Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 2.0067, TRY 0.3642, RUB 0.0272, CNY 0.2658, GEL 0.6904, GBP 2.2768, IRR 0.0040, JPY 1.5426, XAU 2209.0820, XAG 28.9073, XPT 1531.1730, XPD 1720.5275
(Azərbaycan) Anar Rzayev. «Вертолетные деньги» макроэкономической политики.
helli money

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Показатели мировой торговли по данным Мирового Банка показывают скромный рост в 2,8%, что в принципе сходно с прогнозами, сделанными в 2015. Экономики США, Великобритании и Германии показывают неустойчивые положительные тренды. Япония никак не может «вырваться» из объятий стагнации, которая, в принципе, для нее уже стала нормальным состоянием. Темпы роста экономики Китая снижаются и страна пытается удержаться на 6,5%. Экономика Индии показывает уверенный рост в более чем 7%. Россия и Бразилия находятся в глубокой рецессии.

После политики количественного смягчения последнее, что ведущие страны предприняли для стимулирования экономик было введение негативных учетных ставок. Но после того как Европейский Союз и Япония применили негативные учетные ставки всех ждал сюрприз. Можно сказать, что никакого положительного эффекта это не произвело. Более того йена даже начала расти по отношению к доллару.

По мнению многих специалистов (Б. Бернанке,  N. Roubini) негативные учетные ставки не имели успех по той причине, что банки абсорбировали часть ущерба из своей маржи и не передали его вкладчикам. Кроме того, ситуация с небольшой негативной ставкой не сильно отличается от нулевой ставки, так как вторая, в принципе тоже является негативной если брать во внимание временную ценность денег (реальные учетные ставки). Так что рынок уже привык к ним.

Что же будет с теоретическими основами макроэкономической политики? Экономический мир ведет ожесточенные споры о будущем монетарной политики, в то время как правительства ведущих стран не хотят использовать инструменты фискальной, справедливо полагая, что это даст временный эффект и приведет к искажению рынка. Третьей к сожалению пока не дано.

Монетаристы заявляют, что они все еще обладают определенными резервами и предлагают новые инструменты. Перечислим их: (первые два уже применяются)

  1. Негативные учетные ставки.
  2. Руководство к будущему (Forward guidance) — центральные банки открыто и заранее заявляют о своей планируемой политике и о ситуациях, при которых они ее изменят. Можно назвать это «индикативной монетарной политикой».
  3. Инструменты, связанные с таргетированием уровня цен, инфляции и номинального ВВП
  4. Налогообложение остаточной наличности банков с целью лишить их интереса аккумулировать ее. Это можно назвать «фискальной монетарной политикой».
  5. «Вертолетные деньги» — прямая раздача денег населению для стимулирования совокупного спроса. Можно назвать это «высокотехнологическим кейнсианством». Кейнс в шутку предлагал закапывать деньги в банках и указывать населению где они находятся для стимулирования совокупного спроса.

В любом случае с точки зрения экономической теории мы живем в интересное время так как должно произойти рождение нового направления макроэкономической политики. По нашему мнению ведущие страны не вернутся к традиционной фискальной политике, а скорее всего изобретут фискальную политику с монетарными методами в духе последних двух пунктов (4 и 5). Кроме того, для экстенсивного роста мировой экономики будут выисканы и вовлечены в мировую экономику новые точки роста коими могут быть Индия и африканские страны.

(Azərbaycan) VERGİ SİSTEMİNİN EFFEKTİV SAHİBKARLIQ FƏALİYYƏTİNƏ TƏSİRİ
large_taxes_twice

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Elmi olaraq sübut edilmişdir ki, vergiödəyicisinin vergi yükünün artırılması (vergilərin sayının və ver­gi dərəcələrinin artırılması, vergi güzəştinin və preferensiyasının ləğvi) zamanı vergi sisteminin səmə­rəliliyi əvvəl artır və öz maksimumuna çatır, sonra kəskin azalmağa başlayır. Bu vaxt büdcə sis­te­minin itkilərini bərpa etmək (doldurmaq) olmur, çünki vergi ödəyicilərinin müəyyən hissəsi dağılır və ya istehsalın istiqamətini döndərir, digər hissəsi qanuni və ya qeyri-qanuni yolla vergi ödəmələrini mi­nimuma endirməyə cəhd edir. Vergi yükünün azaldılması zamanı pozulmuş istehsalın bərpa edil­mə­sinə illər tələb olunur.

