Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7001, EUR 2.1335, TRY 0.4521, RUB 0.0302, CNY 0.2681, GEL 0.6904, GBP 2.4037, IRR 0.0038, JPY 1.6085, XAU 2310.4274, XAG 28.7542, XPT 1713.3948, XPD 1738.3523
(Azərbaycan) SARDAR SHABANOV. Ph.D. on CS. WHO IS WHO ON UNEC?: COMPARATİVE ANALYSİS
Sardar_Profile

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

 

WebofScience.com saytı artıq Azərbaycanın 40 ali məktəbində əlçatandır.
Bunun üçün biz araşdırmaçılar hörmətli AR Təhsil naziri Mikayıl Cabbarova minnətdarlığımızı bildiririk. Onun davamlı və müsbət təsirini həm araşdırmaçılarımız, həm də dolayısı ilə tələbələrimiz hiss edəcəklər.
Bu o deməkdir ki, müasir dünyanın ən mötəbər elmi biblioqrafiya bazası Azərbaycanlı alim və araşdırmaçılar üçün açıqdır.

Səmərəsi nə olacaq?

Çox ola bilər. Ondan istifadə etməkdə göstərəcəyimiz qeyrətdən asılıdır.
Ulduz filmində psevdoalim «limpartçı» Gülümsərov deyir: «Gör Ulduz nədən yazır?»
Bu elmi bazalar toplusu imkan verir ki, dünyanın ən mötəbər 12700 jurnalında verilən məqalələrdən azından annotasiya, açar sözlər, elmi mərkəzlər, istinadlar və s. aparıcı göstəricilər səviyyəsində xəbərdar olaq.
Bilirsiniz ki, Azərbaycan alimləri hələ ki, ildə 1000-dən az məqalə çap etdirdikləri üçün ölkə olaraq beynəlxalq elmi reytinq cədvəllərinə düşə bilmirlər. Qonşu Türkiyə 19-cu, İran isə 21-ci yerləri tutur.
Azərbaycanda impakt faktorlu jurnallarda məqalələri ən çox fiziklər, riyaziyyatçılar, kimyaçılar çap etdirir. İqtisadçılarımızın məqalələri çox azdır: bir neçə dənə.
Qeyd edim ki, hələ 2009-cu ildə biz AMEA-nın Məruzələrində «Araşdırmaçıların elmi fəaliyyətlərinin qiymətləndirilməsi informasiya sistemi» adlı məqaləni dərc etdirmişdik (AMEA-nın Məruzələri, 2009, LXV cild, №5). Orada AMEA Kibernetika institutunda 2005-2009-cu illərdə çap etdirdikləri məqalələrin keyfiyyətinə görə 100-dən artıq göstərici üzrə əməkdaşların reytinq cədvəllərini qurmuşduq. O zaman üçün bu Azərbaycan elmi məkanı üçün bir yenilik idi. Sonra anoloji yanaşmalar AMEA İnformasiya Texnologiyaları İnstitutunda da (akad. Rasim Alquliyev) tətbiq edildi və hətta onun əsasında əməkdaşların stimullaşdırılması həyata keçirildi.
Təklif: UNEC alimlərinin son beş il üçün WebOfScience- nəşr etdirdikləri əsərlər izlənsin və reytinq cədvəli qurulsun. Bu əziyyəti mən öz üzərimə götürə bilərəm.
Onda məlum olar ki, UNEC-də kim-kimdir? Özü də beynəlxalq səviyyədə. Bizə elə gəlir ki, vəzifələrə təyinatda belə beynəlxalq meyardan istifadə daha obyektiv olar.
Sərdar Şabanov, tex.e.n., UNEC nəzdində İqtisadi Araşdırmalar ETİ-nin böyük elmi işçisi
Sardar_Shabanov@unec.edu.az
(+99450) 543 07 24
Azərbaycan:
(Azərbaycan) Mircavid Həsənov. Biznes –inkubatorların fəaliyyəti xüsusiyyətləri və ölkə iqtisadiyyatında rolu
Biznes Inkubator

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Azərbaycan iqtisadi inkişafının bu günü neft sektoru ilə bağlıdırsa gələcək inkişafı qeyri neft sektorundan, əsasən kiçik və orta sahibkarlığın inkişafından asılıdır. Məhz buna görə Azərbaycan hökuməti sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə bir sıra tədbirləri həyata keçirir. Azərbaycanda innovasiya yönümlü təşəbbüslərin aktivləşdirilməsi və bu sahədə səmərəli dövlət köməyi mexanizminin formalaşması zəruriliyi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2002-ci il tarixli, 753 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)» və Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında» 10 sentyabr 2002-ci il tarixli Fərmanında texnoloji biznes-inkubatorun yaradılması vəzifəsi qarşıya qoyulmuşdur.

Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinin ən effektiv metodlarından biri biznesin inkubasiyasi metodudur.   Hazırda dünyanın bir çox ölkələrində sahibkarlığın dəstəklənməsi məqsədilə səmərəli təşkilati- idarəetmə mexanizmləri tətbiq edilir. Bunların son vaxtlar geniş yayılmış yeni forması kimi biznes-inkubatorlar çıxış edir.

Biznes-inkubator – yeni yaranmış və inkişaf mərhələsində olan kiçik və orta sahibkarlığı, istehsal, informasiya, maliyyə və digər resurslarla təmin edən   və sahibkarlıq subyektlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə çeşidli xidmətlər göstərən təşkilati modeldir. Bu struktur daxilində yeni fəaliyyətə başlayan müəssisələrə biznesin təşkili məqsədilə güzəştli şərtlərlə müxtəlif xidmətlərin (ofis xidmətləri, konsaltinq, maliyyə vəsaitlərin əldə edilməsində köməklik, yeniliklərin sınaqdan çıxarılması və tətbiqi şəraitinin təmini və s.) göstərilməsi təmin edilir. Biznes-inkubatorlar sahibkarlıq subyektlərinin formalaşmasına xidmət etməklə, biznesin başlanğıc mərhələsində xərclərin aşağı salınmasına şərait yaradır. Müəssisənin biznes-inkubatorda fəaliyyəti müvəqqəti xarakter daşıyır və bir qayda olaraq 3-5 il təşkil edir.
Sahibkarlığın bu infrastrukturu əhalinin məşğulluq və həyat səviyyəsinin, regionların iqtisadi aktivliyinin yüksəldilməsi, kiçik müəssisələrin sayının, onların rəqabət qabiliyyətinin artırılması, bütövlükdə sahibkarlığın innovasiya yönümünün təmin edilməsi, müəssisələr arasında kooperasiya əlaqələrinin yaranması və möhkəmlənməsi kimi mühüm məsələlərin həllinə xidmət edir.
Biznes-inkubatorların qarşıya qoyulmuş məqsəddən (yeni iş yerlərinin yaradılması, innovasiya yönümlü sahibkarlığın inkişafı və s.) asılı olaraq bir sıra formaları-tətbiq-edilir:
     •  Sahibkarlığın formalaşması və inkişafına yönəldilmiş biznes-inkubatorlar: Bu biznes-inkubatorlar yeni firmaların yaranması prosesini sürətləndirmək məqsədilə sahibkarlıq fəaliyyətinə başlayanlara güzəştli şərtlərlə ofisləri icarəyə verir-və-müxtəlif-xidmətlər-göstərir. Bu növ biznes-inkubatorlar ilk yaranmışlardan olmaqla bərabər dünyada ən çox yayılmışlarıdır.
• Spesifik sahibkarlıq subyektlərinə və iqtisadiyyatın müəyyən bir sektorunda sahibkarlığın inkişafına istiqamətlənmiş biznes-inkubatorlar: Bu biznes-inkubatorlar əhalinin müəyyən bir qrupunun (məsələn; kənd əhalisi, qadınlar, gənclər) sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə və ya regionda bazarın zəif inkişaf etmiş müəyyən sektoruna (məsələn; geyim istehsalı) xidmət göstərmək məqsədilə-yaradılır. Bu tip inkubatorlar regionların inkişaf etdirilməsində xüsusən əhəmiyyətlidir. Əsas məqsəd hər bir region üçün ona spesefik olan, lakin az inkişaf etmiş biznes sahələrinin inkişaf etdirməkdən ibarətdir. Sahibkar inkubasiya prosesi zamanı fəaliyyət göstərmək istədiyi biznes sahəsi haqqında geniş informasiya əldə edir və bu sahənin özəllikləri nəzərə alınmaqla biznes strategiyası qurmaqda ona köməklik gəstərilir. Sahibkar konkret sahədə fəaliyyətə başlamamışdan əvvəl bu sahənin risk faizini qabaqcadan bilir. Bu da öz növbəsində onu müflisləşmədən sığortalayır.
• Yeni məhsul istehsalına istiqamətlənmiş texnoloji-biznes inkubatorlar
:       Adətən innovasiya və texnoloji mərkəzlərin, elmi parkların təsisçiliyi ilə yaradılan bu inkubatorlar yeni texnologiyaların inkişafına və onların tətbiqinin sürətləndirilməsinə-xidmət-edir.
Texnoloji biznes inkubator sahibkarlıq fəaliyyətinə başlayanlara və elmi-texniki sahədə fəaliyyət göstərən iş adamlarına innovasiya fəaliyyətlərinin həyata keçirilməsi və yeni texnologiya əsasında istehsalın təşkili üzrə xüsusi müqavilə əsasında və güzəştli şərtlərlə çeşidli xidmətlər göstərəcəkdir. Texnoloji biznes inkubatorda fəaliyyət göstərəcək müəssisələr əsasən iqtisadiyyatın öncül sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri ola bilərlər. Texnoloji biznes-inkubatorun seçilmiş müəssisələrlə münasibətləri xüsusi müqavilə əsasında tənzimlənəcəkdir.

