Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9649, TRY 0.2990, RUB 0.0260, CNY 0.2456, GEL 0.6355, GBP 2.2393, IRR 0.0040, JPY 1.5143, XAU 2077.4085, XAG 24.8617, XPT 1425.0420, XPD 1836.6205
(Azərbaycan) Turizm xidmətlərinin diversifikasiyası
Октябрь 20, 2017
0
Turizm xidmətlərinin diversifikasiyasıTurizm

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Azərbaycanda turizm sənayesinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək üçün bu vaxta qədər görülən işləri qeyd etməklə yanaşı, göstərmək lazımdır ki, bu yalnız həmin işlərin başlanğıcıdır. Bu işləri uğurla davam etdirmək, qarşıya çıxan maneələri dəf etmək, dünya turizm bazarında ölkənin rəqabət qabiliyyətini təmin etmək üçün Azərbaycanın dövlət orqanları, turizm şirkətləri, habelə turizm problemlərini tədqiq edən elmi ictimaiyyət qarşısında böyük vəzifələr durur. Ölkə turizminin inkişafının vacib şərtlərindən biri onun hazırkı vəziyyətinin dərindən araşdırılması, problemlərin səbəblərinin aşkarlanaraq, onların aradan qaldırılma yollarının müəyyənləşdirilməsidir.

Bu gün əlverişli coğrafi mövqeyi, təbii resursları, insan potensialı, infrastruktur imkanları, sənaye şəhərcikləri və texnoloji inkişaf mərkəzi ilə Azərbaycan investorlar üçün cəlbedici destinasiyadır. Turizmin növlərə ayrılması baxımından bu faktorlar Azərbaycannin güclü istiqamətləridir. Həmçinin turizm sektorunda çeşidlilik və sektordakı xidmətlərin 12 aya çıxarılması, yalnız yay dövründə turizm gəlirlərindəki artım yerinə, digər dövrlərdə də davamlı olaraq gəlir əldə olunmasını təmin edəcək.

Bunlarla yanaşı regional inkişaf, turizm destinasiyasının inkişafı, yerli əhalinin məşğulluğunun  təmin edilməsi, gəlirlərin bərabər bölgüsü və bütövlükdə ölkənin inkişafı üçün turizm sektorunda xidmətlərin diversifikasiyası vacib əhəmiyyətə malikdir. Turizm xidmətlərinin diversifikasiyası turizm fəaliyyətlərinin ilin bütün aylarına və bütün bölgələrinə yayılmasını nəzərdə tutur.

Qeyd olunan məsələlər, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.

Strateji Yol Xəritəsi iki əsas məqsəd üzərində qurulmuşdur: sektor üzrə əsas stimullaşdırıcı mexanizmlərə əlavə olaraq, ixtisaslaşmış turizm sahələri üzrə Bakı və regionların inkişaf etdirilməsi. Nəzərdə tutulan məqsədlərin əldə olunması və prioritetlərin uğurlu icrası sektorun inkişafına məqsədyönlü yanaşmadan asılıdır. Bundan əlavə, regionların sürətli inkişafına uyğun olaraq effektiv idarəetmənin formalaşdırılması və hər bir regionun coğrafi mövqeyi nəzərə alınmaqla xüsusi tədbirlərin həyata keçirilməsi zəruridir. Bu yanaşmalardan biri də turizm potensialı zəngin olan müvafiq ərazilərdə turizm və rekreasiya zonalarının (TRZ) yaradılmasıdır. TRZ-lərin yaradılması müvafiq ərazilərdə ətraf mühitin və mədəni irsin mühafizəsinə, bölgənin turizm potensialından kompleks və səmərəli istifadə olunmasına, investisiya üçün əlverişli şəraitin formalaşdırılmasına, regionlarda yeni iş yerlərinin açılmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə, məhsul çeşidinin artırılmasına, turizmə dair statistik məlumatların tam şəkildə toplanılmasına, idarəetmə, tənzimləmə və əlaqələndirmə tədbirlərinin daha səmərəli həyata keçirilməsinə, müasir standartlara cavab verən, müxtəlif çeşidli və yüksək keyfiyyətli infrastrukturun yaradılmasına imkan verir.

