Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9479, TRY 0.3020, RUB 0.0259, CNY 0.2451, GEL 0.6308, GBP 2.2135, IRR 0.0040, JPY 1.5131, XAU 2086.5970, XAG 24.8452, XPT 1411.3910, XPD 1835.2095
(Azərbaycan) AİLƏ BİZNESİ SAHİBKARLIĞIN İNKİŞAFINDA UĞURLU MODELDIR
family-business-w556

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Prezidentin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində formalaşdırılacaq “ABAD” ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunu artırmaq üçün geniş imkanlar yaradır. Pilot layihə çərçivəsində “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 1 (bir) milyon manat ayrılmışdır.
“ABAD” layihəsinə təkcə dövlət qurumlarından maliyyə və institsional dəstək göstərilmir, eyni zamanda özəl sektorun da tövhəsi hiss olunmaqdadır. Oktyabrın 21-də SOCAR rəhbərliyi ilə ASAN xidməti arasında keçirilən görüş və imzalanan saziş bu ideyaya marağın artmasını göstərir. SOCAR bu layihəyə dəstək göstərəcək. İnanmaq olar ki, bu ideya populyarlıq qazandıqca ciddi investorların və tərəfdaşlarının sayı durmadan artacaq.
“ABAD” güclü bir layihəyə çevrilməsi üçün təkcə institsional dəstəyin olması deyil, onun bir biznes layihəsi olaraq ictimailəşdirilməsinə ehtiyaca vardır. Müxtəlif media qurumlarında bu ideyanın ortaya çıxma zərurəti ilə bərabər, onun bir biznes konsepsiyası kimi tərəfdaşlara qazandıra biləcəkləri üstünlüklər haqqında təfsilatlı bilgilər verməklə yanaşı, bu istiqamətdə ciddi maarifləndirmə kompaniyasının aparılmasına böyük ehtiyac vardır. Bunu təkcə bir layihə olaraq qiymətləndirmək də doğru olmaz. Bazar iqtisadiyyatına keçid edən bir ölkədə və sosializm ənənələrinin hələ də beyinlərdə qaldığı bir mərhələdə ailələrin gəlir mənbələrinin formalaşmasına yardım etməyə ehtiyac vardır. Bu təkcə ailələrin biznes təşəbbüslərinin stimullaşdırılması yox, eyni zamanda bu ailə insitutlarının dayaqlarının möhkəmləndirilməsinə xidmət edəcək. Çünki, ölkədə il ərzində nigaha daxil olan 100 ailənin 20-22-si müxtəlif səbəblərdən dağılır. Bu kərpiclərin sökülməsində ailənin maliyyə imkansızlığının da rolu az deyil. Demək, biz bu ideyanın uğur qazanaması ilə yanaşı, ölkədə ailə insitutlarının bünövrəsinin möhkəmlənməsin xidmət etmiş olacağıq.
Azərbaycanda ailə biznesinə dövlət dəstəyinin təmin etmək məqsədilə “ABAD” publik hüquqi şəxsin yaradılması ailə təsərrüfatların hərtərəfli dəstəklənməsi məqsədi daşıyır. Biznes planların tərtib olunmasından başlayaraq son məhsulun satışınadək və eyni zamanda maliyyə dəstəyinin göstərilməsinin dəstəklənməsi dövlətin bu sahəyə yüksək qayğı gəstərəcəyini nümayiş etdirir.
Araşdırmalar göstərir ki, iqtisadi böhran şəraitində ailə biznesi modeli ilə işləyən strukturlar daha etibarlı və dayanıqlı təsir bağışlayır. Mütəxəssislər bunu ilk növbədə onunla izah edirlər ki, ailə – etibarlılıq, güvənc deməkdir. Bu mənada ailə münasibətlərinə söykənən biznes modeli də ən çətin anlarda belə etibarlı və güvəncli bir struktura çevrilir. Ailə biznesinin inkişaf istiqaməti fərqlidir o, orta və daha böyük sektora doğru inkişaf edir. Burada ailənin hər bir üzvünün şərəf və məsuliyyət hissi vacib amildir. Ümumi mənafe naminə birlik hissi ailəni birləşdirir, heç kim özünü təkbaşına lider, sahibkar, mütləq hakim hesab etmir. Onlar tədricən inkişaf edərək peşəkar top-menecerlərə, rəqabətə davamlı müəssisənin səmərəli idarəedicilərinə, həm də sıravi üzvlərinə çevrilirlər. Ailə biznesi özünün ənənələrini də yaradır, qoruyur və inkişaf etdirir. Cədvəl 1-də ailə biznesinin ötürülməsinə təsir edən
təhsil formalarınin müqayisəsi qeyd edilmişdir:
Cədvəl 1.

