Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Bank və Sığorta
Beynəlxalq İqtisadiyyat
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Makroiqtisadi təhlil
Maliyyə bazarları
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Neft
Nəqliyyat
Nəqliyyat
Qender
Sahibkarlıq
Sənaye
Turizm
Vergi və Rüsumlar
Домохозяйства
İqtisadi Təhsil
USD 1.7000, EUR 1.9274, TRY 0.3112, RUB 0.0254, CNY 0.2450, GEL 0.6343, GBP 2.2120, IRR 0.0040, JPY 1.4981, XAU 2060.5955, XAG 24.0944, XPT 1421.1575, XPD 1916.0275
UNEC-in iqtisadi platforması “ISE Economic Talks”da müzakirə: “Kriptovalyutalar: qlobal çağırış və Azərbaycan”
https---specials-images.forbesimg.com-dam-imageserve-909704104-960x0.jpg?fit=scale

UNEC-in müəllim və tələbələrinin populyar iqtisadi platforması olan “ISE Economic Talks”a bu dəfə də dünya gündəminin ən çox müzakirə olunan mövzusu çıxarılıb. UNEC-in “Beynəlxalq İqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimi Fəxri Məmmədov“Kriptovalyutalar: qlobal çağırış və Azərbaycan” mövzusunda çıxış edib. Bu sahədə şəxsi təcrübəsini tələbələrlə paylaşan gənc müəllim məsələyə qlobal səviyyədə də yanaşıb. O, dünya iqtisadi və maliyyə sistemində baş verən institutsional dəyişikliklər çərçivəsində Azərbaycanın mövqeyini, kriptovalyutalara Azərbaycandakı yanaşamanı və gələcək perspektivləri təqdim edib.

“ISE Economic Talks” layihəsinin məqsədi UNEC-in müəllim, tədqiqatçı və tələbələrini vahid iqtisadi platformada toplamaq və onların müzakirələrini təşkil etməkdir. Layihə çərçivəsində, qlobal iqtisadiyyatın, eləcə də ölkənın ən aktual iqtisadi mövzu və problemləri müzakirə edilir. Eyni zamanda, dünya bestselleri olan iqtisadi kitabların “Müzakirə günü” təşkil olunur. Ayda iki dəfə keçirilən müzakirələrin mövzuları səsvermə yolu ilə seçilir. Təkliflərə əsasən, yeni müzakirə istiqamətləri müəyyənləşdirilir. Müzakirələr həmçinin UNEC-in virtual iqtisadi forumu olan Diskurs.az-da da yayımlanır.

“ISE Economic Talks” layihəsinin rəhbəri UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasının müəllimi Təhmasib Əlizadədir.

 

http://unec.edu.az/unec-in-iqtisadi-platformasi-ise-economic-talks-da-muzakire-kriptovalyutalar-qlobal-cagiris-ve-azerbaycan/

ISE Economic Talks: “Post-neft dövrünün iqtisadi inkişaf perspektivləri”
aprel 27, 2017
0
41-1024x683

Aprelin 27-də UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “ISE Economic Talks” layihəsinin növbəti müzakirəsi keçirilib.

UNEC-in iqtisadi platformasında bu dəfə də gündəmin ən çox müzakirə mövzularından olan “Post-neft dövrünün iqtisadi inkişaf perspektivləri” mövzusu müzakirə edilib. Mövzu barədə “Beynəlxalq İqtisadiyyat” kafedrasının dosenti, rektorun müşaviri Elşən Bağırzadə çıxış edib.

E.Bağırzadə beynəlxalq təşkilatların yayımladığı hesabatların rəsmi göstəricilərinə diqqət çəkib. Ölkələr üzrə ayrı-ayrı əsas göstəriciləri və onların müqayisəsini təqdim edib. Post-neft dövründə reallaşdırılması mümkün siyasətlərdən bəhs edib, mövcud vəziyyət və gələcək perspektivlərdən söz açıb.

Tələbələrin marağına səbəb olan mövzu müzakirələrlə davam edib.

“ISE Economic Talks” layihəsi haqqında: Layihənin məqsədi UNEC-in müəllim, tədqiqatçı və tələbələrini vahid iqtisadi platformada toplamaq və onların müzakirələrini təşkil etməkdir. “ISE Economic Talks”da qlobal iqtisadiyyatın, eləcə də ölkənın ən aktual iqtisadi mövzu və problemləri müzakirə edilir. Eyni zamanda, dünya bestselleri olan iqtisadi kitabların “Müzakirə günü”nün təşkili də nəzərdə tutulub. Ayda iki dəfə təşkil olunan müzakirələrin mövzuları səsvermə yolu ilə müəyyən edilir. Təkliflərə əsasən, yeni müzakirə istiqamətləri müəyyənləşdirilir. Müzakirələr həmçinin UNEC-in virtual iqtisadi forumu Diskurs.az-da da yayımlanır. Layihənin rəhbəri UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasının müəllimi Təhmasib Əlizadədir.