(Azərbaycan) Fərəh Rəhmani. Sənaye müəssisələrində innovasiya fəaliyyətinin gücləndirilməsi
innovation

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020:gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıdakı dövr üçün respublikanın əsas sosial-iqtisadi inkişaf istiqamətləri müəyyən olunmuşdur. Bu konsepsiyaya uyğun olaraq ölkədə prioritet sənaye istiqamətlərinin müəyyənləşdirilməsi və sənayenin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə “2015-2020-ci” illərdə “Azərbaycan Respublikasında sənayenin inkişafı” Dövlət Proqramı qəbul olunmuşdur.

Dövlət Proqramının başlıca məzmunu təbii resursların ixracından iqtisadi artımın innovasiya modelinə keçiddə ifadə olunur. Buna görə də sənayenin, o cümlədən emal sənayesinin diversifikasiyası və inkişafı, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, ixracyönümlü və rəqabətqabiliyyətli istehsalın artırılması və s. əsas məqsədlər kimi qarşıya qoyulmuşdur. Göründüyü kimi milli iqtisadiyyatın innovativ inkişafına keçid bu məqsədlərin reallaşdırılmasının mühüm vasitəsidir. Deməli, iqtisadiyyatın bütün sahələrində, öncə isə sənayedə innovasiya səviyyəsinin artırılması bu gün üçün ən aktual problemlərdən biridir.

Beləliklə, aparılan araşdırmalar əsasında bir sıra ümumi və mühüm nəticələr çıxarmaq olar. Azərbaycan şirkətləri bütövlükdə innovasiya fəaliyyətinə həddən artıq qeyri-bərabər vəziyyətdə cəlb olunmuşlar. Digər tərəfdən onların çoxu cari fəaliyyət çərçivəsində onu strateji əhəmiyyətli və prioritet hesab etmirlər. İnnovasiya fəaliyyəti səviyyəsinin ümumən yüksək olmaması  səviyyəsi qarşılığında Azərbaycanda yüksək göstəricilərlə səciyyələnən sektorlar(yüksək texnoloji sahələrə aid) inkişaf edir. Lakin bu sektorların özü də innovasiya fəaliyyətinin intensivliyinə görə inkişaf etmiş ölkələrin orta göstəricilərindən geri qalır.

Azərbaycan bazarında mövcud olan rəqabət mühiti birbaşa innovasiya fəallığının stimullaşdırılmasını təmin etmir. Şirkətlər tərəfindən seçilən fəaliyyət strategiyası və innovasiya rejimi də daxil olmaqla bazar davranışı innovasiyaların birbaşa səmərəsini məhdudlaşdırır.

Azərbaycanda innovasiya fəallığına görə qısa və uzun müddətli perspektivdə “mükafatlandırılmanın” və bonuslar əldə onunmasının mexanizmi və şərtləri yoxdur. Buna görə də innovasiyanın inkişafını limitləşdirən mühüm amillərdən biri resurs, xüsusilə də maliyyə imkanlarıdır. Maliyyələşdirmədə olan çatışmamazlıq nəinki müvafiq fəaliyyət növünün miqyasını azaldır, eləcədə innovasiyanın keyfiyyətini pisləşdirir. Bu baxımdan maliyyə bazarlarında sabitlik, manatın likvidliyinin bərpası, habelə maliyyə intizamının möhkəmləndirilməsi hazırda ölkənin innovasiya strategiyasının uğurunu təmin edə bilən vasitələrdir. Fikrimizcə göstərilənlərin həyata keçirilməsi üçün maliyyə bazarlarına nəzarət Palatası və sahibkarlara dəstək üzrə appelasiya şuraları müsbət rol oynayacaqdır.

