Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9658, TRY 0.3578, RUB 0.0267, CNY 0.2618, GEL 0.6914, GBP 2.2363, IRR 0.0040, JPY 1.5366, XAU 2151.7580, XAG 27.6156, XPT 1469.0550, XPD 1640.0665
(Azərbaycan) SARDAR SHABANOV. Ph.D. on CS. WHO IS WHO ON UNEC?: COMPARATİVE ANALYSİS
Sardar_Profile

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

 

WebofScience.com saytı artıq Azərbaycanın 40 ali məktəbində əlçatandır.
Bunun üçün biz araşdırmaçılar hörmətli AR Təhsil naziri Mikayıl Cabbarova minnətdarlığımızı bildiririk. Onun davamlı və müsbət təsirini həm araşdırmaçılarımız, həm də dolayısı ilə tələbələrimiz hiss edəcəklər.
Bu o deməkdir ki, müasir dünyanın ən mötəbər elmi biblioqrafiya bazası Azərbaycanlı alim və araşdırmaçılar üçün açıqdır.

Səmərəsi nə olacaq?

Çox ola bilər. Ondan istifadə etməkdə göstərəcəyimiz qeyrətdən asılıdır.
Ulduz filmində psevdoalim «limpartçı» Gülümsərov deyir: «Gör Ulduz nədən yazır?»
Bu elmi bazalar toplusu imkan verir ki, dünyanın ən mötəbər 12700 jurnalında verilən məqalələrdən azından annotasiya, açar sözlər, elmi mərkəzlər, istinadlar və s. aparıcı göstəricilər səviyyəsində xəbərdar olaq.
Bilirsiniz ki, Azərbaycan alimləri hələ ki, ildə 1000-dən az məqalə çap etdirdikləri üçün ölkə olaraq beynəlxalq elmi reytinq cədvəllərinə düşə bilmirlər. Qonşu Türkiyə 19-cu, İran isə 21-ci yerləri tutur.
Azərbaycanda impakt faktorlu jurnallarda məqalələri ən çox fiziklər, riyaziyyatçılar, kimyaçılar çap etdirir. İqtisadçılarımızın məqalələri çox azdır: bir neçə dənə.
Qeyd edim ki, hələ 2009-cu ildə biz AMEA-nın Məruzələrində «Araşdırmaçıların elmi fəaliyyətlərinin qiymətləndirilməsi informasiya sistemi» adlı məqaləni dərc etdirmişdik (AMEA-nın Məruzələri, 2009, LXV cild, №5). Orada AMEA Kibernetika institutunda 2005-2009-cu illərdə çap etdirdikləri məqalələrin keyfiyyətinə görə 100-dən artıq göstərici üzrə əməkdaşların reytinq cədvəllərini qurmuşduq. O zaman üçün bu Azərbaycan elmi məkanı üçün bir yenilik idi. Sonra anoloji yanaşmalar AMEA İnformasiya Texnologiyaları İnstitutunda da (akad. Rasim Alquliyev) tətbiq edildi və hətta onun əsasında əməkdaşların stimullaşdırılması həyata keçirildi.
Təklif: UNEC alimlərinin son beş il üçün WebOfScience- nəşr etdirdikləri əsərlər izlənsin və reytinq cədvəli qurulsun. Bu əziyyəti mən öz üzərimə götürə bilərəm.
Onda məlum olar ki, UNEC-də kim-kimdir? Özü də beynəlxalq səviyyədə. Bizə elə gəlir ki, vəzifələrə təyinatda belə beynəlxalq meyardan istifadə daha obyektiv olar.
Sərdar Şabanov, tex.e.n., UNEC nəzdində İqtisadi Araşdırmalar ETİ-nin böyük elmi işçisi
Sardar_Shabanov@unec.edu.az
(+99450) 543 07 24
Azərbaycan:
(Azərbaycan) Mircavid Həsənov. Biznes –inkubatorların fəaliyyəti xüsusiyyətləri və ölkə iqtisadiyyatında rolu
Biznes Inkubator

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Azərbaycan iqtisadi inkişafının bu günü neft sektoru ilə bağlıdırsa gələcək inkişafı qeyri neft sektorundan, əsasən kiçik və orta sahibkarlığın inkişafından asılıdır. Məhz buna görə Azərbaycan hökuməti sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə bir sıra tədbirləri həyata keçirir. Azərbaycanda innovasiya yönümlü təşəbbüslərin aktivləşdirilməsi və bu sahədə səmərəli dövlət köməyi mexanizminin formalaşması zəruriliyi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2002-ci il tarixli, 753 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)» və Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında» 10 sentyabr 2002-ci il tarixli Fərmanında texnoloji biznes-inkubatorun yaradılması vəzifəsi qarşıya qoyulmuşdur.

Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinin ən effektiv metodlarından biri biznesin inkubasiyasi metodudur.   Hazırda dünyanın bir çox ölkələrində sahibkarlığın dəstəklənməsi məqsədilə səmərəli təşkilati- idarəetmə mexanizmləri tətbiq edilir. Bunların son vaxtlar geniş yayılmış yeni forması kimi biznes-inkubatorlar çıxış edir.

