Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 2.0981, TRY 0.4202, RUB 0.0279, CNY 0.2704, GEL 0.6964, GBP 2.3933, IRR 0.0037, JPY 1.5793, XAU 2282.0545, XAG 29.2292, XPT 1592.3730, XPD 1754.3660
(Azərbaycan) Texnologiya bizim gələcək işimizi və həyatımızı necə dəyişəcək?!
invisage-technology-header

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Fərz edək ki, biz indiki dövrün azyaşlılarıyıq və bizdən gələcəkdə hansı peşə sahibi olacağımızı, hansı sferada çalışacağımızı soruşsalar, yəqin ki, çox az hissəmiz bu suala dəqiq cavab verə bilər. Bizim bu dövrə qədərki 15-20 illik periodda müşahidə etdiyimiz texnoloji inkişaf və dəyişim əslində gələcəkdə hansı dəyişikliklərin baş verəcəyinə bir işarədir. Güman olunur ki, növbəti dəyişim dalğası karyeraları, işləri və iş strukturlarını kökündən, fundamental olaraq dəyişəcəkdir.

Qiymətləndirmələrə və analizlərə uyğun olaraq, deyə bilərik ki, hazırda orta məktəbdə təhsil alan şagirdlərin 65%-i gələcəkdə işləyəcəyi sahələr yeni olacaq və həmin sahələ bugün mövcud deyil.

Gözlənilir ki, 2020-ci ilə qədər əmək bazarındakı dəyişikliklər sürətlənməyə başlayacaqdır. Ofis və admistrativ funksiyalar manufaktura və istehsal rolları ilə birlikdə növbəti 4 il ərzində 6 milyon rol üzərindən dramatik şəkildə azalma müşahidə olunacaqdır. Digər tərəfdən isə, biznes və maliyyə əməliyyatları kompüter və riyazi funksiyaları ilə birlikdə yüksəliş göstərəcəklər.

tt

Süni intellekt, 3D Print, resursların effektiv bölgüsü və istifadəsi, effektiv istehsal və robotlaşma gələcəkdə bizim hazırki dövrdə istifadə etdiyimiz, idarə etdiymiz və inkişaf etdirdiyimiz məhsullar və xidmətlər üsullar üçün əsas faktorlar hesab olunacaqlar. Burada yeni, inkişaf etdirilmiş avtomat istehsal sistemlərinə olan yüksək tələbi nəzərə alaraq, sonuncu ikisi əslində arxtitektura və mühəndislik sahələrində yeni iş yerləri üçün potensiala sahibdirlər.

Dünya İqtisadi Forumunun (World Economic Forum) HR qərar qəbul edənlər arasında apardıqları sorğulara əsasən, onların 44%-i yeni texnologiyaların mümkün edəcəyi uzaqdan işləməyi, birgə işləməyi və telekonfransı əsas prinsipial dəyişiklik kimi dəyərləndirirlər. Bundan başqa, mobil texnologiya və bulud texnologiyası uzaqdan işləməyə və dərhal əldə etməyə təsirləri, inkişafın əsas aparıcı qüvvələri hesab olunurlar. Bu eyni zamanda, internetə əsaslanan xidmət modellərinin sürətlə yayılmasını da mümkün edir.

Bizim gələcək iş yerimiz ənənəvi ofislər olmaya da bilər, iş yerləri bir mərkəzdə yox, bir neçə bir-birilə qarşılıqlı əlaqədə olan yerdə cəmləşə bilərlər. Onlar virtual konfransların, tam və konstant (sabit) əlaqənin və daşınmanın əsasında mövcud olacaqlar.

Bizim iş günlərimiz fundamental şəkildə indikindən fərqlənəcəklər. Əsas baza məlumatlar, məsələn, real zaman ərzində yollar barədə məlumatlar bizim yollara daha az zaman sərf etməyimizə, işə daha tez getməyimizə, son mənzilə daha tez çatmağımıza səbəb olacaqlar. Artıq evdən işləmək texnologiya ilə daha effektiv hala gələcəkdir.

IV Sənaye İnqilabına əsaslanan texnoloji inkişaf köhnə biznes modellərini yox etməyə qadir olacaq, yeniləri ilə əvəzlənməsini təmin edəcəkdir. Bugün biz artıq biz çox sahədə bu əvəzləmələrin ilkin variantlarını görürük və onların da kifayət qədər uğurlu olduğunu müşahidə edirik. Bu inkişaf eyni zamanda sahibkarlığın, biznesin genişlənməsinə, böyüməsinə və tərəqqisinə gətirib çıxaracaqdır, gəlir mənbələrinin diversifikasiyasına səbəb olacaqdır. Real nümunəni misal olaraq göstərsək, deyə bilərik ki, onlayn platforma olan Airbnb özünün bir neçə illik qısa fəaliyyət dövründə artıq dünyanın böyük otel zincirlərinə sahib şirkətlərindən daha çox otaq təklif edir.

Bu dağıdıcı biznes modelləri bizə fundamental olaraq, istər individual olaraq, istərsə də kompaniya olaraq öz biznesimizi kökündən dəyişməyə səbəb olacaqlar. Məsələn, fermerler öz aralarında informasiya mübasiləsini və bilik transferini təmin etməklə, onlar suvarılmada və ya digər işlərində daha da böyük effektivliyə sahib olacaqlar.

Digər çox mühim məqam isə ondan ibarətdir ki, yeni texnologiyalar bizə çox böyük sosial, ictimai problemlərin həllində yardımçı olacaqlar. Bu yeni texnologiyaların əsasında dayanan İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) böyük həcmdə məllumat bazası ilə transformasional güc ilə əlaqədə olaraq, böyük iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində ağıllı sistemələri dəstəkələyə bilərlər. Ağıllı sistemlər evlərin, zavodların və digər müəssisələrin qarşılıqlı əlaqəsi, enerjidən daha effektiv istifadə iqtisadiyyatda bizim bugün üzləşdiyimiz əsas problemlərin və dekarbonizasiyanın həll edilməsi yolunda çox mühim töhfə verəcəkdir. Biz hələ də ayıq-sayıq olmayıq bu mənada. Texnoloji dəyişikliklər olmasa, biz öz gücümüzdən də maksimum effektiv istifadə etməliyik.

 

Təhmasib Əlizadə
UNEC, Beynəlxalq İqtisadiyyat kafedrası
Qeyd: Bu yazı Dünya İqtisadi Forumun paylaşdığı məlumatlara və onların şəxsim tərəfindən tərcüməsinə əsaslanmışdır. Eyni zamanda yazıda bundan əlavə məlumatlar da istifadə edilmişdir.
(Azərbaycan) AİCT2016. Bakıda beynəlxalq WebOfScience elmi bazasına düşmə fürsəti

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Sardar2016_19Mart

AICT2016 | 10th IEEE International Conference on Application of Information and Communication Technologies

http://aict.info/2016/#sthash.0KOvPVjg

Hörmətli iqtisadçı və İT sahəsindən olan dostlarımız,

Bu konfransa tesiz verə bilib çap olunsanız WebOfScience elmi bazasına düşəcəksiniz.

Bu da dünyada olan №1 elmi bazadır.

Fürsəti qaçırmayın.

  • Hörmətlə Sərdar Şabanov

P.S. 1)Öz adınızı 2)UNEC-in adını 3) Azərbaycan-ın adını beynəlxalq bazaya sala bilərsiniz.

Hər çap olunmuş məruzə tezisi 1 beynəlxalq yazı deməkdir.

UNEC-in beynəlxalq reytinqinə töhvə verə bilərsinizmi? Çalışsanız olacaq, inşallah.

