Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9349, TRY 0.2835, RUB 0.0253, CNY 0.2464, GEL 0.6570, GBP 2.1620, IRR 0.0040, JPY 1.5345, XAU 1995.6725, XAG 24.6758, XPT 1313.1735, XPD 1457.7500
(Azərbaycan) Yaradıcılığın Üç Mərhələli Modeli.Turan Suleymanov
yardiciliq

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Son zamanlarda cəmiyyətimizdə ən çox müzakirə olunan mövzulardan biri yaradılıq (creativity)  fəaliyyəti  ilə bağlıdır. Bunun da əsas  səbəbi  yaradıcı insanlara  bütün  dövrlərdə böyük  ehtiyacın olmasıdır.Ona  görə ki, yaradıcı  insanlar  həmişə yeniliklər (innovation) gətirir,  zamanın gedişinə  təsir  göstərir , cəmiyyətin inkişafında  mühüm  rol oynayır.  Bu yazımda dar bir çərçivədə olsa da, yaradıcı fəaliyyət  və yeniliklərlə  bağlı bir sıra  fikirlərimi  sizinlə bölüşmək istəyirəm.

İngilis dilindəki “creativity” sözü  dilimizdə yaradıcılıq kimi tərcümə olunur. Yaradıcılıq həm təşkilatı səviyyədə , həm də cəmiyyət səviyyəsində inkişafın əsas amillərdən biri kimi qəbul olunur.  Təsadüfi deyil  ki, dünyanın aparıcı şirkətləri işə qəbul  zamanı fərdlərin qabiliyyətləri və bacarıqları sırasında yaradılıq  fəaliyyətinə  xüsusi önəm verirlər.  Eyni zamanda əksər tanınmış  şirkətlər, təşkilatı səviyyədə yaradıclığı təşviq edir və yaradıcı fikirləri qiymətləndirilər. Hətta bəzi şirkətlər yaradıcılığa özlərinin rəqabət qabiliyyətinin artırılmasının əsas vasitələrindən biri kimi baxırlar.

Yaradıcılıq  istifadəyə yararlı və dəyişik ideya yaratma   qabiliyyəti kimi başa düşülür. Təşkilatı səviyyədə yeniliklərin yaranması prosesinə müxtəlif yanaşmalar və nəzəriyyələr mövcuddur. Belə yanaşmalardan biri də  üç mərhələ modelidir.

Üç mərhələ modelinə görə yaradıcılıq  fəaliyyət üçün ilk növbədə səbəblər olmalıdır. Yaradıcılıq potensialı və yaradıcılıq  mühiti yaradıcı davranışın əsas səbəbləri kimi xarakterizə olunur.  Fövqəladə yaradıcılıq qabiliyyəti ilə fərqlənən insaların xarakteristikalrının  müəyyən qismi əksər insanlarda da mövcudduir. Lakini bu xaraketerisitkalrın çoxluğu insanların yaradıclıq potensialını daha artırır. Bundan başqa, insanların bilik və bacarığı, peşəkarlığı və hər hansı sahə üzrə dərin  məlumatları  onların yaradıcılıq potensialını artıran amillərdən hesab olunur.

Yaradıcılıq potensialının olması özluyundə yaradıcılıq üçün kifayət deyil. Çünki ətraf mühit amillərinin yaradıcılıq potensialının tətbiqində böyük təisiri  mövcuddur. Misal üçün ən önəmli ətraf mühit amillərində biri motivasiyadır. Əgər yaradıcılıq potensialı olan işçinin motivasiyası yoxdursa, onda onun yaradıcı işçi olma ehtimalı çox azdır. Təşkilatlarda olan mükafatlandırma sistemi yaradıcılıq potensialının tətbiqinə təsir göstərən digər önəmli ətraf mühit amildir. Araşdırmalar göstərib ki, Hofstede-in mədəniyyət ölçüsündə individualizm üzrə yüksək rəqəmləri olan ölkələr digərlərindən daha çox yeniliklər tətbiq edirlər.  Digər önəmli ətraf mühit  amili isə, təşkilatın rəhbəri (lideri) və onun təşkilatda yaratdığı təşkilatı mühitdir.

Yuxarıda qeyd olunanlar mövcud  olduğu zaman şirkətlərdə işçilərin yaradıcılıq davaranışı meydan çıxır. Yaradıcılıq  fəaliyyəti     dörd  mərhələdən ibarətdir. Birinic mərhələ  problemin mövcudluğunun dərk  edilməsi  və onun həlli üçün yaradıcı davranışa ehtiyacın məyyən olunmasının vacibliyidir.

Yaradıcı fəaliyyətin  ikinci mərhələsində fərdin şüurunda problemin mümkün həll variantlarlarının məyyən olunması üçün informasiyanın toplnaması prosesi baş verir.

Üçüncü mərhələdə   məlumat və biliklərin əsasında problemin həlli üçün ideyaların yaranması prosesidir.

Yaradıcı  fəaliyyətin  dördüncü mərhələsində ideyaların  qiymətləndirilməsi prosesi baş verir. Bu zaman problemin  həlli üçün ən yaxşı variant qiymətləndirilir və  seçilir.

Yradıcılıq davranışının son məhsulu yaradıclıq nəticəsi adlanır. Yaradıclıq nəticəsi gətirilən yenilik və faydalılığna görə mühakimə oluna bilən ideya və ya problemin həlli yolu kimi tərif oluna bilər. Yaradıcılıq nəticəsinin təkcə yenilik olması kifayət etmir. Bu yenilik həmçinin problemin həllində faydalı olmalıdır.

Son olaraq qeyd etmək istərdim ki, yaradıcı davranışın baş verməsi və onun innovasiyaya çevrilməsi üçün təşkilatı iqlim/mühit  çox onəmli rol oynayır. Səhiyyə sektorunda aparılan araşdırmalar göstərmişdir ki,  sadəcə innovasiyanın güclü şəkildə dəskləndiyi müəssisələrdə əksər hallarda yaradılıq innovasiya ilə nəticləndmişdir.

Turan Suleymanov

Menecment muellimi,

Beynəlxalq İqtisadiyyat Məktəbi

UNEC

Qeyd: Yazıda istifadə olunan məlumatların mənbəyi aşağdakılardır:

Robbins, S. P., & Judge, T. A. (2017). Organizational behavior. Boston: Pearson.

Robbins, Decenzo &Coulter, (2013). Fundamentals of Management.  Prentice Hall, Inc.

 

(Azərbaycan) Üçüncü nəsil universitet və ya Universitet 3.0 nədir?
Universitet 3.0Universitet 3.0

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Bu gün bütün dünyada ali təhsil qurumlarının yeniləndiyini və onlara qarşı gözləntilərdə dəyişikliklərin olduğunu müşahidə edirik. Bu yenilənməyə müxtəlif faktorlar  təsir etsə də fikrimizcə bunlardan ən mühümü formalaşmaqda olan informasiya cəmiyyəti və iqtisadiyyatıdır. Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid və beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər nəticəsində “informasiya iqtisadiyyatı” nəzəriyyəsinin meydana çıxması  bu yeni ekosistemdə ali təhsilin əhəmiyyətini daha da artmışdır. Bunun əsas səbəbi şübhəsiz ki, yeni sistemdə informasiyanın önəminin daha da artmasıdır.

İnformasiya iqtisadiyyatının üç əsas ünsürü vardır: tədqiqat və işləmə, innovasiya (yenilikçilik) və təşəbbüskarlıq. Bu üç amilin birləşməsi nəticəsində əmələ gələn informasiya iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olmuşdur. Bu isə yeni ekosistemdə universitetlərin sənaye müəssisələri ilə əməkdaşlıq etmələrini məcburiyyət halına gətirmiş, universitetlər və elmi tədqiqat institutları klassik vəzifələrindən əlavə bu yeni vəzifəni yerinə yetirmək üçün bütün tərəfdaşları ilə yeni növ münasibətlər qurmağa başlamasına səbəb olmuşdur. Buna misal olaraq universitetlərdə patentlərin, başqa mənbədən maliyyələşən layihələrin artmasını, texnoparklar və inkubasiya mərkəzlərinin qurulmasını, “informasiyanın kommersiyalaşdırılması” məsələlərinin ön plana çıxmasını göstərə bilərik.

Bütün bu yeniliklər fonunda adət etdiyimiz, ənənəvi universitet tipindən fərqli, yeni bir universitet tipinin formalaşması zərurəti ortaya çıxmış, “üçüncü nəsil universitet” anlayışı təklif edilmiş və bir nəzəriyyə formasında təqdim edilmişdir.

Ümumiyyətlə universitetləri tarixi inkişaf baxımından üç yerə ayırmaq mümkündür. Birinci nəsil universitet – orta əsrlər universiteti, ikinci nəsil universitet — Humboldt[1] tipli, elm təməlli universitet, üçüncü nəsil universitet – son zamanlar müzakirə olunan, qismən təşkil olunan universitetlərdir. İnkişaf etmiş ölkələr sonuncu universitet tipinin yayılması istiqamətində xeyli işlər görmüşlər.

İlk universitetlər ortaq və yeganə nümunə əsasında qurulmamışdır. Avropada ilk universitet olan Baloniya Universitetində (1088-ci il) tələbələri mərkəzdə saxlamış və maliyyə mənbəyi tələbələr olmuşdur. Paris Universiteti (1200-ci il) alimləri mərkəzdə saxlamış və maliyyəsi Kilsə tərəfindən təmin edilmişdir. Oksford Universiteti isə (1096-cı il) Kral və dövlət tərəfindən dəstəklənmiş və maliyyələşdirilirmişdir. Bu univer­sitetlərin daha sonra qurulan universitetlərə nümunə təşkil etdiyini söyləmək mümkündür (Vissema, 2009).

İkinci nəsil universitetlərin ilk nümunəsi olaraq Humbold Universiteti (1810-cu il) göstərilir. Baloniya və Humbold Universitetlərinin yaranması arasındakı yeddi yüz il müddət ərzində Avropanın fəlsəfə, təbii elmlər və texnologiya sahələrində sürətlə inkişaf etdiyini, intibah, islahat, əks-islahat hərəkatlarının yaşandığını və nəhayət Maarifçilik dövrünün, sənayeləşmənin və kapitalizmin başladığını müşahidə edirik.

Universitetlərin yuxarıda sadalanan təsnifatını həyata keçirən Prof. Dr. J.G. Vissemanın fikrincə müasir dövrdə universitetlərdən maliyyə mənbəyi yaratmaq və təşəbbüskar olmaq tələb olunur. İkinci nəsil universitetlərlə müqayisədə üçüncü nəsil universitetlərin fərqləndirici xüsusiyyətləri ətraf aləmi kəşf etməkdən daha çox dəyər yaratmada rol oynamaq; tək bir elm sahəsi istiqamətində araşdırma aparmaq əvəzinə fənlərarası araşdırmalara üstünlük vermək; elm insanından daha çox təşəbbüskar insan yetişdirmək, təhsil və ümumbəşəri düşüncə tərzinə malik idarəetmə sisteminə malik omaqdır.

Üçüncü nəsil universitetlərin müzakirə edildiyi indiki vaxtda, universitet bir təşkilat olaraq öz gələcəyini, yeni ictimai amilləri düzgün analiz edilməsi ilə zəmanət altına ala bilər. Müasir universitetlərin yenilənmə məcburiyyətinə təsir edən faktorları aşağıdakı kimi qruplaşdıra bilərik (Vissema, 2009: 21-29):

  1. Ali təhsilin ictimailəşməsi,
  2. Qloballaşma,
  3. Fənlərarası araşdırmaların vacibliyinin artması,
  4. Araşdırmanın əsas informasiya istehsalı modeli olaraq yayılması,
  5. Xərclərin artması,
  6. Universitetxarici sektorların informasiya əsrində müstəqil olaraq ortaya çıxması,
  7. Fərdiliyin, yenilik və təşəbbüskarlıq kontekstində güclənməsi,
  8. Professional idarə etməyə duyulan ehtiyacın artması.

