Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9649, TRY 0.2990, RUB 0.0260, CNY 0.2456, GEL 0.6355, GBP 2.2393, IRR 0.0040, JPY 1.5143, XAU 2077.4085, XAG 24.8617, XPT 1425.0420, XPD 1836.6205
(Azərbaycan) Sərdar Şabanov. AZƏRBAYCANDA TƏHSİLİN KEYFİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Вторник Март 15th, 2016
33
quality

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

bloom_taxonomy_of_education

Təhsilin keyfiyyəti iki baxımdan araşırılmışdır. Bunlardan biri PİSA — Məktəblilərin beynəlxalq qiymətləndirmə proqramına, digəri isə AR Prezidenti yanında TQDK-nın ali məktəblərə qəbul üzrə materiallarına əsaslanır.

Əvvəla dünyada təhsil və məşğulluq məsələri barədə müəyyən faktları sadalayaq.

  • Dünyada ümumi savadlılıq nəzərəçarpacaq qədər artır. Dünyada cavanlar arasında savadlılıq 89% təşkil edir, halbuki bu göstərici 1990-cı ildə 83% Qadınlar və kişilər arasında savadlığın artım sürəti arasındakı uçurum azalır. Dünyada savadsız əhalinin 60%-i qadınların payına düşür. Burada ən geridə qalmış yer Əfqanıstandır ki, burada da qadınların savadsızlığı 87% təşkil edir.
  • Təhsilin UDM-də payı Lesoto və Kubada 13% təşkil edir ki, bu da dünya üzrə ən yüksək göstəricidir. Nümunə üçün ABŞ-da rəqəm 5,4% təşkil edir.
  • 1990 və 2012-ci illər arasında Afrika Saxarasından aşağıda ibtidai təhsilə cəlb olunanların sayı 52%-dən 78%-ə çatıb. Qeyd edək ki, 2012-ci ildə dünya üzrə orta qiymət 91% idi.
  • Aşağı insan inkişafı indeksinə malik olan ölkələrdə məktəbdə orta oxuma müddəti 4,2 ildir. Yüksək insan inkişafı indeksinə malik ölkələrdə isə bu göstəricinin qiyməti 11,7 il təşkil edir.

Bizim qənaətimizə görə təhsilin kəmiyyət göstəricilərilərini təmin edən məqamlarla yanaşı təhsilin keyfiyyəti məsalələrinə də xüsusi diqqət ayrılmalıdır. Bu mənada təhsilə çəkilən xərclərin hissolunacaq qədər böyük qismi təhsilin bütün səviyyələrində əsas aparıcı qüvvə olan müəllimlərin inkişafına yönəldilməlidir. Keyfiyyətli müəllim kadrlarının hazırlığına xüsusi diqqət verilməlidir. Müəllimlərin peşə hazırlığının artırılması üçün geniş və səmərəli tədbirlər planı hazırlanmalıdır. Belə ki, istənilən fənnin tədrisində birinci dərəcəli məqam güclü məntiqin olmasıdır. Buna görə də düşünürük ki, müəllimlərə məntiqi məsələlərin həlli istiqamətində treninqlər təşkil edilməlidir. Bundan əlavə xarici dil (xüsusilə də ingilis və rus dilləri) üzrə treninqlər təşkil edilməli, tədris və təlimdə müasir üsullar öyrədilməli, kompyuter və multimedia vasitələrindən istifadə üçün imkanlar təşkil edilməlidir. Müxtəlif fənnlər üzrə fərqli mövzularda nümunəvi videodərslər AR Təhsil nazirliyinin və AR Prezidenti yanında TQDK-nın saytlarında yerləşdirilməlidir ki, müəllimlər onlardan rahat şəkildə istifadə edə  bilsinlər.

Dünya təcrübəsində qabaqcıl ölkələrin təhsil xərcləri ÜDM-in 7-8 faizini təşkil edir. Belə ki, ABŞ-da bu göstərici 5,4%, Norveçdə təxminən 9%, Finlandiyada 8% təşkil edir. Azərbaycanda bu göstəricin qiyməti 2,5%-dir. Dünya ölkələri ilə müqayisə göstərir ki, Azərbaycan bu göstəricini tədricən artırmalıdır.

Azərbaycanda savadlıq səviyyəsi kifayət qədər yüksəkdir. Qeyd edək ki, savadlılıq dedikdə oxuyub-yazmaq bacarıqları başa düşülür.  Belə ki, statistik məlumatlara əsasən Azərbaycanda savadlılıq səviyyəsi 99.8%-dir. Azərbaycanda savadlıq səviyyəsinin quruluşunda 2014-cü il üçün hər 1000 nəfərə düşən ali savadlıların sayı 126 nəfər, orta ixtisas təhsilli mütəxəssislərin sayı isə 85 nəfər təşkil edir. Bu göstəricilər qabaqcıl dünya ölkələrinin göstəricilərindən təqribən 2 dəfə aşağıdır. Skandinaviya ölkələrində isə ali təhsillilərin sayı çox yüksəkdir, məs., Norveçdə 25 yaşdan yuxarı əhalinin demək olar ki, hamısı ali təhsillidir. Müqayisəli təhlil göstərir ki, Azərbaycanda təhsilin bütün pilləri üzrə kəmiyyət göstəricilərinin artırılması üçün geniş meydan var, lakin bunun həyata keçirilməsi üçün xüsusi proqram işlənib hazırlanmalıdır. Belə ki, dünyada belə bir təcrübə mövcuddur ki, universitetlərdə 2 illik institutlar təşkil olunmaqla tələbə qəbulunu genişləndirmək hesabına potensialları nisbətən aşağı olan abituriyentləri buraya yönəltməklə onlara konkret ixtisaslar öyrədilir. Nəticədə konkret ixtisasa yiyələnmiş, universitetlərdə 2 illik təhsil almış, iqtisadiyyatın müxtəlif sahələrində işləyə bilən və müəyyən mənada ali təhsili olan vətəndaşlarımızın sayını artıra bilərik.

Azərbaycanda orta təhsilin keyfiyyəti məsələlərinə iki baxış bucağından baxılmışdır. Bunlardan biri beynəlxalq yanaşma və ölçmə, digəri isə TQDK-nın nəticələrinə əsaslanır.

