Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Bank and insurance
International Economics
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Macroeconomic analysis
Financial markets
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Petroleum
Transport
Transport
Qender
Entrepreneurship
Sənaye
Turizm
Taxes and duties
Домохозяйства
Economic education
USD 1.7000, EUR 1.9658, TRY 0.3578, RUB 0.0267, CNY 0.2618, GEL 0.6914, GBP 2.2363, IRR 0.0040, JPY 1.5366, XAU 2151.7580, XAG 27.6156, XPT 1469.0550, XPD 1640.0665
(Azərbaycan) Ağır sənayenin regional bazarda payının artırılması potensialı
October 31, 2017
0
Ağır sənayei.e.n.,dos.Ə.V.Hacıyev

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində” 2020-ci ilədək ağır sənaye və maşınqayırma sektoruna strateji baxış aşağı və orta dəyər məhsulları seqmentində ağır sənaye və maşınqayırma müəssisələrinin daxili iri istehlakçıların ehtiyaclarının daha böyük hissəsini ödəmələrinə nail olmaq, regional bazarda Azərbaycan məhsullarının payını artırmaqdır.

Bu dövrdə strateji baxışa uyğun olaraq cari dəyər zənciri boyu ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün ağır sənaye və maşınqayırma sahəsi iqtisadiyyatın təməl sütunlarından birinə çevriləcəkdir. 2020-ci ilədək bu məqsədlərə nail olmaq üçün nəzərdə tutulmuş ilkin aralıq hədəflər aşağıdakı kimi müəyyən edilmişdir:

– ağır sənaye sahəsində əmək məhsuldarlığının 20 faizədək artırılması;

– məhsul istehsalında zay məhsul istehsalının 17 faiz azaldılması;

– 2020-ci ilədək fəaliyyət göstərməyən ən azı 5 müəssisənin işə salınması və rəqabət qabiliyyəti zəif olan 10 müəssisənin istehsal yönümünün dəyişdirilməsinə nail olunması;

Regional bazarda Azərbaycan məhsullarının payının artırılması üçün aşağıdakı strateji hədəflər müəyyən olunmuşdur:mövcud aktivlərin optimallaşdırılması, rəqabətədavamlı sektorun yaradılması və maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.

Bunların içərisində rəqabətədavamlı sektorun yaradılmasının əhəmiyyətini xüsusi olaraq vurğulamaq lazımdır.  Çünki, rəqabətədavamlı sektorun yaradılması hədəfi regional təlabat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması,ixrac potensialının artırılması və  idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi ilə bilavasitə əlaqədardır.

Hazırda beynəlxalq təmayüllərlə müqayisədə, Azərbaycanın ağır sənaye və maşınqayırma sahəsində mövcud olan imkanlarının reallaşdırılması üçün daha intensiv tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiq hesab edilir. Nəzərə alınmalıdır ki, qabaqcıl ölkələr artıq yeni “Sənaye 4.0” mərhələsinə daxil olmuşlar. Bu sahəyə investisiya qoyuluşunun daha da artırılması, texnoloji avadanlıq və istehsal proseslərinin yenilənməsi, əmək məhsuldarlığının artırılması, həmçinin ümumi satışda innovativ məhsulların payının beynəlxalq göstəricilər səviyyəsinə qaldırılması aktualdır.

Azərbaycanın ağır sənaye və maşınqayırma sahəsi regional dəyər zəncirlərində qismən iştirak etdiyinə görə, regional bazarlara ixrac həcmi yüksək deyildir. Ölkənin ilk növbədə dəyər zəncirinin hansı seqmentlərinə inteqrasiya edilməsini müəyyənləşdirərkən bazarın cəlbediciliyi, rəqabətədavamlılıq və rentabellilik kimi amillər rəhbər tutulmalıdır. Digər tərəfdən, ölkə sənayesinin mövcud potensialı, qeyd olunan malları qısa zamanda istehsal edəbilmə imkanları nəzərə alınmalıdır.

Dəyər zəncirində iştirak üçün regional tələb həcmi və rəqabətqabiliyyətliliyi yüksək olan sektorlar üzərində mərkəzləşmə, beynəlxalq təcrübəyə əsasən, daha münasib strategiya hesab edilir. Əlavə dəyəri yüksək hesab edilən premium mallara ölkənin yerləşdiyi region nöqteyi-nəzərindən xüsusi növ polad, maşın və avtomobil, ehtiyat hissələr, yarımfabrikatlar, nəqliyyat avadanlıqları, kompressorlar, nasos, kran, klapan hissələri kimi malları aid etmək mümkündür. Bu məhsulların böyük həcmdə keyfiyyətli istehsalı üçün ölkə sənayesində mövcud potensial qiymətləndiriləcək və müvafiq tədbirlər nəzərdən keçiriləcəkdir

Azərbaycanda regional tələbin və rəqabətədavamlılıq səviyyəsinin yüksək olduğu sektorlar qlobal dəyər zəncirində regiona fokuslaşmaqla iştirak etmək imkanına malikdir. Rəqabətədavamlı məhsul istehsal etmək üçün diqqət, ilk növbədə, çox tələb olunan spesifik məhsulların (məsələn, xüsusi növ polad) və spesifik yarımfabrikatların (məsələn, maşınqayırma və avtomobil hissələrinin) dəyər zəncirində iştirakına yönəldilə bilər. Nəqliyyat maşınqayırması və digər ağır sənaye məhsullarına regionda (məsələn, Rusiyada, Türkiyədə, Gürcüstanda, Qazaxıstanda və s.) böyük tələbat vardır.

Əlbəttə ki, qlobal elmi tədqiqat məhsullarının dəyər zəncirində iştirak üçün də imkanlar vardır. Burada əsas prioritet Azərbaycanın qlobal dəyər zəncirinə inteqrasiyasının təmin edilməsi və bu zaman əsas diqqətin yarımfabrikatların və hazır məhsulların, o cümlədən nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin istehsalına yönəldilməsidir. Eyni zamanda, region ölkələrinə ixrac məqsədləri üçün yerli istehsalın miqyası genişləndirilə bilər ki, buna da, ilk növbədə, güclü yerli təsərrüfat subyektlərinin formalaşdırılması vasitəsilə başlana bilər. Uzunmüddətli perspektivdə qlobal miqyaslı elmi tədqiqat məhsullarının istehsalı həyata keçirilə bilər.

Ağır sənaye və maşınqayırmanın regional bazarda payının artması potensialının reallaşdırılması üçün ixrac perspektivi olan malların siyahısının hazırlanması və təhlillər aparılması zəruridir.

Daxili imkanların və regional bazarın təhlili nəticəsində, əsaslandırmada sözügedən mallar daxil olmaqla, ölkədə istehsal edilə biləcək, əlavə dəyər zəncirində nisbətən yüksək yer tutan və regional rəqabət qabiliyyətinə malik malların ümumi siyahısı hazırlanacaqdır. Hazırlanmış siyahı üzrə Azərbaycanda rəqabətli şəkildə istehsal edilə biləcək məhsullar (məsələn, yerli xammal hesabına və yüksək texnologiya tələb etmədən istehsal oluna bilən məhsullar) müəyyənləşdiriləcəkdir. Bu növ məhsullara nümunə kimi boruları, klapanları, nasosları və kompressorları göstərmək olar.

İdxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi də öz növbəsində ağır sənayenin regional bazarda payının artırılmasının mühüm prioritetlərindəndir. Buna görə də Azərbaycanda yerli tələbata əsaslanan yanaşma işlənib hazırlanmaqla əsas diqqət yarımfabrikatların (aralıq məhsulların) və son istehlak məhsullarının istehsalına yönəldiləcəkdir. Statistik məlumatlara əsasən, 2014-cü ildə ağır sənaye və maşınqayırma məhsulları üzrə 4 milyard 300 milyon manat həcmində yerli tələbat idxal hesabına təmin edilmişdir. İdxal olunan sənaye maşın və avadanlıqlarının dəyəri 800 milyon ABŞ dollarına bərabər olmuşdur.Daha ətraflı təhlil predmeti olacaq məhsullara aşağıdakıları misal göstərmək olar: qızıl, maşın hissələri, nasos və kompressorlar, borular üçün klapan və digər cihazlar, boru və borucuqlar, yayma məmulatları (prokatlar), elektrik maşın və avadanlıqları, onların hissələri.

İdxalın yerli istehsalla əvəzlənməsi yerli rəqabətədavamlı şirkətlərə dəyər zəncirinə şaquli inteqrasiya üçün tələb olunan investisiya yatırımlarını həyata keçirə bilmələrindən ötrü kreditlərin verilməsi, məhsul portfelinin tərkibinin genişləndirilməsi, şaquli inteqrasiya məqsədilə seçilmiş sektorlara mütəxəssislərin cəlb edilməsinə maliyyə vəsaitinin ayrılması, yerli istehsala xarici birbaşa investisiyaların cəlb edilməsi yolu ilə təmin olunacaqdır.

