Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 2.0016, TRY 0.3709, RUB 0.0276, CNY 0.2666, GEL 0.6967, GBP 2.2805, IRR 0.0040, JPY 1.5323, XAU 2191.5635, XAG 27.9847, XPT 1523.3785, XPD 1682.3030
(Azərbaycan) Elektron pul
Воскресенье Март 5th, 2017
0
e-ticaret-3

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Elektron pul – kompüter şəbəkələrin istifadəsi ilə, pul saxlanması və ötürülməsi üçün istifadə edilən, dəyər sistemləri ilə bağlı birmənalı olmayan və daim inkişaf edən  termindir. Elektron pul deyəndə həm ənənəvi həm də qeyri-dövlət, şəxsi valyutaların saxlanma və ötürülmə siestemləri başa düşülür. Elektron pulların dövriyyəsi həm dövlət və ya mərkəzi banklar tərəfindən müəyyən edilmiş və razılaşdırılmış, həm də qeyri-dövlət ödəmə sistemlərinin şəxsi qaydaları üzrə həyata keçirilə  bilər.

1Emitentin pul öhdəlikləri elektron formada Aİ-da elektron pul kimi hesab edilir, hazıki istifadəçinin ixtiyarında yerləşən elektron daşıyıcıdadı. Belə pul öhdəlikləri aşağıdakı üç meyarlara uyğundur:

  1. Elekton daşıyıcıda saxlanılır və qeydə alınırlar.
  2. Digər şəxslərdən emitent pul dəyərindən az olmayan pul vəsaiti alındıqda, emitent tərəfindən buraxılır.
  3. Digər (emitentin başqa) təşkilatlar tərəfindən ödəniş vəsaiti kimi qəbul edilir.

Elektron pulun dövriyyəsi:

2

Elektron pulların təbiəti:

«Elektron pul» innovativ texniki qərarlar əsasında ödəmə alətlərinin geniş spektrında tez-tez tətbiq olunan, nisbətən yeni termindir. Bu elektron pulun dünyada qəbul edilmiş müəyyən vahidi, olmaması nəticəsidir, hansıki onların iqtisadi və hüquqi mahiyyətini birmənalı şəkildə müəyyən edərdi.

Elektron pullara daxili ziddiyyət xasdır, bir tərəfdən onlar ödəmə vasitəsidir, digər tərəfdən emitentin öhdəliyidir hansıki, ənənəvi elektron olmayan pul ödəniş vasitəsi kimi yerinə yetirilməlidir. Belə bir paradoksu tarixi eynilik köməyi ilə izah etmək olar: vaxtilə banknotlarda, sikkələrlə yaxud qiymətli metallarla ödənilməsi öhdəliyi kimi nəzərdən keçirilib. Yəqin ki, zaman keçdikcə elektron pul, pulun müxtəlif formalarindan biri(sikkələr, banknotlar, nağdsız pul və elektron pul) olacaq. Həmçinin aydındır ki, mərkəzi banklar indi pulu kəsib və banknot çap etdirdikləri kimi gələcəkdə elektron pul buraxcaqlar.

Elektron pulların nağdsız pul ilə eyniləşdirilməsi geniş yayılmış səhvdir.

Elektron pullar, şəxsləndirilməmiş ödəniş məhsulu olaraq, bankların pul müraciətlərindən fərqli olaraq, ayrıca müraciətə malikdirlər, lakin o cümlədən

dövlət və bank ödəmə sistemlərində müraciət edə bilərlər.

3Bir qayda olaraq, elektron pulların dövriyyəsi, kompyuter şəbəkələri, İnternet, ödəmə kartları, elektron pul kisələri və ödəmə kartları ilə işləyən qurğuların (bankomatlar, POS-terminallar, ödəmə köşkləri)  köməyi ilə baş verir. Başqa ödəmə alətləridə istifadə olunur: bilərzik, breloklar, mobil telefon blokları və

digər xüsusi ödəmə çipləri ilə  təchiz olunan qurğular.

4Elektron pulların növləri

Adətən elektron pul iki qrupa ayrılır: smart-kart bazalarında və şəbəkə bazalarında . Həm birinci həmdə ikinci qrup istifadəçinin identifikasiyası olmadan əməliyyatları həyata keçirmək üçün icazə verən anonim (qeyri-şəxsi) sistemlərə və istifadəçinin identifikasiyasını mütləq həyata keçirən qeyri anonim (xüsusi) sistemlərə təsnif edilirlər. 

