Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9658, TRY 0.3578, RUB 0.0267, CNY 0.2618, GEL 0.6914, GBP 2.2363, IRR 0.0040, JPY 1.5366, XAU 2151.7580, XAG 27.6156, XPT 1469.0550, XPD 1640.0665
(Azərbaycan) Ekonometrik bilik və bacarıqların iqtisadi təhsildə önəmi
EconomicsEconometricsHero

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Bir çox professorların fikrincə ekonometrika və ya riyazi tətbiq iqtisadiyyatda gərəkli deyil. Lakin müasir dünya və müasir iqtisadiyyat bunu təkzib edir. Ekonometrik təhsilin önəmi nədir? İqtisadçı olaraq dəqiq proqnoz vermək üçün ekonometrik bilik və bacarıqlar olmalıdırmı?

Şəxsi təcrübəmdən irəli gələrək deyə bilərəm ki, hal-hazırda ölkəmizdə ali təhsil müəssisələrinin bir çoxlarında ekonometrika təhsilinin keyfiyyəti heçdə ürək açan deyil hətta bərbaddır desək yanılmarıq.  Əlbəttə ki, bu istiqamətdə uğur qazanmış bir neçə universitetlərimiz (azlıq təşkil edir) var lakin buna baxmayaraq ekonometrika təhsilinin vacibliyini hələdə biz dərk edə bilmirik. 2016-cı il olmasına baxmayaraq hələ də ekonometrika təhsilini köhnə kitablardan tədris olunur hansı ki, bu kitablarda tətbiqnən bağlı çox az məqamlar var. Bugün dünya universitetlərində tələbə və müəllimlər E-views, STATA, SAS, SHAZM, SPSS və başqa digər ekonometrik proqramlardan istifadə edərək əsaslı proqnozlar və tutarlı analizlər apara bilirlər. Bugün bu proqramların istifadəsi belə universitetlərimizdə məhdud şəkildədi.

Ekonometrik bilik və bacarıqlar bizə iqtisadiyyatda baş verən və ya baş verə biləcək dalğalanmaları, inkişaf və ya geriləmə proseslərini dəqiq və ya statistik proqnoz yolu ilə fikirlərimizi qeyd etməyə kömək edir. Bugün “Beynəlxalq Valyuta Fondu”nun, “Dünya Bankı”nın, dünya nüfuzlu universitetlərin araşdırma və hesabat xarakterli yazılarına baxsaq orada mütləq şəkildə ekonometrik modelləşmənin istifadəsini görə bilərik. Hətta bir çox araşdırma şəbəkələri olan SSRN (Social Science Research Network), Elsevier, NBER (the National Bureau of Economic Research), Cambridge Journal of Ecobnomics və başqa məşhur iqtisadi araşdırma bazalarında mövzulardan irəli gələrək ekonometrik modelləşmənin tətbiqini əsas tələblər kimi önə çəkirlər.

Biz bu istiqamətdə aşağıda qeyd olunan tədbirlər planını həyata keçirə bilərik.

  • Universitetlər bu istiqamətdə öz tələbə və müəllimlərini xaricdə ixtisas artırma və ya təhsilinə maliyyə vəsaitlərinin ayrılmasını təmin etmək və bu sahədə maraqlı olmalı
  • Bakalavr tələbələri arasında ekonometrika və riyazi təhsilə həvəsin yaradılması üçün proqramların tərtib olunmasında maraqlı olmaq
  • Bakalavr təhsilində ekonometrika fənninin tədrisində müasir kitabların, dərsliklərin istifadəsini genişləndirmək
  • Xaricdə təhsil proqramlarında ekonometrika sahəsinə xüsusi yerlər ayrılması
  • Böyük xərc tələb etməsinə baxmayaraq maliyyə labaratoriyalarının yaradılmasına vəsaitin ayrılması (UNEC təcrübəsi)
  • Finlandiya və Hindistan kimi ekonometrika və riyazi elmlərin təhsilində qabaqcıl olan ölkələrin ekspertlərinin yerli universitetlərində təlimllərinin təşkil edilməsinə vəsait ayırmaq

Rövşən E. Camalov
UNEC «Beynəlxalq İqtisadiyyat» kafedrası


  1. Rövşən müəllim, çox aktual məsələdir. Mən Sizinlə tamamilə razıyam. Düşünürəm universitetdaxili təlimlərin təşkilidə yaxşı olardı.