Azərbaycanın dəyər zəncirində iştirakına dəstək ola biləcək digər tədbirlərə məhsullar və sektorlar üzrə hərtərəfli qiymətləndirmə aparılması, seçilmiş ilkin pilot sektorların və layihələrin müəyyən edilməsi, kreditlərin restrukturizasiyası və ya stimullaşdırılması məqsədilə maliyyə mexanizmlərinin təklif olunması, ixtisaslı kadrların cəlb edilməsi istiqamətində tədbirlər görülməsi (məsələn, iş vizası tələblərinin azaldılması) aid ola bilər.

Azərbaycanda ağır sənaye və maşınqayırma müəssisələri idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi baxımından güclü imkanlara malikdir. Bu baxımdan “İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 sentyabr tarixli 1046 nömrəli Fərmanı yerli maşınqayırma məhsullarına tələbatın artmasına ciddi təsir göstərəcəkdir.

Bununla belə, 2015-ci ildə ölkəyə idxal olunan bütün mal və məhsulların təqribən 57 faizi qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri olmuşdur. Həmçinin, neft maşınqayırması ilə əlaqədar avadanlıq, modul və komponentlərin əksər hissəsi idxal edilir.

Eləcədə tekstil istehsalı avadanlığı, çap maşınları, yeyinti və qablaşdırma avadanlığı, ağac emalı avadanlığı, mal və material yükləmə avadanlığı ölkəyə idxal edilən maşın və avadanlıqların strukturunda üstünlük təşkil edir. Tikinti materialları, tikinti maşın və avadanlığı, mədən maşın və avadanlığı, nasos və kompressorlar, mal və material yükləmə avadanlığı və ya onların tərkib hissələrinin və komponentlərinin yerli istehsalla əvəz edilməsi ilkin mərhələdə daha perspektivli görünür.

Ölkə iqtisadiyyatında əhəmiyyətli payını, eləcə də ağır sənaye və maşınqayırma məhsullarından asılılığını nəzərə alaraq, təhlil edilmiş mal kateqoriyaları üzrə dörd sektor – mədənçıxarma (ilk növbədə neft-qaz sektoru), kənd təsərrüfatı, dövlətin nəzarətində olan təbii inhisarlar və müdafiə sənayesi – 2020-ci ilədək olan dövrdə ağır sənaye və maşınqayırmada istehsalın lokomotivi qismində çıxış edə bilər.

Hazırda neft və qaz sənayesinin dəyər zəncirində xeyli ağır sənaye və maşınqayırma məhsulundan istifadə olunur . Onlardan bəzilərinin, məsələn, buruq, nasos, kompressor, daşıma və emal üçün maşın və avadanlıqların Azərbaycanda istehsal olunmasına baxmayaraq, neft-qaz sektorunun dəyər zəncirinin bütün seqmentlərində yerli istehsalın iştirakının genişləndirilməsi üçün potensial mövcuddur. Elektrik maşın və avadanlıqları istehsalı sahəsində də oxşar vəziyyət mövcuddur. Ötürücü və paylama sisteminin təşkilində Azərbaycanın müəyyən maşın və avadanlıqları iştirak edir, lakin elektrik enerjisinin istehsalı və pərakəndə satış mərhələlərində də ölkənin milli maşın və avadanlıqla iştirak potensialı vardır.

Bununla belə, ölkədə inkişaf etmiş neft-qaz sektoru kimi iri təchizatçının olmasına baxmayaraq, maşınqayırma sektorunun daha da inkişafı üçün potensial imkanlar mövcuddur. Ölkənin neft-qaz sahəsində fəaliyyət göstərən transmilli şirkətlərin yerlimaşınqayırma məhsullarının istehsalçıları ilə istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara və bununla da təchizat tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə birgə əməkdaşlıq səylərini və əlaqələndirməni həyata keçirməsi bu sahədə olan məsələlərin həllinə əhəmiyyətli dərəcədə kömək edə bilər. Yerli məhsulların imici və sifarişçilər arasında tanınması da yeni tələblər nəzərə alınmaqla həyata keçirilməlidir. Eyni zamanda, yerli müəssisələrin əksəriyyəti yüksək texnoloji həll tələb edən kompleks avadanlıq istehsalını da yetərli səviyyədə mənimsəməlidirlər.

Beləliklə aparılmış təhlil göstərir ki, ağır sənayenin regional bazarda payının, artması potensialının reallaşdırılması üçün öncə

İdxalı yerli istehsalla əvəzlənə bilən məhsulların müəyyən edilməsi;

Milli kontentin normativ bazasının gücləndirilməsi;

Maşın və avadanlıq, qoşqu və yarımqoşqular, elektrik avadanlığı və digər nəqliyyat vasitələri istehsalı üzrə sahəvi işçi qrupların yaradılması və fəaliyyətinin təmin edilməsi;

Neft maşınqayırması sahəsində birgə istehsal sahələrinin yaradılması;

Müdafiə sənayesi sahəsində birgə istehsal güclərinin yaradılması zəruridir.

Qeyd edilən tədbirlərin tam həcmdə icrasının 2020-ci ildə real ÜDM-in 145 milyon manat artmasına və 5700 yeni iş yerinin açılmasına səbəb olacağı proqnozlaşdırılır.

(Azərbaycan) Üçüncü nəsil universitet və ya Universitet 3.0 nədir?
Universitet 3.0Universitet 3.0

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Bu gün bütün dünyada ali təhsil qurumlarının yeniləndiyini və onlara qarşı gözləntilərdə dəyişikliklərin olduğunu müşahidə edirik. Bu yenilənməyə müxtəlif faktorlar  təsir etsə də fikrimizcə bunlardan ən mühümü formalaşmaqda olan informasiya cəmiyyəti və iqtisadiyyatıdır. Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid və beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər nəticəsində “informasiya iqtisadiyyatı” nəzəriyyəsinin meydana çıxması  bu yeni ekosistemdə ali təhsilin əhəmiyyətini daha da artmışdır. Bunun əsas səbəbi şübhəsiz ki, yeni sistemdə informasiyanın önəminin daha da artmasıdır.

İnformasiya iqtisadiyyatının üç əsas ünsürü vardır: tədqiqat və işləmə, innovasiya (yenilikçilik) və təşəbbüskarlıq. Bu üç amilin birləşməsi nəticəsində əmələ gələn informasiya iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olmuşdur. Bu isə yeni ekosistemdə universitetlərin sənaye müəssisələri ilə əməkdaşlıq etmələrini məcburiyyət halına gətirmiş, universitetlər və elmi tədqiqat institutları klassik vəzifələrindən əlavə bu yeni vəzifəni yerinə yetirmək üçün bütün tərəfdaşları ilə yeni növ münasibətlər qurmağa başlamasına səbəb olmuşdur. Buna misal olaraq universitetlərdə patentlərin, başqa mənbədən maliyyələşən layihələrin artmasını, texnoparklar və inkubasiya mərkəzlərinin qurulmasını, “informasiyanın kommersiyalaşdırılması” məsələlərinin ön plana çıxmasını göstərə bilərik.

Bütün bu yeniliklər fonunda adət etdiyimiz, ənənəvi universitet tipindən fərqli, yeni bir universitet tipinin formalaşması zərurəti ortaya çıxmış, “üçüncü nəsil universitet” anlayışı təklif edilmiş və bir nəzəriyyə formasında təqdim edilmişdir.

Ümumiyyətlə universitetləri tarixi inkişaf baxımından üç yerə ayırmaq mümkündür. Birinci nəsil universitet – orta əsrlər universiteti, ikinci nəsil universitet – Humboldt[1] tipli, elm təməlli universitet, üçüncü nəsil universitet – son zamanlar müzakirə olunan, qismən təşkil olunan universitetlərdir. İnkişaf etmiş ölkələr sonuncu universitet tipinin yayılması istiqamətində xeyli işlər görmüşlər.

İlk universitetlər ortaq və yeganə nümunə əsasında qurulmamışdır. Avropada ilk universitet olan Baloniya Universitetində (1088-ci il) tələbələri mərkəzdə saxlamış və maliyyə mənbəyi tələbələr olmuşdur. Paris Universiteti (1200-ci il) alimləri mərkəzdə saxlamış və maliyyəsi Kilsə tərəfindən təmin edilmişdir. Oksford Universiteti isə (1096-cı il) Kral və dövlət tərəfindən dəstəklənmiş və maliyyələşdirilirmişdir. Bu univer­sitetlərin daha sonra qurulan universitetlərə nümunə təşkil etdiyini söyləmək mümkündür (Vissema, 2009).

İkinci nəsil universitetlərin ilk nümunəsi olaraq Humbold Universiteti (1810-cu il) göstərilir. Baloniya və Humbold Universitetlərinin yaranması arasındakı yeddi yüz il müddət ərzində Avropanın fəlsəfə, təbii elmlər və texnologiya sahələrində sürətlə inkişaf etdiyini, intibah, islahat, əks-islahat hərəkatlarının yaşandığını və nəhayət Maarifçilik dövrünün, sənayeləşmənin və kapitalizmin başladığını müşahidə edirik.

