Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9876, TRY 0.2688, RUB 0.0249, CNY 0.2477, GEL 0.6504, GBP 2.2363, IRR 0.0040, JPY 1.5178, XAU 2037.1270, XAG 24.0344, XPT 1359.7450, XPD 1676.5910
(Azərbaycan) i.ü.f.d. Elşən Bağırzadə. Gizli İqtisadiyyat üzrə hökumət siyasəti necə qurulmalı?
lfmi_shadow_economies

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

İqtisadi ədəbiyyatlarda gizli iqtisadiyyat anlayışı ilə bağlı bir-birindən ciddi şəkildə fərqlənən çoxsaylı yanaşmalar mövcuddur. Həmin fərqli yanaşmalardan irəli gələrək, onun kəmiyyət qiymətləndirməsi, səbəbləri, təsirləri və həlli yolları haqqında irəli sürülən fikirlər də fərqlənir.

Gizli iqtisadiyyat anlayışına vahid yanaşmanın formalaşdırılması ilə bağlı axtarışlar ilkin əsasları 1980-cı illərdə ortaya çıxan və BMT-nin 1993-cü il Milli Hesablar Sistemi Konvensiyasının qəbul edilməsindən sonra daha da geniş yayılmağa başlayan makroiqtisadi yanaşma ilə yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. İƏİT(OCED), BVF(IMF), BƏT(ILO) və MDB Dövlətlərarası Statistika İdarəsi (CIS STAT) tərəfindən birgə hazırlanaraq, bütün milli statistika idarələri üçün gizli iqtisadiyyatın ölçülməsi sahəsində əsas metodiki vəsait kimi qəbul olunan “Gizli iqtisadiyyatın ölçülməsi: Bələdçi kitab”ın (“Mavi Kitab”) 2002-ci ildə nəşr edilməsi isə bu yanaşmanın sistemləşdirilməsi baxımından əhəmiyyətli olmuşdur. Bu gün gizli iqtisadiyyat anlayışı ilə bağlı ədəbiyyatlarda ən çox istifadə olunan yanaşma da məhz bu yanaşmadır.

Makroiqtisadi yanaşma, gizli iqtisadiyyatı Birləşmiş Millətlət Təşkilatının 1993-cü il Milli Hesablar Sistemi Konvensiyasına görə ÜDM göstəricisini hesablamaq məqsədilə qeydə alınmalı olan iqtisadi fəaliyyətlərin faktiki qeydə alınmamış hissəsi kimi qəbul edir. Elə məhz bu yanaşmanı əsas götürməklə gizli iqtisadiyyata daha ətraflı tərif verməyə çalışsaq, onu qanunvericiliyə tamamilə uyğun olmadan (kriminal sektor) və ya onun bir sıra tələblərini pozmaqla həyata keçirilən (qeyri-kriminal sektor), üzərində dövlət idarəetmə orqanlarının tənzimləmə və nəzarət funksiyalarının reallaşdırıla bilmədiyi, milli gəlir statistikasının mövcud hesablama metdoları ilə kəmiyyət qiymətləndirmələrinin aparıla bilmədiyi və buna görə də rəsmi hesablanan ÜDM göstəricisinin əhatə etmədiyi, əlavə dəyər yaradan bazar buraxılışlı iqtisadi fəaliyyətlərin məcmusu kimi ifadə etmək mümkündür.

Bir çox hallarda müxtəlif tədqiqatçılar və siyasətçilər tərəfindən gizli iqtisadiyyatın mənfi təsirləri ilə yanaşı, müsbət təsirləri də qeyd olunsa da onun uzunmüddətli perspektivdə iqtisadiyyat üzərində mənfi təsirlərinin daha çox olması ilə bağlı artıq dünyada müəyyən fikir birliyi formalaşmışdır. Bu isə hər ölkədə gizli iqtisadiyyatla bağlı müvafiq hökumət siyasətinin qurulmasını zəruri edir. Təcrübə göstərir ki, müxtəlif ölkələrdə formalaşdırılan bu siyasətin əsas məqsədi, gizli iqtisadiyyatın kriminal fəaliyyətlərini tamamilə ortadan qaldırmaq, qeyri-kriminal fəaliyyətlərini isə leqallaşdıraraq rəsmi iqtisadiyyata inteqrasiya etməkdir.