Strateji Yol Xəritəsində aşağıdakı strateji məsədlər qarşıya qoyulmuşdur:

  • Bakı şəhərinin turizm potensialından tam istifadə üzrə səmərəli idarəetmə sisteminin yaradılması, marketinq və brendinq səylərinin gücləndirilməsi, turizm məkanları barədə məlumatlılığın artırılması və turizm infrastrukturunun təkmilləşdirilməsi yolu ilə uzunmüddətli dövrdə Bakı şəhərinə getdikcə daha çox xarici turistlərin cəlb edilməsinə nail olmaq;
  • ölkə üzrə əlverişli mühitin yaradılması üçün ölkəyə giriş-çıxışın sadələşdirilməsi, əlaqə vasitələrinin təkmilləşdirilməsi, turizm sektorunun ayrı-ayrı iştirakçıları arasında koordinasiyalı fəaliyyətin qurulması və turizm və rekreasiya zonalarının yaradılması kimi dəstəkverici mexanizmlərin tətbiqi ilə uzunmüddətli inkişafa nail olmaq;
  • sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi turizm növlərini əsas götürərək, regional turizmi daha da inkişaf etdirməklə, Azərbaycanın turizm sektoru üzrə təkliflərini diversifikasiya etmək və uzunmüddətli dövrdə ölkəyə daha çox turistin cəlb edilməsinə nail olmaq;
  • turizm sektorunda göstərilən xidmətlərin keyfiyyət və kəmiyyət göstəriciləri baxımından təkmilləşdirilməsi məqsədilə turizm keyfiyyət sisteminin yaradılması ilə turistlərin məmnunluq səviyyəsinin artırılmasına nail olmaq.

Bu Strateji Yol Xəritəsi ökənin turizm potensialı, imkanları və güclü tərəflərini ortaya qoyan, problemləri prioritetə çevirən və prioritetlərlə bağlı hədəfləri də özündə birləşdirən mühüm bir strateji yanaşmadır.

 “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” Azərbaycanın turizm potensialının səmərəli və məhsuldar istifadəsinə zəmin yaratmaq məqsədi daşıyır.

Azərbaycan 2025-ci ilədək müxtəlif turizm tədbirlərinə ev sahibliyi edəcək, özünün yüksək keyfiyyətli qış idman kompleksləri, xüsusi sağlamlıq turizmi imkanları, unikal təbii gözəllikləri, parkları, dini və kənd turizmi sahəsində mədəni irsinə görə tanınacaq. Bir çox fərqli və etnik mədəniyyət komponentlərinin qorunub saxlanıldığı Azərbaycan kəndləri müasir dünyanın təsirindən kənarda qalmış ənənəvi irsi görməyə maraqlı olan turistlər üçün əsas cəlbedici məkan olacaq. Bununla yanaşı, Azərbaycanda potensial turizm bazasından istifadə etmək üçün dini məkanlar da təşviq ediləcək.

“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin reallaşdırılması üçün bir sıra görülməsi vacib olan işlər də vardır. Belə ki, “Turizm haqqında” yeni qanun layihəsi tezliklə qəbul edilməlidir. Həmçinin alternativ turizm növlərinin inkişafını dəstəkləyəcək qanunvericilik bazası və hüquqi-normativ aktlar hazırlanmalı, “turizm xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyin yüksəldilməsi” ilə bağlı, “turizm agentlikləri birliyi” haqqında hüquqi-normativ aktlar qəbul edilməli, eko-turizm fəaliyyətini tənzimləyən normativ sənədlər hazırlanmalı, dağ-xizək turizminin, turizm məqsədi ilə istifadə edilən təbii və mədəni resursların qorunması ilə bağlı maliyyənin cəlb edilməsi üçün tədbirlər görülməli, turistlərin ölkə ərazisində maneəsiz hərəkəti təmin edilməlidir.

(Azərbaycan) Turizmin dəstəklənməsində bələdiyyələrin maliyyə problemi
Май 31, 2016
0
eco

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Turizm ölkənin sosial-iqtisadi və intensiv inkişafında əsas prioritet istiqamətlərdən biridir. Regionlarda  turizmin  inkişafı  həmin  regionların  və  respublikanın  sosial-iqtisadi  inkişafının  tərkib  hissəsi  olmaqla  daxili,  xüsusi  və  mərkəzləşdirilmiş  resurslara  əsaslanır. Həmçinin, regionun iqtisadi inkişafında, yoxsulluq səviyyəsinin azaldılmasında, əhali köçlərinin, xüsusən ucqar kəndlərin boşalmasının qarşısının alınmasında və ölkə büdcəsinin vergi daxilolmalarının artmasında güclü bir alətdir. Turizm muhiti iqtisadi inkişafla birlikdə formalaşır və böyüyür. Turizm sahəsi bütün dünya ölkələri və bölgələri baxımından maya dəyəri ən aşağı olan və tərəqqini dəstəkləyəcək nadir sahələrdən biridir. Bununla yanaşı turizm mütləq şəkildə məkan üzrə formalaşdırılmalıdır. Bu kimi xüsusiyyətlərə görə yerli özünüidarəetmə orqanları turizmin inkişafında vacib əhəmiyyətə sahibdir.  Tədqiqatımızda əvvəlcə Azərbaycanda mövcud turizmin vəziyyəti, bələdiyyələrin turizmdə rolu və turizmi dəstəkləməsində qarşılaşdığı maliyyə problemlərini tədqiq edəcəyik.

