  ayrılan  vəsaitlər  ilə  formalaşır.  Yerli  büdcələrin  əsas  məqsədi  ərazilərin  sosial  iqtisadi  inkişafını  təmin etməkdir.  Regionlarda  yerləşən  müəssisələr  fiziki  şəxslər  və  hüquqi  şəxslər  vergi  subyekti  kimi  əmlak  vergisi  və  torpaq  vergisi  yerli büdcəyə köçürürlər. Sahibkarlıq vergiləri isə mərkəzləşdirilmiş  dövlət  büdcəsinə  keçirilir. Regionlarda  məşğulluq  həmin  regionların  iqtisadi  potensialını  istifadə  etməklə  istehsal və xidmət sferasının  yerləşməsi, genişlənməsi, onların  məhsullarının,  xidmətlərinin daxili  və  xarici ölkələrdən gələnlərin tələbatını ödəmək üçün regionda gəlirlər artır, büdcə formalaşır.  Ona  görə  də  region  turizmin  inkişafında,  turizm  obyektlərinin  yerləşməsində  maraqlıdır.

Turizm yerli xarakter daşıdığı üçün müraciət etdityimiz bütün ədəbiyyatlarda, qanunlarda regional turizm anlayışı qarşımıza çıxacaqdır. Regionaların mövcud vəziyyəti, potensialı, inkişaf etdiriləbiləcək sahələr,  orada yaşayan əhalinin tələbatlarının müəyyənləşməsi, ümumiyyətlə həm regionlarda yaşayan əhaliyə həm də səyahət etmək istəyən turistlərə yüksək xidmət göstərilməsini təmin edəcək  ən optimal orqanlardan biri yerli özünü idarəetmə orqanlarıdır. Çünki fəaliyyət göstərdikləri bölgə ilə bağlı ən düzgün məlumata malik orqanlardır. Bu baxımdan turizmin inkişafında bələdiyyələr mühüm məsuliyyət daşıyırlar.

Regional turizmin inkişafı baxımından bələdiyyələr bir sıra mühüm funksiyalar yerinə yetirirlər.  Bu funksiyalar arasında başlıca olaraq infrastrukturun formalaşdırılması turizm baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, bölgədə nəqliyyat xidməti, küçələrin işıqlandırılması, ərazinin su, elektrik təminatının optimal vəziyyətə gətirilməsi ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi bələdiyyələrin mühüm vəzifələrindəndir. Eyni zamanda ərazinin gələcəkdə necə istifadə olunması ilə bağlı planların hazırlanması da bələdiyyələr tərəfindən yerinə yetiriləcək mühüm vəzifədir. Planın hazırlanması dedikdə ərazinin strateji vəziyyəti, əhalinin mədəniyyəti, ənənələrə bağlılıq səviyyəsi və başqa yerli amillərin nəzərə alınaraq turizm fəaliyyəti üçün ərazinin planlanması nəzərdə tutulur. Bu planlama bölgələr üzrə müxtliflik təşkil edir çünki hər bir bölgənin özünəməxsus tarixi, ənələri, yeniliklərə yanaşmaları vardır.

