Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9349, TRY 0.2835, RUB 0.0253, CNY 0.2464, GEL 0.6570, GBP 2.1620, IRR 0.0040, JPY 1.5345, XAU 1995.6725, XAG 24.6758, XPT 1313.1735, XPD 1457.7500
(Azərbaycan) Aslan Əzimzadə. Azərbaycanın ixrac xəritəsi korporativ biznes subyektləri kontekstində
azex2

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Azərbaycanın ixrac xəritəsi: Korporativ biznes subyektləri kontekstində

 

Ümumiyyətlə ölkənin ixrac xəritəsi dedikdə, ölkədə istehsal olunan məhsulların və edilən xidmətlərin ixracının coğrafi istiqamətlərinin koordinatlarının təsviri başa düşülür.Məsələn deyək ki, Azərbaycanda brend məhsullar istehsal olunur.Bəs bu brend məhsullar hansı istiqamətdə hansı ölkələrə ixrac edilə bilər? Potensial olaraq deyək ki, Pakistan, Fransa, Rusiya, Burkina Faso, Kanada və s.

06

Biz buradan görürük ki, Azərbaycan Ön Asiyada yerləşən kiçik bir ölkə olsa da, onun milli iqtisadiyyatında fəaliyyət göstərən iri biznes subyektlərinin ixrac potensialı öz brend məhsullarını hansı coğrafi istiqamətlərdə satışa yönəldib reallaşdıra bilər və həmin reallaşdırılan məhsullardan öz ölkəsinə valyuta gəlirləri idxal edə bilər.Yəni bu valyuta axını iri biznes subyektlərinin düzgün istiqamətdə ixracından asılıdır.

Fərz edək ki, biz qeyri-neft sektoruna dəfələrlə investisiya yatırımını artırdıq, resursları dövriyəyə gətirdik, əlavə dəyər yaratdıq və çoxlu məhsullar istehsal etdik.O zaman satış bazarımız necə olacaq? Azərbaycanın qeyri-neft məhsullarının əsas satış bazarı ənənəvi olaraq post-sovet məkanı olmuşdur.Xüsusi ilə də Rusiya.Rusiyanın isə Azərbaycana münasibəti bir az qeyri ciddidir.Çünki istədiyi vaxt gömrük sərhədlərini açır istədiyi vaxt isə bağlayır.Belə olan təqdirdə Azərbaycan öz ixrac xəritəsini yaratmalıdır.Bu ixrac xəritəsini yaratmaq üçün isə Azərbaycana həm istehsal sahəsində həm menecment sahəsində həm də marketinq sahəsində güclü mütəxəssislər lazımdır.Bu güclü mütəxəssislər satış və bazarlarla bağlı dünyada olan bütün məlumatları toplamalı və bu informasiyalar ötürülülməlidir Azərbaycanın korporativ biznes subyektlərinə.Məsələn deyək ki,mütəxəssislərin araşdırmaları nəticəsində yeni satış bazarları aşkar olunmuşdur və bu satış bazarlarının həcmi 1 trilyon dollardır.Bu 1 trilyonun içərisində bizim xüsusi çəkimiz 0-dır.Əgər bu 1 trilyonu biz 100 faiz götürsək Azərbaycanın potensial imkanları nəticəsində biz öz xüsusi çəkimizi 5 faizəcən yüksəldə bilərik və ən azı 1 faiz xüsusi çəkinin yaranması Azərbaycan üçün 10 milyard dollar deməkdir

19190768_929597450516736_816510109_n

Ona görə də bu ixrac xəritəsinin Azərbaycanda yaradılması dövlətimiz üçün strateji əhəmiyyət kəsb edən bir məsələdir.Həmçinin biz paralel olaraq brend məhsulları istehsal edən korporativ biznes subyektlərimizi də formalaşdırmalıyıq.Hansı sahələr bizdə rəqabətətablı məhsul buraxa bilib həmin məhsulu ixraca yönəldə bilərsə, o sahənin  inkişaf  etdirilməsi zəruridir.İnkişaf deyəndə ona yalnız investisiya dəstəyi vermək nəzərdə tutulmur.Ona bütün dəstəyi (maliyyə dəstəyi, vergi dəstəyi, gömrük dəstəyi, informasiya dəstəyi, ixracın stimullaşdırılması və s.) verərək ölkə iqtisadiyyatında klasterləşdirmə aparmaq nəzərdə tutulur

lons-1

Sonda təklif kimi deyə bilərəm ki, Azərbaycanda ixrac xəritəsinin, korporativ biznes subyektlərinin, orta və kiçik biznes subyektləri arasında iş birliyinin və ixraca dəstəyin yaranması üçün xüsusi dövlət proqramına ehtiyac vardır.

Mənbə: Azexport.az

 

Tələbə Elmi Cəmiyyətinin sədri Aslan Əzimzadə

Elmi rəhbər i.e.n., dos. Mənsur Bərxudarov

 

 

(Azərbaycan) Manat investisiya mənbələrinin inkişafı iqtisadi təhlükəsizliyin və manatın dayanıqlığının əsas amili kimi
Январь 27, 2017
0
manat

 

 

(Azərbaycan) Neft gəlirlərinin real sektora yönəldilməsi mexanizmi və qeyri-neft sektorunun inkişafı
silhouette of working oil pumps on sunset backgroundsilhouette of working oil pumps on sunset background

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Neft gəlirlərinin real sektora yönəldilməsini təmin etmək və qeyri-neft sektorunu inkişaf etdirmək üçün aşağıdakı tədbirlər zəruridir:
1) kreditlər üzrə faiz dərəcələri azaltmaq məqsədilə stimullaşdırıcı pul-kredit siyasətinin həyata keçirilməsi;
2) idxalın liberallaşdırılması. Bu, stimullaşdırıcı pul-kredit siyasəti nəticəsində artan inflyasiya templərini azaldmağa imkan verəcəkdir;
3) sərbəst üzən valyuta məzənnəsinə keçid
4) inflyasiya və manatın ucuzlaşması nəticəsində artan sosial gərginliyi azaldmaq üçün büdcə işçilərinin maaşlarının artırılması, icbari tibbi sığortanın tətbiqi, sosial yardımların gücləndirilməsi
5) qeyri-nefr sektorunda investisiyaları stimullaşdırmaq üçün sürətli amortizasiyanın tətbiqi;
6) yuxarıdakı tədbirlər nəticəsində artan büdcə kəsirini maliyyələşdirmək üçün Neft Fondundan transfertlərin artırılması;
7) valyuta spekulyasiyalarını azaltmaq üçün valyuta dəyişmələrinə verginin tətbiqi.

Bu tədbirlər 1) neft gəlirlərinin real sektora yönəldilməsini və 2) orta müddətli dövrdə yerli istehsalı və ixracı artıraraq manatın güclənməsini və inflyasiyanın azalmasını təmin edəcək

(Azərbaycan) Təşəbbüskarlıq anlayışı və təşəbbüskarlığın təşviqi

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Ümumi mənada təşəbbüskarlıq anlayışına müəssisənin yaradılması, ehtiyatların toplanması və təsisi və fürsətlərin qiymətləndirilməsi üçün bir təşkilati quruluşun qurulması daxildir. Başqa sözlə təşəbbüskarlıq, təşkilatın yaradılması üçün edilən işlər ilə başlayır və qurulan müəssisənin (təşkilatın) öz özünü idarə edə bildiyi mərhələyə gəldikdə ya da uğursuz olduğu zaman isə sona çatar. Bu çərçivədə, təşəbbüskar fərdi ya da komanda olaraq, fürsətləri diaqnoz edib, bunun üçün lazım olan resursları yığıb təşkilatı quran və davam etdirmə mərhələsinə gətirən şəxslər olaraq təyin oluna bilər.

Avstriyalı iqtisadçı Jozef Şhumpeter təşəbbüskarlığı iqtisadi nəzəriyyəsinin təməllərini atmışdır. Şhumpeterin çıxış nöqtəsi iqtisadiyyatın bir sistem olduğu lakin, dəyişikliyin neo-klassiklərin dediyi kimi xaricdən deyil daxildən gəldiyi fərziyyəsidir. Bu daxili dəyişikliyin reallaşmasını təmin edən isə təşəbbüskarların şəxsən özləridir. Şhumpeter, Theory of Economic Development adlı əsərində, “təşəbbüskar ruhlu yeni firmaların daha az yenilikçi olanları yerlərindən edərək, yəni bir yaradıcı məhvetməyə (creative destruction) səbəb olaraq iqtisadi inkişafın sürətini artırdığı” fikrini müdafiə etmişdir.

Theory of Economic Development ile ilgili görsel sonucu

Şhumpeter Capitalism and Democracy adlı əsərində isə, böyük və sümükləşmiş şirkətlərin dəyişiklə mübarizə apardıqları üçün, təşəbbüskarların yeni firmalar qurub yenilikçi fəaliyyətin artmasına səbəb olduğunu ifadə etmişdir. Şchumpeterin fikrincə, təşəbbüskarların vəzifəsi, bir kəşfi və ya daha kütləvi şəkildə tətbiq olunmamış bir texnoloji yeniliyi istifadə edərək, yeni bir ticarət məhsul ortaya çıxarmaq, ya da mövcud bir məhsulu yeni bir şəkildə istehsalı üçün istehsal formasında islahata getmək və ya yeniləməkdir.

Şchumpeterin tərifində təşəbbüskarlıq yenilik etməyi ehtiva etdiyi üçün təşəbbüskar adı mütəmadi olaraq davam edən bir status deyil. Təşəbbüskar yalnız yenilik edirsə təşəbbüskardır. Başqa sözlə, təşəbbüskarlıq bir anlayış və davranış formasıdır. Bu tərifə görə, hər qurucu ya da professional idarəçi təşəbbüskar deyil, amma, yenilik edən hər qurucu və ya professional idarəçi təşəbbüskardır. Bu tərifə əsasən təşəbbüskarlar fürsətləri istifadə edən və yenilik edəndir, ona görə də təşəbbüskarlar yalnız yeni şirkət quranlar deyildir. Bu səbəbdən firmadaki istənlən işçi də yenilik edərək təşəbbüskar ola bilər. Bu cür təşəbbüskarlar “təşkilatdaxili təşəbbüskar” (intrapreneur) adlanır. Bu mənada təşəbbüskarlıq bir növ, mövcud qaynaqlardan kənarda da imkanların axtarılmasını tələb edən idarəetmədir. Təşəbbüskarlar, imkanları diaqnoz edər, lazım olan resursları bir araya gətirər, praktik bir hərəkət planı tətbiq edər və nəticələrini müəyyən bir zamanda və elastik bir şəkildə əldə edər. Nəticə olaraq təşəbbüskarlıq, yenilikçi dəyişikliyi təşviq edən bir fəaliyyətlərdir. Buna görə də təşəbbüskarlığın inkişafının dəstəklənməsi məsələsi dövlət üçün hər zaman mühüm məsələlərdən biridir.