Bundan başqa, vergini ödəməkdən yayınmağın real yolunu tapmış vergiödəyicisi hətta “əvvəlki” ver­gi ayırmaları səviyyəsinə qayıtdıqda belə vergini tam həcmdə ödəməyəcəkdir. Bununla əlaqədar ola­raq vergiödəyicisinin optimal vergi yükü problemi həm iqtisadi inkişaf etmiş və həm də keçid döv­rün­­də olan istənilən vergi sisteminin qurulmasında və təkmilləşməsində xüsusi rol oynayır.

İq­­ti­­sa­diy­­yatın effektiv dövlət tənzimlənməsi məqsədilə vergi sistemində nəzərə çarpacaq dəyişikliklərin təşkil edilməsi, təsərrüfat pro­ses­ləri­nin tənzimlənməsi, əhalinin əsas qrupları arasında iqtisadi tarazılığın təmin edilməsi daima aktuallıq daşıyır. Buna görə də aşa­ğıdakı bir çox mühüm məsələləri, vergi sistemini və yığımları formalaşdırmaq lazımdır:

  • Vergi güzəştləri sisteminin təfsilatlı təsnifatının yaradılması, mənfəətdən və əhalininin gəlirlərindən ver­gitutmada vergi ayırmalarından geniş istifadə edilməsi
  • İqtisadiyyatın vəziyyətini və imkanlarını nəzərə almaqla vergi dərəcələrinin azaldılması, ayrı-ayrı fəa­­liy­yət növlərinin təsərrüfat əməliyyatlarının növündən və məzmundan asılı olaraq vergiqoymadan azad edilməsi.

Səmərəli vergi sisteminin qurulmasında əsas hesab edilən prinsiplər eyni vaxtda dövlətin və vergi ödə­­yicilərinin maraqlarını nəzərə alan, istehsalın genişləndirilməsi, in­novativ istiqamətə meyllənməsi və modelləşdirilməsinə şərait yaradan vergi qoymanın iqtisadi prinsipləridir.

