Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 2.0016, TRY 0.3709, RUB 0.0276, CNY 0.2666, GEL 0.6967, GBP 2.2805, IRR 0.0040, JPY 1.5323, XAU 2191.5635, XAG 27.9847, XPT 1523.3785, XPD 1682.3030
(Azərbaycan) Turan Suleymanov. SOSİAL EVLƏRİN İSVEÇ MODELI
Суббота Январь 14th, 2017
0
soc

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

“Encyclopedia of Housing”in 2012-ci ildəki nəşrinə əsasən   sosial evlər iki qrupa bölunur.  Birinici qrupa daxil olan sosial evlərə birbaşa, ya da dolayı yolla dövlət subsidiyası və ya sosial yardımı alan bütün mənzillər daxildir. Bu yardım və kömək ipoteka kreditinə göstərilən vergu güzəştləri, tikinti şirkətlərinə verilən subsidiya və sair formada göstərilə bilər. Bu tərifə əsasən nə zaman özəl mənzillər sosial subsidiya alırsa, o zaman onlar sosial evlər kateqoriyasına daxil olunur.  İkinci qrupa daxil olan sosial evlər isə əsasən ənənəvi ictimai evlərə şamil edilir kı, onların maliyələşməsi  dövlət və sosial kirayə komunal mənzil təşkilatları tərəfindən həyata keçirilir. Buraya eyni zamanda dövlət tərəfindən dəstəklənən və qeyri-kommersiya xaraklerli mənzillər, mənfəət məqsədi ilə tikilməyəyn evlər və sair daxildir.

Sosial evlər  sosial həmrəyliyin gücləndirilməsində önəmli rol oynamaqla yanaşı  insanların universal hüqüqi kimi dünyanın 100-dən çox konstitusiyasına daxil olmuşdur. Avropa Birliyində (AB) insanlara mənzil yardımı məsələsi Lissabon Samitindən sonra hüqüqi qüvvəyə minmiş və  AB siyasəti səviyyəsində müzakirəyə çıxarılmışdır.

Avropa  Birliyində sosial evlər əsaəsn 3 ümümi kriteriya əsasında məyyən olunur. Birinci kriteriya misiyadır.  Sosial evlərin misiyası ümümi maraqa xidmət göstərməkdən ibarət olmasıdır.  İkinci kriteriya   sosial evlərin məqsədidir.  Sosial evlərin  məqsədi  münasib qiymətli evlərə təklifin artması ilə əlaqədar belə  evlərin tikilməsi, idarə olunması və alınmasının təşkilidir.  Üçüncü kriteriya isə  hədəf qrupudur. Hədəf qrupu insanların sosial iqtisadi statusuna  görə müəyyən olunur.

Avropa Birliyi ölkələri arasında sosial evlərlə bağılı dövlət siyasətinə əsasən iki fərqli yanaşma mövcuddur. Bunlara “qeyri realist” (unrealistic) və “ünvanlı” (targeted ) yanaşmalar daxildir. Sosial evlərin tətbiq olunduğu AB-nin əksər ölkləri ünvanlı siyasət tətbiq edir. Bunlara Birləşmiş Krallıq, Avstriya və bir çox digər Avropa ölkələri daxildir. Qeyri realist yanaşma sadəcə İsveç, Danimarka və Nederland Krallığı tərəfindən  təbiq olunur. Qeyri realist yanaşma tətbiq edən hər üç dövlətdə sosial evlərin ümümu evlərdə çəkisi 19%-dən çoxdur.

Yaxşı keyfiyyətli və münasib qiymətli mənzillə təmin olunmaq AB- nin üzv ölkələri tərəfindən insanların əsas hüqüq və ehtiyacını ödəyən bir hal  kimi qəbul olunmuşdur. Lakin buna baxmayaraq, hal-hazırda Avropa Birliyində 3 milyona yaxın insanın münasib evlə təmin olunmasında problem yaşanır. Bu da əsasən Avropa  Birliyinə   üzv ölkələrin bu sahədə tətbiq etdikləri proqram və siyasətin fərqliliyi ilə əlaqələndirilir.