Təşəbbüskarlığın və innovasiyanın iqtisadi böyüməyə müsbət töhfə verdiyi aparılan elmi araşdırmalarla sübut edilmişdir. Bu araşdırmalarda, yenilikdəki artımın iş qurma və iş ləğvetmə dərəcələrində artımla düz mütənasib olduğu müəyyən olunmuşdur. Amerikada Birçin araşdırması, yeni yaradılan məşğulluğun 80% -inin kiçik müəssisələr tərəfindən təmin edildiyi və əsasən kiçik müəssisələrin Amerika iqtisadiyyatının mühərriki olduğunu ortaya çıxarmışdır. Digər tərəfdən, Baldvin, bazara yeni girən müəssisələrin yenilikçi bir davranış mənimsədikləri və yeni müəssisələrin istehlakçılara mütəmadi yeni məhsullar və yüksək keyfiyyətdə xidmət təqdim edərək yenilikdə iştirak etdiyini müəyyən etmişdir. Audretsch və Thurik araşdırmalarında, yenilik nəzəriyyələrinin hədəfinin müəssisə deyil, təşəbbüskar olması lazım olduğunu vurğulamışdır. Audretsch və Thurik müasir iqtisadiyyatın, tədqiqat və işləmə, təşəbbüs sərmayəsinin və yeni müəssisə qurulmasının təşviq edilməsi vasitəsiylə informasiyanın kommersiyalaşdırılmasına əsaslandığı fikrini müdafiə etmişdir. Bu çərçivədə, yeni qurulmuş müəssisələrə maliyyə təmin edilməkdə, universitet və ictimai araşdırma təşkilatlarında yeni firmalar qurulması dəstəklənir, yeni qurulan yüksək texnologiya firmalarına maliyyə təmin edilməsi üçün yeni səhm bazarları yaradılır.

Belə ki, bir çox dövlətlər təşəbbüskarlığı dəstəkləyəcək və qoruyacaq bəzi tədbirlər həyata keçirir. Əslində bazar iqtisadiyyatının əsas şərtlərindən biri də təşəbbüs azadlığı, yəni bazara daxilolma və bazardan çıxış sərbəstliyidir. Dövlətin kiçik və orta biznes sektoruna dəstək verərək etdiyi müdaxilələrin təməlində, kiçik müəssisələrin bazardakı əlverişsiz vəziyyətindən qaynaqlanan bazar uyğunsuzluğunun (market failure) azaldılması fikri dayanır. Riayət edilməli olan inzibati şərtlərin, öhdəliklərin azaldılaraq bazar şərtlərinin daha bərabər bir quruluşa gətirilməsi və kiçik müəssisələrin performans və rəqabət güclərinin artırılması məqsədini daşıyır.

Təşəbbüskarlıq ilk növbədə, iş yeri yaradılması və böyümədə iştirak etməsi səbəbiylə təşviq edilir. Dövrümüzdə yeni işlərin əksəriyyəti, böyük firmalardan çox yeni və kiçik firmalar tərəfindən yaradılır və bu meyl get-gedə güclənir. Təşəbbüskarlıq nisbətlərində daha böyük artım göstərən ölkələr, işsizlik nisbətində də böyük azalmaya nail olurlar. 1990-cı illər ərzində, sürətlə böyüyən firmalar məşğulluq yaradılması prosesində mühüm töhfələr vermişdir. ÜDM-dəki artım bir çox başqa faktordan təsirlənsə də, araşdırmalar, təşəbbüskarlığı iqtisadi böyüməyə müsbət bir töhfə olduğunu göstərir. Təşəbbüskarlıq, inkişafdan geri qalmış bölgələrdə ictimai və iqtisadi uyğunlaşmanın gücləndirilməsinə, iqtisadi fəaliyyətlərin canlanmasına və iş yerlərinin yaradılmasına və ya işsiz yaxud, əlilliyi olan insanların iş həyatına inteqrasiyasına da öz töhfəsini verə bilər.

İkincisi, təşəbbüskarlıq rəqabət mühitinin təmin edilməsinə töhfə verdiyi üçün təşviq edilir. İstər yeni bir firma qurmaq, istər mövcud bir firmanı yenidən qurmaq (məsələn, müəssisənin başqa birinə verilməsindən sonra) yolundakı yeni təşəbbüslər məhsuldarlığı yüksəldir. Bu cür cəhdlər rəqabət təzyiqini artıraraq digər firmaları fəaliyyətlərini yaxşılaşdırmağa və ya yeniliklərə getməyə məcbur edir. Firmaların artan gücü və gətirdikləri yeniliklər, bütünlüklə iqtisadiyyatın rəqabət gücünü artırır. Bu proses, daha çox seçim imkanı yaradır və daha aşağı qiymətlərlə istehlakçılara də fayda verir.

Üçüncü olaraq, təşəbbüskarlıq insanlara öz potensialına həyata keçirməyə imkanını verdiyi üçün təşviq edilir. İşləmək pul qazanmanın yeganə yolu deyil. İnsanların peşə və iş seçimi prosesində təhlükəsizlik, müstəqillik, görülən işlərin müxtəlifliyi və işə maraq kimi başqa meyarlar də rol oynayır. Təşəbbüskar olmaq bu şəxslərə, özlərinə daha yaxşı bir mövqe yaratma imkanını verə bilir.

  1. Reynolds, təşəbbüskarlığın təşviq edilməsi üçün üç yol təklif edir:

Birinci üsul, uyğun çərçivə şərtlərinin hazırlanmasıdır. İqtisadi fəaliyyətin cərəyan edəcəyi təşkilati qaydaların təmin edilməsi, təşəbbüskarlıq siyasətinin əsas ünsürüdür. Təşəbbüskarlıq üçün sabit bir makroiqtisadi mühit və yaxşı işləyən bir bazar sistemi yaradacaq struktur siyasət lazımlıdır. Dövlət, rəqabətli bazar, təşəbbüs sərmayəsi bazarı daxil olmaqla yaxşı işləyən bir sərmayə bazarı, elastik əmək bazarları yaratmalı, müəssisələrin məruz qaldığı ağır inzibati tənzimləmələri sadələşdirməli və firmanın bağlanması və iflasından qaynaqlanan xərcləri azaltmalıdır.

İkinci yol isə, təşəbbüskarlığı dəstəkləyən ictimai davranışların təşviq edilməsidir. Ölkənin ictimai ünsürləri o ölkənin təşəbbüskarlıq səviyyəsinə təsir edir. Əməkdaşlığa açıq cəmiyyətlərdə, təşəbbüskarlıq daha rahat inkişaf edir və təhsil sayəsində təşəbbüskarlığa istiqamətlənmiş müsbət fəaliyyətlər həyata keçirilə bilir.

Üçüncü olaraq da yaxşı hazırlanmış dövlət proqramları da təşəbbüskarlığı təşviq etmək mövzusunda təsirli olur. Proqramlar, ölkə səviyyəsində və regional səviyyədə ünsürlərin cəmindən meydana gələr. Parça-parça və fərqli sahələrə xitab edən proqramların əvəzinə maliyyə proqramları, təhsil xidmətləri, biznes inkubatorları, elm parkları, iş şəbəkələri, çoxluq (cluster) proqramlarını ehtiva edən daha inteqrasiyalı proqramların inkişaf etdirilməsi daha faydalı olardı. Təşəbbüskarlıq üçün daha sağlam bir mühit yaradıla bilməsi üçün, yerli təşəbbüskarlıq siyasətinin yerinə bir-biriylə qarşılıqlı əlaqədə olan, müxtəlif ünsürlərin bir yerdə olduğu daha əhatəli yanaşmaya sahib bir təşəbbüskarlıq siyasəti yürüdülməlidir.

İzlənilə biləcək spesifik strategiyalara nümunə olaraq aşağıdakılar göstərilə bilər: Mediandan istifadə edərək uğurlu biznes, iş adamı və məhsul profillərini tanıtmaq, yerli iqtisadiyyatın bütün sektorlarında uğurlu təşəbbüskarlar ilə müsahibə proqramı hazırlamaq, 18-25 yaşlarında gənclərin oxuyacağı və təşəbbüskarlıq üçün lazım olan xüsusi bacarıqları qazanacağı bir Təşəbbüs Kolleci qurmaq, təşəbbüskarlıq təcrübə proqramları təşkil edib, şagirdləri müvəffəqiyyətli yerli təşəbbüskarlarla bir araya gətirmək, kiçik biznes yay məktəbləri qurub, kiçik biznesin idarə edilməsi sahəsində kurslar təşkil etmək, məktəbləri kiçik biznes inkubatorları olaraq istifadə edib, məktəb mərkəzli bizneslərin qurulmasını və şagirdlərin potensial işlərini qurmasını təmin etmək və yerli ictimai və xüsusi fondları istifadə edərək kiçik təşəbbüs sərmayəsi fondları yaratmaq.

Hökumətlərin təşəbbüskarlığı canlandırmaq və dəstəkləmək üçün görəcəyi tədbirlər əsas olaraq bu başlıqlarda toplana bilər:

Əvvəlcə təşəbbüskar bir düşüncə tərzi yaradılaraq uğurlu təşəbbüskarlar kütləvi formada tanıdılmalı və bu uğurdan, potensial təşəbbüskarların cəsarət almağı təmin edilməlidir. İkincisi, gənc təşəbbüskarlar, qadınlar və işsizlər kimi müəyyən hədəf qrupları təyin olunaraq, bu qruplara istiqamətlənmiş strategiyanın inkişaf etdirilməsi təmin edilməlidir. Üçüncü, təhsil proqramları, kurs və seminarlarla təşəbbüskarlıq təhsilinin verilməsi təmin edilməlidir. Dördüncüsü, inzibati və hüquqi sahələrdə bazara daxil olmaq üçün maneələrinin aradan qaldırılması və biznes qurma prosesinin sadələşdirilməsi təmin edilməlidir. Beşincisi, yeni işə başlayacaq təşəbbüskarlara quruluş mərhələsində məsləhət və biznes planlaşdırma xidmətlərinin verilməsi təmin edilməlidir. Son olaraq da, təşəbbüskarların maliyyələşdirilməsi sahəsində təşəbbüs sərmayəsi və mələk investor kimi müxtəlif sərmayə mənbələrindən istifadə olunması təmin edilməlidir.

Mələk investorlar yenilikçi və uğurlu ola biləcəyinə dair ümid verən təşəbbüskarlıq layihələrinə quruluş ya da ilk mərhələlərdə maliyyə və təşkilati dəstək təmin edən varlı fərdi investorlara deyilir. Mələk investor şəbəkələri də, mələk investorlar və təşəbbüskarlar arasında əlaqələrin qurulması üçün kömək edir.

Ədəbiyyat:

Nazlı Hezar TANRISEVER “Avrupa birliğinde girişimciliğin teşvik edilmesi için izlenen politikalar ve Türkiye’deki Politikalarin Avrupa Birliği uygulamalarina uyumu

Economic Development ile ilgili görsel sonucu

(Azərbaycan) Ölkədə kreditlərin qeyri-neft sektoru üçün əlçatanlığının artırılması yolları
Ноябрь 1, 2016
0
5_Ways_to_Budget_for_Home_Improvements

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Xülasə

Məqalədə ölkədə kreditlər üzrə faiz dərəcələri və kreditlərin firmalar üçün əlçatanlığı tədqiq olunur. Qeyd olunur ki, kreditlərin firmalar üçün əlçatanlığının aşağı olmasının səbəblərindən biri yüksək faiz dərəcələridir. Məqalədə faiz dərəcələrinin azaldılması və kreditlərin qeyri-neft sektoru üçün əlçatanlığının artırılması yolları tədqiq olunur.

