Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9343, TRY 0.2909, RUB 0.0254, CNY 0.2469, GEL 0.6589, GBP 2.1630, IRR 0.0040, JPY 1.5333, XAU 2000.3730, XAG 24.9162, XPT 1325.6940, XPD 1518.7545
(Azərbaycan) Turizm xidmətlərinin diversifikasiyası
Пятница Октябрь 20th, 2017
0
Turizm xidmətlərinin diversifikasiyasıTurizm

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Azərbaycanda turizm sənayesinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək üçün bu vaxta qədər görülən işləri qeyd etməklə yanaşı, göstərmək lazımdır ki, bu yalnız həmin işlərin başlanğıcıdır. Bu işləri uğurla davam etdirmək, qarşıya çıxan maneələri dəf etmək, dünya turizm bazarında ölkənin rəqabət qabiliyyətini təmin etmək üçün Azərbaycanın dövlət orqanları, turizm şirkətləri, habelə turizm problemlərini tədqiq edən elmi ictimaiyyət qarşısında böyük vəzifələr durur. Ölkə turizminin inkişafının vacib şərtlərindən biri onun hazırkı vəziyyətinin dərindən araşdırılması, problemlərin səbəblərinin aşkarlanaraq, onların aradan qaldırılma yollarının müəyyənləşdirilməsidir.

Bu gün əlverişli coğrafi mövqeyi, təbii resursları, insan potensialı, infrastruktur imkanları, sənaye şəhərcikləri və texnoloji inkişaf mərkəzi ilə Azərbaycan investorlar üçün cəlbedici destinasiyadır. Turizmin növlərə ayrılması baxımından bu faktorlar Azərbaycannin güclü istiqamətləridir. Həmçinin turizm sektorunda çeşidlilik və sektordakı xidmətlərin 12 aya çıxarılması, yalnız yay dövründə turizm gəlirlərindəki artım yerinə, digər dövrlərdə də davamlı olaraq gəlir əldə olunmasını təmin edəcək.

Bunlarla yanaşı regional inkişaf, turizm destinasiyasının inkişafı, yerli əhalinin məşğulluğunun  təmin edilməsi, gəlirlərin bərabər bölgüsü və bütövlükdə ölkənin inkişafı üçün turizm sektorunda xidmətlərin diversifikasiyası vacib əhəmiyyətə malikdir. Turizm xidmətlərinin diversifikasiyası turizm fəaliyyətlərinin ilin bütün aylarına və bütün bölgələrinə yayılmasını nəzərdə tutur.

Qeyd olunan məsələlər, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.

Strateji Yol Xəritəsi iki əsas məqsəd üzərində qurulmuşdur: sektor üzrə əsas stimullaşdırıcı mexanizmlərə əlavə olaraq, ixtisaslaşmış turizm sahələri üzrə Bakı və regionların inkişaf etdirilməsi. Nəzərdə tutulan məqsədlərin əldə olunması və prioritetlərin uğurlu icrası sektorun inkişafına məqsədyönlü yanaşmadan asılıdır. Bundan əlavə, regionların sürətli inkişafına uyğun olaraq effektiv idarəetmənin formalaşdırılması və hər bir regionun coğrafi mövqeyi nəzərə alınmaqla xüsusi tədbirlərin həyata keçirilməsi zəruridir. Bu yanaşmalardan biri də turizm potensialı zəngin olan müvafiq ərazilərdə turizm və rekreasiya zonalarının (TRZ) yaradılmasıdır. TRZ-lərin yaradılması müvafiq ərazilərdə ətraf mühitin və mədəni irsin mühafizəsinə, bölgənin turizm potensialından kompleks və səmərəli istifadə olunmasına, investisiya üçün əlverişli şəraitin formalaşdırılmasına, regionlarda yeni iş yerlərinin açılmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə, məhsul çeşidinin artırılmasına, turizmə dair statistik məlumatların tam şəkildə toplanılmasına, idarəetmə, tənzimləmə və əlaqələndirmə tədbirlərinin daha səmərəli həyata keçirilməsinə, müasir standartlara cavab verən, müxtəlif çeşidli və yüksək keyfiyyətli infrastrukturun yaradılmasına imkan verir.