ÜDM-in istehsal üsulu ilə hesablanmasına diqqət yetirdikdə görmək olar ki, real sektorun ənənəvi və di­gər iqtisadi fəaliyyət növləri (maşınqayırma, metallurgiya, kənd təsərrüfatı, çeşidləmədən ayrılmış xam­malın təkrar istehsalı, ekoloji təmiz istehsal, alternativ enerji mənblərindən son məhsul istehsalı və s. sənaye sahələri) o cümlədən ticarət və xidmət sektoru üzrə daha çox əlavə dəyər verən, həm­çi­nin iqtisadi siyasətin yerinə yetirilməsinə xidmət etməsi üçün sahələr üzrə əlavə dəyərdə payı çox olan istehsal faktorlarınına vergi sisteminin təsiri mütləqdir. Yəni burada hər hansı sahibkarlıq sub­yek­tinin (müəssisə) iqtisadi fəaliyyətinin nəticəsində əldə edilən son məhsulun bazar qiymətində əla­və dəyər payı daha cox olan istehsal faktorlarını (əməkhaqqı, əsas vəsaitə qoyulan xərc, mənfəət, tor­paq rentası və s.) təyin etmək və bu istehsal faktorlarının müxtəlif nomi­nal həcmləri üçün nəzərdə tutulmuş vergi dərəcələrinin sahibkarlıq subyektlərinin fəaliyyətinə təsirini araş­­dırmaq və həmçinin təsərrüfat subyektinin gəlirini gizlətməsi meyllərini araşdırmaq tələb olunur. Bu­nun üçün milli hesablar sistemində (MHS) verilən rüblük və illik hesabatlara baxmaqla əlavə də­yər­də payı çox olan istehsal faktorlarını həm iqtisadi fəaliyyət növlərinə həm də institutsional sek­tor­la­ra (qeyri-maliyyə, maliyyə, dövlət müəssisələri, ev təsərrüfatı subyektləri və s. subyektlər) görə təyin etmək mümkündür. AR-nın DSK-nin MHS və tədiyyə balansı üçün cari qiymətlərlə ha­zırladığı iqtisadiyyat üzrə toplu hesablarda əmək ödənişlərinin (istehsal faktoru) ümumi əlavə dəyərdə payına baxdıqda görmək olar ki, son 22 ildə bu göstərici 56%-15% arasında dəyişmişdir. Əmək ödənişlərinin nominal həcmi də eyni dövdə cari qiymətlərlə hər il artmış və 2013-cü ildə 10.77 milyon manat təşkil etmişdir. Beləliklə, ÜDM-in forma­laşmasında əmək ödənişlərinin payı həlledici rol oynayır. Digər tərəfdən ümumi əlavə dəyərin tər­ki­bində olan ümumi mənfəətə nəzər yetirsək görə bilərik ki, bu göstərici əmək ödənişlərindən xeyli çoxdur. Ümumi mənfəətin ümumi əlavə dəyərə nisbəti son 20 ildə 71%-84% arasında dəyişmişdir. Nominal həcmə baxdıqda isə eyni dövrdə bu faktor hər il artmış və 2013-cü ildə 43.848 milyon manat təş­kil etmişdir. Deməli, ÜDM-in formalaşmasında ümumi mənfəətin payı həlledici rola ma­likdir və sahibkarlığın effektiv inkişafı üçün fiziki şəxslərdən gəlir vergisi və hüquqi şəxslərdən mən­fəət vergisinə təsir etməklə vergi sistemi burada da vacib əhəmiyyət kəsb edir. AR Ver­gilər Nazirliyinin rəsmi statistika-hesabat məlumatlarına əsaslanaraq görmək olar ki, gəlir vergisinin mənfəət vergisinə olan nisbəti son 15 ildə 33% olmuşdur. Burada iri vergi ödəyicilərinin büdcədaxilolmalarında payını çıxsaq gəlir vergisinin mənfəət vergisinə olan nisbəti təxminən paritet halında olar. Bu o deməkdir ki, mənfəət və gəlir vergisi arasındakı asılılıqdan irəli gələn gəlir və ya mənfəətin müxtəlif nominal həcmində fiziki şəxslərin və o cümlədən hü­quqi şəxs qismində çıxış edən təsərrüfat subyektlərinin vergidən yayınma meylləri eyni mahiyyətli fəaliyyətin başqa formada qeydiyyatdan keçirilməsi ilə sahibkarlıq fəaliyyətinin real görüntüsünü poza bilər.[1]

Gəlir və mənfəət vergisi arasındakı asılılığa baxsaq görərik ki, gəlirin aylıq həcmi AZN 5500 olduğu hal­da vergi ödəyicisi istər muzdlu işdən istərsə də muzdlu işə aid olmayan sahibkarlıq-fəaliyyəti gös­tər­məklə eyni məbləğdə (AZN1100) vergi ödəmiş olur. Hesablanması: 0.2X = AZN350 + (X-AZN 2500)*0.25; X = AZN5500, 0.2X = AZN1100. Burada 0.2 əmsalı – sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxsin 20%-ə bərabər olan mənfəət vergisini, (X-AZN2500) – fiziki şəxsin gə­lirinin 2500 manatdan yuxarı olan hissəsini göstərir. Aydın olur ki, aylıq gəliri AZN0-AZN5500 ara­sında dəyişən sahibkarlıq subyekti daha az vergi ödəmək məqsədilə özünə əmək haqqı ödəyərək təsərrüfat fəaliyyətini fiziki şəxsin gəliri kimi bəyan edə bilər. Aylıq gəliri AZN5500-dən çox olan fizi­ki şəxslər isə daha az vergi ödəmək məqsədilə öz gəlirlərini sahibkarlıq fəaliyyəti və ya digər kor­po­rativ fəaliyyət adı altında bəyan etməyə meyyli ola bilərlər. Qeyd edək ki, sahibkarlıq fəaliyyəti ilə məş­ğul olan ictimai əhəmiyyətli subyektlər qiymətli kağızlar bazarında yeni səhmlər buraxaraq bu səhmləri səhm opsionları formasında öz işçilərinə gəlir əvəzinə ödəyə bilirlər. Belə ol­du­ğu halda işçilər fiziki şəxsin gəlir vergisini deyil mənfəət vergisini ödəmiş olurlar. Bu isə aylıq gə­li­ri AZN5500-dən yuxarı olan fiziki şəxslərin vergidən yayınması üçün bir vasitə rolunu oynayır. İn­ki­şaf etmiş ölkələrdə dövlət səhm opsionlarına maksimum hədd təyin edir (məs. ABŞ-da USD100,000). İctimai əhəmiyyətli olmayan sahibkarlıq subyektlərində və müəssisələrdə isə real prak­tikada belə həddlər tətbiq edilmir.

