Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9649, TRY 0.2990, RUB 0.0260, CNY 0.2456, GEL 0.6355, GBP 2.2393, IRR 0.0040, JPY 1.5143, XAU 2077.4085, XAG 24.8617, XPT 1425.0420, XPD 1836.6205
(Azərbaycan) Mircavid Həsənov. Biznes –inkubatorların fəaliyyəti xüsusiyyətləri və ölkə iqtisadiyyatında rolu
Biznes Inkubator

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Azərbaycan iqtisadi inkişafının bu günü neft sektoru ilə bağlıdırsa gələcək inkişafı qeyri neft sektorundan, əsasən kiçik və orta sahibkarlığın inkişafından asılıdır. Məhz buna görə Azərbaycan hökuməti sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə bir sıra tədbirləri həyata keçirir. Azərbaycanda innovasiya yönümlü təşəbbüslərin aktivləşdirilməsi və bu sahədə səmərəli dövlət köməyi mexanizminin formalaşması zəruriliyi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2002-ci il tarixli, 753 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)» və Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında» 10 sentyabr 2002-ci il tarixli Fərmanında texnoloji biznes-inkubatorun yaradılması vəzifəsi qarşıya qoyulmuşdur.

Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinin ən effektiv metodlarından biri biznesin inkubasiyasi metodudur.   Hazırda dünyanın bir çox ölkələrində sahibkarlığın dəstəklənməsi məqsədilə səmərəli təşkilati- idarəetmə mexanizmləri tətbiq edilir. Bunların son vaxtlar geniş yayılmış yeni forması kimi biznes-inkubatorlar çıxış edir.

Biznes-inkubator – yeni yaranmış və inkişaf mərhələsində olan kiçik və orta sahibkarlığı, istehsal, informasiya, maliyyə və digər resurslarla təmin edən   və sahibkarlıq subyektlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə çeşidli xidmətlər göstərən təşkilati modeldir. Bu struktur daxilində yeni fəaliyyətə başlayan müəssisələrə biznesin təşkili məqsədilə güzəştli şərtlərlə müxtəlif xidmətlərin (ofis xidmətləri, konsaltinq, maliyyə vəsaitlərin əldə edilməsində köməklik, yeniliklərin sınaqdan çıxarılması və tətbiqi şəraitinin təmini və s.) göstərilməsi təmin edilir. Biznes-inkubatorlar sahibkarlıq subyektlərinin formalaşmasına xidmət etməklə, biznesin başlanğıc mərhələsində xərclərin aşağı salınmasına şərait yaradır. Müəssisənin biznes-inkubatorda fəaliyyəti müvəqqəti xarakter daşıyır və bir qayda olaraq 3-5 il təşkil edir.
Sahibkarlığın bu infrastrukturu əhalinin məşğulluq və həyat səviyyəsinin, regionların iqtisadi aktivliyinin yüksəldilməsi, kiçik müəssisələrin sayının, onların rəqabət qabiliyyətinin artırılması, bütövlükdə sahibkarlığın innovasiya yönümünün təmin edilməsi, müəssisələr arasında kooperasiya əlaqələrinin yaranması və möhkəmlənməsi kimi mühüm məsələlərin həllinə xidmət edir.
Biznes-inkubatorların qarşıya qoyulmuş məqsəddən (yeni iş yerlərinin yaradılması, innovasiya yönümlü sahibkarlığın inkişafı və s.) asılı olaraq bir sıra formaları-tətbiq-edilir:
     •  Sahibkarlığın formalaşması və inkişafına yönəldilmiş biznes-inkubatorlar: Bu biznes-inkubatorlar yeni firmaların yaranması prosesini sürətləndirmək məqsədilə sahibkarlıq fəaliyyətinə başlayanlara güzəştli şərtlərlə ofisləri icarəyə verir-və-müxtəlif-xidmətlər-göstərir. Bu növ biznes-inkubatorlar ilk yaranmışlardan olmaqla bərabər dünyada ən çox yayılmışlarıdır.
• Spesifik sahibkarlıq subyektlərinə və iqtisadiyyatın müəyyən bir sektorunda sahibkarlığın inkişafına istiqamətlənmiş biznes-inkubatorlar: Bu biznes-inkubatorlar əhalinin müəyyən bir qrupunun (məsələn; kənd əhalisi, qadınlar, gənclər) sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə və ya regionda bazarın zəif inkişaf etmiş müəyyən sektoruna (məsələn; geyim istehsalı) xidmət göstərmək məqsədilə-yaradılır. Bu tip inkubatorlar regionların inkişaf etdirilməsində xüsusən əhəmiyyətlidir. Əsas məqsəd hər bir region üçün ona spesefik olan, lakin az inkişaf etmiş biznes sahələrinin inkişaf etdirməkdən ibarətdir. Sahibkar inkubasiya prosesi zamanı fəaliyyət göstərmək istədiyi biznes sahəsi haqqında geniş informasiya əldə edir və bu sahənin özəllikləri nəzərə alınmaqla biznes strategiyası qurmaqda ona köməklik gəstərilir. Sahibkar konkret sahədə fəaliyyətə başlamamışdan əvvəl bu sahənin risk faizini qabaqcadan bilir. Bu da öz növbəsində onu müflisləşmədən sığortalayır.
• Yeni məhsul istehsalına istiqamətlənmiş texnoloji-biznes inkubatorlar
:       Adətən innovasiya və texnoloji mərkəzlərin, elmi parkların təsisçiliyi ilə yaradılan bu inkubatorlar yeni texnologiyaların inkişafına və onların tətbiqinin sürətləndirilməsinə-xidmət-edir.
Texnoloji biznes inkubator sahibkarlıq fəaliyyətinə başlayanlara və elmi-texniki sahədə fəaliyyət göstərən iş adamlarına innovasiya fəaliyyətlərinin həyata keçirilməsi və yeni texnologiya əsasında istehsalın təşkili üzrə xüsusi müqavilə əsasında və güzəştli şərtlərlə çeşidli xidmətlər göstərəcəkdir. Texnoloji biznes inkubatorda fəaliyyət göstərəcək müəssisələr əsasən iqtisadiyyatın öncül sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri ola bilərlər. Texnoloji biznes-inkubatorun seçilmiş müəssisələrlə münasibətləri xüsusi müqavilə əsasında tənzimlənəcəkdir.


Оставьте ответ

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Перейти к верхней панели