Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9649, TRY 0.2990, RUB 0.0260, CNY 0.2456, GEL 0.6355, GBP 2.2393, IRR 0.0040, JPY 1.5143, XAU 2077.4085, XAG 24.8617, XPT 1425.0420, XPD 1836.6205
(Azərbaycan) Bələdiyyələrin mövcud maliyyə problemlərinin təkmilləşdirilməsi istiqamətləri
Четверг Апрель 28th, 2016
0
y

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Bələdiyyələrin yaradılması Azərbaycanın dövlət quruculuğunda yeni mərhələ olmuşdur. Bələdiyyələr  yaradılarkən  onlara  öz  fəaliyyətində müstəqillik verilib, regional  sosial-iqtisadi  inkişafda  yerli  özünüidarə orqanları  üçün  özünəməxsus məsuliyyət  və vəzifələr  müəyyənləşdirilib.  Bələdiyyələrin  qarşısında  duran vəzifələri yerinəyetirmək üçün müxtəlif  şərtlər tələb olunur. Bu  şərtlərin arasında əsas yeri bələdiyyələrin geniş maliyyə potensialına malik olmasını tutur. Bələdiyyə maliyyəsi  yerli  əhəmiyyətli  məsələlərin  həlli  üçün  maliyyə resurslarının  formalaşması,  bölgüsü  və istifadəsi  ilə  əlaqədar  yaranan  sosial-iqtisadi  münasibətlərin  məcmusudur. Azərbaycanda bələdiyyələrin maliyyəsinin təşkili məsələləri ilk növbədə «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının Qanunu olmaqla, Azərbaycan Respublikasının Konstitusiyası, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin Əraziləri və Torpaqları Haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Yerli vergilər və ödənişlər haqqında”,  “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ aktları ilə tənzimlənir.