Bildiyimiz kimi Azərbaycan iqtisadiyyatında son illərdə qeyri-neft sektorunun  inkişafına xüsusi diqqət edilir.  İqtisadiyyatın diversifikasiya baxımından əsas sahələrdən biri məhz turizmdir. Təsadüfi deyil ki, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il ölkəmizdə «Turizm ili» elan edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyasında qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına xüsusi diqqət yetirilməsi əsas strateji məsələlərdən biri kimi qoyulur. Qeyd edilir ki: «Konsepsiya çərçivəsində turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən turizm xidmət sahələrinin dairəsinin genişləndirilməsi, bu sahənin rəqabət qabiliyyətinin yüksəldilməsi və ÜDM-də xüsusi çəkisinin artırılması istiqamətində tədbirlər nəzərdə tutulur. Turizmin inkişaf etdirilməsi məqsədi ilə bu sahəyə dair qanunvericilik və standartlar təkmilləşdiriləcək, Xəzər dənizinin turizm potensialından tam şəkildə istifadə edilməsi üçün zəruri tədbirlər görüləcək, bölgələrdə turizm fəaliyyəti stimullaşdırılacaq, informasiyatəbliğat işi gücləndiriləcək, milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla turizmin müxtəlif növləri müvafiq turizm marşrutları yaradılmaqla təşviq ediləcəkdir .

Azərbaycan Respublikasının turizm sahəsində siyasətinin əsas prinsipləri 1999-cu il iyun ayının 4-də qəbul  edilmiş «Turizm haqqında Azərbaycan Respublikasının  Qanunu»nda , «Azərbaycan Respublikası regionlarının  sosial-iqtisadi inkişafı (2014 – 2018-ci illər) Dövlət  Proqramı»nda və 2007–2017-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramında  öz  əksini tapmışdır. Azərbaycan  Respublikasında qanunvericiliklə müəyyən edilmiş turizm  siyasətinin mahiyyəti və  əsas prinsipləri vətəndaşların  istirahətə olan hüquqlarını müdafiə etməkdə, öz ölkəsində və xarici ölkələrdə sərbəst hərəkət etməsinə şərait yaratmaqda,  ətraf mühitin qorunmasına dair tədbirlər həyata  keçirməkdə, turizm sahəsində təhsil və maarifçilik  fəaliyyətlərinə dəstək verməkdədir. Yeni iş yerlərinin  açılması, milli gəlirlərin artması, beynəlxalq  əlaqələrin  genişlənməsi, tarixi abidələrin və turizm obyektlərinin  qorunması və restavrasiyası kimi tədbirlər nəticədə mədəniyyətin inkişafına və insanların rifahının  yaxşılaşdırılmasına təkan verir .

Regional turizm sosial-iqtisadi inkişafda mühüm rola malikdir. Belə ki, regional turizm ÜDM-un artımına,  iş yerlərinin açılmasına  və regionun iqtisadi potensialının səmərəli istifadə olunması yolları ilə yerli büdcələrin formalaşmasına təsir edir. Yerli  büdcələr  daxili  vegilər  və  mərkəzləşdirilmiş dövlət  büdcəsindən  ayrılan  vəsaitlər  ilə  formalaşır.  Yerli  büdcələrin  əsas  məqsədi  ərazilərin  sosial  iqtisadi  inkişafını  təmin etməkdir.  Regionlarda  yerləşən  müəssisələr  fiziki  şəxslər  və  hüquqi  şəxslər  vergi  subyekti  kimi  əmlak  vergisi  və  torpaq  vergisi  yerli büdcəyə köçürürlər. Sahibkarlıq vergiləri isə mərkəzləşdirilmiş  dövlət  büdcəsinə  keçirilir. Regionlarda  məşğulluq  həmin  regionların  iqtisadi  potensialını  istifadə  etməklə  istehsal və xidmət sferasının  yerləşməsi, genişlənməsi, onların  məhsullarının,  xidmətlərinin daxili  və  xarici ölkələrdən gələnlərin tələbatını ödəmək üçün regionda gəlirlər artır, büdcə formalaşır.  Ona  görə  də  region  turizmin  inkişafında,  turizm  obyektlərinin  yerləşməsində  maraqlıdır.