  1. Beynəlxalq müqayisə: PİSA2006 və 2009 materialları üzrə

Azərbaycanın 15 yaşlı yeniyetmələri dünya üzrə 65 ölkənin qatıldığı yarışmada beynəlxalq qiymətləndirmə PİSA 2006 və 2009-da [bax http://www.oecd.org/pisa/pisaproducts/39725224.pdf — PİSA 2006 Survey] iştirak etmişlər. Program for İnternational Student Assessment (PİSA) – Məktəblilərin beynəlxalq qiymətləndirmə proqramında Azərbaycan 2 dəfə iştirak etmiş və hər dəfə də bu tədbirə 5000-dən artıq məktəbli qatılmışdır. Qiymətləndirmə 3 istiqamət üzrə aparılmışdır: oxuduğunu anlamaq, riyaziyyat və digər elmlər üzrə. 2006-cı ilin nəticələrinə görə bizim məktəblilər oxuduğunu anlamaq üzrə 600 mümkün baldan 353 bal toplayaraq bu istiqamət üzrə dünyada 54-cü yerə çıxıblar. Riyaziyyat üzrə 476 bal ilə 32-ci yerə, digər elmlər istiqaməti üzrə isə 382 bal ilə 55-ci yerə çıxıblar. Toplam ortalama olaraq isə dünya üzrə 64 ölkə arasında 54-cü yeri tutublar.

PİSA 2009-cu il yarışmasında isə oxuduğunu anlamaqda 362 bal (+9 bal irəliləmə), riyaziyyat üzrə 431 bal (-45 bal geriləmə), digər elmlər istiqaməti üzrə isə 373 bal (-9 bal geriləmə) toplayaraq toplam ortalama 64-cü yeri tutublar. Dünya üzrə qiymətləndirmənin nəticələri onu göstərir ki, 2006-2009-cu illərdə Azərbaycan orta təhsili geriləmişdir.

Təəssüf hissi ilə qeyd etməliyik ki, bundan sonra keçirilən PİSA2012 və 2015-ci il qiymətləndirilmələrində Azərbaycan ölkə olaraq iştirak etməyib.

2. Təhsilin keyfiyyətinin qiymətləndirilməsi: TQDK-nın materialları üzrə  2014/2015-ci il üçün

Azərbaycanda orta təhsilin keyfiyyəti məsələlərinə ikinci baxış TQDK-nın yanaşmasına əsaslanır. TQDK-nın məlumatları əsasında 2014/2015 tədris ilində orta məktəbdə buraxılış imtahanlarının və qəbul imtahanlarının araşdırılması nəticəsində müəyyən olunub ki, abituriyentlərin 64,7% qəbul imtahanlarında 200-dən az bal toplamışlar ki, bu da əslində qeyri-məqbul (“2”) deməkdir.

Hesablamışıq ki, normal paylanma qanununa əsasən bu göstəricinin nəzəri qiyməti 6,68% olmalı idi. (Tələbələrimizə tövsiyə edirik ki, bu %-i özləri müstəqil olaraq hesablasınlar).

Real qiymətin 64.7%-in nəzəri qiymətdən 6.68%-dən təxminən 10 dəfə böyük olması Azərbaycanda orta təhsildə anormal vəziyyətin mövcud olduğunu göstərir.

abituriyentlərin ballarının paylanma histoqramlarında  asimmetriya mövcuddur. Bundan başqa ortastatistik abituriyentə nəzərən zəif nəticə göstərənlər sayca üstünlük təşkil edir. Ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 43,89%-i 0-100 bal, 20,76%-i 100-200 bal toplamışlar. 200-300 bal arasında abituriyentlərin 13,61%-i, 300-500 arasında 15,73%, 500-700 bal arasında isə abituriyentlərin 6,01%-i nəticə göstərmişlər.  Azərbaycan bölməsindəki abituriyentlərin sayı 84739 nəfər, rus bölməsində isə 7904 nəfər olub. Azərbaycan bölməsi üzrə median 116,92 bal, rus bölməsi üzrə isə 186,43 bal olub.

Öyrənmənin mərhələlərinin Bloom bölgüsünə (bax: Bloom, B.S. (Ed.). Engelhart, M.D., Furst, E.J., Hill, W.H., Krathwohl, D.R. (1956).Taxonomy of Educational Objectives, Handbook I: The Cognitive Domain. New York: David McKay Co Inc.)  əsasən bizim məktəblilərin böyük bir qismi əzbərçilikdən əl çəkə bilmirlər və oxuduqlarını qavramada çətinlik çəkirlər. Buna görə də öyrənmənin 3-cü mərhələsi olan tətbiqdə və daha sonra gələn təhlil mərhələsində acizlik göstərirlər. Bundan sonrakı sintez və qiymətləndirmə mərhələlərinə isə onlardan çoxu heç gedib çata bilmir. Ona görə də məktəbdə öyrənmə yalnız faktları əzbərləməkdən ibarət olmamalıdır. Əzbərçilik əsasında səthi öyrənmədən düşüncə əsasında öyrənməyə keçmək gərəkdir.

Ali təhsilə gələnlərin, demək olar ki, hamısı orta məktəb məzunlarıdır. Ali təhsildə Bolonya prosesinə uyğun qiymətləndirməni nəzərə alsaq, yəni  0-50 bal “F” (qeyri-məqbul) olduğu üçün əslində ideal vəziyyətdə ali məktəbə qəbul balı ümumiyyətlə, 351 baldan aşağı olmamalıdır (700/2+1). Xüsusi istedad tələb edən ixtisasları (ifaçılıq, rəssamlıq, idman növləri və s.) nəzərə almasaq 351 bal qəbulun aşağı həddi kimi təsbit edilməlidir. Xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 39 universitetdən yalnız 15-nin orta balı 351-dən böyükdür (bax 2014/2015-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının elmi-statistik təhlili. Abituriyent jurnalı, № 12, Bakı, 2014).

Azərbaycan gəncləri yaxşı şəraitə malik olan məktəblərdə oxuyurlar, yəni təhsilin maddi-texniki bazası sahəsində xeyli işlər görülüb. Biz bu qənaətdəyik ki, məktəblərdə müəllimlərin real əmək haqqı (170-190 Azn) xeyli artırılmalıdır və bu zaman nəzərə almaq lazımdır ki,  Azərbaycan üzrə orta əmək haqqı 455 AzN təşkil edir.

Ali məktəbə qəbul olan tələbə orta məktəbin yetirməsi olduğu üçün onların nisbətən zəif hazırlıqlı qismi burada olan çatışmazlıqları ətalət üzrə müəyyən mənada ali məktəbə daşıyır. Lakin ali məktəb məzunlarının keyfiyyəti ilk növbədə əmək bazarında onlara olan tələblə ölçülür ki, bu sahədə müəyyən fikir yürütmək üçün düşünürük ki, ciddi tədqiqata ehtiyac var.