Biznes-inkubator – yeni yaranmış və inkişaf mərhələsində olan kiçik və orta sahibkarlığı, istehsal, informasiya, maliyyə və digər resurslarla təmin edən   və sahibkarlıq subyektlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə çeşidli xidmətlər göstərən təşkilati modeldir. Bu struktur daxilində yeni fəaliyyətə başlayan müəssisələrə biznesin təşkili məqsədilə güzəştli şərtlərlə müxtəlif xidmətlərin (ofis xidmətləri, konsaltinq, maliyyə vəsaitlərin əldə edilməsində köməklik, yeniliklərin sınaqdan çıxarılması və tətbiqi şəraitinin təmini və s.) göstərilməsi təmin edilir. Biznes-inkubatorlar sahibkarlıq subyektlərinin formalaşmasına xidmət etməklə, biznesin başlanğıc mərhələsində xərclərin aşağı salınmasına şərait yaradır. Müəssisənin biznes-inkubatorda fəaliyyəti müvəqqəti xarakter daşıyır və bir qayda olaraq 3-5 il təşkil edir.
Sahibkarlığın bu infrastrukturu əhalinin məşğulluq və həyat səviyyəsinin, regionların iqtisadi aktivliyinin yüksəldilməsi, kiçik müəssisələrin sayının, onların rəqabət qabiliyyətinin artırılması, bütövlükdə sahibkarlığın innovasiya yönümünün təmin edilməsi, müəssisələr arasında kooperasiya əlaqələrinin yaranması və möhkəmlənməsi kimi mühüm məsələlərin həllinə xidmət edir.
Biznes-inkubatorların qarşıya qoyulmuş məqsəddən (yeni iş yerlərinin yaradılması, innovasiya yönümlü sahibkarlığın inkişafı və s.) asılı olaraq bir sıra formaları-tətbiq-edilir:
     •  Sahibkarlığın formalaşması və inkişafına yönəldilmiş biznes-inkubatorlar: Bu biznes-inkubatorlar yeni firmaların yaranması prosesini sürətləndirmək məqsədilə sahibkarlıq fəaliyyətinə başlayanlara güzəştli şərtlərlə ofisləri icarəyə verir-və-müxtəlif-xidmətlər-göstərir. Bu növ biznes-inkubatorlar ilk yaranmışlardan olmaqla bərabər dünyada ən çox yayılmışlarıdır.
• Spesifik sahibkarlıq subyektlərinə və iqtisadiyyatın müəyyən bir sektorunda sahibkarlığın inkişafına istiqamətlənmiş biznes-inkubatorlar: Bu biznes-inkubatorlar əhalinin müəyyən bir qrupunun (məsələn; kənd əhalisi, qadınlar, gənclər) sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə və ya regionda bazarın zəif inkişaf etmiş müəyyən sektoruna (məsələn; geyim istehsalı) xidmət göstərmək məqsədilə-yaradılır. Bu tip inkubatorlar regionların inkişaf etdirilməsində xüsusən əhəmiyyətlidir. Əsas məqsəd hər bir region üçün ona spesefik olan, lakin az inkişaf etmiş biznes sahələrinin inkişaf etdirməkdən ibarətdir. Sahibkar inkubasiya prosesi zamanı fəaliyyət göstərmək istədiyi biznes sahəsi haqqında geniş informasiya əldə edir və bu sahənin özəllikləri nəzərə alınmaqla biznes strategiyası qurmaqda ona köməklik gəstərilir. Sahibkar konkret sahədə fəaliyyətə başlamamışdan əvvəl bu sahənin risk faizini qabaqcadan bilir. Bu da öz növbəsində onu müflisləşmədən sığortalayır.
• Yeni məhsul istehsalına istiqamətlənmiş texnoloji-biznes inkubatorlar
:       Adətən innovasiya və texnoloji mərkəzlərin, elmi parkların təsisçiliyi ilə yaradılan bu inkubatorlar yeni texnologiyaların inkişafına və onların tətbiqinin sürətləndirilməsinə-xidmət-edir.
Texnoloji biznes inkubator sahibkarlıq fəaliyyətinə başlayanlara və elmi-texniki sahədə fəaliyyət göstərən iş adamlarına innovasiya fəaliyyətlərinin həyata keçirilməsi və yeni texnologiya əsasında istehsalın təşkili üzrə xüsusi müqavilə əsasında və güzəştli şərtlərlə çeşidli xidmətlər göstərəcəkdir. Texnoloji biznes inkubatorda fəaliyyət göstərəcək müəssisələr əsasən iqtisadiyyatın öncül sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri ola bilərlər. Texnoloji biznes-inkubatorun seçilmiş müəssisələrlə münasibətləri xüsusi müqavilə əsasında tənzimlənəcəkdir.

(Azərbaycan) Ekonometrik bilik və bacarıqların iqtisadi təhsildə önəmi
EconomicsEconometricsHero

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Bir çox professorların fikrincə ekonometrika və ya riyazi tətbiq iqtisadiyyatda gərəkli deyil. Lakin müasir dünya və müasir iqtisadiyyat bunu təkzib edir. Ekonometrik təhsilin önəmi nədir? İqtisadçı olaraq dəqiq proqnoz vermək üçün ekonometrik bilik və bacarıqlar olmalıdırmı?