 

Universitet 3.0

Universitet 3.0

Formalaşması və inkişafı bir növ zərurət olan yeni nəsil universitetlər bizim fikrimizcə sadəcə müəyyən ixtisasa yiyələnmiş məzunlar deyil, üzvü olduğu cəmiyyətin tarixi təcrübələrinə və milli-mənəvi dəyərlərinə sahib çıxmaq şərti ilə bütün insanlığa faydalı olacaq məzunlar yetişdirməlidir. Bu isə ümumilikdə universitet anlayışının yenilənməsini tələb edir. Çünki, sənaye inqilabının və sənaye cəmiyyətinin tələblərinə uyğun olaraq təşkil edilmiş universitet tipi ilə postindustrial (sənaye sonrası) cəmiyyətin tələblərinə cavab vermək mümkün deyildir. Ali məktəb tələblərinin diplom almaqdan, ali təhsil qurumlarının isə məzun sayını artırmaqdan daha böyük bir “dərd”ləri olmazsa cəmiyyətdə ictimai məsuliyyət yavaş-yavaş yox olmağa başlayar ki, bu da arzuedilməz problemlərlə nəticələnər.

Sevindirici haldır ki,  ADAU-da son illərdə müasir dünyanın tələblərinə uyğun kadr hazırlanması istiqamətində bir çox addımlar atılmış, xırda və iri miqyaslı layihələr həyata keçirilmişdir. Tələblərə təşəbbüskarlıq qabiliyyətinin aşılanması məqsədi ilə Azərbaycanda ilk dəfə “Təşəbbüs və işgüzarlıq” adlı fənn təsis edilərək “Menecment” və “Marketinq” ixtisaslarında təhsil alan üçüncü kurs tələbələrinə tədris edilməyə başlanmışdır. Bundan başqa, tələbələrin komandada işləmək, öz üzərinə məsuliyyət götürmək və müxtəlif layihələrdə iştirak edərək praktik qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə Tələbə Elmi Cəmiyyətinin (TEC) nəzdində müxtəlif tələbə klubları yaradılmışdır. Professor-müəllim heyətinin və tələbələrin öz ideyalarını məhsula çevirərək bazara çıxara bilməyi üçün çox vacib şərt olan “Aqrobiznes İnkubatoru”nun yaradılması üçün layihə işlənmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilmişdir. Biz inanırıq ki, atılmış ilkin addımlar tezliklə öz bəhrəsini verəcək.

[1] Vilhelm fon Humboldt — (22 İyun 1767, Potsdam- 8 Aprel 1835, Tegel) Alman filosof, dilçi və dövlət adamı. Berlin Universitetinin qurucularındandır(bugünkü Humboldt-Universitätzu Berlin)

WISSEMA, Johan Gooitzen, (2009) Üçüncü Kuşak Üniversitelere Doğru, Çev.:Özyeğin Üniversitesi, Özyeğin Üniversitesi Yayınları, İstanbul,2009.

(Azərbaycan) Təşəbbüskarlıq anlayışı və təşəbbüskarlığın təşviqi

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Ümumi mənada təşəbbüskarlıq anlayışına müəssisənin yaradılması, ehtiyatların toplanması və təsisi və fürsətlərin qiymətləndirilməsi üçün bir təşkilati quruluşun qurulması daxildir. Başqa sözlə təşəbbüskarlıq, təşkilatın yaradılması üçün edilən işlər ilə başlayır və qurulan müəssisənin (təşkilatın) öz özünü idarə edə bildiyi mərhələyə gəldikdə ya da uğursuz olduğu zaman isə sona çatar. Bu çərçivədə, təşəbbüskar fərdi ya da komanda olaraq, fürsətləri diaqnoz edib, bunun üçün lazım olan resursları yığıb təşkilatı quran və davam etdirmə mərhələsinə gətirən şəxslər olaraq təyin oluna bilər.

Avstriyalı iqtisadçı Jozef Şhumpeter təşəbbüskarlığı iqtisadi nəzəriyyəsinin təməllərini atmışdır. Şhumpeterin çıxış nöqtəsi iqtisadiyyatın bir sistem olduğu lakin, dəyişikliyin neo-klassiklərin dediyi kimi xaricdən deyil daxildən gəldiyi fərziyyəsidir. Bu daxili dəyişikliyin reallaşmasını təmin edən isə təşəbbüskarların şəxsən özləridir. Şhumpeter, Theory of Economic Development adlı əsərində, “təşəbbüskar ruhlu yeni firmaların daha az yenilikçi olanları yerlərindən edərək, yəni bir yaradıcı məhvetməyə (creative destruction) səbəb olaraq iqtisadi inkişafın sürətini artırdığı” fikrini müdafiə etmişdir.

Theory of Economic Development ile ilgili görsel sonucu

Şhumpeter Capitalism and Democracy adlı əsərində isə, böyük və sümükləşmiş şirkətlərin dəyişiklə mübarizə apardıqları üçün, təşəbbüskarların yeni firmalar qurub yenilikçi fəaliyyətin artmasına səbəb olduğunu ifadə etmişdir. Şchumpeterin fikrincə, təşəbbüskarların vəzifəsi, bir kəşfi və ya daha kütləvi şəkildə tətbiq olunmamış bir texnoloji yeniliyi istifadə edərək, yeni bir ticarət məhsul ortaya çıxarmaq, ya da mövcud bir məhsulu yeni bir şəkildə istehsalı üçün istehsal formasında islahata getmək və ya yeniləməkdir.

Şchumpeterin tərifində təşəbbüskarlıq yenilik etməyi ehtiva etdiyi üçün təşəbbüskar adı mütəmadi olaraq davam edən bir status deyil. Təşəbbüskar yalnız yenilik edirsə təşəbbüskardır. Başqa sözlə, təşəbbüskarlıq bir anlayış və davranış formasıdır. Bu tərifə görə, hər qurucu ya da professional idarəçi təşəbbüskar deyil, amma, yenilik edən hər qurucu və ya professional idarəçi təşəbbüskardır. Bu tərifə əsasən təşəbbüskarlar fürsətləri istifadə edən və yenilik edəndir, ona görə də təşəbbüskarlar yalnız yeni şirkət quranlar deyildir. Bu səbəbdən firmadaki istənlən işçi də yenilik edərək təşəbbüskar ola bilər. Bu cür təşəbbüskarlar “təşkilatdaxili təşəbbüskar” (intrapreneur) adlanır. Bu mənada təşəbbüskarlıq bir növ, mövcud qaynaqlardan kənarda da imkanların axtarılmasını tələb edən idarəetmədir. Təşəbbüskarlar, imkanları diaqnoz edər, lazım olan resursları bir araya gətirər, praktik bir hərəkət planı tətbiq edər və nəticələrini müəyyən bir zamanda və elastik bir şəkildə əldə edər. Nəticə olaraq təşəbbüskarlıq, yenilikçi dəyişikliyi təşviq edən bir fəaliyyətlərdir. Buna görə də təşəbbüskarlığın inkişafının dəstəklənməsi məsələsi dövlət üçün hər zaman mühüm məsələlərdən biridir.

Təşəbbüskarlığın və innovasiyanın iqtisadi böyüməyə müsbət töhfə verdiyi aparılan elmi araşdırmalarla sübut edilmişdir. Bu araşdırmalarda, yenilikdəki artımın iş qurma və iş ləğvetmə dərəcələrində artımla düz mütənasib olduğu müəyyən olunmuşdur. Amerikada Birçin araşdırması, yeni yaradılan məşğulluğun 80% -inin kiçik müəssisələr tərəfindən təmin edildiyi və əsasən kiçik müəssisələrin Amerika iqtisadiyyatının mühərriki olduğunu ortaya çıxarmışdır. Digər tərəfdən, Baldvin, bazara yeni girən müəssisələrin yenilikçi bir davranış mənimsədikləri və yeni müəssisələrin istehlakçılara mütəmadi yeni məhsullar və yüksək keyfiyyətdə xidmət təqdim edərək yenilikdə iştirak etdiyini müəyyən etmişdir. Audretsch və Thurik araşdırmalarında, yenilik nəzəriyyələrinin hədəfinin müəssisə deyil, təşəbbüskar olması lazım olduğunu vurğulamışdır. Audretsch və Thurik müasir iqtisadiyyatın, tədqiqat və işləmə, təşəbbüs sərmayəsinin və yeni müəssisə qurulmasının təşviq edilməsi vasitəsiylə informasiyanın kommersiyalaşdırılmasına əsaslandığı fikrini müdafiə etmişdir. Bu çərçivədə, yeni qurulmuş müəssisələrə maliyyə təmin edilməkdə, universitet və ictimai araşdırma təşkilatlarında yeni firmalar qurulması dəstəklənir, yeni qurulan yüksək texnologiya firmalarına maliyyə təmin edilməsi üçün yeni səhm bazarları yaradılır.

Belə ki, bir çox dövlətlər təşəbbüskarlığı dəstəkləyəcək və qoruyacaq bəzi tədbirlər həyata keçirir. Əslində bazar iqtisadiyyatının əsas şərtlərindən biri də təşəbbüs azadlığı, yəni bazara daxilolma və bazardan çıxış sərbəstliyidir. Dövlətin kiçik və orta biznes sektoruna dəstək verərək etdiyi müdaxilələrin təməlində, kiçik müəssisələrin bazardakı əlverişsiz vəziyyətindən qaynaqlanan bazar uyğunsuzluğunun (market failure) azaldılması fikri dayanır. Riayət edilməli olan inzibati şərtlərin, öhdəliklərin azaldılaraq bazar şərtlərinin daha bərabər bir quruluşa gətirilməsi və kiçik müəssisələrin performans və rəqabət güclərinin artırılması məqsədini daşıyır.

Təşəbbüskarlıq ilk növbədə, iş yeri yaradılması və böyümədə iştirak etməsi səbəbiylə təşviq edilir. Dövrümüzdə yeni işlərin əksəriyyəti, böyük firmalardan çox yeni və kiçik firmalar tərəfindən yaradılır və bu meyl get-gedə güclənir. Təşəbbüskarlıq nisbətlərində daha böyük artım göstərən ölkələr, işsizlik nisbətində də böyük azalmaya nail olurlar. 1990-cı illər ərzində, sürətlə böyüyən firmalar məşğulluq yaradılması prosesində mühüm töhfələr vermişdir. ÜDM-dəki artım bir çox başqa faktordan təsirlənsə də, araşdırmalar, təşəbbüskarlığı iqtisadi böyüməyə müsbət bir töhfə olduğunu göstərir. Təşəbbüskarlıq, inkişafdan geri qalmış bölgələrdə ictimai və iqtisadi uyğunlaşmanın gücləndirilməsinə, iqtisadi fəaliyyətlərin canlanmasına və iş yerlərinin yaradılmasına və ya işsiz yaxud, əlilliyi olan insanların iş həyatına inteqrasiyasına da öz töhfəsini verə bilər.

İkincisi, təşəbbüskarlıq rəqabət mühitinin təmin edilməsinə töhfə verdiyi üçün təşviq edilir. İstər yeni bir firma qurmaq, istər mövcud bir firmanı yenidən qurmaq (məsələn, müəssisənin başqa birinə verilməsindən sonra) yolundakı yeni təşəbbüslər məhsuldarlığı yüksəldir. Bu cür cəhdlər rəqabət təzyiqini artıraraq digər firmaları fəaliyyətlərini yaxşılaşdırmağa və ya yeniliklərə getməyə məcbur edir. Firmaların artan gücü və gətirdikləri yeniliklər, bütünlüklə iqtisadiyyatın rəqabət gücünü artırır. Bu proses, daha çox seçim imkanı yaradır və daha aşağı qiymətlərlə istehlakçılara də fayda verir.