Universitetlərin yuxarıda sadalanan təsnifatını həyata keçirən Prof. Dr. J.G. Vissemanın fikrincə müasir dövrdə universitetlərdən maliyyə mənbəyi yaratmaq və təşəbbüskar olmaq tələb olunur. İkinci nəsil universitetlərlə müqayisədə üçüncü nəsil universitetlərin fərqləndirici xüsusiyyətləri ətraf aləmi kəşf etməkdən daha çox dəyər yaratmada rol oynamaq; tək bir elm sahəsi istiqamətində araşdırma aparmaq əvəzinə fənlərarası araşdırmalara üstünlük vermək; elm insanından daha çox təşəbbüskar insan yetişdirmək, təhsil və ümumbəşəri düşüncə tərzinə malik idarəetmə sisteminə malik omaqdır.

Üçüncü nəsil universitetlərin müzakirə edildiyi indiki vaxtda, universitet bir təşkilat olaraq öz gələcəyini, yeni ictimai amilləri düzgün analiz edilməsi ilə zəmanət altına ala bilər. Müasir universitetlərin yenilənmə məcburiyyətinə təsir edən faktorları aşağıdakı kimi qruplaşdıra bilərik (Vissema, 2009: 21-29):

  1. Ali təhsilin ictimailəşməsi,
  2. Qloballaşma,
  3. Fənlərarası araşdırmaların vacibliyinin artması,
  4. Araşdırmanın əsas informasiya istehsalı modeli olaraq yayılması,
  5. Xərclərin artması,
  6. Universitetxarici sektorların informasiya əsrində müstəqil olaraq ortaya çıxması,
  7. Fərdiliyin, yenilik və təşəbbüskarlıq kontekstində güclənməsi,
  8. Professional idarə etməyə duyulan ehtiyacın artması.

 

Universitet 3.0

Universitet 3.0

Formalaşması və inkişafı bir növ zərurət olan yeni nəsil universitetlər bizim fikrimizcə sadəcə müəyyən ixtisasa yiyələnmiş məzunlar deyil, üzvü olduğu cəmiyyətin tarixi təcrübələrinə və milli-mənəvi dəyərlərinə sahib çıxmaq şərti ilə bütün insanlığa faydalı olacaq məzunlar yetişdirməlidir. Bu isə ümumilikdə universitet anlayışının yenilənməsini tələb edir. Çünki, sənaye inqilabının və sənaye cəmiyyətinin tələblərinə uyğun olaraq təşkil edilmiş universitet tipi ilə postindustrial (sənaye sonrası) cəmiyyətin tələblərinə cavab vermək mümkün deyildir. Ali məktəb tələblərinin diplom almaqdan, ali təhsil qurumlarının isə məzun sayını artırmaqdan daha böyük bir “dərd”ləri olmazsa cəmiyyətdə ictimai məsuliyyət yavaş-yavaş yox olmağa başlayar ki, bu da arzuedilməz problemlərlə nəticələnər.

Sevindirici haldır ki,  ADAU-da son illərdə müasir dünyanın tələblərinə uyğun kadr hazırlanması istiqamətində bir çox addımlar atılmış, xırda və iri miqyaslı layihələr həyata keçirilmişdir. Tələblərə təşəbbüskarlıq qabiliyyətinin aşılanması məqsədi ilə Azərbaycanda ilk dəfə “Təşəbbüs və işgüzarlıq” adlı fənn təsis edilərək “Menecment” və “Marketinq” ixtisaslarında təhsil alan üçüncü kurs tələbələrinə tədris edilməyə başlanmışdır. Bundan başqa, tələbələrin komandada işləmək, öz üzərinə məsuliyyət götürmək və müxtəlif layihələrdə iştirak edərək praktik qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə Tələbə Elmi Cəmiyyətinin (TEC) nəzdində müxtəlif tələbə klubları yaradılmışdır. Professor-müəllim heyətinin və tələbələrin öz ideyalarını məhsula çevirərək bazara çıxara bilməyi üçün çox vacib şərt olan “Aqrobiznes İnkubatoru”nun yaradılması üçün layihə işlənmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilmişdir. Biz inanırıq ki, atılmış ilkin addımlar tezliklə öz bəhrəsini verəcək.

[1] Vilhelm fon Humboldt – (22 İyun 1767, Potsdam- 8 Aprel 1835, Tegel) Alman filosof, dilçi və dövlət adamı. Berlin Universitetinin qurucularındandır(bugünkü Humboldt-Universitätzu Berlin)

WISSEMA, Johan Gooitzen, (2009) Üçüncü Kuşak Üniversitelere Doğru, Çev.:Özyeğin Üniversitesi, Özyeğin Üniversitesi Yayınları, İstanbul,2009.

(Azərbaycan) Təşəbbüskarlıq anlayışı və təşəbbüskarlığın təşviqi

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Ümumi mənada təşəbbüskarlıq anlayışına müəssisənin yaradılması, ehtiyatların toplanması və təsisi və fürsətlərin qiymətləndirilməsi üçün bir təşkilati quruluşun qurulması daxildir. Başqa sözlə təşəbbüskarlıq, təşkilatın yaradılması üçün edilən işlər ilə başlayır və qurulan müəssisənin (təşkilatın) öz özünü idarə edə bildiyi mərhələyə gəldikdə ya da uğursuz olduğu zaman isə sona çatar. Bu çərçivədə, təşəbbüskar fərdi ya da komanda olaraq, fürsətləri diaqnoz edib, bunun üçün lazım olan resursları yığıb təşkilatı quran və davam etdirmə mərhələsinə gətirən şəxslər olaraq təyin oluna bilər.

Avstriyalı iqtisadçı Jozef Şhumpeter təşəbbüskarlığı iqtisadi nəzəriyyəsinin təməllərini atmışdır. Şhumpeterin çıxış nöqtəsi iqtisadiyyatın bir sistem olduğu lakin, dəyişikliyin neo-klassiklərin dediyi kimi xaricdən deyil daxildən gəldiyi fərziyyəsidir. Bu daxili dəyişikliyin reallaşmasını təmin edən isə təşəbbüskarların şəxsən özləridir. Şhumpeter, Theory of Economic Development adlı əsərində, “təşəbbüskar ruhlu yeni firmaların daha az yenilikçi olanları yerlərindən edərək, yəni bir yaradıcı məhvetməyə (creative destruction) səbəb olaraq iqtisadi inkişafın sürətini artırdığı” fikrini müdafiə etmişdir.

Theory of Economic Development ile ilgili görsel sonucu

Şhumpeter Capitalism and Democracy adlı əsərində isə, böyük və sümükləşmiş şirkətlərin dəyişiklə mübarizə apardıqları üçün, təşəbbüskarların yeni firmalar qurub yenilikçi fəaliyyətin artmasına səbəb olduğunu ifadə etmişdir. Şchumpeterin fikrincə, təşəbbüskarların vəzifəsi, bir kəşfi və ya daha kütləvi şəkildə tətbiq olunmamış bir texnoloji yeniliyi istifadə edərək, yeni bir ticarət məhsul ortaya çıxarmaq, ya da mövcud bir məhsulu yeni bir şəkildə istehsalı üçün istehsal formasında islahata getmək və ya yeniləməkdir.

Şchumpeterin tərifində təşəbbüskarlıq yenilik etməyi ehtiva etdiyi üçün təşəbbüskar adı mütəmadi olaraq davam edən bir status deyil. Təşəbbüskar yalnız yenilik edirsə təşəbbüskardır. Başqa sözlə, təşəbbüskarlıq bir anlayış və davranış formasıdır. Bu tərifə görə, hər qurucu ya da professional idarəçi təşəbbüskar deyil, amma, yenilik edən hər qurucu və ya professional idarəçi təşəbbüskardır. Bu tərifə əsasən təşəbbüskarlar fürsətləri istifadə edən və yenilik edəndir, ona görə də təşəbbüskarlar yalnız yeni şirkət quranlar deyildir. Bu səbəbdən firmadaki istənlən işçi də yenilik edərək təşəbbüskar ola bilər. Bu cür təşəbbüskarlar “təşkilatdaxili təşəbbüskar” (intrapreneur) adlanır. Bu mənada təşəbbüskarlıq bir növ, mövcud qaynaqlardan kənarda da imkanların axtarılmasını tələb edən idarəetmədir. Təşəbbüskarlar, imkanları diaqnoz edər, lazım olan resursları bir araya gətirər, praktik bir hərəkət planı tətbiq edər və nəticələrini müəyyən bir zamanda və elastik bir şəkildə əldə edər. Nəticə olaraq təşəbbüskarlıq, yenilikçi dəyişikliyi təşviq edən bir fəaliyyətlərdir. Buna görə də təşəbbüskarlığın inkişafının dəstəklənməsi məsələsi dövlət üçün hər zaman mühüm məsələlərdən biridir.

