Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9274, TRY 0.3112, RUB 0.0254, CNY 0.2450, GEL 0.6343, GBP 2.2120, IRR 0.0040, JPY 1.4981, XAU 2060.5955, XAG 24.0944, XPT 1421.1575, XPD 1916.0275
(Azərbaycan) Təhmasib Əlizadə. İnnovasiyanın inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafına təsiri
Среда Апрель 27th, 2016
2
İnkişaf

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

İnnovasiya və innovasiya siyasəti haqqında ümumi məlumat

İnnovasiya və innovasiya siyasəti hazırki dövrün ən əsas xüsusiyyətlərindəndir. Çünki ölkələr yenilik, innovasiya tətbiq etmədən nə daxildə uğur qazana bilirlər nə də beynəlxalq səviyyədə. Ona görə də artıq ölkələr davamlı iqtisadi inkişaf əldə etmək üçün elm tutumlu, bilik iqtisadiyyatına keçirklər. Elm tutumlu, bilik iqtisadiyyatında isə araşdırma, innovasiyalar çox önəmlidir.

İnnovasiya ümumi olaraq yenilik deməkdir. Daha ətraflı izah versək, innovasiya yeni və ya inkişaf etdirilmiş məhsulun tətbiqi və ya yeni metodların reallaşdırılması deməkdir. İnnovasiyaya ümumi tərif verdikdən sonra iqtisad elmində innovasiyalara yanaşmalara diqqət yetirək. İnnovasiyanın iqtisad elmində bir anlayış kimi istifadə olunmasında ən əsas rolu Avstriya əsilli Amerikan iqtisadçısı Cosef Şumpeter oynayır. Cosef Şumpeterin “yaradıcı məhvetmə” (“creative destruction”) anlayışı iqtisad elmində innovasiya sahəsində çox mühim yerə sahibdir. C. Şumpeter iddia edir ki, innovasiya texnoloji rəqabətin ən əsas mənbəyidir. Şumpeter Kapitalizm, Sosializm və Demokratiya kitabında innovasiya üçün “yaradıcı məhvetmə” (“creative destruction”) terminini, anlayışını işlədir.

İnnovasiyanın inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafına təsiri

Əsasən texnoloji sahəyə aid edilən innovasiya siyasəti artıq digər sahələrə də zamanla təsir etməyə başlamışdır. Ölkələr artıq bu istiqamətdə milli innovasiya strategiyaları hazırlayırlar. Bu tədqiqat yazısında araşdırılacaq birinci məqam inkişaf etməkdə olan ölkələrdə innovasiya siyasəti və bu innovasiya siyasətinin həmin ölkələrin iqtisadiyyatına təsiridir. Araşdırmalar onu göstərir ki, İnkişaf etməkdə olan ölkələrdə innovasiya siyasətinin tətbiqi və təkmilləşdirilməsi üçün bir çox istiqamətdə işlər aparılır. Bunun üçün inkişaf etməkdə olan ölkələrdə innovasiyanın təşviqi, tanıdılması çox mühim yer tutur. Ölkələrin əsas məqsədi isə davamlı iqtisadi inkişafı təmin etmək, ölkədə rəqabəti gücləndirmək, rəqabət nəticəsində daha keyfiyyətli və beynəlxalq bazarlara çıxarıla biləcək məhsulların istehsalını yaratmaqdır.

Hazırki dövrdə dünya üzrə innovasiyanın iqtisadi inkişadakı rolu çox böyükdür. Uğurla inkişaf edən ölkələr öz iqtisadiyyatlarında mütləq şəkildə innovasiyanı tətbiq edirlər və innovasiya potensialını artırmaq üçün strategiyalar hazırlayırlar. Və burada ən əsas məqam ondan ibarətdir ki, innovasiya yalnızca yüksək texnoloji məhsulların istehsalında istifadə olunmur, eyni zamanda innovasiyanı bir çox sahələrin inkişafı üçün istifadə etmək mümkündür. İnnovasiyanı tətbiq etməklə ölkələr bütün sahələrdə qarşıya qoyulan hədəflərə çatmaq üçün üstünlük əldə edirlər. Ümumi olaraq, onu qeyd edə bilərik ki, ölkənin innovasiya potensialının olması çox mühimdir və problemlərin həlli prosesində işi sürətləndirir.