Üçüncü olaraq, təşəbbüskarlıq insanlara öz potensialına həyata keçirməyə imkanını verdiyi üçün təşviq edilir. İşləmək pul qazanmanın yeganə yolu deyil. İnsanların peşə və iş seçimi prosesində təhlükəsizlik, müstəqillik, görülən işlərin müxtəlifliyi və işə maraq kimi başqa meyarlar də rol oynayır. Təşəbbüskar olmaq bu şəxslərə, özlərinə daha yaxşı bir mövqe yaratma imkanını verə bilir.

  1. Reynolds, təşəbbüskarlığın təşviq edilməsi üçün üç yol təklif edir:

Birinci üsul, uyğun çərçivə şərtlərinin hazırlanmasıdır. İqtisadi fəaliyyətin cərəyan edəcəyi təşkilati qaydaların təmin edilməsi, təşəbbüskarlıq siyasətinin əsas ünsürüdür. Təşəbbüskarlıq üçün sabit bir makroiqtisadi mühit və yaxşı işləyən bir bazar sistemi yaradacaq struktur siyasət lazımlıdır. Dövlət, rəqabətli bazar, təşəbbüs sərmayəsi bazarı daxil olmaqla yaxşı işləyən bir sərmayə bazarı, elastik əmək bazarları yaratmalı, müəssisələrin məruz qaldığı ağır inzibati tənzimləmələri sadələşdirməli və firmanın bağlanması və iflasından qaynaqlanan xərcləri azaltmalıdır.

İkinci yol isə, təşəbbüskarlığı dəstəkləyən ictimai davranışların təşviq edilməsidir. Ölkənin ictimai ünsürləri o ölkənin təşəbbüskarlıq səviyyəsinə təsir edir. Əməkdaşlığa açıq cəmiyyətlərdə, təşəbbüskarlıq daha rahat inkişaf edir və təhsil sayəsində təşəbbüskarlığa istiqamətlənmiş müsbət fəaliyyətlər həyata keçirilə bilir.

Üçüncü olaraq da yaxşı hazırlanmış dövlət proqramları da təşəbbüskarlığı təşviq etmək mövzusunda təsirli olur. Proqramlar, ölkə səviyyəsində və regional səviyyədə ünsürlərin cəmindən meydana gələr. Parça-parça və fərqli sahələrə xitab edən proqramların əvəzinə maliyyə proqramları, təhsil xidmətləri, biznes inkubatorları, elm parkları, iş şəbəkələri, çoxluq (cluster) proqramlarını ehtiva edən daha inteqrasiyalı proqramların inkişaf etdirilməsi daha faydalı olardı. Təşəbbüskarlıq üçün daha sağlam bir mühit yaradıla bilməsi üçün, yerli təşəbbüskarlıq siyasətinin yerinə bir-biriylə qarşılıqlı əlaqədə olan, müxtəlif ünsürlərin bir yerdə olduğu daha əhatəli yanaşmaya sahib bir təşəbbüskarlıq siyasəti yürüdülməlidir.

İzlənilə biləcək spesifik strategiyalara nümunə olaraq aşağıdakılar göstərilə bilər: Mediandan istifadə edərək uğurlu biznes, iş adamı və məhsul profillərini tanıtmaq, yerli iqtisadiyyatın bütün sektorlarında uğurlu təşəbbüskarlar ilə müsahibə proqramı hazırlamaq, 18-25 yaşlarında gənclərin oxuyacağı və təşəbbüskarlıq üçün lazım olan xüsusi bacarıqları qazanacağı bir Təşəbbüs Kolleci qurmaq, təşəbbüskarlıq təcrübə proqramları təşkil edib, şagirdləri müvəffəqiyyətli yerli təşəbbüskarlarla bir araya gətirmək, kiçik biznes yay məktəbləri qurub, kiçik biznesin idarə edilməsi sahəsində kurslar təşkil etmək, məktəbləri kiçik biznes inkubatorları olaraq istifadə edib, məktəb mərkəzli bizneslərin qurulmasını və şagirdlərin potensial işlərini qurmasını təmin etmək və yerli ictimai və xüsusi fondları istifadə edərək kiçik təşəbbüs sərmayəsi fondları yaratmaq.

Hökumətlərin təşəbbüskarlığı canlandırmaq və dəstəkləmək üçün görəcəyi tədbirlər əsas olaraq bu başlıqlarda toplana bilər:

Əvvəlcə təşəbbüskar bir düşüncə tərzi yaradılaraq uğurlu təşəbbüskarlar kütləvi formada tanıdılmalı və bu uğurdan, potensial təşəbbüskarların cəsarət almağı təmin edilməlidir. İkincisi, gənc təşəbbüskarlar, qadınlar və işsizlər kimi müəyyən hədəf qrupları təyin olunaraq, bu qruplara istiqamətlənmiş strategiyanın inkişaf etdirilməsi təmin edilməlidir. Üçüncü, təhsil proqramları, kurs və seminarlarla təşəbbüskarlıq təhsilinin verilməsi təmin edilməlidir. Dördüncüsü, inzibati və hüquqi sahələrdə bazara daxil olmaq üçün maneələrinin aradan qaldırılması və biznes qurma prosesinin sadələşdirilməsi təmin edilməlidir. Beşincisi, yeni işə başlayacaq təşəbbüskarlara quruluş mərhələsində məsləhət və biznes planlaşdırma xidmətlərinin verilməsi təmin edilməlidir. Son olaraq da, təşəbbüskarların maliyyələşdirilməsi sahəsində təşəbbüs sərmayəsi və mələk investor kimi müxtəlif sərmayə mənbələrindən istifadə olunması təmin edilməlidir.

Mələk investorlar yenilikçi və uğurlu ola biləcəyinə dair ümid verən təşəbbüskarlıq layihələrinə quruluş ya da ilk mərhələlərdə maliyyə və təşkilati dəstək təmin edən varlı fərdi investorlara deyilir. Mələk investor şəbəkələri də, mələk investorlar və təşəbbüskarlar arasında əlaqələrin qurulması üçün kömək edir.

Ədəbiyyat:

Nazlı Hezar TANRISEVER “Avrupa birliğinde girişimciliğin teşvik edilmesi için izlenen politikalar ve Türkiye’deki Politikalarin Avrupa Birliği uygulamalarina uyumu

Economic Development ile ilgili görsel sonucu

(Azərbaycan) Təşəbbüskarlıq tədrisi niyə vacibdir?
Təşəbbüskar

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Bu gün demək olar ki hər kəsin adını eşitdiyi və bir çoxumuzun məhsullarından gündəlik istifadə etdiyi bəzi markaları və onların sahiblərini gözdən keçirək: Facebook – Mark Zuckerberg, Google – Larry Page və Sergey Brin, Microsoft – Bill Gates, IKEA – Ingvar Kamprad, Walmart — Sam Walton, Nike — Philip H. Knight, Zara — Amancio Ortega və Rosalía Mera, Apple — Steve Jobs və s.   Bu siyahını daha da uzatmaq olar. Bu qəbildən uğurlu iş adamlarının əsas ortaq xüsusiyyəti tamamilə yeni bir fikri və ya mövcud fikrin yeni formasını məhsula çevirməkdir. Mühüm olan yeni bir məhsul (və ya xidmət) təklif edərək onun istehsalını təmin etmək, bazara birinci daxil olmaq və bazar payının böyük hissəsini əldə etməkdir. Dünyada və ya müəyyən ərazidə əvvəllər mövcud olmayan bir məhsulla (və ya xidmətlə) bazara çıxan şəxslərin adətən beyinlərindəki fikirdən başqa bir sərmayəsi olmur və burada sahibkardan fərqli bir anlayış qarşımıza çıxır – təşəbbüskar və ya mütəşəbbis. Bəs “sahibkar” və “təşəbbüskar” anlayışları arasındakı  fərq nədədir.

Hər şeydən əvvəl sözlərin kökünə nəzər salsaq görərik ki “sahibkar” artıq müəyyən sərvətə və ya istehsal vasitələrinə sahib olan insan, “təşəbbüskar” isə müəyyən bir işi görməyə təşəbbüs göstərən, cəhd edən insandır. Sahibkar və təşəbbüskar arasındakı digər fərq isə birincinin daha az riskli amma gəlirli investisiyalara yönələrkən, ikincinin müxtəlif sərmayələri hər kəsdən əvvəl yatıraraq qabaqcıl olmasıdır. Sahibkarların hamısı keçmişdə təşəbbüskar olmasalar da bütün uğurlu təşəbbüskarlar gələcəkdə sahibkar olurlar. Təşəbbüskarlar bütün diqqətini müəyyən bir fikir üzərində cəmləşdirir və bu fikri məhsula çevirərək bazara çıxar­mağa çalışır, amma sahibkarlar artıq mövcud olan və müəyyən dəyəri olan məhsul və xidmətlərə önəm verirlər. Gəlirlilik minimum həddə, hətta başabaş nöqtəsində olsa belə, fikir üzərinə bütün diqqətini cəmləmiş təşəbbüskar var gücü ilə çalışıb yoluna davam edir. Bu vəziyyətdə olan iş adamı (sahibkar) isə zərərdə olduğu üçün  sürətlə alternativ işlərə keçə bilmək üçün fürsət axtarmağa və bunun üçün əlindən gələni etməyə başlayır. Təşəbbüskar ehtiraslıdır, fikrinə sadiqdir, bu fikir üçün yaşayır və gedəcəyi nöqtələri daima bütün detalları ilə xəyallında canlandırır.  Sahibkar isə  müəyyən iş təklifini açıq-aydın və dəqiq olmasa, daha doğrusu  rəqəmlərlə ifadə edilməsə görə bilməz və nəzərə almaz.

Yuxarıda sahibkar və təşəbbüskar arasındakı fərqlər qısa şəkildə izah edildi. Bazar iqtisadiyyatı şəraitində yaşayan bütün ölkələr üçün hər iki anlayış çox mühümdür. Sahibkarlıq fəaliyyəti və ya idarəetmə qabiliyyəti əsas istehsal amillərindən biri hesab edildiyinə görə “sahibkarlığın əsasları”, “sahibkarlıq” və “menecment” və s. bu kimi dərslər uzun müddətdir dünyanın hər yerində, o cümlədən ölkəmizdə də tədris olunur. Lakin, təşəbbüskarlıq uzun müddət genetik yolla keçən bir qabiliyyət olaraq qəbul edilmiş və onun  tədrisi aparılmamışdır. Son bir neçə onillikdə təşəbbüskarlığın Piter Drukerin dili ilə desək “mistik bir vəziyyət, bir növ sehr və ya sirr” olmadığı anlaşılmış, təşəbbüskarlığın bir fənn olaraq tədrisinin mümkünlüyünə qərar verilmişdir. Müəyyən fəaliyyətə başlamazdan əvvəl təşəbbüskarlıq təhsilinin verilməsi gənclərin gələcəkdə edəcəkləri cəhdlərin müvəffəqiyyət şansının artırılması üçün əhəmiyyətlidir. Xüsusilə gənclərdə yenilikçi və işgüzar davranışların formalaşması üçün təşəbbüskarlıq fənninin böyük əhəmiyyəti vardır. Bu fənnin tədrisi  tələbələrdəki sahibkarlıq potensialını ortaya çıxarmağa kömək edir və öz işlərini qurmağa istiqamətləndirir.

Dünyada təşəbbüskarlıqla bağlı fənlərin tədrisi tarixinə nəzər salsaq ABŞ-ın birinci olduğunu görə bilərik. Amerikada təşəbbüskarlıqla əlaqədar ilk təhsil 1947-ci ildə Harvard Business Schoolda verilməyə başlanmışdır. Bu mövzuda ilk akademik proqramlar isə 1960-cı illərdə başlamış və getdikcə təkmilləşdirilərək daha çox yayılmışdır.