Əliağa Qasımov — Universitet-Sənaye əməkdaşlığı: mövcud problemlər və çağdaş çağırışlar
Dictionary definition of KnowledgeDictionary definition of Knowledge

Universitet-Sənaye əməkdaşlığı: mövcud problemlər və çağdaş çağırışlar

Milli İnnovasiya Sisteminin inkişafını təmin edən əsas amillərdən biri universitet-sənaye əməkdaşlığının formalaşması və genişləndirilməsidir. Bu sahədə müxtəlif nəzəriyyələr mövcuddur. Həmin nəzəriyyələrin xülasəsi olaraq qeyd etmək olar ki, universitet-sənaye əlaqələrinin inkişafının əsas inkişaf amili bu iki təşkilat arasında əlaqələrin onların maraqları əsasında qurulması və buna dövlətin lazımi dəstək göstərməsidir.
Son illərin statistik rəqəmlərinə nəzər yetirdikdə aydın olur ki, ölkəmizdə tədqiqat və işləmənin ÜDM-də payı göstəricisinə görə inkişaf etmiş ölkələr, Şərqi Avropa, bir sıra başqa inkişaf etməkdə olan olkələr və hətta MDB-ə daxil olan ölkələrin əksəriyyətindən aşağıdır. Lakin burada diqqət çəkən başqa əsas məsələ ondan ibarətdir ki, bu göstəricinin strukturuna nəzər yetirdikdə tədqiqat və işləmə xərclərinin sektorlar üzrə bölgüsündə dünya ölkələrinin əksəriyyətində biznes sektorunun böyük paya (ümumi rəqəmdə 60-70%) sahib olmasına baxmayaraq, ölkəmizdə əksinə biznes sektorunun payı çox az, dövlət sektorunun payı isə yüksəkdir. Bu da ölkəmizdə elmi tədqiqatlara biznes sektorunun lazımi diqqət göstərmədiyinə bir misaldır. Bundan əlavə qeyd etmək lazımdır ki, ölkəmiz son ildə Qlobal Rəqabətqabiliyyətlilik indeksində 140 ölkə içərisində 40-cı olmasına baxmayaraq, elmi tədqiqat institutlarının keyfiyyətinə görə 89-cu və universitet-sənaye əməkdaşlığında isə daha aşağı 103-cüdür. Qeyd edilənlər ölkəmizdə bu iki təşkilat arasında əlaqələrin çox zəif olduğunu sübuta yetirir.
Bir sıra mütəxəssislərin fikirlərinə görə ölkədə universitet-sənaye əlaqələrinin inkişafına maneələrdən biri elmi tədqiqatların keyfiyyətinin azlığıdır. Lakin qeyd etmək lazımdır ki, beynəlxalq səviyyəli mütəxəssislərin bildirdiklərinə görə elmi tədqiqatların keyfiyyətinin artırılmasına bir sıra amillər təsir edir. Həmin amillərdən ən əsası əldə olunan nəticələrin kommersiyalaşdırılmasıdır. Tədqiqat müəssisələrində əldə olunan nəticələrin kommersiyalaşdırma amilləri aşağıdakılardan ibarətdir:
— Yüksək səviyyəli tədqiqat
Yüksək səviyyəli tədqiqat innovasiyanı stimullaşdırır. Bu fəaliyyət bacarıqlı insanlar tərəfindən həyata keçirilir və beynəlxalq əlaqələr yaradır. Bu fəaliyyət nəticəsində biznes fəaliyyəti üçün yeni ideyalar yaradılır.
— Tədqiqatların məqsədli olması
Bir sıra ölkələrdə (Almaniya, Böyük Britaniya, Yeni Zelandiya, Kanada və Danimarka) tədqiqatlar mövcud və gələcək, habelə milli əhəmiyyəti olan sahələr üzrə aparılır. Demək olar ki, bütün İƏİT-ə üzv olan ölkələrdə uzunmüddətli milli elm və tədqiqat investisiya siyasəti yürüdülür. Avropa Birliyi ölkələrində milli texnologiyanın gücləndirilməsi məqsədilə strateji tədqiqat prioritetlərinə böyük maliyyə vəsaiti ayrılır. Həmin ölkələr tədqiqatın hədəflərini seçərkən ehtiyac duyulan texnologiyaların tapılması sahəsində sənaye müəssisələri ilə danışıqlar aparılması kimi müxtəlif kritetiyalardan istifadə edirlər.
— Tədqiqat və sənaye müəssisələri arasında əməkdaşlıq
Tədqiqat və sənaye sektoru arasında əməkdaşlıq innovasiya üçün əhəmiyyətli rola malikdir. Beynəlxalq araşdırmalara əsasən innovasiya tədqiqatçıların və sənaye müəssisələrinin məkan baxımından bir yerdə fəaliyəti nəticəsində daha da inkişaf edir. Bir sıra ölkələrdə, xüsusilə də Avstraliyada tədqiqat və sənaye müəssisələri arasında əlaqənin yaradılmasında vasitəçilər önəmli rol oynayırlar. Bu vasitəçilər universitetlər, dövlət tədqiqat mərkəzləri və başqa təşkilatlar tərəfindən yaradıla bilər və onların əsas fəaliyyəti kommersiyalaşdırma imkanları olan eksperimental məsələlərin müəyyənləşdirilməsidir.

Universitet sənaye əməkdaşlıq modelləri
Avropanın bir sıra universitetlərində keçirilmiş araşdırmaların nəticəsinə əsasən universitet-sənaye arasında müxtəlif növ əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıqlar universitetlərin fəaliyyət sahələrini (tədris, elm, xidmət) əhatə edərək aşağıdakılardan ibarətdir: tədris planlarının işlənməsi, həyat boyu öyrənmə, tələbələrin mobilliyi, təhsil işçilərinin mobilliyi, tədqiqat və işləmə nəticələrinin kommersiyalaşdırılması, tədqiqat və işləmə sahəsində əməkdaşlıq, sahibkarlıq və idarəetmə. Bu əməkdaşlıqlar birbaşa şəkildə universitetlərin missiyası və sənaye müəssisələrinin ehtiyacları ilə əlaqədardır.
Universitet-sənaye əməkdaşlığının maneələri
Aparılmış tədqiqatlara əsasən dünya ölkələrinin əksəriyyətində universitet-səneyə əməkdaşlığının inkişafında bir sıra maneələr mövcuddur və həmin maneələrə nəzər yetirdikdə onların Azərbaycanda da mövcud olduğu nəzərə çarpır.
— İnnovasiya maneələri
Firmaların innovasiya problemləri barəsində aparılmış tədqiqatlardan aydın olur ki, onların əsas maneələri – xərc məhdudiyyəti, risk məhdudiyyəti və təşkilati imkanlardır.
— Mövzunun seçilməsində fikir ayrılığı
Firmalar ilə universitetlər arasında özünəməxsus uyğunsuzluq mövcuddur. Bu da universitetlərin əsasən baza tədqiqatlarına əsaslanması və firmaların isə əldə olunmuş nəticələrin kommersiyalaşdırılması sürətinə daha çox diqqət göstərməsindən yaranır. Əməkdaşlıqlar müəyyən xərc tələb edir, nəticələr orta və uzunmüddətdə öz təsirini göstərir. Lakin firmalar qısamüddətli hazırkı biznes mühitini əhatə edən nəticələrə maraqlıdırlar.
— Prioritetlər
Hər bir tərəf müqabilin fərqli fəaliyyətlər əsasında müxtəlif prioritetləri vardır. Tədqiqatçılar çox vaxt biliyin ötürülməsinə üstünlük verirlər, lakin firmalar istehsal formatında çıxışa, yəni son məhsula istiqamətlənirlər. Reputatsiyalarının artması məqsədilə baza sahəsində nəşr olunan elmi əsərlərinin sayının çoxaldılması tədqiqatçıların üstünlük verdikləri məsələlərdəndir. Lakin firmalar tətbiqi sahələrdə tədqiqatın olmasında maraqlıdırlar. Firmalar rəqabət üstünlüklərini saxlamaq məqsədilə universitetlər ilə əməkdaşlıq edirlər. Onlar özlərinin özəl biliklərinin gizli saxlanılmasını istəyirlər və nəşr olunmasının əleyhinədirlər.