Bizim fikrimizcə iqtisadiyyatın hansı sahələrinin prioritet olacağından asılı olmayaraq Azərbaycanda orta təhsildəki geriliyi aradan qaldırmaq üçün düşünülmüş, sistemli və davamlı iş aparılmalıdır. Peşə, texniki-peşə və orta ixtisas təhsili isə bazarın bugünkü və perspüktiv tələbləri baxımından tənzimlənməlidir.


  1. Hörmətli Sərdar bəy,bu mövzu haqqında ətraflı izah etdiyinizə görə çox sağolun.

  2. Hörmetli Serdar müəllim ilk olaraq,verdiyiniz məlumatlar üçün təşəkkür edirəm. Mən sizin fikrinizlə tamamilə razıyam və düşünürəm ki,bu haqda lazımi tədbirlər görülməlidir.

  3. Hormetli Serdar muellim evvelce movzu haqqinda tam etrafli melumat verdiyinize gore tesekkur edirem.Iqtisadiyyatin her bir sahesinin inkisafinin temelinde tehsil durdugundan onun keyfiyyetinin artirilmasi barede tedbirler gorulmesi muhumdur.

  4. Əvvəlcə bu məqaləni yazdığınız üçün təşəkkürlər. Məqaləni oxuduqdan sonra bu barədə mənim də fikirlərim formalaşdı. Doğrudan da belədir təhsil sahəsindəki gerilik bütün sahələrə öz təsirini göstərir. Bununla bağlı tədbirlər görülməsi ümumilikdə inkişafa səbəb olacaqdır.

  5. Sərdar müəllim, çox düzgün və lazimi hissələrə toxunmusunuz. Məni də narahat edən yerləri izah etmisiniz. Çox sağolun. İnanıram ki, qeyd etdiyiniz tövsiyələr nəzərə alınaraq, təhsilin keyfiyyəti daha da artacaqdır

  6. Əliyev Ceyhun, S2mühasibat1 qrupu tələbəsi.
    İlk öncə salam. Bu məqalədə qeyd etdiyiniz bütün məlumatlar çox dəyərlidir və bunu bizlə paylaşdığınız üçün sizə təşəkkürümü bildirirəm. Bu məqalədəki problemlərlə bağlı mənim də bir neçə fikrim var.
    Bildiyimiz kimi SSRİ dövründə digər sosialist-kommunist ölkələr kimi Azərbaycan SSR də savadlılıq dərəcəsi baxımından irəlidə idi. Azərbaycan SSR-dən çoxlu sayda alimlər və savadlı kadrlar dünyanın inkişaf yolunda önəmli izlər qoymuşdular. Bunun iki səbəbi var idi. Birinci səbəb bu idi ki, SSRİ digər sosialist ölkələrindəki gənc kadrları öz universitetlərinə, məktəblərinə cəlb edirdi. Azərbaycanın da Tibb, Xalq təsərrüfatı və s. universitetlərinə də çoxlu sayda xarici tələbə gəlirdi və bunun nəticəsində daxildə də savadlılıq rəqabət səbəbilə artırdı. İkinci səbəb isə Sovet rejiminin inzibati amirlik siyasəti idi. Bunun nəticəsində müəllimlər və tələbələr oxumağa, öyrənməyə və tədqiqat işləri etməyə məcbur edilirdilər.
    Sovet rejimi çökdükdən sonra digər təbəqələrlə yanaşı, müəllimlərdə də məsuliyyətsizlik yarandı və maaşların azlığı da bunun üzərinə əlavə olunduqda, daha pis hal aldı. Lakin Azərbaycanda təhsilin keyfiyyətini, savadlılığı artırmağın yolları mövcuddur.
    İnsan elə bir varlıqdır ki, o hər şeyi etmək bacarığına malikdir. Bu bioloji nöqtədən yanaşsaq, məktəblilərə hal-hazırkından bir neçə dəfə çətin dərs rejimi vermək mümkündür. Əlbəttə, bu həmin şagirdlərin çətinlik çəkməsinə səbəb olacaq, lakin bir neçə aydan sonra onlar bunun həll yollarını tapa biləcəklər. Azərbaycanda bizim şagirdlərə tənbəllikdən və əzbərçilikdən başqa heç bir şey öyrətmirlər. Buna görə də məktəblərdə savadlı adı ilə tanınan şagirdlər dünyada ən axırıncı yerləri tuturlar. Mənim fikrimcə, məktəblərdə müəllimlərin əsas vəzifəsi şagirdlərdə dünya görüşünün artırılması və oxunulmuş materialın dərk etdirilməsidir. Universitet sisteminə gəldikdə isə vəziyyət daha da acınacaqlıdır. Artıq bütün universitetlərimizdə müasir texnologiyadan istifadə olunur, lakin ortada bir şey yoxdur. Misal üçün Hindistanı çəkək. Hindistanda yalnız lövhədən istifadə olunur, lakin dünyanın ən güclü mühəndisləri, proqramistləri bu ölkədən yetişir. Bunun səbəbi müəllimlərin buradakı təsiridir. Oradakı müəllimlər tələbələri oxumağa məcbur edirlər. Hindistanda universitetlərə daxil olmaq olduqca çətindir. Savadlı bir insan Hindistanda universitetə daxil ola bilmədikdə, Avropa ölkələrinə gedərək, Avropadakı universitetlərə rahatlıqla daxil ola bilir. Lakin biz bilirik ki, Hindistandakı sistemi Azərbaycana gətirmək qeyri-mümkündür. Ona görə də Azərbaycanda elə bir sistem yaranmalıdır ki, bu sistem tələbələri oxumağa həvəsləndirsin. Məktəblərdə yaradılan məcburiyyət ilə universitetlərdə yaradılan həvəsləndirmə, Azərbaycanda yeni alimlərin yaranmasına şərait yarada bilər.

  7. Hörmətli tələbələrim, şərhlərinizə görə sizlərə dərin təşəkkürümü bildirirəm.

    Sualım belədir:

    Tələbə olaraq sizi qane etməyən nədir?

    Müəllimlərinizdən gözləntiləriniz nədir?

    UNEC-dən nə gözləyirsiniz?

    Təhsilin keyfiyyətini artırmaq üçün nə təklif edə bilərsiniz?