  2. Anar müəllim öz fikrinizi qeyd etdiyiniz üçün minnətdaram.Əlbəttə ki, sizin təklif etdiyiniz məsələ qısamüddətli perspektivdə bu problemi aradan qaldırmaq üçün ən ideal variantdır. Məncə bu istiqamətdə işlərə başlamağın zamanıdır.

  3. Hörmətli Rövşən m.,

    Econometrics fənninin Azərbaycanda tədrisi ürəkaçan deyil. Niyə?

    Ekonometrics-dən dərs keçən müəllimlərin 99% bu fənni tələbə olaraq öyrənməyib. SSRİ dönəmində bütün «narxoz» larda riyazi proqramlaşdırma və iqtisadi-riyazi üsullar fənləri tədris edilirdi. Econometrics fənnini tədris etmək üçün 1998-1999-cu illərdə Moskvada 2 il beynəlxalq məktəb seminar təşkil edildi. Və Rusiyanın bütün bölgələrindən adıçəkilən fənləri tədris edən müəllimlər bu məktəbə cəlb olundular. Yalnız bundan sonra bu fənnin tədrisi az-çox normal məcraya düşdü. Azərbaycanda bu proses getmədi. Mərkəzi İqtisadi-Riyazi İnstitutun direktoru akad. Makarov hesab edir ki, müasir iqtisadi təhsilin 3 sütunu var: mikroekonomi, makroekonomi və Econometrics. Nəticələri özünüz çıxarın… Qeyd edim ki, UNEC-də bu fənni SABAH qruplarında prof.Rövşən Quliyev və dos.Sərdar Şabanov beynəlxalq Syllabus üzrə Dougerthy-nin İntroduction to Econometrics kitabı üzrə ingilis və azərbaycan dillərində tədris edirik.

    • Hörmətli Sərdar müəllim,

      Əvvəla belə dolğun informasiya verdiyiniz üçün sizə minnətdaram. Qeyd etdiyiniz tarixi gedişatı öyrənmək çox maraqlı oldu. O ki qaldı, sizin bu fənni tədris etməyinizə (xüsusən də qeyd etdiyiniz kitab) mən həqiqətən də çox sevindim ki, bu fənni bizdə müasir kitablardan xüsusən də ingilis dilində tədris edən müəllimlərimiz var. Buna baxmayaraq, hörmətli Sərday müəllim mənim bir sualım var. Ekonometrika fənninin praktiki baxımdan hansı ekonometrik proqramlardan istifadə olunur? Və bu ekonometrik təhsilini güclənməsi istiqamətində mənim qeyd etdiyim tədbirlər planına hansını əlavə etmək istərdiniz? fikriniz maraqlıdı.

      Qeyd: Sərdar müəllim bir də mən istərdim Finlandiyadakı təhsilim müddətində ekonometrika fənninin tədrisi ilə əlaqəli linki sizinlə bölüşüm. Əgər sizin proqrama uyğun gələrsə əlavə bir vasitə kimi tələbələriniznən də bölüşə bilərsiz. (qeyd edim ki burada, mühazirələr, tapşırıqlar və.s var)

      http://lipas.uwasa.fi/~sjp/Teaching/ecm/lectures/index.html — Professor Seppo Pynnönen

  4. Anoloji vəziyyət Mikro- və Makro-ekomomi fənləri üçün də demək olar. Yəni bu fənni tədris edənlərin böyük əksəriyyəti Siyasi iqtisad fənnini tədris edir. Nəticəni özünüz çıxarın. 3 sütunun heç biri normal fəaliyyət göstərmirsə, keyfiyyətli iqtisadi təhsil ola bilərmi? Düşünürük ki, müasir iqtisadçı kardların yetişdirilməsində Azərbaycanda ciddi problemlər var.

  5. Sərdar müəllim,

    Çox düzgün etdiniz. Məsələ burasındadir ki, bu problemləri bilirik və bunun həlli üçün çalışırıq və çalışmalıyıq. Makro və mikro-iqtisadiyyat fənlərindəki problem ekonometrikadan daha önəmli və birincidir.

    Bir sözlə artıq iqtisadi təhsildə nəzəri yox praktiki məsələlərə daha çox yer ayrılmalıdır.

  6. Что может быть практичнее хорошей теории?

    1. Predmetlər beynəlxalq Syllabus-lara görə,
    2. beynəlxalq kitablardan
    3. və beynəlxalq standartlarla çalışmaq istəyən müəllimlər tərəfindən tədris olunmalıdır.

    Dünya bu yolu seçib.

    P.S. Oğullara dərsi atalar və analar verməlidir, babalar və nənələr yox.