Açar sözləri: faiz dərəcəsi, depozitlərin dollarlaşması, qeyri-neft sektoru, kreditlərin əlçatanlığı

Neft gəlirlərinin azalması ölkədə qeyri-neft sektorunun inkişafını aktuallaşdırır. Qeyri-neft sektorunun inkişafına nail olmaq üçün ilk növbədə bu sektora investisiya və kredit qoyuluşlarının artımını təmin etmək zəruridir.

Kreditlərin firmalar üçün əlçatanlığını müəyyən edən əsas amillərdən biri faiz dərəcəsidir. Faiz dərəcəsi və onun iqtisadiyyata təsiri bir çox iqtisadçı-alimlər tərəfindən tədqiq olunmuşdur. Belə ki, Viksel iki çür faiz dərəcəsini qeyd edir: pul və təbii faiz dərəcəsi. Pul faiz dərəcəsi kredit bazarında formalaşan faiz dərəcəsidir. Təbii faiz dərəcəsi isə real kapitalın məhsuldarlığı, və ya iqtisadiyyatda mənfəət norması ilə müəyyən olunur. Vikselin fikrincə iqtisadi tarazlıq pul faiz dərəcəsi təbii faiz dərəcəsinə bərabər olduqda formalaşır (3).

ABŞ Federal Reserv Sisteminin keçmiş sədri Bernanke təbii faiz dərəcəsinə tam məşğulluq şəraitində faiz dərəcəsi kimi tərif verir (1). Peter Coy qeyd edir ki, ABŞ Federal Reserv Sisteminin siyasəti də inflyasiyanın yüksək olmadığı şəraitdə tam məşğulluğu təmin edən faiz dərəcələrinin təbii səviyyədə saxlanmasına istiqamətlənib (2).

Ölkədə real sektorun təhlili onu deməyə əsas verir ki, kreditlər üzrə faiz dərəcəsi təbii səviyyədən yüksəkdir:

  • Birincisi, qeyri-neft sektorunda istehsal həcminin azalmasına baxmayaraq, kreditlər üzrə faiz dərəcəsi cüzi dəyişmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-sentyabr aylarında tikinti sektorunda istehsal 32% azalmış, emal sənayesində isə 24 sahədən 11-də istehsal həcminin azalması müşahidə olunur. Lakin buna baxmayaraq, kreditlər üzrə faiz dərəcəsi cüzi dəyişmişdir: 2015-ci ilin sonunda 13,8%-dən azalaraq 2016-cı il avqustun sonunda 12,3% olmuşdur.
  • İkincisi, vaxtı keçmiş kreditlərin həcmi artmışdır. Firmaların gəlirlərinin azalması onların kredit borclarının qaytarılmasında çətinliklərlə üzləşməsinə və vaxtı keçmiş kreditlərin həcminin artmasına gətirib çıxarmışdır: 2016-cı ilin avqustunun sonunda vaxtı keçmiş kreditlərin məbləği ümümi kreditlərin 9,5%-ni təşkil etmişdir ki, bu da 2014-ci ilin sonu ilə müqayisədə 4,2 faiz bəndi çoxdur.
  • Üçüncüsü, yüksək faiz dərəcələri kreditlərin firmalar üçün əlçatanlığını çətinləşdirir. Kreditlərin əlçatanlığının çətinləşməsi firmaların kreditə olan tələbinin azalması ilə müşayiət olunur: keçən ilin müvafiq dövrü ilə müqayisədə 2016-ci ilin avqustun sonunda firmalara verilmiş kreditlərin həcmi 15% azalmışdır. Emal sənayesinə verilmiş kreditlərdə azalma 38%, inşaat və əmlak sektoruna verilmiş kreditlərdə 26%, ticarət və xidmət sektoruna verilmiş kreditlərdə isə 11% təşkil etmişdir.

Beləliklə kreditlərin firmalar üçün əlçatanlığının çətinləşməsinə baxmayaraq ölkədə kreditlər üzrə faiz dərəcəsi cüzi dəyişmişdir. Yüksək faiz dərəcələri öz növbəsində real sektora kreditləri azaldır (diaqram 1) və bu, qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərir.

shekil-yeni

Mənbə: Mərkəzi Bank

Diaqram 1. Firmalara verilmiş kreditlər və manat kreditləri üzrə faiz dərəcəsi

Kreditlər üzrə faiz dərəcəsinin azalmasına mane olan mühüm amillərdən biri devalvasiya gözləmələrinə görə yüksək valyuta riskləridir. Qeyd edək ki, devalvasiya gözləmələri öz-özlüyündə valyuta risklərini artırmır. Valyuta riskləri depozitlərin yüksək dərəcədə dollarlaşması ilə əlaqədardır: 2014-cü ilin sonunda manat depozitlərinin cəmi depozitlərdə payı 50% olmuşdursa, 2016-cı ilin avqust ayının sonunda bu göstərici 19% təşkil etmişdir.

Onu da qeyd etmək istərdik ki, 2015-ci il fevral ayındakı devalvasiyadan sonra emal sənayesində baş vermiş sürətli artımı zəiflədən əsas amillərdən biri məhz yüksək faiz dərəcəsi nəticəsində emal sənayesinə kredit qoyuluşunun azalması olmuşdur. Belə ki, 2015-ci ilin yanvar-mart aylarında emal sənayesində illik artım 3,3% olmuşdursa, devalvasiyadan sonra artım tempi kəskinləşmişdir (2015-ci ilin yanvar-iyun aylarında illik artım tempi 19% təşkil etmişdir), lakin emal sənayesinə kreditlərin azalması sonrakı dövrdə bu artımı zəiflətmişdir (diaqram 2).

shekil-2

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi; Mərkəzi Bank

Diaqram 2. Emal sənayesində illik artım tempi və emal sənayesinə verilmiş kreditlər

Hesab edirik ki, qeyri-neft sektoruna kreditləri artırmaq üçün kommersiya banklarını Mərkəzi Bank tərəfindən manat vəsaitlərilə təmin etmək məqsədəuyğundur. Bu, bank sektorunun dollarlaşma səviyyəsini azaldaraq valyuta risklərini azaldacaq ki, bu da öz növbəsində faiz dərəcələrini azaldıb qeyri-neft sektoruna kreditlərin həcmini artıracaq və beləliklə qeyri-neft sektorunun inkişafını təmin edəcəkdir.

Onu da qeyd edək ki, qeyri-neft sektoruna kreditlərin artması ölkədə istehsalı artıraraq inflyasiyanın azalmasını və qeyri-neft məhsullarının ixracının artmasını təmin edəcəkdir. Aşağıdakı diaqramdan göründüyü kimi, 2015-ci il fevral devalvasiyasından sonra qeyri-neft ixracında sürətli artım olmuş, lakin emal sənayesinə kredit qoyuluşlarının azalması sonrakı dövrdə qeyri-neft ixracının azalmasına səbəb olmuşdur (diaqram 3).

shek

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Diaqram 3. Qeyri-neft məhsullarının ixracı və emal sənayesinə verilmiş kreditlər, dövrün sonuna

Beləliklə, ölkədə real sektorun təhlili onu deməyə əsas verir ki, kreditlər üzrə faiz dərəcəsi təbii səviyyədən yüksəkdir. Bu, kreditlərin firmalar üçün əlçatanlığını çətinləşdirərək qeyri-neft sektorunun inkişafına mane olur. Kreditlərin əlçatanlığını asanlaşdırmaq üçün kreditlər üzrə faiz dərəcəsinin azaldılması zəruridir. Ölkədə faiz dərəcəsinin yüksək olmasını şərtləndirən əsas amillərdən biri depozitlərin dollarlaşmasının yüksək olması nəticəsində valyuta riskləridir.

Faiz dərəcələrini azaltmaq üçün kommersiya bankları Mərkəzi Bank tərəfindən ucuz manat vəsaitlərilə təmin olunmalıdır. Bu, depozitlərin dollarlaşma səviyyəsini azaldaraq valyuta risklərini azaldacaq ki, bu da öz növbəsində faiz dərəcələri azaldıb qeyri-neft sektoruna kreditlərin həcmini artıracaq və beləliklə qeyri-neft sektorunun inkişafını təmin edəcəkdir.

 

Ədəbiyyat siyahısı

  1. Bernanke B. Why are interest rates so low? https://www.brookings.edu/blog/ben-bernanke/2015/03/30/why-are-interest-rates-so-low/
  2. Coy The Search for the Elusive Natural Interest Rate//BloombergBusinessweek, July 22, 2016, 2:00 PM GST, http://www.bloomberg.com/news/articles/2016-07-22/the-search-for-the-elusive-natural-interest-rate
  3. Wicksell, Knut. The Influence of the Rate of Interest on Prices//EconomicJournal XVII, pp. 213-220, 1907, http://www.econlib.org/library/Essays/wcksInt1.html#bottom
(Azərbaycan) Aslan Əzimzadə. Azərbaycanın post-neft dövründən sonrakı sosial-iqtisadi inkişafı və perspektivlər
Ноябрь 1, 2016
1
economic-growth

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Azərbaycanın iqtisadiyyatının inkişafında Ümumilli lider H.Əliyevin rolu.

1993-cü ildə Ümumilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycanda istər iqtisadi, istər sosial sahədə ciddi siyasət yeridilməyə başladı.Ümumilli liderimizin birinci addımı siyasi,iqtisadi və sosial sahədə makrostabilliyi təmin etmək olmuşdur.1994-cü il sentyabrın 20-də Ulu Öndərin təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin imzalanması yeni neft siyasətinin əsasını qoydu və makroiqtisadi stabilliyi bərpa etdi.Makrostabillik təmin olunandan sonra 1995-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatı stabil sosial-iqtisadi inkişaf yoluna qədəm qoymuşdur.Belə ki 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1%, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2%, kənd təsərrüfatı istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə,orta aylıq real əmək haqqı 5,1 dəfə artmış, inflyasiya səviyyəsi 2-3%-ə qədər azalmışdır (1).

Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələ.