Strateji Yol Xəritəsində aşağıdakı strateji məsədlər qarşıya qoyulmuşdur:

  • Bakı şəhərinin turizm potensialından tam istifadə üzrə səmərəli idarəetmə sisteminin yaradılması, marketinq və brendinq səylərinin gücləndirilməsi, turizm məkanları barədə məlumatlılığın artırılması və turizm infrastrukturunun təkmilləşdirilməsi yolu ilə uzunmüddətli dövrdə Bakı şəhərinə getdikcə daha çox xarici turistlərin cəlb edilməsinə nail olmaq;
  • ölkə üzrə əlverişli mühitin yaradılması üçün ölkəyə giriş-çıxışın sadələşdirilməsi, əlaqə vasitələrinin təkmilləşdirilməsi, turizm sektorunun ayrı-ayrı iştirakçıları arasında koordinasiyalı fəaliyyətin qurulması və turizm və rekreasiya zonalarının yaradılması kimi dəstəkverici mexanizmlərin tətbiqi ilə uzunmüddətli inkişafa nail olmaq;
  • sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi turizm növlərini əsas götürərək, regional turizmi daha da inkişaf etdirməklə, Azərbaycanın turizm sektoru üzrə təkliflərini diversifikasiya etmək və uzunmüddətli dövrdə ölkəyə daha çox turistin cəlb edilməsinə nail olmaq;
  • turizm sektorunda göstərilən xidmətlərin keyfiyyət və kəmiyyət göstəriciləri baxımından təkmilləşdirilməsi məqsədilə turizm keyfiyyət sisteminin yaradılması ilə turistlərin məmnunluq səviyyəsinin artırılmasına nail olmaq.

Bu Strateji Yol Xəritəsi ökənin turizm potensialı, imkanları və güclü tərəflərini ortaya qoyan, problemləri prioritetə çevirən və prioritetlərlə bağlı hədəfləri də özündə birləşdirən mühüm bir strateji yanaşmadır.

 “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” Azərbaycanın turizm potensialının səmərəli və məhsuldar istifadəsinə zəmin yaratmaq məqsədi daşıyır.

Azərbaycan 2025-ci ilədək müxtəlif turizm tədbirlərinə ev sahibliyi edəcək, özünün yüksək keyfiyyətli qış idman kompleksləri, xüsusi sağlamlıq turizmi imkanları, unikal təbii gözəllikləri, parkları, dini və kənd turizmi sahəsində mədəni irsinə görə tanınacaq. Bir çox fərqli və etnik mədəniyyət komponentlərinin qorunub saxlanıldığı Azərbaycan kəndləri müasir dünyanın təsirindən kənarda qalmış ənənəvi irsi görməyə maraqlı olan turistlər üçün əsas cəlbedici məkan olacaq. Bununla yanaşı, Azərbaycanda potensial turizm bazasından istifadə etmək üçün dini məkanlar da təşviq ediləcək.

“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin reallaşdırılması üçün bir sıra görülməsi vacib olan işlər də vardır. Belə ki, “Turizm haqqında” yeni qanun layihəsi tezliklə qəbul edilməlidir. Həmçinin alternativ turizm növlərinin inkişafını dəstəkləyəcək qanunvericilik bazası və hüquqi-normativ aktlar hazırlanmalı, “turizm xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyin yüksəldilməsi” ilə bağlı, “turizm agentlikləri birliyi” haqqında hüquqi-normativ aktlar qəbul edilməli, eko-turizm fəaliyyətini tənzimləyən normativ sənədlər hazırlanmalı, dağ-xizək turizminin, turizm məqsədi ilə istifadə edilən təbii və mədəni resursların qorunması ilə bağlı maliyyənin cəlb edilməsi üçün tədbirlər görülməli, turistlərin ölkə ərazisində maneəsiz hərəkəti təmin edilməlidir.


Оставьте ответ

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Перейти к верхней панели