  7. Men Semseddin kimi bir «dahi»nin vaxtinda adiu da tehsil almisam, orda kecirlien ekonemetrika fennidendende A ile kecmisem. Ancaq indi xarice tehsil aldigim yerde Ekonemetrikanin nece oldugunu gorende..
    Orda tedris olunan bolmeler — maksimunlasdirma, oyunlar nez esaslari burda iqt.di riyyaziyyat fenninin bolmeleridirler sadece. Ekonometrika ise statistika ve riyazziyatin iqtisadi gostericilerin tetbiq olunmasini oyrenir. Isler ele getirdi ki bu sahe uzre daha genis bilik elde ede bildim ve indi ekonemetrik usullarla tetqiq etdiyim mesele dunyada hemin sahe uzre en boyuk tedqiqata cevrildi.
    Yuxarida Serdar muellimin dedikleriyle esasen raziyam. Ama icsenizle bir nece teklifde verim. Tecrube gosterir ki Wooldridge terefinden yazilmis kitab daha yaxsidir. Ilkin vaxtlarda onun tedrisini etmesenizde ozunuzun onu genis oxumaginiz size meselerer basqa yanasmalarda gosterer. Hemcinin Stata ve Eviews dan istifade, excelde adi correlation ve lineat regressionlari etmek bacarigini oyretmeyiniz cox faydali olar. Ama Stata en vacibidir burda. Bunu asanlasdirmaq ucun Youtube da Hussain academide olan instructionlardan istifade ede bilersiniz. Hemcinin Ben Lambent in Ekonometrika derslerinde cox behrelidir.

    Bunlardan basqa, bir muddet evvel Unescap in rehberi, Shamsad xanimin seferini gordum. Unescap in Artnet adli bir bolmesi var. Men onlarin Thailamda ve Kamboccada iki telimlerinde istirak etmisem ve cox behrelenmisem. Eger telebeler muellimler yaxsi application gondere bilseler, telimde istirak etmeyin vacibliyini, behrelerini gostere bilseler onlardan telim murdering ehate eden seyahet ve tedris teqaudude ala bilerler.

    Iqtisadi nez fenninden Mankiw kitabi yaxsdir. Nikoleyavanin kitabida babatdir. Ustunde uc ox olan kitabin ise birdefelik legv edilmesi gozel olardi. Mankwin ayrica micro ve macro economics kitablari birkikde olan kitabindan daha yaxsidir.

    Bol bol ugurlar herkese. Umud edirem adiu ele gune geler ki gelecekde onun baresinde olan pulxoz ve pulversitet sozlerinyaimiza dusmez.
    *telefonla yazdim, bir nece herf sehvleri ola biler

  8. Hörmətli Rövşən m.,

    1.EXCEL-də Data Analysis, 2.Eviews paketləri.

    Bilirsiniz ki, Econometrics-in tətbiq edilməsi və anlaşılması güclü nəzəri bilik tələb edir.
    Və bu fənni önləyən predmet Statistics-dir, yəni Riyazi statistika.
    Bizim başbilən tədris rəhbərlərimiz proqramları elə tərtib ediblər ki, Econometrics-dən əvvəl Statistics deyilməyib. Ona görə də məcbur oluruq, təxminən 20 saat mühazirə+seminar Statistics deyək və sonra keçirik EEconometrics-ə. Belə çətinliklərimiz var.
    Ümumiyyətlə Micro-, MacroEconomy, Statistics və Econometrics fənləri beynəlxalq Syllabus-lara uyğun şəkildə tədris olunmasa, biz Narxoz-u UNEC-ə çevirə bilməyəcəyik. Çünki fundament möhkəm olmalıdır. İnşaallah, birlikdə çalışaq bu işləri yoluna qoyaq.

    P.S. Said siz harda təhsil alırsınız. Məsləhətlərinizə görə təşəkkürlər.

    • Hörmətli Sərdar müəllim,

      Diqqətiniz və fikirləriniz üçün minnətdaram. Sizin dediyiniz məsələ ilə bağlı tam razıyam.
      Bizim bu sadalanan fənnlər istiqamətində boşluqlarımız çoxdur. Statistics ilə bağlı isə deyə bilərəm ki, gələcəkdə məsələn növbəti ildən bu fənnin adında dəyişiklik edib Econometrics and Statistics adı altında proqramlaşdırmaq olarmı? ən azınnan hər ikisin birgə tədris etmək üçün.
      Beynəlxalq syllabuslar məsələsi də önəmlidir. Syllabuslar yenidən yazılmalıdır. Mən bu işdə birgə çalışmağa tam hazıram.