    — Hörmətlə Sərdar m. Şabanov

  8. Hörmətli Sərdar mellim bu mövzuya aid olan bütün detallara çox gözəl izah etmisiz.Azərbaycandakı təhsil sisteminin zeif terefine geldikde ise məktəb kemirilen sistemi ike tqdk nın keçirdiyi imtahan sisteminin arasındakı böyük ferqdi. Çünkü tqdkının keçirdiyi imtahan sistemi azərbaycandakı tehsil sistemi üçün heleki ağırdı onun üçünde bir çox telebeler ya xaricde oxumağa gedir yada zeif netice gösterir.2 ci problem ise tehsil haqqının çox olmasıdı.Eger azərbaycanda en az tehsil haqqı 1500 manatdırsa avropa ve türkiye universetlerinde en azı 500 avrodan başlayırsa hetta bezileri bezi dövlet universetleri pulsuzdu halbukki bizde pulludu.

  9. Hörmətli Ceyhun,

    comment-ə görə təşəkkürlər. Yazırsınız ki,

    » Azərbaycanda bizim şagirdlərə tənbəllikdən və əzbərçilikdən başqa heç bir şey öyrətmirlər. Buna görə də məktəblərdə savadlı adı ilə tanınan şagirdlər dünyada ən axırıncı yerləri tuturlar. Mənim fikrimcə, məktəblərdə müəllimlərin əsas vəzifəsi şagirdlərdə dünya görüşünün artırılması və oxunulmuş materialın dərk etdirilməsidir. Universitet sisteminə gəldikdə isə vəziyyət daha da acınacaqlıdır. Artıq bütün universitetlərimizdə müasir texnologiyadan istifadə olunur, lakin ortada bir şey yoxdur. Misal üçün Hindistanı çəkək. Hindistanda yalnız lövhədən istifadə olunur, lakin dünyanın ən güclü mühəndisləri, proqramistləri bu ölkədən yetişir. Bunun səbəbi müəllimlərin buradakı təsiridir. Oradakı müəllimlər tələbələri oxumağa məcbur edirlər. Hindistanda universitetlərə daxil olmaq olduqca çətindir. Savadlı bir insan Hindistanda universitetə daxil ola bilmədikdə, Avropa ölkələrinə gedərək, Avropadakı universitetlərə rahatlıqla daxil ola bilir. Lakin biz bilirik ki, Hindistandakı sistemi Azərbaycana gətirmək qeyri-mümkündür. Ona görə də Azərbaycanda elə bir sistem yaranmalıdır ki, bu sistem tələbələri oxumağa həvəsləndirsin. Məktəblərdə yaradılan məcburiyyət ilə universitetlərdə yaradılan həvəsləndirmə, Azərbaycanda yeni alimlərin yaranmasına şərait yarada bilər.»

    Hindistan haqda daha ətraflı yazmağınızı (comment və ya müstəqil məqalə də ola bilər, yeri gəlmişkən bu yazını esse olaraq sərbəst iş kimi qəbul edirəm) məsləhət görürəm. Bir də ki, varsa hökmən ədəbiyyata istinad edin. Niyə? Elmi ədədiyyatda istinad edilməyən insert-lər plagiat sayılır.

    Uğurlar.

    — Hörmətlə Sərdar m. Şabanov

  10. Hörmətli Ceyhun,

    comment-ə görə təşəkkür edirəm. Həcminə görə müstəqil məqalə kimi də qəbul etmək olar.

    Tövsiyyə edərdim ki, irəli sürdüyünüz mülahizələri — tesizləri əsaslandırasınınz. Onda məqaləniz daha tutarlı ola bilər. Adətən məqalə 1 və ya 2 tezis ətrafında qurulur.İstinadları da unutmayın.
    Gələcəkdə, inşallah, nəzərə alacağınız təqdirdə, inanıram ki, sizdən gözəl araşdırmaçı olacaq.

    Uğur gəlsin.

    -Hörmətlə Sərdar Şabanov

  11. Hörmətli Sərdar müəllim,

    Maraqlı və faydalı yazı üçün Sizə təşəkkür edirəm. Yazınızda müassir dövrümüzdə tədrisin keyfiyyətinə təsir edən birçox məqama aydınlıq gətirilir. Mən spesifik olaraq Ali təhsilin keyfiyyəti ilə əlaqədar fikirlərimi Sizinlə bölüşmək istərdim.

    Əlbəttə ali təhsilin keyfiyyəti orta məktəbdən başlayır amma bu faktor ali təhsilin keyfiyyətini bütövlüklə müəyyən etmir. Əgər ali təhsilin keyfiyyəti yüksək səviyyədə olsaydı o zaman həmin aşağı balla qəbul olunan tələbələr universitetdən dörd il ərzində məzun ola bilməzdilər.

    Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının “Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Qaydalar” adlı sənədinə əsasən “Tədrisin Keyfiyyəti” bu prosesin keyfiyyətli təşkilinə təsir edən tərəflərin (pay sahiplərinin) tələblərinin ödənilmə səviyyəsi ilə ölçülə bilər. Tədris prosesinin keyfiyyətli olmasına təsir edən tərəflər isə; müəllimlər, tələbələr, tədris materialları, valideynlər, iş dünyası, dövlətin təhsil strukturları, ictimaiyyət və s.-dir.

    Sizin yazınızda tədrsisin keyfiyyətinə təsir edən ən vacib faktorlardan biri olan müəllimlərin peşə hazırlığının artırılması istiqamətində tədbirlər planının hazırlanmasına ehtiyac olduğu qeyd olunub. Belə tədbirlər planının həm iş dünyasının tələblərinin öyrənilməsində, həm tədris materiallarının müassirləşdirilməsində, həm tələbələrə öyrənmə vərdişlərinin qazandırılmasında, tədris planlarının müasirləşdrilməsində və başqa sahələrdə hazırlnamasına ehtiyac olduğunu bildrimək istəyirəm.

    Sonda onu qeyd etmək istəyirəm ki tədrisin keyfiyyəti dəvamlı prosesdir və hər daim yeni əlavələr etmək və təkmilləşdirmələr aparmaq mümkündür.

    Sizə uğurlar arzulayıram….
    Hörmətlə, i.f.d. R.X.Qasımov

    • Hörmətli Raqif m.,

      maraqlı comment üçün təşəkkür edirəm.

      Azərbaycanda təhsilin keyfiyyətini yüksəltmək üçün müvafiq tələb formalaşdırmaq zəruridir. Yəni ixtisaslı, bilik və bacarıqları, vərdişləri olan kadrlara ehtiyac yaranmalıdır.

      İşıq yeri hara ola bilər: 1) daxili bazar 2) xarici bazar.