Sidney Universitetində təşəbbüskarlıqla bağlı bir neçə fənn tədris edilir. Bunlar: “Sosial Təşəbbüskarlıq”, “Təşəbbüs və Yaradıcı Sənayelər”, “Təşəbbüskarlığın strukturu və Yenilənmə”, “İnnovasiya və özəl təşəbbüs layihələri” və “Beynəlxalq Təşəbbüskarlıq”dır.  Məhz bu səbəbdən ki,  Avstraliyada xeyriyyəçilik tədbirlərindən tutmuş  film sektorunun inkişaf etdirilməsinə qədər bütün sahələrdə təşəbbüs­kar­lığı beynəlxalq səviyyədə qiymətləndirən geniş məzmunlu dərs proqramları meydana çıxmışdır.

Dünya universitetlərində bakalavr səviyyəsində təşəbbüskarlıq fənləri iqtisadi və inzibati idarəetmə ixtisaslarında daha çox tədris olunur. Lakin, mühəndislik və əczaçılıq kimi digər ixtisaslarda da təşəbbüskarlıqla əlaqədar müəyyən dərslər tədris edilir. Əczaçılıq fakültələrində dərman məhsulları təşəbbüskarlığı, Aqronomluq ixtisasında istixana təşəbbüskarlığı, Maliyyə ixtisasında isə Maliyyə təşəbbüskarlığı və s. kimi spesifik sahələrə istiqamətlənmiş dərslər buna nümunə olaraq göstərilə bilər.

Qardaş Türkiyə respublikasında da təşəbbüskarlıq dərsi xüsusilə son illərdə çox geniş vüsət alaraq və iqtisadiyyat və idarəetmə fakültələrində məcburi, digər əksər fakültələrdə isə seçmə fənn olaraq tədris edilir. Belə ki, Türkiyənin 100 ən yaxşı universitetindən 77-sində təşəbbüskarlıq fənni tədris edilir, qeyd edək ki, dünya üzrə bu rəqəm 69-dur.

Ölkəmizin ali təhsil müəssisələrində sahibkarlıq fəaliyyəti ilə bağlı fənlər tədris edilsə də, təşəbbüskarlıqla bağlı fənlər demək olar ki yox idi. Son dövrlərdə müxtəlif təhsil müəssisələrimizdə bu sahədə müəyyən işlər həyata keçirilməyə başlanması sevindirici haldır.

Azərbaycan Dövlət Aqrar Universitetində də son dövrlərdə aparılan dəyişikliklər nəticəsində tələbələrin istər sahibkarlıq fəaliyyəti ilə bağlı, istərsə də iş dünyasındakı cari vəziyyətlə bağlı məlumatlandırılması istiqamətində uğurlu addımlar atılmışdır. Buna misal olaraq “Tələbə və iş dünyası” klubunun yaradılması, müxtəlif iş adamlarının və dövlət işçilərinin, eləcə də alim və professorların universitetə dəvət edilərək ustad dərslərinin təşkil edilməsi kimi tədbirləri göstərə bilərik. Universitetdə tətbiq edilən yeniliklərdən  biri də 2016 — 2017-ci tədris ili üçün Menecment və aqrar marketinq kafedrasının dərs yükünə “Təşəbbüs və işgüzarlıq” fənninin əlavə edilməsidir. Bu fənnin tədrisi tələbələrimizin yenilikçi ideyalarının və gizli potensialının kəşf edilməsinə kömək edəcəkdir.

Ümid edirik ki, bu tədris ilində yalnız bir ixtisasın tələbələrinə tədris edilən bu fənn gələcəkdə bütün ixtisaslarda  tədris ediləcəkdir.

 

Fərrux RƏHİMOV – Azərbaycan Dövlət Aqrar Universitetinin assistenti

(Azərbaycan) Aqroparklar müasir iqtisadiyyatın tələblərindən biri kimi.
aqropark0002

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Aqrar sahə istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan bütün ölkələrdə əhalinin gündəlik qida tələbatını ödəməsi, sənayeni xammalla təmin etməsi və sənaye məhsullarına tələb yaratması, ÜDM və ixracatda rolu baxımından daima  digər sahələrdən üstün olmuşdur. Əhalinin sayı ilə kənd təsərrüfatına yararlı torpaqların inkişafı tərs mütənasib olduğundan məhsuldarlığın artırılması məsələsi indiki vaxtda daha çox önəm kəsb etməyə başlamışdır. Bu məsələni uğurla həll etmək üçün aqrar sahənin inkişafı və dayanıqlılığının təmin edilməsi məsələsi bioloji, ekoloji, iqtisadi və sosial tərəfləri ilə birgə qiymətləndirilməlidir.

Əhalinin zəruri ərzaq malları ilə təminatı strateji məsələ olduğundan daima dövlətin birbaşa nəzarətində olur. Buna görə də aqrar sahənin inkişaf səviyyəsi baxımından inkişaf etmiş ölkələr həmişə üstün mövqedə olmuşlar. Kənd təsərrüfatı məhsulları ixracında paylarına görə ölkələr siyahısında  ilk beşlik ABŞ, Braziliya, Çin, Kanada və Hindistandır. Ayrı-ayrı məhsul növləri üzrə Türkiyə, Rusiya, Almaniya, İtaliya, Misir və İran respublikaları da ön sırada yer alır. Qardaş Türkiyə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2013-cü il məlumatlarına əsasən fındıq, heyva, albalı, əncir, və ərik istehsalı üzrə dünya lideri, həmçinin, müxtəlif məhsullar üzrə ilk beşlikdə yerləşir.

Azərbaycan Respublikası da istər sahib olduğu məhsuldar torpaqlar, istər müxtəlif iqlim tiplərini özündə birləşdirən coğrafiyası kimi fiziki göstəricilər, istərsə də kənd təsərrüfatının ənənəvi sahə olması səbəbiylə aqrar sahədə özünəməxsus yer tutmağa qadirdir. Aqrar sahənin inkişafı üçün tədqiqat və işləmənin, istehsal edilən informasiyanın kommersiyalaşdırılması fonunda yeni fürsətlər dəyərləndirilir və bu sahədə lazımı qanunvericilik formalaşdırılır.  Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti tərəfindən 3 may 2011-ci il tarixdə “Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə” sərəncam imzalanmışdır. Bu və buna bənzər sərəncamların icrası zamanı düzgün informasiyanın istehsal edilərək yayılması ilə fermerlərin maarifləndirilməsi və istiqamətləndirilməsi, uzun müddətli dövrdə birbaşa maliyyə dəstəyi  kimi məsələnin müvəqqəti həllindən daha faydalı olardı. Aqrar yönümlü texnoparklar və ya aqroparklar məhz bu məqsədlə yaradılır və inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidentinin 16 aprel 2014-cü il tarixli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən 15 noyabr 2014-cü il tarixində Şəmkir şəhərində ilk aqroparkın təməli atılmışdır. Təməlqoyma mərasimində iştirak edən ölkə başçısına İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “Aqropark” inkişaf konsepsiyası barədə məlumat vermişdir. “Bildirmişdir ki, bu konsepsiya ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.”[1. 03.04.2016]. “Şəmkir Aqropark” bir və ya bir neçə növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və marketinqi ilə əlaqədar fəaliyyətlərin vahid istehsal məkanında, bir ərazidə kombinə olunmuş təsərrüfatçılıq subyektidir [2. 03.04.2016].

Aqropark

İnformasiyaya malik olmağın əsas güc və gəlir mənbəyi olduğu, rəqabət üstünlüyü əldə etməyin iki əsas üsulundan biri olduğu və əhəmiyyətinin günbəgün artdığını müasir iqtisadiyyat şəraitində təbii olaraq əsas informasiya istehsalçıları olan ali məktəblərin və elmi-tədqiqat institutlarının əhəmiyyəti daha da artmışdır. Aqrar mütəxəssislərin hazırlanması sahəsində Azərbaycanda yeganə ixtisaslaşmış ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetində də son zamanlar ölkədə həyata keçirilən məqsədyönlü tədbirlərdin tərkib hissəsi olaraq: elmi-texniki baza yenilənir, yeni laboratoriyaların, mərkəzlərin yaradılması və təhsilin keyfiyyətinin artırılması istiqamətində uğurlu işlər görülür.

Buna nümunə olaraq Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəz­dində təşkil edilmiş ümumi sahəsi 254  olan “Quşçuluq tədris-təc­rübə mərkəzi” göstərilə bilər. Mərkəzin 200  sahəsində müa­sir tələblərə cavab verən ferma inşa edilmiş, 30 ərazidə laboratoriya yaradılmış və avadanlıqlarla təchiz olun­muşdur. Burada kənd təsərrüfatı quşlarının bəs­lən­məsi, yetişdirilməsi, tələbələrə quşçuluq sahəsində mü­asir texnologiyaların öyrədilməsi, elmi-tədqiqat işlərinin aparılması, zootexniki-baytarlıq tədbirlərinin aparılma qaydaları, müasir diaqnostika üsullarının tətbiqi və s. bu kimi işlər həyata keçi­rilir. Mərkəzdə 30-35 gün ərzində ilk mərhələdə 3000 ədəd və ikinci mərhələdə 1500 ədəd broyler cinsli quş yetiş­diril­mişdir. Mərkəzdə 4 nəfər tələbə işlə təmin edilmişdir [3. 03.04.2016].

Universitetdə quşcuğun inkişafı məqsədilə yaradılmış ikinci mərkəz 2015-ci ildən əsası qoyulan bildirçin yetişdirmə üzrə tədris mərkəzidir.  Mərkəzin əsas məqsədi tələbələrə tədris prosesinin təcrübi hissəsini çatdırmaq və  laboratoriyalar vasitəsilə eksperimental təsərrüfatlarda gələcək peşəsinə dair praktik biliklərlə sahib olmağa imkanın yaradılmasıdır. Bildirçin yetişdirmə üzrə Tədris mərkəzinin işinin əsas istiqaməti intensiv texnologiya əsasında bildirçinlərin bəslənməsi, müasir şəraitdə bildirçinlərin yetişdirilməsində 3 mərtəbəli qəfəsli batareyalardan istifadə etməklə yüksək nəticələrin əldə edilməsidir [3. 03.04.2016].

Bunlardan əlavə universitetdə qapalı və açıq balıq yetişdirmə laboratoriyası, taxıl və paxlalı bitkilər laboratoriyası, alternativ enerji mənbələri üzrə sahə elmi-tədqiqat laboratoriyası, tədris — təcrübə təsərrüfatları, maşın-traktor parkı kimi maddi-texniki vasitə­lərlə təchiz edilmiş mərkəzlər fəaliyyət göstərir. Bütün bu maddi-texniki təchizat və elmi-pedaqoji heyyətin potensialından daha səmərəli istifadə etməklə, istər k

adr hazırlığının keyfiyyətini artırmaq, istərsə də aqrar sahədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi təsərrüfatlarla daha yaxşı əlaqələri təmin etmək məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində aqroparkın təşkil olunması məqsədəuyğun olardı. Qeyd edildiyi kimi bu sahədə qanunvericilik hazırlanmış, Şəmkir şəhərində aqropark təşkil edilmişdir. Bu istiqamətdə dünya təcrübəsini və, bir çox xüsusiyyətlərinə görə Azərbaycana bənzəyən Türkiyə Cümhuriyyətinin də təcrübələrini nəzərə alaraq ən əlverişli coğrafi mövqeyə və təşkilati-idarəetmə strukturuna malik aqroparkın qurulmasının səmərəli olacağını düşünürük.

İstifadə edilən mənbələr.

  1. http://www.president.az/articles/13410
  2. http://ztp.az/about.php
  3. http://adau.edu.az/
(Azərbaycan) Azərbaycanda aparılan iqtisadi islahatların investisiya mühitinə təsiri
economic safety

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Azərbaycan Respublikası Prezidenti iqtisadi inkişaf strategiyasına uyğun olaraq ölkədə investisiya mühititn yaxşılaşdırılması, sahibkarlığın dinamik inkişaf etdirilməsi, stimullaşdırılması və genişləndirilməsi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirir. 