Ailə təsərrüfatları dünyada ən qədim və ən çox yayılan biznes forması hesab edilir. Avropa ölkələrdə ailə təsərrüfatları bazardakı təsərrüfatların 70%-dən çoxunu təşkil edir və ölkənin iqtisadi inkişafında və iş yerlərinin yaradılmasında mühüm rol oynayır. Böyük Britaniyada ölkə firmalarının 75%-i, ABŞ-da 90%-ni, Avropa İttifaqı ölkələrinin 85%-ni ailə biznesi şirkətləri təşkil edir. Nisbətən zəif də olsa, Rusiyada da ailə biznesi inkişaf edir. Məsələn, İspaniyada bazardakı təsərrüfatların təqribən 75%-i ailə təsərrüfatlarıdır və onların ÜDM-də payı 65%-ə çatır. Latın Amerikası ölkələrinə ailə təsərrüfatları büdcə daxilolmalarnın 50% ni təmin edir.
Cədvəl 2-də ailə dəyərinin biznesə təsirinin müqayisəsi qeyd edilmişdir:
Cədvəl 2.
Ailə dəyərlərinin biznesə təsiri

Mənbə: Statistik məlumatlar əsasında müəllif tərəfindən tərtib edilmişdir.

Ailə biznesi ilə tanınmış korporasiyalar inkişaf edərək dünya iqtisadiyyatına təsir edən Rokfeller, Ford, Opal_B, Siemens, Adidas, Samsung Electronics kimi maqnatlar böyümüşlər. Almaniyadakı bütün müəssisələrin demək olar ki, 85 faizi ailə şirkətləri və təşkilatlarıdır. Bu şirkətlərdən ən böyüyü qəhvə satışı ilə məşğul olan “Dalmayr” şirkətidir. Hazırda günümüzdə ailə biznesi ilə məşğul olan ən varlı ailə ABŞ-dan olan Uolton ailəsidir. Ailə «Wal-Mart Stores» supermarketlər şəbəkəsinə sahibdir ki, bu şəbəkənin də tərkibinə 4440 supermarket daxildir. Ailə biznesi 1962-ci ildə qurulub və bu gün ki günümüzdə onlara 217,8 milyard dollar qazandırır.
Hesab edirik ki, ailə təsərüfatlarının inkişafı Azərbaycanda daha çox məşğulluqu artıracaq, büdcə daxilolmalarını diversifikasiya edərək yüksəldəcək. Bu öz növbəsində əhalinin gəlirlərini yüksəldəcək Bu o deməkdir ki, ailə təsərrüfatları milli iqtisadiyyatda mühüm sosial-iqtisadi rol oynayacaq. Ailə biznesinin inkişafını təmin edən əsas faktor sürətlilikdir. Bu baxımdan tələb olunaun prosedurların ASAN-laşdırılması və “ASAN Xidmət” Mərkəzlərinin özünü yüksək səviyyədə doğrultması, insanların bu mərkəzlərə yüksək inamı başlanğıcın uğurlu olmasını şərtləndirir”.
Qeyd: Ailə biznesinin təşkilində bir vacib cəhət də odur ki, bu biznes özünə daha çox inam yaradır. Mümkün deyil ki, aldanasan- deməli, etibar puldan daha önəmlidir. Ona görə də ailə biznesində həm müştəri, tərəfdaşlarla, həm də öz daxillərində konfliktlərə daha az rast gəlinir.

asan

(Azərbaycan) Həmid Həmidov. Ailə büdcəsinin düzgün planlaşdırılmasının sosial-iqtisadi aspektləri
Февраль 22, 2016
3
Aile

