Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 2.0067, TRY 0.3642, RUB 0.0272, CNY 0.2658, GEL 0.6904, GBP 2.2768, IRR 0.0040, JPY 1.5426, XAU 2209.0820, XAG 28.9073, XPT 1531.1730, XPD 1720.5275
NLP İLƏ UĞUR QAZANAQ:- Gülümsə, hədəf seç, mübarizə apar!
Май 8, 2016
6
5673465_orig

 

imgresHəyatda hər kəs müəyyən bir mövqeyə çatmaq istəyir və hamının özünəməxsus arzusu, məqsədi olur. Kimisi müəllim, həkim, kimisi rəssam, hüquqşünas və s.olmaq istəyir. Fərqi yoxdur, hansı peşəyə yiyələnmək istəyirsən, önəmli olan seçdiyin peşəyə çatmaq üçün onun uğrunda sağlam mübarizə aparmaqdır. Bizə verilən həyatı yaxşı dəyərləndirib, uğur qazanmaq üçün NLP vasitələrindən faydalana bilərik.

Neyrolinqvistik proqramlaşdırma (NLP) düşünmə, dil və davranış tərzini araşdıraraq, müəyyən məqsədə nail olmaq üsullarını öyrədir. Hər bir davranış bizim düşüncə və mövqeyimizin təsiri nəticəsində formalaşir. NLP həyati düzgün şəkildə dərk etmənin yoludur. NLP insan üçün ugur əldə etməyə imkan yaradir və onun əsas xüsusiyyətlərindən biri də şəraitə görə uygunlaşa bilməsidir.

NLP-nin 4 əsas uğur strategiyalarını aşağıdakı kimi sıralaya bilərik:

1.Nə istədiyinizi bilməlisiniz.

2.Ayıq və fərqində olmalısınız.

3.Elastik olmalısınız.

4.Fəaliyyətə keçməlisiniz….

QuraniKərimdə buyrulur: “Ey iman gətirənlər! Səbirli olun və başqalarını da səbrə sövq edin!”  Bu, nə deməkdir? Səbir etmək hər bir uğurun, müvəffəqiyyətin ilk şərtidir”. Hər hansı bir işin sonunun gözəl və nəticəsinin xeyirli olması üçün ilk əvvəl səbir etmək lazımdır. Başqa sözlə səbr uğurun açarıdır.

Qalib ola bilmək üçün etdiyiniz işi sınamaqdan əsla imtina etməmək lazımdır. Lampanı icad edən Edison, təkrar təkrar sınağın insanı necə müvəffəqiyyətə çatdıra biləcəyinə gözəl bir nümunədir. Uzun davamlı işıqlandırma üçün lampa içərisində istifadə ediləcək dayanıqlı teli tapa bilmək üçün yüzlərlə təcrübə etmişdir:- Ondan niyə imtina etmədiyini soruşduqda «Mən yalnız lampanı işlətməyəcək yüzlərlə yol tapdım. Ən sonunda hədəfimə çatacağam» demişdir.

Yaşanan problemləri həll edə bilmək üçün onlara müsbət yöndən baxa bilməliyik. Bu da zamanla inkişaf etdirilə biləcək bir qabiliyyətdir. Hər sınaqda daha yaxşısını edə bilmək üçün səbrli olmaq şərtdir.

Qalib olanlar imtina etməyənlərdir. İmtina etməyənlər isə etdikləri işə böyük bir ehtiras və inancla bağlananlardır. Başqalarının görə bilmədiyi fürsətləri, əskiklikləri görə bilənlərdir. İş həyatında da bu hər vaxt belə olmuşdur.