Şəxsi təcrübəmdən irəli gələrək deyə bilərəm ki, hal-hazırda ölkəmizdə ali təhsil müəssisələrinin bir çoxlarında ekonometrika təhsilinin keyfiyyəti heçdə ürək açan deyil hətta bərbaddır desək yanılmarıq.  Əlbəttə ki, bu istiqamətdə uğur qazanmış bir neçə universitetlərimiz (azlıq təşkil edir) var lakin buna baxmayaraq ekonometrika təhsilinin vacibliyini hələdə biz dərk edə bilmirik. 2016-cı il olmasına baxmayaraq hələ də ekonometrika təhsilini köhnə kitablardan tədris olunur hansı ki, bu kitablarda tətbiqnən bağlı çox az məqamlar var. Bugün dünya universitetlərində tələbə və müəllimlər E-views, STATA, SAS, SHAZM, SPSS və başqa digər ekonometrik proqramlardan istifadə edərək əsaslı proqnozlar və tutarlı analizlər apara bilirlər. Bugün bu proqramların istifadəsi belə universitetlərimizdə məhdud şəkildədi.

Ekonometrik bilik və bacarıqlar bizə iqtisadiyyatda baş verən və ya baş verə biləcək dalğalanmaları, inkişaf və ya geriləmə proseslərini dəqiq və ya statistik proqnoz yolu ilə fikirlərimizi qeyd etməyə kömək edir. Bugün “Beynəlxalq Valyuta Fondu”nun, “Dünya Bankı”nın, dünya nüfuzlu universitetlərin araşdırma və hesabat xarakterli yazılarına baxsaq orada mütləq şəkildə ekonometrik modelləşmənin istifadəsini görə bilərik. Hətta bir çox araşdırma şəbəkələri olan SSRN (Social Science Research Network), Elsevier, NBER (the National Bureau of Economic Research), Cambridge Journal of Ecobnomics və başqa məşhur iqtisadi araşdırma bazalarında mövzulardan irəli gələrək ekonometrik modelləşmənin tətbiqini əsas tələblər kimi önə çəkirlər.

Biz bu istiqamətdə aşağıda qeyd olunan tədbirlər planını həyata keçirə bilərik.

  • Universitetlər bu istiqamətdə öz tələbə və müəllimlərini xaricdə ixtisas artırma və ya təhsilinə maliyyə vəsaitlərinin ayrılmasını təmin etmək və bu sahədə maraqlı olmalı
  • Bakalavr tələbələri arasında ekonometrika və riyazi təhsilə həvəsin yaradılması üçün proqramların tərtib olunmasında maraqlı olmaq
  • Bakalavr təhsilində ekonometrika fənninin tədrisində müasir kitabların, dərsliklərin istifadəsini genişləndirmək
  • Xaricdə təhsil proqramlarında ekonometrika sahəsinə xüsusi yerlər ayrılması
  • Böyük xərc tələb etməsinə baxmayaraq maliyyə labaratoriyalarının yaradılmasına vəsaitin ayrılması (UNEC təcrübəsi)
  • Finlandiya və Hindistan kimi ekonometrika və riyazi elmlərin təhsilində qabaqcıl olan ölkələrin ekspertlərinin yerli universitetlərində təlimllərinin təşkil edilməsinə vəsait ayırmaq

Rövşən E. Camalov
UNEC «Beynəlxalq İqtisadiyyat» kafedrası

(Azərbaycan) Kafedralarda büdcə təyinatlı elmi-tədqiqat işlərinin müasir dövrün tələblərinə cavab verməsinə dair təkliflər.
bg101

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Bildiyiniz kimi, ölkəmizin bütün universitetlərində olduğu kimi bizim də universitetimizin  kafedralarında elmi işlərin aparılması “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 6 noyabr tarixli 242 nömrəli qərarı” ilə təstiq edilmiş 1№–li əlavəsinin “Ali məktəblərdə elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması haqqında əsasnamə”sinə əsasən tənzimlənir.

Hamıya məlumdur ki, kafedraların elmi-tədqiqat işləri keçmiş Sovetlər İttifaqında olduğu qaydada həyata keçirilir. Bu qaydalar vaxtı ilə o dövrün tələblərinə uyğun gəlsələr də müasir dövrün tələblərinə cavab vermirlər.

Belə ki, təxminən hər il hər bir tam ştat, ya da yarım ştat müəllim kafedrada təsdiqlənmiş mövzulara uyğun 10-20 səhifədən ibarət elmi iş hazırlayıb kafedraya təqdim edirdi. Sonra da bu görülən işlərə digər müəllimlər tərəfindən rəylər verilirdi. Görülən işlər çox vaxt aparmaqla yanaşı, ali məktəbin potensialında milli iqtisadiyyatın inkişafına uyğun səmərəli istifadə edilmirdi. Yuxarıda qeyd etdiyim nazirlər kabinetinin qərarı mənim tərəfimdən araşdırıldıqdan sonra müyyən etdim ki, indiki hesabatlar onun bəndlərini tam əhatə etmir.