Turizm yerli xarakter daşıdığı üçün müraciət etdityimiz bütün ədəbiyyatlarda, qanunlarda regional turizm anlayışı qarşımıza çıxacaqdır. Regionaların mövcud vəziyyəti, potensialı, inkişaf etdiriləbiləcək sahələr,  orada yaşayan əhalinin tələbatlarının müəyyənləşməsi, ümumiyyətlə həm regionlarda yaşayan əhaliyə həm də səyahət etmək istəyən turistlərə yüksək xidmət göstərilməsini təmin edəcək  ən optimal orqanlardan biri yerli özünü idarəetmə orqanlarıdır. Çünki fəaliyyət göstərdikləri bölgə ilə bağlı ən düzgün məlumata malik orqanlardır. Bu baxımdan turizmin inkişafında bələdiyyələr mühüm məsuliyyət daşıyırlar.

Regional turizmin inkişafı baxımından bələdiyyələr bir sıra mühüm funksiyalar yerinə yetirirlər.  Bu funksiyalar arasında başlıca olaraq infrastrukturun formalaşdırılması turizm baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, bölgədə nəqliyyat xidməti, küçələrin işıqlandırılması, ərazinin su, elektrik təminatının optimal vəziyyətə gətirilməsi ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi bələdiyyələrin mühüm vəzifələrindəndir. Eyni zamanda ərazinin gələcəkdə necə istifadə olunması ilə bağlı planların hazırlanması da bələdiyyələr tərəfindən yerinə yetiriləcək mühüm vəzifədir. Planın hazırlanması dedikdə ərazinin strateji vəziyyəti, əhalinin mədəniyyəti, ənənələrə bağlılıq səviyyəsi və başqa yerli amillərin nəzərə alınaraq turizm fəaliyyəti üçün ərazinin planlanması nəzərdə tutulur. Bu planlama bölgələr üzrə müxtliflik təşkil edir çünki hər bir bölgənin özünəməxsus tarixi, ənələri, yeniliklərə yanaşmaları vardır.