Təşəbbüskarlığın və innovasiyanın iqtisadi böyüməyə müsbət töhfə verdiyi aparılan elmi araşdırmalarla sübut edilmişdir. Bu araşdırmalarda, yenilikdəki artımın iş qurma və iş ləğvetmə dərəcələrində artımla düz mütənasib olduğu müəyyən olunmuşdur. Amerikada Birçin araşdırması, yeni yaradılan məşğulluğun 80% -inin kiçik müəssisələr tərəfindən təmin edildiyi və əsasən kiçik müəssisələrin Amerika iqtisadiyyatının mühərriki olduğunu ortaya çıxarmışdır. Digər tərəfdən, Baldvin, bazara yeni girən müəssisələrin yenilikçi bir davranış mənimsədikləri və yeni müəssisələrin istehlakçılara mütəmadi yeni məhsullar və yüksək keyfiyyətdə xidmət təqdim edərək yenilikdə iştirak etdiyini müəyyən etmişdir. Audretsch və Thurik araşdırmalarında, yenilik nəzəriyyələrinin hədəfinin müəssisə deyil, təşəbbüskar olması lazım olduğunu vurğulamışdır. Audretsch və Thurik müasir iqtisadiyyatın, tədqiqat və işləmə, təşəbbüs sərmayəsinin və yeni müəssisə qurulmasının təşviq edilməsi vasitəsiylə informasiyanın kommersiyalaşdırılmasına əsaslandığı fikrini müdafiə etmişdir. Bu çərçivədə, yeni qurulmuş müəssisələrə maliyyə təmin edilməkdə, universitet və ictimai araşdırma təşkilatlarında yeni firmalar qurulması dəstəklənir, yeni qurulan yüksək texnologiya firmalarına maliyyə təmin edilməsi üçün yeni səhm bazarları yaradılır.

Belə ki, bir çox dövlətlər təşəbbüskarlığı dəstəkləyəcək və qoruyacaq bəzi tədbirlər həyata keçirir. Əslində bazar iqtisadiyyatının əsas şərtlərindən biri də təşəbbüs azadlığı, yəni bazara daxilolma və bazardan çıxış sərbəstliyidir. Dövlətin kiçik və orta biznes sektoruna dəstək verərək etdiyi müdaxilələrin təməlində, kiçik müəssisələrin bazardakı əlverişsiz vəziyyətindən qaynaqlanan bazar uyğunsuzluğunun (market failure) azaldılması fikri dayanır. Riayət edilməli olan inzibati şərtlərin, öhdəliklərin azaldılaraq bazar şərtlərinin daha bərabər bir quruluşa gətirilməsi və kiçik müəssisələrin performans və rəqabət güclərinin artırılması məqsədini daşıyır.

Təşəbbüskarlıq ilk növbədə, iş yeri yaradılması və böyümədə iştirak etməsi səbəbiylə təşviq edilir. Dövrümüzdə yeni işlərin əksəriyyəti, böyük firmalardan çox yeni və kiçik firmalar tərəfindən yaradılır və bu meyl get-gedə güclənir. Təşəbbüskarlıq nisbətlərində daha böyük artım göstərən ölkələr, işsizlik nisbətində də böyük azalmaya nail olurlar. 1990-cı illər ərzində, sürətlə böyüyən firmalar məşğulluq yaradılması prosesində mühüm töhfələr vermişdir. ÜDM-dəki artım bir çox başqa faktordan təsirlənsə də, araşdırmalar, təşəbbüskarlığı iqtisadi böyüməyə müsbət bir töhfə olduğunu göstərir. Təşəbbüskarlıq, inkişafdan geri qalmış bölgələrdə ictimai və iqtisadi uyğunlaşmanın gücləndirilməsinə, iqtisadi fəaliyyətlərin canlanmasına və iş yerlərinin yaradılmasına və ya işsiz yaxud, əlilliyi olan insanların iş həyatına inteqrasiyasına da öz töhfəsini verə bilər.

İkincisi, təşəbbüskarlıq rəqabət mühitinin təmin edilməsinə töhfə verdiyi üçün təşviq edilir. İstər yeni bir firma qurmaq, istər mövcud bir firmanı yenidən qurmaq (məsələn, müəssisənin başqa birinə verilməsindən sonra) yolundakı yeni təşəbbüslər məhsuldarlığı yüksəldir. Bu cür cəhdlər rəqabət təzyiqini artıraraq digər firmaları fəaliyyətlərini yaxşılaşdırmağa və ya yeniliklərə getməyə məcbur edir. Firmaların artan gücü və gətirdikləri yeniliklər, bütünlüklə iqtisadiyyatın rəqabət gücünü artırır. Bu proses, daha çox seçim imkanı yaradır və daha aşağı qiymətlərlə istehlakçılara də fayda verir.

Üçüncü olaraq, təşəbbüskarlıq insanlara öz potensialına həyata keçirməyə imkanını verdiyi üçün təşviq edilir. İşləmək pul qazanmanın yeganə yolu deyil. İnsanların peşə və iş seçimi prosesində təhlükəsizlik, müstəqillik, görülən işlərin müxtəlifliyi və işə maraq kimi başqa meyarlar də rol oynayır. Təşəbbüskar olmaq bu şəxslərə, özlərinə daha yaxşı bir mövqe yaratma imkanını verə bilir.

  1. Reynolds, təşəbbüskarlığın təşviq edilməsi üçün üç yol təklif edir:

Birinci üsul, uyğun çərçivə şərtlərinin hazırlanmasıdır. İqtisadi fəaliyyətin cərəyan edəcəyi təşkilati qaydaların təmin edilməsi, təşəbbüskarlıq siyasətinin əsas ünsürüdür. Təşəbbüskarlıq üçün sabit bir makroiqtisadi mühit və yaxşı işləyən bir bazar sistemi yaradacaq struktur siyasət lazımlıdır. Dövlət, rəqabətli bazar, təşəbbüs sərmayəsi bazarı daxil olmaqla yaxşı işləyən bir sərmayə bazarı, elastik əmək bazarları yaratmalı, müəssisələrin məruz qaldığı ağır inzibati tənzimləmələri sadələşdirməli və firmanın bağlanması və iflasından qaynaqlanan xərcləri azaltmalıdır.

İkinci yol isə, təşəbbüskarlığı dəstəkləyən ictimai davranışların təşviq edilməsidir. Ölkənin ictimai ünsürləri o ölkənin təşəbbüskarlıq səviyyəsinə təsir edir. Əməkdaşlığa açıq cəmiyyətlərdə, təşəbbüskarlıq daha rahat inkişaf edir və təhsil sayəsində təşəbbüskarlığa istiqamətlənmiş müsbət fəaliyyətlər həyata keçirilə bilir.

Üçüncü olaraq da yaxşı hazırlanmış dövlət proqramları da təşəbbüskarlığı təşviq etmək mövzusunda təsirli olur. Proqramlar, ölkə səviyyəsində və regional səviyyədə ünsürlərin cəmindən meydana gələr. Parça-parça və fərqli sahələrə xitab edən proqramların əvəzinə maliyyə proqramları, təhsil xidmətləri, biznes inkubatorları, elm parkları, iş şəbəkələri, çoxluq (cluster) proqramlarını ehtiva edən daha inteqrasiyalı proqramların inkişaf etdirilməsi daha faydalı olardı. Təşəbbüskarlıq üçün daha sağlam bir mühit yaradıla bilməsi üçün, yerli təşəbbüskarlıq siyasətinin yerinə bir-biriylə qarşılıqlı əlaqədə olan, müxtəlif ünsürlərin bir yerdə olduğu daha əhatəli yanaşmaya sahib bir təşəbbüskarlıq siyasəti yürüdülməlidir.

İzlənilə biləcək spesifik strategiyalara nümunə olaraq aşağıdakılar göstərilə bilər: Mediandan istifadə edərək uğurlu biznes, iş adamı və məhsul profillərini tanıtmaq, yerli iqtisadiyyatın bütün sektorlarında uğurlu təşəbbüskarlar ilə müsahibə proqramı hazırlamaq, 18-25 yaşlarında gənclərin oxuyacağı və təşəbbüskarlıq üçün lazım olan xüsusi bacarıqları qazanacağı bir Təşəbbüs Kolleci qurmaq, təşəbbüskarlıq təcrübə proqramları təşkil edib, şagirdləri müvəffəqiyyətli yerli təşəbbüskarlarla bir araya gətirmək, kiçik biznes yay məktəbləri qurub, kiçik biznesin idarə edilməsi sahəsində kurslar təşkil etmək, məktəbləri kiçik biznes inkubatorları olaraq istifadə edib, məktəb mərkəzli bizneslərin qurulmasını və şagirdlərin potensial işlərini qurmasını təmin etmək və yerli ictimai və xüsusi fondları istifadə edərək kiçik təşəbbüs sərmayəsi fondları yaratmaq.