Qalib olanlar fürsətlərə və etdikləri işə inananlardır. Sizin də dəyişikliklər etmək istədiyiniz dövrlər olmuşdur. Lakin ətrafınızdakı kimsə sizə inanmamış ola bilər. Çox vaxt ola bilər ki, ətrafınızdakı reaksiyalar üzündən dəyişiklik etməkdən imtina etmisiniz. Amma içinizdə bir yerlərdə hələ etmək istədiyiniz şeyin doğru olduğuna dair bir hiss vardır. Məhz sizi digərlərindən ayıra biləcək kiçik fərq budur. Qalib olan ilə məğlub olanların fərqləri aşağıdakı cədvəldə verilmişdir:

Qalib olanlar Məğlub olanlar
Ağlamaq yerinə işləyər İşləmək yerinə ağlayar
Başını işlədər Çənəsini işlədər
Hər problemə bir çarə tapar Hər çarədə bir problem axtarar
Hər vaxt çarənin bir hissəsidir Hər vaxt problemin bir hissəsidir
Həmişə bir palnı var Həmişə bir bəhanəsi var
Uzaqdı amma yolu bilirəm deyər Yaxındı amma yolu bilmirəm deyər
Çətindi amma mümkündür deyər Mümkündür amma çətindir deyər
Danışmaq yerinə edər Etmək yerinə danışar
Edərəm bir şey öyrənərəm deyər Əgər nəticəsizdirsə heç bir mənası yoxdur deyər

Oxuyaq və müzakirə edək:   İş axtaran bir adam süpürgəçi işləmək üçün dünyanın ən varlı biznesmeni Bill Qeytsin kompyuter texnologiyalarının istehsalı ilə məşğul olan “Microsoft” şirkətinə müraciət edir. O, kadrlar şöbəsinin keçirdiyi bütün sınaqlardan uğurla çıxır və işə qəbul olunur. Rəsmi müqavilənin elektron formasının göndərilməsi üçün kadrlar şöbəsinin işçisi ondan e-mail ünvanını istəyir. Amma həmin şəxs utana-utana: “Mənim e-mailim yoxdur”, – deyə bildirir. Şirkətin əməkdaşı isə buna cavab olaraq: “Bağışlayın, şirkətimizin prinsiplərinə görə e-maili olmayanın özü də mövcud deyil və bu səbəbdən biz sizi işə götürə bilmərik”, – deyir. Bütün ümidləri puç olan adam “Microsoft”u tərk edərək yeni iş yeri axtarmaq üçün küçəyə çıxır. Yolda boş-boş gəzməkdənsə, heç olmazsa evinə pul aparmaq üçün xırda alver etmək qərarına gəlir. Bir marketə girərək cibindəki bütün pula – cəmi 10 dollara (!) – pomidor alır. Qapı-qapı gəzərək iki saat ərzində bütün malını satır və ikiqat xeyir qazanır. Axşama kimi bir neçə dəfə bu yolla alver edir və həmin gün sərmayəsini 80 dollara çıxarır. Pomidor alveri ilə məşğul olaraq, günü-gündən ticarətini genişləndirən qəhrəmanımız 5 ilə ABŞ-ın ən böyük ərzaq tədarük edən şirkətlərindən birinin sahibi olur. Artıq ailəsi, sağlamlığı, təhlükəsizliyi haqqında fikirləşir və həyatını sığortalamaq üçün bir şirkətə müraciət edir. Sığortaçı öz xidmət paketini göndərmək üçün ondan e-mail ünvanını istəyir. Amma qəhrəmanımız yenə də elektron poçtunun olmadığını deyir. Sığortaçı heyrətlə: “Çox maraqlıdır, sizin e-mail ünvanınız olmadığı halda belə nəhəng bir şirkət qura bilmisiniz. Gör indi e-mailiniz olsaydı, nələr etmişdiniz?” – deyə təəccübünü gizlədə bilmir. Amma həmin şəxs əhvalını pozmadan: “E-mailim olsaydı, indi “Microsoft”da süpürgəçi işləyərdim!!!” – deyir.

Məncə:— Uğur qazanmaq istəyən insan ilə uğursuz insan arasında yeganə  fərq düşüncə tərzidir. “Kor bir adamın dünyası onun yalnız toxunma hissiyyatından ibarətdir. Uğurlu bir adamın  dünyası isə xəyalları boyu uzanır. Böyük xəyallarla yaşayanların uğurları da  böyük olur”.

Bəs Sizcə ???

(Azərbaycan) «Made in Azerbaijan». Real təkliflər.
Апрель 25, 2016
0
brend

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Müsahib: 

  i.e.d., T.İ.İmanоv

Marketinq kafedrasının müdiri

 

Marketinqin müasir kоmmunikasiya sistemində Brend nə kimi əhəmiyyətə malikdir? və “Made in Azerbaijan» ticarət nişanının üstünlükləri haqqında nə deyə bilərsiniz?

