Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9343, TRY 0.2909, RUB 0.0254, CNY 0.2469, GEL 0.6589, GBP 2.1630, IRR 0.0040, JPY 1.5333, XAU 2000.3730, XAG 24.9162, XPT 1325.6940, XPD 1518.7545
Toğrul Vəliyev. «XXI əsrdə Kapital»
piketty

«Le Capital au xxie siècle» (XXI əsrdə Kapital) – Avropada və Birləşmiş Ştatlar qeyri-bərabərliyə həsr olunmuş fransız iqtisadşı Toma Pikettinin kitabıdır. Bu kitabda Avropa və ABŞ XVIII əsrdən başlamış yığılan statistik məlumatların təhlili aparılıb.

Müəllif haqqında.

1971-ci ildə Fransada anadan olub. İlk tədqiqat işi var-dövlətin əhali arasında paylanmasına həsr olunmuşdur. Bu işə görə İqtisadi və siyasi elmlər üzrə London məktəbində fəlsəfə doktoru dərəcəsi almışdır. İndi müəllif Sosial elmlərin ali məktəbində və Paris iqtisadiyyat məktəbində professor vəzifəsində çalışır.

Kitabın nəşri haqqında.

İlk dəfə kitab fransız dilində 2013-cü ilin avqust ayında nəşr olunub. Kitabın ingilis dilinə tərcüməsi 2014-cü ilin aprelində nəşr olunub. 2014-cü ilin axırına olan məlumata görə, fransız dilində 50 min nüsxə, başqa dillərdə ümumi olaraq 1,5 milyon nüsxə satılıb.

Kitabın məzmunu.

Tədqiqatın nəticəsində, Piketti göstərir ki, əgər kapitalın gəlirlik səviyyəsi iqtisadi artımdan yuxarı olsa, o zaman var-dövlətin təmərküzləşməsi artacaq. Piketti göstərir ki, uzunmüddtəli perspektivdə belə bir situasiya var-dövlətin əhalinin kiçik bir hissəsində mərkəzləşməsinə və iqtisadiyyatda qeyri-stabilliyə gətirib çıxardacaq.
Başqalarına nisbətən kitabda daha çox istifadə edilən anlayışlara kapital (Pikettiyə görə kapital və var-dövlət bir birini əvəz edir və eyni zamanda kapital iki yerə bölünə bilər – özəl və ictimai), milli kapital (və ya milli sərvət. Milli kapital Pikettiyə görə milli kapital=özəl kapital + ictimai kapital – borc), milli gəlir (ölkənin bütün vətəndaşları tərəfindən alınan gəlirin cəmi), milli kapitalın həcmi (Pikettiyə görə adətən milli kapital milli gəlirdən 5-6 dəfə çoxdur) aid edilə bilər. Eyni zamanda müəllif kapitalizm inkişafının iki əsas qanununu göstərir. Birinci qanun – əgər aşağı səviyyədə artım müşahidə olunan ölkədə yığımların səviyyəsi (yəni əhali tərəfindən yığılmış pulun) yüksəkdirsə, o zaman uzun müddət ərzində bu ölkədə milli gəlirə nisbətdə çox böyük həcmdə kapital yığılır. Bu isə ictimai quruluşa və sərvətin əhali arasında bölüşdürülməsinə təsir edir. Kapitalizmin ikinci qanunu – məcmu artım və məcmu gəlirlik qanunu – kapitalın gəlirlik səviyyəsinin iqtisadiyyatın artımına nisbətdə hətta cüzi dərəcədə çox olması uzun müddət ərzindən kapitalın əhəmiyyətli dərəcədə artımı ilə nəticələnir. Bu isə ictimai qeyri-bərabərliyin quruluşuna və dinamikasına dağıdıcı təsir edir.
Pikettiyə görə, iki əsr ərzində kapital quruluşunun dəyişməsinə baxmayaraq, kapitalın milli gəlirə nisbəti demək olar ki dəyişməyib. Ümumi statistikaya görə, 1970-ci illərdən etibarən özəl kapital artır. Əgər 1970-ci illərin əvvəlində özəl kapital illik milli gəlirdən 2-3,5 dəfə çox idi, 2010-cu illərdə artıq 4-6 dəfə çoxdur. Bunun səbəbi isə təkcə iqtisadiyyatın aşağı artım templəri (müəllif ABŞ, Almaniya, Fransa, Böyük Britaniya kimi ölkələri araşdırıb) və yığımların yüksək səviyyəsi deyil, həmçinin axırıncı onilliklərdə baş verən özəlləşdirilmə ilə bağlıdır (Rusiya misalında göstərilib).
Müəllifə görə, müxtəlif insanlara və fondlara məxsus kapital hərəkətinin təhlili onu göstərir ki, kapitalın ortalama illik artımı 4% təşkil etdikdə, ən böyük sərvətlər ildə 6-7% artırlar, amma kiçik sərvətlər 2-3%. Başqa sözlə varlıların sərvəti daha tez artır. Müəllifin riyazi hesablamalarına görə XXI əsrin ikinci yarısında dünya kapitalı dünya gəlirini 7 dəfə üstələyəcək. İndiki məlumatlara görə, Yer əhalisinin 0,001% dünya sərvətinin 20% — ə məxsusdur. Əgər eyni tendensiyalar dəyişməsə, o zaman 30 ildən sonra, artıq 0,001% dünya əhalisinə dünyanın 60% sərvəti məxsus olacaq. Varlıların varlanması isə orta sinifin kasiblaşmasına və kasıbların daha da kasıblaşmasına gətirəcək.
Buna görə, Piketti var-dövlətə ümumdünya proqressiv vergi sistemini yaratmaq təklif edir. Bununla da, onun fikrincə, bərabərlik üçün şərait yaranacaq və var-dövlətin böyük hissəsinin əhalinin kiçik hissəsinin əlinə düşməsinə çətinlik yaradacaq. Eyni zamanda müəllif özü də qəbul edir ki, belə bir tədbirlərin indi keçirilməsi “utopiya”dır.

