Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Bank and insurance
International Economics
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Macroeconomic analysis
Financial markets
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Petroleum
Transport
Transport
Qender
Entrepreneurship
Sənaye
Turizm
Taxes and duties
Домохозяйства
Economic education
USD 1.7000, EUR 1.9274, TRY 0.3112, RUB 0.0254, CNY 0.2450, GEL 0.6343, GBP 2.2120, IRR 0.0040, JPY 1.4981, XAU 2060.5955, XAG 24.0944, XPT 1421.1575, XPD 1916.0275
(Azərbaycan) IV Sənaye İnqilabı: gözləntilər, əsas hədəflər
tdp

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Biz əgər dünyada baş verən texnolji dəyişikliklərə nəzər salsaq, görərik ki, dünyada istər mikro səviyyədə, istərsə də makro səviyyədə texnoloji rəqabət özünün üstün mərhələsini yaşayır. Çünki texnolji rəqabətdə önə çıxmağı özünə hədəf olaraq müəyyən edən ölkələr istər öz iqtisadi siyasətlərində araşdırma yönümlü sahələrə üstünlük verməklə, istərsə də sahib olduqları texnoloji şirkətlərə dəstək verməklə həm iqtisadi qazanc əldə etməyi hədəfləyirlər, həm də beynəlxalq rəqabətdə önə çıxmağı.

Texnolji sahədə gedən bu rəqabət təbii ki, tarixi bir prosesin nəticəsidir. Sənaye inqilablarının baş verməsi texnologiyanı, texnoloji rəqabəti bizim bugün gördüyümüz vəziyyətə gəlməsinə səbəb olmuşdur. Ümumi baxsaq, görərik ki, dünyada I sənaye inqilabı zamanı istehsalı mexanikiləşdirmək üçün sudan və buxardan istifadə olundu. II sənaye inqilabında artıq kütləvi istehsal üçün elektrikdən istifadə olunmağa başlanıldı. III sənaye inqilabında isə istehsalı avtomatlaşdırmaq məqsədilə elektronikadan və texnoloji informasiyadan istifadə olunmağa başlanıldı. Bəs IV sənaye inqilabı necə olacaq?

IV sənaye inqilabı III sənaye inqilabına əsaslanacaq. IV sənaye inqilabının əsas özəlliyi onun rəqəmsal olmasıdır. Bizim bugün dünyada qarşılaşdığımız bir çox problem var ki, onlar IV sənaye inqilabın baş verməsini zəruri edir. Təbii ki, bu dünya üçün, insanlar üçün tamamilə yeni bir dövrdür və bugün biz artıq bu yeni dövrün tam başlanğıcındayıq.

IV sənaye inqilabı baş vermiş digər 3 sənaye inqilablarından fərqlənir. Əsas özəllikləri ondan ibarətdir ki, bu sənaye inqilabı zamanı çox sayda yeni texnologiyalar yaranacaq. Bu texnologiyalar iqtisadiyyata təsir göstərən fiziki, dijital və bio məhsulların əvəzləyicisi rolunda çıxış edəcək.  Yəni biz artıq texnologiyanın daha üstün bir mərhələsini yaşayaycağıq və bu də təbii ki, iqtisadiyyata, texnoloji rəqabətə yenidən təsir edəcəkdir, dəyişikliklərə yol açacaqdır. Bundan başqa IV         sənaye inqilabının insanlığa, insan əməyinə kəskin təsir  göstərəcəyi aydındır.

IV sənaye inqilabının yarada biləcəyi mümkün iqtisadi üstünlüklərini və problemlərini analiz etsək, görərik ki, digər sənaye inqilablarında da olduğu kimi, yeni sənaye inqilabının da ölkələr üçün, insanlar üçün iqtisadi üstünlüyü olacaqdır. Qlobal səviyyədə gəlirləri artıra bilər, insanların həyat səviyyəsini yüksəldə bilər, texnoloji rəqabəti daha da kəskinləşdirə bilər və s. İnsanların həyatına mümkün təsirlər isə bundan əvvəlki sənaye inqilablarında olduğu kimi zamandan daha səmərəli istfiadə edilməsini, iqtisadi gəlirlərin artırılması, problemlərin daha asan və çevik həlli kimi mümkün imkanlar olacaqdır. Çünki texnologiyanın inkişafı insanlara daima yeni imkanlar təqdim edir, daşımacılıqda və digər xidmətlərdə xərcləri azaldır, zamana qənaət edir, insanların həyatını daha da rahatlaşdırır.