2003-cü ildən başlayaraq artıq Azərbaycanda sosial-iqtisadi inkişafda yeni bir mərhələ ortaya çıxır.Bu yeni mərhələ Prezident cənab İlham Əliyevin siyasəti ilə bağlıdır.2006-cı ildə Bakı-Tblisi-Ceyhan neft kəmərinin işə salınması ilə Azərbaycanda neftdən gələn gəlirlərin həcmi böyüyür,bu gəlirlər hesabına Azərbaycanın sosial-iqtisadi inkişafında sürətli inkişaf dövrü başlayır və bu sürətli inkişaf Azərbaycanı elə bir səviyyəyə gətirib çıxarır ki,Azərbaycan bütün dünyada o cümlədən də keçmiş sovet məkanında fəaliyyət göstərən ölkələr içərisində makroiqtisadi göstəricilərə görə xüsusi ilə də ÜDM göstəricisinə və adambaşına düşən gəlirə görə ilk yerlərdən birini tutur.2008-ci ildə dünyanı ağuşuna alan maliyyə böhranında Azərbaycan öz sosial-iqtisadi vəziyyətini qoruyub saxlaya bilmişdir.Bu isə Azərbaycan iqtisadiyyatında aparılan düzgün sosial-iqtisadi siyasətin bariz nümunəsidir.Bütün bunların nəticəsi olaraq növbəti illərin statistik göstəricilərinə nəzər salsaq görərik ki,2004-2009-ci illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artmışdır. Ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılmış və onun həcmi 26 milyard ABŞ dollarını ötmüşdür ki, bu da xarici dövlət borcundan 8 dəfə çoxdur (1).2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 6 faizə endirilmişdir.Bu, yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir(2).

Neft iqtisadiyyatından, bilik iqtisadiyyatına keçid dövrü və qeyri-neft sektorunun inkişafı.

2012-ci ildən başlayaraq Azərbaycanda sosial-iqtisadi siyasətin yeni bir dövrü başlanıldı.Bu yeni dövr İlham Əliyevin uzaqgörənliyi ilə səciyyələnir.Belə ki, prezident İlham Əliyev “Azərbaycan 2020: Gələcəyə baxış” iqtisadi inkişaf konsepsiyasının təsdiq edilməsi haqqında 2012-ci il 29 Dekabr tarixli fərmana imza atdı və ilk dəfə olaraq neft iqtisadiyyatından, bilik iqtisadiyyatına innovativ şəkildə keçmək məqsədini ortaya qoydu (3).Yəni bununla bütün Azərbaycan xalqına mesaj göndərdi ki, Azərbaycan gələcəkdə artıq neft gəlirləri ilə inkişafını təmin edə bilməz, Azərbaycanın sabitqədəmli, dayanıqlı sosial-iqtisadi inkişafının təminatçısı yalnız elm və innovasiya sahəsi ola bilər.Odur ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamına əsasənAzərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qəbul olundu və təhsildə köklü şəkildə islahatlar aparılmağa başlanıldı.Təhsildə, yəni sosial sahədə aparılan bu islahatlar iqtisadi sahə ilə paralel aparıldı.İqtisadiyyatda, idxal və ixrac prosesində diversifikasiya siyasəti aparılır.Belə ki, neftdən Azərbaycan iqtisadiyyatının asılılığını maksimum azaltmaq üçün dövlət bütün kompleks tədbirləri həyata keçirir.Əgər ölkə rəhbərliyi vaxtında düzgün iqtisadi siyasət qurmasa və qeyri-neft sektoruna investisiya qoymayasaydı bu gün Azərbaycanı «Hollandiya sindromu» gözləyəcəkdi. Ölkə Prezidentinin  2014-cü il 12 mart tarixli sərəncamı ilə Azərbaycan Respublikasında bu ilin“Sənaye ili” və 2015-ci il 12 yanvar tarixli sərancamı ilə  ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi bu düzgün iqtisadi siyasətin sübuta ehtiyacı olmayan dəlilidir.Odur ki, 2016-cı ilin son 9 ayının sosial-iqtisadi inkişaf göstəricilərinin yekunlarına əsaslanaraq biz deyə bilərik ki,Azərbaycanda diversifikasiya olunmuş iqtisadiyyat artıq fəaliyyət göstərir.Azərbaycan iqtisadiyyatının neft gəlirlərindən asılılığı artıq 30 faizə düşmüşdür və Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizdə qalmaqda davam edir(4).Bu isə böyük göstəricidir.

Regionların sosial-iqtisadi inkişafı.

Regionlarda isə qeyri-neft sektorunun inkişafını tezləşdirmək,yoxsulluğun səviyyəsini aşağı salmaq,yeni iş yerləri yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq edilmişdir.Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında qarşıya qoyulan vəzifələr  uğurla həyata keçirildikdən sonra 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənmişdir. Həmin ikinci dövlət proqramı çərçivəsində dövlət tərəfindən bölgələrə yatırılan investisiyaların həcmi ildən-ilə daha da artırmışdır.Ölkə başçısı İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq olunması məhz birinci və ikinci Dövlət Proqramlarının uğurlu fəaliyyəti ilə səciyyələnir.Bu Dövlət Proqramlarının nəticəsi olaraq bölgələrdə sosial-iqtisadi inkişaf yüksələn xəttlə müşahidə olunur.

Transregional layihələrin Azərbaycan iqtisadiyyatının inkişafında rolu.

Azərbaycan iqtisadiyyatının inkişafında müstəsnə rol oynaya biləcək transregional layihələr sırasında Trans-Adriatik (ТАР)Trans-Anadolu (ТАNАР) qaz kəməri layihələri dayanır.

southern-corridor-map

 

 

 

 

TANAP və TAP layihələri sayəsində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu həmçinin Azərbaycanın bir çox Avropa ölkələrinə çıxış imkanlarını getdikcə artıracaqdır.Layihə çərçivəsində həyata keçirilən investisiya proqramı ölkəmizə sərmayə axınını təmin edə bilər.Həmçinin Azərbaycan Şərq və Qərb arasında olan bir körpü kimi də gözləntiləri çox ola bilər.Azərbaycan Cənubi Qafqaz koridorunda iştirak edir və bu koridorda xüsusi ilə Çinin marağı vardır.Əgər TRASEKA proqramı həyata keçirilsə, o Azərbaycandan gəlib keçir və Azərbaycandan gəlib yük daşımalarını həyata keçirən Çin öz məsrəflərini 2 dəfə azaldır.Bu Çin üçün xeyirdir.Eyni zamanda Qərb ölkələrinin Çin ilə əməkdaşlığı yənə Azərbaycandan gəlib keçir. Belə olan halda Azərbaycanın dövlət yükdaşımalarından aldığı tranzit pulu indiki Azərbaycanın Ümümi Daxili Məhsulundan çox ola bilər.

Azərbaycan 2020. Sosial yönümlü yeni sənayeləşmiş ölkə (YSÖ)

Əgər bu formada da Azərbaycanın sosial-iqtisadi inkişafı gələcəkdə davam etsə düşünürəm ki, 2020-ci ildə Azərbaycan sosial yönümlü yeni sənayeləşmiş ölkə(YSÖ) (5) statusunu almaq məqamına yaxınlaşacaqdır.Yəni Azərbaycanın “inkişaf etmiş ölkə” statusunu almaq üçün bu mərhələni yəni, yeni sənayeləşmiş ölkə (YSÖ) mərhələsini keçməsi zəruridir.YSÖ statusunu almaq üçün isə diversifikasiya olunmuş iqtisadiyyat mütləq formalaşdırılmalıdır, sosial sahədə köklü islahatlar başa çatmalıdır xüsusilə də təhsil sahəsində.Yenilənmiş və modernlənmiş iqtisadiyyatın kadr təminatı məhz modern iqtisadiyyata uyğun gəlməlidir.Odur ki, Azərbaycanın bütövlükdə təhsili Qərb standartlarına uyğunlaşdırılır və orda olan tədris planlarına,kurrikuluma uyğun olaraq modifikasiya edilir (6) .Bütün bunlar bizə onu deməyi əsas verir ki, Azərbaycanın sosial-iqtisadi inkişafı təminatlı, dayanıqlı olacaq və ancaq yüksələn xətt üzrə inkişaf edəcəkdir.

İstifadə olunmuş ədəbiyyat.

  1. “İqtisadiyyat” naziri Şahin Mustafayevin «İqtisadi inkişafın Azərbaycan modeli» tədbirindəki çıxışı. Bakı-2012.
  2. Prezident İlham Əliyevin “The business year” jurnalına verdiyi müsahibə 2013-cü il. (http://president.az/mobile/articles/7708)
  3. “Azərbaycan 2020: Gələcəyə baxış” iqtisadi inkişaf konsepsiyası.
  4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi.2016-cı ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri. (http://www.stat.gov.az/macroeconomy/)
  5. Azərbaycan Respublikasının Konstitusiyası.Bakı-2016.
  6. “Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”. Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə TƏSDİQ EDİLMİŞDİR.

Tələbə: Aslan Əzimzadə

Elmi rəhbər: i.e.n. dos. Mənsur Bərxudarov

(Azərbaycan) Təşəbbüskarlıq tədrisi niyə vacibdir?
Təşəbbüskar

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Bu gün demək olar ki hər kəsin adını eşitdiyi və bir çoxumuzun məhsullarından gündəlik istifadə etdiyi bəzi markaları və onların sahiblərini gözdən keçirək: Facebook – Mark Zuckerberg, Google – Larry Page və Sergey Brin, Microsoft – Bill Gates, IKEA – Ingvar Kamprad, Walmart — Sam Walton, Nike — Philip H. Knight, Zara — Amancio Ortega və Rosalía Mera, Apple — Steve Jobs və s.   Bu siyahını daha da uzatmaq olar. Bu qəbildən uğurlu iş adamlarının əsas ortaq xüsusiyyəti tamamilə yeni bir fikri və ya mövcud fikrin yeni formasını məhsula çevirməkdir. Mühüm olan yeni bir məhsul (və ya xidmət) təklif edərək onun istehsalını təmin etmək, bazara birinci daxil olmaq və bazar payının böyük hissəsini əldə etməkdir. Dünyada və ya müəyyən ərazidə əvvəllər mövcud olmayan bir məhsulla (və ya xidmətlə) bazara çıxan şəxslərin adətən beyinlərindəki fikirdən başqa bir sərmayəsi olmur və burada sahibkardan fərqli bir anlayış qarşımıza çıxır – təşəbbüskar və ya mütəşəbbis. Bəs “sahibkar” və “təşəbbüskar” anlayışları arasındakı  fərq nədədir.

Hər şeydən əvvəl sözlərin kökünə nəzər salsaq görərik ki “sahibkar” artıq müəyyən sərvətə və ya istehsal vasitələrinə sahib olan insan, “təşəbbüskar” isə müəyyən bir işi görməyə təşəbbüs göstərən, cəhd edən insandır. Sahibkar və təşəbbüskar arasındakı digər fərq isə birincinin daha az riskli amma gəlirli investisiyalara yönələrkən, ikincinin müxtəlif sərmayələri hər kəsdən əvvəl yatıraraq qabaqcıl olmasıdır. Sahibkarların hamısı keçmişdə təşəbbüskar olmasalar da bütün uğurlu təşəbbüskarlar gələcəkdə sahibkar olurlar. Təşəbbüskarlar bütün diqqətini müəyyən bir fikir üzərində cəmləşdirir və bu fikri məhsula çevirərək bazara çıxar­mağa çalışır, amma sahibkarlar artıq mövcud olan və müəyyən dəyəri olan məhsul və xidmətlərə önəm verirlər. Gəlirlilik minimum həddə, hətta başabaş nöqtəsində olsa belə, fikir üzərinə bütün diqqətini cəmləmiş təşəbbüskar var gücü ilə çalışıb yoluna davam edir. Bu vəziyyətdə olan iş adamı (sahibkar) isə zərərdə olduğu üçün  sürətlə alternativ işlərə keçə bilmək üçün fürsət axtarmağa və bunun üçün əlindən gələni etməyə başlayır. Təşəbbüskar ehtiraslıdır, fikrinə sadiqdir, bu fikir üçün yaşayır və gedəcəyi nöqtələri daima bütün detalları ilə xəyallında canlandırır.  Sahibkar isə  müəyyən iş təklifini açıq-aydın və dəqiq olmasa, daha doğrusu  rəqəmlərlə ifadə edilməsə görə bilməz və nəzərə almaz.