Nəzərinizə çatdırıram ki, yuxarıda göstərdiyim Azərbaycan Respublikasının  Nazirlər Kabinetinin Qərarının əlavəsinin birinci bəndində aşağıdakılar qeyd edilmişdir:

1.2. Ali məktəblərin elmi təşkilatlarının əsas vəzifələri:

— milli iqtisadiyyatın inkişafında ali məktəbin elmi potensialından səmərəli istifadə edilməsi;

— elmi nəticələrin istehsalatda istifadə olunmasının genişləndirilməsi məqsədilə milli iqtisadiyyatın müxtəlif sahələri ilə elmi-texniki əməkdaşlığın perspektiv formalarının inkişaf etdirilməsi;

— mütəxəssislərin hazırlıq səviyyəsinin artırılması məqsədilə elmi tədqiqatların nəticələrinin tədris prosesinə tətbiq edilməsi;

— ali məktəbdə yeni təcrübə-istehsalat bazasının yaradılması.

Gördüyünüz kimi, kafedraların elmi fəaliyyəti ancaq nəzəri-metodoloji deyil, həm də elmi-tədbiqi nəzərdə tutulur. Yəni ki, iqtisadiyyat elmində hər hansı bir elmi fikirlərin ifadə olunması ilə kifayətlənməməliyik. Həmin fikirlərin real iqtisadiyyata tədbiqi mexanizmlərinin hazırlanmasına eytiyac duyulur. Xüsusilə də milli iqtisadi inkişafın bu günkü mərhələsində yeni bazar institutlarının, idxal və ixrac yönümlü sahələrin inkişaf  etdiriməsinə yönəlmiş elmi fəaliyyətə eytiyac var.

Belə ki, mən AR Vergilər Nazirliyində çalışarkən bir çox idarə işçilərinə ildə bir dəfə vergilər məcəlləsinə təkliflər verilməsinə dair tapşırıq verilmişdi. Bu tapşırıq bizi gündəlik işlərlə bərabər daim iqtisadiyyatda baş verən proseslərə diqqətli olmağa və təhlillər aparmağa sövq edirdi.

Zənnimcə, bu gün nazirliklərdə və digər təşkilatlarda qanunvericiliklə, real iqtisadiyyatla təmasda olmaq nəticəsində prosesləri düzgün qiymətləndirə biləcək kadr potensialı formalaşmışdır.

Heç də təsədüfi deyil ki, dünya iqtisadiyyatında baş verən iqtisadi tənəzzül dövründə cənab Prezident tərəfindən iqtisadi islahatlar üzrə  köməkçi təyin edilib və biz müəllimlərin borcudur ki, bu prosseslərə öz töhvəmizi verək.

Bildiyiniz kimi, Vergilər Məcəlləsinin 2-ci maddəsinin 8-ci bəndinə əsasən: Növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri müvafiq icra hakimiyyəti orqanına cari ilin may ayının 1-dək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə Azərbaycan Respublikasının Milli Məclisinə cari ilin may ayının 15-dən gec olmayaraq təqdim edilir.

Belə ki, hər ilin may ayının birinə kimi AR vətəndaşları müvafiq icra hakimiyyəti orqanına yəni AR Vergilər Nazirliyinə və ya Maliyyə Nazirliyinə təkliflər verə bilərlər.

Nəticədə, AR vergilər nazirliyinə öz işçiləri və ayrı-ayrı təşkilat və fərdi vətəndaşlar tərəfindən təklif gəlirdi.

Onu da nəzərənizə çatdırım ki, mən orada üç il təklifləri toplayırdım və bu müddət ərzində universitetlərin və akademiyanın institutlarının müəllim və professor heyətindən  bir nəfər də olsa təklif gəlməmişdi.

Mənim fikrimcə, Vergilər Məcəlləsinə ancaq “Maliyyə və maliyyə institutları” kafedrasının müəllimləri deyil, bütün iqtisadiyyat sahəsinə aid olan kafedraların tədqiqatçıları təklif  verə bilərlər.

Hələ ulu öndər Heydər Əliyev öz çıxışlarının birində qeyd etmişdir ki, “Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik”.

Təbii ki, Vergi Məcəlləsindən əlavə bir çox iqtisadiyyata aid qanunvericiliklər  mövcuddur, misal olaraq, “Büdcə haqqında qanun”u, “Qiymətləndiricilər haqqında qanun”u və s. buna aid edə bilərik. Ədliyyə Nazirliyinin saytına baxsaq, orda qanun təsnifatında iqtisadiyyata aid kifayət qədər  bölmələr görə bilərik və bunlar aşağıdıkılardır:

  • Mülki qanunvericilik;
  • İşədüzəlmə və əhalinin məşğulluğu haqqında qanunvericilik;
  • Əmək Qanunvericiliyi;
  • Sosial sığorta və sosial təminat qanunvericiliyi;
  • Maliyyə və kredit qanunvericiliyi;
  • Xalq təsərrüfatının ümumi məsələləri üzrə qanunvericilik;
  • Müəssisələr və sahibkarlıq fəaliyyəti haqqında qanunvericilik;
  • Sənaye qanunvericiliyi;
  • Kənd təsərrüfatı və aqrar-sənaye kompleksləri haqqında qanunvericilik;
  • Mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti haqqında qanunvericilik;
  • Nəqliyyat və rabitə qanunvericiliyi;
  • Ətraf, təbii mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadənin ümumi məsələləri üzrə qanunvericilik;
  • Meşələrin mühafizəsi və onlardan istifadə olunması haqqında qanunvericilik;
  • Gömrük işi;
  • Beynəlxalq xüsusi hüquq və proses;
  • Xarici iqtisadi münasibətlər və s.