AB-nin qanunvericiliyi birliyə üzv olan ölkələrin sosial mənzillə bağlı hüquqi bazasına böyük təsir etmişdir. Lakin buna baxmayaraq, sosial evlərin birlik üzvləri tərəfindən tam qəbul olunan tərifi yoxdur. Misal üçün sosial evlər Avstriyada “limitli mənfəət evləri” (Limited-Profit Housing), Danimarkada “ümumi evlər” (Common Housing) , İsveçdə isə “komunnal mənzillər” (Public Utility Housing) kimi adlanir.

Dünyanın və AB-nin sosial evlər   təcrübəsinə və  onların  ümumi sayına görə öndə olan ölkələrindən biri də İsveçdir. 9.5 milyona əhalisi olan İsveçin təxminən 3 milyon vətəndaşı kirayə evlərdə yaşayırlar. Kirayədə yaşayan İsveçlilərin təxminən yarısı komunal mənzillərdə yaşayırlar (SABO, 2016).

1930-cu illərdə isveçlilərin əksəriyyəti çox sakinli və yaxşı səraiti olmayan evlərdə yaşayırdılar. İkinci dünya muharibəsindən sonra İsveç dövləti bu məsələnin həll olunması və vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə yerli idarəetmə qurumlarının tabeliyində məhdud məsuliyyətli şirkətlər tərəfindən sosial evlərin  tikintisinə başladı. Beləliklə də İsveç sosial mənzil konsepti yarandı. Hal-hazırda hər 7 isveçlidən biri sosial evdə yaşayır və sosial evlər İsveçdə yaşayış mənzillərinin 20%-ni təşkil edir. Sosial evlərdə yaradılan şərait və qiymətlərin münasibliyi isveçlilər arasında sosial evlərin populayrlığını saxlamaqdadır.

Bir sıra AB ölklərindən fərqli olaraq isveçlilər “sosial ev” sözündən istifadə etmirlər. Sosial ev sektoru isveç dilində “allmännyttig” adlanır. Bu sözun hərfi mənası “hər kəsin xeyri üçün” və “komunnal mənzillər”  kimi başa düşülür. Beynılxalq kontektsə “ictimai ev” kimi tərcümə olunur.  İsveçdə  “sosial ev” sektoru hər regiononda fəaliyyət göstərən kirayəşin şirkətlərdən ibarətdir. Bu şirkətlər məhdud məsuliyyətli səhmdar cəmiyyətlər kimi fəaliyyət göstərirlər və səhmlərini əksəriyyəti yerli idarəetmə orqanlarına məxsus olur. Onlar yerli idarəetmə orqanlarına  məxsus olmalarına baxmayaraq biznes prinsipləri əsasında fəaliyyət göstəririlər. Sosial evlərin tikintisində və idarə olunmasında  fəaliyyət göstərn şirkətlərin üzv olduğu təşkilatlardan  biri də SABO-dur. SABO-nun hal-hazırda 300 üzvi var və onlar 802000 mənzil idarə edirlər.

İsveç sosial evləri cəmiyyətin bütün təbəqələrinin qeydiyyata alınması  üçün  açıqdır. İsveç sosial evlərini təmin edən yerli idarəetmə qurumlarına məxsus olan şirkətlərin əsas misiyası bütün vətəndaşlara  münasib qiymətli və yaxşı şəraitli evlər  təklif etməkdən ibarətdir. Bu mənzillərdə  qeydiyyatdan keçmək üçün heç kəsə məhdudiyyət qoyulmur.  Lakin aparılan araşdırmalara görə, bu evlərdə əhalinin daha az təminatlı qismi, yaşlılar, yalnız ailə başçıları və imiqrantlar daha çox qalır. Belə evlərdə yaşayanların  əksərriyətinin  gəliri orta əmək haqqından azdır. Sosial evlərdə yaşamaq istəyən sakinlər müvafiq qurumlada qeydiyyatdan keçir və öz növbəsini gözləyirlər. Böyük şəhərlərdə bu növbə bir neçə il çəkə bilir. Dövlət tərəfindən icarəyə verilən sosial evlərin satışına icazə verilmir.  Müəyyən qisim az tıminatlı vətəndaşlara bu sosial evlərdə yaşayan zaman xüsüsi müavinətlər verilir. 2008-cu illərdə  İsveçdə kirayə verilən  sosial mənzillərdə yaşayan ailələrdən sadəcə 4% mənzil muavinəti alınmışdır.