Universitet və sənaye əməkdaşlığının motivasiyaları
Universitet və sənaye əməkdaşlığının müvəffəqiyyəti hər bir tərəf müqabilinin missiya və motivasiyasının ehtiyaclarını ödəməyindən asılıdır.
Universitetlərin sənaye ilə əməkdaşlığının motivasiyaları:
— Universitetlərdə sahibkarlıq mədəniyyətinin yaradılması;
— Məzunlar üçün əmək bazarına inteqrasiya;
— Praktiki biliyin əldə edilməsi;
— Universitetlərə royalti ödənişlər;
— Sənaye ilə daha sıx əməkdaşlığına görə yüksək dövlət maliyyələşməsi əldə etməsi;
— Firmanın bilik ehtiyatlarının əldə edilməsi;
— Sənaye ilə əlaqədar informasiyaların (statistik rəqəmlərin) əldə edilməsi;
— Tədris və təlim məqsədilə yeni ideyaların formalaşması;
— İxtisaslı işçi heyətin işlə təmin edilməsi;
— Bilik yaradılması və istifadəsi şəbəkəsinə çıxış imkanının əldə edilməsi;
— Yenilənmiş texniki biliyin əldə eidlməsi;
— Universitet üçün büdcə məhdudiyyətinin artırılması.

Sənaye müəssisələrinin universitet ilə əməkdaşlığının motivasiyaları:
— Əqli mülkiyyət hüququ haqqında səmərəli institutsional siyasət;
— Universitetlərin təchiz olunmuş fakultələrinə asan çıxış imkanlarının əldə edilməsi;
— Universitetlər ilə əməkdaşlığına görə yüksək dövlət maliyyələşməsinin əldə edilməsi;
— Universitetlərdən yüksək ixtisaslı işçi heyətin işlə təmin edilməsi;
— Universitetlər ilə əməkdaşlığına görə vergi güzəştlərinin əldə edilməsi;
— Mövcud məhsulun təkmilləşdirilməsi ilə əlaqədar tədqiqatın sürətləndirilməsi və gücləndirilməsi;
— Cəmiyyətdə şirkətin ictimai təsvirinin möhkəmləndirilməsi;
— Rəqabət üstünlüyünü artıran yeni texnologiyaların və proseslərin əldə edilməsi;
— Satışların və mənfəətin artırılması;
— İşçi heyətin keyfiyyət səviyyəsinin artırılması;
— Istedadlı tələbələrin işə götürmək imkanlarının əldə edilməsi;
— Tədqiqat və işləmə sahəsində şirkətin ümumi məlumatlılığın və bacarıqlarının artması;
— Şirkətdə innovasiya mədəniyyətinin yaradılması.

Nəticə və təkliflər
Bir çox dünya ölkələrində universitet-sənaye əməkdaşlığının mövcud durumu və inkişaf istiqamətləri tədqiq edilərək Azərbaycana uyğun bir model hazırlanmışdır. Müəyyən edilmişdir ki, universitet-sənaye əlaqələrinin formalaşması və inkişafı məqsədilə ölkəmizdə və universitetimizdə bir çox işlər görülmüşdür. Lakin ölkəmizdə elmi tədqiqatların keyfiyyətinin artırılması, təhsilin keyfiyyətinin gücləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı nəticəsində əldə olunan nəticələrin biznesdə tətbiqi ilə ölkədə iqtisadi artımın əldə olunması və həmin praktiki nəticələrə əsaslanan məqalələrin dünyanın nüfuzlu jurnallarında çap edilməsilə universitetin reytinqinin artması, habelə cəmiyyətdə praktiki təcrübəyə malik müəllim və tələbələrə sahib universitetin nüfuzunun güclənməsi məqsədilə bir sıra işlərin görülməsi tövsiyə edilir. Həmin tövsiyələrin bir hissəsi dövlət tərəfindən, bir hissəsi isə universitet tərəfindən həyata keçirilməlidir:
Dövlət tərəfindən həyata keçirilməli tədbirlər:
1. Aparılmış araşdırmalardan müəyyən olunmuşdur ki, dünya ölkələrində universitet ilə sənaye arasında əlaqələrin inkişafına maneələrdən biri sənaye müəssisələrinin tədqiqat və işləmə sahəsində mümkün tərəf müqabilinin tapılmasında çətinliklərlə qarşılaşmalarıdır. Bu problemin həll edilməsi üçün bir sıra inkişaf etmiş ölkələrdə dövlət tərəfindən universitetlərin şəbəkəsi yaradılmış və dövlət tərəfindən idarə olunur. Universitetlərin şəbəkəsi dedikdə ölkədə mövcud olan hər bir universitetin bütün sənaye-universitet əlaqələrini əhatə edə bilən sahələr üzrə koordinasiyası məqsədilə müvafiq onlayn platformanın yaradılması nəzərdə tutulur. Belə bir onlayn platformanın aşağıdakı vəzifələri müəyyənləşdirilməlidir:
— Ölkədə mövcud olan bütün universitetlər arasında universitet-sənaye əməkdaşlıqları sahəsində razılıq əldə edilməli;
— Ölkədə olan hər bir universitetin sənaye ilə əlaqələrini koordinasiya edən portalın yaradılması (portal informasiya xarakterli olmalı, buradan hər bir universitetə giriş imkanları nəzərdə tutulmalı, hər bir universitetin sənaye ilə əməkdaşlıqlarını əhatə edən informasiyalar yer almalı);
— Hər bir universitetdə universitet-sənaye əməkdaşlıqlarının inkişafı ilə əlaqədar fəaliyyət göstərən şöbələrlə sıx əməkdaşlıq edilərək makro səviyyədə ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə müvafiq birgə siyasət yürüdülməli və s.
2. Universitetlərin maliyyələşdirilməsində tələblərin sayı və s. kimi amillərlə yanaşı universitetlərin sənaye ilə əməkdaşlığı faktoru nəzərə alına bilər. Belə ki, hazırki dövrdə universitetlər bir sıra göstəricilərə əsasən dövlətdən maliyyələşirlər. Bu göstəricilərə sənaye ilə əməkdaşlıq səviyyəsini də daxil etmək olar.
3. Innovasiya vauçeri universitet-sənaye əməkdaşlığını gücləndirmək üçün istifadə edilə bilən münasib vasitədir və Niderland, İrlandiya və Böyük Britaniya kimi ölkələrdə müvaffəqiyyətlə sınaqdan keçirilmişdir. Innovasiya vauçerləri dövlətin firmalara (əsasən kiçik və orta müəssisələrə) universitetlərdən və dövlət tədqiqat mərkəzlərindən xidmətlərin alınması üçün kiçik kredit xətlərinin açılmasıdır.
4. Sənaye müəssisələrinə universitet ilə əməkdaşlığına görə vergi güzəştlərinin tətbiqi.
5. Universitet işçilərinin sənaye ilə əməkdaşlığını əhatə edən mükafat sisteminin tətbiqi.