5Həmçinin elektron fiat pul və elektron qeyri-fiat pulları fərqləndirmək lazımdır. Elektron fiat pullar mütləq dövlət valyutaların birində ifadə olunurlar və hansısa bir dövlətin ödəmə sisteminin pul vahidinin bir növüdür. Dövlət qanunlarla bütün vətəndaşları ödənnişdə fiat pulları ödəməyi məcbur edir. Müvafiq olaraq, elektron fiat pulların, müraciət, ödəniş və emissiyası, mərkəzi bankların və ya digər dövlət tənzimləyiciləri, milli qanunvericiliklərin qaydalarına görə baş verir. Elektron qeyri fiat pullar qeyri-dövlət ödəmə sistemlərinin elektron qiymət vahididir. Müvafiq olaraq, elektron qeyri-fiat pulların, müraciət, ödəniş (fiat pul müqabilində)və emissiyası, qeyri-dövlət ödəmə sistemlərinin qaydalarına görə baş verir. Müxtəlif ölkələrdə bu cür ödəniş sistemlərinin nəzarət dərəcəsi və dövlət orqanlarının tərəfindən tənzimləmələri fərqlidir.Tez-tez qeyri-dövlət ödəmə sistemləri öz elektron qeyri-fiat pullarını dünya valyuta kurslarına bağlayırlar, amma dövlətlər belə qiymət vahidlərinin etibarlılıq və real dəyərini təmin etmirlər. Elektron qeyri-fiat pullar kredit pulların bir növüdür.

6Elektron pulların emissiyası

Elektron pul ilə bağlı,  ən mühüm siyasi məsələlərdən biri emitent məsələsidir, məhz ölkədə elektron pul emissiyasını həyata keçirmək hüququ olan təşkilatların siyahısının müəyyən edilməsidir. Emissiyanın problemi elektron fiat pullara (milli valyuta ilə) həm də elektron qeyri-fiat pullara (dövlət ödəniş sisteminin xaricində müraciət edən, qiymət vahidi) təsir göstərir. Bu problem üzrə dünya ölkələrinin qanunvericiliyində birmənalı yanaşma yoxdur.

Aİ-nin qanunvericilyi kredit təşkilatların yeni siniflərinə —  Elektron pul İnstitutu (ELMI), elektron pulların emissiyasına icazə verir.

Elektron pulun anonimliyi

Elektron pul anonim və xüsusi ola bilər. Təbiətcə elektron pullar, şəxsləndirilmiş nağdsız pullardan  çox, elektron nağd pullara yaxındır. Anonim olub-olmamasını elektron pulların müəyyən ödəmə sistemlərində müraciət mexanizmləri və qaydaları üzrə təmin edilir.

Dövlət tənzimləyici qurumlarının əksəriyyəti, eləcə də dövlət və özəl ödəniş sistemləri müxtəlif  yollarla elektron pulların istifadəçilərini şəxsləndirilməsi və onlarla əməliyyatları stimullaşdırmağa çalışırlar.

Məsələn, elektron pul üçün ödəmə sisteminin şəbəkə bazasında anonim istifadəçi üçün elektron pul məbləğini məhdudlaşdıraraq, sistemin şəxsləndirilmiş istifadəçilərinə limitlərini artırır. Kartlarının bazasında olan elektron pullara, pul kisəsinin maksimum məbləğini məhdudlaşdırır vəşəxsləndirilmiş artırma mexanizmlərini daxil edir.

7Kriptoqrafik mühafizə

Kriptoqrafiyanı, elektron pulların müdafiısi  üçün Devid Çaum təklif edib. Birneçə şifrləmə protokollarını və elektron imzanıda,  o təklif edib. O, pul verib və götürümək arasında əməliyyatları ört-basdır etmək üçün məxfi əlaqələrin alqoritmini istifadə edib. Çaum ideyasının mahiyyəti «Kor»  rəqəmsal imza sisteminnən ibarətdirki, məlumatı imzalayarkən, şəxs yalnız ona lazım olan hissəni görür, amma özrəqəmsal imzası ilə bütün məlumatların həqiqiliyini təsdiq edir: emitent əskinasların dəyərini görür və onların həqiqiliyini təmin edə bilir, lakin onların seria nömrələrini bilmir, onu yalnız sahibi bilir.

Son illərdə elektron sənədlərin həqiqiliyini təsdiq edən ən populyar vasitələrindən biri, adi rəqəmsal imzanın, etibarlılığı ilə, «kor» imza əskinasların bütün məzmunun həqiqiliyinə zəmanət olduğunu sübut etmək mümkündür. Əsasında RSA-şifrələməmetodudu dayanır.

Elektron pulların üstünlükləri

Elektron pul kütləvi ödənişlərin kiçik məbləğlərin həyata keçirilməsində xüsusilə faydalı və rahatdır. Məsələn, nəqliyyatda, müxtəlif cərimələrin ödənişi, kommunal xidmətlərin ödənişi, kinoteatrlarda, klublarda, internetdə ödəmələrin zamanı ödəniş və sair. Elektron pulla ödəmə prosesi sürətlə həyata keçirilir, növbədə dayanmırsan, qalıq pulgözləmirsən, ödəyicidən alıcıya pul tez keçir.