Yerli özünüidarə orqanlarına demokratiyanın əsas prinsipi olaraq yerlərdə əhalinin  rifahının təmin olunması üçün bir sıra səlahiyyətlər, vəziflələr verilmişdir. Qanunvericilikdə də öz əksini tapdığı kimi bələdiyyələr bu səlahiyyətləri yerinə yetirmək üçün maliyyə malik olmalıdır. Hazırda yerli özünüidarənin maliyyəsinin əsaslarını: Bələdiyyə mülkiyyəti; Yerli özünüidarənin yerli büdcəsi və digər maliyyə resursları; Dövlət mülkiyyətində olub yerli özünüidarə orqanlarının istifadəsinə verilən əmlak, əhalinin tələbatlarının ödənilməsinə xidmət edən qanunda nəzərdə tutulan digər mülkiyyət təşkil edir. Yerli özünüidarələrin büdcəsinin formalaşmasmasında sadaladıqlarımızla yanaşı dövlət yardımları da xüsusi yer tutur. Bu yardımlar həm maliyyə tarazlaşdırmalarında həm də ərazinin sosial-iqtisadi inkişafında və əhaliyə keyfiyyətli xidmət göstərilməsində mühüm rol oynayır. Bildiyimiz kimi Azərbaycan Respublikasının dövlət büdcəsi mərkəzləşdirilmiş gəlir və xərclərdən, yerli gəlir və xərclərdən ibarətdir (3,madde 8).Dövlət büdcəsindən yerli büdcələrə məqsədsiz (dotasiya) və məqsədli transferlər (subsidiya və subvensiya) verilə bilər.  Qanunvericiliyə görə dotasiyalar yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsdilə əvəzsiz verilir. Dövlət büdcəsindən yerli büdcələrə ayrılan dotasiyaların həcmi il ərzində orta hesabla 3.5 mln.manat səviyyəsində olur. Azərbaycanda bələdiyyələrin maliyyə imkanlarının artırılmasında dotasiyaların rolu böyükdür. Bütün dünyada belə yardımlar verilir. Ayrı-ayrı ölkələrdə dövlət yardımlarının, yəni dotasiyaların bələdiyyələrin ümumi büdcə gəlirlərində payı 50 faizdən yüksəkdir. Skandinaviya ölkələrində, postsovet ölkələri olan Estoniyada bu göstərici 50 faizdən də yuxarıdır. Azərbaycanda isə dövlətin ayırdığı dotasiya bələdiyyələrin ümumi büdcəsinin 7 faizini təşkil edir (4,səh2). Qeyd etdiyimiz ki, Azərbaycanda bələdiyyələrə dövlət yardımlarının ediməsi effektiv deyil. Ümumiyyətlə bələdiyyələrin fəaliyyətinin təşkil edilməsində əsas amil olan maliyyə məsələlərində bir sıra problemlər vardır. Bunlar həm nəzəri konseptual əsaslarda, həm də praktikada özünü göstərir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanda bu orqanın yaşı çox deyil və bir sıra problemlərin yaranması təbiidir. Mövcud problemlərin həlli və davamlı inkişaf üçün bir sıra addımlar atılmışdır ki, bunların  sırasında “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda edilən iki dəyişikliyi qeyd edə bilərik. Hər iki dəyişiklik bələdiyyə büdcələrinin gücləndirilməsi məqsədi daşıdığından çox əhəmiyyətlidir. Birinci dəyişiklik “Büdcə sistemi haqqında” qanunun 32-ci maddəsində edilib. Dəyişiklikdən öncə də bələdiyyələrə dövlət maliyyə dəstəyinin verilməsi ilə bağlı müddəalar var idi. Lakin konkret və aydın deyildi. Qanunda subvensiyanın ayrılmasının konkret mexanizminin olmaması praktikada onun müəyyən problemlərə səbəb olurdu. İndiyədək qanunvericiliyin yaratdığı subvensiya imkanından bir neçə bələdiyyə yararlana bilmişdir. Artıq konkret müddət də daxil olmaqla subvensiyanın ayrılması mexanizmi ortaya qoyulub. İkinci dəyişiklik isə bələdiyyələrə ayrılan dotasiyaların məbləğinin müəyyənləşdirlməsi ilə əlaqədardır. Belə ki, Dəyişikliyə qədər maliyyə vəziyyətindən, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün bələdiyyələrə demək olar ki, bir-birindən o qədər də fərqlənməyən dotasiyalar ayrılırdı. Düzdür, qanunvericilkdə dotasiyaların yuxarı həddinin hesablanması zamanı əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alınması göstərilirdi. Lakin reallıqda qanunun bu tələbi nəzərə alınmırdı. Artıq dotasiyanın yuxarı həddinin yox, həddinin hesablanması üçün konkret kriteriyalar müəyyənləşdirilirib. Bunlar bələdiyyənin ərazisində yaşayan əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onların xüsusi çəkisi, bələdiyyənin gəlir və xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi layihələrdir. Edilən dəyişikliklər bələdiyyələrə ayrılan dotasiyanın məbləğinin artırılması ilə xidmət səviyyəsinin və əhalinin rifahının yüksəlməsinə istiqamətlənir.