Создание свободных экономических зон у побережья Каспия и передача в пользование земель бизнесменам безвозмездно.
Shekil yeni

Протяженность береговой линии Азербайджана составляет 955 киллометров, что создает для нашей страны дополнительные возможности для развития туризма. Туризм является нашей приоритетной отраслью и для его развития обратимся к международной практике.

Опыт Турции показывает, что начиная с 60-ых годов прошлого века тогдашнее правительство стало активно  проводить политику  развития туризма. Правительство выделяло деньги на построение соответствующих объектов и  инфраструктур, но все эти усилия не давали результатов. Только после прихода к власти Тургут Озала был дан старт либериализации экономической политики по отношению к внешним инвестициям. Именно для развития туризма были созданы особые экономические зоны на побережье Средиземноморья. Среди предоставленных льгот следует отметить налоговые льготы. Была создана соответствующая инфраструктура и даже были привилегии при оплате электроэнергии, воды и газа. После этого потекли немецкие  инвестиции в братскую экономику и львиную долю туристов  в начале составили именно туристы из Германии.

В последние годы правительство Турции стали применять этот удачный опыт и по отношению к черноморскому региону.

Богатый опыт развития туризма среди развивающихся стран можно наблюдать и в Египте. За короткий срок Египет стал важным партнером на рынке туризма. В достижении этого успеха также сыграло роль создание свободных экономических зон.

Нельзя не отметить небольшой, но уже удачный опыт развития данной отрасли в Грузии. А именно вот что, предлагала нам, приехавшая в Баку в 2011 году бывший министр экономики и устойчивого развития Грузии Вера Кобалия: «На территории побережья Черного моря у нас имеются две туристические зоны, где мы предлагаем азербайджанским инвесторам бесплатные участки земель, освобождение от налогов в течение 15 лет. Грузия также берет на себя проведение всех коммуникационных и инфраструктурных  работ. Азербайджанские инвесторы могут выбрать между разными архитектурными проектами, которые уже созданы европейскими дизайнерами, или могут предложить  свои проекты».

Обратите внимание, что скопированный опыт Турции и Египта, в Грузии так же дал положительные результаты, словно этот путь является единственной панацеей.

Создание в прибрежных зонах Каспия свободной экономической зоны может стимулировать поток инвестиций в туристический сектор Азербайджана, а также повысить социальный уровень регионов.

Предлагаю создать как минимум две экономические зоны, одну на территории Худатского района ближе к  Набранской зоне(граница с Россией), вторую между Алятом и Ленкоранем.(граница с Ираном). В отличии от Грузии протяженность прибрежной зоны Азербайджана больше и я предлагаю раздавать землю инвесторам прямо у моря. Хотя некоторые псевдо политики против этого и лживо утверждают о том, что нигде в мире этого нет. Необходимо «лжепатриотам» поинтересоваться опытом братской Турции, а конкретнее регионов Анталия, Кемер и т.д. Данная практика использована не только в Турции, но и в азиатских странах, в  развитых странах таких как США, Германия где зонам отдыха принадлежит и берег озер, морей и океанов.

Преимущества данного предложения:

  • Конкурентное превосходство над Грузией
  • Заменит российским туристам Турецкие зоны отдыха.
  • Благодаря своему удобному расположению не будут мешать отдыху местного населения. (Предполагаемые зоны будут находиться в дали от Апшеронского полуострова где нет крупных туристических объектов).
  • Предполагаемые зоны: северная (Россия) и южная (Иран) обе приграничные страны с большим населением нуждаются в подобных зонах.
  • В предлагаемых зонах на данный момент налоговые сборы от туризма очень минимальны и с введением данной системы  бюджетные поступления не сократятся.