      P.S. EXCELL-de DATA analysis məncə bizim indiki halda tələbələrimiz üçün ən əlçatan olar əgər eviews da problemlərimiz olarsa. Mən öz diplom işimdə Excell-də data analysisdən istifadə etmişəm.

  9. Data Analysis EXCEL-in Statistics üçün ən münasib əlavəsidir. Bütün dünyada Econometrics=dən əvvəl Statistics 1 tədris olunur. Bu mənada Syllabus-ların birləşdirilmədinə ehtiyac yoxdur. O ki qaldı Syllabus-ların yazılmasına. Econometrics-də buna ehtiyac yoxdur, çünki bir neçə çox güclü Syllabus-lar və bunlara uyğun İntroduction to Econometrics kitabları var.

    O ki qaldı Səid-in qeydlərinə optimallaşdırma, balans, oyunlar nəzəriyyəsi istiqamət və mövzuları bunlar xarici ədəbiyyatda Operations Research in Economics adlanır.
    Yol mövcuddur. İxtisas üzrə Curriculum var (beynəlxalq). Və bu Curriculum-a daxil olan fənlərin Syllabus-ları var. Onlar İnternetdə əlçatandır. Onları götürüb, məmimsəyib beynəlxalq standartlar çərçivəsində tədris etməliyik.
    Bunları etsək, onda Narxoz tədricən çevrilib olacaq UNEC.
    Bir də qayıdıram pedagoji tezisı: Dərsləri ata-analar deməlidir, baba-nənələr yox. Yəni 1 nəsil yuxarı ola bilər, 2 nəsil yox.

    • Hörmətli Sərdar müəllim,

      Vaxtınızı ayırıb cavablandırdığınız üçün minnətdaram. Amma sizin qeyd etdiyiniz bir fikirlə bağlı əlavəm var — Econometrics-lə Statistics-i birləşdirməyə ehtiyac yoxdur-

      1) University of Exeter -də bu təcrübə var — http://business-school.exeter.ac.uk/module/?mod_code=BEE2006
      2) University of California, Berkeley — https://www.econ.berkeley.edu/courses/homepage/2013/summer/140-economic-statistics-and-econometrics

      Təcrübədə Econometric və Statistics-in birgə tədrisi var və bu universitetlər dünyaca məşhur universitetlərdir. Əlbəttə ki, bizi hələ onların malik olduğu təhsil səviyyəsi ilə müqayisə etmək o qədərdə uyğun olmasa da amma biz də bu formada yanaşma göstərə bilərik. Əgər əlbəttəki bu iki fənni ayrı ayrılıqda yaxşı tədris edə bilmiriksə o zaman onu bir sillabusda (qısa və ortamüddətli perspektivdə) da təqdim etmək olar məncə.

      Ümid edirəm ki, yeni tədris ilindən artıqda UNEC-də arzuolunacaq formada econometrics fənni tədris olunacaq.

      Təşəkkürlər

  10. Hörmətli Səid,

    nəzərinizə çatdırım ki, hörmətli Şəmsəddin m. heç vaxt Econometrics dərsi deməyib. Bu dərsi tədris edən konkret kafedranın müəllimləri olub və indi də var. Söhbət iqtisadi təhsilin müasir Curriculum-undan və ona daxil olan Syllabus-ların çeşidindən və məzmunundan gedə bilər.

    Sual belə qoyulmalıdır: UNEC-də bütün fənlər beynəlxalq Süllabus-lar üzrə qurulmalıdır. Onda heç bir «dahi» axtarmaq lazım gəlməyəcək.

    — Hörmətlə Sərdar Şabanov.

    P.S. Geniş mənada söhbət bütün Azərbaycan təhsilinin müasirləşməsindən gedə bilər.
    Niyə bizim yeniyetmələr PİSA 2006-da 65 ölkə arasında 54-cü, PİSA 2009-da isə 64-cü yeri tutmalıdırlar? PİSA 2012 və 2015-də isə heç iştirak etməməlidirlər? Bu döyüşdən qaçmaqdır.

  11. Vaxtınız olsa, Sərdar Şbanov-un discurs.az-da 15.03.2016=cı il tarixli

    «Azərbaycanda təhsilin keyfiyyətinin qiymətlənirilməsi»

    məqaləsini oxumağı tövsiyyə edərdim.

    — Hörmətlə tex.e.n. Şərdar Şabanov

  12. Hörmətli Sərdar bəy,

    Təşəkkür edirəm. Mütləq oxuyacam.

Оставьте ответ

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Перейти к верхней панели