“ISE Economic Talks”da ilk müzakirə: “Trumponomics”
????????????????????????????????????????????????????????????????????????

Martın 2-də UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “ISE Economic Talks” layihəsinin ilk müzakirəsi keçirilib.

UNEC-in yeni iqtisadi platforması olan “ISE Economic Talks”un ilk görüşündə dünya gündəmində ən çox müzakirə edilən “Trumponomics” mövzusu müzakirəyə çıxarılıb. Mövzu barədə Beynəlxalq İqtisadiyyat Məktəbinin rəhbəri Anar Rzayev çıxış edib. A.Rzayev Trampın “inqilabları”ndan danışaraq, onları elita daxili – siyasi establişment və media, ABŞ oliqarxiyası, eyni zamanda vergi, kapitallar, fiskal, enerji, anti-qlobalizm – populizm, proteksionizm və ksenofobiya inqilabı kimi səciyyələndirib.

A.Rzayev bildirib ki, iqtisadi artımın dövlət xərcləri ilə stimullaşdırılması federal budcə defisitini artıracaq. İnfrastruktur planlar isə FES-in uçot dərəcəsini artırmasına təkan verəcək. Bu, borclanma xərclərini artıracaq və ÜDM-in artmasını əngəlləyəcək, deyə qeyd edib. “ISE Economic Talks” iştirakçıları ABŞ-a yeni sənayeləşmə siyasəti lazımdırmı və post-sənaye paradiqması necə oldu sualları ətrafında fikir mübadiləsi aparıblar.

Müzakirədə bildirilib ki, D.Trampın fiskal genişlənmə siyasəti potensial ÜDM-ilə real ÜDM arasındakı fərqi qət edə biləcəyi inandırıcı deyil. ABŞ-da uçot dərəcələri artacaq. Bu daxili investisiyaları əngəlləyəcək, lakin qlobal kapital axınlarının istiqamətini qəyişə bilər. ABŞ proteksionizmi beynəlxalq əmək bazarından iş yerləri almaqla deyil, daxili vergi bazası ilə gəlirlər fərqinin daha da genişlənməsi və qlobal iqtisadiyyatın inkişafının əngəllənməsilə nəticələnəcək. Uçot dərəcələrinin artması monetarizmin yenidən “qayıtmasına” şərait yaradacaq.

“ISE Economic Talks” layihəsinin məqsədi UNEC-in müəllim, tədqiqatçı və tələbələrini vahid iqtisadi platformada toplamaq və onların müzakirələrini təşkil etməkdir. Layihə çərçivəsində, qlobal iqtisadiyyatın, eləcə də ölkənın ən aktual iqtisadi mövzu və problemləri müzakirə edilir. Eyni zamanda, dünya bestselleri olan iqtisadi kitabların “Müzakirə günü” də təşkil edilir. Ayda iki dəfə təşkil olunan müzakirələrin mövzuları səsvermə yolu ilə seçilir. “ISE Economic Talks” layihəsinin rəhbəri UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasının müəllimi Təhmasib Əlizadədir.

UNEC-in yeni iqtisadi platforması: “ISE Economic Talks”
fevral 9, 2017
0
ise copy 2

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində “ISE Economic Talks” layihəsinə start verilir.

Layihənin məqsədi UNEC-in müəllim, tədqiqatçı və tələbələrini vahid iqtisadi platformada toplamaq və onların müzakirələrini təşkil etməkdir. Layihə çərçivəsində, qlobal iqtisadiyyatın, eləcə də ölkənın ən aktual iqtisadi mövzu və problemləri müzakirə ediləcək. Eyni zamanda, dünya bestselleri olan iqtisadi kitabların “Müzakirə günü” təşkil olunacaq.

Ayda iki dəfə təşkil olunacaq müzakirələrin mövzuları səsvermə yolu ilə seçiləcək. Təkliflərə əsasən, yeni müzakirə istiqamətləri müəyyənləşdiriləcək.

Müzakirələr həmçinin UNEC-in virtual iqtisadi forumu Diskurs.az-da da yayımlanacaq.

“ISE Economic Talks” layihəsinin rəhbəri UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasının müəllimi Təhmasib Əlizadədir.

Layihənin təqdimat videosunu aşağıdakı linkdən izləyə bilərsiniz

https://www.youtube.com/watch?time_continue=89&v=3NvG8Q7_7Oo

Alət çubuğuna keç