Beləliklə, əlavə dəyərin hesablanmasında komponentlərdən biri kimi yer almış ümumi mənfəəti əsas götürərək onun iqtisadi fəaliyyət növü və institutsional sek­tor­­lar üzrə pay artıqlığının olduğu yerlərdə vergiqoyma, vergi dərəcələri, güzəştlər, vergi ödəmə müd­dəti obyektlərini özündə birləşdirən elə vergi mexanizmi seçilməlidir ki, əlavə dəyərin payını ayır­dıqda investisiyanın azalması baş verməsin, sahibkarlığın və istehsalın inkişafı dayanmasın.

Ver­gi sisteminin qurulmasının təhlil edilməsi və vergi sisteminin islahatları sahəsində aparılan təd­bir­lər aşağıdakı nəticələri əldə etməyə imkan verir:

  • Vergi sistemləri formalaşdırılan zaman əsasən vergi inzibatçılığı ilə əlaqədər olan prinsipləri və ümumi qəbul edilmiş vergiqoymada klassik prinsipləri tam həcmdə həyata keçirir;
  • Ölkə­də vergi islahatının aparılması zamanı təcrübədə nisbi bərabərlik prinsipini və düzgünlüyü əks etdi­rən fəaliyyət göstərən vergi mexanizmləri hələlik yaradılmaqdadır ki, burada da vergi ödə­yi­ci­si­nin eyni vaxtda qanunla qoyulmuş vergini ödəməsi və istehsalın genişlənməsi və modernləşdirilməsi im­kanları nəzərdə tutulur.
  • Fəaliyyətdə olan vergi səviyyəsi müəssisələrə modernləşdirmə üçün, istehsalın genişləndirilməsinə, investisiya proqramlarının həyata keçirilməsinə, yeni texnologiyaların araşdırılmasına və tədqiqatların aparılmasına vəsait toplamağa imkan yaradır.
  • Fəaliyyət göstərən vergiqoyma sisteminin vergi mexanizminin fəaliyyət səmərəliliyinin formalaşdırılması məqsədi ilə getdikcə onun təkmilləşdirilməsinə ehtiyac vardır.

Deyilən nəticələr əsasında məqsədə uyğun olaraq vergi sisteminin və mexanizminin təkmilləşdirilməsi və ilkin dövrdə istiqamətləndirilmiş sahibkarlıq fəaliyyətinə sonrakı mərhələdə isə bu stimulun qorunmasına xidmət edən investisiya-innovasiya yönlü inkişafa keçidi təmin edən vergi mühitinin yaradılması təklif edilir.

[1] Qeyd edək ki, sadələşmiş vergi üzrə büdcə daxilolmalarının həcmi gəlir və mənfəət vergisi ilə müqayisədə əhəmiyyətli dərəcədə az olduğu üçün bu vergi növü üzrə təhlilə az yer ayrılmışdır.