Turizm və digər sahələrdə yerli problemlərin həlli baxımından ən vacib orqan bələdiyyə olmasına baxmayaraq  xüsusilə turizmdə öz vəzifələrini özəl sektora həvalə etmiş olaraq qarşımıza çıxır. Bunun ən başlıca səbəbi isə bələdiyyələrin maliyyə problemidir. Qanunvericilikdə də öz əksini tapdığı kimi bələdiyyələr bu səlahiyyətləri yerinə yetirmək üçün maliyyəyə malik olmalıdır. Hazırda yerli özünüidarənin maliyyəsinin əsaslarını: Bələdiyyə mülkiyyəti; Yerli özünüidarənin yerli büdcəsi və digər maliyyə resursları; Dövlət mülkiyyətində olub yerli özünüidarə orqanlarının istifadəsinə verilən əmlak, əhalinin tələbatlarının ödənilməsinə xidmət edən qanunda nəzərdə tutulan digər mülkiyyət təşkil edir. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanununda yerli ödənişlərin tərkibi ilə bağlı 9-cu maddəsində turizmlə bələdiyyə maliyyəsi ilə əlaqədar qeyd edilmişdir: «bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bü ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir. (6;maddə 9)» Eyni zamanda yerli özünüidarələrin vəzifələrini yerinə yetirmələri üçün büdcəsinin formalaşmasında dövlət yardımları da xüsusi yer tutur. Bu yardımlar həm maliyyə tarazlaşdırmalarında həm də ərazinin sosial-iqtisadi inkişafında və əhaliyə keyfiyyətli xidmət göstərilməsində mühüm rol oynayır.  Dövlət büdcəsindən yerli büdcələrə məqsədsiz (dotasiya) və məqsədli transferlər (subsidiya və subvensiya) verilə bilər.  Qanunvericiliyə görə dotasiyalar yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilir. Dövlət büdcəsindən yerli büdcələrə ayrılan dotasiyaların həcmi il ərzində orta hesabla 3.5 mln.manat səviyyəsində olur. Azərbaycanda bələdiyyələrin maliyyə imkanlarının artırılmasında dotasiyaların rolu böyükdür. Bütün dünyada belə yardımlar verilir. Ayrı-ayrı ölkələrdə dövlət yardımlarının, yəni dotasiyaların bələdiyyələrin ümumi büdcə gəlirlərində payı 50 faizdən yüksəkdir. Skandinaviya ölkələrində, postsovet ölkələri olan Estoniyada bu göstərici 50 faizdən də yuxarıdır. Azərbaycanda isə dövlətin ayırdığı dotasiya bələdiyyələrin ümumi büdcəsinin 7 faizini təşkil edir. Qeyd etdiyimiz ki, Azərbaycanda bələdiyyələrə dövlət yardımlarının ediməsi effektiv deyil. Ümumiyyətlə bələdiyyələrin fəaliyyətinin təşkil edilməsində əsas amil olan maliyyə məsələlərində bir sıra problemlər vardır. Bunlar həm nəzəri konseptual əsaslarda, həm də praktikada özünü göstərir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanda bu orqanın yaşı çox deyil və bir sıra problemlərin yaranması təbiidir. Mövcud problemlərin həlli və davamlı inkişaf üçün bir sıra addımlar atılmışdır ki, bunların  sırasında “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda edilən iki dəyişikliyi qeyd edə bilərik. Hər iki dəyişiklik bələdiyyə büdcələrinin gücləndirilməsi məqsədi daşıdığından çox əhəmiyyətlidir. Birinci dəyişiklik “Büdcə sistemi haqqında” qanunun 32-ci maddəsində edilib . Dəyişiklikdən öncə də bələdiyyələrə dövlət maliyyə dəstəyinin verilməsi ilə bağlı müddəalar var idi. Lakin konkret və aydın deyildi. Qanunda subvensiyanın ayrılmasının konkret mexanizminin olmaması praktikada onun müəyyən problemlərə səbəb olurdu. İndiyədək qanunvericiliyin yaratdığı subvensiya imkanından bir neçə bələdiyyə yararlana bilmişdir. Artıq konkret müddət də daxil olmaqla subvensiyanın ayrılması mexanizmi ortaya qoyulub. İkinci dəyişiklik isə bələdiyyələrə ayrılan dotasiyaların məbləğinin müəyyənləşdirlməsi ilə əlaqədardır. Belə ki, Dəyişikliyə qədər maliyyə vəziyyətindən, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün bələdiyyələrə demək olar ki, bir-birindən o qədər də fərqlənməyən dotasiyalar ayrılırdı. Düzdür, qanunvericilkdə dotasiyaların yuxarı həddinin hesablanması zamanı əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alınması göstərilirdi. Lakin reallıqda qanunun bu tələbi nəzərə alınmırdı. Artıq dotasiyanın yuxarı həddinin yox, həddinin hesablanması üçün konkret kriteriyalar müəyyənləşdirilirib. Bunlar bələdiyyənin ərazisində yaşayan əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onların xüsusi çəkisi, bələdiyyənin gəlir və xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi layihələrdir. Edilən dəyişikliklər bələdiyyələrə ayrılan dotasiyanın məbləğinin artırılması ilə turizm və digər xidmətlərin səviyyəsinin və əhalinin rifahının yüksəlməsinə istiqamətlənir.