Yuxarıda sahibkar və təşəbbüskar arasındakı fərqlər qısa şəkildə izah edildi. Bazar iqtisadiyyatı şəraitində yaşayan bütün ölkələr üçün hər iki anlayış çox mühümdür. Sahibkarlıq fəaliyyəti və ya idarəetmə qabiliyyəti əsas istehsal amillərindən biri hesab edildiyinə görə “sahibkarlığın əsasları”, “sahibkarlıq” və “menecment” və s. bu kimi dərslər uzun müddətdir dünyanın hər yerində, o cümlədən ölkəmizdə də tədris olunur. Lakin, təşəbbüskarlıq uzun müddət genetik yolla keçən bir qabiliyyət olaraq qəbul edilmiş və onun  tədrisi aparılmamışdır. Son bir neçə onillikdə təşəbbüskarlığın Piter Drukerin dili ilə desək “mistik bir vəziyyət, bir növ sehr və ya sirr” olmadığı anlaşılmış, təşəbbüskarlığın bir fənn olaraq tədrisinin mümkünlüyünə qərar verilmişdir. Müəyyən fəaliyyətə başlamazdan əvvəl təşəbbüskarlıq təhsilinin verilməsi gənclərin gələcəkdə edəcəkləri cəhdlərin müvəffəqiyyət şansının artırılması üçün əhəmiyyətlidir. Xüsusilə gənclərdə yenilikçi və işgüzar davranışların formalaşması üçün təşəbbüskarlıq fənninin böyük əhəmiyyəti vardır. Bu fənnin tədrisi  tələbələrdəki sahibkarlıq potensialını ortaya çıxarmağa kömək edir və öz işlərini qurmağa istiqamətləndirir.

Dünyada təşəbbüskarlıqla bağlı fənlərin tədrisi tarixinə nəzər salsaq ABŞ-ın birinci olduğunu görə bilərik. Amerikada təşəbbüskarlıqla əlaqədar ilk təhsil 1947-ci ildə Harvard Business Schoolda verilməyə başlanmışdır. Bu mövzuda ilk akademik proqramlar isə 1960-cı illərdə başlamış və getdikcə təkmilləşdirilərək daha çox yayılmışdır.

Sidney Universitetində təşəbbüskarlıqla bağlı bir neçə fənn tədris edilir. Bunlar: “Sosial Təşəbbüskarlıq”, “Təşəbbüs və Yaradıcı Sənayelər”, “Təşəbbüskarlığın strukturu və Yenilənmə”, “İnnovasiya və özəl təşəbbüs layihələri” və “Beynəlxalq Təşəbbüskarlıq”dır.  Məhz bu səbəbdən ki,  Avstraliyada xeyriyyəçilik tədbirlərindən tutmuş  film sektorunun inkişaf etdirilməsinə qədər bütün sahələrdə təşəbbüs­kar­lığı beynəlxalq səviyyədə qiymətləndirən geniş məzmunlu dərs proqramları meydana çıxmışdır.

Dünya universitetlərində bakalavr səviyyəsində təşəbbüskarlıq fənləri iqtisadi və inzibati idarəetmə ixtisaslarında daha çox tədris olunur. Lakin, mühəndislik və əczaçılıq kimi digər ixtisaslarda da təşəbbüskarlıqla əlaqədar müəyyən dərslər tədris edilir. Əczaçılıq fakültələrində dərman məhsulları təşəbbüskarlığı, Aqronomluq ixtisasında istixana təşəbbüskarlığı, Maliyyə ixtisasında isə Maliyyə təşəbbüskarlığı və s. kimi spesifik sahələrə istiqamətlənmiş dərslər buna nümunə olaraq göstərilə bilər.

Qardaş Türkiyə respublikasında da təşəbbüskarlıq dərsi xüsusilə son illərdə çox geniş vüsət alaraq və iqtisadiyyat və idarəetmə fakültələrində məcburi, digər əksər fakültələrdə isə seçmə fənn olaraq tədris edilir. Belə ki, Türkiyənin 100 ən yaxşı universitetindən 77-sində təşəbbüskarlıq fənni tədris edilir, qeyd edək ki, dünya üzrə bu rəqəm 69-dur.

Ölkəmizin ali təhsil müəssisələrində sahibkarlıq fəaliyyəti ilə bağlı fənlər tədris edilsə də, təşəbbüskarlıqla bağlı fənlər demək olar ki yox idi. Son dövrlərdə müxtəlif təhsil müəssisələrimizdə bu sahədə müəyyən işlər həyata keçirilməyə başlanması sevindirici haldır.

Azərbaycan Dövlət Aqrar Universitetində də son dövrlərdə aparılan dəyişikliklər nəticəsində tələbələrin istər sahibkarlıq fəaliyyəti ilə bağlı, istərsə də iş dünyasındakı cari vəziyyətlə bağlı məlumatlandırılması istiqamətində uğurlu addımlar atılmışdır. Buna misal olaraq “Tələbə və iş dünyası” klubunun yaradılması, müxtəlif iş adamlarının və dövlət işçilərinin, eləcə də alim və professorların universitetə dəvət edilərək ustad dərslərinin təşkil edilməsi kimi tədbirləri göstərə bilərik. Universitetdə tətbiq edilən yeniliklərdən  biri də 2016 — 2017-ci tədris ili üçün Menecment və aqrar marketinq kafedrasının dərs yükünə “Təşəbbüs və işgüzarlıq” fənninin əlavə edilməsidir. Bu fənnin tədrisi tələbələrimizin yenilikçi ideyalarının və gizli potensialının kəşf edilməsinə kömək edəcəkdir.

Ümid edirik ki, bu tədris ilində yalnız bir ixtisasın tələbələrinə tədris edilən bu fənn gələcəkdə bütün ixtisaslarda  tədris ediləcəkdir.

 

Fərrux RƏHİMOV – Azərbaycan Dövlət Aqrar Universitetinin assistenti

(Azərbaycan) prof. Z.F.Məmmədov. Deflyasiya, Staqfyasiya İnflyasiya və Devalvasiya: səbəb və nəticələr
devaluation-of-iraqi-dinar

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Deflasiya. Deflasiya, bir iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin azaldığı və ya mal və xidmət istehsalının azalmasına yol açan vəziyyətdədir. İnflyasiya мüddətində qiymətlərin səviyyəsi yüksəlir və pul də­yərini itirir, ək­sinə deflasiya dönəmində isə qiymətlər aşağı enər və bununla bağlı ola­raq pul dəyər qazanar. Bu isə, xalqın pula olan tələbinin art­ma­sına, əksinə mala olan tə­lə­bin azalmasına yol açar. Beləliklə, is­teh­salçılar məhsullarını satmaqda çətinlik çə­kər­lər. Ehtiyatlar ar­tar. Nəticədə, investisiya azalır və hətta durur. İstehsal fak­tor­la­­rın­dan bəzi bölmələri istifadəsiz hala çevrilir və iş­siz­lik artar, işsizlik isə gəlirin azal­masına və nəticədə iq­ti­sa­diy­yat­da daralma (depresiya) davam edər. Buradan da anlaşılacağı ki­mi defla­siyaya yol açan ən önəmli faktorlardan biri də iq­ti­sa­diy­­yat­dakı tələb ye­tərsizliyidir.

Bununla bərabər, deflasiyasiyanın ən ciddi təhlükəsi iş­siz­liyə sə­bəb olmasıdır. İstər inflyasiya, istərsə də deflasiya iqtisadiy­yat üçün ağır xəs­tə­lik­dir.

Staqflasya. Avropada ortaya çıxan 1969-1976-cı illər böh­ra­nı dönəmində in­flya­siyanın təsiri ilə qiymətlər səviyyəsinin yük­səl­diyi görülmüş, лакин bunun ya­nın­da inflyasiyanın bir nəticəsi ola­raq iqtisadiyyatda bir canlılığın ortaya çıx­ma­dığı, əksinə bu dur­ğunluq halının hökm sürdüyü ölkələrdə isə iş həcminin azal­dığı və işsizliyin artdığı gözlənilmişdi. Bir ölkədə mal və xid­mət­lə­rin qiymətləri yük­sə­lir ikən, digər yandan da iş həcminin da­ral­ma­sı indiyə qədər keçərli olan nəzəri bil­gi­lərə görə bir-birinə zidd iki hadisə oldu.

İNFLYASİYA. İnflya­siya əmtəə və xid­mətlərə tələbin ümumi təklifdən artıqlığı mühi­tin­də qiymətlərin artması və bu­nun da müqabilində pul vahidinin də­yərsizləşməsi prosesidir.

İnflyasiya di­na­mik bir prosesdir. Belə ki, iqtisadi sahədə baş verən dəyişikliklər mütəmadi ola­raq büdcənin tarazlığını pozur. Belə bir аnda əlavə pul emissiyası büdcə xərc­ləri hesabına maliyyələşdirilən tədbirlər üçün ən asan vəsait mənbəyi olur. Bu proses öz növbəsində dövriyyədə olan pulun miqdarını artırır, qiymətlərin ümu­mi səviyyəsini yüksəldir, yə­ni, inflyasiya proseslərini daha da gücləndirir və nə­ticədə büdcənin tarazlığı yenidən pozulur.

İnfl­ya­si­ya­nın meydana gəlmə səbəb və təzahür for­ma­ları fərqlidir.

Struktur inflyasiyanыn tə­za­hür formaları aşağıdakı­lar­la özünü gös­tərir: əhalinin gündəlik istehlak mallarına tə­lə­batı sü­rət­lə artaraq genişlənmək­dədir. Lakin bu fıziki tələbatı qar­şı­la­ya­caq kənd tə­sərrüfatı və sənaye mal­ları kifayət edən istehsal olun­mursa ölkədə qiymətlərin strukturu pozul­mağa baş­layacaq və infl­yasiya baş verəcəkdir.

İnflyasinı törədən ən va­cib struktur səbəblərindən biri də büdcə kəsirləridir. Büdcə kəsirləri və borc­larının artması, bu borcları ödəmək üçün Mərkəzi Bankdan istifadə olunması və xərc­­lərin istehsala yönəldilməməsi qısa müddətdə pula olan tələbi də artıracaqdır. Ba­zar iqtisadiyyatı şəraitində qiymət sahəsində mü­hüm struktur problemlərdən biri də inhisarçı müəssisələrin var­lığıdır. İqtisadiyyatda o müəssisələr inhisarçı hesab olu­nur ki, hər hansı ərazidə müəyyən məhsulun tək istehsalçısı olur və bu əra­zidə hə­min məhsulu əvəz edə bilən digər məhsullar istehsal olun­mur. Bununla da is­teh­sal­çı alıcılara malları istədiyi qiymətə sa­ta bilər.