      1) daxili bazarı formalaşdırmaq üçün universitetlər-sənaye, biznes-dövlət üçbucağı işləməlidir. Yəni İtskoviçin innovasiyaya söykənən inkişafın 3-qat spiral modelini hərəkətə gətirmək lazımdır. Burada isə əvvlinci şərt monopoliyanın aradan qaldırılmasıfdır. Rəqabət mühiti olmadıqca inkişaf olmayacaq, ya da ki, zəif olacaq. Bir də ayılacayıq ki, çox geri düşmüşük.
      2) xarici ixtisaslı kadr bazarında isə rəqabətə davam gətirmək məsələsi var.

      Nə etmək lazımdır.
      a) öz kadrlarımıza ləqaqətli əmək haqqı və şərait (heç olmasa Türkiyədə olan səviyyədə)
      b) dərslər beynəlxalq syllabus-lara uyğun, orada məsləhət görülən dərsliklər üzrə və o səviyyədə dərs deməyə cəhd göstərən müəllimlər tərəfindən aparılmalıdır.
      c) zəif formalaşmış kafedralara rəhbərlik üçün xarisdən dəvət olunmuş yüksək səviyyəli mütəxəssislər dəvət olunmalıdır. Məs., belə təcrübədən BƏƏ, Şimali Kipr Türk Cümhuriyyəti və s. ölkələrdə geniş istifadə edilir.

      Təhsili və elmi inkişaf etdirməklə Azərbaycanı irəli apara bilərik. Və inşllah aparacayıq da.
      Bu işdə bütün əməyi keçən insanlara uğurlar arzu edirik.

      — Hörmətlə Sərdar m.

  12. maraqli statistik neticeler var. eger gostericiler dogrudursa, bes onada biz 2020 geleceye baxishda qarshiya qoyulan hedeflere hansi gucle nail olacagiq? bezi addimlari atmaqda cox gecikirik

  13. Əvvəla, Azərbaycanda dövlət strukturunun və biz-gənclərin formalaşması, ilk növbədə şəxsiyyət kimi özümüzü taniıtmaqla bərabər, ölkəmiz adına nələrsə etmək üçün əhsil problemlərini aktuallaşdırmaq hazırki günümüzdə labüddür. Deyərdim ki, Azərbaycanın özünəməxsus üslubda təhsil sistemi qurulmuşdur. Əlbəttə ki, bəzi boşluqların olması danılmazdır. İstər orta məktəb sistemi, istərsə də , ali məktəb sistemində bu mövcuddur. İlk olaraq, gələcəyin savadlı kadrının bünövrəsi orta məktəbdə quruldugundan, orta məktəblərin texniki avadanlıqlarından müəllim heyətinə kimi nəzərdən keçməlidir. Fikrimcə, bu təkmilləşmə orta məktəbin yerləşdiyi ərazidən, əhatəsində olduğu sosial təbəqədən asılı olmayaraq bərabər hüquqlu sistem qurulmalıdır. Əyalətlərimizin orta məktəbləriylə şəhər orta məktəblərini bərabər tutmaq qeyri-mümkündür. Digər bir problem isə, qurulan və tədrisi nəzərdə tutulan tədris proqramıyla TQDK qəbul imtahanı qeyri-tarazdır. Ona görə də bəzi şagirdlərimiz repititor yanina getməyə məcbur olurlar. Universitetimizdə səmimi bir araşdırma aparsaq, şahidi olarıq ki, repititorsuz və ancaq orta məktəb tədris proqramıyla kifayətlənən və uğurlu nəticə göstərən gənclərimiz çox cüzidir. Bu isə acınacaqlı haldır. Fikrimcə, problemdən çıxış yolu kimi ilk növbədə müəllimlərimizin əmək haqqısı artırılmalı, dərs deməyə həvəs oyadılmalı, orta məktəblərin texniki avadanlıqlarla, labaratoriyalarla və ixtisaslı kadrlarla təmin olunmalı və TQDK qəbul imtahanını reallıqla orta məktəb standartlarına uyğunlaşdırılmalıdır. Çox təəssüf ki, bəzi orta məktəblərimizdə bu görünmür. Ancaq, investisiya yatırılmış hər hansı kapital qoyulmuş və qarşısısnda hədəfləri olan liseylərdə bu fərqlər çox böyükdür. Məncə, hər bir orta məktəbimiz liseylər səviyyəsində olmalıdır.
    Ali məktəblərə gəldikdəsə,Azərbaycan daxilində ümumi şəkildə kiçik araşdırma aparsaq, görərik ki,keçmiş SSRİ standartlarına uyğun, texniki bazası müasir standartlarla uyuşmayan (bəzi universitetlərimiz istisnadır), 1980-90`cı illərdən qalmış dərsliklər belə bizi gələcəyin-müasir standartlara uygun ixtisaslı kadr kimi yetişməyimizə imkan vermir. Digər bir problem isə, tələbə qəbul balıyla bağlıdır. Məncə, dövlət universitetləri üçün istənilən halda 351 bal minimum olmalıdır ki, təhsil müddəti ərzində nəsə öyrənə bilsin. Belə hal işsizliyin əsas səbəblərindən biri kimi görürəm. Məncə, boş-boşuna 4 ilini keçirən, oxumaq qabiliyyətində olmayan gənclərimiz o müddət ərzində hərhansı peşəyə sahib olsalar daha səmərəli olar. Ali məktəb sistemində ixtisarlar və təkmilləşmənin aparılması labüddür. İlk öncə ixtisaslar rasionallasmalı, onlar vahidləşməlidir. Eyni zamanda her universitetin ozunəməxsus kadr siyasəti olmalıdır.
    Məsələn, İqtisad Universiteti iqtisadyonumlu ixtisaslar uzre kadr hazirlayirsa basqa universitetlerin bu ixtisaslardan kadr hazirlamagina ne gerek varki?
    Daha bir universitet problemi isə öyrədilən nəzəri biliyin tətbiq etməyə imkanların çox az və zamanın qısa olmasıdır. Ümidvaram ki, hazırki gündəmimizdəki təhsildəki boşluqlar qısa müddətdə öz yerini tapacaq. Sərdar müəllim, sizə də bir tələbə kimi belə bir araşdırma aparıb məqalə yazdığınız və bizim nəzərimizə çatdırdığınız üçün minnətdaram. Uğurlar.

  14. Hörmətli İsa m.,

    konkret olaraq hansı hədəfləri nəzərdə tutursunuz?

    — Hörmətlə Sərdar Şabanov

  15. İsa m.,

    dəqiqləşdirmələrə görə təşəkkürlər.

    Statistik nətucələr TQDK-nın rəsmi məlumatlarına əsaslanır. Statistik nəticələr statistik

    önəmlidir və ciddi nəzəri əsası var.