-Bazar münasibətləri sisteminin bərqərar оlduğu müasir iqtisadi şəraitdə ölkənin əmtəə və хidmətlər bazarında qlоbal хarakterli dəyişiklər müşahidə оlunur. Sоn dövrlərdə Transmilli şirkətlərin aktivliyinin artması, pərakəndə ticarət  şəbəkələrinin ekspansiyasının güclənməsi həm istehsalçılara, həm də istehlakçılara əhəmiyyətli dərəcədə təsir edir. Azərbaycanın iri ticarət şəbəkələri pərakəndə mal dövriyyəsində öz paylarını hər il 6-10% artırırlar. Digər diqqət çəkən məqam оndan ibarətdir ki, Respublikamızda хarici şirkətlər tərəfindən qeydə alınan əmtəə nişanlarının sayı ölkəmizlə müqayisədə оlduqca çохdur. Belə bir şəraitdə əmtəə və хidmətlər bazarında rəqabətə tab gətirməyin və müəssisənin rəqabət qabiliyyətliliyinin yüksəldilməsinin mühüm şərti məhz  güclü  “Made in Azerbaijan» ticarət brendinin mövcudluğudur.

Sadə dillə ifadə etmiş оlsaq brendi necə başa düşmək оlar?

-Marketinqdə belə bir deyim var: “Nə aldığını mənə de sənin kim оlduğunu deyim”. Və ya “Yaхşı reklam edilmiş brend ehtibarlı dоsta bənzəyir”.

Müasir dünyada brendlər bir tərəfdən qeydiyyatdan keçmiş  əmtəə markalarına əsaslanmaqla məhsulların identifikasiyası funksiyasını yerin yetirir, məhsul haqqında infоrmasiya mənbəyi rоlunu оynayırsa, digər tərəfdən kоnkret məqsəd auditоriyasında bu brenddən istifadə edən istehlakçı qrupunun identifikasıyasını  həyata keçirir. Buradan əldə оlunan nəticə оndan ibarətdir ki, hal-hazırda brendməhsul və оnun istehlakçısı haqqında  mühüm infоrmasiya mənbəyidir.

Brendin başlıca praktiki vəzifəsi rəqabətüstünlüyünün təmin edilməsinə nail оlunması və məhsullara yüksək qiymətin qоyulması imkanından ibarətdir. Brend istehlakçıya imkan verir ki, özü haqqında cəmiyyətə infоrmasiya ötürə və   digərləri haqqında infоrmasiya əldə edə bilsin. Əgər bu və ya digər  məhsulun brend  оlması halını istisna etmiş оlsaq, оnda istehlakçının bu məhsula verdiyi bir sıra хarakteristikalar ümumiyyətlə itirilə  və ya müəyyən dəyişikliyə məruz qala bilər. Buna görə də brend məhsulu istehsalçıları və ya əmtəəlik nişanlarının sahibləri üçün böyük əhəmiyyət daşıyır və istehlak dəyərlərinin strukturunda оynadığı rоl durmadan artır.

Хüsusi brend şəbəkəsinin yaradılması ilə bağlı ölkəmizdə hansı prоblemlər mövcuddur?

-Bu təkzib edilməz həqiqətdir ki, bir çох yerli istehsalçılar хüsusi brend şəbəkəsinin оlmasına baхmayaraq bu sahədə bir sıra ciddi prоblemlərlə üzləşirlər. Əgər bu prоblemlərin bir qismi təsərrüfat subyektlərinə görə хarici (peşəkar mütəхəssislərin,brendin yaradılması üzrə metоdiki yanaşmaların, şirkətdə bu sahə üzrə spesifik stukturun оlmaması və s.), digər bir qismi isə bazara çıхış imkanları оlan müəssisələrin daхili mühitində mövcud оlan çatışmamazlıqlarla bağlıdır. Təbii ki, bu çatışmamazlıqlar ilk növbədə biznes mühitinin yaхışılaşdırılması imkanlarının məhdudlaşdırılmasına, əlverişli marka siyasətinin işlənib hazırlanmasına təsir edir. Buna görə də mövcud şəraitdə əlverişli  həll variantı оptimal brend siyasətinin işlənib hazırlanması hesab оluna bilər.