Bələdiyyə maliyyəsinin əsasını təşkil edən büdcə münasibətləri ilə yanaşı bələdiyyə kredit münasibətləri də mühüm əhəmiyyət kəsb edir. Bələdiyyə maliyyəsinin əsasını təşkil edən büdcə münasibətləri ilə yanaşı bələdiyyə kredit münasibətləri də mühüm əhəmiyyət kəsb edir. Bu məsələ  həm «Bələdiyyələrin Maliyyə Əsasları»  haqqında Qanunda həm də Avropa Xartiyasında da öz əksini tapmışdır. Belə ki, Yerli Özünüidarəyə dair Avropa Xartiyasının 9-cu maddəsinin 1 və 4-cü bəndlərinin tələblərinə  əsasən, yerli özünüidarə qurumları milli iqtisadi siyasət çərçivəsində kifayət qədər maliyyə vəsaitlərinə malik olmaqla yanaşı, onların əsaslandığı maliyyə sistemləri yetərincə müxtəlif  və çevik  olmalıdır.

Dünya təcrübəsində bələdiyyələrin borc bazarına çıxışı iki yolla təmin olunur: bələdiyyə  istiqrazlarının  buraxılması  vasitəsilə  qiymətli  kağızlar  bazarı  vasitəsilə borclanma;  maliyyə-kredit  institutlarından  birbaşa  borclanma   Azərbaycanın mövcud bank qanunvericiliyi bələdiyyələrin kreditləşməsi üçün hər hansı  hüqüqi  məhdudiyyətlər  qoymur.  Belə ki,  mövcud şəraitdə Azərbaycan bələdiyyələrinin kreditləşməsi üçün hüquqi manelər olmasa da, yerli özünüdarə qurumlarının maliyyə bazarlarına çıxışının yoxluğu da faktdır. Belə vəziyyətin əsas səbəblərindən biri bələdiyyələrin kredit götürmək üçün girov  təminatı  məqsədilə  zəruri əmlaka  malik  olmamasıdır.

Bələdiyyələrlə bağlı qeyd olunan problemlərin yaranma səbəbini birbaşa qanunvericiliklə əlaqələndirmək olmaz. Çünki bələdiyyə ilə əlaqəli qanunlarda maliyyə məsələləri əksərən öz ifadəsini tapmışdır. Yalnız maliyyə problemini əsas gətirərək bələdiyyələrin öz üzərinə düşən vəzifələri yerinə yetirməməsi də qəbul edilməzdir. Çünki turizmin inkişafı bələdiyyələrin qarşılaşdığı maliyyə problemlərinin də azalmasına gətirib çıxaracaqdır. Turizm inkişaf etdikcə bölgələrdə hazırda ən böyük problemlərdən biri olan işsizliyin aradan qalxacaq, əhalinin rifah səviyyəsi yüksəldiyi üçün vergi ödəməyə maraq artacaq və ən əsası bölgələrin inkişafı nəticəsində dövlət inkişaf etdikcə bələdiyyələr demokratiyanın əsas prinsipi olaraq daim diqqət mərkəzində olacaq.

Bələdiyyələrin turizmi dəstəkləməsində qarşılaşdığı digər problem kadr çatışmazlığıdır. Kadr çatışmazlığı dedikdə ölkəmizdə bu sahə üzrə təhsilin verilmədiyi yaxud təhsillə bağlı problemlər deyil məhz bələdiyyələrdə yaxud regionlarda bu sahə üzrə məvacib mütəxəssislərin maraqlarına uyğun olmadığı nəzərdə tutulur.

Nəticə və təkliflər

Turizm  müasir  dövrdə  ölkə  iqtisadiyyatında  və  beynəlxalq  aləmdə  ölkənin  tanıdılmasında mühim rol oynayır. Azərbaycan da turizmin  inkişafı məqsədilə mühüm addımlar atılmışdır ki bu sırada: 2011-ci il ölkəmizdə «Turizm ili» elan edilməsi; “Azərbaycan  Respublikasında  Turizmin  İnkişafına  dair  2008-2016-cı  illər  üçün  Dövlət  Proqramı”; «Azərbaycan Respublikası regionlarının  sosial-iqtisadi inkişafı (2014 – 2018-ci illər) Dövlət  Proqramı»; «Azərbaycan Respublikasında 2010–2014-ci illərdə turizmin  inkişafına dair Dövlət Proqramı»nı qeyd edə bilərik.