Bu qanuvericilik aktlarına  müəllimlərimiz topladıqları biliklər, tədqiqatlar əsasında iqtisadiyyatımızın inkişafına təkan verə biləcək təkliflər irəli sürə bilərlər.

 

Bunları nəzərə alaraq təklif edirəm:

1) UNEC-in iqtisadiyyat sahəsinə aid olan kafedraların professor, müəllim heyəti tərəfindən öz ixtisaslarına uyğun ölkənin iqtisadi inkaşafa yönəldilmiş Azərbaycan Respublikasının müvafiq iqtisadi qanunvericiliyinə dəyişiklik edilməsi haqda ən azı bir təkliflin verilməsi;

2) Təkliflər içində müsabiqə keçirilsin və ən yaxşı təklifə görə mükafat elan olunsun;

3) AR Təhsil Nazirliyinə və ya Nazirlər Kabinetinə müraciət olunsun ki, iqtisadiyyata aid normativ aktların layihələrini “Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu”nun 45.2., 68.3.

bəndlərinə əsasən baxılmaq üçün UNEC-ə göndərilsin.

Birinci təklif pilot layihəsi kimi iki illik tətbiq edilə bilər.

Həmin təkliflərin hazırlanma qaydasına gəldikdə isə təklif edirəm “Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu”nun 48.2.1-ci maddəsinə əsasən tənzimlənsin.

 Beləki, həmin qanunun:

48.2.1. müşayiət məktubu və normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması.

Qanunun maddəsinə görə layihə ən azı iki səhifədən ibarət olmalıdır. Bir səhifədə dəyişikliklər haqda qeydlər, digərlərində isə maliyyə-iqtisadi əsaslandırma.

Zənnimcə, 10-20 səhifəlik hesabatın iki səhifə ilə əvəz olunması müəllimlər arasında razılıqla qəbul olunacaq.

Təklif olunan dəyişikliklərin üstün cəhətləri:

  1. UNEC-in ictimai mövqeyinin yüksəlməsi;
  2. Universitetə, professor-müəllim heyətinə əlavə gəlir gətirilməsi;
  3. Ayrı–ayrı nazirliklərin tərkibində olan tədris və elm mərkəzlərinin funksiyalarının UNEC-ə verilməsi;
  4. Müəllimlərin biliklərinin real iqtisadiyyata tətbiqi imkanının yaradılması;
  5. Milli iqtisadiyyatda hazırlanan layihə və qanunlarla, alimlərin daha yaxşı məlumatlandırılması;
  6. Universitetdə fəaliyyət göstərən alimlərin gələcəkdə ekspert kimi müvafiq orqanlarda çalışmasına imkan yaradılması.
(Azərbaycan) Bilik iqtisadiyyatına necə keçməliyik?!
Knowledge

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Son bir ildə Azərbaycan iqtisadiyyatında baş verən proseslər Bilik İqtisadiyyatına keçidin bizim üçün vacibliyini göstərdi. Əslində Bilik iqtisadiyyatına keçid daima mühim və vacib məsələ olub. İndiki reallıqda isə biz gələcəyimizi təminat almaq üçün heç vaxt itirmədən bilik iqtisadiyyatına keçməliyik. Təbii ki, bu biraz çətin və uzun proses olacaqdır. Lakin hər bir prosesdə olduğu kimi bu prosesində başlanğıc nöqtəsi, inkişaf nöqtəsi vardır.

  • Bəs ümumiyyətcə bilik iqtisadiyyatı nədir?
  • Bilik iqtisadiyyatına keçmək üçün bizdən hansı addımları atmaq tələb olunur?
  • Bilik iqtisadiyyatının üstünlükləri nələrdir?
  • Bilik iqtisadiyyatına keçid bizlərə nələri vəd edir?

Mən bu və bu kimi digər suallara aydınlıq gətirəcəyəm.

Biz əgər bilik iqtisadiyyatına keçidi analiz ediriksə, öncəliklə onu qeyd etməliyəm ki, bilik iqtisadiyyatının təməlini ölkədəki təhsil və insan kapitalı təşkil edir. Bəs Azərbaycanda yaşayan əhalinin məşğuliyyəti əsasən hansı sahələrdədir?

Azərbaycan əhalisinin 35%-i kənd təsərrüfatında çalışır.

Biz Azərbaycanın biliyə əsaslanan iqtisadiyyata keçidini analiz edirik və bu əhalinin məşğulluğu göstəricisi bu anlamda çox vacibdir. Çünki adətən ölkələrin iqisadiyyatını 3 təməl sahə təşkil edir:

  1. Kənd təsərrüfatı
  2. Emal, istehsal
  3. Xidmət sektoru

Biliyə əsaslanan Bilik İqtisadiyyatını yaratmaq üçün isə bizə iki təməl istiqamət gərəkli olacaqdır. Birincisi, təhsilə investisiyaları artırmaq və həmin investisiyaların geri dönüşünü, mənfəətini yüksəltməkdir. İkincisi isə, insan kapitalını yaratmaq və ya var olanı cəlb etmək.