Gizli iqtisadiyyatın leqalaşdırılması siyasəti ilə bağlı ən müasir təcrübələrin və elmi yanaşmaların təhlili göstərir ki, bu siyasətin cəzalandırma və digər məcburetmə tədbirlərindən daha çox gizli iqtisadiyyatın səbəblərinin müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində qurulmalı olduğu haqqında elmi və siyasi dairələrdə artıq fikir birliyi mövcuddur.

Gizli iqtisadiyyatın leqallaşdırılması siyasəti formalaşdırıldığı zaman görülməli olan ilk iş problemin səbəblərinin dəqiq təsbit edilməsidir. İqtisadi, fiskal, instutsional, sosial, siyasi və psixoloji xarekterli bu səbəblər heç də bütün ölkələrdə eyni olmur və onların tarixi inkişaf xüsusiyyətləri, iqtisadi və sosial quruluşlarının spesifiki cəhətlərindən asılı olaraq fərqlənirlər.

Gizli iqtisadiyyatın leqallaşdırılması siyasətinin qurulmasında ikinci mərhələ onun səbəblərinin aradan qaldırılması məqsədilə həyata keçiriləcək tədbirlərin əsas istiqamətlərinin müəyyənləşdirilməsidir. Müxtəlif nəzəri mənbələrin və ayrı-ayrı ölkələrdə həyata keçirilən müvafiq siyasətlərin təhlili əsasında qeyd edə bilərik ki, dünya təcrübəsində artıq bu istiqamətdə də müəyyən ortaq yanaşma formalaşmışdır. Belə ki, mövcud yanaşmaları ümumiləşdirməyə çalışsaq, onda dünya təcrübəsində gizli iqtisadiyyatın leqallaşdırılması siyasətinin əsas istiqamətlərinin makroiqtisadi mühitin təkmilləşdirilməsi, rəsmi iqtisadiyyatın cəlbediciliyinin artırılması, gizli iqtisadiyyatla mübarizənin gücləndirilməsi və gizli iqtisadiyyat əleyhinə ictimai şüurun formalaşdırılmasından ibarət olduğunu qeyd etmək mümkündür.

bez-nazvaniya1

Makroiqtisadi mühitin təkmilləşdirilməsi dedikdə, əsasən ölkədə makroiqtisadi stabilliyə nail olunması nəzərdə tutulur ki, bu da iqtisadi fəaliyyət baxımından rəsmi iqtisadiyyatın gizli iqtisadiyyatla müqayisədə risq səviyyəsini aşağı salır və gizli iqtisadiyyata yönəlmənin maddi əsaslarını zəiflədir.

Rəsmi iqtisadiyyatın cəlbediciliyinin artırılması biznes üçün rəsmi öhdəliklərin azaldılması və rəsmi infrastrukturun gücləndirilməsi tədbirlərini nəzərdə tutur və bunlar da rəsmi iqtisadiyyatı biznes subyektləri üçün daha əlverişli edir.

Gizli iqtisadiyyatla mübarizənin gücləndirilməsi gizlilik risqindən doğan xərcləri artırmaqla gizli iqtisadiyyatın cəlbediciliyini aşağı salan cəzaların və aşkarlanma ehtimalının artırılması tədbirlərindən ibarətdir. Dünya təcrübəsi göstərir ki, cəzalar nə qədər yüksək olsa da, gizli iqtisadi fəaliyyətlərin aşkarlanma ehtimalı aşağıdırsa, bu zaman cəzaların da yüksək effekti olmur.

İstər gizli iqtisadiyyata yönəlmə meylinin azaldılması, istərsə də gizli iqtisadiyyatın leqallaşdırılması siyasətinin cəmiyyət tərəfindən dəstəklənməsi baxımından bu iqtisadiyyat əleyhinə ictimai şüurun formalaşdırılması prinsipial məsələlərdəndir. Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, gizli iqtisadiyyat əleyhinə ictimai şüurun formalaşdırılmasında əsas istiqamətlər dövlət qurumlarına etibarın gücləndirilməsi və maarifləndirmə kampaniyalarının keçirilməsidir.

Nəhayət, bütün qeyd edilənlərlə yanaşı, gizli iqtisadiyyatın leqallaşdırılması siyasətinin effektli şəkildə reallaşdırılması baxımından bu məqsədilə müvafiq siyasət-koordinasiya strukturunun formalaşdırılmasına, strategiya və fəaliyyət planının hazırlanmasına, dövlət proqramlarının və qanunların qəbul edilməsinə də ehtiyac vardır.

i.ü.f.d. Elşən Bağırzadə, UNEC “Beynəlxalq iqtisadiyyat” kafedrası


Оставьте ответ

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Перейти к верхней панели