Universitet tərəfindən həyata keçirilməli tədbirlər:
1. Sənaye ilə əlaqələr şöbəsinin yaradılması
Universitetlərin əsas missiyaları tədris və elm olduğundan universitet daxilində belə bir şöbənin yaradılmasının əsas məqsədi universitetin missiyalarına uyğun müvafiq sənaye müəssisələri və dövlət orqanları ilə qarşılıqlı əlaqələrin yaradılmasıdır. Bu şöbənin əsas fəaliyyətinin birincisi müvafiq sayt və yaxud da universitetin saytı çərçivəsində bütün funksiyaları əhatə edən linkin yaradılmasıdır. Bunun vasitəsilə hamının istənilən informasiyasını tez bir zamanda və sürətlə əldə etmə imkanını yaratmaq olar. Qeyd edilən şöbənin vəzifələri aşağıdakılardan ibarət ola bilər:
Tədris üzrə:
1. Tədris planlarının hazırlanması və təkmilləşdirilməsində sənaye müəssisələri və müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakının təmin edilməsi. Belə növ əməkdaşlıq universitetlərdə mövcud tədris planlarının təkmilləşdirilməsi və yeni ixtisaslar üzrə tədris planlarının hazırlanmasını əhatə edir. Universitetlərin ölkədə populyarlığının və universitetlər içərisində reytinqinin artmasına təsir edən əsas amillərdən biri məzunların hansı sürətlə iş əldə etməsidir və bildiyimiz kimi məzunların tez bir zamanda ixtisaslarına uyğun iş əldə etmələri onların peşəkarlıq səviyyələri və ixtisaslarına uyğun bazarda tələbin olmasından asılıdır. Əmək bazarında hansı yeni ixtisaslara tələbin olduğunu, mövcud ixtisasların hansı tədris planları üzrə tədrisinin həyata keçirilməsi zəruriliyini əlaqədar sənaye müəssisələri və dövlət idarələrindən başqa heç kəs dəqiq müəyyənləşdirə bilməz. Bu səbəbdən də tədris planlarının hazırlanmasında və ixtisasların müəyyənləşdirilməsində mütləq sənaye ilə əməkdaşlıq aparılmalı və onların fikirləri əsas götürülməlidir.
2. Müəssisələrin işçi heyətinin təkmilləşdirilməsi təlimləri. Belə növ əməkdaşlıq bir sıra işçi heyətin peşəkarlığının artırılması, onların mövcud və gələcək biznes ehtiyaclarına uyğun olaraq ixtisaslarının təkmilləşdirilməsi məqsədilə tədris proqramlarının və kurslarının təşkilini əhatə edir.
3. Universitet müəllimlərinin sənayeyə və müəssisələrin rəhbər işçilərinin universitetlərdə tədrisə cəlb etmək məqsədilə müvafiq mexanizmin qurulması. Bura universitet əməkdaşlarının sənaye müəssisələrində ixtisaslarına uyğun müvafiq əlavə işlərlə təmin edilməsi və müəssisələrin bir sıra rəhbər şəxslərinin öz fəaliyyət istiqamətlərinə uyğun universitetdə tədris işlərinə cəlb edilməsi məqsədilə lazımi işlərin görülməsi aiddir. Müəllimlərin praktiki məsələlərdə yaxından iştirak edərək öz tədris və elmi fəaliyyətlərinin nəticələrinin artırılmasına səbəb olan və habelə onların qazanc baxımından əlavə gəlirlər əldə etməsinə şərait yaradan sənaye müəssisələrində məsləhətçi və s. vəzifələrdə iştirakını təmin etmək məqsədilə ehtiyacı olan sənaye müəssisələrini bu işə həvəsləndirmək üçün belə növ əməkdaşlıqdan istifadə etmək olar. Habelə tələbələrin təhsil almalarında fundamental elmlərlə yanaşı, praktiki məsələlərin dərindən yiyələnmələri üçün sənaye müəssisələrinin seçilmiş menecerlərinin tədris prosesinə cəlb edilməsi bu proqramın əhəmiyyəti hesab edilə bilər. Belə növ qarşılıqlı əlaqələr universitet-sənaye əməkdaşlığında mövcud olan maneələrin aradan qaldırılmasına mühüm töhfə verə bilər.

Elmi işlər üzrə:
1. Ölkədə mövcud və gələcək mikro (biznes müəssisələri) və makro (nazirliklər, dövlət idarələri və s.) səviyyədə real mövzuların müəyyənləşdirilməsi, onların həlli istiqamətində tədqiqatların aparılması məqsədilə müvafiq şöbələrin (universitet daxilində müvafiq kafedraların, elmi-tədqiqat institutunun, alimlərin) həmin mövzular üzrə tədqiqatlar aparmalarına cəlb edilməsi sahəsində lazımi işlərin görülməsi.
2. Sənaye müəssisələrinə və dövlət orqanlarına universitetin elmi potensialını tanıtmaq məqsədilə davamlı olaraq sənaye müəssisələri və dövlət orqanlarının mütləq iştirakı ilə dəyirmi masa, toplantı, konfrans və s. keçirilməsi.

(Azərbaycan) Addım addım «LİDERLİK»
A conceptual look at leadership and associated concepts.A conceptual look at leadership and associated concepts.

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Liderlik, lider olmaq bugün üzərində ən çox müzakirə olunan, təlimlər təşkil edilən, araşdırılan sahələrdəndir. Mən də həm ixtisasımın tələbi olaraq həm də maraq dairəmə uyğun olduğu üçün liderliyi araşdırmağa qərar verdim.

Liderliklə maraqlanmağa başlayanda ilk addımda  «Liderin İdarəedici» ilə fərqləri ilə əlaqədar  fikirlər qarşımıza çıxacaq. Bunu fikrimizdə tam aydınlaşdırıb idarəedici yox  xarizmatik lider olmağa qərar verəcəyik ki, ikinci addımda qarşımıza «Lider doğulur yoxsa sonradan olur» fikri ilə qarşılaşacağıq. Bu fikir qarşısında mən lider doğulmamışam deyə düşünərək yaxud lider olmaq üçün hələ nə qədər oxumalıyam düşüncəsi ilə əksər insanlar geriyə addım atır.

Mən də geri addım atmamaqçün liderliyi   məni irəli aparacaq şəkildə tərif etməyə çalışdım: Əgər mən dünənimdən bir addım öndəyəmsə, dünənki və ondan əvvəlki bütün «MƏN»lərin lideriyəm.  Sahəsinin lideri olmaq üçün heç vaxt gec deyil sadəcə olaraq ilk addımı atmaq lazımdır. Bugün necə edək, haradan başlayaq deyilirsə aşağıdakı sualları gündəlik cavablandıraraq başlamaq məqsədəuyğun olar.

İstər lider duğulduğumuzu, istər lider ola biləcəyimizi düşünək istərsə də öz tərfimizi verək ancaq öz sahəmizin lideri olmaq üçün ilk adıımı ataq. Hər birimizə uğurlar!

(Azərbaycan) SARDAR SHABANOV. Ph.D. on CS. WHO IS WHO ON UNEC?: COMPARATİVE ANALYSİS
Sardar_Profile

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

 

WebofScience.com saytı artıq Azərbaycanın 40 ali məktəbində əlçatandır.
Bunun üçün biz araşdırmaçılar hörmətli AR Təhsil naziri Mikayıl Cabbarova minnətdarlığımızı bildiririk. Onun davamlı və müsbət təsirini həm araşdırmaçılarımız, həm də dolayısı ilə tələbələrimiz hiss edəcəklər.
Bu o deməkdir ki, müasir dünyanın ən mötəbər elmi biblioqrafiya bazası Azərbaycanlı alim və araşdırmaçılar üçün açıqdır.

Səmərəsi nə olacaq?