Təhsilə investisiya yatırıldığı zaman biliyin istehsalı baş verəcəkdir. Bilik istehsalını isə ya müstəqil formada fəaliyyət göstərən araşdırma institutları və ya universiterlərlə qarşılıqlı fəaliyyətdə olan araşdırma mərkəzləri, institutları həyata keçirəcəklər. Biliyin istehsalı uzun müddətdə ölkəyə çox böyük gəlir gətirir və ölkədəki həyat standartlarını yüksəldir. Dünya ölkələrindən bunu tətbiq edən kifayət qədər uğurlu ölkələr var. Misal üçün, İsrail, hansı ki, kənd təsərrüfatı məhsullarının istehsalından yüksək elm, bilik tutumlu məhsullar istehsalına keçmişdir. Bundan başqa Cənubi Koreya son yarım əsrdə bilik iqtisadiyyatına keçməklə uğur qazanmışdır. Bugün, C. Koreyanın Samsung, LG şirkətləri texnoloji bazarda, Hundai, KİA şirkətləri isə avtomobil bazarında ən uğurlu və rəqabətdə önə çıxa bilən şirkətlərdir.

Bəs biz bilik iqtisadiyyatına keçmək üçün nələr etməliyik, hansı addımları atmalıyıq?

Öncəliklə biz ilk addım olaraq təhsilə böyük həcmdə investisiya yatırmalıyıq. Bu investisiyaların əsas ilkin nəticəsi rəqabətdə öndə çıxan, dəyər yarada bilən müəllimlərin, professorların yetişdirilməsidir.

İkinci addım olaraq, araşdırma institutlarına böyük həcmdə investisiyalar yatırılmalıdır. Ölkə birbaşa olaraq bu araşdırma institutlarınl maliyyələşdirməlidir və universitetlərlə kooperasiyasını və qarşılıqlı əməkdaşlığını gücləndirməlidir. Çünki bilik əsasən universitetlərdə yaradılır.

Üçüncü addım olaraq, özəl sektoru universitetlərlə əməkdaşlığa sövq etmək lazımdır. Çünki bu əməkdaşlıq universitet müəllimlərinin, professorlarının əsil iqtisadi potensialını üzə çıxaracaqdır. Onların özəl sektorla qarşılıqlı əlaqəsi yeni dəyərlərin yaranmasına, daha rəqabətqabiliyyətli məshsulların yaranmasına səbəb olacaqdır. Ölkədə iqtisadi artım baş verəcəkdir.

Əslində bu saydığım addımlar, periodik olaraq uzun bir dövrü əhatə edirlər. 20 ilə qədər zaman tələb olunur. Lakin bizim hal hazırda yaşadığımız informasiya dövründə periodlar arasındakı əlaqəni sürətləndirmək mümkündür. Bugün artıq insanlar çox qısa zamanda ünsiyyət qurub, fəaliyyət göstərə bilirlər.

Bilik iqtisadiyyatına keçid isə bizim üçün çox vacibdir. Bu həm də bizə regional anlamda böyük üstünlük gətirə bilər. Həm psixoloji, həm də iqtisadi üstünlük.

Təhmasib Əlizadə
Beynəlxalq İqtisadiyyat kafedrası

Становление и развитие экономического образования
edu

edu
На сегодняшний день образование экономиста – самое престижное и востребованное на рынке труда.
Еще во времена СССР экономическое образование предполагало выпуск специалистов в области планирования, финансов и других специальностей народного хозяйства.
Торгово-экономические отношения берут свое начало с античных времен, когда предметом экономических отношений служила сельскохозяйственная продукция, в частности бартер, а затем и возниконовение товарно — денежных отношений. Так именно греческий ученый эпохи античности Ксенофонт ввел понятие «экономика»
Со временем развитие экономики вышло за рамки узкого понятия и первые шаги к современному экономическому учению наблюдались с эпохи Средневековья, где возникли течения раннего и позднего канонизма, идеологоми которых были Августин Блаженный и Фома Аквинский. На протяжении веков в галерее экономических идеологов появилось много имен, увеличилось количество экономических течений.
Развитие современной экономики берет свое начало с постреволюционных времен 1917-го года. Советская власть создает широкую сеть экономических университетов, факультетов, сельско-хозяйственных институтов и т.д.
Особенность экономического образования состоит в следующем: оно является составной частью формирования экономической культуры, формирующей систематизированные теоретические взгляды взрослого слушателя, нравственно-ценностные качества (убеждения, мотивы, установки, ценностные ориентации т.д.).
При определении особенностей экономического образования студентов учитывается то, что оно в процессе функционирования и развития общества играет довольно важную роль, как и социальный институт образования в целом. Без экономического образования невозможно поддержание достигнутого уровня экономического развития, его дальнейшее совершенствование. Эта проблема решается в процессе образования, задачей которого является приобщение человека к нормам и ценностям экономики, формирование экономического мышления и стиля деятельности.

Зумруд Наджафова
преподаватель кафедры «Регулирование экономики» UNEC

İntellektualın cəmiyyətinə yadlaşması “beyin axını”ndan daha təhlükəlidir
DSC_8789

Azərbaycanın da daxil olduğu inkişaf etməkdə olan ölkələr üçün tez-tez “beyin axını” problemi gündəliyə gətirilir və bunun həmin ölkələrin iqtisadi inkişafı qarşısında böyük maneə olduğu qeyd edilir. İntellektualların işləmək üçün xarici ölkələrə üz tutması kimi ifadə edilən “beyin axını” həqiqətən də inkişaf etməkdə olan ölkələrin inkişafı qarşısında dayanan mühüm problemlərdən biridir. Ancaq bu ölkələrdə mövcud olan digər bir problem var ki, “beyin axını”ndan daha təhlükəli olduğu  halda, çox vaxt üzərində o qədər də dayanılmır: İntellektualın yadlaşması problemi!