Turizm regional xarakter daşıdığı üçün turizmin inkişafında bələdiyyələrin rolu əvəzedilməzdir. Xüsusilə, infrastrukturla bağlı tədbirlərin həyata keçirilməsi, əhalinin ənənələrinə  və regionun potensialına uyğun truzimin planlaşdırılması kimi mühüm vəzifələri regionu ən yaxşı tanıyan orqan olaraq bələdiyyələrin üzərinə düşür. Ancaq bələdiyyələr bu vəzifələrini yerinə yetirməkdə bir sıra problemlə üzləşirlər ki, bunun başlıcası maliyyə problemidir. Turizm və digər sahələrlə bağlı bələdiyyələrin xidmətlərini effektiv yerinə yetirə bilməsi üçün dünya standartlarına uyğun bələdiyyə fəaliyyətini təmin etmək məqsədilə qanunlarda bir sıra əlavələrə, dəyişikliklərə ehtiyac vardır.  Xüsusilə kredit münasibətləri ilə əlaqəli bələdiyyələrin kredit almaq meyarının, müddətinin, qaytarılma şərtlərinin qanunda öz ifadəsini tapması problemin həlli üçün tərəfimizdən təklif olunur. Eyni zamanda islahatların, dəyişikliklərin və praktiki təkliflərin verilməsi üçün bələdiyyələrdə ixtisaslı kadrlara ehtiyac vardır. Turizm  sənayesində  çalışan  işçilərin  əməklərinin  sosial  baxımdan  ədalətli qiymətləndirilməsi  hər  bir  müəssisə  üçün  çox  vacibdir.  Əgər  turizm  müəssisəsində çalışan  işçi  öz  əməyi  müqabilində  lazımınca  qiymətləndirilirsə,  onda  həmin  işçi  bu sahədə öz karyerasını qurmaqda maraqlı olacaq və bu sənayedə özünü daha da uğurlu bir işçiyə çevirmək üçün öz bilik və təcrübəsini artırmaqda həvəsli olacaqdır. Belə  bir işçi heyəti ilə  istənilən bir turizm müəssisəsi öz müştərilərinə  yüksək səviyyəli xidmət göstərib  müştəri  məmnuniyyətinə  nail  ola  bilər  və  nəticədə  öz  müştərilərinin  sayını artırmaqla  öz  gəlirlərini  də  artıra  bilər.  Odur  ki,  hər  bir  müəssisə  rəhbəri  öz fəaliyyətində  müəssisədə  çalışan  işçilərin  əmək haqqlarının  təyin  edilməsinə  böyük  diqqət ayırmalıdır.Eyni zamanda yerli özünüidarəetmə orqanları da bu problemin həlli üçün bələdiyyələrə məhz bu sahədə ixtisaslaşan kadrların cəlbi məqsədli stimullaşdırıcı tədbirlər planının hazırlanması tərəfimizdən təklif olunur.

(Azərbaycan) Bələdiyyələrin mövcud maliyyə problemlərinin təkmilləşdirilməsi istiqamətləri
Апрель 28, 2016
0
y

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Bələdiyyələrin yaradılması Azərbaycanın dövlət quruculuğunda yeni mərhələ olmuşdur. Bələdiyyələr  yaradılarkən  onlara  öz  fəaliyyətində müstəqillik verilib, regional  sosial-iqtisadi  inkişafda  yerli  özünüidarə orqanları  üçün  özünəməxsus məsuliyyət  və vəzifələr  müəyyənləşdirilib.  Bələdiyyələrin  qarşısında  duran vəzifələri yerinəyetirmək üçün müxtəlif  şərtlər tələb olunur. Bu  şərtlərin arasında əsas yeri bələdiyyələrin geniş maliyyə potensialına malik olmasını tutur. Bələdiyyə maliyyəsi  yerli  əhəmiyyətli  məsələlərin  həlli  üçün  maliyyə resurslarının  formalaşması,  bölgüsü  və istifadəsi  ilə  əlaqədar  yaranan  sosial-iqtisadi  münasibətlərin  məcmusudur. Azərbaycanda bələdiyyələrin maliyyəsinin təşkili məsələləri ilk növbədə «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının Qanunu olmaqla, Azərbaycan Respublikasının Konstitusiyası, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin Əraziləri və Torpaqları Haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Yerli vergilər və ödənişlər haqqında”,  “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ aktları ilə tənzimlənir.