В последнее время инвесторы Азербайджана активно участвуют в подобных проектах  в таких соседних странах как Турция, Грузия, Украина, Россия и т.д.. Создав свободные экономические зоны мы привлечем как внутренних так и внешних инвесторов. Сделав этот шаг, Азербайджан,  развивая туризм сможет остановить отток национального капитала из страны.

(Azərbaycan) İnvestisiya məqsədli vergi kreditinin tədbiqi, innovasiyalı və ixracyönümlü istehsalı stimullaşdıra bilər.

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Müəssisə və təşkilatlara verilən vergi güzəştlərinin bir forması da vergi kreditidir. Vergi krediti — vergilərin ödənilməsinə, vergi ili ərzində müəyyən müddətə dəyişdirilməsinə icazə verən hüquqdur. Vergi kreditinin möhlət və müddətli möhlət hüququ ilə oxşar cəhətləri çox olsa da, onlar fərqli tərəfləri də mövcuddur. Vergi kreditini əldə etmək proseduru mürəkkəbdir, onun alınması üçün zəruri girov təminatı tələb olunur. Vergi krediti daha uzun müddətə, bir çox hallarda isə illik verilir.

Vergi kreditinin daha çox tədbiq olunan növü investisiya məqsədli vergi kreditidir. İnvestisiya məqsədli vergi kreditinin başlıca fərqləndirici cəhəti onun daha uzun müddətə (1-5 ilə) verilməsidir. İnvestisiya məqsədli vergi kreditlərinin verilməsinin əsasları əvvəlki möhlət hüququndan çox fərqlənir. Bu, müəssisəyə müəyyən edilmiş müddət və həddlər daxilində dövlət büdcəsinə ödəniləcək vergilərin və ödənişlərin azaldılmasına icazə hüququdur. Onun verilmə əsasları tamamilə fərqlidir. Məsələn; müəssisə region üçün mühüm əhəmiyyət kəsb edən sifarişi yerinə yetirir. Yaxud müəssisə yeni texnologiya almış və bu texnologiya ətraf mühitdə tullantıların azaldılmasına kömək edəcək, ya əlillər üçün yeni iş yerləri açacaq, ya da müəssisəyə təcrübə-konstruksiya işləri aparmağa imkan verəcək və nahəyət ixracyönümlü istehsalı stimullaşdırılmasına xidmət edəcək. Bu halda dövlət müəssisəyə investisiya məqsədlərinə xidmət edən vergi kreditini almağa icazə verir.
Misal üçün Ukraynada təhsil, müalicə, ipoteka kreditlərinə edilən xərclərə bu növ vergi krediti tədbiq olunur. Kanadada Elmi-Tədqiqat və təcrübə, İsveçdə isə ixracyönümlü istehsal sahələrinə həmin növ vergi krediti tədbiq edilir. ABŞ-da investisiyalı vergi krediti deyəndə sürətli amartizasiya başa düşülür.
Bildiyiniz kimi Azərbaycan Respublikasının vergi qanunvericiliyində vergi öhdəliklərinin yerinə yetirilmə müddətlərinin dəyişdirilməsi ilə bağlı müddəalar mövcuddur. ARVM-nin 85-ci maddəsi iki halda ödəmə müddətinin dəyişdirilməsinə imkan verir. Bunlardan birincisi, təbii fəlakət və ya digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə (maddə 85.6.1), ikincisi vergini bir dəfəyə ödədiyi təqdirdə iflasa uğramaq təhlükəsi olduqda (maddə 85.6.2) vergi orqanları ödəyiciyə vergilərini ödəməyi, vergi ili ərzində 1 aydan 9 aya qədər müddətdə ləngitməyə icazə verir. Bu hallar üzrə vergi ödəyicisinə faiz hesablanmır. Bu güzəşt Azərbaycan qanunvericiliyində möhlət hüququnun yeganə forması kimi çıxış edir. İnkişaf etmiş ölkələrdə isə qeyd etdiyimiz güzəştdən başqa, müddətli möhlət hüququ, vergi kreditləri, investisiya məqsədli vergi kreditləri kimi formalardan istifadə edilir.
Lakin həm inkişaf etmiş ölkələrin , həm də inkişafda olan dövlətlərin əksəriyyəti investisiyalı vergi kreditindən geniş istifadə edirlər.
Müasir inkişaf mərhələsində investisiyalı vergi kreditinin tədbiqi, ölkədə investiya mühitinin yaxşılaşdırılmasına,müasir texnologiyaların tədbiqinə,istehsal fondlarının yenilənməsinə, rəqabət qabilyyətli istehsalın və xidmətlərin göstərilməsinə şərait yaradır.

Перейти к верхней панели