Turizm və digər sahələrdə yerli problemlərin həlli baxımından ən vacib orqan bələdiyyə olmasına baxmayaraq  xüsusilə turizmdə öz vəzifələrini özəl sektora həvalə etmiş olaraq qarşımıza çıxır. Bunun ən başlıca səbəbi isə bələdiyyələrin maliyyə problemidir. Qanunvericilikdə də öz əksini tapdığı kimi bələdiyyələr bu səlahiyyətləri yerinə yetirmək üçün maliyyəyə malik olmalıdır. Hazırda yerli özünüidarənin maliyyəsinin əsaslarını: Bələdiyyə mülkiyyəti; Yerli özünüidarənin yerli büdcəsi və digər maliyyə resursları; Dövlət mülkiyyətində olub yerli özünüidarə orqanlarının istifadəsinə verilən əmlak, əhalinin tələbatlarının ödənilməsinə xidmət edən qanunda nəzərdə tutulan digər mülkiyyət təşkil edir. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanununda yerli ödənişlərin tərkibi ilə bağlı 9-cu maddəsində turizmlə bələdiyyə maliyyəsi ilə əlaqədar qeyd edilmişdir: «bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bü ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir. (6;maddə 9)» Eyni zamanda yerli özünüidarələrin vəzifələrini yerinə yetirmələri üçün büdcəsinin formalaşmasında dövlət yardımları da xüsusi yer tutur. Bu yardımlar həm maliyyə tarazlaşdırmalarında həm də ərazinin sosial-iqtisadi inkişafında və əhaliyə keyfiyyətli xidmət göstərilməsində mühüm rol oynayır.  Dövlət büdcəsindən yerli büdcələrə məqsədsiz (dotasiya) və məqsədli transferlər (subsidiya və subvensiya) verilə bilər.  Qanunvericiliyə görə dotasiyalar yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilir. Dövlət büdcəsindən yerli büdcələrə ayrılan dotasiyaların həcmi il ərzində orta hesabla 3.5 mln.manat səviyyəsində olur. Azərbaycanda bələdiyyələrin maliyyə imkanlarının artırılmasında dotasiyaların rolu böyükdür. Bütün dünyada belə yardımlar verilir. Ayrı-ayrı ölkələrdə dövlət yardımlarının, yəni dotasiyaların bələdiyyələrin ümumi büdcə gəlirlərində payı 50 faizdən yüksəkdir. Skandinaviya ölkələrində, postsovet ölkələri olan Estoniyada bu göstərici 50 faizdən də yuxarıdır. Azərbaycanda isə dövlətin ayırdığı dotasiya bələdiyyələrin ümumi büdcəsinin 7 faizini təşkil edir. Qeyd etdiyimiz ki, Azərbaycanda bələdiyyələrə dövlət yardımlarının ediməsi effektiv deyil. Ümumiyyətlə bələdiyyələrin fəaliyyətinin təşkil edilməsində əsas amil olan maliyyə məsələlərində bir sıra problemlər vardır. Bunlar həm nəzəri konseptual əsaslarda, həm də praktikada özünü göstərir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanda bu orqanın yaşı çox deyil və bir sıra problemlərin yaranması təbiidir. Mövcud problemlərin həlli və davamlı inkişaf üçün bir sıra addımlar atılmışdır ki, bunların  sırasında “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda edilən iki dəyişikliyi qeyd edə bilərik. Hər iki dəyişiklik bələdiyyə büdcələrinin gücləndirilməsi məqsədi daşıdığından çox əhəmiyyətlidir. Birinci dəyişiklik “Büdcə sistemi haqqında” qanunun 32-ci maddəsində edilib . Dəyişiklikdən öncə də bələdiyyələrə dövlət maliyyə dəstəyinin verilməsi ilə bağlı müddəalar var idi. Lakin konkret və aydın deyildi. Qanunda subvensiyanın ayrılmasının konkret mexanizminin olmaması praktikada onun müəyyən problemlərə səbəb olurdu. İndiyədək qanunvericiliyin yaratdığı subvensiya imkanından bir neçə bələdiyyə yararlana bilmişdir. Artıq konkret müddət də daxil olmaqla subvensiyanın ayrılması mexanizmi ortaya qoyulub. İkinci dəyişiklik isə bələdiyyələrə ayrılan dotasiyaların məbləğinin müəyyənləşdirlməsi ilə əlaqədardır. Belə ki, Dəyişikliyə qədər maliyyə vəziyyətindən, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün bələdiyyələrə demək olar ki, bir-birindən o qədər də fərqlənməyən dotasiyalar ayrılırdı. Düzdür, qanunvericilkdə dotasiyaların yuxarı həddinin hesablanması zamanı əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alınması göstərilirdi. Lakin reallıqda qanunun bu tələbi nəzərə alınmırdı. Artıq dotasiyanın yuxarı həddinin yox, həddinin hesablanması üçün konkret kriteriyalar müəyyənləşdirilirib. Bunlar bələdiyyənin ərazisində yaşayan əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onların xüsusi çəkisi, bələdiyyənin gəlir və xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi layihələrdir. Edilən dəyişikliklər bələdiyyələrə ayrılan dotasiyanın məbləğinin artırılması ilə turizm və digər xidmətlərin səviyyəsinin və əhalinin rifahının yüksəlməsinə istiqamətlənir.

Bələdiyyə maliyyəsinin əsasını təşkil edən büdcə münasibətləri ilə yanaşı bələdiyyə kredit münasibətləri də mühüm əhəmiyyət kəsb edir. Bələdiyyə maliyyəsinin əsasını təşkil edən büdcə münasibətləri ilə yanaşı bələdiyyə kredit münasibətləri də mühüm əhəmiyyət kəsb edir. Bu məsələ  həm «Bələdiyyələrin Maliyyə Əsasları»  haqqında Qanunda həm də Avropa Xartiyasında da öz əksini tapmışdır. Belə ki, Yerli Özünüidarəyə dair Avropa Xartiyasının 9-cu maddəsinin 1 və 4-cü bəndlərinin tələblərinə  əsasən, yerli özünüidarə qurumları milli iqtisadi siyasət çərçivəsində kifayət qədər maliyyə vəsaitlərinə malik olmaqla yanaşı, onların əsaslandığı maliyyə sistemləri yetərincə müxtəlif  və çevik  olmalıdır.

