Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Bank və Sığorta
Beynəlxalq İqtisadiyyat
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Makroiqtisadi təhlil
Maliyyə bazarları
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Neft
Nəqliyyat
Nəqliyyat
Qender
Sahibkarlıq
Sənaye
Turizm
Vergi və Rüsumlar
Домохозяйства
İqtisadi Təhsil
USD 1.7000, EUR 1.9876, TRY 0.2688, RUB 0.0249, CNY 0.2477, GEL 0.6504, GBP 2.2363, IRR 0.0040, JPY 1.5178, XAU 2037.1270, XAG 24.0344, XPT 1359.7450, XPD 1676.5910
Professor Məhəmməd Yunusun Davos Dünya İqtisad Forumundakı müraciəti
6777377743_ce7b145e1a_b

Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunus Davosda Dünya İqtisadi Forumu çərçivəsində çıxış edib. Çıxışı zamanı aktual məsələlərə diqqət çəkən professor Məhəmməd Yunusun müraciətini Sizlərə təqdim edirik. Müraciətə aşağıdakı linkdən daxil olub baxa bilərsiniz.

http://unec.edu.az/professor-mehemmed-yunusun-davos-dunya-iqtisad-forumundaki-muracieti/

Qeyd edək ki, 2006-cı ildə Məhəmməd Yunus və onun rəhbərlik etdiyi Qramen Bankı Nobel Sülh Mükafatına layiq görülüb. Professor Məhəmməd Yunus “Wharton” Biznes Məktəbinin “Son 25 ilin ən nüfuzlu biznes adamları” siyahısında 25-ci yerdədir. Daim yenilik axtardığına və səmərəli sahibkarlıq fəaliyyətinə görə “Fortune” jurnalı Məhəmməd Yunusu 2012-ci ilin mart ayında “Dövrümüzün 12 dahi sahibkarları” siyahısında 12-ci yerə layiq görüb. “AsiaWeek” (Honk Konq) təşkilatı isə onu iyirmi dahi asiyalıdan biri kimi seçib. 2008-ci ildə Böyük Britaniyanın “Prospect” jurnalı və ABŞ-ın “Foreign Policy” jurnalı tərəfindən keçirilmiş açıq onlayn səsvermədə, “Top 100 intellektual şəxslər” siyahısında Məhəmməd Yunus dünyanın ikinci ən intellektual adamı seçilib. Professor Məhəmməd Yunus 20 ölkədən olan universitetdə 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatı, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir.

 

 

Karyera qurmaq üçün ən münbit 15 ölkə
diskurs-radio-unec-2-1 - Copy

Universiteti və ya kolleci bitirdikdən sonra gənclər üçün ən mühim məsələ necə iş tapamaqdır. Təbii ki, ali təhsilli işçilər dünyada ən çox tələb olunan işçilərdir. The McKinsey Global Institute-in araşdırmasına görə, 2020-ci ilə qədər artıq qlobal iqtisadiyyatda ali təhsilli işçilərin sayı 40 milyarda çatacaq. Ali təhsilli gənclər müəyyən bir qismi isə öz ölkəsindən kənarda, yəni hər hansı bir xarici ölkədə yaşayıb, çalışmağı üstün tuturlar. Bunun təbii ki, bir çox səbəbi var. Lakin burada ali təhsilli gənclərin əsas məqsədi özlərinə arzuladıqları karyeranı qurmaqdır.

Brend stretegiyası şirkəti BAV və Pensilvaniya Universitetinin Varton Məktəbi ilə əməkdaşlıqla, ABŞ Xəbər və Dünya hesabatı (U.S. News & World Report) qurumu karyera qurmaq üçün ən münbit şəraitə malik ölkələrin siyahısını açıqlayıb.

Ölkələr siyahıya seçilərkən, onların bir neçə parametri, daha dəqiq 7 kriteriya nəzərə alınıb: əmək bazarı, iqtisadi stabillik, biznes mühiti, gəlir bərabərsizliyi, innovasiya, proqressivlik və insanların həmin ölkədə yaşama arzusu. Bu kriteriyaları nəzər alaraq ölkələrin ümumi orta balı müəyyən edilib.

  1. Fransa

Paytaxt: Paris

ÜDM: $2.8 trilyon

Əhali: 66.2 milyon

  1. Avstraliya

Capital: Kanberra

ÜDM: $1.6 trilyon

Əhali: 23.5 milyon

  1. Sinqapur

Kapital: Sinqapur

ÜDM: $298 milyard

Əhali: 5.5 million

  1. Danimarka

Paytaxt: Kopenhagen

ÜDM: $336 milyard

Əhali: 5.6 milyon

  1. Niderland

Paytaxt: Amsterdam

ÜDM: $854 milyard

Əhali: 16.9 milyon

  1. Səudiyyə Ərəbistanı

Paytaxt: Riyad

ÜDM: $748 milyard

Əhali: 30.9 milyon

  1. Rusiya

Kapital: Moskva

ÜDM: $2.1 trilyon

Əhali: 143.8 milyon

  1. İsveç

Paytaxt:  Stokholm

ÜDM: $580 milyard

Əhali: 9.7 milyon

  1. Cənubi Koreya

Paytaxt: Seul

ÜDM: $1.3 trilyon

Əhali: 50.4 milyon

  1. Yaponiya

Paytaxt: Tokio

ÜDM: $4.9 trilyon

Əhali: 127.1 milyon

  1. Kanada

Paytaxt: Ottava

ÜDM: $1.8 trilyon

Əhali: 35.5 milyon

  1. Böyük Britaniya

Paytaxt: London

ÜDM: $2.7 trilyon

Əhali: 64.5 milyon

  1. Amerika Birləşmiş Ştatları

Paytaxt: Vaşinqton

ÜDM: $16.8 trilyon

Əhali: 318.9 milyon

  1. Almaniya

Paytaxt: Berlin

ÜDM: $3.7 trilyon

Əhali: 80.9 milyon

  1. Çin

Paytaxt: Pekin

ÜDM: $9.2 trilyon

Əhali: 1.4 bilyon

Qeyd: Bu yazı Dünya İqtisadi Forumunun rəsmi saytəndakı məlumatlara istinadən hazırlanmışdır.

Link: https://www.weforum.org/agenda/2016/05/the-15-best-countries-to-launch-your-career?utm_content=buffer76999&utm_medium=social&utm_source=facebook.com&utm_campaign=buffer

Alət çubuğuna keç