İnflyasiyanın əsasını təşkil edən di­gər bir səbəb də iqtisadi resursların ədalətli bir şəkildə payl­­anmaması və ya on­lar­dan iq­ti­sa­diyyatda lazımi səviyyədə istifadə edil­məməsidir.

Tələb inflyasiyası isə iqtisadiyyatdakı nominal gəlirin (pulla ifadəsi) o iq­tisadiyyatdakı real gəlirdən (istehsal edilən mal və xid­mətdən) daha çox olması ha­lında görülən inflyasiya for­ma­sı­dır. Tələb inflyasiyası iqtisadiyyatda məcmu tək­lifin sabit qal­ması şəraitində məcmi tələbin artmasından və ya istehsalın ar­tım sü­rətinin tələbin artım sürətindən aşağı olmasından ortaya çıxır.

Çünki qiy­mət artımı istehsalı təşviq edir. İstehsalın təşviqi əmək haqqının səviyyəsini yük­səldir. Əmək haqlarının yüksəlməsi alıcılıq qabiliyyətini artırır. Beləliklə, mal və xidmət birjasında, həm də istehsal malları birjasında məcmu tələb ar­tı­mı inflya­siya­ya səbəb olur. Həmkarlar təşkilatının çox güclü olduğu iq­ti­sa­diy­yat­larda, həmkarlar birliyinin təzyiqi ilə istehsalda gerçək bir produktivitə ar­tı­mı olmadan yapılacaq əmək haqqı artımları da, ölkədə nominal gəliri yük­səl­də­cəyindən inflyasiyaya yol aça biləcəkdir. Bu cür infl­ya­si­yalara da əmək haq­qından qaynaqlanan inflyasiya deməkdəyik. İnflyasiyaya yol açan səbəblərdən biri də xaricdən idxal edilən malların qiymətlərindəki artışlardır.

İnflyasiyaya yol açan səbəblərdən biri də istehsal xərclərinin yüksəlməsidir. Xərc­lər inflyasiyası, malın maya dəyərində, yəni maddələrin birində və ya bir ne­çəsinin qiymətlərində (мəsələn, xam­mal qiymətlərində) meydana gələn artımlar səbəbi ilə ortaya çıx­maqdadır. Maya dəyərində meydana gələn artımlar məhsul qiy­mətini artırır, bu da qiymətlərin yüksəlməsinə səbəb olur.

İnflya­siyanın əsas mənbəyindən Mərkəzi Bank tə­rə­fin­dən tədavülə bu­raxılan əlavə pul kütləsidir. Eyni zamanda, uzun müddətdə pul təklifindəki artımlar həm inflyasiyanı, həm də faiz dərəcələrini artırır.

Hazırda inflyasiyanın cilovlanması ona qarşı mübarizənin kon­kret yol­la­rı­nın və müvafiq alətlərin seçilməsi sahəsində top­lan­mış kifayət qədər dünya təc­rübəsi, anti­inflyasiya siyasətinin iş­lənib hazırlanmış nəzəri əsasları möv­cuddur. Keynsçi tə­lim iqtisadi siyasətdə təsirli alət kimi iki vasitəni tövsiyə edir: işsizlik və dur­ğun­luq halında dövlət məsrəflərini artırmaq, inflyasiya sü­rət­ləndikdə isə bu xərcləri azalt­maq.

Monetaristlərə görə, inflyasiyanın səbəbi pul kütləsindəki ar­tım olduğun­dan, ye­ganə çarəsi də onun artım nisbətini azalt­maq­dır. Lakin, onlara görə inflyasiya onun qarşısının alınması yol­larının bilinməməsindən deyıl, bu tədbirləri həyata ke­çi­rə­cək siyasi iradənin olmamasından irəli gəlir.

Antiinflyasiya tənzimlənməsinin vəzifələrindən biri də büd­cə kəsirinin azal­­dıl­ması və ləğv edilməsidir. Özəlləşdirilən müəs­si­sə­lərin səhmlərinin sa­tıl­ması infl­ya­siya tələbinin müəyyən his­sə­si­ni azaldır. İri miqyaslı özəlləşdirmə hə­yata ke­çi­ril­miş bütün öl­kə­lər­də belə nəticə əldə edilmişdir.

İnflasiyanın idxalatı artırıcı, ixracatı azaldıcı yöndə təsir etməsi, ölkə iq­ti­sa­diyyatının xarici ticarət kəsiri verməsinə yol açar. Bu isə, xarici ticarətin iq­ti­sa­diy­yatdakı vаcibliyinə görə, məcmu gerçək tələbi, dolayısı ilə inflyasiya təz­yi­qi­ni azaldıcı yöndə təsir edə bilər.

İnflyasiyanın sabit gəlirlilər dediyimiz qrup­lara, yəni işçi və məmurların gəlir bölgüsünə mənfi təsiri şübhəsizdir. Bu qru­pun gəliri, qiymətlərin artımına ayaq uyduran qrupların gəlirlərinin əksinə aza­lar və satın alma gücü düşər. Bu isə sosial ədalətsizliyə yol açar. İnflyasiya şəxs­lərin yı­ğım istəklərini yox edir. Pul gündən-günə dəyərini itirdiyinə görə kim­­sə pulunu saxlaya bilməz. Həmən pullarını mala yatırmaq is­tər. Bu isə tə­lə­bin şişməsindən təkrar qiymətlərin yüksəlməsinə yol açar. İnflyasiya olan öl­kə­də yapılacaq investisiyaların pro­duk­tiv sahələrинə qoyulması yerinə, ən çox qısa müd­dətdə mən­fə­ət gətirən sahələrə istiqamətləndirilməsinə yol açar və beləliklə iq­ti­sadiyyatda qaynaq bölgüsünün pozulmasına səbəb olur. İnfl­ya­si­ya ölkənin xa­rici ticarətini də pozar. Valyuta kurslarının sabit ol­duğu bir durumda daxili qiy­mətlərin çox yüksəlməsi nə­ti­cə­sin­də idxal ediləcək mallar daha da azalır. Bu isə, valyutaya ehtiyacı olan ölkələr üçün ciddi problemlər yaradır. Bu prob­lem­ləri həll et­mək üçün də devalvasiyа edilir, yəni, inflyasiya dönəmlərində faiz dərəcələri yüksəlir və real maaşlar azalır.

DEVALVASİYA. Pulun dəyəri (buna pulun satın alma gücü də deyə bilərik) pul vahidinin satın alacağı mal və xidmətlər cəmi ilə ölçülməkdədir. Məsələn, müəyyən bir pul miqdarı ilə (tutaq ki 50 manat ilə) bir səbəti A,B,C,D,E, və F mallarını alaraq doldursaq və müəyyən bir müd­dət sonra bu səbəti yenə eyni mallarla doldurmaq üçün mal qiymət­lərində meydana gələn artımlar səbəbi ilə, 100 manat ödəmək lazım ola­caqsa, bunun ortaya qoyduğu gerçək, bu müddət aralığında pulun 100% nisbətində bir dəyər itkisinə (satınalma gücü itkisinə) yol açmasıdır.

O hal­da ümumi qiymətlər səviyyəsi ilə pulun dəyəri arasında tərs yönlü bir ilişki var­dır. Ümumiyyətlə, bir iqtisadiy­yatda, ceteris paribus, yəni pul miqdarı art­dığı təqdirdə qiymətlər səviyyəsi yüksələcək və dolayısı ilə pulun dəyəri dü­şə­cək­dir. Əksinə bir iqtisadiyyatda pul miqdarı azalırsa qiymətlər səviyyəsi də dü­şəcək və pulun dəyəri yüksələcəkdir. Pulun daxili dəyəri yanında, xarici də­yə­ri də vardır.

Devalvasiya. Bir ölkənin Milli pulun dəyərinin tək tərəfli bir qərarla xarici öl­kə pullarına görə düşürməsinə devalvasiya deyilir. Məsələn, 1 Avro= 1 ma­­nat ikən yapılan bir de­val­vasionla 1 Avro = 1,10 manat olaraq təsbit edilirsə, bu zaman ma­nat Avro qarşısında 10% nisbətində dəyər itkisinə yol aç­mış­dır mənasını verir. Devalvasiya sırasında yapılmasını gərəkdirən şərtlərin ən önəmlisi da­vamlı və xronikləşmiş xa­rici ticarət açıqlarıdır. Bir iqtisadiyyat əgər xaricə satdığından daha çox malı xa­ric­dən alırsa, bu ölkənin xarici ticarəti açıq verir deməkdir. Xarici ticarət kəsiri olan ölkələrin hökumətləri devalvasyon etməklə ixracatı artırma, idxalatı isə azalma məqsədi da­şıyır. Devalvasiyanı həyata keçirən ölkənin malları xarici ölkələr üçün ucuzlaşır, əksinə xarici ölkənin malları isə bu ölkədə bahalaşır. Lakin devalvasiyondan sonra iqtisadi uğuru əldə etmək üçün daxili qiymətlərin artımını dаyandırmaq təməl şərtdir.

Bu gün Azərbaycanda Devalvasiya predmeti KİV-lərdə ən çox müzakirə mövzusudur. Manatın məzənnəsinə təsir edən ən başlıca amillər- neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasətidir, yəni göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər milli iqtisadiyyatdan kənarda formalaşır.

Məlumdur ki, milli pul vahidinin sabitliyi iqtisadi inkişafın əsas şərtidir. Təcrübə göstərir ki iqtisadi ədəbiyyatlarda qeyd olunduğu kimi, devalvasiya nəticəsində milli iqtisadiyyatın ixrac potensialının güclənməsi kimi hadisələr baş vermir.

Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, milli pul vahidinin devalvasiyası və milli iqtisadiyyatın ixrac həcminin artması arasında statistik əlaqə yoxdur, o nədənlə birinci ikincinin artımına səbəb olmur.

Çünki, istehsal məhsullarının maya dəyərinin böyük bir hissəsi xarici valyutadan asılı vəziyyətdədir.

Biz devalvasiya məsələsinə köklü yanaşmalıyıq, idxalın strukturunu öyrənməliyik və valyutaya tələb yaradan bəzi malların, məsələn lüks avtomobillərin, yaxtaların, bahalı siqar və spirtli içkilərin ölkəyə gətirilməsini yüksək aksiz vergisi tətbiq etməklə azaltmalıyıq.

Ilk növbədə, Azərbaycanda valyutanın sabitliyinin təminatı üçün –Valyuta Şurasının yaradılması vacibdir. Bütövlükdə valyuta və maliyyə təhlükəsizliyini təmin etmək üçün mövcud disproporsiyaları aradan qaldırmaq, ABŞ dollarına nisbətdə manatın mövqeyini möhkəmləndirmək lazımdır. Buna isə xammal və enerji daşıyıcıların qiymətindən asılı olmayaraq, yüksək texnoloji və elm tutumlu sənaye məhsullarının istehsalı və ixracının artırılması yolu ilə nail olmaq mümkündür.