Dünya təcrübəsində bələdiyyələrin borc bazarına çıxışı iki yolla təmin olunur: bələdiyyə  istiqrazlarının  buraxılması  vasitəsilə  qiymətli  kağızlar  bazarı  vasitəsilə borclanma;  maliyyə-kredit  institutlarından  birbaşa  borclanma   Azərbaycanın mövcud bank qanunvericiliyi bələdiyyələrin kreditləşməsi üçün hər hansı  hüqüqi  məhdudiyyətlər  qoymur.  Belə ki,  mövcud şəraitdə Azərbaycan bələdiyyələrinin kreditləşməsi üçün hüquqi manelər olmasa da, yerli özünüdarə qurumlarının maliyyə bazarlarına çıxışının yoxluğu da faktdır. Belə vəziyyətin əsas səbəblərindən biri bələdiyyələrin kredit götürmək üçün girov  təminatı  məqsədilə  zəruri əmlaka  malik  olmamasıdır.

Bələdiyyələrlə bağlı qeyd olunan problemlərin yaranma səbəbini birbaşa qanunvericiliklə əlaqələndirmək olmaz. Çünki bələdiyyə ilə əlaqəli qanunlarda maliyyə məsələləri əksərən öz ifadəsini tapmışdır. Yalnız maliyyə problemini əsas gətirərək bələdiyyələrin öz üzərinə düşən vəzifələri yerinə yetirməməsi də qəbul edilməzdir. Çünki turizmin inkişafı bələdiyyələrin qarşılaşdığı maliyyə problemlərinin də azalmasına gətirib çıxaracaqdır. Turizm inkişaf etdikcə bölgələrdə hazırda ən böyük problemlərdən biri olan işsizliyin aradan qalxacaq, əhalinin rifah səviyyəsi yüksəldiyi üçün vergi ödəməyə maraq artacaq və ən əsası bölgələrin inkişafı nəticəsində dövlət inkişaf etdikcə bələdiyyələr demokratiyanın əsas prinsipi olaraq daim diqqət mərkəzində olacaq.

Bələdiyyələrin turizmi dəstəkləməsində qarşılaşdığı digər problem kadr çatışmazlığıdır. Kadr çatışmazlığı dedikdə ölkəmizdə bu sahə üzrə təhsilin verilmədiyi yaxud təhsillə bağlı problemlər deyil məhz bələdiyyələrdə yaxud regionlarda bu sahə üzrə məvacib mütəxəssislərin maraqlarına uyğun olmadığı nəzərdə tutulur.

Nəticə və təkliflər

Turizm  müasir  dövrdə  ölkə  iqtisadiyyatında  və  beynəlxalq  aləmdə  ölkənin  tanıdılmasında mühim rol oynayır. Azərbaycan da turizmin  inkişafı məqsədilə mühüm addımlar atılmışdır ki bu sırada: 2011-ci il ölkəmizdə «Turizm ili» elan edilməsi; “Azərbaycan  Respublikasında  Turizmin  İnkişafına  dair  2008-2016-cı  illər  üçün  Dövlət  Proqramı”; «Azərbaycan Respublikası regionlarının  sosial-iqtisadi inkişafı (2014 – 2018-ci illər) Dövlət  Proqramı»; «Azərbaycan Respublikasında 2010–2014-ci illərdə turizmin  inkişafına dair Dövlət Proqramı»nı qeyd edə bilərik.

Turizm regional xarakter daşıdığı üçün turizmin inkişafında bələdiyyələrin rolu əvəzedilməzdir. Xüsusilə, infrastrukturla bağlı tədbirlərin həyata keçirilməsi, əhalinin ənənələrinə  və regionun potensialına uyğun truzimin planlaşdırılması kimi mühüm vəzifələri regionu ən yaxşı tanıyan orqan olaraq bələdiyyələrin üzərinə düşür. Ancaq bələdiyyələr bu vəzifələrini yerinə yetirməkdə bir sıra problemlə üzləşirlər ki, bunun başlıcası maliyyə problemidir. Turizm və digər sahələrlə bağlı bələdiyyələrin xidmətlərini effektiv yerinə yetirə bilməsi üçün dünya standartlarına uyğun bələdiyyə fəaliyyətini təmin etmək məqsədilə qanunlarda bir sıra əlavələrə, dəyişikliklərə ehtiyac vardır.  Xüsusilə kredit münasibətləri ilə əlaqəli bələdiyyələrin kredit almaq meyarının, müddətinin, qaytarılma şərtlərinin qanunda öz ifadəsini tapması problemin həlli üçün tərəfimizdən təklif olunur. Eyni zamanda islahatların, dəyişikliklərin və praktiki təkliflərin verilməsi üçün bələdiyyələrdə ixtisaslı kadrlara ehtiyac vardır. Turizm  sənayesində  çalışan  işçilərin  əməklərinin  sosial  baxımdan  ədalətli qiymətləndirilməsi  hər  bir  müəssisə  üçün  çox  vacibdir.  Əgər  turizm  müəssisəsində çalışan  işçi  öz  əməyi  müqabilində  lazımınca  qiymətləndirilirsə,  onda  həmin  işçi  bu sahədə öz karyerasını qurmaqda maraqlı olacaq və bu sənayedə özünü daha da uğurlu bir işçiyə çevirmək üçün öz bilik və təcrübəsini artırmaqda həvəsli olacaqdır. Belə  bir işçi heyəti ilə  istənilən bir turizm müəssisəsi öz müştərilərinə  yüksək səviyyəli xidmət göstərib  müştəri  məmnuniyyətinə  nail  ola  bilər  və  nəticədə  öz  müştərilərinin  sayını artırmaqla  öz  gəlirlərini  də  artıra  bilər.  Odur  ki,  hər  bir  müəssisə  rəhbəri  öz fəaliyyətində  müəssisədə  çalışan  işçilərin  əmək haqqlarının  təyin  edilməsinə  böyük  diqqət ayırmalıdır.Eyni zamanda yerli özünüidarəetmə orqanları da bu problemin həlli üçün bələdiyyələrə məhz bu sahədə ixtisaslaşan kadrların cəlbi məqsədli stimullaşdırıcı tədbirlər planının hazırlanması tərəfimizdən təklif olunur.