Çox ola bilər. Ondan istifadə etməkdə göstərəcəyimiz qeyrətdən asılıdır.
Ulduz filmində psevdoalim «limpartçı» Gülümsərov deyir: «Gör Ulduz nədən yazır?»
Bu elmi bazalar toplusu imkan verir ki, dünyanın ən mötəbər 12700 jurnalında verilən məqalələrdən azından annotasiya, açar sözlər, elmi mərkəzlər, istinadlar və s. aparıcı göstəricilər səviyyəsində xəbərdar olaq.
Bilirsiniz ki, Azərbaycan alimləri hələ ki, ildə 1000-dən az məqalə çap etdirdikləri üçün ölkə olaraq beynəlxalq elmi reytinq cədvəllərinə düşə bilmirlər. Qonşu Türkiyə 19-cu, İran isə 21-ci yerləri tutur.
Azərbaycanda impakt faktorlu jurnallarda məqalələri ən çox fiziklər, riyaziyyatçılar, kimyaçılar çap etdirir. İqtisadçılarımızın məqalələri çox azdır: bir neçə dənə.
Qeyd edim ki, hələ 2009-cu ildə biz AMEA-nın Məruzələrində «Araşdırmaçıların elmi fəaliyyətlərinin qiymətləndirilməsi informasiya sistemi» adlı məqaləni dərc etdirmişdik (AMEA-nın Məruzələri, 2009, LXV cild, №5). Orada AMEA Kibernetika institutunda 2005-2009-cu illərdə çap etdirdikləri məqalələrin keyfiyyətinə görə 100-dən artıq göstərici üzrə əməkdaşların reytinq cədvəllərini qurmuşduq. O zaman üçün bu Azərbaycan elmi məkanı üçün bir yenilik idi. Sonra anoloji yanaşmalar AMEA İnformasiya Texnologiyaları İnstitutunda da (akad. Rasim Alquliyev) tətbiq edildi və hətta onun əsasında əməkdaşların stimullaşdırılması həyata keçirildi.
Təklif: UNEC alimlərinin son beş il üçün WebOfScience- nəşr etdirdikləri əsərlər izlənsin və reytinq cədvəli qurulsun. Bu əziyyəti mən öz üzərimə götürə bilərəm.
Onda məlum olar ki, UNEC-də kim-kimdir? Özü də beynəlxalq səviyyədə. Bizə elə gəlir ki, vəzifələrə təyinatda belə beynəlxalq meyardan istifadə daha obyektiv olar.
Sərdar Şabanov, tex.e.n., UNEC nəzdində İqtisadi Araşdırmalar ETİ-nin böyük elmi işçisi
Sardar_Shabanov@unec.edu.az
(+99450) 543 07 24
Azərbaycan:
(Azərbaycan) Sərdar Şabanov. AZƏRBAYCANDA TƏHSİLİN KEYFİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
quality

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

bloom_taxonomy_of_education

Təhsilin keyfiyyəti iki baxımdan araşırılmışdır. Bunlardan biri PİSA — Məktəblilərin beynəlxalq qiymətləndirmə proqramına, digəri isə AR Prezidenti yanında TQDK-nın ali məktəblərə qəbul üzrə materiallarına əsaslanır.

Əvvəla dünyada təhsil və məşğulluq məsələri barədə müəyyən faktları sadalayaq.

  • Dünyada ümumi savadlılıq nəzərəçarpacaq qədər artır. Dünyada cavanlar arasında savadlılıq 89% təşkil edir, halbuki bu göstərici 1990-cı ildə 83% Qadınlar və kişilər arasında savadlığın artım sürəti arasındakı uçurum azalır. Dünyada savadsız əhalinin 60%-i qadınların payına düşür. Burada ən geridə qalmış yer Əfqanıstandır ki, burada da qadınların savadsızlığı 87% təşkil edir.
  • Təhsilin UDM-də payı Lesoto və Kubada 13% təşkil edir ki, bu da dünya üzrə ən yüksək göstəricidir. Nümunə üçün ABŞ-da rəqəm 5,4% təşkil edir.
  • 1990 və 2012-ci illər arasında Afrika Saxarasından aşağıda ibtidai təhsilə cəlb olunanların sayı 52%-dən 78%-ə çatıb. Qeyd edək ki, 2012-ci ildə dünya üzrə orta qiymət 91% idi.
  • Aşağı insan inkişafı indeksinə malik olan ölkələrdə məktəbdə orta oxuma müddəti 4,2 ildir. Yüksək insan inkişafı indeksinə malik ölkələrdə isə bu göstəricinin qiyməti 11,7 il təşkil edir.

Bizim qənaətimizə görə təhsilin kəmiyyət göstəricilərilərini təmin edən məqamlarla yanaşı təhsilin keyfiyyəti məsalələrinə də xüsusi diqqət ayrılmalıdır. Bu mənada təhsilə çəkilən xərclərin hissolunacaq qədər böyük qismi təhsilin bütün səviyyələrində əsas aparıcı qüvvə olan müəllimlərin inkişafına yönəldilməlidir. Keyfiyyətli müəllim kadrlarının hazırlığına xüsusi diqqət verilməlidir. Müəllimlərin peşə hazırlığının artırılması üçün geniş və səmərəli tədbirlər planı hazırlanmalıdır. Belə ki, istənilən fənnin tədrisində birinci dərəcəli məqam güclü məntiqin olmasıdır. Buna görə də düşünürük ki, müəllimlərə məntiqi məsələlərin həlli istiqamətində treninqlər təşkil edilməlidir. Bundan əlavə xarici dil (xüsusilə də ingilis və rus dilləri) üzrə treninqlər təşkil edilməli, tədris və təlimdə müasir üsullar öyrədilməli, kompyuter və multimedia vasitələrindən istifadə üçün imkanlar təşkil edilməlidir. Müxtəlif fənnlər üzrə fərqli mövzularda nümunəvi videodərslər AR Təhsil nazirliyinin və AR Prezidenti yanında TQDK-nın saytlarında yerləşdirilməlidir ki, müəllimlər onlardan rahat şəkildə istifadə edə  bilsinlər.

Dünya təcrübəsində qabaqcıl ölkələrin təhsil xərcləri ÜDM-in 7-8 faizini təşkil edir. Belə ki, ABŞ-da bu göstərici 5,4%, Norveçdə təxminən 9%, Finlandiyada 8% təşkil edir. Azərbaycanda bu göstəricin qiyməti 2,5%-dir. Dünya ölkələri ilə müqayisə göstərir ki, Azərbaycan bu göstəricini tədricən artırmalıdır.

Azərbaycanda savadlıq səviyyəsi kifayət qədər yüksəkdir. Qeyd edək ki, savadlılıq dedikdə oxuyub-yazmaq bacarıqları başa düşülür.  Belə ki, statistik məlumatlara əsasən Azərbaycanda savadlılıq səviyyəsi 99.8%-dir. Azərbaycanda savadlıq səviyyəsinin quruluşunda 2014-cü il üçün hər 1000 nəfərə düşən ali savadlıların sayı 126 nəfər, orta ixtisas təhsilli mütəxəssislərin sayı isə 85 nəfər təşkil edir. Bu göstəricilər qabaqcıl dünya ölkələrinin göstəricilərindən təqribən 2 dəfə aşağıdır. Skandinaviya ölkələrində isə ali təhsillilərin sayı çox yüksəkdir, məs., Norveçdə 25 yaşdan yuxarı əhalinin demək olar ki, hamısı ali təhsillidir. Müqayisəli təhlil göstərir ki, Azərbaycanda təhsilin bütün pilləri üzrə kəmiyyət göstəricilərinin artırılması üçün geniş meydan var, lakin bunun həyata keçirilməsi üçün xüsusi proqram işlənib hazırlanmalıdır. Belə ki, dünyada belə bir təcrübə mövcuddur ki, universitetlərdə 2 illik institutlar təşkil olunmaqla tələbə qəbulunu genişləndirmək hesabına potensialları nisbətən aşağı olan abituriyentləri buraya yönəltməklə onlara konkret ixtisaslar öyrədilir. Nəticədə konkret ixtisasa yiyələnmiş, universitetlərdə 2 illik təhsil almış, iqtisadiyyatın müxtəlif sahələrində işləyə bilən və müəyyən mənada ali təhsili olan vətəndaşlarımızın sayını artıra bilərik.