Hökumətlərin təşəbbüskarlığı canlandırmaq və dəstəkləmək üçün görəcəyi tədbirlər əsas olaraq bu başlıqlarda toplana bilər:

Əvvəlcə təşəbbüskar bir düşüncə tərzi yaradılaraq uğurlu təşəbbüskarlar kütləvi formada tanıdılmalı və bu uğurdan, potensial təşəbbüskarların cəsarət almağı təmin edilməlidir. İkincisi, gənc təşəbbüskarlar, qadınlar və işsizlər kimi müəyyən hədəf qrupları təyin olunaraq, bu qruplara istiqamətlənmiş strategiyanın inkişaf etdirilməsi təmin edilməlidir. Üçüncü, təhsil proqramları, kurs və seminarlarla təşəbbüskarlıq təhsilinin verilməsi təmin edilməlidir. Dördüncüsü, inzibati və hüquqi sahələrdə bazara daxil olmaq üçün maneələrinin aradan qaldırılması və biznes qurma prosesinin sadələşdirilməsi təmin edilməlidir. Beşincisi, yeni işə başlayacaq təşəbbüskarlara quruluş mərhələsində məsləhət və biznes planlaşdırma xidmətlərinin verilməsi təmin edilməlidir. Son olaraq da, təşəbbüskarların maliyyələşdirilməsi sahəsində təşəbbüs sərmayəsi və mələk investor kimi müxtəlif sərmayə mənbələrindən istifadə olunması təmin edilməlidir.

Mələk investorlar yenilikçi və uğurlu ola biləcəyinə dair ümid verən təşəbbüskarlıq layihələrinə quruluş ya da ilk mərhələlərdə maliyyə və təşkilati dəstək təmin edən varlı fərdi investorlara deyilir. Mələk investor şəbəkələri də, mələk investorlar və təşəbbüskarlar arasında əlaqələrin qurulması üçün kömək edir.

Ədəbiyyat:

Nazlı Hezar TANRISEVER “Avrupa birliğinde girişimciliğin teşvik edilmesi için izlenen politikalar ve Türkiye’deki Politikalarin Avrupa Birliği uygulamalarina uyumu

Economic Development ile ilgili görsel sonucu

(Azərbaycan) Texno-təşəbbüskarlıq – gələcəyi formalaşdıran fəaliyyət.
texnoloji inkişaf

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Təkərin kəşfindən bu yana bəşəriyyət daima texniki və texnoloji yeniliklər sayəsində irəliləmiş və bu mövcud səviyyəyə çatmışdır. Bu yeniliklər şübhəsiz ki məhz təşəbbüskar insanların zəhmətləri nəticəsində mümkündür. Məlumdur ki, təşəbbüskarın uğurlu olması üçün ilk və ən mühüm şərt, əmtəəyə çevrilmə potensialı yüksək, yeni bir fikrin/məhsulun bazara təqdim edilməsidir. Xüsusilə, təşəbbüskarın işini davam etdirmək üçün əlində böyük miqdarda sərmayə olmadığı nəzərə alındıqda, davamlı inkişafın təmin edilməsi üçün təqdim edilən məhsul/xidmət ya bazarda mövcud olmamalı ya da rəqiblərinə qarşı üstünlük təmin edəcək yeni imkanlarının olmalıdır. Bazar iqtisadiyyatı şəraitində iqtisadi dəyər müəyyən bir ehtiyacın təmin olunması mənasını verir. Əksər hallarda təşəbbüskarın yaratdığı məhsula olan ehtiyac, kəmiyyət və keyfiyyət etibarı ilə fərqli olsa da müəyyən formada qarşılanır. Buna görə də təşəbbüskar, mövcud şablonları dəyişdirəcək yeni yanaşma tərzi inkişaf etdirməlidir. Bir başqa vəziyyət isə bazarda bir ehtiyac və ya tələbat mövcuddur amma buna cavab verəcək əmtəə yoxdur. Bu vəziyyətdə yeni bir “şey” etmək tələb olunur.

Hər iki vəziyyətdə, yeni texnologiyalara əsaslanan təşəbbüskarlığın əhəmiyyəti meydana çıxır. Texnologiya sahəsində müşahidə edilən dəyişikliklər, proqram təminatı sektoru başda olmaqla gen mühəndisliyi, toxuma mühəndisliyi kimi geniş miqyaslı və məşğulluq profilinə malik müxtəlif yeni sənaye sahələrinin ortaya çıxmasını təmin etmişdir. Bu sahələrdə, son 30 ildə elm və texnologiyanın nailiyyətlərinin yarıdan çoxunun, hələ əmtəə halına gəlmədiyini nəzərə alsaq, texno-təşəbbüskarlığın əhəmiyyəti və potensialı daha yaxşı aydın olar. Texnoloji təşəbbüs və ya qısaca texno-təşəbbüs adı verilən proses, yeni texnologiya əsasında həllərdən faydalanaraq iqtisadi dəyər yaratmağı və bundan gəlir əldə etməyi qarşısına hədəf qoyur. Texno-təşəbbüskar öz maraq dairəsinə uyğun hələ aşkar edilməmiş müəyyən ehtiyacın mövcud olmayan bir yolla qarşılanması istiqamətində fəaliyyət göstərir.

Texno-təşəbbüskarlar; qeyri-müəyyənliyi yaşamağa istəkli, dözümlü və sıravi şəxslərə nisbətən gələcəkdəki çətinliklər barəsində daha çox məlumatlı olmalıdır. Dəyişiklik, əksər hallarda əvvəlcədən işarələr verir. Uğurlu texno-təşəbbüskarlar, bu işarələri təsbit etməyi və onlardan faydalanmağı bacarırlar. Onlar, bu cür işarələr vasitəsi ilə işlə bağlı maraqlı qurğular kəşf edirlər. Texno-təşəbbüskar, proqnozlaşdırma və sezmə qabiliyyəti ilə bazar yaratmaq və inkişaf  etdirmək bacarığına sahib, texnologiya yarada bilən və innovasiyanın idarə edilməsi qabiliyyətinə malik təşəbbüskarlardır. Texno-təşəbbüskarların uğurlu olması proqnozların mümkün mərtəbə düzgün və həqiqi olmasından asılıdır. Texno-təşəbbüskarların ucuz texnologiyaya dair təşəbbüskardan fərqli olaraq fəaliyyət göstərmək istədiyi sahədə daha yaxşı ixtisaslaşmış və bu sahədə yaxşı yetişmiş olması vacibdir. Texno-təşəbbüskarlığın ən böyük üstünlüklərindən biri az sərmayə ilə çox yüksək böyümə potensialının olmasıdır. Məsələn, hamımızın yaxından tanıdığı Microsoftun qurucusu və sahibi Bili Gates texno-təşəbbüskara ən yaxşı nümunədir.

Texno-təşəbbüskarlığın inkişaf etdirilməsi üçün mühəndislik ixtisasında təhsil alan tələbələrə öz ixtisası ilə bağlı biliklərlə yanaşı təşəbbüskarlıq barəsində də biliklər  verilməlidir. Təşəbbüskarlıq təhsili proqramında ümumiyyətlə risklərin idarə edilməsi mövzusu da olmalıdır. Texno-təşəbbüskar, qarşılaşdığı iş fürsətini qiymətləndirmək üçün fəaliyyətlərdən ibarət olan bir plana ehtiyac duyur. Buna görə bu istiqamətdə də müəyyən biliklərinin olması vacibdir. Bu fəaliyyətlərə aid vəzifələr iş fürsətinin doğru qavranmasına, iş ortaqlarının doğru şəkildə motivasiya edilməsinə ehtiyac var. Şəriklərə və maraqlı tərəflərə lazım olan motivasiya təmin edilməzsə, onlar imkanlarını nəzərdə tutulan iş sahəsinə yönəltməyə həvəsli olmazlar.

Texno-təşəbbüskarlıq üçün maarifləndirmə ehtiyacı böyük əhəmiyyətə malikdir. Texno-təşəbbüskarlar əvvəlcə texnoloji riskləri boynuna götürmək məcburiyyətində qalır. Bir çox hallarda o zamana qədər təsdiq edilməmiş texnologiyalara əsaslanır. Bəzən bazardakı ehtiyaclardan qaynaqlansa da; əsas diqqəti texnologiya inkişaf etdirməyə yönəltmək lazımdır. Texno-təşəbbüskarların ən ciddi problemlərindən biri də, inkişaf etdirilən həlli laboratoriya mühitindən bazar (sənaye) şərtlərinə yüksəltmək məsələsidir. Bir çox fikir və ya innovasiya, laboratoriya mühitində çox uğurlu görünsə də sənayedə tətbiq edilərkən müxtəlif mənbələrdən qaynaqlanan çox ciddi problemlər yaşa bilir. Bu cür problemlərin yerindəcə həll edilməsi üçün müasir universitetlərdə texnoparklar, aqroparklar və s. yaradılaraq həm yeni fikirlərin sənayeyə tətbiqinə, həm də məhsulun bazarın tələblərinə uyğun olmasına köməklik göstərilir.

