Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Bank and insurance
International Economics
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Macroeconomic analysis
Financial markets
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Petroleum
Transport
Transport
Qender
Entrepreneurship
Sənaye
Turizm
Taxes and duties
Домохозяйства
Economic education
USD 1.7000, EUR 1.9649, TRY 0.2990, RUB 0.0260, CNY 0.2456, GEL 0.6355, GBP 2.2393, IRR 0.0040, JPY 1.5143, XAU 2077.4085, XAG 24.8617, XPT 1425.0420, XPD 1836.6205
(Azərbaycan) TƏLİMLƏRİN SOSİAL EFFEKTLƏRİ: UNEC-QUBA KAMPUS TƏCRÜBƏSİ
Wednesday March 15th, 2017
5
16730585_1268103153237500_6064214266057349046_n

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

TƏLİMLƏRİN SOSİAL EFFEKTLƏRİ: UNEC-QUBA KAMPUS TƏCRÜBƏSİ
Sərdar Şabanov, Ph.D. on Computer Sciences

Qubada əsl qış idi. Qar, şaxta, külək yox. Təminat əla. Kollektiv doğma və mehriban. Abu-Dabi Sorbon universitetindən 2 təlimçi gəlib: Ruda x. və Devid bəy. Tədrisdə müasir təlim üsullarından treninq aparırlar. Əsl müəllimdirlər. Əsasən tədris sxemlərindən danışırlar, komanda işinin vacibliyini vurğulayırlar. Psixoloq İradə x. UNEC müəllimlərinin qarşılıqlı “soyuqluqlarını” əritmək üçün “Buzqıran” psoxoloji oyunlarından istifadə edir. Əsasən də məqsədinə çatır. Hədəf: daxili tormozları sındırmaqdan və qarşılıqlı etimadın yaradılmasından ibarətdir. Yalnız bundan sonra komanda işində sinerji yarana bilər. Sinerji nədir? Qrupda iştirak edən, məs., 5 nəfərin birgə fəaliyyəti 5-dən böyük olur. 5-dən artıq qalan hissə sinerji effekti adlanır. Elm dildə desək, sistemdə, qrupda elə bir “xassə” əmələ gəlir ki, o heç bir qrup üzvündə yoxdur. Bu xassə yalnız bir araya gəlib, birgə çalışdıqda meydana çıxır. Əslində XX və XXI əsrlərdə icra edilmiş bütün böyük layihələr kollektiv xarakter daşıyıb və həmən sinerji effektinin sayəsində baş tutub.
XX əsrin görkəmli kristalloqrafı və filosofu Con Bernal 1952-ci ildə maraqlı və fundamental bir monoqrafiya yazdı. Adı belə idi: Science in History. Yəni Cəmiyyətin həyatında elm. 1956-cı ildə onu rus dilinə tərcümə də etdilər. «Наука в истории общества» adı ilə. Bu kitabda yeni bir elmi istiqamətin əsası qoyuldu. Elmşünaslığın. Burada Con Bernal ilk dəfə “görünməz kollektivlər” haqda yazdı. Yəni müxtəlif universitetlərin əməkdaşları konfranslarda, seminarlarda görüşürlər, əlaqələr yaranır və maraq dairələrinə görə sonradan onlar əvvəl “görünməz kollektivlər” yaradırlar, sonra isə müxtəlif elmi mərkəzlərdə bir araya gələrək, bir-birlərinə “qonaq” gedərək 1 il, və ya bir neçə ay müddətinə birgə layihələrdə iştirak edirlər. Yeri gəlmişkən məşhur azərbaycanlı kristalloqraf alim, prof. Xudu Məmmədov vaxtilə Con Bernalın laboratoriyasında beləcə 1 il çalışıb və çox maraqlı elmi nəticələr də almışdı. İndiki dillə desək, bu nisbətən uzunmüddətli xidməti ezamiyyət idi.
Quba təlimlərinə qayıdaraq demək istəyirəm ki, burada bizim ən böyük qazancımız yalnız tədris təlimləri olmadı. Prinsipcə belə təlimləri İnternet vasitə ilə də almaq mümkündür. Mümkün olmayan Qubada yaradılan çox komfortlu bir ortam idi. Bakıda belə bir şəraiti yaratmaq çətin olardı. Təbiətə dönüş təxminən 130 nəfər müəllimi də daha mehriban, daha istiqanlı etdi, dostluq və tanışlıq əlaqələrini gücləndirdi. Yadda qalan məqamlardan ən önəmlisi kollektiv yaradıcı tapşırıqların yerinə yetirilməsi idi. Burada müxtəlif ixtisasdan olan təxminən 5-6 müəllim iştirak edirdi. Təxəyyül, rəssamlıq, aktyorluq, yumor, hətta nəğmələr də işə yarayırdı. Müəllimlər bir-birini “kəşf” edirdi. Qəribə ovqat yaranırdı. Bu sinerji effekti idi. Belə bir imkanı bizlərə yaradan universitet rəhbərliyimizə və zəhməti keçən bütün insanlara dərin təşəkkürümüzü bildiririk. Hər bir iştirakçı müəllimə, alimə minnətdarıq. Gənclər bizi heyran etdilər. Yeni fikirləri, standart olmayan düşüncələri ilə. UNEC-in gələcəyinə ümidlərimiz artdı. Yeni yaradıcı görüşlərədək… Xoşbəxt olun.