Yerli istehsal sahələrinin yaradılmasının dəstəklənməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli, 745 nömrəli Fərmanı, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 15.04.2016-cı il tarixli 1783 nömrəli Sərəncam və İxracın stimullaşdırılması ilə bağlı 2016-cı il 1 mart 811 nömrəli Fərmanlar imzalanmışdır. 

Qeyd olunan sərəncamların əsasında AR Hökuməti tərəfindən İnvestisiyaların təşviqi sənədinin verilməsi qaydaları təsdiqlənmişdir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununa edilən müvafiq dəyişikliklər nəticəsində investisiyaların təşviqi mexanizmi ilə bağlı aşağıdakı güzəştlər nəzərdə tutulmuşdur:

  • İnvestisiya layihəsinin icrası üçün nəzərdə tutulan qurğu və avadanlıqların idxal gömrük rüsumundan və ƏDV-dən azad olunması;
  • Torpaq və əmlak vergisindən azad olma;
  • Mənfəət və fiziki şəxslərin (fərdi sahibkarların) gəlir vergisini 50% güzəştlə ödəmək.

*Hər bir layihə üzrə güzəştin müddəti 7 ildir.

İnvestisiya təşviqi sənədinin alınması üçün meyarlar aşağıdakı cədvəldə əks olunmuşdur:

İnvestisiya Təşviq Sənədinin alınması üçün investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri

İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal tələb olunan məbləğ (milyon manatla)
Region 1 Region 2 Region 3 Region 4 Region 5
Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması 2 1 0,4 0,2
Qida məhsullarının xüsusi nəqliyyat vasitələri (refrejerator) ilə daşınması 2 1 0,4 0,2
Bitkilərin intensiv becərilməsi

(Yağmurlama üsulu ilə suvarılacaq əkin sahəsi 50 hektardan az olmayan təsərrüfatlar)

0,4 0,2
İntensiv bağçılıq, bostançılıq və çayçılıq

(Damcı sulama və yağmurlama üsulu ilə suvarılacaq ərazisi 5 hektardan az olmayan təsərrüfatlar)

1 0,4 0,2
İribuynuzlu mal-qaranın (ətlik və südlük istiqamətli) yetişdirilməsi (50 baş cins mal-qaradan az olmayan təsərrüfatlar) 0,4 0,2
Sənaye üsulu ilə balıq yetişdirilməsi 0,4 0,2
Metal filizlərin hasilatı və emalı 50
Qida məhsullarının istehsalı 2 1 0,4 0,2
İçki istehsalı 2 1 0,4 0,2
Tütün məmulatlarının istehsalı 2 1 0,4 0,2
Toxuculuq sənayesi məhsullarının istehsalı 5 2 1 0,4 0,2
Geyim istehsalı 5 2 1 0,4 0,2
Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı ¹ 5 2 1 0,4 0,2
Ağac emalı və ağacdan məmulatların istehsalı 2 1 0,4 0,2
Kağız və karton istehsalı 2 1 0,4 0,2
SMST 19.20 Təmizlənmiş neft məhsullarının istehsalı sinfindən sürtgü yağlarının istehsalı 3 2 1 0,5
Kimya sənayesi məhsullarının istehsalı (SMST 20.51 Partlayıcı maddələrin istehsalı sinfi istisna olmaqla) 3 2 1 0,5
Əczaçılıq məhsullarının istehsalı 10 10 10 5
Rezin və plastmas məmulatların istehsalı 3 2 1 0,5
Tikinti materiallarının istehsalı ² (SMST 23.63 Əmtəə betonu, 23.64 Quru beton qatışığı siniflərinə daxil olan məhsulların istehsalı, 23.99 Digər qruplara daxil edilməyən sair qeyri-metal mineral məhsullar sinfindən asfalt istehsalı istisna olmaqla) 3 2 1 0.5
Metallurgiya sənayesi məhsullarının istehsalı 5 5 3 2 1
Maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı 5 3 2 1 0,5
Kompyuter və digər elektron avadanlıqların istehsalı 5 3 2 1 0,5
Elektrik avadanlıqlarının istehsalı 5 3 2 1 0,5
Maşın və avadanlıqların istehsalı 5 3 2 1 0,5
Avtomobil və qoşquların istehsalı 5 3 2 1
Sair nəqliyyat vasitələrinin istehsalı 5 5 3 2 1
Mebel istehsalı 3 2 1 0,5
Zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı 5 3 2 1 0,5
Alternativ enerji istehsalı 5 3 2 1 0,5

*Region 1 — Bakı şəhəri (Bakıətrafı qəsəbələr istisna olmaqla)

Region 2 — Bakıətrafı qəsəbələr və Abşeron rayonu

Region 3 — Sumqayıt şəhəri, Gəncə şəhəri

Region 4 — 1, 2, 3 və 5-ci regionlara aid edilməyən şəhər və rayonlar

Region 5 — Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Naftalan, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən, Qusar rayonları

İnvestisiya təşviq mexanizmi ilə yanaşı işgüzar mühitə birbaşa təsir edə biləcək digər əhəmiyyətli sənədlr imzalanmış və müxtəlif sahələrdə qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla islahatlar aparılmışdır. Bu sahələr aşağıdakılardı:              

              Dövlət satınalmaları

               Yerli istehsalın dəstəklənməsi ilə əlaqədar olaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda bir sıra dəyişikliklər edilmişdir. Qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər nəticəsində:

  • Tender təkliflərinin qiymətləndirilməsi zamanı yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə tətbiq edilən güzəştin həcmi 15%-dən 20%-ə artırılmışdır;
  • Yerli mal müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verdiyi halda dövlət satınalmalarında yerli istehsalın lehinə güzəştin tətbiqi məcburi xarakter daşımışdır;
  • Güzəştin tətbiqi prosedurları sadələşdirilmişdir.

              Lisenziyalar

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli 650 nömrəli Fərmanına əsasən 2015-ci ilin 2 noyabr tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə başlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanına əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə (o cümlədən 4 dövlət təhlükəsizliyi ilə bağlı olan lisenziyalar) endirilmiş, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunmuş, yeni verilən lisenziyalar isə müddətsiz müəyyən edilmiş, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılmış, lisenziya verən dövlət orqanların sayı 23-dən 4-ə endirilmiş (o cümlədən 3-ü dövlət təhlükəsizliyi ilə bağlı), lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilmiş, lisenziya verilməsi üçün tələb olunan prosedurlar isə sadələşdirilmişdir.

           “Bir pəncərə” sistemi 

Ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin “bir pəncərə” sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilmişdir. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin on-layn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetin 8 sentyabr 2014-cü il tarixli 300 nömrəli Qərarına əsasən elektron imzanın alınması müddəti 2 gündən 1 günə endirilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda 28 noyabr 2014-cü il tarixli Qanunla edilmiş dəyişikliklərə əsasən isə qeydiyyat zamanı möhürün vacib şərt olmaması müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edildikdən sonra mövcud olan qanunvericilik aktları bu məcəlləyə uyğunlaşdırılmışdır. Həmçinin bu istiqamətdə tədbirlərin davamı olaraq bir sıra normativ hüquqi sənədlər, o cümlədən  Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”, 17 noyabr 2014-cü il tarixli 348 nömrəli Fərmanı ilə Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”, Nazirlər Kabinetinin 16 sentyabr 2014-cü il tarixli 309 nömrəli Qərarı ilə “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı” və 11 sentyabr 2014-cü il tarixli 302 nömrəli Qərarı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın tələbinə uyğun olaraq, tikinti layihələrinin ekspertizasının bir pəncərə prinsipi ilə həyata keçirilməsinə başlanılmışdır.

Aparılan islahatların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli 655 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədi ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmış, Şuranın Əsasnaməsi və tərkibi təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması nəzərdə tutulmuşdur və “bir pəncərə” prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Kordinasiya Şurasına həvalə edilmişdir.

            İdxal-ixrac əməliyyatları

“Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli 1713 nömrəli Sərəncamına əsasən kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsi və ödənilmə mexanizmlərinin yaradılması və ixrac yönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin tətbiqi məqsədilə qanunvericiliyə dəyişiklik edilməsi istiqamətində işlər aparılır. Bununla yanaşı “Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016-cı il tarixli 811 nömrəli Fərmanına əsasən qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac gömrük bəyannaməsində nəzərdə tutulan dəyərin 3 (üç) faiz baza olmaqla (məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə əmsallar tətbiq edilməklə) ixrac təşviqi ödəniləcəkdir.

Eyni zamanda “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli 1853 nömrəli Sərəncamına əsasən elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması və s. kompleks məsələlərin həlli ilə bağlı tapşırıqlar müəyyənləşdirilmişdir. Bununla yanaşı 2016-cı il aprel ayının 4-dən etibarən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların daha da sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılması məqsədilə elektron bəyanetmə sistemi tətbiq edilməyə başlanılmışdır. Yeni elektron bəyanetmə sistemi sahibkarlara dəstək vermək üçün gömrük təmsilçiliyi institutu çərçivəsində həyata keçirilməyə başlanılmışdır.

Hazırda idxal-ixrac bəyannamələrinin doldurulması və qəbulu onlayn həyata keçirilir.

          Xüsusi zonalar və parklar

          Sumqayıt Kimya Sənaye Parkı 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanına əsasən Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq hazırda 7 şirkətə — “Azertexnolayn” MMC, “SOCAR Polymer” MMC, “AzerFloat” QSC, “Azerbaijan Fibro Cement” MMC, “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti” MMC, “MST Engineering Services” MMC, İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan “SİKA” MMC-yə rezident statusu verilmişdir. Onlardan 3-ü cari ilin birinci rübü ərzində qeydiyyata alınmışdır. Həmin rezidentlərin layihәlәr üzrә cəlb edilmiş investisiya həcmi 1,1 milyard ABŞ dolları tәşkil edir.

 Balaxanı Sənaye Parkı

28 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı» və «Bakı şəhərində Balaxanı Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı» imzalanmışdır. 19 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfində Balaxanı Sənaye Parkının təməli qoyulmuşdur.

— qeydiyyata alındıqdan sonra 7 il müddətinə mənfəət vergisindən (fərdi sahibkarlar isə gəlir vergisindən) azad olma;

— qeydiyyata alındıqdan sonra 7 il müddətinə torpaq vergisindən azad olma;

— qeydiyyata alındıqdan sonra 7 il müddətinə əmlak vergisindən azad olma;

— qeydiyyata alındıqdan sonra 7 il müddətinə sənaye parkında istehsal sahəsinin qurulması və istehsal məqsədi ilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğuların ƏDV-dən azad edilməsi.

 Yüksək Texnologiyalar Parkı

Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Pirallahı adasında yaradılmışdır. “YT Park” informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi olacaq.
“YT Park”ın fəaliyyətinin təşkili və idarə olunması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılacaq.

“YT Park”ın fəaliyyəti üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin tabeliyindəki Superfosfat Zavodunun ərazisindən 30 hektar torpaq sahəsi cəmiyyətə veriləcək.

 Mingəçevir Yüksək texnologiyalar Parkı

 Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli 481 nömrəli Fərmanı ilə Mingəçevir şəhərində 1,31 ha ərazidə “Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC nəzdnində Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılmışdır.

17 avqust 2015-ci il tarixində Mingəçevir Yüksək Texnologiyalar Parkında ilk rezident qeydiyyatdan keçmişdir. Rezident tərəfindən istehsalata 2016-cı ilin fevral ayından başlanılması nəzərdə tutulmuşdur.

Ələt xüsusi iqtisadi zonası

Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır.

«Azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması Sinqapur modelinin Azərbaycanda tətbiqini reallaşdıra bilər»

Sənaye məhəllələri

8 oktyabr 2014-cü il tarixdə Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən sənaye məhəllələrinin yaradılmasının əsası qoyulmuşdur. İlk sənaye məhəlləsi Neftçala şəhərində istifadəyə verilmişdir.

Dünyada biznes mühitinin qiymətləndirilməsi istiqamətində ənənəvi olaraq hər il dərc olunan hesabatlarda ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır. Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanaraq biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business” hesabatıdır.

2015-ci il ərzində həyata keçirilmiş uğurlu islahatlar nəticəsində Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi “Doing Busines 2016” hesabatında mövqeyini 17 pillə yaxşılaşdıraraq 63-cü mövqeyə yüksəlmişdir. O cümlədən, “Doing Business 2016” hesabatının “Biznesə başlama” göstəricisi üzrə 5, “Tikinti üçün icazələrin alınması” göstəricisi üzrə 36, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 15, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 49, “Müəssisənin bağlanması” göstəricisi üzrə 10 və “Xarici ticarətin aparılması” göstəricisi üzrə 72 pillə irəliləmişdir.

Həmçinin sözügedən hesabatda 3 göstərici (“Biznesə başlama”, “Tikinti üçün icazələrin alınması” və “Kiçik investorların maraqlarının qorunması”) üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində mövcud  qanunvericiliyin  daha  da  təkmilləşdirilməsi  və  ölkəmizdə  aparılan  islahatlar  xüsusi  qeyd edilmişdir. Bununla da Azərbaycan “Doing Business 2016” hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olmuşdur.

Dünya İqtisadi Forumu hər il dünyanın müxtəlif ölkələrinin iqtisadiyyatını özündə əks etdirən müxtəlif növ hesabatlar dərc edir. Bu hesabatlardan biri də Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan “Global Competitiveness Report” (“Qlobal Rəqabətlilik Hesabatı”) illik hesabatdır. 2015-2016- cı illər üzrə “Qlobal Rəqabətlilik Hesabatı” sentyabr ayının 30-da İsveçrənin Cenevrə şəhərində nəşr olunmuşdur. Son zamanlarda baş vermiş maliyyə böhranının Azərbaycana qonşu ölkələrə nisbətən daha az təsir etməsinə baxmayaraq, ölkəmizin mövqeyi bu il Dünya Bankı tərəfindən nəşr olunan Qlobal Rəqabətlilik hesabatında ötən ilə nisbətən iki pillə geriləsə də, regionda ən yüksək xalla birinci, hesabatın əhatə etdiyi 140 ölkə arasında isə 40-cı yerdə qərarlaşır. Azərbaycanın bu pillədə olmasına əsas səbəb infilyasiyanın aşağı dərəcəsi və əlverişli dövlət maliyyəsinin xarakterizə etdiyi güclü makroiqtisadi mühitlə (10-cu yer) bağlıdır. Ölkəmiz nisbətən daha səmərəli əmək bazarına malikdir (30-cu yer).

Azərbaycan beynəlxalq reytinqlərdə (2015)

  • biznesin təkmilləşdirilməsi göstəricisi üzrə 7 pillə (73-cü yer);
  • əmtəə bazarının səmərəliliyi göstəricisi üzrə 6 pillə (66-cı yer);
  • bazarın həcmi göstəricisi üzrə 5 pillə (67-ci yer);
  • infrastruktur göstəricisi üzrə 5 pillə (65-ci yer);
  • əmək bazarının səmərəliliyi göstəricisi üzrə 3 pillə (30-cu yer);
  • səhiyyə və ibtidai təhsil göstəricisi üzrə 2 pillə (102-ci yer);
  • ali təhsil və təlim göstəricisi üzrə isə 2 pillə (89-cu yer) irəliləmişdir. 

«Növbəti ildə beynəlxalq təşkilatların Azərbaycana dair reytinqlərində ciddi irəliləyiş ola bilər»

Qanunvericilik

Ölkə qanunvericiliyində iri, orta və kiçik sahibkar meyarlarının müəyyən edilməsi və sahibkarların təsnifatlaşdırılması, sahibkarlıq subyektlərinin dolğun statistikasının və təhlilinin aparılması, bununla bağlı dövlət tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin 2 iyun 2015-ci il tarixli 215 nömrəli Qərarı ilə “İri, orta və kiçik sahibkar meyarları” təsdiq edilmişdir.

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda 24 fevral 2015-ci il tarixli Qanunla edilmiş dəyişikliklərə əsasən biznesin bağlanması üçün sərf edilən vaxt azaldılmışdır.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2015-ci il 1 noyabr tarixindən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılır. Sözügedən Qanunun 2-ci maddəsinə görə həmin müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Adıçəkilən Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı” təsdiq edilmişdir.

«Son bir ildə iqtisadi islahatların dəstəklənməsi məqsədilə ümumilikdə 100-dən artıq qanunvericilik aktları qəbul edilmişdir»

Sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 761 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında və 762 nömrəli Fərmanına əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılmışdır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları sahibkarlar tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müvafiq icra hakimiyyəti orqanının qərarlarından (qərarların qəbul edilməsindən imtinadan), hərəkət və ya hərəkətsizliyindən verilmiş təkrar şikayətlərə baxan kollegial orqandır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən verilmiş şikayətlərə isə Azərbaycan Respublikası Prezidenti yanında yaradılmış Apelyasiya Şurasında baxılır.

(Azərbaycan) VERGİ SİSTEMİNİN EFFEKTİV SAHİBKARLIQ FƏALİYYƏTİNƏ TƏSİRİ
large_taxes_twice

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Elmi olaraq sübut edilmişdir ki, vergiödəyicisinin vergi yükünün artırılması (vergilərin sayının və ver­gi dərəcələrinin artırılması, vergi güzəştinin və preferensiyasının ləğvi) zamanı vergi sisteminin səmə­rəliliyi əvvəl artır və öz maksimumuna çatır, sonra kəskin azalmağa başlayır. Bu vaxt büdcə sis­te­minin itkilərini bərpa etmək (doldurmaq) olmur, çünki vergi ödəyicilərinin müəyyən hissəsi dağılır və ya istehsalın istiqamətini döndərir, digər hissəsi qanuni və ya qeyri-qanuni yolla vergi ödəmələrini mi­nimuma endirməyə cəhd edir. Vergi yükünün azaldılması zamanı pozulmuş istehsalın bərpa edil­mə­sinə illər tələb olunur.

Bundan başqa, vergini ödəməkdən yayınmağın real yolunu tapmış vergiödəyicisi hətta “əvvəlki” ver­gi ayırmaları səviyyəsinə qayıtdıqda belə vergini tam həcmdə ödəməyəcəkdir. Bununla əlaqədar ola­raq vergiödəyicisinin optimal vergi yükü problemi həm iqtisadi inkişaf etmiş və həm də keçid döv­rün­­də olan istənilən vergi sisteminin qurulmasında və təkmilləşməsində xüsusi rol oynayır.

İq­­ti­­sa­diy­­yatın effektiv dövlət tənzimlənməsi məqsədilə vergi sistemində nəzərə çarpacaq dəyişikliklərin təşkil edilməsi, təsərrüfat pro­ses­ləri­nin tənzimlənməsi, əhalinin əsas qrupları arasında iqtisadi tarazılığın təmin edilməsi daima aktuallıq daşıyır. Buna görə də aşa­ğıdakı bir çox mühüm məsələləri, vergi sistemini və yığımları formalaşdırmaq lazımdır:

  • Vergi güzəştləri sisteminin təfsilatlı təsnifatının yaradılması, mənfəətdən və əhalininin gəlirlərindən ver­gitutmada vergi ayırmalarından geniş istifadə edilməsi
  • İqtisadiyyatın vəziyyətini və imkanlarını nəzərə almaqla vergi dərəcələrinin azaldılması, ayrı-ayrı fəa­­liy­yət növlərinin təsərrüfat əməliyyatlarının növündən və məzmundan asılı olaraq vergiqoymadan azad edilməsi.

Səmərəli vergi sisteminin qurulmasında əsas hesab edilən prinsiplər eyni vaxtda dövlətin və vergi ödə­­yicilərinin maraqlarını nəzərə alan, istehsalın genişləndirilməsi, in­novativ istiqamətə meyllənməsi və modelləşdirilməsinə şərait yaradan vergi qoymanın iqtisadi prinsipləridir.

ÜDM-in istehsal üsulu ilə hesablanmasına diqqət yetirdikdə görmək olar ki, real sektorun ənənəvi və di­gər iqtisadi fəaliyyət növləri (maşınqayırma, metallurgiya, kənd təsərrüfatı, çeşidləmədən ayrılmış xam­malın təkrar istehsalı, ekoloji təmiz istehsal, alternativ enerji mənblərindən son məhsul istehsalı və s. sənaye sahələri) o cümlədən ticarət və xidmət sektoru üzrə daha çox əlavə dəyər verən, həm­çi­nin iqtisadi siyasətin yerinə yetirilməsinə xidmət etməsi üçün sahələr üzrə əlavə dəyərdə payı çox olan istehsal faktorlarınına vergi sisteminin təsiri mütləqdir. Yəni burada hər hansı sahibkarlıq sub­yek­tinin (müəssisə) iqtisadi fəaliyyətinin nəticəsində əldə edilən son məhsulun bazar qiymətində əla­və dəyər payı daha cox olan istehsal faktorlarını (əməkhaqqı, əsas vəsaitə qoyulan xərc, mənfəət, tor­paq rentası və s.) təyin etmək və bu istehsal faktorlarının müxtəlif nomi­nal həcmləri üçün nəzərdə tutulmuş vergi dərəcələrinin sahibkarlıq subyektlərinin fəaliyyətinə təsirini araş­­dırmaq və həmçinin təsərrüfat subyektinin gəlirini gizlətməsi meyllərini araşdırmaq tələb olunur. Bu­nun üçün milli hesablar sistemində (MHS) verilən rüblük və illik hesabatlara baxmaqla əlavə də­yər­də payı çox olan istehsal faktorlarını həm iqtisadi fəaliyyət növlərinə həm də institutsional sek­tor­la­ra (qeyri-maliyyə, maliyyə, dövlət müəssisələri, ev təsərrüfatı subyektləri və s. subyektlər) görə təyin etmək mümkündür. AR-nın DSK-nin MHS və tədiyyə balansı üçün cari qiymətlərlə ha­zırladığı iqtisadiyyat üzrə toplu hesablarda əmək ödənişlərinin (istehsal faktoru) ümumi əlavə dəyərdə payına baxdıqda görmək olar ki, son 22 ildə bu göstərici 56%-15% arasında dəyişmişdir. Əmək ödənişlərinin nominal həcmi də eyni dövdə cari qiymətlərlə hər il artmış və 2013-cü ildə 10.77 milyon manat təşkil etmişdir. Beləliklə, ÜDM-in forma­laşmasında əmək ödənişlərinin payı həlledici rol oynayır. Digər tərəfdən ümumi əlavə dəyərin tər­ki­bində olan ümumi mənfəətə nəzər yetirsək görə bilərik ki, bu göstərici əmək ödənişlərindən xeyli çoxdur. Ümumi mənfəətin ümumi əlavə dəyərə nisbəti son 20 ildə 71%-84% arasında dəyişmişdir. Nominal həcmə baxdıqda isə eyni dövrdə bu faktor hər il artmış və 2013-cü ildə 43.848 milyon manat təş­kil etmişdir. Deməli, ÜDM-in formalaşmasında ümumi mənfəətin payı həlledici rola ma­likdir və sahibkarlığın effektiv inkişafı üçün fiziki şəxslərdən gəlir vergisi və hüquqi şəxslərdən mən­fəət vergisinə təsir etməklə vergi sistemi burada da vacib əhəmiyyət kəsb edir. AR Ver­gilər Nazirliyinin rəsmi statistika-hesabat məlumatlarına əsaslanaraq görmək olar ki, gəlir vergisinin mənfəət vergisinə olan nisbəti son 15 ildə 33% olmuşdur. Burada iri vergi ödəyicilərinin büdcədaxilolmalarında payını çıxsaq gəlir vergisinin mənfəət vergisinə olan nisbəti təxminən paritet halında olar. Bu o deməkdir ki, mənfəət və gəlir vergisi arasındakı asılılıqdan irəli gələn gəlir və ya mənfəətin müxtəlif nominal həcmində fiziki şəxslərin və o cümlədən hü­quqi şəxs qismində çıxış edən təsərrüfat subyektlərinin vergidən yayınma meylləri eyni mahiyyətli fəaliyyətin başqa formada qeydiyyatdan keçirilməsi ilə sahibkarlıq fəaliyyətinin real görüntüsünü poza bilər.[1]