Lakin üstünlüklərlə yanaşı, təbii ki, IV sənaye inqilabının mənfi tərəfləri də vardır. Bilirik ki, bundan əvəlki sənaye inqilablarına da tənqidlər yanaşan, texnologiyanın çevik inkişafına, insan həyatında tutduğu mövqeyə çox kəskin tənqidlə yanaşan insanlar var. Onlar düşünürlər ki, hətta mümkün IV sənaye inqilabı da əmək bazarına mənfi təsir edəcəkdir, insanların həyatdakı rolunu azaldacaqdır, qeyri-bərabərlik gətirəcəkdir və s.

IV sənaye inqilabının əsas hədəfləri isə iqtisadi sahədə, biznesdə rəqabəti daha da artırmaq, gəlirlərin səviyyəsini yüksəltmək, yeni dəyərlər yaratmaq, idarəetmədəki müəyyən istiqamətlər üzrə işləri daha da asanlaşdırmaq, tezləşdirmək, insanların həyat səviyyəsinə təsir etmək və s.-dir.

Sonda isə onu qeyd edim ki, IV sənaye inqilabı ümumilikdə dünya üçün, qlobal iqtisadiyyat üçün faydalı olacaqdır. İnkişafın yeni mərhələsi üçün əsas istiqamət olacaqdır. Hərçənd insanlar Robotlaşmağa bəzən nə qədər tənqidi yanaşsalar da, unutmayaq ki, elə robotları da, sənaye inqilablarını da yaradan məhz insandır, insan beynidir. İnsan öz beyninin məhsulunu yaradırsa, ondan faydalanmağın da ən mümkün yollarını axtarmalıdır.

 

Təhmasib Əlizadə,

Beynəlxalq İqtisadiyyat kafedrası


  1. Təhmasib m., maraqlı məqaləyə görə təşəkkürlər. Bir sualım var.

    Müstəqillik illərində Azərbaycan iqtisadiyyatında faktiki olaraq səneyesizləçmə baş verib. Belə ki, mədənçıxarma nəzərə alınmasa (xam neft ixracı ixracın təxminən 95%-ni təçkil edir) digər sənaye sahələri, xüsusən də emal sənayesi tənəzzülə uğrayıb (ÜDM-də payı cəmi 5% təşkil edir).

    Nəzəri baxımdan belə bir tezis irəli sürmək olarmı ki,

    “Azərbaycanda yenidən sənayeləşmə zəruridir”.

    Və onu əsaslandırmaq olarmı?

    Yoxsa xidmət sferası inkişaf etdirilməlidir? Və s. İqtisadi nəzəriyyə və Economic development bu barədə nə deyir?

    • Sərdar müəllim,
      Mən düşünürəm ki, bəli bizim ölkə üçün yenidən sənayeləşməz zəruridir. Ələxsus da ölkədə regional sənayeləşmə başlanılmalıdır. Yəni, hər bir regionumuz həqiqi anlamda sənayeləşmədə ixtisaslaşmalıdır. Bunun dünyada bir çox uğurlu təcrübəsi var. Bundan öncə bir yazımda regionlarımızda universitetlərin yaradılması ilə bağlı bir yazım var idi. Mən o yazıda regional anlamda inkişafın təməl istiqamətlərindən biri kimi univeristetlərin yaradılmasını qeyd etmişəm. Əgər bu istiqaməti bizim indiki mövzumuz olan sənayeləşmə ilə uzlaşdırsaq, onu deyə bilərəm ki, regionlarda yaradılacaq universitetlər eyni zamanda orada yaradılacaq sənaye müəssisələri ilə əlaqədə olmalıdırlar. Fikrimcə bu həmin işi daha effektiv edər.
      Bununla bağlı Avropa təcrübəsindən, istehsal ölkəsi olan Almaniyada bir misal gətirə bilərəm. Məsələn, Mərkəzi Almaniyanın Türingen vilayətinin Yena şəhəri çox kiçik şəhər olmasına baxmayaraq çox böyük innovasiya mərkəzidir və eyni zamanda Carl Zeiss zavoduna sahibdir. Carl Zeiss dünyanın ən böyük optik istehsalçılarından biridir. Fridrix Şiller Yena Universiteti Carl Zeiss və digər sənaye müəssisələri ilə sıx əlaqədədir. Eyni zamanda sənaye müəssisələri, şirkətlər də universitetlə əlaqədə maraqlıdırlar. Çünki hər bir uğurlu məzun potensial uğurlu işçidir. Bu prizmadan yanaşanda universitet-sənaye müəssisələri əlaqəsini aydın görərik.