İstər təşəbbüskarlıq tədrisi, istər texnoparkların istifadəyə verilməsi ölkəmizdə son bir neçə ildə gündəmə gəlsə də Türkiyədə bu istiqamətdə müəyyən uğurlar əldə edilmişdir. Məsələn: 2014-ci ildə Türkiyədə  ilk dəfə regional səviyyədə aparılan, dünyanın ən geniş miqyaslı təşəbbüskarlıq layihəsi olan və təşəbbüskarlığın iqtisadi böyümə prosesində əhəmiyyətini ortaya qoyan Qlobal Sahibkarlıq Monitoru (Global Entrepreneurship Monitor-GEM) keçirildi. Bu layihə ora daxil olan ölkələr arasında 31 mindən çox insanın iştirakıyla ən çox anket sorğusu edən və 26 bölgə səviyyəsində həyata keçirilən tək layihə olaraq diqqətlə izlənildi. GEM layihəsində 2014-ci il qlobal araşdırmalarda isə dünya əhalisinin təxminən 73%-i, ÜDM-in isə 90%-ni təmsil edən 73 ölkə iştirak etmişdir. Hesabatın bəzi hissələrinə nəzər salaq:

1

Şəkil 1. Potensial təşəbbüskarlar [2. Səh-5].

Hesabatın nəticələrinə görə Türkiyədə təşəbbüskarlıq xüsusiyyətlərinə sahib potensial təşəbbüskar nisbətində son illərdə əhəmiyyətli bir artım olmuşdur. 2013-cü ildə Türkiyədə 18-64 yaş arasındakı  əhalinin  38,63%-i növbəti 6 ay ərzində yeni bir işə başlamaq üçün fürsət meydana gələcəyinə inanarkən, 2014-cü ildə əhalinin bu hissəsinin təşəbbüskarlığa olan inamının 39,8% -ə çatdığı müşahidə edilmişdir. Şübhəsiz ki, bu inamın formalaşmasında KOSGEB-in (Küçük ve Orta Ölçekli İşletmeleri Geliştirme ve Destekleme İdaresi Başkanlığı) rolu böyükdür, bu idarə barəsində növbəti yazılarda məlumat verməyə çalışacam.

Araşdırmalar göstərir ki, qurulan hər yeni müəssisə, öz işini quran şəxsdən başqa orta hesabla 7 nəfərə də məşğulluq imkanı təmin edir. Bu mühüm məşğulluq vasitəsinin düzgün şəkildə istifadə edilməsi, məşğulluq imkanlarını artırmağa və ehtiyatlardan maksimum faydalanmağa imkan verəcək.

Bütün bunları nəzərə alaraq texno-təşəbbüskarlığın inkişafına xüsusi diqqət yetirilməli olduğunu düşünürəm. Bu istiqamətdə ölkəmizdə görülən işlər arasında müxtəlif bölgələrində texnoparkların, sənaye parklarının, aqroparkların, inkubasiya mərkəzlərinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərmək istəyən şəxslərin dövlət tərəfindən dəstəklənməsi  təqdirəlayiqdir. Hesab edirik ki, yaradılan infrastrukturdan arzu olunan formada istifadə edilməsi üçün bütün sahələrdə, o cümlədən mühəndislik sahəsində təşəbbüskar insanların sayının artmasına çalışmaq və bu istiqamətdə müvafiq dərslərin tədrisini təşkil etmək lazımdır.

Ədəbiyyat.

  1. Gürcan Banger – “Teknoloji, Tekno Girişim ve Gelecek”
  2. Türkiye’nin 2014 Küresel Girişimcilik Endeksi Sonuçları
(Azərbaycan) Texnologiya bizim gələcək işimizi və həyatımızı necə dəyişəcək?!
invisage-technology-header

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Fərz edək ki, biz indiki dövrün azyaşlılarıyıq və bizdən gələcəkdə hansı peşə sahibi olacağımızı, hansı sferada çalışacağımızı soruşsalar, yəqin ki, çox az hissəmiz bu suala dəqiq cavab verə bilər. Bizim bu dövrə qədərki 15-20 illik periodda müşahidə etdiyimiz texnoloji inkişaf və dəyişim əslində gələcəkdə hansı dəyişikliklərin baş verəcəyinə bir işarədir. Güman olunur ki, növbəti dəyişim dalğası karyeraları, işləri və iş strukturlarını kökündən, fundamental olaraq dəyişəcəkdir.

Qiymətləndirmələrə və analizlərə uyğun olaraq, deyə bilərik ki, hazırda orta məktəbdə təhsil alan şagirdlərin 65%-i gələcəkdə işləyəcəyi sahələr yeni olacaq və həmin sahələ bugün mövcud deyil.

Gözlənilir ki, 2020-ci ilə qədər əmək bazarındakı dəyişikliklər sürətlənməyə başlayacaqdır. Ofis və admistrativ funksiyalar manufaktura və istehsal rolları ilə birlikdə növbəti 4 il ərzində 6 milyon rol üzərindən dramatik şəkildə azalma müşahidə olunacaqdır. Digər tərəfdən isə, biznes və maliyyə əməliyyatları kompüter və riyazi funksiyaları ilə birlikdə yüksəliş göstərəcəklər.

tt

Süni intellekt, 3D Print, resursların effektiv bölgüsü və istifadəsi, effektiv istehsal və robotlaşma gələcəkdə bizim hazırki dövrdə istifadə etdiyimiz, idarə etdiymiz və inkişaf etdirdiyimiz məhsullar və xidmətlər üsullar üçün əsas faktorlar hesab olunacaqlar. Burada yeni, inkişaf etdirilmiş avtomat istehsal sistemlərinə olan yüksək tələbi nəzərə alaraq, sonuncu ikisi əslində arxtitektura və mühəndislik sahələrində yeni iş yerləri üçün potensiala sahibdirlər.

Dünya İqtisadi Forumunun (World Economic Forum) HR qərar qəbul edənlər arasında apardıqları sorğulara əsasən, onların 44%-i yeni texnologiyaların mümkün edəcəyi uzaqdan işləməyi, birgə işləməyi və telekonfransı əsas prinsipial dəyişiklik kimi dəyərləndirirlər. Bundan başqa, mobil texnologiya və bulud texnologiyası uzaqdan işləməyə və dərhal əldə etməyə təsirləri, inkişafın əsas aparıcı qüvvələri hesab olunurlar. Bu eyni zamanda, internetə əsaslanan xidmət modellərinin sürətlə yayılmasını da mümkün edir.

Bizim gələcək iş yerimiz ənənəvi ofislər olmaya da bilər, iş yerləri bir mərkəzdə yox, bir neçə bir-birilə qarşılıqlı əlaqədə olan yerdə cəmləşə bilərlər. Onlar virtual konfransların, tam və konstant (sabit) əlaqənin və daşınmanın əsasında mövcud olacaqlar.

Bizim iş günlərimiz fundamental şəkildə indikindən fərqlənəcəklər. Əsas baza məlumatlar, məsələn, real zaman ərzində yollar barədə məlumatlar bizim yollara daha az zaman sərf etməyimizə, işə daha tez getməyimizə, son mənzilə daha tez çatmağımıza səbəb olacaqlar. Artıq evdən işləmək texnologiya ilə daha effektiv hala gələcəkdir.

IV Sənaye İnqilabına əsaslanan texnoloji inkişaf köhnə biznes modellərini yox etməyə qadir olacaq, yeniləri ilə əvəzlənməsini təmin edəcəkdir. Bugün biz artıq biz çox sahədə bu əvəzləmələrin ilkin variantlarını görürük və onların da kifayət qədər uğurlu olduğunu müşahidə edirik. Bu inkişaf eyni zamanda sahibkarlığın, biznesin genişlənməsinə, böyüməsinə və tərəqqisinə gətirib çıxaracaqdır, gəlir mənbələrinin diversifikasiyasına səbəb olacaqdır. Real nümunəni misal olaraq göstərsək, deyə bilərik ki, onlayn platforma olan Airbnb özünün bir neçə illik qısa fəaliyyət dövründə artıq dünyanın böyük otel zincirlərinə sahib şirkətlərindən daha çox otaq təklif edir.

Bu dağıdıcı biznes modelləri bizə fundamental olaraq, istər individual olaraq, istərsə də kompaniya olaraq öz biznesimizi kökündən dəyişməyə səbəb olacaqlar. Məsələn, fermerler öz aralarında informasiya mübasiləsini və bilik transferini təmin etməklə, onlar suvarılmada və ya digər işlərində daha da böyük effektivliyə sahib olacaqlar.

Digər çox mühim məqam isə ondan ibarətdir ki, yeni texnologiyalar bizə çox böyük sosial, ictimai problemlərin həllində yardımçı olacaqlar. Bu yeni texnologiyaların əsasında dayanan İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) böyük həcmdə məllumat bazası ilə transformasional güc ilə əlaqədə olaraq, böyük iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində ağıllı sistemələri dəstəkələyə bilərlər. Ağıllı sistemlər evlərin, zavodların və digər müəssisələrin qarşılıqlı əlaqəsi, enerjidən daha effektiv istifadə iqtisadiyyatda bizim bugün üzləşdiyimiz əsas problemlərin və dekarbonizasiyanın həll edilməsi yolunda çox mühim töhfə verəcəkdir. Biz hələ də ayıq-sayıq olmayıq bu mənada. Texnoloji dəyişikliklər olmasa, biz öz gücümüzdən də maksimum effektiv istifadə etməliyik.