Azərbaycanda orta təhsilin keyfiyyəti məsələlərinə iki baxış bucağından baxılmışdır. Bunlardan biri beynəlxalq yanaşma və ölçmə, digəri isə TQDK-nın nəticələrinə əsaslanır.

  1. Beynəlxalq müqayisə: PİSA2006 və 2009 materialları üzrə

Azərbaycanın 15 yaşlı yeniyetmələri dünya üzrə 65 ölkənin qatıldığı yarışmada beynəlxalq qiymətləndirmə PİSA 2006 və 2009-da [bax http://www.oecd.org/pisa/pisaproducts/39725224.pdf — PİSA 2006 Survey] iştirak etmişlər. Program for İnternational Student Assessment (PİSA) – Məktəblilərin beynəlxalq qiymətləndirmə proqramında Azərbaycan 2 dəfə iştirak etmiş və hər dəfə də bu tədbirə 5000-dən artıq məktəbli qatılmışdır. Qiymətləndirmə 3 istiqamət üzrə aparılmışdır: oxuduğunu anlamaq, riyaziyyat və digər elmlər üzrə. 2006-cı ilin nəticələrinə görə bizim məktəblilər oxuduğunu anlamaq üzrə 600 mümkün baldan 353 bal toplayaraq bu istiqamət üzrə dünyada 54-cü yerə çıxıblar. Riyaziyyat üzrə 476 bal ilə 32-ci yerə, digər elmlər istiqaməti üzrə isə 382 bal ilə 55-ci yerə çıxıblar. Toplam ortalama olaraq isə dünya üzrə 64 ölkə arasında 54-cü yeri tutublar.

PİSA 2009-cu il yarışmasında isə oxuduğunu anlamaqda 362 bal (+9 bal irəliləmə), riyaziyyat üzrə 431 bal (-45 bal geriləmə), digər elmlər istiqaməti üzrə isə 373 bal (-9 bal geriləmə) toplayaraq toplam ortalama 64-cü yeri tutublar. Dünya üzrə qiymətləndirmənin nəticələri onu göstərir ki, 2006-2009-cu illərdə Azərbaycan orta təhsili geriləmişdir.

Təəssüf hissi ilə qeyd etməliyik ki, bundan sonra keçirilən PİSA2012 və 2015-ci il qiymətləndirilmələrində Azərbaycan ölkə olaraq iştirak etməyib.

2. Təhsilin keyfiyyətinin qiymətləndirilməsi: TQDK-nın materialları üzrə  2014/2015-ci il üçün

Azərbaycanda orta təhsilin keyfiyyəti məsələlərinə ikinci baxış TQDK-nın yanaşmasına əsaslanır. TQDK-nın məlumatları əsasında 2014/2015 tədris ilində orta məktəbdə buraxılış imtahanlarının və qəbul imtahanlarının araşdırılması nəticəsində müəyyən olunub ki, abituriyentlərin 64,7% qəbul imtahanlarında 200-dən az bal toplamışlar ki, bu da əslində qeyri-məqbul (“2”) deməkdir.

Hesablamışıq ki, normal paylanma qanununa əsasən bu göstəricinin nəzəri qiyməti 6,68% olmalı idi. (Tələbələrimizə tövsiyə edirik ki, bu %-i özləri müstəqil olaraq hesablasınlar).

Real qiymətin 64.7%-in nəzəri qiymətdən 6.68%-dən təxminən 10 dəfə böyük olması Azərbaycanda orta təhsildə anormal vəziyyətin mövcud olduğunu göstərir.

abituriyentlərin ballarının paylanma histoqramlarında  asimmetriya mövcuddur. Bundan başqa ortastatistik abituriyentə nəzərən zəif nəticə göstərənlər sayca üstünlük təşkil edir. Ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 43,89%-i 0-100 bal, 20,76%-i 100-200 bal toplamışlar. 200-300 bal arasında abituriyentlərin 13,61%-i, 300-500 arasında 15,73%, 500-700 bal arasında isə abituriyentlərin 6,01%-i nəticə göstərmişlər.  Azərbaycan bölməsindəki abituriyentlərin sayı 84739 nəfər, rus bölməsində isə 7904 nəfər olub. Azərbaycan bölməsi üzrə median 116,92 bal, rus bölməsi üzrə isə 186,43 bal olub.

Öyrənmənin mərhələlərinin Bloom bölgüsünə (bax: Bloom, B.S. (Ed.). Engelhart, M.D., Furst, E.J., Hill, W.H., Krathwohl, D.R. (1956).Taxonomy of Educational Objectives, Handbook I: The Cognitive Domain. New York: David McKay Co Inc.)  əsasən bizim məktəblilərin böyük bir qismi əzbərçilikdən əl çəkə bilmirlər və oxuduqlarını qavramada çətinlik çəkirlər. Buna görə də öyrənmənin 3-cü mərhələsi olan tətbiqdə və daha sonra gələn təhlil mərhələsində acizlik göstərirlər. Bundan sonrakı sintez və qiymətləndirmə mərhələlərinə isə onlardan çoxu heç gedib çata bilmir. Ona görə də məktəbdə öyrənmə yalnız faktları əzbərləməkdən ibarət olmamalıdır. Əzbərçilik əsasında səthi öyrənmədən düşüncə əsasında öyrənməyə keçmək gərəkdir.

Ali təhsilə gələnlərin, demək olar ki, hamısı orta məktəb məzunlarıdır. Ali təhsildə Bolonya prosesinə uyğun qiymətləndirməni nəzərə alsaq, yəni  0-50 bal “F” (qeyri-məqbul) olduğu üçün əslində ideal vəziyyətdə ali məktəbə qəbul balı ümumiyyətlə, 351 baldan aşağı olmamalıdır (700/2+1). Xüsusi istedad tələb edən ixtisasları (ifaçılıq, rəssamlıq, idman növləri və s.) nəzərə almasaq 351 bal qəbulun aşağı həddi kimi təsbit edilməlidir. Xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 39 universitetdən yalnız 15-nin orta balı 351-dən böyükdür (bax 2014/2015-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının elmi-statistik təhlili. Abituriyent jurnalı, № 12, Bakı, 2014).

Azərbaycan gəncləri yaxşı şəraitə malik olan məktəblərdə oxuyurlar, yəni təhsilin maddi-texniki bazası sahəsində xeyli işlər görülüb. Biz bu qənaətdəyik ki, məktəblərdə müəllimlərin real əmək haqqı (170-190 Azn) xeyli artırılmalıdır və bu zaman nəzərə almaq lazımdır ki,  Azərbaycan üzrə orta əmək haqqı 455 AzN təşkil edir.

Ali məktəbə qəbul olan tələbə orta məktəbin yetirməsi olduğu üçün onların nisbətən zəif hazırlıqlı qismi burada olan çatışmazlıqları ətalət üzrə müəyyən mənada ali məktəbə daşıyır. Lakin ali məktəb məzunlarının keyfiyyəti ilk növbədə əmək bazarında onlara olan tələblə ölçülür ki, bu sahədə müəyyən fikir yürütmək üçün düşünürük ki, ciddi tədqiqata ehtiyac var.