(Azərbaycan) Büdcə kəsirinin fərqli yanaşmalarla hesablanması
Февраль 26, 2016
0
5_Ways_to_Budget_for_Home_Improvements

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Dövlət büdcənin gəlirlərinin onun xərclərini qarşılaya bilməməsi kimi ifadə edilən büdcə kəsirinin müxtəlif yaranma səbəbləri vardır. İqtisadiyyada tsiklik dəyişmələr, təbii fəlakətlər, iqtisadi və siyasi krizislər, sosial məzmunlu xərclərin artması və s. büdcə kəsirinin əsas yaranma səbəbləri kimi göstərilir. Büdcə kəsirinin kiçik faiz nisbətlərində reallaşması (məsələn bu rəqəm AB Maastricht kriteriyalarında büdcə kəsiri/ÜDM=3% kimi nəzərdə tutulub) iqtisadiyyatda effektiv tələbin artırılması və iqtisadiyyatın canlanması məqsədinə xidmət edə bilər. Eyni zamanda, dövlət tərəfindən həyata keçirilən stimullaşdırıcı iqtisadi siyasət vasitəsi kimi büdcə kəsirinin yaranmasına icazə verilir. Lakin büdcə kəsirin yüksək faiz dərəclərində reallaşması inflyasiya, dövlət borclarının artması və s. kimi iqtisadiyyatda mənfi halların baş verməsinə səbəb our. Belə olan halda, büdcə kəsirinin düzgün hesablanması, onun real səbəblərinin aydınlaşdırılması və aradan qaldırılması yollarının müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir.

Son illərdə müxtəlif yanaşmalarla ölkələrin real iqtisadi vəziyyətlərini nəzərə alaraq büdcə kəsirinin hesablama metodları təkmilləşdirilmişdir. Müxtəlif yanaşmalarla büdcə kəsirlərinin hesablanması iqtisadiyyatın real vəziyyətinə əsaslanan iqtisadi siyasət vasitələrinin düzgün seçiminə şərait yaradır. Bu cür yanaşmalarla hesablanan çox sayda büdcə kəsiri növləri olmasına baxmayaraq, əsasən aşağıda qeyd olunan dörd büdcə kəsiri növündən istifadə olunur:

  • Ənənəvi büdcə kəsiri,
  • İlkin büdcə kəsiri,
  • Əməliyyat kəsiri,
  • Büdcənin cari kəsiri.

Ənənəvi büdcə kəsiri

Ənənəvi büdcə kəsiri, əsas borclar üzrə büdcə ilində edilən ödənişlərin və həmin ildə alınan borcların nəzərə alınmaması prinsipi əsasında dövlət büdcəsinin xərcləri ilə gəlirləri arasındakı fərqin hesablanmasıdır. Başqa cür ifadə etsək, ənənəvi büdcə kəsiri büdcə xərclərindən əvvəlki illərdə alınan əsas borclar üzrə edilən ödənişləri, büdcə gəlirlərindən isə büdcə ilində alınan borcları çıxmaqla hesablanır. Buradakı əsas məqsəd, büdcə ilində ehtiyac duyulan xalis borc miqdarının müəyyənləşdirilməsidir. Bununla yanaşı, ənənəvi büdcə kəsirinin büdcə xərclərindəki real dəyişmələr haqqında da məlumat verdiyini qeyd edə bilərik. Ənənəvi büdcə kəsiri aşağıdakı düsturla hesablanır:

Ənənəvi büdcə kəsiri = (Büdcə xərcləri – büdcə ilində əsas borclar üzrə edilən ödənişlər) – (Büdcə gəlirləri – büdcə ilində alınan borclar) = Büdcə ilində alınan xalis boclar

İlkin büdcə kəsiri

İlkin büdcə kəsiri, ənənəvi büdcə kəsirindən (və ya büdcə xərclərindən) borc faiz ödənişlərini çıxlmaqla hesablanır. İlkin büdcə kəsiri hesablaması büdcə ilində əvvəlki illərdə alınan borclar üçün yüksək məbləğlərlə borc faizi ödəyən ölkələrin real maliyyə vəziyyətlərini araşdırmağa imkan yaradır. Borc faiz ödəmələri nəzərə alınmadan büdcə kəsirini hesablamaqla sonrakı illərdə ənənəvi büdcə profisitinin yaradılması yolları araşdırılır, bu kəsrin aradan qaldırılması və ümümilikdə büdcə tarazlılığının qurulması hədəflənir. İlkin büdcə kəsiri hesablaması və ənənəvi büdcə profisitinə nail olunması məsələsi yüksək miqdarlarda borcu olan ölkələrin BVF ilə aparılan kredit sözləşmələrində əsasə müzakirə obyektidir.