    Mənbə: Abitiruyent jurnalı. №12, 2014-ci il. Bakı.

  16. Hörmətli tələbələr,

    Normal paylanma qanununa əsasən 0-200 intervalında bal toplamış abituriyentlərin payı 6.68%

    olmalıdır, amma 2014/2015-ci ilin qəbulunda 64.7% olub.

    1.Nə isə Sabah qruplarından bir tələbə tapılmadımı ki, bunu əsaslandırsın.

    2. Birinci tezisi əsaslandırana ilk tələbəyə 2 sərbəst iş məqbul hesab ediləcək.

    3. Bir də öz təkliflərinizi yazın. UNEC-dən gözləntiləriniz nədir?

    — Hörmətlə Sərdar m.

  17. Çox gözəl analitik bir məqalədir. Məqalədə xoşuma gələn məqamlar:
    1.Təhsilin keyfiyyətinin təhlil olunması. Mənfi hallar çox düzgün qeyd olunmuşdur. Tələbələrin
    əzbərçiliyə meyl etməsi məsələsi ciddi araşdırılmalı, bunu meydana gətirən səbəblər aradan
    qaldırılmalıdır.
    2.ÜDM-də təhsil xərclərinin 2,5% olması cəmiyyətimiz üçün bir SOS! siqnalı olmalıdır.
    3.Hər 1000 nəfərə düşən ali savadlıların sayının 126 nəfər olması olması qeyd olunur. Məncə təhsilin
    keyfiyyətindən danışdıqda kəmiyyət göstəricisindən deyil, keyfiyyət göstəricilərindən çıxış etmək lazımdır.
    Bunun üçün birinci növbədə ali məktəb məzunlarının ixtisas üzrə işləyib-işləməmələri, onların real
    iqtisadiyyata verdikləri fayda təhlil olunmalıdır.
    4.Müəllif təklif edir ki, universitetlərdə 2 illik institutlar təşkil olunsun. Çox gözəl
    təklifdir. Amma bu işi düzgün təşkil etmək üçün bununla bağlı ciddi hüquqi, psixoloji,
    maliyyə məsələləri həll olunmalıdır. Bizim millət elədir ki, heç kim 4-illik təhsili qoyub
    2-illik təhsilə getməyəcək.
    5.Müəlifin ali məktəblərə qəbulun kəmiyyət göstəricilərinin statistik təhlilini verməsi
    diqqətəlayiqdir.Fikrimcə, həm Təhsil nazirliyidə, həm də TQDK-də xüsusi tədqiqat qrupları
    yaradılaraq, bu məsələlərin həlli ilə ciddi məşğul olmaq lazımdır.
    araşdırılması məqsədəuyğundur.
    6.Nəhayət, müəllimlərin əmək haqqı məsələsi. Məncə, bu məsələ köklü şəkildə həll olunmazsa,
    müəllifin çox düzgün olaraq ortaya qoyduğu təhsilin keyfiyyəti sahəsində irəliləyişlərə
    nail olmaq mümkün deyildir.
    Sonda bir məsələni qeyd etmək istəyirəm.Əgər biz təhsilin keyfiyyətini yüksəltmək istəyiriksə, bu məsələ ilə professional səviyyədə məşğul ola biləcək kadrların hazırlanması ilə də məşğul olmalıyıq.Məsələn, müvafiq ali məktəblərdə «Təhsilin iqtisadiyyatı» ixtisası üzrə ən azından magistr hazırlığı həyata keçirilməlidir.

  18. Ağamehdi m.,

    mən də Sizə analitik comment üçün dərin təşəkkürümü bildirirəm.

    — Hörmətlə Sərdar m.

    P.S. Qabaqcıl təhsil işçisi kimi Sizi discurs.az saytında məqalələrlə çıxış etməyə dəvət edirəm.

  19. Hörmətli Sərdar müəllim,

    Məqalə üçün sizə minnətdarlığımı bildirirəm. Bir çox yeni informasiyalar əldə etdim bu məqalədən. Təhsil sektorumuzdakı problemlər həqiqətən çoxdur və mütləq şəkildə yeni konsepsiya hazırlanmalıdır. Böyük məmnuniyyətlə, bu məsələrlə bağlı fikirlərimi sizinlə bölüşəcəm.

    Buna baxmayaraq əlavə olaraq bir məsələni də qeyd etmək istəyirəm ki (xüsusən də ali təhsil üçün), bizim universitetlərin ən böyük problemlərindən biri də kitabxana problemidir. Düşünürəm ki, bu problem də birbaşa kadr problemləri ilə əlaqələdir. Nə qədər ki, universitetlərdə müəllimlərin bir çoxu öz kitablarını tövsiyyə edəcəklər, nə qədər ki dərsin sonunca ədəbiyyat siyahısı təqdim olunmayacaq və nə qədər ki kitablara söykənən hər hansısa tapşırıqlar (research papers, paper works) təqdim edilməyəcəksə o zaman tələbələrimizin kitaba və kitabxanalara həvəsi olmayacaq. Həmçinin qeyd etmək lazımdır ki, müasir kitabxanalara ehtiyac böyükdür. Bir çox universitetlərin kitabxanaları həm balaca həm də rahat olmayan otaqlarda fəaliyyət göstərir və əlbəttə ki, kitab resursları da bu problemin başında dayanan əsas məqamlardan biridir.

    P.S. universitetin ən gözəl binası məhz onun kitabxana binası olmalıdır. tələbələrin asudə vaxtı da məhz kitabxana ərazisində qurulmalıdır. Universitet daxilində fəaliyyət göstərən kiçik restoranlar belə kitabxana binasında olmalıdır ki, tələbə həm orada istirahət etsin həm də oxusun. (misal olaraq — http://www.uva.fi/en/for/student/services/library/)

