Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9343, TRY 0.2909, RUB 0.0254, CNY 0.2469, GEL 0.6589, GBP 2.1630, IRR 0.0040, JPY 1.5333, XAU 2000.3730, XAG 24.9162, XPT 1325.6940, XPD 1518.7545
(Azərbaycan) Kənd təsərrüfatı iqtisadiyyatının innovativ inkişaf tipinə keçirilməsi
Tractor workingTractor working

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Kənd təsərrüfatı iqtisadiyyatının innovativ inkişaf  tipinə keçirilməsi kənd təsərrüfatının investisiya cəlbediciliyi və effektivliynin artırılması yolunda  mövcud olan ən mühüm amillərdən biridir. Bu statistik yanaşma baxımından da öz təsdiqini tapmışdır. Həmin statistik yanaşma aqrar iqtisadiyyatın texnoloji inkişafı və intensivləşdirmə səviyyəsini səciyyələndirən amillərin qarşılıqlı təsirinin hesablanmasına əsaslanmışdır.

Böhranın aradan qaldırılması təhlil edilən amillərin nəticə verəbiləcək əlamətlər variasiyasına göstərdiyi təsiri dəqiqliyi ilə üzə çıxarmağa, həmçinin, iqtisadi fəallığın artırılma imkanlarını obyektiv olaraq qiymətləndirməyə imkan verir.

Hesablamalarda iqtisadi-riyazi nümunə aşağıdakı formaya malikdir:

V = A · F İ1 · M İ2.

Burada:

V-  1 ha şumlanmış  torpağa hesablanaraq realizə edilmiş məhsuldur;

F – 1 ha şumlanmış  torpağa hesablanmış fond təchizatıdır;

M – 1 ha şumlanmış  torpağa hesablanmış istehsala edilən məsrəflərdir;

İ1, İ2 – amillərin elastilklik indeksləridir;

А –  təshih etmə əmsalıdır.

Verilmiş bu növün multiplikativ nümunəsini tərtib etməkdən ötrü onun  A, İ1, İ2 kimi parametrləri müəyyən edilmişdir. Bu müəyyənləşdirmə  ən kiçik kvadratlar üsulu (ƏKKÜ) üzrə xətti reqressiv analiz əsasında aparılmışdır. Buna nail olmaqdan ötrü  nəzərdə tutulan funksiyanı xətti loqarifmalaşdırma yolu ilə gətirmək lazımdır:

ln (V) = ln (A · F İ1 · M İ2).

Daha sonra, loqarifmaların xüsusiyyətlərindən istifadə edərək bu ifadəni xətti ikiamilli  reqressiv nümunə şəklində təsəvvür edək:

ln(V) = ln(A) + İ1 · ln(F) + İ2 · ln(M).

Bu təhlil olunan göstəriciləri nəzərə alaraq nümunə aşağıdakı şəklə düşür:

ln(V) = -2,159 + 0,563ln(F) + 0,657ln(M).

1 hektar şumlanan  torpağa hesablanmış mədaxil göstəricilərinin variasiyası təhlil olunan amillərlə 97,4 % təsvir edilir. Əldə edilmiş nümunənin ümumən doğruluq dərəcəsi Fişer-Snedekor meyarının kritik dəyərinin həddini aşması ilə təsdiq edilmişdir. Bu dəyər  (α = 0,05) əhəmiyyət səviyyəsində 93,5-ə bərabərdir.

Öz növbəsində, t-meyarının əsasında İ1 və İ2-nin də dəyərləri  təsdiq edilmişdir: kritik dəyərlər  müvafiq olaraq 2,98 və  4,07-ə bərabərdir.

Bu iqtisadi-riyazi nümunədə  istifadə edilən amillər indikativ əsasda verilmişdir, (onların hesablamaları innovativ inkişafın səviyyəsini xarakterizə edən inteqral əmsalın dəyərləndirilməsi üsulu çərçivəsində aparılmışdır).

Mövcud qarşılıqlı əlaqələri nəzərə alıb amil, korrelyasiya –reqressiya təhlilləri əsasında bərqərar olan meyl və qanunauyğunluqları qoruyub saxlayaraq verilmiş iqtisadi-riyazi nümunənin tətbiq edilməsi kənd təsərrüfatı müəssisələrində istehsalın müxtəlif inkişaf variantlarını qiymətləndirməyə imkan yaradır. Belə ki, ikinci variantın göstəriciləri innovativ inkişaf üçün daha yaxşı uyğunlaşma zonalarına aid edilən rayonlar qrupuna, üçüncü variantın göstəriciləri isə innovasiya baxımından daha fəal olan ərazilərə müvafiq gəlir.

Amillərin indikativ dəyərlərinin nümunəyə gətirilməsi innovasiya ssenarisi əsasinda iqtisadi-istehsalat  göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşdırmasını

müəyyənləşdirməyə imkan yaradır. Bununla yanaşı, ətalətli  inkişafın optimistik variantında innovasiya istehsalına lokal keçidin özü belə vəziyyətin

yaxşılaşdırılmasına gətirib çıxarır. Lakin bu artım perspektivi olmayan, inkişafsız bir artımdır.

Aparılan tədqiqatlar göstərir ki, perspektiv baxımından, innovasiyaların hər yerdə tətbiq edilməsi kənd təsərrüfatı müəssisələrinin iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir, onların sosial,iqtisadi və ekoloji effektivliyinin artırılmasına,  istehsal edilən məhsul vahidi üçün  sərf olunan pul vəsaitləri, maddi xərclərin, həmçinin, kənd təsərrüfatı məhsullarının resurs tutumunun azaldılmasına şərait yaradır. İnnovasiyaların geniş tətbiqi kənd təsərrüfatı məhsullarının rəqabətə davamlıq qabiliyyətini artırmış olur.

 

 

Перейти к верхней панели