İngiliscə çox vaxt “intellectual’s alientation” kimi ifadə edilən bu problemi ən ümumi şəkildə intellektualın yaşadığı cəmiyyətin reallıqlarından qopması, onun problemlərinə laqeyid qalması kimi izah etmək mümkündür. İnkişaf etməkdə olan ölkələrdə bu problem daha çox xaricdə təhsil almış intellektuallar arasında təzahür edir. Təhsil aldığı xarici ölkənin sosial təşkilatlanma modelinin, təhsil modelinin, sosial psixologiyasının və.s. təsiri altında qalaraq, yaşadığı cəmiyyətin reallıqlarını görə bilməyən, onun problemlərinə çarə ola bilməyən, hətta bir çox hallarda buna həvəsli də görünməyən, fəaliyyəti ilə daha çox təhsil aldığı ölkəyə xidmət edən bu intellektualların ölkələrinin inkişafına mənfi təsirləri əslində xaricdə çalışmağa üz tutan intellektuallarla müqayisədə daha böyükdür. Xaricə köçən intellektualı ondan fayda götürən göçdüyü cəmiyyət yaşadır. Cəmiyyətinə yadlaşan intellektualı isə ondan fayda götürməyən cəmiyyəti yaşadır!

İndi siz deyin, hansı problem daha təhlükəlidir?

 

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru,

UNEC “Beynəlxalq iqtisadiyyat” kafedrası

(Azərbaycan) Universitetlərin regional inkişafda rolu
write

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Ölkənin regionlarının inkişafının təməl vasitələrindən biri də universitetlərdir. Belə ki, bir ölkənin regionlarını inkişaf etdirmək üçün universitetlərin yaradılması, onların inkişaf etdirilməsi çox mühimdir. Bundan əlavə universitetlərin araşdırma institutlarının yaradılması, həmin regionda ixtisaslaşmaya yardımçı olur və nəticədə regionun istehsal gücünü, rəqabətqabiliyyətliliyini artırır.

Ümumilikdə universitetlərin regionların inkişafına təsir istiqamətlərinə nəzər yetirsək görərik ki, bu bir neçə istiqamətdə baş verir:

  1. Regiona ixtisaslı kadrların, insan kapitalının cəlb edilməsini təmin edir
  2. Regiona maliyyə kapitalı cəlb edir
  3. Regiona yerli investisiyalar cəlb edir
  4. Regiona bilik, xidmət növləri cəlb etməklə rəqabət mühiti yaradır.

Bundan əlavə universitetlərin tərkibində fəaliyyət göstərən araşdırma institutları həmin regionun ixtisaslaşdığı və ya ixtisaslaşmağa hədəf kimi müəyyən etdiyi sahələr üzrə bilik transferi həyata keçirir, regionun potensialını mənimsəməklə biliyi öz bazasında cəmləyir və araşdırmalar aparmaqla sahələr üzrə inkişafa nail olurlar.

Biz bugün ölkəmizdə post-neft dövrü üçün təkliflərin hazırlanmasının zəruriliyini və aktuallığını müşahidə edirik. Post-neft dövrü üçün ölkə iqtisadiyyatı bilik yönümlü olmaqla, artıq daha çox rəqabətə ehtiyac duyur. Düşünürəm ki, ölkəmizin Bakıdan (paytaxtdan) başqa regionlarında universitetlərin yaradılması orta hədəfdə bizə çox böyük gəlir gətirəcəkdir və regionlar arasındakı inkişaf fərqini azaldacaqdır. Çünki ixtisaslaşma dərinləşcək, regionlar üzrə məhsul istehsalının faydalılığı artacaqdır.

Biz bunun üçün aşağıdakı tədbirləri görə bilərik:

  1. Bakıdan əlavə digər regionlarımızı müəyyən sahələr üzrə mərkəz olaraq qəbul edib, həmin regionlarda bu ixtisaslaşmanın dərinləşməsi məqsədi ilə universitetlər yarada bilərik.
  2. Həmin universitetlərə tələbə və müəllim heyətini cəlb etmək məqsədi ilə, onların daha rahat fəaliyyət göstərməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirə bilərik və infrstrukturu (strukturu) inkişaf etdirə bilərik.
  3. Müəyyən sahələr üzrə mərkəz olaraq qəbul etdiyimiz regionlarda yaradılacaq universitetlərlə istehsal müəssisələri arasında qarşılıqlı əlaqənin yaradılmasını təmin edə bilərik. Bu halda şirkətlər bazarın tələbinə uyğun olaraq universitetlərdən ixtisaslı kadrlar tələb edəcəklər.
  4. Müəyyən inkişaf periodundan sonra dünya üzrə yerləşdiyimiz regionlardan xarici tələbələri yaratdığımız universitetlərə cəlb edə bilərik. Bu ölkəyə əlavə xarici valyutanın daxil olması deməkdir.
  5. Yaradılmış universitetlərdə regional elmi konfransların, tədbirlərin keçirilməsini təmin etməklə, beyinləri regionlarımıza cəlb edə bilərik, bu isə nəticədə ölkədə bilik bazasının genişlənməsinə, yeni elmi mühitin yaradılmasına gətirib çıxaracaqdır.
(Azərbaycan) İqtisadi təhsilə yeni yanaşma
Iqtisadi tehsil