Gəlir və mənfəət vergisi arasındakı asılılığa baxsaq görərik ki, gəlirin aylıq həcmi AZN 5500 olduğu hal­da vergi ödəyicisi istər muzdlu işdən istərsə də muzdlu işə aid olmayan sahibkarlıq-fəaliyyəti gös­tər­məklə eyni məbləğdə (AZN1100) vergi ödəmiş olur. Hesablanması: 0.2X = AZN350 + (X-AZN 2500)*0.25; X = AZN5500, 0.2X = AZN1100. Burada 0.2 əmsalı – sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxsin 20%-ə bərabər olan mənfəət vergisini, (X-AZN2500) – fiziki şəxsin gə­lirinin 2500 manatdan yuxarı olan hissəsini göstərir. Aydın olur ki, aylıq gəliri AZN0-AZN5500 ara­sında dəyişən sahibkarlıq subyekti daha az vergi ödəmək məqsədilə özünə əmək haqqı ödəyərək təsərrüfat fəaliyyətini fiziki şəxsin gəliri kimi bəyan edə bilər. Aylıq gəliri AZN5500-dən çox olan fizi­ki şəxslər isə daha az vergi ödəmək məqsədilə öz gəlirlərini sahibkarlıq fəaliyyəti və ya digər kor­po­rativ fəaliyyət adı altında bəyan etməyə meyyli ola bilərlər. Qeyd edək ki, sahibkarlıq fəaliyyəti ilə məş­ğul olan ictimai əhəmiyyətli subyektlər qiymətli kağızlar bazarında yeni səhmlər buraxaraq bu səhmləri səhm opsionları formasında öz işçilərinə gəlir əvəzinə ödəyə bilirlər. Belə ol­du­ğu halda işçilər fiziki şəxsin gəlir vergisini deyil mənfəət vergisini ödəmiş olurlar. Bu isə aylıq gə­li­ri AZN5500-dən yuxarı olan fiziki şəxslərin vergidən yayınması üçün bir vasitə rolunu oynayır. İn­ki­şaf etmiş ölkələrdə dövlət səhm opsionlarına maksimum hədd təyin edir (məs. ABŞ-da USD100,000). İctimai əhəmiyyətli olmayan sahibkarlıq subyektlərində və müəssisələrdə isə real prak­tikada belə həddlər tətbiq edilmir.

Beləliklə, əlavə dəyərin hesablanmasında komponentlərdən biri kimi yer almış ümumi mənfəəti əsas götürərək onun iqtisadi fəaliyyət növü və institutsional sek­tor­­lar üzrə pay artıqlığının olduğu yerlərdə vergiqoyma, vergi dərəcələri, güzəştlər, vergi ödəmə müd­dəti obyektlərini özündə birləşdirən elə vergi mexanizmi seçilməlidir ki, əlavə dəyərin payını ayır­dıqda investisiyanın azalması baş verməsin, sahibkarlığın və istehsalın inkişafı dayanmasın.

Ver­gi sisteminin qurulmasının təhlil edilməsi və vergi sisteminin islahatları sahəsində aparılan təd­bir­lər aşağıdakı nəticələri əldə etməyə imkan verir:

  • Vergi sistemləri formalaşdırılan zaman əsasən vergi inzibatçılığı ilə əlaqədər olan prinsipləri və ümumi qəbul edilmiş vergiqoymada klassik prinsipləri tam həcmdə həyata keçirir;
  • Ölkə­də vergi islahatının aparılması zamanı təcrübədə nisbi bərabərlik prinsipini və düzgünlüyü əks etdi­rən fəaliyyət göstərən vergi mexanizmləri hələlik yaradılmaqdadır ki, burada da vergi ödə­yi­ci­si­nin eyni vaxtda qanunla qoyulmuş vergini ödəməsi və istehsalın genişlənməsi və modernləşdirilməsi im­kanları nəzərdə tutulur.
  • Fəaliyyətdə olan vergi səviyyəsi müəssisələrə modernləşdirmə üçün, istehsalın genişləndirilməsinə, investisiya proqramlarının həyata keçirilməsinə, yeni texnologiyaların araşdırılmasına və tədqiqatların aparılmasına vəsait toplamağa imkan yaradır.
  • Fəaliyyət göstərən vergiqoyma sisteminin vergi mexanizminin fəaliyyət səmərəliliyinin formalaşdırılması məqsədi ilə getdikcə onun təkmilləşdirilməsinə ehtiyac vardır.

Deyilən nəticələr əsasında məqsədə uyğun olaraq vergi sisteminin və mexanizminin təkmilləşdirilməsi və ilkin dövrdə istiqamətləndirilmiş sahibkarlıq fəaliyyətinə sonrakı mərhələdə isə bu stimulun qorunmasına xidmət edən investisiya-innovasiya yönlü inkişafa keçidi təmin edən vergi mühitinin yaradılması təklif edilir.

[1] Qeyd edək ki, sadələşmiş vergi üzrə büdcə daxilolmalarının həcmi gəlir və mənfəət vergisi ilə müqayisədə əhəmiyyətli dərəcədə az olduğu üçün bu vergi növü üzrə təhlilə az yer ayrılmışdır.

(Azərbaycan) Mircavid Həsənov. Biznes –inkubatorların fəaliyyəti xüsusiyyətləri və ölkə iqtisadiyyatında rolu
Biznes Inkubator

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Azərbaycan iqtisadi inkişafının bu günü neft sektoru ilə bağlıdırsa gələcək inkişafı qeyri neft sektorundan, əsasən kiçik və orta sahibkarlığın inkişafından asılıdır. Məhz buna görə Azərbaycan hökuməti sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə bir sıra tədbirləri həyata keçirir. Azərbaycanda innovasiya yönümlü təşəbbüslərin aktivləşdirilməsi və bu sahədə səmərəli dövlət köməyi mexanizminin formalaşması zəruriliyi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2002-ci il tarixli, 753 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)» və Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında» 10 sentyabr 2002-ci il tarixli Fərmanında texnoloji biznes-inkubatorun yaradılması vəzifəsi qarşıya qoyulmuşdur.

Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinin ən effektiv metodlarından biri biznesin inkubasiyasi metodudur.   Hazırda dünyanın bir çox ölkələrində sahibkarlığın dəstəklənməsi məqsədilə səmərəli təşkilati- idarəetmə mexanizmləri tətbiq edilir. Bunların son vaxtlar geniş yayılmış yeni forması kimi biznes-inkubatorlar çıxış edir.

Biznes-inkubator – yeni yaranmış və inkişaf mərhələsində olan kiçik və orta sahibkarlığı, istehsal, informasiya, maliyyə və digər resurslarla təmin edən   və sahibkarlıq subyektlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə çeşidli xidmətlər göstərən təşkilati modeldir. Bu struktur daxilində yeni fəaliyyətə başlayan müəssisələrə biznesin təşkili məqsədilə güzəştli şərtlərlə müxtəlif xidmətlərin (ofis xidmətləri, konsaltinq, maliyyə vəsaitlərin əldə edilməsində köməklik, yeniliklərin sınaqdan çıxarılması və tətbiqi şəraitinin təmini və s.) göstərilməsi təmin edilir. Biznes-inkubatorlar sahibkarlıq subyektlərinin formalaşmasına xidmət etməklə, biznesin başlanğıc mərhələsində xərclərin aşağı salınmasına şərait yaradır. Müəssisənin biznes-inkubatorda fəaliyyəti müvəqqəti xarakter daşıyır və bir qayda olaraq 3-5 il təşkil edir.
Sahibkarlığın bu infrastrukturu əhalinin məşğulluq və həyat səviyyəsinin, regionların iqtisadi aktivliyinin yüksəldilməsi, kiçik müəssisələrin sayının, onların rəqabət qabiliyyətinin artırılması, bütövlükdə sahibkarlığın innovasiya yönümünün təmin edilməsi, müəssisələr arasında kooperasiya əlaqələrinin yaranması və möhkəmlənməsi kimi mühüm məsələlərin həllinə xidmət edir.
Biznes-inkubatorların qarşıya qoyulmuş məqsəddən (yeni iş yerlərinin yaradılması, innovasiya yönümlü sahibkarlığın inkişafı və s.) asılı olaraq bir sıra formaları-tətbiq-edilir:
     •  Sahibkarlığın formalaşması və inkişafına yönəldilmiş biznes-inkubatorlar: Bu biznes-inkubatorlar yeni firmaların yaranması prosesini sürətləndirmək məqsədilə sahibkarlıq fəaliyyətinə başlayanlara güzəştli şərtlərlə ofisləri icarəyə verir-və-müxtəlif-xidmətlər-göstərir. Bu növ biznes-inkubatorlar ilk yaranmışlardan olmaqla bərabər dünyada ən çox yayılmışlarıdır.
• Spesifik sahibkarlıq subyektlərinə və iqtisadiyyatın müəyyən bir sektorunda sahibkarlığın inkişafına istiqamətlənmiş biznes-inkubatorlar: Bu biznes-inkubatorlar əhalinin müəyyən bir qrupunun (məsələn; kənd əhalisi, qadınlar, gənclər) sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə və ya regionda bazarın zəif inkişaf etmiş müəyyən sektoruna (məsələn; geyim istehsalı) xidmət göstərmək məqsədilə-yaradılır. Bu tip inkubatorlar regionların inkişaf etdirilməsində xüsusən əhəmiyyətlidir. Əsas məqsəd hər bir region üçün ona spesefik olan, lakin az inkişaf etmiş biznes sahələrinin inkişaf etdirməkdən ibarətdir. Sahibkar inkubasiya prosesi zamanı fəaliyyət göstərmək istədiyi biznes sahəsi haqqında geniş informasiya əldə edir və bu sahənin özəllikləri nəzərə alınmaqla biznes strategiyası qurmaqda ona köməklik gəstərilir. Sahibkar konkret sahədə fəaliyyətə başlamamışdan əvvəl bu sahənin risk faizini qabaqcadan bilir. Bu da öz növbəsində onu müflisləşmədən sığortalayır.
• Yeni məhsul istehsalına istiqamətlənmiş texnoloji-biznes inkubatorlar
:       Adətən innovasiya və texnoloji mərkəzlərin, elmi parkların təsisçiliyi ilə yaradılan bu inkubatorlar yeni texnologiyaların inkişafına və onların tətbiqinin sürətləndirilməsinə-xidmət-edir.
Texnoloji biznes inkubator sahibkarlıq fəaliyyətinə başlayanlara və elmi-texniki sahədə fəaliyyət göstərən iş adamlarına innovasiya fəaliyyətlərinin həyata keçirilməsi və yeni texnologiya əsasında istehsalın təşkili üzrə xüsusi müqavilə əsasında və güzəştli şərtlərlə çeşidli xidmətlər göstərəcəkdir. Texnoloji biznes inkubatorda fəaliyyət göstərəcək müəssisələr əsasən iqtisadiyyatın öncül sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri ola bilərlər. Texnoloji biznes-inkubatorun seçilmiş müəssisələrlə münasibətləri xüsusi müqavilə əsasında tənzimlənəcəkdir.