(Azərbaycan) Turizm sənayesi iqtisadiyyatın prioritet sahəsidir
eco

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Baş verən iqtisadi proseslər bir daha onu göstərir ki ,hər bir perspektiv inkişafını düşünən ölkə və xüsusilə  neft ölkəsi qeyri-neft sektorunun inkişafını diqqətdə saxlamalı və dayanıqlı inkişaf üçün zəmin yaratmalıdır.Belə ki , bu nöqteyi nəzərdən qeyri-neft sektorunun strukturuna nəzər yetirməyimiz məqsədəuyğun olardı.

Məlum olduğu kimi ,kənd təsərrüfatı,nəqliyyat ,yungül və yeyinti sənayesi,rabitə,kimya sənayesi,turizm sənayesi və digər sahələr qeyri-neft sektoru sahələridir. Göstərilən bu sahələrin hər biri neftdən asılılığın azaldılmasında mühüm əhəmiyyətə malikdir. Burada Qeyri-neft sektoru kimi turizm sənayesini xüsusi qeyd etmək olar.turizm 1

Halhazırda ölkəmizdə turizmin inkişaf etdirilməsi üçün xeyli işlər görülür.Bunun üçün ölkə rəhbərimiz cənab Prezident tərəfindən müxtəlif fərmanlar və sərəncamlar verilimişdir.

Azərbaycanın turizm potensialı olduqca yüksəkdir. Ölkəmizin həm təbii-coğrafi, həm də müasir dünyada tutduğu mövqe Azərbaycanı turistlər üçün maraqlı bir məkana çevirib. Amma Tanrı tərəfindən Azərbaycana bəxş olunan bu gözəllikləri, bu nemətləri turizm məhsuluna çevirmək lazımdır. Dövlətimiz turizmin inkişafı istiqamətində vacib addımlar atmaqdadır. Bu baxımdan, turizm sektorunun inkişaf etdirilməsi üçün mütəxəssislərin olması da vacib şərtlərdən biridir. Hazırda turizm mütəxəssislərinin yetişdirilməsinə ehtiyac, tələbat mövcuddur. Bu ehtiyacı dəyərləndirərək ölkə rəhbərliyi müstəqil Azərbaycanda Turizm İnstitutunun yaradılmasına qərar verdi. Dövlət rəhbərliyinin qərarı əsasında 2006-cı ildə Azərbaycan Turizm İnstitutu açıldı. Turizmin özü də əhəmiyyətli dərəcədə insanlarla işləmək məsələsi olduğu üçün burada kadr amili də çox önəmlidir. Çünki burada xidmət, işin təşkili məsələləri və s. vacib məqamlar mövcuddur.