Yerli özünüidarə orqanlarına demokratiyanın əsas prinsipi olaraq yerlərdə əhalinin  rifahının təmin olunması üçün bir sıra səlahiyyətlər, vəziflələr verilmişdir. Qanunvericilikdə də öz əksini tapdığı kimi bələdiyyələr bu səlahiyyətləri yerinə yetirmək üçün maliyyə malik olmalıdır. Hazırda yerli özünüidarənin maliyyəsinin əsaslarını: Bələdiyyə mülkiyyəti; Yerli özünüidarənin yerli büdcəsi və digər maliyyə resursları; Dövlət mülkiyyətində olub yerli özünüidarə orqanlarının istifadəsinə verilən əmlak, əhalinin tələbatlarının ödənilməsinə xidmət edən qanunda nəzərdə tutulan digər mülkiyyət təşkil edir. Yerli özünüidarələrin büdcəsinin formalaşmasmasında sadaladıqlarımızla yanaşı dövlət yardımları da xüsusi yer tutur. Bu yardımlar həm maliyyə tarazlaşdırmalarında həm də ərazinin sosial-iqtisadi inkişafında və əhaliyə keyfiyyətli xidmət göstərilməsində mühüm rol oynayır. Bildiyimiz kimi Azərbaycan Respublikasının dövlət büdcəsi mərkəzləşdirilmiş gəlir və xərclərdən, yerli gəlir və xərclərdən ibarətdir (3,madde 8).Dövlət büdcəsindən yerli büdcələrə məqsədsiz (dotasiya) və məqsədli transferlər (subsidiya və subvensiya) verilə bilər.  Qanunvericiliyə görə dotasiyalar yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsdilə əvəzsiz verilir. Dövlət büdcəsindən yerli büdcələrə ayrılan dotasiyaların həcmi il ərzində orta hesabla 3.5 mln.manat səviyyəsində olur. Azərbaycanda bələdiyyələrin maliyyə imkanlarının artırılmasında dotasiyaların rolu böyükdür. Bütün dünyada belə yardımlar verilir. Ayrı-ayrı ölkələrdə dövlət yardımlarının, yəni dotasiyaların bələdiyyələrin ümumi büdcə gəlirlərində payı 50 faizdən yüksəkdir. Skandinaviya ölkələrində, postsovet ölkələri olan Estoniyada bu göstərici 50 faizdən də yuxarıdır. Azərbaycanda isə dövlətin ayırdığı dotasiya bələdiyyələrin ümumi büdcəsinin 7 faizini təşkil edir (4,səh2). Qeyd etdiyimiz ki, Azərbaycanda bələdiyyələrə dövlət yardımlarının ediməsi effektiv deyil. Ümumiyyətlə bələdiyyələrin fəaliyyətinin təşkil edilməsində əsas amil olan maliyyə məsələlərində bir sıra problemlər vardır. Bunlar həm nəzəri konseptual əsaslarda, həm də praktikada özünü göstərir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanda bu orqanın yaşı çox deyil və bir sıra problemlərin yaranması təbiidir. Mövcud problemlərin həlli və davamlı inkişaf üçün bir sıra addımlar atılmışdır ki, bunların  sırasında “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda edilən iki dəyişikliyi qeyd edə bilərik. Hər iki dəyişiklik bələdiyyə büdcələrinin gücləndirilməsi məqsədi daşıdığından çox əhəmiyyətlidir. Birinci dəyişiklik “Büdcə sistemi haqqında” qanunun 32-ci maddəsində edilib. Dəyişiklikdən öncə də bələdiyyələrə dövlət maliyyə dəstəyinin verilməsi ilə bağlı müddəalar var idi. Lakin konkret və aydın deyildi. Qanunda subvensiyanın ayrılmasının konkret mexanizminin olmaması praktikada onun müəyyən problemlərə səbəb olurdu. İndiyədək qanunvericiliyin yaratdığı subvensiya imkanından bir neçə bələdiyyə yararlana bilmişdir. Artıq konkret müddət də daxil olmaqla subvensiyanın ayrılması mexanizmi ortaya qoyulub. İkinci dəyişiklik isə bələdiyyələrə ayrılan dotasiyaların məbləğinin müəyyənləşdirlməsi ilə əlaqədardır. Belə ki, Dəyişikliyə qədər maliyyə vəziyyətindən, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün bələdiyyələrə demək olar ki, bir-birindən o qədər də fərqlənməyən dotasiyalar ayrılırdı. Düzdür, qanunvericilkdə dotasiyaların yuxarı həddinin hesablanması zamanı əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alınması göstərilirdi. Lakin reallıqda qanunun bu tələbi nəzərə alınmırdı. Artıq dotasiyanın yuxarı həddinin yox, həddinin hesablanması üçün konkret kriteriyalar müəyyənləşdirilirib. Bunlar bələdiyyənin ərazisində yaşayan əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onların xüsusi çəkisi, bələdiyyənin gəlir və xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi layihələrdir. Edilən dəyişikliklər bələdiyyələrə ayrılan dotasiyanın məbləğinin artırılması ilə xidmət səviyyəsinin və əhalinin rifahının yüksəlməsinə istiqamətlənir.