(Azərbaycan) Kənd təsərrüfatının inkişafı problemləri
traktor 2

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

İqtisadiyyatın inkişafının mühüm sahəsi olan kənd təsərrüfatı qeyri-neft sektorunun  tərkib hissəsi  kimi vacib əhəmiyyət kəsb edir. 2001-ci ildə ölkə rəhbərinin sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Bu  proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb.  Azərbaycanda sürətli iqtisadi inkişafın başlaması nəticəsində aqrar sahənin daha da inkişaf etdirilməsi üçün görülən tədbirlər də genişlənib. Aqrar sahənin inkişafı Azərbaycan Prezidentinin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edib.  Belə ki, ölkə əhalisinin təxminən 1,5 milyon nəfərinin aqrar sektorda çalışması baxımından bu sahənin inkişaf etdirilməsi həm də qeyri-neft sektorunun inkişafı, işsizliyin və yoxsulluğun azaldılması baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir .Kənd təsərrüfatının müxtəlif sahələrində fəallığın artırılması üçün stimullaşdırma həyata keçrilməlidir ki, bu sahədə məşğul olan fərdi təsərrüfat sübyektləri,kəndli fermer təsərrüfatlarının səmərəli işləməsinin , eləcədə ölkənin  kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında ,ərzaq təhlükəsizliyinin təminatlı olmasında böyük rol oynasın. Bu gün üzümçülüyün , pambıqçılığın ,tütün plantasiyalarının salınması,iri və xırda buynuzlu heyvandarlığın , balıqçılığın dəstəklənməsi ,əlbətdə  gələcəkdə öz səmərəli nəticələrini verəcək.  Bu gün azərbaycan dövləti aqrar sahədə qanunvericilik bazasını təkmilləşdirməklə ,daha mütərəqqi iqtisadi hüquqi baza yaratmaqla aqrar sahənin tərəqqisini hədəfdə saxlayır.Çünki davamlı iqtisadi inkişafa gedən yol ərzaq təhlükəsizliyinin təmin olunmasından keçir.   Dünyada baş verən dəyişkənli mühit və geosiyasi gedişat  güclü dövlətlərlə yanaşı ,doğru iqtisadi siyasət yürüdən və ərzaq təhlükəsizliyini hədəfdə saxlayan ölkələr üçün də elədə təsir göstərmir,inkişafını ləngitmir.  Aqrar sahənin inkişafı yoxsulluğun azaldılması və regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarında aparıcı yeri tutub. “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı», «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002—2005-ci illər)», «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı proqramı”da  əsasən regionlarda işsizliyin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilib. Bu problemlərin həlli aqrar sahənin inkişaf strategiyasının əsasını təşkil edir və aqrar sektorla sıx bağlıdır. Aqrar sektorun inkişafı və ərzaq məhsullarının istehsalının artırılması üçün yeni texnologiyaların və müasir  texnikanın cəlb edilməsi həlledici əhəmiyyət kəsb edir.  Kənd təsərrüfatında çalışan əhalı üçün mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların ölkəyə gətirilib istehsalçılara çatdırılması dövlətin başlıca məqsədlərindəndir.

traktor 2  aqrolozinq traktor1   Aqroservislər yaratmaqla əhalinin müxtəlif növ kənd təsərrüfatı texnikasına olan tələbatın ödənilməsi ilə ,eləcə də bu sahə üçün önəmli olan,məhsuldarlığın artmasında müstəsna rol oynayan gübrələrin qiymətində daha çox güzəştə getməklə ,heyvandarlıq sahəsinin inkişafı üçün damazlıq və daha məhsuldar  heyvan cinslərinin ölkəmizə gətirilməsi hevandarlıq ilə məşğul olan təsərrüfat subyektlərinin böyük marağına səbəb olur.  Azərbaycan Respublikası Milli Məclisi tərəfindən  qəbul edilmiş qanunlar   və Azərbaycan Prezidenti tərəfindən verilən fərman və sərəncamlar kənd təsərrüfatının inkişafını sürətləndirəcək və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəkdir.

Hazırladı:  UNEC — in doktorantı Quluyev Rövşən Mustafa oğlu

(Azərbaycan) Fərəh Rəhmani. Sənaye müəssisələrində innovasiya fəaliyyətinin gücləndirilməsi
innovation

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020:gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıdakı dövr üçün respublikanın əsas sosial-iqtisadi inkişaf istiqamətləri müəyyən olunmuşdur. Bu konsepsiyaya uyğun olaraq ölkədə prioritet sənaye istiqamətlərinin müəyyənləşdirilməsi və sənayenin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə “2015-2020-ci” illərdə “Azərbaycan Respublikasında sənayenin inkişafı” Dövlət Proqramı qəbul olunmuşdur.

Dövlət Proqramının başlıca məzmunu təbii resursların ixracından iqtisadi artımın innovasiya modelinə keçiddə ifadə olunur. Buna görə də sənayenin, o cümlədən emal sənayesinin diversifikasiyası və inkişafı, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, ixracyönümlü və rəqabətqabiliyyətli istehsalın artırılması və s. əsas məqsədlər kimi qarşıya qoyulmuşdur. Göründüyü kimi milli iqtisadiyyatın innovativ inkişafına keçid bu məqsədlərin reallaşdırılmasının mühüm vasitəsidir. Deməli, iqtisadiyyatın bütün sahələrində, öncə isə sənayedə innovasiya səviyyəsinin artırılması bu gün üçün ən aktual problemlərdən biridir.

Beləliklə, aparılan araşdırmalar əsasında bir sıra ümumi və mühüm nəticələr çıxarmaq olar. Azərbaycan şirkətləri bütövlükdə innovasiya fəaliyyətinə həddən artıq qeyri-bərabər vəziyyətdə cəlb olunmuşlar. Digər tərəfdən onların çoxu cari fəaliyyət çərçivəsində onu strateji əhəmiyyətli və prioritet hesab etmirlər. İnnovasiya fəaliyyəti səviyyəsinin ümumən yüksək olmaması  səviyyəsi qarşılığında Azərbaycanda yüksək göstəricilərlə səciyyələnən sektorlar(yüksək texnoloji sahələrə aid) inkişaf edir. Lakin bu sektorların özü də innovasiya fəaliyyətinin intensivliyinə görə inkişaf etmiş ölkələrin orta göstəricilərindən geri qalır.

Azərbaycan bazarında mövcud olan rəqabət mühiti birbaşa innovasiya fəallığının stimullaşdırılmasını təmin etmir. Şirkətlər tərəfindən seçilən fəaliyyət strategiyası və innovasiya rejimi də daxil olmaqla bazar davranışı innovasiyaların birbaşa səmərəsini məhdudlaşdırır.

Azərbaycanda innovasiya fəallığına görə qısa və uzun müddətli perspektivdə “mükafatlandırılmanın” və bonuslar əldə onunmasının mexanizmi və şərtləri yoxdur. Buna görə də innovasiyanın inkişafını limitləşdirən mühüm amillərdən biri resurs, xüsusilə də maliyyə imkanlarıdır. Maliyyələşdirmədə olan çatışmamazlıq nəinki müvafiq fəaliyyət növünün miqyasını azaldır, eləcədə innovasiyanın keyfiyyətini pisləşdirir. Bu baxımdan maliyyə bazarlarında sabitlik, manatın likvidliyinin bərpası, habelə maliyyə intizamının möhkəmləndirilməsi hazırda ölkənin innovasiya strategiyasının uğurunu təmin edə bilən vasitələrdir. Fikrimizcə göstərilənlərin həyata keçirilməsi üçün maliyyə bazarlarına nəzarət Palatası və sahibkarlara dəstək üzrə appelasiya şuraları müsbət rol oynayacaqdır.

Hazırki dövrdə kredit resursları çatışmamazlığı və onların baha olması sahibkarların əksəriyyətini innovasiya texnologiyalarını istehsalda tətbiq etməkdən çəkindirir.      Buna görə də yeni texnologiyaları tətbiq edən müəssisələr üçün, eləcə də bütün innovasiya fəaliyyəti subyektləri üçün faiz dərəcələrinin müəyyən hissəsinin ödənilməsi və digər vergi güzəştlərinin tətbiq olunması məqsədəuyğundur. Bu müəssisələrdə daxili və xarici investorlar üçün əlverişli investisiya mühitinin yaradılması, ölkədən kapital axımının qarşısının alınması. qeyri-neft sənayesi sahələrinin inkişafına xüsusi diqqət yetirilməsi zəruridir. Xüsusi iqtisadi zonaların, sənaye parkları və sənaye məhəllələrinin yaradılması prosesi ölkədə klasterlərin formalaşdırılması intensivləşdirilməlidir. MİS-in səmərəli fəaliyyəti qurulmalıdır.

Azərbaycan sənaye müəssisələrində innovasiya fəaliyyətinin təşkilinin təhlili göstərir ki, bu sahədə ölkədə bəlli təcrübə toplanmışdır. Hazırda innovasiya fəaliyyətinin təşkilinin aşağıdakı səviyyələri özünü göstərir;innovasiya layihələri üzrə komitələrin yaradılması;məqsədli qruplar:daxili innovasiya layihələrinin və vençur bölmələrinin yaradılması, innovasiya konsorsiumları və s. Fikrimizcə, konkret məqsəddən və mövcud yaranmış şəraitdən asılı olaraq innovasiya fəaliyyətinin təşkilinin müvafiq səviyyəsi seçilə bilər. Bununla belə hazırda Respublika sənaye müəssisələri üçün vençur layihələrinin və vençur bölmələrinin yaradılmasının əhəmiyyəti xüsusilə böyükdür. Bu baxımdan ölkədə orta səviyyəli aktivlərə malik olan (5-10 mln.$) vençur fondlarının yaradılması daha məqsədəuyğun olardı. Dünya təcrübəsində (ABŞ, Böyük Britanya) fondun orta həcmi 50 mln. $ təşkil edir.Vençur maliyyələşdirilməsinin həyata keçirilməsində iri maliyyə-sənaye qruplarının,banklar, sığorta şirkətləri, fərdi investorların fəallığının artırılması da zəruri şərtlərdəndir.

Sənaye müəssisələrinin innovasiya fəaliyyəti strategiyaları müəyyənləşdirilərkən müxtəlif növlü və təyinatlı xarici innovasiya fəallığı formalarına, sənayeləşmənin sürətləndirilməsinin müvafiq institutlarının yaradılmasına da diqqət yetirilməsi zəruridir. Son 5 ildə bu sahədə ölkəmizdə ciddi işlər görülmüşdür. O cümlədən Sumqayıt Texnologiyalar Parkı ilə yanaşı, Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Yüksək Texnologiyalar Parkı işə salınmışdır. Neftçala rayonunda sənaye məhəlləsinin yaradılmasına, Mingəçevir texnoloji parkının təşkilinə başlanılmışdır. Xüsusi iqtisadi zonaların. sənaye parkları və sənaye məhəllələrinin yaradılması prosesi,    klasterlərin formalaşdırılması bütün rayonlarda davam etdirilməkdədir. Bu mütərəqqi meyl iqtisadi regionlarda sənaye müəssisələrində innovasiya strategiyalarının uğurla həyata keçirilməsinə imkan verəcəkdir.

Sənaye müəssilərində innovasiya fəaliyyəti strategiyaların qeyd edilən və adları çəkilməyən təşkilatı formaları və əməliyyatları meta səviyyədə vahid innovasiya sistemində inteqrasiya olunan innovasiya infrastrukturunun ünsürləridir ki, ona Milli İnnovasiya Sistemi deyilir. Belə bir səmərəli sistemin qurulması ölkədə innovasiya fəaliyyəti strategiyalarının işlənilməsi və həyata keçirilməsinə nəzarətin aparılmasının mühüm şərtidir.

 

Перейти к верхней панели