      Sizin qeyd etdiyiniz digər bir məqam, xidmət sferasına isə baxsaq, mən onu deyə bilərəm ki, biz bunu də təhsil sektoru ilə birbaşa bağlaya bilərik. Universitetklər də əslində bir xidmət göstərirlər, topluma təqdim edirlər. Bu təhsil xidmətidir. Bu ən mühim xidmət növlərindən biridir.
      Digər xidmət sahələrini də inkişaf etdirmək mütləqdir. Misal üçün turizm sektoru. Fikrimcə, Turizm sektorunun inkişafının əsas istiqaməti ucuz və orta qiymətli otellərin, ucuz hostellərin yaradılması, turizm sahəsində təhsili inkişaf etdirmək, turizm şəhərlərimizdə re-kosntruksiya aparmaq (turistlərə istiqamtlənən dəyişiklik) və s. olmalıdır.

  2. Təhmasib m.,

    komment üçün təşəkkürlər.

    The Triple Helix Model of İnnovation baxmağınız faydalı olardı. Porter University-İndustry-Government üçbucağından danışır.
    Hər şey sonda rəqabətqabiliyyətli ixrac məhsuluna gəlib çıxır. Yəni biz hansı məhsullar ilə xarici bazarlara çıxa bilərik?

    Yeni tezis: Emal sənayesini inkişaf etdirməliyik.

    • Sərdar müəllim, tövsiyyə üçün təşəkkür edirəm.
      Rəqabətqabiliyyətli məhsul ixrac üçün təbii ki, ən önəmli faktorlardan biridir. İndiki rəqabət şəraitində isə rəqabətqabiliyyətli məhsul istehsalı yalnız innovasiyanın tətbiqindən keçir. Yeni yeni istehsal istiqamətlərinə keçilməli, yeni məhsullar yaradılmalıdır. Bununla bağlı bir çox real təcrübəni görə bilirik.
      məsələn, Bununla bağlı Cosef Şumpeterin “yaradıcı məhvetmə” (“creative destruction”) anlayışı iqtisad elmində innovasiya sahəsində çox mühim yerə sahibdir. C. Şumpeter iddia edir ki, innovasiya texnoloji rəqabətin ən əsas mənbəyidir. Şumpeter Kapitalizm, Sosializm və Demokratiya kitabında innovasiya üçün “yaradıcı məhvetmə” (“creative destruction”) terminini, anlayışını işlədir. O deyirdi ki, yeni texnologiyaların köhnələrini yox etməsi, sıradan çıxarması “yaradıcı məhvetmə”-dir. Məsələn, masaüstü kompüterləri buna misal olaraq göstərə bilərik. Microsoft və Intel tərəfindən inkişaf etdirilən bu sənaye sahəsi bir çox kompüter şirkətlərini sıradan çıxartdılar. Texnoloji şirkətlər 21-ci əsrin ən mühim yeniliklərini etmiş şirkətlər olaraq qəbul edilirlər.
      Biz eyni zamanda “yaradıcı məhvetmə”-yə müasir dövrümüzdən də ABŞ-ın texnoloji şirkəti olan Apple şirkətinin iPod məhsullarını misal olaraq gətirə bilərik.
      Bildiyimiz kimi, Apple Inc. iPod-ları istehsal etdiyi zaman, onlar artıq CD sektorunu sıradan çıxarmağa başladılar. Artıq iPod-lar dünya bazarına çıxdıqdan sonra musiqiyə qulaq asmaq həm asan, həm də çox rahat oldu. Və nəticədə bu da insanların seçiminə kəskin şəkildə təsir etməyə başladı. Nəticədə, yeni məhsulun, yəni iPod-ların yaranması CD istifadəçilərini azaltdı.

  3. Təhmasib müəllim,

    Aktual məsələni araşdırdığınız üçün sizə minnətdaram. Bəs sizcə Azərbaycanda texniki sahələrin tədrisi ilə bağlı son durumu necə qiymətləndirirsiz? Sizcə texniki sahələrin tədrisi ilə bağlı yeni proqram işlənməlidirmi? Bu sahə ilə bağlı fikrinizi öyrənmək istərdim.

    Öncədən minnədtaram.

    • Rövşən müəllim,

      Mən düşünürəm ki, biz Azərbaycanda mütləq şəkildə texniki sahələrin tədrisi və inkişaf etdirilməsi ilə bağlı mütləq işlər görməliyik. Bununla bağlı təklifim də var.

      Azərbaycanda əslində sənaye parkları yaradılır son dövrdə. Lakin universitetsiz onların effektivliyini təmin etmək mümkün deyil. Biz sənayenin ixtisaslaşması üçün 1-2 ərazini əsas olaraq təyin edə bilərik məsələn, Sumqayıt şəhəri və Mingəçevir şəhəri. Və bu iki şəhərdə texniki sahələrin tədrisini aparacaq universitetləri yarada bilərik. Bundan sonra həmin universitetlər həmin ərazilərdə yaradılacaq sənaye müəssisələri ilə əlaqədə olacaqlar. Sənaye müəssisələri universitetlərin araşdırmalarından və məzunlarından yararlanacaqlar. Nəticədə həm universitetlər buradan mənfəət qazanacaqlar, çünki məzununun uğuruna görə universitetə cəlb olunmalar artacaq və nəticədə universitet həm uğur qazanacaq, həm də maddi mənfəət. Eyni zamanda sənaye müəssisələri də bundna uğur qazanacaqlar. Çünki onların yerləşdiyi ərazidə uğurlu universitet modeli onlara hazır mütəxəssis, araşdırma verəcəkdir. Nəticədə sənaye müəssisələri həm daha yaxşı çalışacaqlar, həm də maddi mənfəət əldə edəcəklər.

      Ölkəmizin buradan qazancı isə daha çox olacaq. Həm iki şəhər bir istiqamət üzrə ixtisaslaşacaqlar, həm ölkədə məşğulluq artacaq, həm Bakının iqtisadi yükü bölüşdürüləcək, həm də ölkədə istehlaka bağlı xidmət sferası inkişaf edəcək.

      • Təhmasib müəllim,

        Cavablandırdığınız üçün minnətdaram.

        Sizin təklifiniz həqiqətən tutarlı bir təklifdir. Artıq Azərbaycanda da universitetlərin elm tutumlu araşdırma işləri artan templə inkişaf etməlidir və bu halda universitetin öz büdcəsi yaranacaq (Harvard universiteti və bir çoxları) hansı ki, bu da universitetin dövlət tərəfindən ödənilən maddi təminat məsələsindəki asılılığı da sürətli şəkildə azaldacaq.

        Qısacası sizin fikrinizlə razıyam amma əlavə olaraq bir məqamla bağlı öz fikrimi də bildirim. Siz həmin ərazilərdə yeni universitetlərin yaradılmasını təklif etmisiz. Düşünürəm ki, qısa və orta müddətli dövrdə yeni universitetin yaradılması əvəzinə Texniki Universitetin o əraziyə köçürülməsi daha məqsədə uyğun olar.

        Sizin də qeyd etdiyim məsələ ilə bağlı fikrinizi almaq istərdim.

        Öncədən minnətdaram. Uğurlar!

        • Rövşən müəllim,
          cavabınız üçün təşəkkür edirəm.
          Mən düşünürəm ki, universitetin köçürülmə məsələsi elə də effekt verməyəcək. ona görə yeni yaradılmasını təklif edirəm. Mən də qəbul edirəm ki, keyfiyyətli universitet yaratmaq üçün eyni zamanda güclü heyət lazımdır. Onsuzda bu düşüncələr qısa müddətd reallaşa bilməz orta və uzun periodda reallaşacaq məsələlərdir.

  4. Hörmətli Təhmasib və Rövşən,

    nəzərinizə çatdırım ki, Sumqayıtda Sumqayıt Dövlət universiteti,

    Mingəçevirdə isə Mingəçevir Politexnik İnstitutu fəaliyyət göstərir.

    2014/2015-ci illərin qəbulunda müvafiq olaraq bunların tələbələrinin orta balları 276 və 240 olub. Çox zəif nəticədir.

    Belə ballar ilə, başqa sözlə potensialla necə müasir tələblərə cavab verən mühəndis kadrları yetişdirmək olar?

    Nümunə üçün deyim ki, Az.Texniki Univ. və Memarlıq və İnşaat univ. tanış müəllimləri şikayət edirdilər ki, zəif tələbə, yəni zəif xammal gəlir, biz bundan yüksək keyfiyyətli məhsul- məzun hazırlaya bilmirik.

    – Əsas problem 1.University-İndustry-Government üçbucağını işlətməkdir. 2. İxracqabiliyyətli məhsul istehsalı və onun xarici bazarlarını tapıb ixracını təşkil etməkdir. Universitet bu zəncirin çox mühüm, lakin yalnız 1 həlqəsi ola bilər.

    – Hötmətlə tex.e.n. Sərdar Şabanov

    • Sərdar müəllim,

      Mən sizin qeyd etdiyinizlə bağlı məlumatlıyam. Anvaq bildiyim qədər Mingəçevirdəki institutdu, Sumqayıtdakı isə kollec (texnikum). Lakin mənim vurğuladığım məqam orta və uzun periodda həqiqətən mütəxəssis ixrac edə biləcək universitetlərin yaradılmasıdır. Sizin vurğuladığınız məqamlarla tamamilə razıyam. Bunun üçün University-İndustry-Government üçbucağını işlətmək çox mühimdir. Eyni ilə ixracqabiliyyətli məhsul istehsalı və onun xarici bazarlarını tapıb ixracını təşkil etməkdir. Universitetlər bu prosesin əsas hissələrindən biridir. Lakin hamısı deyil.

  5. cox aktual meseler arasdirilib. bele meqalelere her zaman ehtiyac var . sagolun Serdar muellim

  6. cox etrafliydi

  7. Təhmasib müəllim,

    hal-hazırki dövrdə xərcləri azaltmaq baxımından yeni universitetin yaradılması məqsədə uyğun deyil hələ texniki sahədə universitetlərimizin olduğu bir dönəmdə. əgər bu qədər texniki sahə ilə bağlı universitetlərdən biri olduğu halda (ən böyük Texniki Universitet) yeni universitetin yaradılmasına heç bir zərurət görmürəm. Dolaysıyla yeni universitet yaratmaq üçün xərcləniləcək pulu mövcud universitetlərin bazalarına yatırmaq və ya bu istiqamətdə xaricdən ixtisaslı kadrladın gətirilməsinə yönəltmək olar.

    Uğurlar.

    • Rövşən müəllim, əvvəla onu qeyd edim ki, Azərbaycanda texniki sahədə bir çox universitet yoxdur. Bir universitet var, o da Bakıda. Digərləri ya institutdu ya kollec. İkincisi isə, bir sahənin inkişafı istiqamətində bina gərəklidirsə və bu binanın tikintisinə çəkilən xərc marjinal xərcdir və dövlətə yük deyil. O ki qaldı pulun tikinti əvəzinə mövcud universitetə yatırılmasına, mən əvvəldə də qeyd etmişəm hədəf iki regional şəhərin seçilməsini. Yəni Bakıdan fərqli. Bu isə o deməkdir ki, yeni universitetlərin yaradılması zəruridir. Hətta sizin dediyiniz kimi olsa belə, mövcud kollec və ya institutda böyük yenidənqurma işi aparılmalıdır ki, hədəflənən universitet qurulsun. Bunun özü də vəsait tələb edir. Mənim təklif etdiyimi model 1-2 ildə nəticə verməyəcəkdir, uzun hədəfdə nəticə verəcəkdir.

  8. Təhmasib müəllim, onu mən də qeyd edim ki, Azərbaycanda bir yox iki texniki universitet var. Azərbaycan Texniki Universiteti və Azərbaycan Texnologiya Universiteti (mən heç bir institut və ya kolleci nəzərdə tutmamışam). İkinci əsas məqam, mən bina tikintisi məsələsini qeyd etməmişəm. Yeni universitetin yaradılması üçün təkcə bina lazım deyil və əlbəttə ki, marjinal xərc baxımından yeni binanın tikilməsini məqsədə uyğun olmadığını demirəm. İstənilən halda universitetin yaradılması məsələsində təkcə bina tikintisindən söhbət gedə bilməz.
    Biz bu iki universitetin həmin ərazilərə köçürülməsini və ya tədris prosesində texniki sahələr olan universitetlərin həmin fakultələrini də həmin regionlara köçürmək olar. Qısacası yeni universitetin yaradılması əlbəttə ki, müsbət bir haldır. Sadəcə xərclərimizi indiki halda bu sahədə daha perspektivli istiqamətlərə yönəltməliyik.

    Uğurlar

    • Rövşən müəllim, Mən lap əvvəldə yeni yaradılacaq sistemdən yazmışam. Ona görə heç Bakıdakı texniki universiteti də qeyd etməmişdim. Sadəcə sənaye müəssisələri ilə qarşılıqlı əlaqədə ola biləcək, azı iki regionumuzu ixtisaslaşdıra biləcək universitet növündən bəhs edirəm.

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Skip to toolbar