Odur ki, Azərbaycan hökuməti və Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı məsələnin ciddiliyini nəzərə alaraq onun bu proseslərə tam hazırlanması üçün zəruri olan bütün addımları atır.

UNEC, “Bank işi” kafedrasının müdiri — prof. Z.F.Məmmədov

 

(Azərbaycan) İNKİŞAF İQTİSADİYYATININ YENİ TƏDQİQAT PROBLEMİ: ORTA GƏLİR TƏLƏSİ
DSC_8789

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

i.ü.f.d., dos. Elşən Bağırzadə

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

“Beynəlxalq iqtisadiyyat” kafedrası

 

Giriş

Orta gəlir tələsi anlayışı (middle income trap) iqtisadi ədəbiyyata son dövrlərdə daxil olan anlayışlardan biridir. Bu anlayış xüsusilə inkişaf etməkdə olan ölkələrlə bağlı olduğundan dünyanın müxtəlif regionlarından olan iqtisadçıların böyük marağına səbəb olmuşdur. Orta gəlir tələsi anlayışını iqtisadi ədəbiyyata daxil edən iqtisadçılar Indermit Gill və Homi Kharasdır. Bu iqtisadçılar 2007-ci ildə Dünya Bankı üçün hazırladıqları “Şərqi Asiya Renessansı: İqtisadi Artım Üçün İdeyalar” (“An East Asian Renaissance: Ideas for Economic Growth”) adlı hesabatlarında bu anlayışdan istifadə etmişlər. Qeyd olunan hesabatda orta gəlir tələsi anlayışı və orta gəlir tələsindən çıxış yolları geniş şəkildə təhlil olunmuşdur. Sonralar bu anlayışın iqtisadi ədəbiyyatdakı yerinin möhkəmlənməsində bir çox iqtisadçıların, xüsusilə də Barry Eichengreen, Donghyun Park və Kwanho Shinin tədqiqatları mühüm rol oynamışdır. Son dövrlər dünya iqtisadiyyatında baş verən proseslər çərçivəsində Azərbaycan kimi təbii resurslara əsaslanan iqtisadiyyatların üzləşdiyi çağırışlar həmin ölkələrin elmi dairələrində bir sıra məsələlərlə yanaşı, məhz orta gəlir tələsi və ondan çıxış yollarının da müzakirəsini zəruri etmişdir.

Bu yazının məqsədi orta gəlir tələsi probleminin mahiyyəti və ondan çıxış yolları haqqında oxuculara qısa şəkildə məlumat verməkdir.

Orta gəlir tələsi nədir?

Hər hansı bir iqtisadiyyatın adambaşına düşən gəlir göstəricisinin müəyyən bir səviyyəsinə çatdıqdan sonra həmin səviyyəni aşa bilməməsi vəziyyətinə orta gəlir tələsi deyilir. Başqa sözlə, orta gəlir tələsi hər hansı bir iqtisadiyyatın adambaşına düşən gəlir səviyyəsinin müəyyən bir həddini keçə bilməməsi halı və ya müəyyən bir gəlir səviyyəsinə çatdıqdan sonra durğunluq vəziyyətinə düşməsi halını ifadə edir.

İlk dəfə olaraq, bu anlayışı iqtisadi ədəbiyyata daxil edən Gill və Kharasa görə orta gəlir tələsi, XX əsrdə inkişaf etmiş ölkələrə nisbətən daha yavaş böyüyən və onlarla arasındakı iqtisadi fərqi tamamlaya bilməyən orta gəlirli ölkələrin aşağı əmək haqqı səviyyəsi ilə rəqabət edən yoxsul ölkələr ilə sənayeləri yetkinləşmiş, texnoloji yeniliklərdə üstün olan zəngin ölkələr arasında sıxışıb qalmalarını ifadə edir.

Orta gəlir səviyyəsi necə müəyyən edilir?

Burada əsas metododloji məsələlərdən biri məhz hansı gəlir səviyyəsinin orta gəlir səviyyəsi kimi qəbul edilməsidir. Bu anlayış ilk dəfə ortaya atıldığı zaman ABŞ-da adambaşına düşən gəlirin 20%-nin digər iqtisadiyyatlar üçün orta gəlir səviyyəsi kimi qəbul edilməsi yanaşması əsas götürülmüşdür. Başqa sözlə, bu gün ABŞ-da adambaşına düşən gəlir göstəricisini təxminən 50000 ABŞ dolları səviyyəsində qəbul etsək, onda orta gəlir səviyyəsini 10000 ABŞ dolları kimi qəbul etmək mümkündür. Amma buna baxmayaraq, təcrübədə orta gəlir səviyyəsinin müəyyən edilməsi ilə bağlı müxtəlif iqtisadçılar tərəfindən müxtəlif yanaşmalardan istifadə edilir. Ən geniş yayılmış yanaşma isə Dünya Bankının gəlir səviyyəsinə görə ölkələri qruplaşdırması yanaşmasından istifadə edilməsidir.

Hansı iqtisadiyyatlar orta gəlir tələsinə düşmüş hesab olunurlar?

Orta gəlir tələsinə düşən iqtisadiyyatların əsas xüsusiyyətləri arasında aşağı yığım və investisiya səviyyəsi, emal sənayesinin artım tempinin aşağı düşməsi, sənaye istehsalında diversifikasiya səviyyəsinin aşağı olması, əmək bazarı tələblərinin qeyri-adekvat olması və.s göstərmək mümkündür. Bu baxımdan hər hansı bir iqtisadiyyatın təbii resursları məhduddursa, əhalisi çox və sürətlə artırsa, sənayesinin innovasiya imkanları çox aşağıdırsa onun orta gəlir tələsinə düşməsi qaçılmazdır. Aşağı əmək haqqı səviyyəsinə malik olan bu ölkələr standart emal sənayesi məhsulları üzrə yoxsul ölkələr qarşısında rəqabət gücü zəifləyən, innovasiya əsasında inkişaf edən ölkələrin isə iqtisadi səviyyəsinə yaxınlaşmaqda çətinlik çəkən ölkələrdir.

Orta gəlir tələsindən necə çıxmaq olar?

Orta gəlir tələsi, heç şübhəsiz ki, inkişaf etməkdə olan ölkələrə xas problemdir. Bu problemin nəzəri şərhi baxımından Solow Neoklassik İqtisadi Artım Modeli böyük əhəmiyyətə malikdir. Bu yanaşmaya görə texnologiya və əmək sabit qalmaqla kapital yığımına əsaslanan iqtisadi artım modeli kapitalın azalan məhsuldarlığı səbəbindən davamlı xarakter daşıya bilmir. Başqa sözlə, yalnız kapital yığımına əsaslanan iqtisadi artım müəyyən müddətdən sonra sıfır səviyyəsinə daxil olacaq və ya orta gəlir tələsinə düşüləcəkdir. Bu halda, artıq iqtisadi artımın mənbələri qismində məhsuldarlıqdakı artım, innovasiya və insan kapitalının çıxış etməsi zərurətə çevriləcəkdir. Tədiqatlar göstərir ki, orta gəlir tələsindən çıxan və yüksək gəlir qrupuna daxil olan ölkələrin əsas xüsusiyyətləri də məhz instutlaşmalarını tamamlamaları, texnologiya tutumlu istehsal strukturuna malik olmaları, elmi tədqiqatlara investisiyalarını artırmaları, yüksək əlavə dəyərə malik məhsullar ixrac etmələri, kapital bazarlarını tam şəkildə formalaşdırmaları və istehsalı yüksək ixtisaslı iş qüvvəsilə həyata keçirmələridir.

Orta gəlir tələsindən çıxmaq nə qədər asandır?

Orta gəlir tələsindən çıxaraq yüksək gəlir qruplu ölkələr sırasına daxil olmaq əksər inkişaf etməkdə olan ölkələrin hədəfi olsa da, bunu reallaşdırmaları o qədər də asan deyildir. Dünya Bankının məlumatlarına görə 1960-cı ildə 101 orta gəlirli ölkədən 2008-ci ildə yalnız 13-ü – Ekvadorial Qvineya, Yunanıstan, Honq-Konq, İrlandiya, İsrail, Yaponiya, Mavriki, Portuqaliya, Porto Rika, Koreya, Sinqapur, İspaniya, Tayvan – orta gəlir tələsindən çıxaraq yüksək gəlirli ölkələr qrupuna daxil olmuşdur. 2012-ci ildə iqtisadçılar Felipe, Abdon və Kumarın apardıqları birgə tədqiqatın nəticələrinə görə 2010-cu ildə aşağı-orta gəlirli və yüksək-orta gəlirli 52 ölkədən 35-i orta gəlir tələsindədir. Bu ölkələrin 13-ü Latın Amerikasında, 11-i Orta Şərqdə, 6-ı Səhra-altı Afrikada, 3-ü Asiyada və 2-i Avropadadır. Göründüyü kimi orta gəlir tələsi problemi daha çox Latın Amerikası və Orta Şərqdə toplanmışdır. Latın Amerika və Orta Şərq ölkələrinin 1960-cı ildə orta gəlir səviyyəsinə nail olduqları nəzərə alındıqda bu ölkələrin 50 ildən çoxdur ki, orta gəlir tələsində qalmalarının əsas səbəbi kimi ucuz əmək və bəsit texnologiyalarla rəqabət etmə cəhdini göstərmək mümkündür.

Nəticə və ya iqtisadi siyasət tövsiyəsi

Tədqiqatlar göstərir ki, orta gəlir tələsindən çıxış üçün standart iqtisadi siyasət tədbirləri mövcud deyildir. Lakin orta gəlir tələsindən çıxmış ölkələrin təcrübəsinin təhlili bu baxımdan iki əsas istiqamətdə tədbirlərin həyata keçirilməsinin zəruriliyini ortaya qoyur:

1) Məcmu faktor məhsuldarlığına əsaslanan iqtisadi artıma nail olma: Birbaşa texnoloji inkişafla bağlı olan bu istiqamət, eyni zamanda da yüksək keyfiyyətli təhsil sisteminin mövcudluğunu zəruri edir. Yaponiya, Sinqapur, Tayvan, Cənubi Koreya və İsrail orta gəlir tələsindən məhz texnoloji inkişaf və yüksək insan kapitalına əsaslanan sənayeləşmə siyasəti ilə çıxmışlar.

2) İxtisaslaşmada dərinləşmə. İxtisaslaşma aşağı məhsuldarlıqlı fəaliyyətlərdən yüksək məhsuldarlıqlı sahələrə keçidi təmin edir. Cənubi Koreyanın mikro-elektronika və yarımkeçiricilər texnologiyasındakı nailiyyətləri buna misal ola bilər.