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Qənaət rejimi insanların təfəkküründə oturmalı, öz yerini tapmalıdır. Məsələn, Avropa ölkələrində daha az yanacaq yandıran, kiçik tutumlu maşınlara üstünlük verilir. Bizdə isə vətəndaşlar iri “Jeep”lər almağa üstünlük verir ki, həm yer tutur, həm də belə maşınların istismar xərcləri çoxdur. Avropada evi də yığcam tikirlər, amma bizdə ikimərtəbə tikirik, ömür boyu da təmir edirik. Müqayisəli baxanda pulun nə qədər səmərəsiz xərcləndiyini görürük.
Uca Allah buyurur: “Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir”. (Qurani-Kərim, “Əraf” surəsi, 31-ci ayə)
Yuxarıda qeyd edilənləri nəzərə alaraq ailə büdcəsinə qənaət etmənin yollarını aşağıdakı kimi sıralamaq mümkündür:
• Maaş alan gün heç bir alış-veriş etməyin. Belə günlər insan lazımsız xərcləmələr edir;
• Alış-verişə heç vaxt ac getməməyin, yoxsa kassaya yaxınlaşanda səbətinizdə lazımsız və bahalı ərzaqlar görəcəksiniz;
• Qarderobda qənaət etmək üçün çoxfunksiyalı geyimlərə üstünlük verin;
• Küçədə yolüstü xırda-xuruş almaq büdcə üçün dağıdıcı vərdişdir. Bu vərdişi tərgitmək üçün yanınızda az pul gəzdirməniz lazımdır;
• Əgər büdcə çərçivəsindən çıxmaq istəmirsinizsə, əlinizdə pula növbəti dəfə artıq bir şey almaq həvəsi yaranıbsa, bunun nə qədər vacib olduğunu düşünün;
• Bahalı kreditlər kasıblar üçün deyil. Odur ki, gündəlik xərclər üçün borca girmək lazım deyil. Yalnız iri alış-veriş edən zaman borc barəsində fikirləşməyə dəyər;
• Mağazalardakı əşyalara, geyimlərə əllə toxunmayın. Alıcı əllə geyimə nə qədər çox toxunursa, o qədər onu almağa həvəslənir;
• Tərsinə düşünün. Əvvəl xərclərinizi ödəyib daha sonra kənara pul qoymaq yerinə, əvvəl yığıma yönəldəcəyiniz pulu kənara qoyub ondan sonra xərclərinizi planlaşdırın;
• Üç illik plan tutun. Maliyyə mütəxəssisləri üç illik planlar tutmanın faydalı olduğu fikirindədirlər. Buna görə, üç il içində maliyyə baxımından nəyi bacarmaq istədiyinizə qərar verib (məsələn, altı aylıq maaş qədər pul yığmaq, ev üçün ilkin ödəniş yığmaq) ona görə hərəkət edin;
• Özünüzə qaydalar müəyyən edin. Xərclərinizi nəzarət altına almaq üçün özünüzə qaydalar qoyun. Həyatınız baxımından kritik əhəmiyyət daşımayan şeylərə yüzlərlə manat pul xərcləməyin. Alış-veriş edərkən də alacağınız məhsullara görə özünüzə bir üst sərhədi müəyyən edin;
• Gizli varlı kimi yaşayın. Çoxlu milyoner sadə bir həyat yaşayır. Onları gündəlik həyatlarında görənlər varlı olduqlarını anlaya bilməz. Məsələn, Las-Veqaslı milyoner David Sapper, ildə 500 min dollar qazanmasına baxmayaraq aylıq xərclərini 2 min 500 dollarla məhdudlaşdırır;
• Büdcə tutun. Əlinizə keçən pulla etdiyiniz xərclərin qeydiyyatını aparmaq, məqsədlərinizə çatmaq üçün nə qədər pul ayırmalı lazım olduğunuzu baş düşməyinizi təmin edəcək;
• Borcdan xilas olun. Əgər kredit kartı borcu kimi yüksək faizli borclara maliksinizsə bunlardan xilas olmaq birinci prioritetiniz olmalıdır;
• Gəlirinizi artırın. Maliyyəçilər əlinizdəki vəsaitin artırmağın iki yolu olduğu fikirindədirlər: Daha az xərcləmək ya da daha çox yığmaq. Əgər pul yığa bilməyəcək qədər aşağı bir gəlirə maliksinizə, əlavə bir iş görməyi düşünə bilərsiniz. (http://gencaile.az)
Bəzi xərclərə qənaət edin:
• Elektrik enerjisindən ən çox evlərdə suyun qızdırılmasında istifadə edilir. İl ərzində bu işə orta hesabla 1000 – 4000 kvts elektrik enerjisi sərf olunur. Araşdırmalar nəticəsində məlum olub ki, su qızdırıcının dərəcəsini 60°C-dən 49°C-yə salmaqla, suqızdırma xərcini 10% azaltmaq olar;
• Araşdırmalar göstərir ki, il ərzində paltar qurutmaq üçün orta hesabla 360-1400 kvts elektrik enerjisi sərf edilir.Bunu 15% azaltmaq mümkündür;
• Hər il ailələrdə işıqlandırmaya orta hesabla 400-1000 kvts enerji sərf edilir. İşıqlandırma sisteminin təmiz saxlanılması işıqlanma qabiliyyətini artırır. Evi tərk edərkən və ya bir otaqdan digərinə keçərkən işıqları söndürün. Hər bir ailə üzvünün bu qaydaya riayət etməsi elektrik enerjisinə təxminən 35 faiz riayət etməsi deməkdir;

Перейти к верхней панели