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

https://www.youtube.com/watch?v=Fn9jYGscZVc

(Azərbaycan) İqtisadiyyat və Tədris
photo_80238

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

İqtisadiyyat sosial elmdir və məhz buna görə də o, digər elmlərdən, məsələn, fizika və kimyadan fərqli olaraq xarici amillərdən çox asılıdır. Ötən əsrin 80-ci illərinin bestselleri — əfsanəvi Samuelsonun dərsliyi hazırda cərəyan edən mürəkkəb iqtisadi prosesləri başa düşmək üçün artıq kifayət etmir. Maliyyə bazarlarının ilk baxışdan xaotik görünən, amma ciddi qanunauyğunluğa və məntiqə söykənən hərəkət trayektoriyası, dövlətin iqtisadiyyatda rolu, yaxud iqtisadi davranış problemləri həm tarixi inkişafın, həm də sosial həyatın iqtisadiyyat üçün yaratdığı yeni təhdidlərdəndir.
İqtisadiyyat dəqiq elmdir. Əlbəttə müəyyən şərtlər daxilində. Təbii ki, iqtisadiyyat fizika deyil ki, məsələn, qravitasiya qanunlarını birdəfəlik və əbədi sübut etsin. Amma bununla yanaşı o, əksər hallarda dəqiq riyazi hesablamalara söykənir və çox zaman bu, zərgər dəqiqliyi ilə edilir. Misal olaraq firmanın böhrandan çıxmasının davranış modelini göstərtmək olar. Bizim üçün bu tezis çox böyük önəm daşıyır. Əksər postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da iqtisadiyyatın tədrisində riyaziyyat tərkibinin azlığından əziyyət çəkirik və tələbələrimizin bir qismi qərb universitetlərində təhsilini davam etdirəndə, riyaziyyatın bu qədər çox tədrisini təəccüblə qarşılayır.
İqtisadiyyat davranış elmidir. Hər birimiz gündəlik həyatımızda saysız-hesabsız iqtisadi qərarlar qəbul edirik və əksər hallarda təfərrüatına varmadan səhv qərarlara üstünlük veririk. Onların bir qismindən yayınmaq olardı. Bunun üçün, iqtisadiyyatı həyati elm kimi tədris etmək yetərli ola bilərdi.  Real həyatdan təcrid olunan hazırkı iqtisadi təhsil (xüsusən orta məktəblərdə) bu imkanı heçə endirir.
İqtisadiyyat intellektual elmdir. Ola bilər ki, bir az kəskin və məntiqsiz səslənir. Təbii ki, qeyri-intellektual elm ümumiyyətlə olmur. Amma iqtisadi fikirlə bağlı bu daha qabarıq görünür. Məhz iqtisadiyyat elmində maddiyyət, mənəviyyət və praqmatizm bir-birlərilə yüksək səviyyədə vəhdət təşkil edir. Təsadüfi deyil ki, iqtisadçı korifeyləri həqiqətə aparan yol mədəniyyətlə tarixin, yaxud ümuminkişaf fəlsəfəsinin real davranışda təzahürünü önə çəkməkdən keçir.
İqtisadiyyat elitar elmdir. Hətta səthi tarixi ekskurs göstərir ki, iqtisadi fikrin ən məşhur daşıyıcıları bəşəriyyətin iqtisadi nizamını anlamaq işinə girişəndə artıq cəmiyyətin mühüm elitar təbəqəsində təmsil olunublar və ya yüksək karyera sahibi idilər. Iqtisad elmində tanıdığımız, demək olar ki, bütün məşhur insanlar məhz bu qəbildəndir.
Təbii ki, belə çoxşaxəli elmi tədris etmək olduqca çətin və məsuliyyətli işdir. Amma eyni zamanda bu, çox şərəfli işdir. Məhz buna görə, universitetlərimizdə və orta məktəblərimizdə iqtisadi fənləri tədris etmək seçilmiş mütəxəssis və insanların işi olmalıdır. Yalnız geniş dünyagörüşünə malik mütəxəssislər auditoriyaya girməyə cəsarət etməlidir.
Təbii ki, yalnız mühazirəçilərlə iş bitmir. Ölkədə iqtisadi bilik və tədrislə bağlı yaradıcı mühitin yaradılması və inkişaf etdirilməsi zəruridir. İqtisadiyyatı tədris edənlər həm də mütəxəssis şəbəkəsinə söykənməli, tədqiqatçılarla əhatə olmalıdır. Və ələlxüsus özləri tədqiqatçı olmalıdır. İlkin mərhələdə münbit əhatə dairəsinin yaradılması üçün, ola bilsin ki, müəyyən institusional addımların atılmasına da ehtiyac var.

İnqilab Əhmədov
İqtisad elmləri doktoru,
Xəzər Universiteti İqtisadiyyat və Menecment fakültəsinin dekanı

Перейти к верхней панели