Bələdiyyə maliyyəsinin əsasını təşkil edən büdcə münasibətləri ilə yanaşı bələdiyyə kredit münasibətləri də mühüm əhəmiyyət kəsb edir. Bu məsələ  həm «Bələdiyyələrin Maliyyə Əsasları» (2,maddə 14) haqqında Qanunda həm də Avropa Xartiyasında da öz əksini tapmışdır. Belə ki, Yerli Özünüidarəyə dair Avropa Xartiyasının 9‐cu maddəsinin 1 və 4-cü bəndlərinin tələblərinə  əsasən, yerli özünüidarə qurumları milli iqtisadi siyasət çərçivəsində kifayət qədər maliyyə vəsaitlərinə malik olmaqla yanaşı, onların əsaslandığı maliyyə sistemləri yetərincə müxtəlif  və çevik  olmalıdır (5,madde 8). Bu  yanaşmanın  mahiyyəti  odur  ki,  sözügedən orqanların maliyyə vəsaitlərinin bir hissəsini yerli vergi və rüsumlar, digər bir hissəsini dövlətin ayırdığı tarazlaşdırıcı transfertlər təşkil etdiyi halda, yerdə qalan hissəsini də məhz kapital bazarından əldə olunan vəsaitlər formalaşdırmalıdır. Belə ki, Xartiyanın elə həmin  maddəsinin  8-ci  bəndində  qeyd  olunur  ki,  yerli  özünüidarə  orqanları qanunvericiliyə riayət  etməklə milli  borc  kapitalı  bazarından  istifadə imkanına  malik olmalıdır. Dünya təcrübəsində bələdiyyələrin borc bazarına çıxışı iki yolla təmin olunur: bələdiyyə  istiqrazlarının  buraxılması  vasitəsilə  qiymətli  kağızlar  bazarı  vasitəsilə borclanma;  maliyyə-kredit  institutlarından  birbaşa  borclanma  (1,səh5).

Azərbaycanın mövcud bank qanunvericiliyi bələdiyyələrin kreditləşməsi üçün hər hansı  hüqüqi  məhdudiyyətlər  qoymur.  Belə ki,  mövcud şəraitdə Azərbaycan bələdiyyələrinin kreditləşməsi üçün hüquqi manelər olmasa da, yerli özünüdarə qurumlarının maliyyə bazarlarına çıxışının yoxluğu da faktdır. Belə vəziyyətin əsas səbəblərindən biri bələdiyyələrin kredit götürmək üçün girov  təminatı  məqsədilə  zəruri əmlaka  malik  olmamasıdır. Nəhayət, bələdiyyələrin borc bazarına çıxışına maneə olan əsas səbəblərdən biri də  bələdiyyələrin zəruri bilik və bacarıqlara, xüsusilə də kredit alətlərilə işləmək üçün zəruri strategiyaya  malik  olmamasıdır.  Bələdiyyələrin  kapital  xərclərinin  maliyyələşdirilməsi üçün strateji proqrama malik olması son dərəcə mühümdür. Həmin proqramda qısa, orta və uzun müddətli dövr üçün kapital xərclərinə real ehtiyaclar,  kapital qoyuluşları üzrə prioritet  istiqamətlər,  planlaşdırılan  hər  bir  layihə üzrə maliyyəşdirmənin  müxtəlif variantları öz əksini tapmalıdır.

Bələdiyyələrlə bağlı qeyd olunan problemlərin yaranma səbəbini birbaşa qanunvericiliklə əlaqələndirmək olmaz. Çünki bələdiyyə ilə əlaqəli qanunlarda maliyyə məsələləri əksərən öz ifadəsini tapmışdır. Təbii ki, dünya standartlarına uyğun bələdiyyə fəaliyyətini təmin etmək üçün qanunlarda bir sıra əlavələrə, dəyişikliklərə ehtiyac vardır.  Xüsusilə kredit münasibətləri ilə əlaqəli bələdiyyələrin kredit almaq meyarının, müddətinin, qaytarılma şərtlərinin qanunda öz ifadəsini tapması problemin həlli üçün tərəfimizdən təklif olunur. Eyni zamanda islahatların, dəyişikliklərin və praktiki təkliflərin verilməsi üçün bələdiyyələrdə ixtisaslı kadrlara ehtiyac vardır. Bu problemin həlli üçün bələdiyyələrə məhz bu sahədə ixtisaslaşan kadrların cəlbi məqsədli stimullaşdırıcı tədbirlər planının hazırlanması tərəfimizdən təklif olunur.

Nəticədə, fikrimizcə  mövcud problemlərin həlli istiqamətində qeyd olunan addımların atılması və daimi tərəqqi istiqamətində dəyişiklər ilə bələdiyyələrin arzu olunan səviyyədə xidməti təmin ediləcəkdir.


Оставьте ответ

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Перейти к верхней панели