  1. UNEC-QUBA komandasının təlim iştirakşılarından 1 xahişim olacaq: Əlavələriniz, fərqli düşüncələriniz, bizim yaddan çıxardığımız məqamlar olmamış deyil. Comment-lərinizi gözləyirik.

    – Hörmətlə Sərdar m. Şabanov.
    İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnsitutunun böyük elmi işçisi, tex.e.n.

    Ekonometrika kaf.-nın dosenti.

    P.S. Fürsətdən istifadə edib bütün UNEC ailəsinin İlaxır Çərşənbəsini təbrik edirik.
    Uğurlar qismətiniz olsun…

  2. Hörmətli Sərdar müəllim!
    Ətraflı yazınıza və izahınıza görə təşəkkürlərimi bildirirəm.

    Mən də bu Qış Təlimləri ilə bağlı fikirlərimi ifadə etmək istəyirəm. Bu tip layihələrin ən önəmli nəticələrindən biri fikrimcə, birgə çalışanların bir-birini daha yaxşı tanıması, yəni sosiallaşmanın güclənməsi, sosial aktivliyin artması və fikir mübadilələrinin yaranmasıdır. Bunların hər üçü bir qurumun inkişaf etməsi və uğur qazanması üçün çox mühümdür. İstər bir qurumda çalışan insanların bir birini tanıması, istər onların sosial aktivliyi, istərsə də fikir mübadiləsi. Fikir mübadiləsi və müzakirələ şübhəsiz ki, inkişafın təməllərindən hesab olunurlar.
    Nəsillər arasında fikir mübadiləsinin olması isə ayrıca önəm daşıyır. Bu yeni dövrə tranformasiyanı asanlaşdırır. Ona görə də bu bu təlimdə kollektivlə bağlı bu qəanətədəyəm ki, bu bizlər üçün fikir mübadiləmizin genişlənməsinə, bir-birimizi daha yaxşı tanımağa yardımçı oldu.

    Digər bir məsələ isə xarici təlimçilər və onlarla birgə bizim reallaşdırdığımız aktivitelər. Bir millət olaraq, biz bugün bir çox millətdən inkişafda geri qalsaq da, fərd olaraq özünü inkişaf etdirən xeyli insanımız var. Digər inkişaf etmiş millətlərinin nümayəndələri ilə belə layihə və fikir mübadiləsi həm onlara həm bizə faydalıdır. Biz qruplara bölünərək ayrı ayrılıqda müxtəlif mövzular üzrə diskusiyalar təşkil etdik. Tədrisin təşkil olunması ilə bağlı işlərimiz oldu. Fikrimcə, bizlər də təcrübə və fikirlərimizi ifadə etdik. Xarici təlimçilər də bununla bağlı fikirlərini tam ifadə etdilər. Nəticədə hər iki tərəf fayda əldə etdi. Bu tip layihələr win-to-win, yəni qazan-qazan prinsipi ilə həyata keçirilir.

    Yekun fikir olaraq, onu bildirim ki, mən öz adıma bu diskusiyalardan faydalandım. Bildiklərimiz və bilmədiklərimizin hamısını bir yerə toplasaq, yekunda faydalı bir cəm alındığını gördük. Qloballaşan dünyada müxtəlif millətlərlə fikir mübadiləsi aparmaq isə, ayrıca fayda verir. Bugün təhsil də qloballaşıb, əgər bu qloballaşmadan kənar qalsaq, o zaman biz itirən olarıq.

    Sonda hər kəsə hörmətlərimi ifadə edirəm!

    • Hörmətli Təhmasib m.,

      maraqlı və müxtəlif istiqamətli fikirlərinizə görə sizə təşəkkürümüzü bildiririk. Cavan və xarici təcrübəsi olan yoldaşların müəllim kimi UNEC-ə cəlb edilməsi strateji baxımından uzaqgörən bir gedişdir. Biz sizin kimi gənclərimizlə qürur duyuruq. Təlimdə iştirak edən digər gənc və istedalı əməkdaşların da hər biri UNEC-in gələcəyinə ümidlərimizi artırır. Yalnız irəli… Xoşbəxt olun.

  3. Sərdar müəllim, təşəkkür edirəm!
    Bizim elmin inkişafı üçün yeni nəslin iştirakı və yeni bilgilərin istifadə olunması mütləqdir. Burada xüsusilə də “Knowledge Spillovers” məsələsinə diqqət çəkmək istəyirəm. Bilginin Yayılması elm adamları vasitəsilə baş verir təbii ki. Eyni zamanda bir öncəki nəsillərlər sonrakı nəsillər arasında bir elm körpüsü yaradır bu yayılım.

    Uğurlar arzu edirəm sizə!

  4. Təhmasib m., maraqlı fikirlərinizə görə sizə təşəkkür edirəm.

    Qeyd. Bilgilərin yayılması həm elm adamlarının bilavasitə ünsiyyəti ilə (konfranslar, təlimlər, simpoziumıar, birgə layihələr), həm də dolayı yolla elmi jurnallar, kitablar vasitəsi ilə reallaşdırılır.

    – Hörmətlə Sərdar Şabanov

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Skip to toolbar