İnnovasiyanı uğurla tətbiq edən İnkişaf etməkdə olan ölkələrə misal olaraq Malaziyanı, Türkiyəni, Tailandı və s. misal göstərə bilərik.

Azərbaycan iqtisadiyyatının əsas xüsusiyyəti hələ də hazır məhsula, elm tutumlu məhsula yox, xammala əsaslanmasıdır. Keçən dövr ərzində biz iqtisadiyyatımızda xammal ixracından gəlirlər əldə etmişik. Lakin uzun müddətli dövrdə bunun yaxşı nəticəsi olmayacağı aşkardır. Ona görə də biz artıq zaman itirmədən bilik iqtisadiyyatına, innovasiya tutumlu istehsala, rəqabətqabiliyyətli məhsul istehsalı və ixracına keçməliyik. Bunun üçün isə ən zəruri olan universitet-sənaye əməkdaşlığının gücünü və önəmini artırmaq və innovasiya strategiyası hazırlamaq çox vacibdir. Mən bu tədqiqat yazısında Azərbaycan üçün innovasiya və elm tutumlu siyasətin istiqamətlərini araşdırmışam və inkişaf etməkdə olan ölkə olaraq bizə hansı tip innovasiya siyasətinin, hansı istiqamətlərin vacib olduğunu vurğulamışam. Əvvəldə də qeyd etdiyim kimi bu istiqamətlərdən biri bilik iqtisadiyyatına keçid, digəri isə regional innovasiya planının, strategiyasının tətbiqidir.

Son bir ildə Azərbaycan iqtisadiyyatında baş verən proseslər Bilik İqtisadiyyatına keçidin bizim üçün vacibliyini göstərdi. Əslində Bilik iqtisadiyyatına keçid daima mühim və vacib məsələ olub. İndiki reallıqda isə biz gələcəyimizi təminat almaq üçün heç vaxt itirmədən bilik iqtisadiyyatına keçməliyik. Təbii ki, bu biraz çətin və uzun proses olacaqdır. Lakin hər bir prosesdə olduğu kimi bu prosesində başlanğıc nöqtəsi, inkişaf nöqtəsi vardır.

Biliyə əsaslanan Bilik İqtisadiyyatını yaratmaq üçün isə bizə iki təməl istiqamət gərəkli olacaqdır. Birincisi, təhsilə investisiyaları artırmaq və həmin investisiyaların geri dönüşünü, mənfəətini yüksəltməkdir. İkincisi isə, insan kapitalını yaratmaq və ya var olanı cəlb etmək.

Təhsilə investisiya yatırıldığı zaman biliyin istehsalı baş verəcəkdir. Bilik istehsalını isə ya müstəqil formada fəaliyyət göstərən araşdırma institutları və ya universiterlərlə qarşılıqlı fəaliyyətdə olan araşdırma mərkəzləri, institutları həyata keçirəcəklər. Biliyin istehsalı uzun müddətdə ölkəyə çox böyük gəlir gətirir və ölkədəki həyat standartlarını yüksəldir. Dünya ölkələrindən bunu tətbiq edən kifayət qədər uğurlu ölkələr var. Misal üçün, İsraili, Cənubi Koreyanı, Malasiyanı, Sinqapuru buna misal olaraq göstərə bilərik.

Bilik iqtisadiyyatına keçid mərhəlsində innovasiya siyasətinin əsas addımlarından biri təhsilə böyük həcmdə investisiyanın yatırması və universitetlərin sənaye müəssisələri ilə daha sıx əlaqəsinin qurulmasıdır. İkinci addım olaraq, araşdırma institutlarına böyük həcmdə investisiyalar yatırılmalıdır. Ölkə birbaşa olaraq bu araşdırma institutları maliyyələşdirməlidir və universitetlərlə kooperasiyasını və qarşılıqlı əməkdaşlığını gücləndirməlidir. Üçüncü addım olaraq, özəl sektoru universitetlərlə əməkdaşlığa sövq etmək lazımdır. Çünki bu əməkdaşlıq universitet müəllimlərinin, professorlarının əsil iqtisadi potensialını üzə çıxaracaqdır. Onların özəl sektorla qarşılıqlı əlaqəsi yeni dəyərlərin yaranmasına, daha rəqabətqabiliyyətli məshsulların yaranmasına səbəb olacaqdır. Ölkədə iqtisadi artım baş verəcəkdir.

Biz bugün ölkəmizdə post-neft dövrü üçün təkliflərin hazırlanmasının zəruriliyini və aktuallığını müşahidə edirik. Post-neft dövrü üçün ölkə iqtisadiyyatı bilik yönümlü olmaqla, artıq daha çox rəqabətə ehtiyac duyur. İnnovasiya siyasətinin hissəsi olaraq regionalda bilik mərkəzlərinin və sənaye müəssisələrinin yaradılması və onların əməkdaşlığı Azərbaycan üçün ixtisaslaşmaya çox böyük xeyir verəcək, həmin regionlarda məşğulluğu artıracaqdır, məhsul istehsalında rəqabət yaradacaqdır, regionların ixtisaslaşması nəticəsində həmin regionlara daha çox investisiya cəlb ediləcəkdir. Bunlar isə eyni zamanda digər sahələrin də inkişafı üçün stimuldur.

Təhmasib C. Əlizadə

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Beynəlxalq İqtisadiyyat kafedrası


  1. Hörmətli Təhmasib m.,

    maraqlı mövzu üçün sizə təşəkkür edirik.

    İnnovasiyaları inkişaf etdirərək bilik iqtisadiyyatına keçirilməsi çox vacib məsələdir. Amma hələ ki, bu Azərbaycanda reallaşdırılması çətin olan bir önəmli və gələcəyə hədəflənmiş istiqamətdir.

    Rəqabətədözümlü məhsul istehsal edib onu ixrac etməyin 2 yolu var: 1. Liderə qoşulma, yəni transmilli şirkətlərin ölkəyə dəvət olunması.2. klasterləşmə. Bu iki istiqamətdə işlər görülməsə bilik iqtisadiyyatına keçə bilməyəcəyik. Əsas olaraq inhisarçılığın aradan qaldırılması və ölkədə əlverişli investiya mühitinin yaradılmasıdır. Çox doğru olaraq Təhsil amilini qabartmısınız. Yüksək təhsilli kardlarımızı yetişdirməyincə işlərimiz uğurla nəticələnə bilməyəcək. BƏƏ-nin təcrübəsindən örnək götürə bilərik. Orada müxtəlif ölkələrdən mütəxəssislərin dəvət edilməsi işlək praktikadır. Bir də İtskovoç-in 3-qat spiral modeli var: universitet-sənaye-dövlət işbirliyi haqda. Bu istiqamətdə də görüləsi işlərimiz çoxdur. Sənayedə isə emal sənayesinin payı artırılmalıdır. Xammal ixrac etdiyimiz yetər. Elmtutumlu məhsullar istehsal və ixrac etməliyik.

    • Hörmətli Sərdar müəllim,

      Təşəkkür edirəm. Bəli, razıyam. Böyük şirkətlərin ölkəyə cəlb olunması qısa müddətli dövrdə inkişafın əldə olunması üçün mümkün yollardan biri hesab oluna bilər. Lakin orta və uzun müddətdə artıq öz istehsalımızın həcmini artırmalı və keyfiyyətli istehsal yaratmalıyıq.

      Təhsil barədə siz də fikirlərinizi səsləndirdiniz. Həqiqətən də ilk və ən önəmli şərt təhsilin inkişafıdır. Çünki bütün uğurlu toplum və ölkələr təhsil-sənaye-dövlət işbirliyi ilə inkişafa nail olublar.

Оставьте ответ

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Перейти к верхней панели