Hazırki dövrdə kredit resursları çatışmamazlığı və onların baha olması sahibkarların əksəriyyətini innovasiya texnologiyalarını istehsalda tətbiq etməkdən çəkindirir.      Buna görə də yeni texnologiyaları tətbiq edən müəssisələr üçün, eləcə də bütün innovasiya fəaliyyəti subyektləri üçün faiz dərəcələrinin müəyyən hissəsinin ödənilməsi və digər vergi güzəştlərinin tətbiq olunması məqsədəuyğundur. Bu müəssisələrdə daxili və xarici investorlar üçün əlverişli investisiya mühitinin yaradılması, ölkədən kapital axımının qarşısının alınması. qeyri-neft sənayesi sahələrinin inkişafına xüsusi diqqət yetirilməsi zəruridir. Xüsusi iqtisadi zonaların, sənaye parkları və sənaye məhəllələrinin yaradılması prosesi ölkədə klasterlərin formalaşdırılması intensivləşdirilməlidir. MİS-in səmərəli fəaliyyəti qurulmalıdır.

Azərbaycan sənaye müəssisələrində innovasiya fəaliyyətinin təşkilinin təhlili göstərir ki, bu sahədə ölkədə bəlli təcrübə toplanmışdır. Hazırda innovasiya fəaliyyətinin təşkilinin aşağıdakı səviyyələri özünü göstərir;innovasiya layihələri üzrə komitələrin yaradılması;məqsədli qruplar:daxili innovasiya layihələrinin və vençur bölmələrinin yaradılması, innovasiya konsorsiumları və s. Fikrimizcə, konkret məqsəddən və mövcud yaranmış şəraitdən asılı olaraq innovasiya fəaliyyətinin təşkilinin müvafiq səviyyəsi seçilə bilər. Bununla belə hazırda Respublika sənaye müəssisələri üçün vençur layihələrinin və vençur bölmələrinin yaradılmasının əhəmiyyəti xüsusilə böyükdür. Bu baxımdan ölkədə orta səviyyəli aktivlərə malik olan (5-10 mln.$) vençur fondlarının yaradılması daha məqsədəuyğun olardı. Dünya təcrübəsində (ABŞ, Böyük Britanya) fondun orta həcmi 50 mln. $ təşkil edir.Vençur maliyyələşdirilməsinin həyata keçirilməsində iri maliyyə-sənaye qruplarının,banklar, sığorta şirkətləri, fərdi investorların fəallığının artırılması da zəruri şərtlərdəndir.

Sənaye müəssisələrinin innovasiya fəaliyyəti strategiyaları müəyyənləşdirilərkən müxtəlif növlü və təyinatlı xarici innovasiya fəallığı formalarına, sənayeləşmənin sürətləndirilməsinin müvafiq institutlarının yaradılmasına da diqqət yetirilməsi zəruridir. Son 5 ildə bu sahədə ölkəmizdə ciddi işlər görülmüşdür. O cümlədən Sumqayıt Texnologiyalar Parkı ilə yanaşı, Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Yüksək Texnologiyalar Parkı işə salınmışdır. Neftçala rayonunda sənaye məhəlləsinin yaradılmasına, Mingəçevir texnoloji parkının təşkilinə başlanılmışdır. Xüsusi iqtisadi zonaların. sənaye parkları və sənaye məhəllələrinin yaradılması prosesi,    klasterlərin formalaşdırılması bütün rayonlarda davam etdirilməkdədir. Bu mütərəqqi meyl iqtisadi regionlarda sənaye müəssisələrində innovasiya strategiyalarının uğurla həyata keçirilməsinə imkan verəcəkdir.

Sənaye müəssilərində innovasiya fəaliyyəti strategiyaların qeyd edilən və adları çəkilməyən təşkilatı formaları və əməliyyatları meta səviyyədə vahid innovasiya sistemində inteqrasiya olunan innovasiya infrastrukturunun ünsürləridir ki, ona Milli İnnovasiya Sistemi deyilir. Belə bir səmərəli sistemin qurulması ölkədə innovasiya fəaliyyəti strategiyalarının işlənilməsi və həyata keçirilməsinə nəzarətin aparılmasının mühüm şərtidir.

 

Перейти к верхней панели