Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Bank və Sığorta
Beynəlxalq İqtisadiyyat
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Makroiqtisadi təhlil
Maliyyə bazarları
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Neft
Nəqliyyat
Nəqliyyat
Qender
Sahibkarlıq
Sənaye
Turizm
Vergi və Rüsumlar
Домохозяйства
İqtisadi Təhsil
USD 1.7000, EUR 1.9343, TRY 0.2909, RUB 0.0254, CNY 0.2469, GEL 0.6589, GBP 2.1630, IRR 0.0040, JPY 1.5333, XAU 2000.3730, XAG 24.9162, XPT 1325.6940, XPD 1518.7545
Testin diktaturası və uzun müddətli pozucu təsirləri: SWOT təhlili
yourstory-education

TESTİN DİKTATURASI VƏ UZUNMÜDDƏTLİ POZUCU TƏSİRLƏRİ: SWOT TƏHLİLİ
tex.e.n. SƏRDAR ŞABANOV
UNEC nəzdində İqtisadi Araşdırmalar ETİ-nin böyük e.i.,
“Statistika və Ekonometrika” kafedrasının dosenti
(050) 543 07 24 (mob)
sardar.shabanov@unec.edu.az {mail.ru; gmail}

Azərbaycanda test sistemi 1992-ci ildən ali məktəblərə qəbul vasitəsi kimi tətbiq olunmağa başlayıb və onun ölkəmizdə 25 illik tətbiq təcrübəsi mövcuddur. Onun tətbiq edilməsindən əsas məqsəd ali məktəblərə qəbul zamanı obyektivliyi təmin etməkdən və müxtəlif neqativ halları aradan qaldırmaqdan ibarət olub. İnsafən qeyd edək ki, bu məqsədlərə də əsasən nail olunub. Lakin bu cür yoxlama üsulunu ali məktəblərdə tədris və təlim zamanı tətbiq etmək və onu əsas yoxlama üsulu kimi təsbit etmək bizim fikrimizcə yanlış və zərərlidir. Niyə? Test üsulunun “+” və “-“ cəhətlərini sadalayaq. Müsbət cəhətlərindən tətbiqinin kütləvi xarakterini, obyektivliyini göstərə bilərik. Perspektiv baxımından distant təhsildə yoxlama üsulu kimi istifadə oluna bilər, məs., SKYPE vasitəsi ilə intervyu formasında. Lakin mənfi cəhətləri daha çoxdur. Yalnız test üsulu ilə yoxlama öyrənmə məqsədlərinə çatmağa imkan vermir. Öyrənmənin 3 əsas məqsədi var: sadə biliyin mənimsənilməsi, bacarıq və vərdişlərin əldə edilməsi və nəhayət, kompetensiyaların formalaşdırılması. Bu məqsədləri psixoloq Bloom 1959-cu ildə aşkarlayıb və şərh edib. Və bundan sonra bu sahəsə təzə bir söz deyilməyib. Görək test üsulu ilə yoxlama bu məqəsdlərdən hansılara çatmağa yetərlidir? Yalnız sadə biliyin olub-olmadığını yoxlamağa. O hətta faktlar arasındakı əlaqəni də düz-əməlli ölçməyə imkan vermir. Test üsulu ilə imtahan verən tələbə yalnıq tez cavab almağa, verilən alternativ cavablardan birini tələsik “qaralamağa” fokuslanır. Düşüncə arxa plana keçir. Bacarıqlar və vərdişlər yoxlana bilmir, hətta tələbə müəyyən məntiqi nəticə alsa da onu şərh etməyə imkan tapmır. Testin nəticələri tələbənin düşünmə aktlarını müşahidə etməyə imkan vermir. Yeni bir “şey”in qurulması və qiymətləndirilməsi məqsədləri test üsulu xaricində qalır. Bu üsul yaradıcılığı heç bir vəchlə təşviq etmir. Nəticədə biz düşünən, yarada bilən tələbə yerinə kəmhövsələ, tez cavab almaq istəyən, düzgün cavabları əzbərləyərək fəndən yalnıq qiymət alıb “canını” qurtarmağa çalışan və son nəticədə 4 illik bakalavratura müddəti başa çatdıqda keyfiyyətsiz “mütəxəssis” alırıq. Bu məzun nə düz əməlli esse yaza bilir, ne referat formalaşdırmaq qabiliyyətinə malik olur, nə də konfranslara tezis və yaxud elmi jurnallara məqalə yazmağı bacarır. Buraxılış işində isə dünyada iqtisadçı məzunlar qarşısında qoyulan riyazi modelləşdirmə fəslini nə özü yaza bilir, ya da ona hətta rəhbəri kömək etsə də alınan nəticələri iqtisadi baxımından şərh etməkdə acizlik göstərir. Belə məzunlar kimə lazımdır və onlardan harada istifadə etmək olar? 4 illik bakalavratura və 2 illik magistratura pilləsində universitetdə mövcud olan tədris planlarında hər sonrakı pillə və kurslarda əvvəlki semestrlərdə tələbənin mənimsəyə bilmədiyi “boşluqlarla” üz-üzəyik. Bu boşluqlar isə artıq zəncirvari əlaqələrlə bağlanıb “keyfiyyətsiz” məhsula xas olan ciddi problemlər yaradır.
Təklif: Özünə güvənən müəllimə icazə verilsin ki, tədris etdiyi fəndən imtahanı yazılı formada götürsün. Müəllim tərəfindən imtahanda qərəzli və neqativ hallara yol verilərsə onun barəsində ciddi ölçü götürülsün.
Məlumdur ki, Azərbaycan Respublikası Prezidenti 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azarbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ni təsdiq edilmişdir. Burada qoyulan əsas strateji hədəflərdən biri də ölkədə insan kapitalının inkişafı məsələsi və onun iqtisadi dəyərə transformasiyasının təmin edilməsi üçün yolların axtarılıb tapılmasından ibarətdir.
Tədrisin uzunmüddətli effeklərini nəzərə alaraq və onun insan kapitalının formalaşmasındakı müstəsna roluna diqqət çəkərək Azərbaycanın çiçəkıənməsi naminə bütün müəllim həmkarlarımızı bu məsələyə münasibət bildirmələrini xahiş edirik.