Uzün müddət sosial evləri tikən məhdud məsuliyyətli komunal şirkətlətə İsveç dövləti tətərifndən subsidiya verilmişdir. Bu subsidiyaların həcmi 2008-2009-cu illərdə 173 milyon avro olmuşdur. Lakin, son illərdə İsveç sosial mənzil sistemi AB tərəfindən bir sıra dəyişikliklərə məruz qalmışıdır. Misal üçün 2002 və 2005-ci illər Avropa Əmlak Federasiyası (European Property Federation) İsveçdə sosial mənzilləri tikən şirkətlərə dövlət yardımının verilməsi ilə əlaqədar öz etirazını bildirmişdir. Bu etirazın əsas səbəbi kimi, İsveç sosial evlərinin sadəcə az təminatlı ailələr deyil, hər kəs üçün açıq olması ilə əsaslandırılırdı. Belə ki onların fikirlərinə görə , bələdiyyə mənzil şirkətlərinin  dövlətdən aldıqları subsisidyalar əsasən digər özəl mənzil tikinti şirkətləri ilə haqsız rəqabət aparmasına yol açırdı. Buna görə də 2007-ci ildə İsveç dövləti ölkənin mənzil bazarını liberallaşdırmağa başladı. Nəticə etibarı ilə İsveç “qeyri real model”ini AB-nin rəqabəti siyaəstinə uyğunlaşdırmaq üçün sosial mənzil şirkətlərinə dövlət tərəfindən kompensasiyasını  dayandrdı. Hal-hazırda sosial mənzillərin tikintisi və idarə olunması bu sahədə məşğul olan şirkətlərin gılirləri hesablna həyata keçirilir. Əsas gəlir mənbəyi sakinlərdən yığlan kirayə haqqları təşkil edir.

Hal-hazırda  İsveç  sosial ev konsepsiyası yeni bir mərhələyə  qədəm qoymuşdur.  Bir sıra sosial evlərin  yenilənməyə və texniki təminatının yaxşılaşdırılmasına ehtiyac var. Xüsusən  “The Million Homes” proqramı çərçivəsində tikilən evlərdə bu məsələ özunu qabarıq göstərməkdədir. Bu baxımdan ən önəmli məsələrdən biri mənzillərin  enerji qənaətli sistemə keçirilməsi üçün böyük investisyanın tələb olunmasıdır. Eyni zamanda son illər miqrasiya axını ilə əlaqədar olaraq tələbin artması nəticəsində sosial ev bazarında qitlıq yaranmışıdır. Hazırda tikinti xərclərinin artması və subsidiyaların dayanması hesabına  sadə insanlara daha əlverişli qiymətə sosial evlərin verilməsində də problemlər yaşanmaqdadır.

Digər bir məsəslə isə ondan ibarətdir ki, qanunverilikdə dəyişikliklərin edilməsi sosial ev tikən şirkətlərin  sosial məsuliyyətini   işgüzar yanaşma ilə kombinasiya etməsinə vadar edir.

İsveçin sosial ev sektorunun və bu sahədə fəaliyyət göstərən şirkətlərin son zamanlarda üzləşdiyi problemlərə baxmayaraq, sosial evlər İsveç cəmiyyətində az təminatlı ailələrin və şəxslərin evlə təmin olunmasında çox böyük  rola malikdir.  Buradakı  sosial evlər modeli — müvafiq qiymətə daha gözəl şəraitli evlərin təklif edilməsi   bir sıra AB ölkələrindən xüsüsən seçilir. Eyni zamanda yerli idarəetmə qurumlarına məxsus olduqlarına baxmayaraq həmin sektordakı şirkətlər  biznes psinsipləri əsasında işləyərək dövlətdən subsidiya almayaraq öz xərclərini ödəyirlər.

Qeyd: Bu məqalədəki istinad olunan rəqəmlər və məlumatların bir qismi Avropa Birliyinin və İsveçin SABO və Allmännyttig təşkilatlarından əldə götürülmuşdur.

 

Turan Suleymanov (Turan Suleymanoglu)

Professor of Management

The International School of Economics

UNEC


Оставьте ответ

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Перейти к верхней панели