  20. Salam Sərdar müəllim. Dəyərli məqaləyə görə təşəkkür edirəm.

    Bəzi fikirlərimiz bildirmək istərdim. Yazdığınız məsələlər barədə hamısı ilə razıyam və əlavə dəstəkləyici fikirlərimi bölüşərdim. Məncə, təhsilimizə əsas məsələ vəsaitərin bölgüsüdür. Məsələn, universitetlər üçün yaxşı binalar tikilir, avadanlıqlar alınır, amma müəllimlərin gəliri dünyanın kasıb ölkələrindəki gəlirlərə uyğundur. Nəzərə alırıq ki, orta təhsil və ali təhsil bir-birinin zəncirvari bağlıdır (məktəb məzunları universitetlərə oxumağa gedir, universitet məzunları məktəbələrə işləməyə gedirlər). TN-in yaxşı təşəbbüsü var ki, hər il müəyyən sayda «Müəllimlik» tələbəsinə əlavə həvəsləndirici təqaüd verilir. Daha çoxuna ehtiyac var, məktəblərdə strateji əhəmiyyətli fənnlər üzrə (fizika, riyaziyyat, tarix, ana dili və s.) əmək haqları orta ə/h və daha yüksək (məsələn, 10-11-ci sinif riyaziyyat müəllimləri) olmalıdır. Digər tərəfdən, orta məktəblər artıq yeni model üzrə təhsilə keçməyə başlamalıdırlar. Məsələn, dərslərin texnologiya/mühəndislik/riyazi yükü artırılsa, faydalı olar. Bunun üçün isə orta məktəb müəllimlərinin uzunmüddətli inkişaf strategiyası hazırlana və ali məktəblərdən və ya xaricdən müəllimlər müvəqqəti olaraq orta məktəbələrə cəlb oluna bilər. Son olaraq isə, mənim üçün həmişə önəmli saydığım məsələ, təhsilin bütün pillələr üzrə keyfiyyət idarəetmə sistemi olmalıdır və bunu paralel olaraq özəl və ictimai təşkilatlar apara bilərlər. Bu xidmət məktəblər üçün mərkəzləşdirilmiş qaydada sifariş əsasında həyata keçirilə bilər. Son yazdığım təklif daha çox universitetlər və beyin mərkəzləri üçün tətbiq olunur, amma məktəblər üçün də buna oxşar sistem yaratmaq üçün təhlil aparmaq olar.

    Bir daha məqaləyə görə təşəkkür edirəm. Bu mövzuda növbəti məqalələri oxumağa şad olaram.

    Hörmətlə.

  21. Hörmətli Mehman,

    Məktəbdə keyfiyyəti İdarəetmə Sistemi dedikdə nəyi və necə nəzərdə tutursunuz?

    İngilis təcrübəsi haqda da yazsaydınız bizim üçün maraqlı olardı…

    — Hörmətlə Sərdar m.

  22. Məqalə çox aktual məsələyə həsr edilmişdir. Təhsilin keyfiyyəti təhsilin əsas məqsədidir, yəni keyfiyyyətsiz təhsil təhsil deyil. Təhsilin keyfiyyətinə bütün ölkələrdə dövlət təminatı var. Keyfiyyyətsiz təhsil insanların ömründən 10-15 il hədər yerə ogurlamaq, vətəndaşın və dövlətin təhsilə ayırdığı pulu səmərəsiz israf etməkdir. Ölkəmizdə təhsilin keyfiyyəti bərbad vəziyyətdədir. Bu problemi həll etmək istiqamətində ciddi işlər hiss edilmir. hələ 2004-cü ildə parlamentdə (o vaxtlar həm də nazir işləyən) millət vəkili Əli Nağıyev ürək ağrısı ilə deyirdi ki, bizim Qarabağdan da böyük dərdimiz var, o da bizim təhsilimizdir. Bu çıxışdan operativ nəticə çıxarıldı: Əli Nagıyev vəzifədən azad edildi, təhsili bərbad vəziyyətə salan nazir isə daha 9 il «Keyfiyyətli » fəaliyyətini davam etdirdi. Son 20 ildə təhsilə ayrılmış investisiyalara diqqət yetirsək, orada keyfiyyətə yönəli layihələrə rast gəlmək çətindir. Məqalədə təhsilin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar maraqlı fikirlər var. Bu sahədə görüləsi işlər çoxdur.

  23. Sərdar müəllim, məktəblərdə strateji və çox uzunmüddətli yanaşma ilə cəmiyyətin gözləntilərinin əlaqələndirilməsini nəzərdə tuturam. Biz hansı halda deyəcəyik ki, şagird savadlı, təhsil keyfiyyətlidir? Triqonometriyanı yaxşı bilən uşaqmı savadlıdır yoxsa triqonometriyanı asan öyrənə bilən uşaqmı? Məsələn, biz məktəbdən nə istəyirik? Mən istəyirəm ki, məktəblərdə fizika dərsi yaxşı tədris olunsun. Bunu niyə istəyirəm, çünki bizim ölkə texniki sahədə gələcəkdə uğur qazana bilər və universitetlərimizdə texniki elmlərin inkişafı sosial elmlərdən daha sürətlidir. Fizika dərslərinin nəticlərinin (outcomes) necə görürük, bir şagird hansı bacarıqlara malik olarsa, o fizikanı yaxşı bilmiş sayılacaq. Bu nəticələri əldə etmək üçün məktəblər nə etməlidirlər və nə edə bilərlər? Beləliklə, məktəbin qarşısına məqsədlər və hədəflər qoyulur. Məsələn, inkişaf etmiş qərb ölkələrində aşağı siniflərdə daha çox məntiqi, kritik təfəkkür və zəka inkişafı, texniki sahələrə fokus olunurlar. Uşaq əgər ibtidai sinifdə hesablamanı yaxşı bilirsə, yuxarı siniflərdə coğrafiyanı da yaxşı oxuya bilər. Bundan başqa, məktəbin nəzəri yükü azaldılaraq, praktiki yükü artırıla bilər. Atəşgah haqqında dərs olarkən həmin abidəni ziyarət etmək olar, məsələn. Ali təhsil sistemi haqqında çox məlumatlı olduğumdan, orta təhsil haqqıda xarici təcrübə barədə dərin detallara getməmişəm.

  24. Mehman m., comment üçün təşəkkürlər.
    Mən belə anladım ki, qabaqcıl qərb ölkələrinin dərslikləri araşdırılmalıdır.
    Bir də PİSA 2015 proqramını araşdırmaq, doğma dilimizə tərcümə edib yeniyetmələrə öyrətmək faydalı olardı. Yazırsınız ki, » Bundan başqa, məktəbin nəzəri yükü azaldılaraq, praktiki yükü artırıla bilər». Bu nə deməkdir? başqa-başqa fənlərə tətbiq edildikdə?

    — Hörmətlə Sərdar m. Şabanov.

  25. Salam Sərdar müəllim. Çox gözəl mövzuya toxunmusunuz. Yazdığlnız məqaləni oxudum və maraqlı məlumatlar əldə etdim. Təşəkkürlər

  26. Maraqlı olacığını düşünərək Canada-dan prof. İlham Axundov-un Rəyini burada yerləşdirirəm.

    — Hörmətlə Sərdar Şabanov

    Ilham Akhundov
    Ответить всем|
    Кому:
    Dr. Sardar Shabanov; 9:30
    Salam Serdar m-m.,

    Megalenizi oxudum, cox vacib mesele baresinde maragli fikirleriniz/sonuclariniz ile tanis oldum. Subhesiz ki, regresiiya analizinin komeyile daha derin arasdirma aparila biler. Amma bunun ucun daha genis ve degig (representative) data lazim gelecek.