Yuxarıda qeyd olunan hər iki istiqamət üzrə nailiyyətlərin əldə edilməsi isə ölkədə daha çox milli yığım səviyyəsinin yüksəldilməsi, elmi araşdırmalara investisiyaların artırılması və innovasiya potensialının gücləndirilməsi, yüksək ixtisaslı iş qüvvəsi üçün insan kapitalına investisiyaların yönəldilməsi, intellektual mülkiyyət və patent hüquqlarının qorunması, əmək bazarının təkmilləşdirilməsi, instutsional islahatların aparılması və infrastruktur investisiyalarının həyata keçirilməsindən asılıdır.

(Azərbaycan) Rövşən Camalov. Azərbaycanın əsas ticarət tərəfdaşları
economy

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Dünya ölkələrinin iqtisadi inkişaf tarixi onu göstərir ki, xarici ticarət siyasəti müxtəlif tarixi dövrlərdə fərqli məzmun daşımaqla, həmin dövrün konkret xüsusiyyətlərindən və bunların əsasında formalaşan situasiyadan asılı olmuşdur. Xarici ticarət fəaliyyəti əsasən ya müstəqil, ya da iri şirkətlərin tərkibində firma və s. təsərrüfat vahidləri səviyyəsində həyata keçirilir. Beynəlxalq praktikada firmanın istehlakçılarla iqtisadi münasibətləri məhz ticarət fəaliyyəti vasitəsilə reallaşdırır.

Azərbaycanın xarici ticarət siyasəti bütövlükdə ölkənin iqtisadi təhlükəsizlik sisteminin əsas tərkib hissələrindən biri olmaqla ilk növbədə milli rəqabət üstünlüklərinin formalaşması və inkişafına əsaslanmışdır. Azərbaycanın müstəqilliyi qazandıqdan sonra mövcud iqtisadi gərginlik şəraitində demək olar ki xarici siyasət böhran durumunda idi. Beləliklə 1994-cü ildə “Əsrin müqaviləsi”ndən sonra artıq nəinki iqtisadiyyat eləcə də xarici ticarət sektoru canlamağa başladı. Artıq 2000-ci illərə qədər olan dövrdə Azərbaycan iqtisadiyyatının müxtəlik sektorlarında islahatlar dərinləşmiş, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması məqsədilə bir sıra işlər görülmüşdü. 2005-ci ildən isə Bakı-Tbilisi-Ceyhan neft kəməriylə Azərbaycan neftinin dünya bazarına çıxması ilə Azərbaycanın xarici ticərətində, ixracatında yeni bir mərhələ başladı.

Cədvəl 1. 2015-ci il ticarət dövriyyəsində əsas ölkələr

screen-shot-2016-09-08-at-13-03-46

 

Mənbə: cədvəl müəllif tərəfindən hazırlanıb, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi. 2015-ci ildə Azərbaycanın əsas ticarət tərəfdaşları, http://www.customs.gov.az/az/stat.html

Cədvəl 1-ə əsasən Azərbaycanın əsas ticarət tərəfdaşlarının siyahısı verilmişdir. Belə ki, cədvəldən də aydın göründüyü kimi İtaliya Azərbaycanın əsas tərəfdaşları siyasında təxminən 3 milyard ABŞ dollarına yaxın ticarət dövriyyəsi ilə ilk yeri tutur. Ümumiyyətlə İtaliya son 4 ildir ki, Azərbaycanın əsas ticarət tərəfdaşları siyahısında ilk yeri tutur. Bu xarici ticarət əlaqələri eynilə ölkələr arası iki tərəfli əlaqələrin inkişaf dinamikasına da təsir edir. İtaliya 2015-ci ildə ümumi ticarət dövriyyəsində 13.77% paya sahibdir.2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 162 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 109 ölkəyə məhsul ixrac olunmuş, 145 ölkədən idxal olunmuşdur. Ticarət dövriyyəsinin 9,6 faizi MDB üzvü dövlətləri, 48,5 faizi Avropa İttifaqı ölkələri, 41,9 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür. 2015-ci ilin on bir ayı ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 23575,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 15379,4 milyon dollar, idxalın həcmi 8196,2 milyon dollar təşkil etmiş, nəticədə 7183,2 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.

Cədvəl 2-də qeyd edildiyi kimi, ixrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, şəkər, idxal olunmuş məhsulların həcmində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallar və onlardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil etmişdir.

Azərbaycanın neft ixrac edən ölkə olaraq öz ixracatında neft və neft məhsullarının əsas və böyük paya sahib olması gözlənilən idi. Lakin bununla belə son illər Azərbaycan höküməti ixracatda neft sektorunun asılılığını azaltmaq istiqamətində bir sıra işlər görür. Əlbəttə ki, neft ixracatçısı olan ölkə üçün bu halı qənaətbəxş saymaq olsada belə yenə də ixracatın dolaysıyla qeyri-neft sektorunun diversifikasiya məsələsi daima gündəmdədi. Bu məsələnin vacibliyi məhz neftdən asılılığı azaltmağa və ixracatda qeyri-neft sektorunun payının çoxalmasına yönəlir. Son zamanlardakı dünya neft bazarındakı neftin qiymətindəki dalğalanmalar bir daha neft ixrac edən ölkələr üçün neftdən asılılığın nə qədər təhlükəli olduğunu göstərdi. Təsadüfi deyil ki, 2014-cü ilin III rübündən başlayan1 neft qiymətlərindəki eniş ölkəmizədə neft gəlirləri ilə yanaşı həm də ixracdan gələn gəlirlərin də azalmasına səbəb oldu.

Cədvəl 2. 2015-ci ildə idxal və ixacda ən çox paya sahib olan mallar (min ABŞ dolları)

screen-shot-2016-09-08-at-13-05-58

Mənbə: cədvəl müəllif tərəfindən hazırlanıb, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi. 2015-ci ildə Azərbaycanın ixrac və idxalında əsas seçilmiş mallar, http://www.customs.gov.az/az/stat.html

2015-ci ilin müvafiq dövrü üçün idxalın statistikasına nəzərən maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələr, qara metallar ümumi idxalda xüsusi paya sahibdir. İdxaldakı əsas malların statistikası bir daha qeyri-neft sektorunun diversifikasiyasının zəruriliyi ortaya çıxardır. İdxalın ümumi həcminin 58,4 faizini avtomobil, 25,0 faizini dəmiryolu, 10,0 faizini hava, 6,5 faizini dəniz nəqliyyatı, 0,1 faizini2 isə stasionar nəqletmə vasitələri ilə idxal olunmuş məhsulların dəyəri təşkil etmişdir. 2015-ci ilin yanvar-noyabr aylarında ölkəyə 22746 ədəd minik avtomobili, 803 ədəd avtobus, 1871 ədəd yük avtomobili idxal olunmuşdur.

Şəkil 1. Regionlar üzrə ixrac dinamikası

1 Mənbə: müəllif tərəfindən hazırlanıb, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi. 2011-2015-ci illlərdə Azərbaycanın ixrac dinamikasının göstəriciləri, http://www.customs.gov.az/az/stat.html

Şəkil 1-də isə regionlar üzrə ixrac dinamikası verilmişdir. Aydın göründüyü kimi, Avropa İttifaqı ölkələri ixrac istiqamətimizdə ən yüksək paya sahibdir. 2015-ci ildə İxrac olunmuş məhsulların 20,3 % İtaliyaya, 11,2 % Almaniyaya, 7,3 % Fransaya, 6,5 % İsrailə, 4,6 % Çexiyaya, 3,8 %Avstriyaya, 3,0 % İspaniyaya, 2,9 % Portuqaliyaya məxsusdur. Lakin verimiş ixrac dinamikasındandan aydın görünür ki 2011-ci ildən 2015-ci ilə qədər ixrac dinamikası aşağı doğru istiqamətlənir. 2014-cü il ilə 2015-ci ili müqayisə etdiyimizdə isə arada daha çox fərqin olduğunu görürük. Bu məsələdə bir daha ixracda neftden asılılığın mənfi təsirinin ixrac balansındada şahidi oluruq.

Şəkil 2. Regionlar üzrə idxal dinamikası

 2

 Mənbə: müəllif tərəfindən hazırlanıb, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi. 2011-2015-ci illlərdə Azərbaycanın idxal dinamikasının göstəriciləri; http://www.customs.gov.az/az/stat.html 

 Ölkəmizə idxal olunmuş məhsulların ümumi həcminin 16,1 % Rusiyanın, 12,6 % Türkiyənin, 9,4 % ABŞ-ın, 7,7 % Almaniyanın, 6,1 % Yaponiyanın, 5,8 % İtaliyanın, 5,7 % Birləşmiş

Krallığın, 5,5 % Çinin, 3,5 %Ukraynanın, 2,2 % Fransanın, 1,6 % Norveçin, 1,5 % Koreyanın, hər birində 1,3 % olmaqla Braziliya və Avstriyanın, 1,2 % Sinqapurun, hər birində 1,1 % olmaqla Niderland və Qazaxıstanın, hər birində 1,0 % olmaqla İsveçrə, İran və Polşanın, 13,3 % isə digər ölkələrin payına düşmüşdür. Şəkil 2-ə nəzərən biz 2011-ci ildən 2015-ci ilədək idxal dinamikasını görə bilərik. İdxalın ümumi həcminin 21,9 % MDB üzvü dövlətlərinin, 31,2 % Avropa İttifaqı ölkələrinin, 46,9 %isə digər ölkələrin hesabına formalaşmışdır.

Ümumən 2015-ci ildə Azərbaycanın ticarət dövriyyəsi (şəkil 3) 20 6450,90 miluon ABŞ dolları səviyyəsində olmuşdur hansı ki müvafiq olaraq 9 221,40 milyon ABŞ dolları idxala digər hissə isə 11 424,50 milyon ABŞ dolları isə ixracın payına düşür. 2015-ci ili keçən il müqayisə edərkən böyük şəkildə ticarət dövriyyəsində geriləməni görə bilərik. Azərbaycan ixracın stimullaşdırılması və qeyri-neft sektorunun ixracda payının artması üçün ixracat yönümlü istehsalat sferaları üçün əlverişli şəraitin yaradılması istiqamətində işləri daha da genişləndirməli, yeni bazarların axtarışını davam etdirməli, ənənəvi istehsalat sahələrində uzun illər təcrübəyə malik bir ölkə kimi xüsusən kənd təsərrüfatının dinamik inkişafını təmin etməklə ilk növbədə daxili bazarın və daha sonra xarici bazarın tələbatını ödəməklə ixrac bazarında qeyri-neft sektorunun payının artmasına, ölkə daxilində biznes mühitinin daha da təkmil formalaşmasına eləcə də kiçik və orta sahibkarlığın inkişafına mütəmadi nəzarət etməklə ixrac potensialının inkişafına mühüm təsir göstərə bilər.

Şəkil 3. Xarici ticarət dövriyyəsi

3

Mənbə: müəllif tərəfindən hazırlanıb, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. 2011-2015-ci illlərdə Azərbaycanın idxal dinamikasının göstəriciləri; http://www.customs.gov.az/az/stat.html 

Rövşən Camalov, UNEC, Beynəlxalq İqtisadiyyat kafedrası

Перейти к верхней панели