Bələdiyyə maliyyəsinin əsasını təşkil edən büdcə münasibətləri ilə yanaşı bələdiyyə kredit münasibətləri də mühüm əhəmiyyət kəsb edir. Bu məsələ  həm «Bələdiyyələrin Maliyyə Əsasları» (2,maddə 14) haqqında Qanunda həm də Avropa Xartiyasında da öz əksini tapmışdır. Belə ki, Yerli Özünüidarəyə dair Avropa Xartiyasının 9‐cu maddəsinin 1 və 4-cü bəndlərinin tələblərinə  əsasən, yerli özünüidarə qurumları milli iqtisadi siyasət çərçivəsində kifayət qədər maliyyə vəsaitlərinə malik olmaqla yanaşı, onların əsaslandığı maliyyə sistemləri yetərincə müxtəlif  və çevik  olmalıdır (5,madde 8). Bu  yanaşmanın  mahiyyəti  odur  ki,  sözügedən orqanların maliyyə vəsaitlərinin bir hissəsini yerli vergi və rüsumlar, digər bir hissəsini dövlətin ayırdığı tarazlaşdırıcı transfertlər təşkil etdiyi halda, yerdə qalan hissəsini də məhz kapital bazarından əldə olunan vəsaitlər formalaşdırmalıdır. Belə ki, Xartiyanın elə həmin  maddəsinin  8-ci  bəndində  qeyd  olunur  ki,  yerli  özünüidarə  orqanları qanunvericiliyə riayət  etməklə milli  borc  kapitalı  bazarından  istifadə imkanına  malik olmalıdır. Dünya təcrübəsində bələdiyyələrin borc bazarına çıxışı iki yolla təmin olunur: bələdiyyə  istiqrazlarının  buraxılması  vasitəsilə  qiymətli  kağızlar  bazarı  vasitəsilə borclanma;  maliyyə-kredit  institutlarından  birbaşa  borclanma  (1,səh5).