    Sizin istifade etdiyiniz TGDK data ile bagli demek isterdim ki, merkezlesdirilmis testlerin neticelerinin arasdirilmasinin tehsilinin inkisafina musbet tesir ede bilmesi umudu esassli sayila bilmez. Bu, sadece tehsil sahesinde aparilan fundamental islahatlar zamani “gisa gapanmalari” (Real qiymətin 64.7%-in nəzəri qiymətdən 6.68%-dən təxminən 10 dəfə böyük olması…) xatirladir.

    1980-ci illerde gerbde standartlasdirilmis testlerin tehsilin seviyyesinin yuskelmesine tesir etmemesi inandirici sekilde ozunu gostermisdir ve bele testlerin neticeleri hesabat megsedleri ucun istifade olunmamagdadir. Cox cavabli (multiple choice) testler ise ciddi sekilde mehdud oldugundan daha tehlukelidir. Onlar sagirdlerin yüksək təfəkkürünu, problemlərin həlli bacarığını, kreativlik və ya təşəbbüsünu bilavasitə qiymətləndirə bilmirlər. Bu test neticeleri sagirdleri sadece mueyyen kategoriyalara bolur, ve maddi durumlarindan asili olarag sagirdlerin bu testlere hazirlasmasi imkanlari arasinda olan real fergi gosterir.

    Test neticeleri bize boyuk bir prosesin — tehsil informasiya sisteminin yalniz bir besit sonucunu verir. Eger biz butun tehsil kontekstini (mektebin ab- havasi, telebelerin social ekonomik durumu, kurrikulum, buraxilis faizleri, ali mekteblere gebul faizleri, ders kitablari, sagird uzre xercler, muellim heyeti, bina ve s.) bilmirikse, ayriligda bu test sonuclari faydasiz bir regeme cevrilir. Bütün bu məlumatlar davamlı məktəb təkmilləşdirilməsinin təmin edilmesi üçün nəzərdə tutulmuş boyuk bir informasiya sistemini təşkil etmelidir.

    Hormetle,

    Ilham A.

    Dr. Ilham Akhundov
    Director of Undergraduate Math/Business & Accounting Programs
    Faculty of Mathematics
    University of Waterloo
    Office: M3 2012
    Ph: +1 519 888 4567 x. 33113
    https://uwaterloo.ca/statistics-and-actuarial-science/people-profiles/ilham-akhundov

  27. Cox tesekkurumu bildirirem,Serdar muellim. Aktual meseleye toxunmusunuz. Ugurlar

  28. Hörmətli Sərdar m. Apardığınız tədqiqatın nəticələrini bizimlə bölüşdüyünüzə görə minnətdarlığımı bildirirəm. Bildiyimiz kimi, keyfiyyətli təhsil sisteminin təmin edilməsi hər bir ölkənin ən mühüm vəzifəsidir və bunsuz heç bir inkişafdan söz açıla bilməz.Qeyd etdiyiniz kimi, təhsil sisteminə ayrılan dövlət maliyyə vəsaitinin başqa ölkələrə nisbətən 3-4 dəfə azlığı, PİSA tədqiqatında ölkəmizin 65 ölkə içərisində sonlarda -64-cü olması, TQDK-nin təşkil etdiyi qəbul imtahanlarında abuturiyentlərin aşağı nəticə göstərməsi və habelə təhsilə ayrılan dövlət maliyyə vəsaitinin ümumi dövlət xərclərində payının başqa ölkələrə nisbətən ən azı iki dəfə az olması daha çox diqqət cəlb edən məsələlərdəndir. Ümid edirəm ki, gələcəkdə lazımi statistik rəqəmlərin olduğu təqdirdə ali təhsilin keyfiyyətinin qiymətləndirilməsi və görülməsi zəruri olan tədbirlərin müəyyənləşdirilməsi də mümkün olacaqdır. Gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Əliağa Qasımov

  29. Əvvəla Salam toxunduğunuz aktual məsələlərə görə təşəkkür edirəm.Mən də öz fikirlərimi sizlə bölüşmək istəyirəm.Azərbaycanda təhsil sisteminə mənfi təsir göstərən cəhətləri qeyd etmək istərdim:ilk öncə orta təhsil müəssisələrində müəllimlərə xüsusi dövlət qayğısının yetərincə böyük olmaması,universitetə qəbul ballarının kifayət qədər yüksək olmaması,abituryentlərin orta təhsil müəssisələrində oxuduqları dövr ərzində hazırlıq prosesinin məqsəd nöqtəsi verəcəkləri test imtahanlarının olması,eləcədə yeni təhsil proqramlarının tətbiq olunmasına baxmayaraq müəllimlərin böyük hissəsinin dərs sisteminin keçmiş təhsil proqramlarına əsaslanmasıdır.Qeyd etmək istəyirəm ki, təhsil hər bir dövlətin gələcəyidir.Məhz buna görə də bizim abitruyentlərimizin qarşısına elə bir keçid mərhələsi əlavə olunmalıdır ki, onlar öyrəndiyi bilikləri yalnız verəcəkləri test xatirinə deyil ,həmçinin gələcəkdəki karyeralarına tətbiq edə bilsinlər.Başa mənfi təsirlərdə mövcuddur buna misal olaraqbəzi valideynlərin övladının təhsil almasına ciddi yanaşmaması və bəzi təhsil ocaqlarında müəyyən bir fənni tədris edən müəllimlərin çatışmazlığıdır.Biz öz təhsil keyfiyyətimizi yüksək səviyyəyə çatdırmaq istəyiriksə ,ilk öncə yüksək inkişaf etmiş dövlətlərin təhsil sisteminə uyğun bir forma yaradaraq öz təhsil sistemimizə hərtərəfli şəkildə tətbiq etməliyik.Bəli bu çoxda qısa zamana həyata keçə bilən bir məsələ olmadığı üçün bizim üçün təhsildə hələ ki birçox problemlərə gətirib çıxarır.Artıq bir neçə ildir ki həyata keçirilən bu tədbirlər öz təhsil sistemimizdə müəyyən qədər irəliləyiş əldə etmişdir .Dilavər Kərimli

Оставьте ответ

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Перейти к верхней панели