Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9876, TRY 0.2688, RUB 0.0249, CNY 0.2477, GEL 0.6504, GBP 2.2363, IRR 0.0040, JPY 1.5178, XAU 2037.1270, XAG 24.0344, XPT 1359.7450, XPD 1676.5910
(Azərbaycan) Elektron ticarət. Üstünlükləri və çatışmazlıqları.
Среда Сентябрь 28th, 2016
0
e-ticaret-3

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Elektron ticarətdən ilk dəfə ABŞ-da XX əsrin 60-cı illərində istifadə olunmağa başlanılıb. XX əsrin 90-cı illərin ortalarından başlayaraq bütün dünya üzrə Elektron (on-line) ticarət sahəsində fəallığın artması müşahidə olunub. Kompüter avadanlığını istehsal edən iri firmaların ardınca şəbəkəyə ənənəvi malları satan tacirlər çıxmağa başladılar. Böyük sayda kitab, kompakt-disk və videokaset, şərab-çaxır mağazaları meydana çıxdı. Hazırda demək olar ki, istənilən malı şəbəkə vasitəsilə almaq mümkündür. Bu nöqteyi- nəzərdən elektron ticarət — bir çox biznes-proseslərin elektron formada ötürülmə yolu ilə tezləşdirilməsi başa düşülür ki, bu zaman hər bir mərhələdə verilən informasiya, kağızların çoxlu sayda surətlərini yaratmadan birbaşa alıcıya çatdırıla bilir. Bu gün «elektron ticarət» ifadəsi altında ilk növbədə malların və xidmətlərin qlobal informasiya şəbəkəsi vasitəsilə təqdim olunması başa düşülür.

Elektron ticarətin çoxlu sayda müsbət və mənfı xüsusiyyətləri var. Aşağıda qısacada da olsa, elektron ticarətin əvvəlcə üstünlüklərini və daha sonra çatışmazlıqlarını qeyd edək.

E-Ticarətin Üstünlükləri:

  1. E-Ticarətin ən böyük üstünlüyü, zamandan və məkandan asılı olmayaraq dünyanın istənilən bir yerindən və istənilən saatda müştərilərə alış-veriş etmək imkanı yaratmasıdır.
  2. İstifadəçilərin məhsul və xidmətləriniz haqqında daha asan və sürətli məlumat əldə etməsini təmin edir.
  3. İşlətmə xərclərinizi azalda bilər. Yəni internet üzərində qurulmuş online ınağaza fıziki olaraq qurulmuş mağazalara nisbətən daha az xərc tələb edir və əlavə xərcləri minimuma endirir.
  4. İş sahiblərinə (satıcılara) real həyatda edə bilməyəcəklərini etmə imkanını təmin edir.
  5. Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) tələb olunmur. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət sahələrində elektron ticarət aparıldıqda, satıcı (təchizatçı) qanunvericilikdə müəyyən edilmiş qaydada həmin fəaliyyətə xüsusi razılıq (lisenziya) almalıdır.
  6. Eleküon ticarət elektron ödəniş xidınətiərinin inkişaf etməsinə və nağdsız dövriyyənin həcminin yüksəldilməsinə şərait yaradır.

Elektron ticarətin çatışmazlığı:

  1. İnternet üzərindən edilən alış-verişdə müştərinin məhsulu canlı olaraq görmək və araşdırmaq şansı yoxdur. Ancaq firmalar məlumatlandırma və daha yaxşı müştəri təcrübəsi yaratma mövzusunda müxtəlif yaxşılaşdırmalar edərək bu nisbəti aradan qaldırmağa çalışırlar.
  2. E-ticarətdə böyük problem olaraq təhlükəsiziik problemi qalmaqdadır. Potensial müştərilər İnternet üzərindən edilən alış-verişdə kredit kartı istifadəsindən çəkinirlər. Son dövrdə geniş yayılan alternativ ödəmə sistemləri və kredit kartı ödənişləri daha etibarlı hala gətirən xidmətlər sayəsində bu təhlükə aradan qaldırılmağa başlamışdır. Virtual alış-veriş xidməti verən fırmalar, kredit kartı məlumatlarının təhlükəsizliyi və gizliliyini təmin etmək üçün geniş şəkildə SSL və SET kimi təhlükəsizlik standartlarını istifadə etməkdədirlər.
  3. Məhsulu satın alan müştəri çatdırılma müddəti boyunca gözləmək məcburiyyətindədir. Bunun qarşısını almaq üçün dünyanın nəhəng elektron ticarət saytlarından olan Amazon.com havadan çatdırılma xidmətindən istifadə etməyə başlamışdır.

 


Оставьте ответ

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Перейти к верхней панели