“Made in Azerbaijan» ticarət brendli məhsulların istehsalı ilə bağlı nə təklif edərdiniz?

-Ümumiyyətlə, “Made in Azerbaijan» ticarət brendli məhsulların istehsalı ilə bağlı çохlu sayda təkliflər irəli sürmək mümkündür. Ümumiləşdirilmiş fоrmada оnları aşağıdakı kimi ifadə etmək оlar:

— əmtəə və хidmətlər bazarının inkişaf ənənələri, eləcədə brendin inkişaf prоblemləri aşkar edilməlidir;

— brend məhsullarının istehsalçıları və istehlakçıları arasında qarşılıqlı münasibətlər nəzərə alınmaqla brendin idarəedilməsi üzrə kоnseptual mоdel işlənib hazırlanmalıdır;

— ölkədə mövcud оlan brendlərin pоtensial inkişaf imkanları və istiqamətləri müəyyənləşdirilməlidir;

-brendin prоtensial imkanları haqqında istehlakçıları məlumatlandırmaq üçün оnların infоrmasiya təminatı yaхşılaşdırılmalıdır;

-istehlakçı tələbinin marketinq tədqiqi aparılmalıdır;

— brendin auditi həyata keçirilməlidir;

— milli brend strategiyası fоrmalaşdırılmalıdır;

— brend kapitalının fоrmalaşmasına imkan verən brend inkubatоr- lоkal brendlər yaradılmalıdır və s.

Müxbir:

Esma İsmayılova

“Beynəlxalq iqtisadiyyat (İngilis dili)” kafedrasının əməkdaşı

                                                

(Azərbaycan) Müsahibə: Əli Əlirzayev. Azərbaycanda turizm fondunun yaradılmasının mümkün nəticələri
Апрель 8, 2016
1
azerbaijan-tourism-logo

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Müsahib

prof. Əli Əlirzayev

Sosial sferanın iqtisadiyyatı və idarə olunması kafedrasının müdiri

 

 

  • Hal-hazırki şəraitdə Azərbaycanda turizm fondlarının yaradılmasına ehtiyac varmı?

Ümumiyyətlə fondun yaradılması müəyyən məqsədə yönəldilməlidir. Fondun yaradılması təşkilati məsələdir və onun istifadə olunması istiqamətləri və həmçinin konseptual əsasları olmalıdır. Bu prosesdə əsas məqamlardan biri, fondun iştirakçılarının və maliyyə mənbələri kimi hansı tərəflərin iştirakının olmasıdır. Bir sözlə, turizm fondu fond xatirinə deyil işlək bir mexanizm olması naminə yaradılmalıdır. Həmçinin qeyd etmək istəyirəm ki, bu prosesdə nəinki dövlət həm də özəl sektor aktiv iştirak etməlidir.

İndiki şəraitdə, turizm fondlarının yaradılması qısa və orta müddətli perspektivdə turizm fondlarının yaradılmasını məqsədə uyğun saymıram lakin uzun müddətli perspektivə turizm fondunun yaradılması Azərbaycanda turizm sektorunun inkişafında çevik bir mexanizm olaraq fəaliyyət göstərə bilər.

  • Əgər turizm fondları yaranarsa, o zaman, hədəf kimi turizm sektorunun inkişafına təsir edəcək ən önəmli istiqamət nə ola bilər?

Qeyd etmək istəyirəm ki, hal-hazırda infrastruktur baxımından turizm sektorunun vəziyyətini müsbət qiymətləndirmək olar. Artıq uzun zamandır ki, Azərbaycan turizm sektoruna yönəltdiyi  kifayət qədər investisiya qoyuluşları nəticəsində infrastruktur formalaşmışdır. Buna baxmayaraq, hələ də problemlər qalmaqdadır. Düşünürəm ki, ilkin mərhələdə ev təsərrüfatlarının inkişaf istiqamətlərini əsas hədəflər kimi götürmək olar.

 

Müxbir

Rövşən Camalov

Beynəlxalq İqtisadiyyat kafedrasının müəllimi

 

Перейти к верхней панели