  1. Hörmətli Sərdar müəllim. Qeyd etdiyiniz məsələ, aktual mövzudur və düşünürəm ki, müzakirə olunmalı olan əsas məsələlərdən biridir. Ali təhsil sistemində qiymətləndirmənin müxtəlif növləri olduğunu siz qeyd etmisiniz. Bildiyiniz kimi, testin də təqdim olunmasının müxtəlif formaları mövcuddur – misal olaraq, 5 cavablı test forması və bu bu 5 cavablı test formasında tələb olunan 3 ayrı doğru cavab. Hər doğru cavabın da ayrı-ayrı qiymətləndirilməsi. Və ya digər çox seçimli test sual formalarını da qeyd etmək olar.
    Yazılı imtahanların isə önəmini tam vurğulamısınız. Yazılı imtahan tələbələri essay yaza bilməyə, elmi araşdırma işi yaza bilmək bacarığına yiyələndirir. Bu isə analitik, yəni təhlili bacarığı yüksəldir. Sizcə, ixtisasdan asılı olaraq test və ya yazılı imtahan sistemi tətbiq etmək olarmı? Yoxsa bütün ixtisaslar üzrə yazılı imtahanı təklif edirsiniz? Məsələn, qeyd edim ki, inkişaf etmiş təhsil sisteminə sahib ölkələrin təcrübəsində hüquq təhsilində şifahi imtahan da mövcuddur. İqtisadi təhsildə əsasən yazılı və test imtahan növləri mövcuddur? Bu barədə fikirləriniz maraqlı olar. Öncədən təşəkkür edirəm.

    • Hörmətli Təhmasib m.,

      yazımıza münasibət bildirdiyinizə görə sizə təşəkkür edirik. O ki qaldı imtahanın formaları məsələsinə, yəqin ki, onu fənn müəllimləri özləri müəyyən etməlidirlər. Məs., xarici dil müəllimi şübhəsiz ki, qarışıq formalardan istifadə edəcək: həm şifahi, həm yazılı, bəlkə həm də test. Məncə müxtəlif profilli müəllimləri dinləsək çoxsayda formalarla üzləşəcəyik. Fənn müəllimlərinin rəylərini almaq maraqlı olardı.

      – Hörmətlə Sərdar Şabanov.

      • Hörmətli Sərdar müəllim,
        Qeyd etdiklərinizlə tam razıyam. Hər fənn hər istiqamətdə bu fərqli dəyərləndirilə bilir. Məsələn, mən Almaniya təcrübəsində görmüşəm ki, hüquq təhsilində şifahi imtahan da keçirirlər.

        – Təhmasib Əlizadə

Şərh bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç