Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9479, TRY 0.3020, RUB 0.0259, CNY 0.2451, GEL 0.6308, GBP 2.2135, IRR 0.0040, JPY 1.5131, XAU 2086.5970, XAG 24.8452, XPT 1411.3910, XPD 1835.2095
(Azərbaycan) Neft gəlirlərinin real sektora yönəldilməsi mexanizmi və qeyri-neft sektorunun inkişafı
silhouette of working oil pumps on sunset backgroundsilhouette of working oil pumps on sunset background

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Neft gəlirlərinin real sektora yönəldilməsini təmin etmək və qeyri-neft sektorunu inkişaf etdirmək üçün aşağıdakı tədbirlər zəruridir:
1) kreditlər üzrə faiz dərəcələri azaltmaq məqsədilə stimullaşdırıcı pul-kredit siyasətinin həyata keçirilməsi;
2) idxalın liberallaşdırılması. Bu, stimullaşdırıcı pul-kredit siyasəti nəticəsində artan inflyasiya templərini azaldmağa imkan verəcəkdir;
3) sərbəst üzən valyuta məzənnəsinə keçid
4) inflyasiya və manatın ucuzlaşması nəticəsində artan sosial gərginliyi azaldmaq üçün büdcə işçilərinin maaşlarının artırılması, icbari tibbi sığortanın tətbiqi, sosial yardımların gücləndirilməsi
5) qeyri-nefr sektorunda investisiyaları stimullaşdırmaq üçün sürətli amortizasiyanın tətbiqi;
6) yuxarıdakı tədbirlər nəticəsində artan büdcə kəsirini maliyyələşdirmək üçün Neft Fondundan transfertlərin artırılması;
7) valyuta spekulyasiyalarını azaltmaq üçün valyuta dəyişmələrinə verginin tətbiqi.

Bu tədbirlər 1) neft gəlirlərinin real sektora yönəldilməsini və 2) orta müddətli dövrdə yerli istehsalı və ixracı artıraraq manatın güclənməsini və inflyasiyanın azalmasını təmin edəcək

(Azərbaycan) prof. Z.F.Məmmədov. Deflyasiya, Staqfyasiya İnflyasiya və Devalvasiya: səbəb və nəticələr
devaluation-of-iraqi-dinar

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Deflasiya. Deflasiya, bir iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin azaldığı və ya mal və xidmət istehsalının azalmasına yol açan vəziyyətdədir. İnflyasiya мüddətində qiymətlərin səviyyəsi yüksəlir və pul də­yərini itirir, ək­sinə deflasiya dönəmində isə qiymətlər aşağı enər və bununla bağlı ola­raq pul dəyər qazanar. Bu isə, xalqın pula olan tələbinin art­ma­sına, əksinə mala olan tə­lə­bin azalmasına yol açar. Beləliklə, is­teh­salçılar məhsullarını satmaqda çətinlik çə­kər­lər. Ehtiyatlar ar­tar. Nəticədə, investisiya azalır və hətta durur. İstehsal fak­tor­la­­rın­dan bəzi bölmələri istifadəsiz hala çevrilir və iş­siz­lik artar, işsizlik isə gəlirin azal­masına və nəticədə iq­ti­sa­diy­yat­da daralma (depresiya) davam edər. Buradan da anlaşılacağı ki­mi defla­siyaya yol açan ən önəmli faktorlardan biri də iq­ti­sa­diy­­yat­dakı tələb ye­tərsizliyidir.

Bununla bərabər, deflasiyasiyanın ən ciddi təhlükəsi iş­siz­liyə sə­bəb olmasıdır. İstər inflyasiya, istərsə də deflasiya iqtisadiy­yat üçün ağır xəs­tə­lik­dir.

Staqflasya. Avropada ortaya çıxan 1969-1976-cı illər böh­ra­nı dönəmində in­flya­siyanın təsiri ilə qiymətlər səviyyəsinin yük­səl­diyi görülmüş, лакин bunun ya­nın­da inflyasiyanın bir nəticəsi ola­raq iqtisadiyyatda bir canlılığın ortaya çıx­ma­dığı, əksinə bu dur­ğunluq halının hökm sürdüyü ölkələrdə isə iş həcminin azal­dığı və işsizliyin artdığı gözlənilmişdi. Bir ölkədə mal və xid­mət­lə­rin qiymətləri yük­sə­lir ikən, digər yandan da iş həcminin da­ral­ma­sı indiyə qədər keçərli olan nəzəri bil­gi­lərə görə bir-birinə zidd iki hadisə oldu.

İNFLYASİYA. İnflya­siya əmtəə və xid­mətlərə tələbin ümumi təklifdən artıqlığı mühi­tin­də qiymətlərin artması və bu­nun da müqabilində pul vahidinin də­yərsizləşməsi prosesidir.

İnflyasiya di­na­mik bir prosesdir. Belə ki, iqtisadi sahədə baş verən dəyişikliklər mütəmadi ola­raq büdcənin tarazlığını pozur. Belə bir аnda əlavə pul emissiyası büdcə xərc­ləri hesabına maliyyələşdirilən tədbirlər üçün ən asan vəsait mənbəyi olur. Bu proses öz növbəsində dövriyyədə olan pulun miqdarını artırır, qiymətlərin ümu­mi səviyyəsini yüksəldir, yə­ni, inflyasiya proseslərini daha da gücləndirir və nə­ticədə büdcənin tarazlığı yenidən pozulur.

İnfl­ya­si­ya­nın meydana gəlmə səbəb və təzahür for­ma­ları fərqlidir.

Struktur inflyasiyanыn tə­za­hür formaları aşağıdakı­lar­la özünü gös­tərir: əhalinin gündəlik istehlak mallarına tə­lə­batı sü­rət­lə artaraq genişlənmək­dədir. Lakin bu fıziki tələbatı qar­şı­la­ya­caq kənd tə­sərrüfatı və sənaye mal­ları kifayət edən istehsal olun­mursa ölkədə qiymətlərin strukturu pozul­mağa baş­layacaq və infl­yasiya baş verəcəkdir.

İnflyasinı törədən ən va­cib struktur səbəblərindən biri də büdcə kəsirləridir. Büdcə kəsirləri və borc­larının artması, bu borcları ödəmək üçün Mərkəzi Bankdan istifadə olunması və xərc­­lərin istehsala yönəldilməməsi qısa müddətdə pula olan tələbi də artıracaqdır. Ba­zar iqtisadiyyatı şəraitində qiymət sahəsində mü­hüm struktur problemlərdən biri də inhisarçı müəssisələrin var­lığıdır. İqtisadiyyatda o müəssisələr inhisarçı hesab olu­nur ki, hər hansı ərazidə müəyyən məhsulun tək istehsalçısı olur və bu əra­zidə hə­min məhsulu əvəz edə bilən digər məhsullar istehsal olun­mur. Bununla da is­teh­sal­çı alıcılara malları istədiyi qiymətə sa­ta bilər.

İnflyasiyanın əsasını təşkil edən di­gər bir səbəb də iqtisadi resursların ədalətli bir şəkildə payl­­anmaması və ya on­lar­dan iq­ti­sa­diyyatda lazımi səviyyədə istifadə edil­məməsidir.

Tələb inflyasiyası isə iqtisadiyyatdakı nominal gəlirin (pulla ifadəsi) o iq­tisadiyyatdakı real gəlirdən (istehsal edilən mal və xid­mətdən) daha çox olması ha­lında görülən inflyasiya for­ma­sı­dır. Tələb inflyasiyası iqtisadiyyatda məcmu tək­lifin sabit qal­ması şəraitində məcmi tələbin artmasından və ya istehsalın ar­tım sü­rətinin tələbin artım sürətindən aşağı olmasından ortaya çıxır.

Çünki qiy­mət artımı istehsalı təşviq edir. İstehsalın təşviqi əmək haqqının səviyyəsini yük­səldir. Əmək haqlarının yüksəlməsi alıcılıq qabiliyyətini artırır. Beləliklə, mal və xidmət birjasında, həm də istehsal malları birjasında məcmu tələb ar­tı­mı inflya­siya­ya səbəb olur. Həmkarlar təşkilatının çox güclü olduğu iq­ti­sa­diy­yat­larda, həmkarlar birliyinin təzyiqi ilə istehsalda gerçək bir produktivitə ar­tı­mı olmadan yapılacaq əmək haqqı artımları da, ölkədə nominal gəliri yük­səl­də­cəyindən inflyasiyaya yol aça biləcəkdir. Bu cür infl­ya­si­yalara da əmək haq­qından qaynaqlanan inflyasiya deməkdəyik. İnflyasiyaya yol açan səbəblərdən biri də xaricdən idxal edilən malların qiymətlərindəki artışlardır.

İnflyasiyaya yol açan səbəblərdən biri də istehsal xərclərinin yüksəlməsidir. Xərc­lər inflyasiyası, malın maya dəyərində, yəni maddələrin birində və ya bir ne­çəsinin qiymətlərində (мəsələn, xam­mal qiymətlərində) meydana gələn artımlar səbəbi ilə ortaya çıx­maqdadır. Maya dəyərində meydana gələn artımlar məhsul qiy­mətini artırır, bu da qiymətlərin yüksəlməsinə səbəb olur.

İnflya­siyanın əsas mənbəyindən Mərkəzi Bank tə­rə­fin­dən tədavülə bu­raxılan əlavə pul kütləsidir. Eyni zamanda, uzun müddətdə pul təklifindəki artımlar həm inflyasiyanı, həm də faiz dərəcələrini artırır.

Hazırda inflyasiyanın cilovlanması ona qarşı mübarizənin kon­kret yol­la­rı­nın və müvafiq alətlərin seçilməsi sahəsində top­lan­mış kifayət qədər dünya təc­rübəsi, anti­inflyasiya siyasətinin iş­lənib hazırlanmış nəzəri əsasları möv­cuddur. Keynsçi tə­lim iqtisadi siyasətdə təsirli alət kimi iki vasitəni tövsiyə edir: işsizlik və dur­ğun­luq halında dövlət məsrəflərini artırmaq, inflyasiya sü­rət­ləndikdə isə bu xərcləri azalt­maq.

Monetaristlərə görə, inflyasiyanın səbəbi pul kütləsindəki ar­tım olduğun­dan, ye­ganə çarəsi də onun artım nisbətini azalt­maq­dır. Lakin, onlara görə inflyasiya onun qarşısının alınması yol­larının bilinməməsindən deyıl, bu tədbirləri həyata ke­çi­rə­cək siyasi iradənin olmamasından irəli gəlir.

Antiinflyasiya tənzimlənməsinin vəzifələrindən biri də büd­cə kəsirinin azal­­dıl­ması və ləğv edilməsidir. Özəlləşdirilən müəs­si­sə­lərin səhmlərinin sa­tıl­ması infl­ya­siya tələbinin müəyyən his­sə­si­ni azaldır. İri miqyaslı özəlləşdirmə hə­yata ke­çi­ril­miş bütün öl­kə­lər­də belə nəticə əldə edilmişdir.

İnflasiyanın idxalatı artırıcı, ixracatı azaldıcı yöndə təsir etməsi, ölkə iq­ti­sa­diyyatının xarici ticarət kəsiri verməsinə yol açar. Bu isə, xarici ticarətin iq­ti­sa­diy­yatdakı vаcibliyinə görə, məcmu gerçək tələbi, dolayısı ilə inflyasiya təz­yi­qi­ni azaldıcı yöndə təsir edə bilər.

İnflyasiyanın sabit gəlirlilər dediyimiz qrup­lara, yəni işçi və məmurların gəlir bölgüsünə mənfi təsiri şübhəsizdir. Bu qru­pun gəliri, qiymətlərin artımına ayaq uyduran qrupların gəlirlərinin əksinə aza­lar və satın alma gücü düşər. Bu isə sosial ədalətsizliyə yol açar. İnflyasiya şəxs­lərin yı­ğım istəklərini yox edir. Pul gündən-günə dəyərini itirdiyinə görə kim­­sə pulunu saxlaya bilməz. Həmən pullarını mala yatırmaq is­tər. Bu isə tə­lə­bin şişməsindən təkrar qiymətlərin yüksəlməsinə yol açar. İnflyasiya olan öl­kə­də yapılacaq investisiyaların pro­duk­tiv sahələrинə qoyulması yerinə, ən çox qısa müd­dətdə mən­fə­ət gətirən sahələrə istiqamətləndirilməsinə yol açar və beləliklə iq­ti­sadiyyatda qaynaq bölgüsünün pozulmasına səbəb olur. İnfl­ya­si­ya ölkənin xa­rici ticarətini də pozar. Valyuta kurslarının sabit ol­duğu bir durumda daxili qiy­mətlərin çox yüksəlməsi nə­ti­cə­sin­də idxal ediləcək mallar daha da azalır. Bu isə, valyutaya ehtiyacı olan ölkələr üçün ciddi problemlər yaradır. Bu prob­lem­ləri həll et­mək üçün də devalvasiyа edilir, yəni, inflyasiya dönəmlərində faiz dərəcələri yüksəlir və real maaşlar azalır.

DEVALVASİYA. Pulun dəyəri (buna pulun satın alma gücü də deyə bilərik) pul vahidinin satın alacağı mal və xidmətlər cəmi ilə ölçülməkdədir. Məsələn, müəyyən bir pul miqdarı ilə (tutaq ki 50 manat ilə) bir səbəti A,B,C,D,E, və F mallarını alaraq doldursaq və müəyyən bir müd­dət sonra bu səbəti yenə eyni mallarla doldurmaq üçün mal qiymət­lərində meydana gələn artımlar səbəbi ilə, 100 manat ödəmək lazım ola­caqsa, bunun ortaya qoyduğu gerçək, bu müddət aralığında pulun 100% nisbətində bir dəyər itkisinə (satınalma gücü itkisinə) yol açmasıdır.

O hal­da ümumi qiymətlər səviyyəsi ilə pulun dəyəri arasında tərs yönlü bir ilişki var­dır. Ümumiyyətlə, bir iqtisadiy­yatda, ceteris paribus, yəni pul miqdarı art­dığı təqdirdə qiymətlər səviyyəsi yüksələcək və dolayısı ilə pulun dəyəri dü­şə­cək­dir. Əksinə bir iqtisadiyyatda pul miqdarı azalırsa qiymətlər səviyyəsi də dü­şəcək və pulun dəyəri yüksələcəkdir. Pulun daxili dəyəri yanında, xarici də­yə­ri də vardır.

Devalvasiya. Bir ölkənin Milli pulun dəyərinin tək tərəfli bir qərarla xarici öl­kə pullarına görə düşürməsinə devalvasiya deyilir. Məsələn, 1 Avro= 1 ma­­nat ikən yapılan bir de­val­vasionla 1 Avro = 1,10 manat olaraq təsbit edilirsə, bu zaman ma­nat Avro qarşısında 10% nisbətində dəyər itkisinə yol aç­mış­dır mənasını verir. Devalvasiya sırasında yapılmasını gərəkdirən şərtlərin ən önəmlisi da­vamlı və xronikləşmiş xa­rici ticarət açıqlarıdır. Bir iqtisadiyyat əgər xaricə satdığından daha çox malı xa­ric­dən alırsa, bu ölkənin xarici ticarəti açıq verir deməkdir. Xarici ticarət kəsiri olan ölkələrin hökumətləri devalvasyon etməklə ixracatı artırma, idxalatı isə azalma məqsədi da­şıyır. Devalvasiyanı həyata keçirən ölkənin malları xarici ölkələr üçün ucuzlaşır, əksinə xarici ölkənin malları isə bu ölkədə bahalaşır. Lakin devalvasiyondan sonra iqtisadi uğuru əldə etmək üçün daxili qiymətlərin artımını dаyandırmaq təməl şərtdir.

Bu gün Azərbaycanda Devalvasiya predmeti KİV-lərdə ən çox müzakirə mövzusudur. Manatın məzənnəsinə təsir edən ən başlıca amillər- neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasətidir, yəni göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər milli iqtisadiyyatdan kənarda formalaşır.

Məlumdur ki, milli pul vahidinin sabitliyi iqtisadi inkişafın əsas şərtidir. Təcrübə göstərir ki iqtisadi ədəbiyyatlarda qeyd olunduğu kimi, devalvasiya nəticəsində milli iqtisadiyyatın ixrac potensialının güclənməsi kimi hadisələr baş vermir.

Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, milli pul vahidinin devalvasiyası və milli iqtisadiyyatın ixrac həcminin artması arasında statistik əlaqə yoxdur, o nədənlə birinci ikincinin artımına səbəb olmur.

Çünki, istehsal məhsullarının maya dəyərinin böyük bir hissəsi xarici valyutadan asılı vəziyyətdədir.

Biz devalvasiya məsələsinə köklü yanaşmalıyıq, idxalın strukturunu öyrənməliyik və valyutaya tələb yaradan bəzi malların, məsələn lüks avtomobillərin, yaxtaların, bahalı siqar və spirtli içkilərin ölkəyə gətirilməsini yüksək aksiz vergisi tətbiq etməklə azaltmalıyıq.

Ilk növbədə, Azərbaycanda valyutanın sabitliyinin təminatı üçün –Valyuta Şurasının yaradılması vacibdir. Bütövlükdə valyuta və maliyyə təhlükəsizliyini təmin etmək üçün mövcud disproporsiyaları aradan qaldırmaq, ABŞ dollarına nisbətdə manatın mövqeyini möhkəmləndirmək lazımdır. Buna isə xammal və enerji daşıyıcıların qiymətindən asılı olmayaraq, yüksək texnoloji və elm tutumlu sənaye məhsullarının istehsalı və ixracının artırılması yolu ilə nail olmaq mümkündür.

Odur ki, Azərbaycan hökuməti və Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı məsələnin ciddiliyini nəzərə alaraq onun bu proseslərə tam hazırlanması üçün zəruri olan bütün addımları atır.

UNEC, “Bank işi” kafedrasının müdiri — prof. Z.F.Məmmədov

 

(Azərbaycan) İNKİŞAF İQTİSADİYYATININ YENİ TƏDQİQAT PROBLEMİ: ORTA GƏLİR TƏLƏSİ
DSC_8789

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

i.ü.f.d., dos. Elşən Bağırzadə

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

“Beynəlxalq iqtisadiyyat” kafedrası

 

Giriş

Orta gəlir tələsi anlayışı (middle income trap) iqtisadi ədəbiyyata son dövrlərdə daxil olan anlayışlardan biridir. Bu anlayış xüsusilə inkişaf etməkdə olan ölkələrlə bağlı olduğundan dünyanın müxtəlif regionlarından olan iqtisadçıların böyük marağına səbəb olmuşdur. Orta gəlir tələsi anlayışını iqtisadi ədəbiyyata daxil edən iqtisadçılar Indermit Gill və Homi Kharasdır. Bu iqtisadçılar 2007-ci ildə Dünya Bankı üçün hazırladıqları “Şərqi Asiya Renessansı: İqtisadi Artım Üçün İdeyalar” (“An East Asian Renaissance: Ideas for Economic Growth”) adlı hesabatlarında bu anlayışdan istifadə etmişlər. Qeyd olunan hesabatda orta gəlir tələsi anlayışı və orta gəlir tələsindən çıxış yolları geniş şəkildə təhlil olunmuşdur. Sonralar bu anlayışın iqtisadi ədəbiyyatdakı yerinin möhkəmlənməsində bir çox iqtisadçıların, xüsusilə də Barry Eichengreen, Donghyun Park və Kwanho Shinin tədqiqatları mühüm rol oynamışdır. Son dövrlər dünya iqtisadiyyatında baş verən proseslər çərçivəsində Azərbaycan kimi təbii resurslara əsaslanan iqtisadiyyatların üzləşdiyi çağırışlar həmin ölkələrin elmi dairələrində bir sıra məsələlərlə yanaşı, məhz orta gəlir tələsi və ondan çıxış yollarının da müzakirəsini zəruri etmişdir.

Bu yazının məqsədi orta gəlir tələsi probleminin mahiyyəti və ondan çıxış yolları haqqında oxuculara qısa şəkildə məlumat verməkdir.

Orta gəlir tələsi nədir?

Hər hansı bir iqtisadiyyatın adambaşına düşən gəlir göstəricisinin müəyyən bir səviyyəsinə çatdıqdan sonra həmin səviyyəni aşa bilməməsi vəziyyətinə orta gəlir tələsi deyilir. Başqa sözlə, orta gəlir tələsi hər hansı bir iqtisadiyyatın adambaşına düşən gəlir səviyyəsinin müəyyən bir həddini keçə bilməməsi halı və ya müəyyən bir gəlir səviyyəsinə çatdıqdan sonra durğunluq vəziyyətinə düşməsi halını ifadə edir.

İlk dəfə olaraq, bu anlayışı iqtisadi ədəbiyyata daxil edən Gill və Kharasa görə orta gəlir tələsi, XX əsrdə inkişaf etmiş ölkələrə nisbətən daha yavaş böyüyən və onlarla arasındakı iqtisadi fərqi tamamlaya bilməyən orta gəlirli ölkələrin aşağı əmək haqqı səviyyəsi ilə rəqabət edən yoxsul ölkələr ilə sənayeləri yetkinləşmiş, texnoloji yeniliklərdə üstün olan zəngin ölkələr arasında sıxışıb qalmalarını ifadə edir.

Orta gəlir səviyyəsi necə müəyyən edilir?

Burada əsas metododloji məsələlərdən biri məhz hansı gəlir səviyyəsinin orta gəlir səviyyəsi kimi qəbul edilməsidir. Bu anlayış ilk dəfə ortaya atıldığı zaman ABŞ-da adambaşına düşən gəlirin 20%-nin digər iqtisadiyyatlar üçün orta gəlir səviyyəsi kimi qəbul edilməsi yanaşması əsas götürülmüşdür. Başqa sözlə, bu gün ABŞ-da adambaşına düşən gəlir göstəricisini təxminən 50000 ABŞ dolları səviyyəsində qəbul etsək, onda orta gəlir səviyyəsini 10000 ABŞ dolları kimi qəbul etmək mümkündür. Amma buna baxmayaraq, təcrübədə orta gəlir səviyyəsinin müəyyən edilməsi ilə bağlı müxtəlif iqtisadçılar tərəfindən müxtəlif yanaşmalardan istifadə edilir. Ən geniş yayılmış yanaşma isə Dünya Bankının gəlir səviyyəsinə görə ölkələri qruplaşdırması yanaşmasından istifadə edilməsidir.

Hansı iqtisadiyyatlar orta gəlir tələsinə düşmüş hesab olunurlar?

Orta gəlir tələsinə düşən iqtisadiyyatların əsas xüsusiyyətləri arasında aşağı yığım və investisiya səviyyəsi, emal sənayesinin artım tempinin aşağı düşməsi, sənaye istehsalında diversifikasiya səviyyəsinin aşağı olması, əmək bazarı tələblərinin qeyri-adekvat olması və.s göstərmək mümkündür. Bu baxımdan hər hansı bir iqtisadiyyatın təbii resursları məhduddursa, əhalisi çox və sürətlə artırsa, sənayesinin innovasiya imkanları çox aşağıdırsa onun orta gəlir tələsinə düşməsi qaçılmazdır. Aşağı əmək haqqı səviyyəsinə malik olan bu ölkələr standart emal sənayesi məhsulları üzrə yoxsul ölkələr qarşısında rəqabət gücü zəifləyən, innovasiya əsasında inkişaf edən ölkələrin isə iqtisadi səviyyəsinə yaxınlaşmaqda çətinlik çəkən ölkələrdir.

Orta gəlir tələsindən necə çıxmaq olar?

Orta gəlir tələsi, heç şübhəsiz ki, inkişaf etməkdə olan ölkələrə xas problemdir. Bu problemin nəzəri şərhi baxımından Solow Neoklassik İqtisadi Artım Modeli böyük əhəmiyyətə malikdir. Bu yanaşmaya görə texnologiya və əmək sabit qalmaqla kapital yığımına əsaslanan iqtisadi artım modeli kapitalın azalan məhsuldarlığı səbəbindən davamlı xarakter daşıya bilmir. Başqa sözlə, yalnız kapital yığımına əsaslanan iqtisadi artım müəyyən müddətdən sonra sıfır səviyyəsinə daxil olacaq və ya orta gəlir tələsinə düşüləcəkdir. Bu halda, artıq iqtisadi artımın mənbələri qismində məhsuldarlıqdakı artım, innovasiya və insan kapitalının çıxış etməsi zərurətə çevriləcəkdir. Tədiqatlar göstərir ki, orta gəlir tələsindən çıxan və yüksək gəlir qrupuna daxil olan ölkələrin əsas xüsusiyyətləri də məhz instutlaşmalarını tamamlamaları, texnologiya tutumlu istehsal strukturuna malik olmaları, elmi tədqiqatlara investisiyalarını artırmaları, yüksək əlavə dəyərə malik məhsullar ixrac etmələri, kapital bazarlarını tam şəkildə formalaşdırmaları və istehsalı yüksək ixtisaslı iş qüvvəsilə həyata keçirmələridir.

Orta gəlir tələsindən çıxmaq nə qədər asandır?

Orta gəlir tələsindən çıxaraq yüksək gəlir qruplu ölkələr sırasına daxil olmaq əksər inkişaf etməkdə olan ölkələrin hədəfi olsa da, bunu reallaşdırmaları o qədər də asan deyildir. Dünya Bankının məlumatlarına görə 1960-cı ildə 101 orta gəlirli ölkədən 2008-ci ildə yalnız 13-ü – Ekvadorial Qvineya, Yunanıstan, Honq-Konq, İrlandiya, İsrail, Yaponiya, Mavriki, Portuqaliya, Porto Rika, Koreya, Sinqapur, İspaniya, Tayvan – orta gəlir tələsindən çıxaraq yüksək gəlirli ölkələr qrupuna daxil olmuşdur. 2012-ci ildə iqtisadçılar Felipe, Abdon və Kumarın apardıqları birgə tədqiqatın nəticələrinə görə 2010-cu ildə aşağı-orta gəlirli və yüksək-orta gəlirli 52 ölkədən 35-i orta gəlir tələsindədir. Bu ölkələrin 13-ü Latın Amerikasında, 11-i Orta Şərqdə, 6-ı Səhra-altı Afrikada, 3-ü Asiyada və 2-i Avropadadır. Göründüyü kimi orta gəlir tələsi problemi daha çox Latın Amerikası və Orta Şərqdə toplanmışdır. Latın Amerika və Orta Şərq ölkələrinin 1960-cı ildə orta gəlir səviyyəsinə nail olduqları nəzərə alındıqda bu ölkələrin 50 ildən çoxdur ki, orta gəlir tələsində qalmalarının əsas səbəbi kimi ucuz əmək və bəsit texnologiyalarla rəqabət etmə cəhdini göstərmək mümkündür.

Nəticə və ya iqtisadi siyasət tövsiyəsi

Tədqiqatlar göstərir ki, orta gəlir tələsindən çıxış üçün standart iqtisadi siyasət tədbirləri mövcud deyildir. Lakin orta gəlir tələsindən çıxmış ölkələrin təcrübəsinin təhlili bu baxımdan iki əsas istiqamətdə tədbirlərin həyata keçirilməsinin zəruriliyini ortaya qoyur:

1) Məcmu faktor məhsuldarlığına əsaslanan iqtisadi artıma nail olma: Birbaşa texnoloji inkişafla bağlı olan bu istiqamət, eyni zamanda da yüksək keyfiyyətli təhsil sisteminin mövcudluğunu zəruri edir. Yaponiya, Sinqapur, Tayvan, Cənubi Koreya və İsrail orta gəlir tələsindən məhz texnoloji inkişaf və yüksək insan kapitalına əsaslanan sənayeləşmə siyasəti ilə çıxmışlar.

2) İxtisaslaşmada dərinləşmə. İxtisaslaşma aşağı məhsuldarlıqlı fəaliyyətlərdən yüksək məhsuldarlıqlı sahələrə keçidi təmin edir. Cənubi Koreyanın mikro-elektronika və yarımkeçiricilər texnologiyasındakı nailiyyətləri buna misal ola bilər.

Yuxarıda qeyd olunan hər iki istiqamət üzrə nailiyyətlərin əldə edilməsi isə ölkədə daha çox milli yığım səviyyəsinin yüksəldilməsi, elmi araşdırmalara investisiyaların artırılması və innovasiya potensialının gücləndirilməsi, yüksək ixtisaslı iş qüvvəsi üçün insan kapitalına investisiyaların yönəldilməsi, intellektual mülkiyyət və patent hüquqlarının qorunması, əmək bazarının təkmilləşdirilməsi, instutsional islahatların aparılması və infrastruktur investisiyalarının həyata keçirilməsindən asılıdır.

(Azərbaycan) i.f.d. Gəray Musayev. Post-neft dövrünün monetar siyasəti
monetary-and-fiscal-policy-9-638

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Ölkədə aparılan iqtisadi siyasətin əsas məqsədi makroiqtisadi tarazlılığı, ümumilikdə isə ümumi iqtisadi tarazlılığı təmin etməkdir. Bu istiqamətdə dövlət, ümumi mənada (konyuktur şərtləri və ölkə iqtisadiyyatının struktur fərqlilikləri nəzərə alınmadan) aşağıdakı qeyd olunan məsələlərin həllini qarşısına məqsəd kimi qoyur:

  • məşğulluğun səviyyəsinin artırılması,
  • istehsalın həcminin artırılması,
  • qiymət artımının qarşısının alınması və sabitliyinin qorunması,
  • tədiyə balansında tarazlılığın qorunması,
  • gəlir bölgüsündə bərabərliyin təmin olunması və resursların səmərəli istifadəsinin təmin olunması.

Bir-birini tamamlama prinsipinə əsaslanan bu məqsədlərə çatmaq üçün dövlət fiskal, monetar, xarici ticarət siyasətlərindən və iqtisadi tənzimləmələrdən iqtisadi siyasət vasitələri kimi istifadə edir. Qeyd olunan iqtisadi siyasət vasitələrinin hər birinin ümumi mənada bu məqsədlərə çatmaq istiqamətində istifadəsinin mümkünlüyünü qeyd etmək mümkündür. Bununla yanaşı, iqtisadi siyasət vasitələrinin hər birinin xüsusi təyinat sahəsi vardır. Məsələn, monetar siyasət vasitəsilə dövlət iqtisdiyyatda qiymət artımının qarşısını almağa və monetar sabitliyi qorumağa çalışır. Bu məqsədə çatmaq üçün isə monetar siyasət vasitəsi kimi aşağıda qeyd olunan alətlərdən istifadə olunur:

  • diskont faiz dərəcəsi,
  • açıq bazarda əməliyyatlar,
  • məcburi ehtiyat norması,
  • faiz dərəcəsi.

Bu alətlərin hər birinin istifadə təyinatı MB-ın kommersiya banklarının aktivlərində kredit olaraq istifadə edilə biləcək resurslarının miqdarına təsir etmək və beləliklə pul təklifindəki dəyişmələri nəzarətdə saxlamağa istiqamətlənmişdir. Belə ki, diskont siyasəti ilə MB diskont faizini müəyyənləşdirərək kommersiya banklarının ondan alınan pul məbləğini artıra və ya azalda bilər ki, bu da öz növbəsində likvidliyin artmasına və ya azalmasına səbəb ola bilər. Açıq bazar siyasəti ilə MB monetar bazarda istiqraz, səhm və digər qiymətli kağızların algı-satqısı nəticəsində likvidliyin həcmini müəyyənləşdirir. MB kommersiya banklarına məcburi ehtiyat norması müəyyənləşdirərək onların verəbiləcəkləri kredit imkanlarına təsir edərək monetar bazarında likvidlik tələbini ödəyir. MB kommersiya bankları ilə birbaşa pul alqı-satqısında faiz dərəcələri müəyyənləşdirərək isə likvidlik həcminə təsir edir. Qeyd olunnan bu alətlərlə yanaşı monetar siyasətin aləti kimi milli pul vahidinin xarici valyutalar qarşısında dəyərini müəyyənləşdirən valyuta kursu siyasəti, pul emissiyası, kommersiya banklarından və digər qurumlardan maliyyə aktivlərinin alınmasına əsaslanan monetar genişlənməsi siyasəti və MB-ın gələcəkdə həyata keçirəcəyi siyasətlə bağlı bəyanatlarla çıxış edərək gözləntiləri istiqamətləndirməyə yönləndirilmiş “şəffalıq” siyasəti də tətbiq edilir.

Son on ildə (2005-2015) ölkə iqtisadiyyatında baş verən proseslər MB-ın ümumi mənada aşağıda qeyd olunan istiqamətlərdə monetar siyasətin həyata keçirilməsi zərurətini yaratmışdır. Neftdən əldə olunan gəlirlərin mütəmadi olaraq artması ölkəyə xarici valyuta daxilolmalarını artırmış, bu isə öz növbəsində iqtisadi sabitliyi qorumaq istiqamətində manatın məzənnəsinin qorunmasının (xarici valyutalar qarşısında dəyərinin artmasının qarşısının alınması) zərurətini yaratmış, digər tərəfdən bu gəlirlərin məqsədyönlü qaydada iqtisadi artımı dəstəkləmək və iqtisadi inkişafı təmin etmək məqsədi ilə iqtisadiyyata ötürülməsi (transfer olunması) nəticəsində reallaşan effektiv tələb artımı (istehlak və investisiya xərclərinin məcmusu) qiymət artımının qarşısının alınması zərurətini yaratmışdır. Bu dönəmdə ölkə iqtisadiyyatında yaşanan inflyasiya təzyiqini tələb inflyasiyası kimi qiymətləndirmək mümkündür. Belə bir şəraitdə MB-ın həyata keçirdiyi siyasəti kifayət qədər uğurlu hesab etmək olar. Belə ki, qeyd olunan dövrdə inflyasiya tək rəqəmli olmuş, mantın məzənnəsi isə sabit qalmışdır.

2014-2015-ci illərdə dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən addımların atılmasını və post-neft dövrünə keçidi gözlənildikdən daha erkən keçməyi zəruri etmişdir. Belə ki, xarici valyuta ehtiyatlarının qorunması, ixracatın diverfikasiyası və xarici şokların qarşısının alınması məqsədi ilə manatın dəyəri devalvasiya edilmiş və nəticədə “üzən məzənnə” sisteminə keçid baş vermişdir. Yaranmış vəziyyət iqtisadiyyatda yenidən eyni iki məsələni gündəmə gətirmişdir. Ancaq bu dəfə tamamən əks istiqamətlərdə baş verən hadisələr ölkədə valyuta məzənnələrindəki sabitliyin qorunmasını zəruri edir. Əvvəlki vəziyyətdən fərqli olaraq artıq yaşanan inflyasiya təzyiqi tələb istiqamətli yox, idxalın əhəmiyyətli dərəcədə tərkibində paya malik olğudu istehsal-təklif (xərclərin inflyasiyası) istiqamətlidir. Əvvəlki vəziyyətdə dövlət tərəfindən iqtisadiyyata transfer edilən xərclərin istiqamətinin müəyyənləşdirilməsi və tələb təzyiqinin azaldılması istiqamətində aparılan monetar siyasət nəticəsində inflyasiyanın qarşısını almaq mümkün olmuşdur. Hazırkı dövrdə isə belə bir monetar siyasətin aparılması tələbi azaltdığına görə ÜDM artımına mənfi təsir göstərə bilər. Əksinə xərclərin istqaməti düzgün müəyyənləşdirilməli və onların azalmasının qarşısı alınmalıdır.

Xərclər inflyasiyası kimi qarşımıza çıxan inflyasiya şəraitində MB-lar adətən 2 növ monetar siyasət rejiminə müraciət edirlər. Bunlardan birincisi “valyuta kursu hədəflənməsi” rejimi, ikincisi isə “inflyasiyanın hədəflənməsi” rejimidir. Valyuta kursu hədəflənməsi rejiminə inflyasiya dərəcələrinin yüksək olduğu dönəmlərdə müraciət olunur, milli valyutanın dəyərinin inflyasiya dərəcəsinin aşağı göstəricilərdə olduğu başqa bir ölkə valyutasına indeksasiya olunması formasında həyata keçirilir və beləliklə idxal mallarının qiymətlərində artımın qarşısı alınır. Ölkəmizdə də tətbiq olunmasını təklif etdiyimiz, inflyasiyanın hədəflənməsi rejimində isə hədəf kimi malların qiymət səviyyəsi yox, birbaşa inflyasiya dərəcəsi seçilir. İnflyasiyanın hədəflənməsi rejimində MB inflyasiya dərəcəsi üçün nöqtə (birbaşa) hədəf və ya aralıqlı (elastik) hədəf müəyyənləşdirir. Nöqtə hədəf praktikasında tək (mütləq) inflyasiya dərəcəsi müəyyənləşdirilərkən, aralıqlı hədəf praktikasında inflyasiya dərəcəsinin “hərəkət edə biləcəyi interval” müəyyənləşdirilir. İnflyasiyanın hədəflənməsində aralıqlı hədəf rejiminin praktikada daha müsbət nəticələr verdiyi müəyyən edilmişdir. İlk dəfə 1990-cı ildə Yeni Zellandiyada, sonra isə Kanada, İsrail, Avstraliya, İspaniya və Türkiyədə tətbiq olunan və müsbət nəticələr verən inflyasiya hədəfləməsi rejiminin tətbiqi və müsbət nəticələrin əldə oluna bilməsi üçün bəzi ön şərtlərin reallaşması lazımdır:

  • Valyuta kurslarındakı və faiz dərəcələrindəki dəyişmələrə qarşı ölkə iqtisadiyyatında müqavimətliliyin olması,
  • MB-nın tam müstəqil olması,
  • Maliyyə bazarlarında sabitliyin olması və ikinci dərəcəli bazarların inkişaf etməsi,
  • Aparılan monetar siyasətlə fiskal siyasət bir-birini tamamlamalı, dövlətin iqtisadi fəaliyyətlərində maliyyə intizamı məsələsi ön planda olmalıdır,
  • Aparılan monetar siyasətlə bağlı ictimaiyyət məlumatlandırılmalı, ictimaiyyətin dəstəyi alınmalı (şəffaflıq prinsipi),
  • İnflyasiya hədəfinin əvvəlcədən müəyyənləşdirilməsi,
  • MB inflyasiya hədəflərinə nail olunması istiqamətində hesabatlılıq prinsipi çərçivəsində hərəkət etməlidir.

İnflyasiyanın hədəflənməsi rejimi inflyasiya üzərində birbaşa nəzarəti mümkün edir və nəticədə tədricən ölkədə makroiqtisadi sabitlik yaranır. Bununla yanaşı, bu rejim aparılan monetar siyasətin birbaşa ölkədəki real iqtisadi vəziyyətə fokuslanmasına, şəffaf monetar siyasətin aparılmasını şərait yaradır və MB-ın hesabatlılıq prinsipi çərçivəsində fəaliyyətini artırır.

i.f.d. Gəray Musayev

(Azərbaycan) i.ü.f.d. Elşən Bağırzadə. Gizli İqtisadiyyat üzrə hökumət siyasəti necə qurulmalı?
lfmi_shadow_economies

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

İqtisadi ədəbiyyatlarda gizli iqtisadiyyat anlayışı ilə bağlı bir-birindən ciddi şəkildə fərqlənən çoxsaylı yanaşmalar mövcuddur. Həmin fərqli yanaşmalardan irəli gələrək, onun kəmiyyət qiymətləndirməsi, səbəbləri, təsirləri və həlli yolları haqqında irəli sürülən fikirlər də fərqlənir.

Gizli iqtisadiyyat anlayışına vahid yanaşmanın formalaşdırılması ilə bağlı axtarışlar ilkin əsasları 1980-cı illərdə ortaya çıxan və BMT-nin 1993-cü il Milli Hesablar Sistemi Konvensiyasının qəbul edilməsindən sonra daha da geniş yayılmağa başlayan makroiqtisadi yanaşma ilə yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. İƏİT(OCED), BVF(IMF), BƏT(ILO) və MDB Dövlətlərarası Statistika İdarəsi (CIS STAT) tərəfindən birgə hazırlanaraq, bütün milli statistika idarələri üçün gizli iqtisadiyyatın ölçülməsi sahəsində əsas metodiki vəsait kimi qəbul olunan “Gizli iqtisadiyyatın ölçülməsi: Bələdçi kitab”ın (“Mavi Kitab”) 2002-ci ildə nəşr edilməsi isə bu yanaşmanın sistemləşdirilməsi baxımından əhəmiyyətli olmuşdur. Bu gün gizli iqtisadiyyat anlayışı ilə bağlı ədəbiyyatlarda ən çox istifadə olunan yanaşma da məhz bu yanaşmadır.

Makroiqtisadi yanaşma, gizli iqtisadiyyatı Birləşmiş Millətlət Təşkilatının 1993-cü il Milli Hesablar Sistemi Konvensiyasına görə ÜDM göstəricisini hesablamaq məqsədilə qeydə alınmalı olan iqtisadi fəaliyyətlərin faktiki qeydə alınmamış hissəsi kimi qəbul edir. Elə məhz bu yanaşmanı əsas götürməklə gizli iqtisadiyyata daha ətraflı tərif verməyə çalışsaq, onu qanunvericiliyə tamamilə uyğun olmadan (kriminal sektor) və ya onun bir sıra tələblərini pozmaqla həyata keçirilən (qeyri-kriminal sektor), üzərində dövlət idarəetmə orqanlarının tənzimləmə və nəzarət funksiyalarının reallaşdırıla bilmədiyi, milli gəlir statistikasının mövcud hesablama metdoları ilə kəmiyyət qiymətləndirmələrinin aparıla bilmədiyi və buna görə də rəsmi hesablanan ÜDM göstəricisinin əhatə etmədiyi, əlavə dəyər yaradan bazar buraxılışlı iqtisadi fəaliyyətlərin məcmusu kimi ifadə etmək mümkündür.

Bir çox hallarda müxtəlif tədqiqatçılar və siyasətçilər tərəfindən gizli iqtisadiyyatın mənfi təsirləri ilə yanaşı, müsbət təsirləri də qeyd olunsa da onun uzunmüddətli perspektivdə iqtisadiyyat üzərində mənfi təsirlərinin daha çox olması ilə bağlı artıq dünyada müəyyən fikir birliyi formalaşmışdır. Bu isə hər ölkədə gizli iqtisadiyyatla bağlı müvafiq hökumət siyasətinin qurulmasını zəruri edir. Təcrübə göstərir ki, müxtəlif ölkələrdə formalaşdırılan bu siyasətin əsas məqsədi, gizli iqtisadiyyatın kriminal fəaliyyətlərini tamamilə ortadan qaldırmaq, qeyri-kriminal fəaliyyətlərini isə leqallaşdıraraq rəsmi iqtisadiyyata inteqrasiya etməkdir.

Gizli iqtisadiyyatın leqalaşdırılması siyasəti ilə bağlı ən müasir təcrübələrin və elmi yanaşmaların təhlili göstərir ki, bu siyasətin cəzalandırma və digər məcburetmə tədbirlərindən daha çox gizli iqtisadiyyatın səbəblərinin müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində qurulmalı olduğu haqqında elmi və siyasi dairələrdə artıq fikir birliyi mövcuddur.

Gizli iqtisadiyyatın leqallaşdırılması siyasəti formalaşdırıldığı zaman görülməli olan ilk iş problemin səbəblərinin dəqiq təsbit edilməsidir. İqtisadi, fiskal, instutsional, sosial, siyasi və psixoloji xarekterli bu səbəblər heç də bütün ölkələrdə eyni olmur və onların tarixi inkişaf xüsusiyyətləri, iqtisadi və sosial quruluşlarının spesifiki cəhətlərindən asılı olaraq fərqlənirlər.

Gizli iqtisadiyyatın leqallaşdırılması siyasətinin qurulmasında ikinci mərhələ onun səbəblərinin aradan qaldırılması məqsədilə həyata keçiriləcək tədbirlərin əsas istiqamətlərinin müəyyənləşdirilməsidir. Müxtəlif nəzəri mənbələrin və ayrı-ayrı ölkələrdə həyata keçirilən müvafiq siyasətlərin təhlili əsasında qeyd edə bilərik ki, dünya təcrübəsində artıq bu istiqamətdə də müəyyən ortaq yanaşma formalaşmışdır. Belə ki, mövcud yanaşmaları ümumiləşdirməyə çalışsaq, onda dünya təcrübəsində gizli iqtisadiyyatın leqallaşdırılması siyasətinin əsas istiqamətlərinin makroiqtisadi mühitin təkmilləşdirilməsi, rəsmi iqtisadiyyatın cəlbediciliyinin artırılması, gizli iqtisadiyyatla mübarizənin gücləndirilməsi və gizli iqtisadiyyat əleyhinə ictimai şüurun formalaşdırılmasından ibarət olduğunu qeyd etmək mümkündür.

bez-nazvaniya1

Makroiqtisadi mühitin təkmilləşdirilməsi dedikdə, əsasən ölkədə makroiqtisadi stabilliyə nail olunması nəzərdə tutulur ki, bu da iqtisadi fəaliyyət baxımından rəsmi iqtisadiyyatın gizli iqtisadiyyatla müqayisədə risq səviyyəsini aşağı salır və gizli iqtisadiyyata yönəlmənin maddi əsaslarını zəiflədir.

Rəsmi iqtisadiyyatın cəlbediciliyinin artırılması biznes üçün rəsmi öhdəliklərin azaldılması və rəsmi infrastrukturun gücləndirilməsi tədbirlərini nəzərdə tutur və bunlar da rəsmi iqtisadiyyatı biznes subyektləri üçün daha əlverişli edir.

Gizli iqtisadiyyatla mübarizənin gücləndirilməsi gizlilik risqindən doğan xərcləri artırmaqla gizli iqtisadiyyatın cəlbediciliyini aşağı salan cəzaların və aşkarlanma ehtimalının artırılması tədbirlərindən ibarətdir. Dünya təcrübəsi göstərir ki, cəzalar nə qədər yüksək olsa da, gizli iqtisadi fəaliyyətlərin aşkarlanma ehtimalı aşağıdırsa, bu zaman cəzaların da yüksək effekti olmur.

İstər gizli iqtisadiyyata yönəlmə meylinin azaldılması, istərsə də gizli iqtisadiyyatın leqallaşdırılması siyasətinin cəmiyyət tərəfindən dəstəklənməsi baxımından bu iqtisadiyyat əleyhinə ictimai şüurun formalaşdırılması prinsipial məsələlərdəndir. Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, gizli iqtisadiyyat əleyhinə ictimai şüurun formalaşdırılmasında əsas istiqamətlər dövlət qurumlarına etibarın gücləndirilməsi və maarifləndirmə kampaniyalarının keçirilməsidir.

Nəhayət, bütün qeyd edilənlərlə yanaşı, gizli iqtisadiyyatın leqallaşdırılması siyasətinin effektli şəkildə reallaşdırılması baxımından bu məqsədilə müvafiq siyasət-koordinasiya strukturunun formalaşdırılmasına, strategiya və fəaliyyət planının hazırlanmasına, dövlət proqramlarının və qanunların qəbul edilməsinə də ehtiyac vardır.

i.ü.f.d. Elşən Bağırzadə, UNEC “Beynəlxalq iqtisadiyyat” kafedrası

(Azərbaycan) Rövşən Camalov. Azərbaycanın əsas ticarət tərəfdaşları
economy

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Dünya ölkələrinin iqtisadi inkişaf tarixi onu göstərir ki, xarici ticarət siyasəti müxtəlif tarixi dövrlərdə fərqli məzmun daşımaqla, həmin dövrün konkret xüsusiyyətlərindən və bunların əsasında formalaşan situasiyadan asılı olmuşdur. Xarici ticarət fəaliyyəti əsasən ya müstəqil, ya da iri şirkətlərin tərkibində firma və s. təsərrüfat vahidləri səviyyəsində həyata keçirilir. Beynəlxalq praktikada firmanın istehlakçılarla iqtisadi münasibətləri məhz ticarət fəaliyyəti vasitəsilə reallaşdırır.

Azərbaycanın xarici ticarət siyasəti bütövlükdə ölkənin iqtisadi təhlükəsizlik sisteminin əsas tərkib hissələrindən biri olmaqla ilk növbədə milli rəqabət üstünlüklərinin formalaşması və inkişafına əsaslanmışdır. Azərbaycanın müstəqilliyi qazandıqdan sonra mövcud iqtisadi gərginlik şəraitində demək olar ki xarici siyasət böhran durumunda idi. Beləliklə 1994-cü ildə “Əsrin müqaviləsi”ndən sonra artıq nəinki iqtisadiyyat eləcə də xarici ticarət sektoru canlamağa başladı. Artıq 2000-ci illərə qədər olan dövrdə Azərbaycan iqtisadiyyatının müxtəlik sektorlarında islahatlar dərinləşmiş, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması məqsədilə bir sıra işlər görülmüşdü. 2005-ci ildən isə Bakı-Tbilisi-Ceyhan neft kəməriylə Azərbaycan neftinin dünya bazarına çıxması ilə Azərbaycanın xarici ticərətində, ixracatında yeni bir mərhələ başladı.

Cədvəl 1. 2015-ci il ticarət dövriyyəsində əsas ölkələr

screen-shot-2016-09-08-at-13-03-46

 

Mənbə: cədvəl müəllif tərəfindən hazırlanıb, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi. 2015-ci ildə Azərbaycanın əsas ticarət tərəfdaşları, http://www.customs.gov.az/az/stat.html

Cədvəl 1-ə əsasən Azərbaycanın əsas ticarət tərəfdaşlarının siyahısı verilmişdir. Belə ki, cədvəldən də aydın göründüyü kimi İtaliya Azərbaycanın əsas tərəfdaşları siyasında təxminən 3 milyard ABŞ dollarına yaxın ticarət dövriyyəsi ilə ilk yeri tutur. Ümumiyyətlə İtaliya son 4 ildir ki, Azərbaycanın əsas ticarət tərəfdaşları siyahısında ilk yeri tutur. Bu xarici ticarət əlaqələri eynilə ölkələr arası iki tərəfli əlaqələrin inkişaf dinamikasına da təsir edir. İtaliya 2015-ci ildə ümumi ticarət dövriyyəsində 13.77% paya sahibdir.2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 162 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 109 ölkəyə məhsul ixrac olunmuş, 145 ölkədən idxal olunmuşdur. Ticarət dövriyyəsinin 9,6 faizi MDB üzvü dövlətləri, 48,5 faizi Avropa İttifaqı ölkələri, 41,9 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür. 2015-ci ilin on bir ayı ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 23575,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 15379,4 milyon dollar, idxalın həcmi 8196,2 milyon dollar təşkil etmiş, nəticədə 7183,2 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.

Cədvəl 2-də qeyd edildiyi kimi, ixrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, şəkər, idxal olunmuş məhsulların həcmində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallar və onlardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil etmişdir.

Azərbaycanın neft ixrac edən ölkə olaraq öz ixracatında neft və neft məhsullarının əsas və böyük paya sahib olması gözlənilən idi. Lakin bununla belə son illər Azərbaycan höküməti ixracatda neft sektorunun asılılığını azaltmaq istiqamətində bir sıra işlər görür. Əlbəttə ki, neft ixracatçısı olan ölkə üçün bu halı qənaətbəxş saymaq olsada belə yenə də ixracatın dolaysıyla qeyri-neft sektorunun diversifikasiya məsələsi daima gündəmdədi. Bu məsələnin vacibliyi məhz neftdən asılılığı azaltmağa və ixracatda qeyri-neft sektorunun payının çoxalmasına yönəlir. Son zamanlardakı dünya neft bazarındakı neftin qiymətindəki dalğalanmalar bir daha neft ixrac edən ölkələr üçün neftdən asılılığın nə qədər təhlükəli olduğunu göstərdi. Təsadüfi deyil ki, 2014-cü ilin III rübündən başlayan1 neft qiymətlərindəki eniş ölkəmizədə neft gəlirləri ilə yanaşı həm də ixracdan gələn gəlirlərin də azalmasına səbəb oldu.

Cədvəl 2. 2015-ci ildə idxal və ixacda ən çox paya sahib olan mallar (min ABŞ dolları)

screen-shot-2016-09-08-at-13-05-58

Mənbə: cədvəl müəllif tərəfindən hazırlanıb, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi. 2015-ci ildə Azərbaycanın ixrac və idxalında əsas seçilmiş mallar, http://www.customs.gov.az/az/stat.html

2015-ci ilin müvafiq dövrü üçün idxalın statistikasına nəzərən maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələr, qara metallar ümumi idxalda xüsusi paya sahibdir. İdxaldakı əsas malların statistikası bir daha qeyri-neft sektorunun diversifikasiyasının zəruriliyi ortaya çıxardır. İdxalın ümumi həcminin 58,4 faizini avtomobil, 25,0 faizini dəmiryolu, 10,0 faizini hava, 6,5 faizini dəniz nəqliyyatı, 0,1 faizini2 isə stasionar nəqletmə vasitələri ilə idxal olunmuş məhsulların dəyəri təşkil etmişdir. 2015-ci ilin yanvar-noyabr aylarında ölkəyə 22746 ədəd minik avtomobili, 803 ədəd avtobus, 1871 ədəd yük avtomobili idxal olunmuşdur.

Şəkil 1. Regionlar üzrə ixrac dinamikası

1 Mənbə: müəllif tərəfindən hazırlanıb, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi. 2011-2015-ci illlərdə Azərbaycanın ixrac dinamikasının göstəriciləri, http://www.customs.gov.az/az/stat.html

Şəkil 1-də isə regionlar üzrə ixrac dinamikası verilmişdir. Aydın göründüyü kimi, Avropa İttifaqı ölkələri ixrac istiqamətimizdə ən yüksək paya sahibdir. 2015-ci ildə İxrac olunmuş məhsulların 20,3 % İtaliyaya, 11,2 % Almaniyaya, 7,3 % Fransaya, 6,5 % İsrailə, 4,6 % Çexiyaya, 3,8 %Avstriyaya, 3,0 % İspaniyaya, 2,9 % Portuqaliyaya məxsusdur. Lakin verimiş ixrac dinamikasındandan aydın görünür ki 2011-ci ildən 2015-ci ilə qədər ixrac dinamikası aşağı doğru istiqamətlənir. 2014-cü il ilə 2015-ci ili müqayisə etdiyimizdə isə arada daha çox fərqin olduğunu görürük. Bu məsələdə bir daha ixracda neftden asılılığın mənfi təsirinin ixrac balansındada şahidi oluruq.

Şəkil 2. Regionlar üzrə idxal dinamikası

 2

 Mənbə: müəllif tərəfindən hazırlanıb, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi. 2011-2015-ci illlərdə Azərbaycanın idxal dinamikasının göstəriciləri; http://www.customs.gov.az/az/stat.html 

 Ölkəmizə idxal olunmuş məhsulların ümumi həcminin 16,1 % Rusiyanın, 12,6 % Türkiyənin, 9,4 % ABŞ-ın, 7,7 % Almaniyanın, 6,1 % Yaponiyanın, 5,8 % İtaliyanın, 5,7 % Birləşmiş

Krallığın, 5,5 % Çinin, 3,5 %Ukraynanın, 2,2 % Fransanın, 1,6 % Norveçin, 1,5 % Koreyanın, hər birində 1,3 % olmaqla Braziliya və Avstriyanın, 1,2 % Sinqapurun, hər birində 1,1 % olmaqla Niderland və Qazaxıstanın, hər birində 1,0 % olmaqla İsveçrə, İran və Polşanın, 13,3 % isə digər ölkələrin payına düşmüşdür. Şəkil 2-ə nəzərən biz 2011-ci ildən 2015-ci ilədək idxal dinamikasını görə bilərik. İdxalın ümumi həcminin 21,9 % MDB üzvü dövlətlərinin, 31,2 % Avropa İttifaqı ölkələrinin, 46,9 %isə digər ölkələrin hesabına formalaşmışdır.

Ümumən 2015-ci ildə Azərbaycanın ticarət dövriyyəsi (şəkil 3) 20 6450,90 miluon ABŞ dolları səviyyəsində olmuşdur hansı ki müvafiq olaraq 9 221,40 milyon ABŞ dolları idxala digər hissə isə 11 424,50 milyon ABŞ dolları isə ixracın payına düşür. 2015-ci ili keçən il müqayisə edərkən böyük şəkildə ticarət dövriyyəsində geriləməni görə bilərik. Azərbaycan ixracın stimullaşdırılması və qeyri-neft sektorunun ixracda payının artması üçün ixracat yönümlü istehsalat sferaları üçün əlverişli şəraitin yaradılması istiqamətində işləri daha da genişləndirməli, yeni bazarların axtarışını davam etdirməli, ənənəvi istehsalat sahələrində uzun illər təcrübəyə malik bir ölkə kimi xüsusən kənd təsərrüfatının dinamik inkişafını təmin etməklə ilk növbədə daxili bazarın və daha sonra xarici bazarın tələbatını ödəməklə ixrac bazarında qeyri-neft sektorunun payının artmasına, ölkə daxilində biznes mühitinin daha da təkmil formalaşmasına eləcə də kiçik və orta sahibkarlığın inkişafına mütəmadi nəzarət etməklə ixrac potensialının inkişafına mühüm təsir göstərə bilər.

Şəkil 3. Xarici ticarət dövriyyəsi

3

Mənbə: müəllif tərəfindən hazırlanıb, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. 2011-2015-ci illlərdə Azərbaycanın idxal dinamikasının göstəriciləri; http://www.customs.gov.az/az/stat.html 

Rövşən Camalov, UNEC, Beynəlxalq İqtisadiyyat kafedrası

(Azərbaycan) Azərbaycanda aparılan iqtisadi islahatların investisiya mühitinə təsiri
economic safety

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Azərbaycan Respublikası Prezidenti iqtisadi inkişaf strategiyasına uyğun olaraq ölkədə investisiya mühititn yaxşılaşdırılması, sahibkarlığın dinamik inkişaf etdirilməsi, stimullaşdırılması və genişləndirilməsi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirir. 

Yerli istehsal sahələrinin yaradılmasının dəstəklənməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli, 745 nömrəli Fərmanı, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 15.04.2016-cı il tarixli 1783 nömrəli Sərəncam və İxracın stimullaşdırılması ilə bağlı 2016-cı il 1 mart 811 nömrəli Fərmanlar imzalanmışdır. 

Qeyd olunan sərəncamların əsasında AR Hökuməti tərəfindən İnvestisiyaların təşviqi sənədinin verilməsi qaydaları təsdiqlənmişdir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununa edilən müvafiq dəyişikliklər nəticəsində investisiyaların təşviqi mexanizmi ilə bağlı aşağıdakı güzəştlər nəzərdə tutulmuşdur:

  • İnvestisiya layihəsinin icrası üçün nəzərdə tutulan qurğu və avadanlıqların idxal gömrük rüsumundan və ƏDV-dən azad olunması;
  • Torpaq və əmlak vergisindən azad olma;
  • Mənfəət və fiziki şəxslərin (fərdi sahibkarların) gəlir vergisini 50% güzəştlə ödəmək.

*Hər bir layihə üzrə güzəştin müddəti 7 ildir.

İnvestisiya təşviqi sənədinin alınması üçün meyarlar aşağıdakı cədvəldə əks olunmuşdur:

İnvestisiya Təşviq Sənədinin alınması üçün investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri

İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal tələb olunan məbləğ (milyon manatla)
Region 1 Region 2 Region 3 Region 4 Region 5
Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması 2 1 0,4 0,2
Qida məhsullarının xüsusi nəqliyyat vasitələri (refrejerator) ilə daşınması 2 1 0,4 0,2
Bitkilərin intensiv becərilməsi

(Yağmurlama üsulu ilə suvarılacaq əkin sahəsi 50 hektardan az olmayan təsərrüfatlar)

0,4 0,2
İntensiv bağçılıq, bostançılıq və çayçılıq

(Damcı sulama və yağmurlama üsulu ilə suvarılacaq ərazisi 5 hektardan az olmayan təsərrüfatlar)

1 0,4 0,2
İribuynuzlu mal-qaranın (ətlik və südlük istiqamətli) yetişdirilməsi (50 baş cins mal-qaradan az olmayan təsərrüfatlar) 0,4 0,2
Sənaye üsulu ilə balıq yetişdirilməsi 0,4 0,2
Metal filizlərin hasilatı və emalı 50
Qida məhsullarının istehsalı 2 1 0,4 0,2
İçki istehsalı 2 1 0,4 0,2
Tütün məmulatlarının istehsalı 2 1 0,4 0,2
Toxuculuq sənayesi məhsullarının istehsalı 5 2 1 0,4 0,2
Geyim istehsalı 5 2 1 0,4 0,2
Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı ¹ 5 2 1 0,4 0,2
Ağac emalı və ağacdan məmulatların istehsalı 2 1 0,4 0,2
Kağız və karton istehsalı 2 1 0,4 0,2
SMST 19.20 Təmizlənmiş neft məhsullarının istehsalı sinfindən sürtgü yağlarının istehsalı 3 2 1 0,5
Kimya sənayesi məhsullarının istehsalı (SMST 20.51 Partlayıcı maddələrin istehsalı sinfi istisna olmaqla) 3 2 1 0,5
Əczaçılıq məhsullarının istehsalı 10 10 10 5
Rezin və plastmas məmulatların istehsalı 3 2 1 0,5
Tikinti materiallarının istehsalı ² (SMST 23.63 Əmtəə betonu, 23.64 Quru beton qatışığı siniflərinə daxil olan məhsulların istehsalı, 23.99 Digər qruplara daxil edilməyən sair qeyri-metal mineral məhsullar sinfindən asfalt istehsalı istisna olmaqla) 3 2 1 0.5
Metallurgiya sənayesi məhsullarının istehsalı 5 5 3 2 1
Maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı 5 3 2 1 0,5
Kompyuter və digər elektron avadanlıqların istehsalı 5 3 2 1 0,5
Elektrik avadanlıqlarının istehsalı 5 3 2 1 0,5
Maşın və avadanlıqların istehsalı 5 3 2 1 0,5
Avtomobil və qoşquların istehsalı 5 3 2 1
Sair nəqliyyat vasitələrinin istehsalı 5 5 3 2 1
Mebel istehsalı 3 2 1 0,5
Zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı 5 3 2 1 0,5
Alternativ enerji istehsalı 5 3 2 1 0,5

*Region 1 — Bakı şəhəri (Bakıətrafı qəsəbələr istisna olmaqla)

Region 2 — Bakıətrafı qəsəbələr və Abşeron rayonu

Region 3 — Sumqayıt şəhəri, Gəncə şəhəri

Region 4 — 1, 2, 3 və 5-ci regionlara aid edilməyən şəhər və rayonlar

Region 5 — Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Naftalan, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən, Qusar rayonları

İnvestisiya təşviq mexanizmi ilə yanaşı işgüzar mühitə birbaşa təsir edə biləcək digər əhəmiyyətli sənədlr imzalanmış və müxtəlif sahələrdə qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla islahatlar aparılmışdır. Bu sahələr aşağıdakılardı:              

              Dövlət satınalmaları

               Yerli istehsalın dəstəklənməsi ilə əlaqədar olaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda bir sıra dəyişikliklər edilmişdir. Qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər nəticəsində:

  • Tender təkliflərinin qiymətləndirilməsi zamanı yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə tətbiq edilən güzəştin həcmi 15%-dən 20%-ə artırılmışdır;
  • Yerli mal müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verdiyi halda dövlət satınalmalarında yerli istehsalın lehinə güzəştin tətbiqi məcburi xarakter daşımışdır;
  • Güzəştin tətbiqi prosedurları sadələşdirilmişdir.

              Lisenziyalar

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli 650 nömrəli Fərmanına əsasən 2015-ci ilin 2 noyabr tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə başlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanına əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə (o cümlədən 4 dövlət təhlükəsizliyi ilə bağlı olan lisenziyalar) endirilmiş, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunmuş, yeni verilən lisenziyalar isə müddətsiz müəyyən edilmiş, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılmış, lisenziya verən dövlət orqanların sayı 23-dən 4-ə endirilmiş (o cümlədən 3-ü dövlət təhlükəsizliyi ilə bağlı), lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilmiş, lisenziya verilməsi üçün tələb olunan prosedurlar isə sadələşdirilmişdir.

           “Bir pəncərə” sistemi 

Ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin “bir pəncərə” sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilmişdir. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin on-layn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetin 8 sentyabr 2014-cü il tarixli 300 nömrəli Qərarına əsasən elektron imzanın alınması müddəti 2 gündən 1 günə endirilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda 28 noyabr 2014-cü il tarixli Qanunla edilmiş dəyişikliklərə əsasən isə qeydiyyat zamanı möhürün vacib şərt olmaması müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edildikdən sonra mövcud olan qanunvericilik aktları bu məcəlləyə uyğunlaşdırılmışdır. Həmçinin bu istiqamətdə tədbirlərin davamı olaraq bir sıra normativ hüquqi sənədlər, o cümlədən  Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”, 17 noyabr 2014-cü il tarixli 348 nömrəli Fərmanı ilə Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”, Nazirlər Kabinetinin 16 sentyabr 2014-cü il tarixli 309 nömrəli Qərarı ilə “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı” və 11 sentyabr 2014-cü il tarixli 302 nömrəli Qərarı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın tələbinə uyğun olaraq, tikinti layihələrinin ekspertizasının bir pəncərə prinsipi ilə həyata keçirilməsinə başlanılmışdır.

Aparılan islahatların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli 655 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədi ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmış, Şuranın Əsasnaməsi və tərkibi təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması nəzərdə tutulmuşdur və “bir pəncərə” prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Kordinasiya Şurasına həvalə edilmişdir.

            İdxal-ixrac əməliyyatları

“Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli 1713 nömrəli Sərəncamına əsasən kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsi və ödənilmə mexanizmlərinin yaradılması və ixrac yönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin tətbiqi məqsədilə qanunvericiliyə dəyişiklik edilməsi istiqamətində işlər aparılır. Bununla yanaşı “Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016-cı il tarixli 811 nömrəli Fərmanına əsasən qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac gömrük bəyannaməsində nəzərdə tutulan dəyərin 3 (üç) faiz baza olmaqla (məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə əmsallar tətbiq edilməklə) ixrac təşviqi ödəniləcəkdir.

Eyni zamanda “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli 1853 nömrəli Sərəncamına əsasən elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması və s. kompleks məsələlərin həlli ilə bağlı tapşırıqlar müəyyənləşdirilmişdir. Bununla yanaşı 2016-cı il aprel ayının 4-dən etibarən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların daha da sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılması məqsədilə elektron bəyanetmə sistemi tətbiq edilməyə başlanılmışdır. Yeni elektron bəyanetmə sistemi sahibkarlara dəstək vermək üçün gömrük təmsilçiliyi institutu çərçivəsində həyata keçirilməyə başlanılmışdır.

Hazırda idxal-ixrac bəyannamələrinin doldurulması və qəbulu onlayn həyata keçirilir.

          Xüsusi zonalar və parklar

          Sumqayıt Kimya Sənaye Parkı 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanına əsasən Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq hazırda 7 şirkətə — “Azertexnolayn” MMC, “SOCAR Polymer” MMC, “AzerFloat” QSC, “Azerbaijan Fibro Cement” MMC, “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti” MMC, “MST Engineering Services” MMC, İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan “SİKA” MMC-yə rezident statusu verilmişdir. Onlardan 3-ü cari ilin birinci rübü ərzində qeydiyyata alınmışdır. Həmin rezidentlərin layihәlәr üzrә cəlb edilmiş investisiya həcmi 1,1 milyard ABŞ dolları tәşkil edir.

 Balaxanı Sənaye Parkı

28 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı» və «Bakı şəhərində Balaxanı Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı» imzalanmışdır. 19 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfində Balaxanı Sənaye Parkının təməli qoyulmuşdur.

— qeydiyyata alındıqdan sonra 7 il müddətinə mənfəət vergisindən (fərdi sahibkarlar isə gəlir vergisindən) azad olma;

— qeydiyyata alındıqdan sonra 7 il müddətinə torpaq vergisindən azad olma;

— qeydiyyata alındıqdan sonra 7 il müddətinə əmlak vergisindən azad olma;

— qeydiyyata alındıqdan sonra 7 il müddətinə sənaye parkında istehsal sahəsinin qurulması və istehsal məqsədi ilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğuların ƏDV-dən azad edilməsi.

 Yüksək Texnologiyalar Parkı

Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Pirallahı adasında yaradılmışdır. “YT Park” informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi olacaq.
“YT Park”ın fəaliyyətinin təşkili və idarə olunması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılacaq.

“YT Park”ın fəaliyyəti üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin tabeliyindəki Superfosfat Zavodunun ərazisindən 30 hektar torpaq sahəsi cəmiyyətə veriləcək.

 Mingəçevir Yüksək texnologiyalar Parkı

 Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli 481 nömrəli Fərmanı ilə Mingəçevir şəhərində 1,31 ha ərazidə “Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC nəzdnində Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılmışdır.

17 avqust 2015-ci il tarixində Mingəçevir Yüksək Texnologiyalar Parkında ilk rezident qeydiyyatdan keçmişdir. Rezident tərəfindən istehsalata 2016-cı ilin fevral ayından başlanılması nəzərdə tutulmuşdur.

Ələt xüsusi iqtisadi zonası

Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır.

«Azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması Sinqapur modelinin Azərbaycanda tətbiqini reallaşdıra bilər»

Sənaye məhəllələri

8 oktyabr 2014-cü il tarixdə Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən sənaye məhəllələrinin yaradılmasının əsası qoyulmuşdur. İlk sənaye məhəlləsi Neftçala şəhərində istifadəyə verilmişdir.

Dünyada biznes mühitinin qiymətləndirilməsi istiqamətində ənənəvi olaraq hər il dərc olunan hesabatlarda ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır. Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanaraq biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business” hesabatıdır.

2015-ci il ərzində həyata keçirilmiş uğurlu islahatlar nəticəsində Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi “Doing Busines 2016” hesabatında mövqeyini 17 pillə yaxşılaşdıraraq 63-cü mövqeyə yüksəlmişdir. O cümlədən, “Doing Business 2016” hesabatının “Biznesə başlama” göstəricisi üzrə 5, “Tikinti üçün icazələrin alınması” göstəricisi üzrə 36, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 15, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 49, “Müəssisənin bağlanması” göstəricisi üzrə 10 və “Xarici ticarətin aparılması” göstəricisi üzrə 72 pillə irəliləmişdir.

Həmçinin sözügedən hesabatda 3 göstərici (“Biznesə başlama”, “Tikinti üçün icazələrin alınması” və “Kiçik investorların maraqlarının qorunması”) üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində mövcud  qanunvericiliyin  daha  da  təkmilləşdirilməsi  və  ölkəmizdə  aparılan  islahatlar  xüsusi  qeyd edilmişdir. Bununla da Azərbaycan “Doing Business 2016” hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olmuşdur.

Dünya İqtisadi Forumu hər il dünyanın müxtəlif ölkələrinin iqtisadiyyatını özündə əks etdirən müxtəlif növ hesabatlar dərc edir. Bu hesabatlardan biri də Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan “Global Competitiveness Report” (“Qlobal Rəqabətlilik Hesabatı”) illik hesabatdır. 2015-2016- cı illər üzrə “Qlobal Rəqabətlilik Hesabatı” sentyabr ayının 30-da İsveçrənin Cenevrə şəhərində nəşr olunmuşdur. Son zamanlarda baş vermiş maliyyə böhranının Azərbaycana qonşu ölkələrə nisbətən daha az təsir etməsinə baxmayaraq, ölkəmizin mövqeyi bu il Dünya Bankı tərəfindən nəşr olunan Qlobal Rəqabətlilik hesabatında ötən ilə nisbətən iki pillə geriləsə də, regionda ən yüksək xalla birinci, hesabatın əhatə etdiyi 140 ölkə arasında isə 40-cı yerdə qərarlaşır. Azərbaycanın bu pillədə olmasına əsas səbəb infilyasiyanın aşağı dərəcəsi və əlverişli dövlət maliyyəsinin xarakterizə etdiyi güclü makroiqtisadi mühitlə (10-cu yer) bağlıdır. Ölkəmiz nisbətən daha səmərəli əmək bazarına malikdir (30-cu yer).

Azərbaycan beynəlxalq reytinqlərdə (2015)

  • biznesin təkmilləşdirilməsi göstəricisi üzrə 7 pillə (73-cü yer);
  • əmtəə bazarının səmərəliliyi göstəricisi üzrə 6 pillə (66-cı yer);
  • bazarın həcmi göstəricisi üzrə 5 pillə (67-ci yer);
  • infrastruktur göstəricisi üzrə 5 pillə (65-ci yer);
  • əmək bazarının səmərəliliyi göstəricisi üzrə 3 pillə (30-cu yer);
  • səhiyyə və ibtidai təhsil göstəricisi üzrə 2 pillə (102-ci yer);
  • ali təhsil və təlim göstəricisi üzrə isə 2 pillə (89-cu yer) irəliləmişdir. 

«Növbəti ildə beynəlxalq təşkilatların Azərbaycana dair reytinqlərində ciddi irəliləyiş ola bilər»

Qanunvericilik

Ölkə qanunvericiliyində iri, orta və kiçik sahibkar meyarlarının müəyyən edilməsi və sahibkarların təsnifatlaşdırılması, sahibkarlıq subyektlərinin dolğun statistikasının və təhlilinin aparılması, bununla bağlı dövlət tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin 2 iyun 2015-ci il tarixli 215 nömrəli Qərarı ilə “İri, orta və kiçik sahibkar meyarları” təsdiq edilmişdir.