İlkin büdcə kəsiri = Ənənəvi büdcə kəsiri – Toplam borc faiz ödənişləri

Əməliyyat kəsiri

İnflyasiya şəraitində, nominal faiz dərəcəsinin inflyasiya faizi artmasıqədər meydana gələn artıs, sadəcə inflyasiya nəticəsində yaranan itkini əvəzləyir. Ancaq nominal faiz dərəcələri inflyasiya faizindən daha çox artarsa, belə olan halda dövlət tərəfindən borc alacaqlılarına əlavə gəlir transferti edilmiş olur. Yəni nominal faiz dərəcəsinin inflyasiya faizindən artıq olan hissəsi qədər büdcə kəsirinə yük əlavə edilmiş olur. Əməliyyat kəsiri faiz dərəcələri və inflyasiya faizi nəzərə alınaraq dövlət büdcəsinin gəlir və xərcləri arasında real fərqi hesablamağa imkanı yaradır. Bu hesablama metodundan inflyasiyanın və nominal faizlərin yüksək olduğu ölkələrin real maliyyə vəziyyətini təhlil etmək üçün istifadə olunur.

Büdcənin cari kəsiri

Büdcənin cari kəsiri, kapitalın formalaşmasına təsir etməyən və maliyyə aktivlərində artış meydana gətirməyən büdcənin cari xərclərindən cari gəlirləri çıxmaqla hesablanır. Büdcənin cari kəsiri, dövlət büdcəsinin gəlir və xərclər hissəsinə müvafiq ardıcıllıqla kapital gəlirlərinin və investisiya xərclərinin daxil edilməməsi prinsipinə əsaslanan büdcə kəsiri hesablama metodudur. Ənənəvi büdcə kəsirindən investisiya xərcləri-kapital gəlirləri fərqini çıxmaqla büdcənin cari kəsirini hesablamaq mümkündür.

Büdcənin cari kəsiri = (Büdcə xərcləri – investisiya xərcləri) – (Büdcə gəlirləri –kapital gəlirləri)

və ya

Büdcənin cari kəsiri = ((Ənənəvi büdcə kəsiri – (investisiya xərcləri – kapital gəlirləri))

Büdcənin cari kəsiri hesablanması iqtisadi artıma və iqtisadi inkişafa nail olmaq üçün dövlət investisiyalarının böyük əhəmiyyət daşıdığı inkişaf etməkdə olan ölkələrdə uzun müddətli dövrə istiqamətlənmiş iqtisadi təhlillərin aparılmasına və iqtisadi artıma və iqtisadi inkişafa nail olmaq istiqamətində planlanmış tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə omkan yaradır.

Hazırkı iqtisadi şəraitdə, fikrimcə ölkəmizdə də büdcənin cari kəsirinin hesablanması praktikasından istifadə edilməsi məqsədəuyğun olar. İnvestisiya xərcləri nəzərə alınmadan dövlət büdcəsinin cari kəsirinin hesablanması, onun maliyyələşdirilməsi üçün döğru vasitələrin seçimi baxımından əhəmiyyət daşıyır. Bu kəsrin büdcənin ənənəvi gəlirləri (vergi gəlirləri, dövlət rüsumları, qrantlar, özəlləşdirmə gəlirləri və s.) ilə maliyyələşdirilməsinin yolları araşdırılmalı, ölkəmizin iqtisadi inkişafı baxımından xüsusi önəm daşıyan investisiyaların maliyyələşdirilməsi üçün isə yerli və xarici maliyyə mənbəələri müəyyənləşdirilməlidir. İnvestisiyaların maliyyə mənbəələri Azərbaycan Respublikası Dövlət Neft Fondundan edilən transfertlərlə yanaşı, xarici maliyyə mənbəələrindən alınan borclar da ola bilər. İnvestisiyaların maliyyələşdirilməsi üçün cəlb olunan bu gəlirlər (borclar) isə dövlət büdcəsi daxilində yaradılacaq bir fondda cəmləşdirilməli və yalnız təyinatı üzrə xərclənməlidir.

Перейти к верхней панели