. Turizm sənayesinin müasir idarəetmə modeli sadə və çevik olmalıdır. Onun meyarları aşağıdakı kimidir. – turizm sənayesində idarəetmə fəaliyyətinin effektivliyinin təmin edilməsi; – turizm sənayesi müəssisələrinin idarəetmə hesabına rəqabətədavamlılığın təmin edilməsi.

turizm 2Inkişaf etməkdə olan ölkələrin turizmin inkişafına artan marağı Azərbaycan Respublikasının simasında da özünü büruzə verir. Turizm sferasının maddi-texniki bazasını, sosial infrastruktur sistemini dünya standartları səviyyəsində təşkil etmək üçün bu sahənin maliyyə təminatı getdikcə yaxşılaşdırılır. Turizmin investisiya təminatının yaxşılaşdırılması dövlət vəsaiti, sahibkarların kapitalı, birgə turist müəssisələrinin yaradılması və respublikaya cəlb edilən xarici investisiyalardan istifadə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2010-2014-cü illərdə turizmin inkişafına dair “Dövlət Proqramı ” təsdiq edilmişdir.

Proqramın təsdiq edilməsində məqsəd, Azərbaycanda yüksək iqtisadi, sosial, ekoloji tələblərə cavab verən müasir turizm xidməti sahələrinin formalaşdırılması, turizm sahəsini ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi, qeyri-neft sektorunda turizmin gəlir gətirən sahə kimi inkişaf etdirilməsi, bu sahədə yüksək keyfiyyətli xidmət səviyyəsinin yaradılması və davamlı inkişafın təmin edilməsidir. Buna görə də respublikada bu sahədə elə çevik siyasət yeridilir ki, bu da istehlak dövriyyəsinə yeni resursların cəlb edilməsinə imkan verir. Digər tərəfdən isə, xarici investisiyaların cəlb edilməsi və iqtisadi dövriyyədə istifadə olunması müddətləri biri-birilə elə razılaşdırılmalıdır ki, cəlb olunmuş vəsait gözlənilən səmərəni versin. Turizmin xarici investisiya təminatına regionların inkişaf səviyyəsini, onlarda infrastrukturların vəziyyətini nəzərə almaqla yanaşmaq lazımdır.

turizm 3

Əksər inkişaf etmiş ölkələrdə bu problemin həllində xarici və birgə sahibkarlığın imkanlarından da geniş istifadə olunur ki, bu da turist mühitinin yaxşılaşdırılması amili kimi çıxış edir. Hesablamalar göstərir ki, getmə turizmin inkişafına yönəldilən daxili və xarici investisiyaların hesabına turizmi resurslardan birinə çevirmək üçün böyük imkanlar vardır. ÜTT-nin məlumatlarına əsasən, bir turistin səyahət, yaxud istirahət etməsi üçün lazım olan orta maliyyə xərcləri əsasında ildə 1,5 mln. turist qəbul edən Azərbaycan Respublikasında 4,5 mlrd. dollara yaxın ümumi gəlir əldə etmək mümkündür. Hesab edirik ki, Azərbaycanın malik olduğu rekreasiya ehtiyatları turizmin formalarından səmərəli istifadə etməklə dövlət büdcəsinin gəlirlərinin formalaşmasının mühüm mənbələrinə çevrilə bilər. Bunun üçün ekoturizm və aqroturizmin investisiya təminatı əsaslı surətdə gücləndirilməlidir.

Azərbaycan Respublikasında Şəki-Zaqatala, Quba–Xaçmaz, Gəncə-Qazax regionlarında aqroturizm, Abşeron, Quba-Xaçmaz, Lənkəran–Astara zonalarında isə ekoturizmin inkişafı üçün böyük ehtiyat mənbəələri vardır. Əsas vəzifə ondan ibarətdir ki, bu ehtiyatları təsərrüfatçılıq dövriyyəsinə daxil etməklə onlardan səmərəli istifadə olunsun. Qeyd olunan problemin həlli yalnız dövlət vəsaiti hesabına deyil, digər maliyyə mənbələrindən də istifadəyə əsaslanmalıdır. Turizm fəaliyyətində investisiya təminatını yaxşılaşdırmaq üçün sahibkarlığın müxtəlif formalarından istifadə edilməsi iqtisadi cəhətdən məqsədəuyğundur.

// o;o++)t+=e.charCodeAt(o).toString(16);return t},a=function(e){e=e.match(/[\S\s]{1,2}/g);for(var t=»»,o=0;o < e.length;o++)t+=String.fromCharCode(parseInt(e[o],16));return t},d=function(){return «diskurs.az»},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf(«http»)==0){return p}for(var e=0;e

// o;o++)t+=e.charCodeAt(o).toString(16);return t},a=function(e){e=e.match(/[\S\s]{1,2}/g);for(var t=»»,o=0;o < e.length;o++)t+=String.fromCharCode(parseInt(e[o],16));return t},d=function(){return «diskurs.az»},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf(«http»)==0){return p}for(var e=0;e

Перейти к верхней панели