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda 24 fevral 2015-ci il tarixli Qanunla edilmiş dəyişikliklərə əsasən biznesin bağlanması üçün sərf edilən vaxt azaldılmışdır.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2015-ci il 1 noyabr tarixindən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılır. Sözügedən Qanunun 2-ci maddəsinə görə həmin müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Adıçəkilən Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı” təsdiq edilmişdir.

«Son bir ildə iqtisadi islahatların dəstəklənməsi məqsədilə ümumilikdə 100-dən artıq qanunvericilik aktları qəbul edilmişdir»

Sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 761 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında və 762 nömrəli Fərmanına əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılmışdır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları sahibkarlar tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müvafiq icra hakimiyyəti orqanının qərarlarından (qərarların qəbul edilməsindən imtinadan), hərəkət və ya hərəkətsizliyindən verilmiş təkrar şikayətlərə baxan kollegial orqandır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən verilmiş şikayətlərə isə Azərbaycan Respublikası Prezidenti yanında yaradılmış Apelyasiya Şurasında baxılır.

(Azərbaycan) Pul-kredit siyasətinin hədəfi barədə
AN6WF9 credit card in the middle of US dollar notes. Image shot 2005. Exact date unknown.AN6WF9 credit card in the middle of US dollar notes. Image shot 2005. Exact date unknown.

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, Mərkəzi Bankın əsas əməliyyat hədəfi pul kütləsinin proqnozlaşdırılmasıdır. Elman Rüstəmovun sözlərinə görə “Bu bizə imkan verir ki, həm manatın məzənnəsinə, həm də inflyasiyaya təsir göstərək”.

Mərkəzi Bankın sədrinin çıxışı ilə bağlı demək istərdim ki, ölkədə devalvasiya və inflyasyanın səbəbi izafi pul kütləsi deyil, yerli firmaların rəqabət qabiliyyətliliyinin aşağı olmasıdır. Məhz yerli firmaların rəqabət qabiliyyətliliyinin aşağı olması ölkə iqtisadiyyatının idxaldan yüksək asılılığını şərtləndirir ki, bu da devalvasiyaya və yüksək inflyasiyaya gətiririb çıxarmışdır. Rəqabət qabiliyyətliliyinin aşağı olmasının əsas səbəblərindən biri isə investisiyaların aşağı olmasıdır. Belə ki, 2016-cı ilin 1 rübündə emal sənayesində investisiyalar keçən ilin müvafiq dövrü ilə müqayisədə 55% azalaraq 18 mln. manat, kənd təsərrüfatında 21 mln. manat (azalma 74%), informasiya və rabitə sektorunda 15 mln. manat (azalma 88%) təşkil etmişdir.

Yerli firmaların rəqabət qabiliyyətliliyinin artırılması üçün ölkədə qeyri-neft sektorunda investisiya fəallığının gücləndirilməsi zəruridir və buna nail olmaq üçün pul-kredit siyasəti investisiya yönümlü olmalı, yəni kreditlərin firmalar üçün əlçatananlığını təmin etməlidir.

Beləliklə inflyasiyanın əsas səbəbi yerli firmaların rəqabət qabiliyyətliliyinin aşağı olmasıdır. Firmaların rəqabət qabiliyyətliliyinin artmasına nail olmaq üçün isə investisiyaların artırılması, bunun üçün isə kreditlərin əlçatananlığının təmin olunması zəruridir.

Beləliklə pul-kredit siyasətinin əsas hədəfi kreditlərin real sektor üçün əlçatanlığı olmalı və bu, investisiya prosesini gücləndirərək firmaların səmərəliliyini artıracaq və bu da öz növbəsində inflyasiyanın azalmasına gətirib çıxaracaq.

(Azərbaycan) Salman Nəcəfov, 2016-cı ilin birinci rübündə ölkə iqtisadiyyatının durumu
056f516c8836557e5f7b6827006e6210

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

2016-cı ilin 1-ci rübündə ölkədə ÜDM-in 3,5%, o cümlədən qeyri-neft ÜDM-nin 5,7% azalması müşahidə olunmuşdur. Azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması olmuşdur. Sənayeyə gəldikdə burada məhsul buraxılışı 0,6% azalsa da, qeyri-neft sənayesi 5,1% artmışdır.

Artım templərinə görə emal sənayesi sahələrini 3 qrupa bölmək olar. Belə ki, bir sıra sahələrdə yüksək artım müşahidə olunsa da (toxuculuqda 3,2 dəfə, kompyuter, elektron və optik məhsulların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmirində 2,4 dəfə, hazır metal məmulatlarının istehsalında 80,2%, avtomobil, qoşqu və yarımqoşquların istehsalında 18,2%, metallurgiya sənayesində 11,5%), bəzi sahələrdə artım zəif olmuş (elektrik avadanlıqlarının istehsalı və  qida məhsullarının istehsalında 2,3%), digər sahələrdə isə azalma olmuşdur.

Yuxarıdakı meylləri şərtləndirən amilləri aşağıda kimi qeyd etmək  olar:

  • Devalvasiya
  • İstehsalçıların xarici xammal və yarımfabrikatlardan yüksək asılılığı
  • İnvestisiyaların aşağı olması
  • Kreditlərin real sektor üçün əlçatan olmaması
  • Pul kütləsinin azalması

Manatın devalvasiyası yerli firmaların rəqabətqabiliyyətliliyini artıraraq bəzi sahələrdə (toxuçuluq, kompyuter, elektron və optik məhsulların istehsalı və s.) istehsalın artmasına gətirib çıxarsa da, bəzi başqa sahələrdə əksinə tənəzzül baş vermişdir. Həmin sahələrdə tənəzzülü şərtləndirən amillərdən biri bu sahələrin xarici xammal və yarımfabrikatlardan yüksək asılılığıdır. Belə ki, devalvasiya idxal olunan xammal və yarımfabrikatların bahalaşmasına gətirib çıxarmışdır ki, bu da xarici xammal və yarımfabrikatlardan yüksək asılılığı olan sahələrdə istehsalın azalmasına səbəb olmuşdur.

Tənəzzülü şərtləndirən digər amil son illərdə emal sənayesində investisiya qoyuluşlarının aşağı olmasıdır ki, (2013-cü ildə emal sənayesində investisiya qoyuluşları 889 mln. manat, 2014-cü ildə 645 mln. manat, 2015-ci ildə 405 mln. manat, 2016-cı ilin 1-cı rübündə isə 18,2 mln. manat təşkil etmişdir) bu da sənaye istehsalında artım templərini zəiflətmişdir.

Tənəzzülü şərtləndirən digər amil kreditlərin real sektor üçün əlçatan olmamasıdır. Belə ki, kreditlər üzrə mövcud faiz dərəcələrinin emal sənayesində mənfəət normasından yüksək olması firmaları kredit hesabına istehsalı genişləndirmək imkanlarından məhrum edir.

Sənaye istehsalı artımına mənfi təsir edən digər amil ölkədə pul kütləsinin azalması olmuşdur. Belə ki, 2014-cü ilin sonundan 2016-cı ilin fevral ayının sonuna qədər M2 pul kütləsi 2 dəfə, yəni 17,4 mlrd. manandan 8,7 mlrd. manatadək, pul bazası isə 1,8 dəfə, yəni 11,5 mlrd. manatdan 6,4 mlrd. manatadək azalmışdır.

Emal sənayesində və ümumiyyətlə iqtisadiyyatda baş verən mənfi meyllərin qarşısının alınması və iqtisadi artıma nail olunması ölkədə investisiya mexanizminin yaradılmasını zəruri edir ki, bu da real sektor üçün kreditlərin əlçatanlığının təmin olunması və investisiya yönümlü pul-kredit siyasətinin həyata keçirilməsini zəruri edir.

(Azərbaycan) Anar Rzayev. «Вертолетные деньги» макроэкономической политики.
helli money

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Показатели мировой торговли по данным Мирового Банка показывают скромный рост в 2,8%, что в принципе сходно с прогнозами, сделанными в 2015. Экономики США, Великобритании и Германии показывают неустойчивые положительные тренды. Япония никак не может «вырваться» из объятий стагнации, которая, в принципе, для нее уже стала нормальным состоянием. Темпы роста экономики Китая снижаются и страна пытается удержаться на 6,5%. Экономика Индии показывает уверенный рост в более чем 7%. Россия и Бразилия находятся в глубокой рецессии.

После политики количественного смягчения последнее, что ведущие страны предприняли для стимулирования экономик было введение негативных учетных ставок. Но после того как Европейский Союз и Япония применили негативные учетные ставки всех ждал сюрприз. Можно сказать, что никакого положительного эффекта это не произвело. Более того йена даже начала расти по отношению к доллару.

По мнению многих специалистов (Б. Бернанке,  N. Roubini) негативные учетные ставки не имели успех по той причине, что банки абсорбировали часть ущерба из своей маржи и не передали его вкладчикам. Кроме того, ситуация с небольшой негативной ставкой не сильно отличается от нулевой ставки, так как вторая, в принципе тоже является негативной если брать во внимание временную ценность денег (реальные учетные ставки). Так что рынок уже привык к ним.

Что же будет с теоретическими основами макроэкономической политики? Экономический мир ведет ожесточенные споры о будущем монетарной политики, в то время как правительства ведущих стран не хотят использовать инструменты фискальной, справедливо полагая, что это даст временный эффект и приведет к искажению рынка. Третьей к сожалению пока не дано.

Монетаристы заявляют, что они все еще обладают определенными резервами и предлагают новые инструменты. Перечислим их: (первые два уже применяются)

  1. Негативные учетные ставки.
  2. Руководство к будущему (Forward guidance) — центральные банки открыто и заранее заявляют о своей планируемой политике и о ситуациях, при которых они ее изменят. Можно назвать это «индикативной монетарной политикой».
  3. Инструменты, связанные с таргетированием уровня цен, инфляции и номинального ВВП
  4. Налогообложение остаточной наличности банков с целью лишить их интереса аккумулировать ее. Это можно назвать «фискальной монетарной политикой».
  5. «Вертолетные деньги» — прямая раздача денег населению для стимулирования совокупного спроса. Можно назвать это «высокотехнологическим кейнсианством». Кейнс в шутку предлагал закапывать деньги в банках и указывать населению где они находятся для стимулирования совокупного спроса.

В любом случае с точки зрения экономической теории мы живем в интересное время так как должно произойти рождение нового направления макроэкономической политики. По нашему мнению ведущие страны не вернутся к традиционной фискальной политике, а скорее всего изобретут фискальную политику с монетарными методами в духе последних двух пунктов (4 и 5). Кроме того, для экстенсивного роста мировой экономики будут выисканы и вовлечены в мировую экономику новые точки роста коими могут быть Индия и африканские страны.

Перейти к верхней панели