 

Təhmasib Əlizadə
UNEC, Beynəlxalq İqtisadiyyat kafedrası
Qeyd: Bu yazı Dünya İqtisadi Forumun paylaşdığı məlumatlara və onların şəxsim tərəfindən tərcüməsinə əsaslanmışdır. Eyni zamanda yazıda bundan əlavə məlumatlar da istifadə edilmişdir.
(Azərbaycan) Azərbaycanda Turizm : Qeyri-neft sektorunun mühüm inkişaf sahəsi
turizm 1

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

.Məlum olduğu kimi Azərbaycan neft ölkəsi kimi dünya iqtisadi bazarında müəyyən söz sahibi kimi hər an özünü doğrultmuşdur. Ölkənin iqtisadi inkişafında davamlılığın təmin olunmasında neft və qaz amilindən asılılığın azaldılması məqsədilə qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişad etdirilməsi zərurətdir. Qeyri-neft sektoru kimi turizm mühüm əhəmiyyətlidir.
Belə ki, ölkəmizin geniş turizm potensialı var, bu da neft amilindən asılılığının azaldılmasında mühüm əhəmiyyət kəsb edir. Dünyada turizmin yüksək inkişaf etdiyi ölkələrin bu sahədə həyata keçirdiyi islahatlara və inkişaf yoluna nəzər salsaq , şahidi olarıq ki, turizm sənayesindən daxil olan vəsaitlərin artımını təmin etmək üçün mütləq şəkildə qanunvericilik aktlarının təkmilləşdirilməsinin , güzəştli şərtlərlə xarici vətəndaşların ölkəyə turist səfərlərinin stimullaşdırılması və bu sahədə turizm obyektlərinin və infrastrukturunun inkişafını dəstəkləmək ən vacib amillərdən hesab olunur.

Azərbaycanın Xəzər dənizinə çıxışının olması , geniş meşəlik ,dağlıq və iqlim-təbiət potensialına malik olması, bol sulu çaylarının mövcudluğu turizmin inkişafına güclü təkan verir.
Son zamanlar Azərbaycan Respublikasında turizm infrastrukturunun genişləndirilməsi , səmərəli şərtlərlə turizm obyektlərinin istifadəyə verilməsi və bu istiqamətdə ölkə rəhbərimiz Cənab Prezident İlham Əliyevin qəbul etdiyi ciddi qərarlar, təsdiq olunmuş sərəncamlar, fərmanlar dövlətin turizm sənayesinin inkişafını daim diqqətdə saxladığını nümayiş etdirir.
Ölkəmizdə turizmin inkişaf etdirilməsi üçün qəbul etdiyi proqramlarda turizmin inkişafına təminat yarada biləcək bazanın yaradılması , turizm sahələrinin proporsional inkişaf etdirilməsinin təmin edilməsinə, müasir tələblərə cavab verə biəcək sistemin formalaşdırılmasına vəs fəaliyyət istiqamətlərinin genişləndirlməsinə xüsusi yer verilir.
Bütün bunları nəzərə alaraq həyata keçirilən dövlət proqramlarında turizmin hərtərəfli inkişaf etdirilməsi üçün kiçik və orta sahibkarlığa geniş səlahiyyətlər verilməsi,turistlərə xidmət göstərəcək obyektləri yenidən qurmaq və onu dünya standartlarına uyğunlaşdırılması , respublikanın beynəlxalq və daxili turizm bazarında rəqabət aparmaq qabiliyyyətini artırılması , turizmin inkişaf etdirilməsi üçün mütərəqqi və səmərəli metodlardan istifadə edilməsi əsas prioritet hesab olunmalıdır.
Turizm ölkəyə xarici valyuta axını sürətləndirir,turizm xidmət şəbəkəsinin genişləndirilməsinə təkan verir və beləliklə, çox sayda yeni iş yerləri yaradılır,ölkədə məşğulluğun sahə və istiqamətlərini genişləndirir.

turizm2
Qeyri–neft sektoru kimi turizmdən daxil olan vəsait hesabına digər sənaye müəssisələrinin ,yeni-yeni turizm obyektlərinin yaradılmasını həyata keçirmək həm ölkənin iqtisadi inkişafına , həm sosial rifahın yaxşılaşmasına , həm də iqtisadiyyatın dayanıqlılığının təmin olunmasına geniş töhfə verir..

Hazırladı: UNEC-in doktorantı – Quluyev Rövşən Mustafa oğlu

(Azərbaycan) AQRAR SEKTORDA İSTEHSALININ İNKİŞAF PERSPEKTİVLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
April 10, 2016
2
Visit allwallpapersfree.blogspot.comVisit allwallpapersfree.blogspot.com

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Kənd təsərrüfatı inkişafının ərazi problemlərinin tədqiqi iqtisadi, riyazi-statistik və s. üsullara əsaslanan kompleks yanaşmanın işlənib hazırlanmasını tələb edir. Belə yanaşma  kənd təsərrüfatı sistemlərinin sosial-iqtisadi inkişaf zəmini və təbiət potensialının daha dolğun istifadə edilməsi məqsədlərinə xidmət edir. Bu da öz növbəsində sahənin sosial-iqtisadi və ekoloji problemlərini vəhdət şəklində həll etməyə imkan verir.

Kənd təsərrüfatında baş verən regional  proseslərin araşdırılmasında  ən səmərəli üsullardan biri kənd təsərrüfatı müəssisələrinin perspektivli inkişafının proqnozlaşdırılmasında tətbiq edilən ssenari üsuludur. Bu üsul hadisələrin daha gözlənə biləcək gedişatını, inkişaf səmtini və qəbul edilən qərarların mümkün ola biləcək nəticələrini qiymətləndirməyə imkan verir.

Araşdırılan vəziyyət üçün işlənib hazırlanan inkişaf ssenariləri bu və ya digər dəqiqlik dərəcəsi ilə mümkün ola biləcək inkişaf meyllərini, prosesə təsir edən amillərin qarşılıqlı əlaqəsini təyin etməyə imkan verir. Vəziyyətin bu və ya digər təsirlər nəticəsində gəlib çıxa biləcək bütün hallarını nəzərə alıb formalaşdırmasını mümkün edir. Bu üsul özündə kəmiyyət və keyfiyyət yanaşmalarını birləşdirir. Ssenari isə təkcə gələcəkdə arzu olunan və ya mümkün ola biləcək yeganə halı müəyyən etmir. O özündə gələcəyin xarakteristikasının araşdırıcı proqnozunu ehtiva edir.

Müxtəlif inkişaf ssenariləri əsasında aparılan iqtisadi səmərə dəyərləndirmələri  kənd təsərrüfatı əmtəə istehsalçıları, dövlət idarə orqanları və investorlar tərəfindən qəbul edilən qərarların effektivlik dərəcəsinin artırılmasına gətirib çıxarır. Həm də bu dəyərləndirmələr  hesabına maliyyə vəsaitlərinin qeyri-məqsədəuyğun  və qeyri-effektiv yollarla istifadə risklərini endirmək mümkün olur.

İnkişaf ssenariləri nail olunan səviyyənin və kənd təsərrüfatı məhsulları istehsalının təbii-iqtisadi şəraitinin qeydə alınmasına əsaslanır. Onlar kənd təsərrüfatı məhsullarının istehsalı üçün mövcud olan resurslardan ən çox qəbul edilə biləcək və ən effektivli variantına üstünlük verməyə, onu müəyyən etməyə imkan verir.

 

 

The nature of technological competition: the role of innovation
Businessman and business sketchBusinessman and business sketch

The main elements of characterizing a market in an economic sense are the size, nature of demand and the degree of competition. Now I’m going to focus on the nature of technological competition, one of the main determinants of technological competition. The appropriability of innovation profits is a core element of innovation and competition. Getting the benefits if an innovation is one of the main problems of an innovating firm or not. Competitors generally induce the appropriability problem. We should center on corporations between the overall result at the market level and the firms in a market. The nature of technology in a market can strongly influence the intensity and nature of competition between its forms. How the technology of an industry is perceived and how this relates to the view of the competition process is fundamental. In this case, I can say that different theoretical visions may contain fundamentally different ways in which technology and market competition interact. For making this clearer, we should use the earlier mentioned distinction between a market with homogeneous technology and a market with heterogeneous technology. We elaborate on this now.

We can assume that a firm consists of only a production unit and an R&D unit. In the homogeneous market the production units of all firms make products with similar technological and demand characteristic. Similar demand characteristics mean high cross-elasticity of demand between the products of the firms. Similar technology means that the technology of the products and the production line with which they are produced are similar for all firms. The R&D units all focus on either and improvement of the existing technology or on a similar innovation project to create a radical change.

The products of the firms have a high class-elasticity of demand in the heterogeneous markets. But in the other case, if compare the heterogeneous case and homogenous case, I can say that this class-elasticity of demand in heterogeneous case is lower than in the homogeneous market. One other significant thing is that, the firms can be diverse for the technology incorporated in their production and also in their products. Therefore, R&D units of different firms can ensure innovation projects.

In the homogeneous market, technological competition goes instantly. It means that, when one of the firms gets on the opportunity to establish and to market a new product, then the other firms’ market share automatically declines. But when some of the firms or all the firms in the market realize innovation projects and when one of them gets patent as a “winner firm”, then the innovator receives the real monopoly earnings. Therefore, in this case the other firms’ earnings and the market shares will decrease. On the other hand, if there is a weak protection of patents, then the possibility of the doing imitation is very high. The cause of high imitation is the existence similarities of the technology of the firms. So, it’s clear that, market indeterminacy for the innovating firms is very high.