Elektron pul nağd pulla müqayisə etmək doğrudur, çünki nağdsız pulların tədavülü mütləq şəxsləndirilmişdir, hər iki tərəfin rekvizitləri də məlumdur. Elektron pulla ödəniş zamanı pul alanın rekvizitlərini bilmək kifayətdir.

Elektron pulların nağd pulla qarşısında aşağıdakı üstünlükləri vardır:

  • Əla bölünmə və cəmlənmə — ödəniş zamanı qalıq verilməsinə ehtiyac yaranmır;
  • Yüksək portativlik —  nağd pulların halıdakı kimi, məbləğin böyüklüyü pulun qabariti və çəki ölcüləri ilə əlaqəli deyildir;
  • elektron pulların emissiya dəyəri çox aşağıdır — Metal, kağız, boya və s.d istifadə etmək lazım deyil,pul kəsməyə, banknot çap eləməyə ehtiyac qalmır;
  • Fiziki cəhətdən pul saymağa gərək qalmır, bu funksiya saxlanmainstrumentinə və ya ödəmə alətinə keçir;
  • Elektron pulların fiziki mühafizəsini təşkil etmək daha asandır, nəinki nağd pulların;
  • Ödəniş prosesi, elektron sistemləri ilə qeydə alınır, insan amilinin təsiri azalır;
  • Fiskalaşmış ekvayrinq cihazı ilə ödəmələr zamanı vergidən pul gizlətmək mümkün deyil;
  • Elektron pulları saymağa, qablaşdırmaqa, daşımaqa və xüsusi anbarlar təşkil etməy lazım deyil;
  • İdeal qorunub saxlanılması —  elektron pullar zaman keçdikcə öz keyfiyyətlərini itirmirlər;
  • İdeal keyfiyyətli oxşarlıq — elektron pulların ayrı-ayrı nüsxələri, unikal xüsusiyyətlərə (məsələn, sikkələrin üzərində cızıq var) malik deyillər;
  • Təhlükəsizlik — oğurluq və saxtakarlıqdan qorunması, nominalının dəyişdirilməsi və s.d kriptoqrafik və elektron vasitələrlə təmin edir.

Elektron pulun nöqsanları

  • Sabitləşmiş hüquqi tənzimlənməsinin olmaması: bir çox dövlətlər elektron pullara öz birmənalı münasibətini müəyyənləşdirməyiblər;
  • Əla portativliyə baxmayaraq, elektron pullar xüsusi saxlanma və müraciət alətlərinə ehtiyacı var;
  • Nağd pulla olduğu kimi,elektron pulların daşıyıcısını, fiziki məhv edəndə, sahibinə pulun dəyərini bərpa etmək mümkün deyil;
  • Tanınmasıyoxdur: xüsusi elektron cihaz olmadan,bu əşya, pul, məbləğ və s.d olduğunu asan və tez müəyyən etmək olmur;
  • bir ödəyəndən başqasına pulun bir hissəsini bir-başa ötürülməsi qeyri-mümkündür;
  • kriptoqrafiya müdafiyə vasitələri, hansılarla ki, elektron pul sistemlərini qoruyur, hələ də uzun müddətli müvəffəqiyyətli istismar tarixinə malik deyillər;
  • nəzəri maraq oyadılmış şəxslər, ödəyənlərin şəxsi verilənlərini və elektron pulların müraciətini bank sistemindən kənar izləməyə çalışa bilərlər;
  • Elektron pullarin təhlükəsizliyi (oğurluq və saxtalanmadan qorunması, nominalının dəyişdirilməsi və s.d) geniş müraciətlə və problemsiz tarixlə təsdiq edilməmiş;
  • Nəzəri olaraq elektron pulların oğurlanması, innovasiya metodları vasitəsi ilə, müdafiə texnologiyaların kifayət qədər kamil olmamasından istifadə edərək, mümkündür.

Tətbiq etmə problemləri

Bankların  elektron pulla bağlı layihələri inkişaf etdirmək istəməməsinin əsas səbəbləri:

  • hazırlamaların maliyyələşdirmək ehtiyacı, hansıların ki, bəhrəsindən rəqiblər istifadə edə bilərlər;
  • innovasiya hazırlamalarına xərcləri bölmək məqsədi ilə başqa banklarla kooperasiyanın çətinlikləri;
  • artıq mövcud olan bank məhsullarının yeni məhsullarla kannibalizasiyası;
  • şəxsi ştatda ixtisaslaşdırılmış mütəxəssislərin yoxluğu;
  • autsorser etibarlılığında inamsızlıq.

 

 

 

 

 


Оставьте ответ

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Перейти к верхней панели