Bizim fikrimizcə iqtisadiyyatın hansı sahələrinin prioritet olacağından asılı olmayaraq Azərbaycanda orta təhsildəki geriliyi aradan qaldırmaq üçün düşünülmüş, sistemli və davamlı iş aparılmalıdır. Peşə, texniki-peşə və orta ixtisas təhsili isə bazarın bugünkü və perspüktiv tələbləri baxımından tənzimlənməlidir.

(Azərbaycan) Emin Qəribli. Müasir bilik iqtisadiyyatının Alma Materləri
knowledge economy

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Shekil yeni

Bir çox mütəxəssislər hesab edirlər ki, bilik iqtisadiyyatı ictimai inkişafın yeni mərhələsidir. Bu gün biliklərə qoyulan investisiyalar artımı əsas fondlara qoyulan investisiyalardan qat-qat çoxdur. Bizim iqtisadiyyatımız da müasir inkişaf dövründə bu kimi çağırışlara hazır olmalıdır. Müasir dövrə uyğun yeni  peşə və ixtisaslar əmələ gəlir və vətəndaşların yeni ixtisaslara vaxtında yiyələnməsində  universitetlərin rolu böyükdür.

Qloballaşma prosseslərinin dərinləşməsi, milli iqtisadiyyatların inteqrasiyası nəticəsində istənilən biliklər 3-5 il ərzində köhnəlir.

Dünya iqtisadiyyatının böhran dövrlərində ən mühüm sosial-iqtisadi problem işsizlikdir və bunun əsas səbəblərindən biri də yeni texnologiyaların tətbiqi ilə əlaqədər bir çox vətəndaşların müasir dövrə uyğunlaşmasının çətin olması, yeni istehsal sahələrinə uyğun gəlməyən vətəndəşların çoxluğudur.

Bu şəraitdə funksional savadsızlıq yaranır və bu vəziyyət təhsilin keyfiyyət problemlərini aktuallaşdırır. Hər yeni nəslin  əmək fəaliyyəti dövründə ən azı 4 yeni texnologiya mənimsəməyə eytiyac duyulur. Bu səbəbdən  təcrübi və nəzəri biliklərin daim yenilənməyə ehtiyacı var.

Dünya təcrübəsi göstərir ki, insanlar daim inkişaf, ömür boyu fasiləsiz  təhsilə üstünlük verirlər (Life Long Learning). Son dövrlər tez-tez dəyişən dünyada yeni texnologiyaların tətbiqi ilə əlaqədar bu sosial-iqtisadi şəraitə uyğunlaşmaq üçün davamlı təhsil almağa ehtiyac duyulur. Bu vəziyyətdən çıxış yolu kimi universitetlərin əsas mənbələrindən biri olan əlavə və distant təhsilə böyük ehtiyac var.

Mütəxəssis həyatı boyu əlavə təhsil alır, ixtisasını artırır, stajkeçmə və attestasiyalardan keçməklə rəqabətqabiliyyətli iqtisadiyyatda mövqe tutmağa çalışır.

Müasir dövrün reallıqları nəticəsində müəyyən tədris xidmətlərinə tələbat yaranıb. Bunlar: ixtisasartırma, yenidənhazırlanma və stajkeçmədir. Bu fəaliyyət çərçivəsində iki istiqamət müyyən olunub.

  • Ali təhsil ixtisası olanların yenidənhazırlanması və ixtisas artırması;
  • Orta ixtisas təhsillilərə yeni peşə verilməsi, yeni texnologiyalar və avadanlıq barədə təlimləndirilməsi.

Bildiyiniz kimi, hörmətli nazir Mikayıl Cabbarov 22 fevralda ANS televiziyasına müsahibəsində bu problemə toxunmuşdur və hətta bu problemin həll olunması üçün “Peşə Təhsili Dövlət Agentliyi” yaranması ilə əlaqədar işlərin görülməsi haqda məlumat vermişdir.

Bu kimi qurum ilk dəfə Fransada 1794-ci ildə yaranmışdır. Onun adı “Milli sənətkarlıq və incəsənət konservatoriyası” adlanırdı. Belə təhsil ocaqlarının tələbələri ümumi Fransa tələbələrinin 40-50%-ni təşkil edir.

Misal üçün, Böyük Britaniyanın əmək qabiliyyətli və ali təhsilli insanlarının 74%-i, orta ixtisas təhsilli əhalinin isə 23%-i hər il  təşkil olunmuş müvafiq təlimlərdə iştirak edirlər. 2000-ci illərin ilk on illiyində Avropa İttifaqının 25-64 yaş arasında olan əhalisinin 42%-i ildə bir dəfə müvafiq təlimlərdə iştirak edib, 10%-i isə bir dəfədən çox həmin təlimlərdə iştirak etmişdir. Lakin bu göstəriciyə görə dövlətlər arası fərq hiss olunandır, belə ki: Avstriyada 89%, Lüksenburq və Slovakiyada 82%, Danimarkada 80%, Finlandiyada 77%, Çexiyada 29%, Litvada 8%, İspaniyada 25%, Yunanıstanda 17%, Macarıstanda isə 12%. (2)

Qeyd etdiyimiz kimi, dünyanın ən tanınmış universitetlərinin əsas maliyyə mənbəyi əlavə təhsildir. Əlavə təhsilin sosial-iqtisadi mahiyyəti də mövcuddur. Belə ki, inkişaf edən сəmiyyətdə bazar iqtisadiyyatının tez-tez dəyişən tələblərə uyğunlaşması üçün bir çox işsiz insanlara da yardım olunur.

Dünyada geniş yayılmış təhsilalma metodlarından biri də Distant təhsildir.

Əsasən ilk dövrlər Distant təhsil peşə və əlavə təlimlər üçün istifadə olunurdu. İndi isə bu təhsildən ali təhsil və doktorantura pilləsində geniş istifadə olunur.

Bu gün dünyada distant təhsilin ortaq tərifi yoxdur. İngilis dilli ölkələrdə əsasən “Distance education”, “eLearning” və “distance learning” kimi terminlərdən  istifadə edilir. MDB ölkələrində isə Distant təhsil termini daha geniş yayılmışdır. Learning sözü Azərbaycan dilində öyrənmək, yəni müstəqil təhsil almaq mənasını verir. İnternet və  ya müxtəlif texniki vasitələrlə müstəqil öyrənib təhsil almaq deməkdir. İngilis dilli müəlliflər üçün “Distance learning”, “eLearning”  Distant təhsilin bir forması kimi qəbul olunur. Nəzərinizə çatdıraq ki, «open and distance learning» ifadəsi işlənəndə learning istifadə edilir. Bu ondan irəli gəlir ki, burada ancaq müəllimsiz, müstəqil təhsil, peşə almaq nəzərdə tutulur. Distant təhsilin mənası: müasir avadanlıqlardan istifadə etməklə öyrənmək – ali təhsil proqramlarını mənimsəməkdir. Qeyd edək ki, müasir şəraitdə tələbələrə ixtisaslara və peşələrə yiyələnmək üçün müəllimlər də kömək edir. Bu səbəbdən Distant təhsil yetkin təhsil sistemidir və “distance learning”, “distance education”  termininin bir komponentidir. Bu fəaliyyəti yönləndirmək, çərçivəyə salmaq çətindir. Dünyada ilk dəfə distant təhsil poçt vasitəsi ilə həyata keçirilib və elm, texnika inkişaf etdikcə distant təhsilin formaları dəyişib. Biz kompüter, internet vasitəsi ilə online distant təhsili ətrafımızda hələ təzə görürüksə, artıq inkişaf etmiş ölkələrdə smartfon ilə təlimlərin keçirilməsinə start verilib. Bəlkə də biz bu məqaləni oxuyarkən onlar artıq daha yeni texnologiyaları tədrisə tətbiq edirlər.

