Автор Сообщения

29.02.2016 в 02:27

Biznes sahəsində yazılan ədəbiyyatlarda qeyd edildiyi kimi biznes fəaliyyətinin əsası iqtisadi və hüquqi qanunlarla tənzimlənir. Hər bir biznesmen şəxs işə başladığı ilk addımlarından aydın başa düşür ki, belə qanunlar mövcuddur və öz uğurlarına risk edərək onları pozmadan riayət olunmasına çalışır. Lakın qeyd edək ki, sahibkarların az bir qismi öz sahibkarlıq fəaliyyətinin gedişatında iqtisadiyyat və hüquqa təsir edən və onlarla sıx əlaqə yaradan etik prinsiplər, norma və qaydaların pozulmasının qayğısına qalır. Rəqabət şəraitində ayrı-ayrı biznesmenlərin etik fəaliyyət obrazında etikanın olmaması onları müflisləşdirə və nəticədə bazardan qovulmasına səbəb ola bilər – səhv bir fikrin formalaşmasına gətirib çıxardır. Bu fikrin tərəfdaşları biznesdə etikanın yalnız bazarda bütün satıcıların etik hərəkət etməsi hallarında mümkün olmasını hesab edırlər.”Etik” biznesmenin sıxışdırılması yalnız bazardakı bütün satıcıların istehsalın ancaq məsrəflərini ödəməsi və heç bir istehsalçının gəlir əldə etmədiyi halda mümkündür. Rəqabət məhz mənfəət naminə aparılırsa, demək bazardakı hər bir satıcı öz rəqibindən daha əlverişli vəziyyətdə olmağa çalışır. Etik normalardan yayınma həqiqətən müəyyən qısamüddətli mənfəət verə bilər, lakin uzunmüddətli perspektivdə zərər mənfəətdən daha çox nəzərə çarpa bilər. Biznesdə etik normaların mövcudluğu qeyri-etik davranışdan istifadə etməklə rəqabət üstünlüyünün alınmasından imtinanı nəzərdə tutur. Başqalarına zərər verən uğur əslində uğursuzluqdur.