As I mentioned, one of the distinguish determinants of competitiveness in a technology market is innovation. Especially nowadays, when the world of technology develops very quickly. So, innovation is becoming an important element of competitiveness, in the context of the rapid development of new knowledge. The firms in the market must be constantly innovating to get away falling behind. But, it’s not obligation that they must move the technological frontier forward. In another case the advanced firms always can do it. Nevertheless, there are needs for firms to be fast imitators and to use the new technologies. It affects on firms’ technological capabilities.

As it’s known, firms make new products and new processes by doing innovation in their production procedure. But, innovation also is the best way to realize good management techniques and models in the business. Cargo is one of the best examples of this case, because cargo alleviates the shipping of products and consequently, it contributes to shrink the cargo costs. Now I would like to take an example for business innovation. The development of consumer product firms is one of the examples for business innovation. In this case the firms Dell is distinguishes, because this firm signs a contract according to their design and then abolishes the distributors and sells the products immediately to the final consumers. These facts show the importance of innovation in the production.

Tahmasib Alizada

International Economics Chair

(Azərbaycan) Fərəh Rəhmani. Sənaye müəssisələrində innovasiya fəaliyyətinin gücləndirilməsi
innovation

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020:gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıdakı dövr üçün respublikanın əsas sosial-iqtisadi inkişaf istiqamətləri müəyyən olunmuşdur. Bu konsepsiyaya uyğun olaraq ölkədə prioritet sənaye istiqamətlərinin müəyyənləşdirilməsi və sənayenin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə “2015-2020-ci” illərdə “Azərbaycan Respublikasında sənayenin inkişafı” Dövlət Proqramı qəbul olunmuşdur.

Dövlət Proqramının başlıca məzmunu təbii resursların ixracından iqtisadi artımın innovasiya modelinə keçiddə ifadə olunur. Buna görə də sənayenin, o cümlədən emal sənayesinin diversifikasiyası və inkişafı, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, ixracyönümlü və rəqabətqabiliyyətli istehsalın artırılması və s. əsas məqsədlər kimi qarşıya qoyulmuşdur. Göründüyü kimi milli iqtisadiyyatın innovativ inkişafına keçid bu məqsədlərin reallaşdırılmasının mühüm vasitəsidir. Deməli, iqtisadiyyatın bütün sahələrində, öncə isə sənayedə innovasiya səviyyəsinin artırılması bu gün üçün ən aktual problemlərdən biridir.

Beləliklə, aparılan araşdırmalar əsasında bir sıra ümumi və mühüm nəticələr çıxarmaq olar. Azərbaycan şirkətləri bütövlükdə innovasiya fəaliyyətinə həddən artıq qeyri-bərabər vəziyyətdə cəlb olunmuşlar. Digər tərəfdən onların çoxu cari fəaliyyət çərçivəsində onu strateji əhəmiyyətli və prioritet hesab etmirlər. İnnovasiya fəaliyyəti səviyyəsinin ümumən yüksək olmaması  səviyyəsi qarşılığında Azərbaycanda yüksək göstəricilərlə səciyyələnən sektorlar(yüksək texnoloji sahələrə aid) inkişaf edir. Lakin bu sektorların özü də innovasiya fəaliyyətinin intensivliyinə görə inkişaf etmiş ölkələrin orta göstəricilərindən geri qalır.

Azərbaycan bazarında mövcud olan rəqabət mühiti birbaşa innovasiya fəallığının stimullaşdırılmasını təmin etmir. Şirkətlər tərəfindən seçilən fəaliyyət strategiyası və innovasiya rejimi də daxil olmaqla bazar davranışı innovasiyaların birbaşa səmərəsini məhdudlaşdırır.

Azərbaycanda innovasiya fəallığına görə qısa və uzun müddətli perspektivdə “mükafatlandırılmanın” və bonuslar əldə onunmasının mexanizmi və şərtləri yoxdur. Buna görə də innovasiyanın inkişafını limitləşdirən mühüm amillərdən biri resurs, xüsusilə də maliyyə imkanlarıdır. Maliyyələşdirmədə olan çatışmamazlıq nəinki müvafiq fəaliyyət növünün miqyasını azaldır, eləcədə innovasiyanın keyfiyyətini pisləşdirir. Bu baxımdan maliyyə bazarlarında sabitlik, manatın likvidliyinin bərpası, habelə maliyyə intizamının möhkəmləndirilməsi hazırda ölkənin innovasiya strategiyasının uğurunu təmin edə bilən vasitələrdir. Fikrimizcə göstərilənlərin həyata keçirilməsi üçün maliyyə bazarlarına nəzarət Palatası və sahibkarlara dəstək üzrə appelasiya şuraları müsbət rol oynayacaqdır.

Hazırki dövrdə kredit resursları çatışmamazlığı və onların baha olması sahibkarların əksəriyyətini innovasiya texnologiyalarını istehsalda tətbiq etməkdən çəkindirir.      Buna görə də yeni texnologiyaları tətbiq edən müəssisələr üçün, eləcə də bütün innovasiya fəaliyyəti subyektləri üçün faiz dərəcələrinin müəyyən hissəsinin ödənilməsi və digər vergi güzəştlərinin tətbiq olunması məqsədəuyğundur. Bu müəssisələrdə daxili və xarici investorlar üçün əlverişli investisiya mühitinin yaradılması, ölkədən kapital axımının qarşısının alınması. qeyri-neft sənayesi sahələrinin inkişafına xüsusi diqqət yetirilməsi zəruridir. Xüsusi iqtisadi zonaların, sənaye parkları və sənaye məhəllələrinin yaradılması prosesi ölkədə klasterlərin formalaşdırılması intensivləşdirilməlidir. MİS-in səmərəli fəaliyyəti qurulmalıdır.

Azərbaycan sənaye müəssisələrində innovasiya fəaliyyətinin təşkilinin təhlili göstərir ki, bu sahədə ölkədə bəlli təcrübə toplanmışdır. Hazırda innovasiya fəaliyyətinin təşkilinin aşağıdakı səviyyələri özünü göstərir;innovasiya layihələri üzrə komitələrin yaradılması;məqsədli qruplar:daxili innovasiya layihələrinin və vençur bölmələrinin yaradılması, innovasiya konsorsiumları və s. Fikrimizcə, konkret məqsəddən və mövcud yaranmış şəraitdən asılı olaraq innovasiya fəaliyyətinin təşkilinin müvafiq səviyyəsi seçilə bilər. Bununla belə hazırda Respublika sənaye müəssisələri üçün vençur layihələrinin və vençur bölmələrinin yaradılmasının əhəmiyyəti xüsusilə böyükdür. Bu baxımdan ölkədə orta səviyyəli aktivlərə malik olan (5-10 mln.$) vençur fondlarının yaradılması daha məqsədəuyğun olardı. Dünya təcrübəsində (ABŞ, Böyük Britanya) fondun orta həcmi 50 mln. $ təşkil edir.Vençur maliyyələşdirilməsinin həyata keçirilməsində iri maliyyə-sənaye qruplarının,banklar, sığorta şirkətləri, fərdi investorların fəallığının artırılması da zəruri şərtlərdəndir.

Sənaye müəssisələrinin innovasiya fəaliyyəti strategiyaları müəyyənləşdirilərkən müxtəlif növlü və təyinatlı xarici innovasiya fəallığı formalarına, sənayeləşmənin sürətləndirilməsinin müvafiq institutlarının yaradılmasına da diqqət yetirilməsi zəruridir. Son 5 ildə bu sahədə ölkəmizdə ciddi işlər görülmüşdür. O cümlədən Sumqayıt Texnologiyalar Parkı ilə yanaşı, Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Yüksək Texnologiyalar Parkı işə salınmışdır. Neftçala rayonunda sənaye məhəlləsinin yaradılmasına, Mingəçevir texnoloji parkının təşkilinə başlanılmışdır. Xüsusi iqtisadi zonaların. sənaye parkları və sənaye məhəllələrinin yaradılması prosesi,    klasterlərin formalaşdırılması bütün rayonlarda davam etdirilməkdədir. Bu mütərəqqi meyl iqtisadi regionlarda sənaye müəssisələrində innovasiya strategiyalarının uğurla həyata keçirilməsinə imkan verəcəkdir.

Sənaye müəssilərində innovasiya fəaliyyəti strategiyaların qeyd edilən və adları çəkilməyən təşkilatı formaları və əməliyyatları meta səviyyədə vahid innovasiya sistemində inteqrasiya olunan innovasiya infrastrukturunun ünsürləridir ki, ona Milli İnnovasiya Sistemi deyilir. Belə bir səmərəli sistemin qurulması ölkədə innovasiya fəaliyyəti strategiyalarının işlənilməsi və həyata keçirilməsinə nəzarətin aparılmasının mühüm şərtidir.

 

Skip to toolbar