İngiltərə, Türkiyə, Hindistan və İsrail təcrübəsi göstərir ki, ölkənin ağır iqtisadi vəziyyətində dövlət tərəfindən açılan Açıq tipli universitetlərin təcrübəsi bizim üçün də maraqlıdır.

Belə ki, ilk dövrlər yuxarıda qeyd etdiyim ölkələrdə bu tipli universitetlərin yaranması sosial xarakter daşıyırdısa, hal-hazırda həmin universitetlər  dünyanın ən yüksək gəlirli universitetləri hesab olunur.

Hələ, 1969-cu ildə İngiltərədə yaranan Britaniya Açıq Universiteti distant təhsildə inqilabi yenilik etdi. “Açıq” burada maneəsiz, məhdudiyyətsiz təhsil alma imkanı mənasını verir. Belə ki, bilik səviyyəsindən asılı olmadan, orta təhsil attestatı olmadan, lakin oxumaq arzusu və həvəsi olanları universitetə qəbul edirdilər. Açıqlığın digər göstəricisi tədrisi məsafədən, yəni ki,  ölkələrdən, işdən ayrılmadan aparmaq idi. Ən önəmlisi odur ki, universitet dövlət statuslu olduğundan məzun diplom alırdı (akkreditasiya olunmuş).

Universitetin konsepsiyası aşağıdakı bəndlərdən ibarət idi:

  1. Qəbul üçün yaş məhdudiyyətləri qoyulmurdu;
  2. Tədrisin yaradılmasında və təkmilləşdirilməsində tələbələr iştirak etməli idilər;
  3. Özünütəhsilə maksimum nəzər yetirilməli idi;
  4. Tədris planı, kurrikulumlar maksimal dərəcədə tələbələrin fərdi şəraitlərinə və tələblərinə uyğunlaşdırılmalı idi;
  5. Bu və ya digər sahələrdə təcrübəli müəllim-mütəxəssislərin cəlb edilməsi vacib idi;
  6. Şəbəkədaxili tədris materiallarına pulsuz giriş;
  7. Köhnə qiymətləndirmə üsullarının (testlər, mühazirələrdə davamiyyət) çox vaxt obyektiv olmadığından yeni qiymətləndirilmə metodlarını müəyyənləşdirilməli idi.

Səmərəli tələb inkişaf etmiş ölkələrdə bu fəaliyyəti tənzimləyir. Buna rəğmən bu ölkələrdə açıq tipli universitetlər dövlət tərəfindən yaradılıb. İnkişafda olan ölkələrdə səmərəli tələb olmadığından bu fəaliyyət dövlət tərəfindən tənzimlənməlidir.

İnkişafda olan  dövlətlərin, misal üçün, Türkiyə, İsrail, Hindistan, Tailandın təcrübəsi bizim üçün çox böyük maraq kəsb edir. Belə ki, İsraildə və Tailandda hərəsində bir dövlət açıq universiteti (distant təhsil) fəaliyyət göstərir. Universitetlər bakalavr və elmi dərəcə təqdim edirlər.

Distant təhsil verən ali məktəblərin böyük uğurunun səbəbini  onun  ödənişli təhsil formasında axtarmaq lazımdır. Misal üçün, bu gün Türkiyənin Anadolu Universitetinin büdcəsi 1 mlrd. dollara yaxındır. Həmin universitet dövlət universiteti olmasına baxmayaraq, dövlətdən vəsait almır. Türkiyənin hüdudlarından kənarda yaşayan 400-500 min türk orada oxuyur və onların hər biri 1200-1500 avro ödəyirsə, bu ildə 600 mln. avroya bərabər olur.

Anadolu Universiteti bu sahədə əldə etdiyi gəlirləri ölkədə təhsil sahəsinin hərtərəfli inkişafına yönəldir. Universitet birinci siniflər üçün çap edilən dərslikləri sərbəst şəkildə maliyyələşdirir. Ümumiyyətlə, distant təhsil verən universitetlər çox zəngin büdcəyə malik olurlar ki, bunu da ölkə iqtisadiyyatı üçün bir növ dayaq hesab etmək olar.

Bəzi araşdırmalara görə dünya iqtisadiyyatında  son böhran başlayandan əyani kurslara tələbə qəbulu azalıb, lakin Distant təhsilə tələbat artıb. Bunu  əsasən, Distant təhsildə təhsilin ödəniş haqqının aşağı olması ilə izah edirlər, lakin nəzərə alaq ki, artıq son illər Distant Təhsilə tələbat stabil olaraq artır. Belə ki, İDC şirkətinin araşdırmasına əsasən Avropa təhsil bazarının 1/3 hissəsi Distant təhsilin üzərinə düşür. Türkiyədə isə tələbələrin 50%-i Distant təhsil yolu ilə oxuyurlar. Hindistanın İndira Qandi adına universitetində isə bütün dünya üzrə tələbələrin 13-14%-i distant yolu ilə təhsil alırlar. Corton Consulting şirkətinin proqnozlarına görə, bu onilliyin sonuna qədər distant təhsilin dövriyyəsi 50 mlrd-a çatacaq. Ancaq Amerika Birləşmiş Ştatlarının Milli Standartlar və Texnologiya İnstitutunun hesablamalarına görə ABŞ o məbləğə artıq çatıb.

Ambient Insight  təşkilatı tərəfindən aparılan araşdırmaların nəticəsinə görə, MDB ölkələrində distant təhsilin artım tempi 20%-dən çoxdur. Bu göstərici dünya üzrə rekord nəticədir.

Azərbaycanda bu təhsil sisteminin inkişaf etdirilməsi üçün aşağıdakı məsələlərin həll edilməsini məqsədəuyğun hesab edirik:

  • Distant təhsilə olan təlabatın öyrənilməsi və inkişaf perspektivlərinin müəyyən edilməsi;
  • Metodoloji və proqram-texniki baza ilə təmin edilməsi;
  • Xarici təcrübənin (modellərin) öyrənilməsi və onun Azərbaycan şəraitində tətbiq edilməsi;
  • Müvafiq kadr hazırlığı, müəllimlərin, tyutor və proqramçıların hazırlanması.

Distant təhsilin tətbiqi və inkişaf etdirilməsi aşağıdakı probləmlərin həll edilməsinə köməklik edə bilər:

  • Distant təhsilin inkişafı ölkəmizdə bütün təbəqədən olan insanlara təhsil alma imkanı yaradır. Ümumiyyətlə, əhali arasında ali savadlıların sayını və təhsil keyfiyyətini artırır və inkişaf etmiş dövlətlərin səviyyəsinə yüksəlməyə imkan yaradır (İsrail, Hindistan təcrübəsi);
  • Regionda liderə çevrilən Azərbaycanın rabitə peyki orbitə buraxılandan sonra internet və rabitə sisteminin keyfiyyəti yüksələcək və ucuzlaşacaqdır. Bu səbəbdən, üstünlüklərdən istifadə edərək xaricdə yaşayan (Rusiyada, Gürcüstanda, Cənubi Azərbaycanda və s.) azərbaycanlılar bura gəlmədən təhsillərini, peşələrini artırmaq imkanı yaradır;
  • İşsizlik probleminin həll olunmasında böyük rol oynaya bilər (tələbat olan peşələrə yönəlməklə);
  • Qiyabi təhsilin keyfiyyətinin əyani təhsil səviyyəsinə yüksəlməsi (artıq Rusiya və Ukraynada əksər iri universitetlərdə distant qiyabi təhsil adlanır);
  • Dayanıqlı informasiya cəmiyyətinin yaradılmasında müstəsna rol oynaya bilər;
  • Azərbaycan təhsilinin və elminin dünya elm və təhsilinə inteqrasiyasına yol açır.

 

 

Перейти к верхней панели