Azərbaycanın mövcud bank qanunvericiliyi bələdiyyələrin kreditləşməsi üçün hər hansı  hüqüqi  məhdudiyyətlər  qoymur.  Belə ki,  mövcud şəraitdə Azərbaycan bələdiyyələrinin kreditləşməsi üçün hüquqi manelər olmasa da, yerli özünüdarə qurumlarının maliyyə bazarlarına çıxışının yoxluğu da faktdır. Belə vəziyyətin əsas səbəblərindən biri bələdiyyələrin kredit götürmək üçün girov  təminatı  məqsədilə  zəruri əmlaka  malik  olmamasıdır. Nəhayət, bələdiyyələrin borc bazarına çıxışına maneə olan əsas səbəblərdən biri də  bələdiyyələrin zəruri bilik və bacarıqlara, xüsusilə də kredit alətlərilə işləmək üçün zəruri strategiyaya  malik  olmamasıdır.  Bələdiyyələrin  kapital  xərclərinin  maliyyələşdirilməsi üçün strateji proqrama malik olması son dərəcə mühümdür. Həmin proqramda qısa, orta və uzun müddətli dövr üçün kapital xərclərinə real ehtiyaclar,  kapital qoyuluşları üzrə prioritet  istiqamətlər,  planlaşdırılan  hər  bir  layihə üzrə maliyyəşdirmənin  müxtəlif variantları öz əksini tapmalıdır.

Bələdiyyələrlə bağlı qeyd olunan problemlərin yaranma səbəbini birbaşa qanunvericiliklə əlaqələndirmək olmaz. Çünki bələdiyyə ilə əlaqəli qanunlarda maliyyə məsələləri əksərən öz ifadəsini tapmışdır. Təbii ki, dünya standartlarına uyğun bələdiyyə fəaliyyətini təmin etmək üçün qanunlarda bir sıra əlavələrə, dəyişikliklərə ehtiyac vardır.  Xüsusilə kredit münasibətləri ilə əlaqəli bələdiyyələrin kredit almaq meyarının, müddətinin, qaytarılma şərtlərinin qanunda öz ifadəsini tapması problemin həlli üçün tərəfimizdən təklif olunur. Eyni zamanda islahatların, dəyişikliklərin və praktiki təkliflərin verilməsi üçün bələdiyyələrdə ixtisaslı kadrlara ehtiyac vardır. Bu problemin həlli üçün bələdiyyələrə məhz bu sahədə ixtisaslaşan kadrların cəlbi məqsədli stimullaşdırıcı tədbirlər planının hazırlanması tərəfimizdən təklif olunur.

Nəticədə, fikrimizcə  mövcud problemlərin həlli istiqamətində qeyd olunan addımların atılması və daimi tərəqqi istiqamətində dəyişiklər ilə bələdiyyələrin arzu olunan səviyyədə xidməti təmin ediləcəkdir.

(Azərbaycan) Addım addım «LİDERLİK»
A conceptual look at leadership and associated concepts.A conceptual look at leadership and associated concepts.

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Liderlik, lider olmaq bugün üzərində ən çox müzakirə olunan, təlimlər təşkil edilən, araşdırılan sahələrdəndir. Mən də həm ixtisasımın tələbi olaraq həm də maraq dairəmə uyğun olduğu üçün liderliyi araşdırmağa qərar verdim.

Liderliklə maraqlanmağa başlayanda ilk addımda  «Liderin İdarəedici» ilə fərqləri ilə əlaqədar  fikirlər qarşımıza çıxacaq. Bunu fikrimizdə tam aydınlaşdırıb idarəedici yox  xarizmatik lider olmağa qərar verəcəyik ki, ikinci addımda qarşımıza «Lider doğulur yoxsa sonradan olur» fikri ilə qarşılaşacağıq. Bu fikir qarşısında mən lider doğulmamışam deyə düşünərək yaxud lider olmaq üçün hələ nə qədər oxumalıyam düşüncəsi ilə əksər insanlar geriyə addım atır.

Mən də geri addım atmamaqçün liderliyi   məni irəli aparacaq şəkildə tərif etməyə çalışdım: Əgər mən dünənimdən bir addım öndəyəmsə, dünənki və ondan əvvəlki bütün «MƏN»lərin lideriyəm.  Sahəsinin lideri olmaq üçün heç vaxt gec deyil sadəcə olaraq ilk addımı atmaq lazımdır. Bugün necə edək, haradan başlayaq deyilirsə aşağıdakı sualları gündəlik cavablandıraraq başlamaq məqsədəuyğun olar.

İstər lider duğulduğumuzu, istər lider ola biləcəyimizi düşünək istərsə də öz tərfimizi verək ancaq öz sahəmizin lideri olmaq üçün ilk adıımı ataq. Hər birimizə uğurlar!

Перейти к верхней панели