Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9658, TRY 0.3578, RUB 0.0267, CNY 0.2618, GEL 0.6914, GBP 2.2363, IRR 0.0040, JPY 1.5366, XAU 2151.7580, XAG 27.6156, XPT 1469.0550, XPD 1640.0665
İntellektualın cəmiyyətinə yadlaşması “beyin axını”ndan daha təhlükəlidir
DSC_8789

Azərbaycanın da daxil olduğu inkişaf etməkdə olan ölkələr üçün tez-tez “beyin axını” problemi gündəliyə gətirilir və bunun həmin ölkələrin iqtisadi inkişafı qarşısında böyük maneə olduğu qeyd edilir. İntellektualların işləmək üçün xarici ölkələrə üz tutması kimi ifadə edilən “beyin axını” həqiqətən də inkişaf etməkdə olan ölkələrin inkişafı qarşısında dayanan mühüm problemlərdən biridir. Ancaq bu ölkələrdə mövcud olan digər bir problem var ki, “beyin axını”ndan daha təhlükəli olduğu  halda, çox vaxt üzərində o qədər də dayanılmır: İntellektualın yadlaşması problemi!

İngiliscə çox vaxt “intellectual’s alientation” kimi ifadə edilən bu problemi ən ümumi şəkildə intellektualın yaşadığı cəmiyyətin reallıqlarından qopması, onun problemlərinə laqeyid qalması kimi izah etmək mümkündür. İnkişaf etməkdə olan ölkələrdə bu problem daha çox xaricdə təhsil almış intellektuallar arasında təzahür edir. Təhsil aldığı xarici ölkənin sosial təşkilatlanma modelinin, təhsil modelinin, sosial psixologiyasının və.s. təsiri altında qalaraq, yaşadığı cəmiyyətin reallıqlarını görə bilməyən, onun problemlərinə çarə ola bilməyən, hətta bir çox hallarda buna həvəsli də görünməyən, fəaliyyəti ilə daha çox təhsil aldığı ölkəyə xidmət edən bu intellektualların ölkələrinin inkişafına mənfi təsirləri əslində xaricdə çalışmağa üz tutan intellektuallarla müqayisədə daha böyükdür. Xaricə köçən intellektualı ondan fayda götürən göçdüyü cəmiyyət yaşadır. Cəmiyyətinə yadlaşan intellektualı isə ondan fayda götürməyən cəmiyyəti yaşadır!

İndi siz deyin, hansı problem daha təhlükəlidir?

 

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru,

UNEC “Beynəlxalq iqtisadiyyat” kafedrası


  1. Toxunduğunuz mövzu İnkişafda olan dövlətlərin hamsında aktualdı.İnkişaf iqtisadiyyatı üzrə dünya şöhrətli iqtisadçı alim, ən məşhur “İqtisadi inkişaf” dərsliyinin müəllifi Michael Todaro həmin dərslikdə yazırdı ki, “İqtisadi inkişafda olan dövlətlərin tədris müəssisələrində iqtisadçıların yoxsulluq, işsizlik, təhsil, aqrar sektorun kompleks inkişafı problemləri ilə məşğul olmaq maraqları yoxdur, lakin iqtisadiyyatlarında mövcud olmayan rəqabətli iqtisadiyyatın riyazi modelləri üzrə tədqiqatlar aparırlar və mühazirələr oxuyurlar. Bu tipli fəaliyyətlərin uğur kriteriyası ölkənin inkişafına töhvə verməkdən çox inkişaf etmiş ölkələrin alimləri tərəfindən verilən dəyərə əsaslanır. İnkişafda olan dövlətlərin alimləri lokal texnoloji, aqrar, səhiyyə, ekoloji problemləri həll etmək əvəzinə beynəlxalq jurnalda məqalələri dərc etməyi və ya London, Paris, Nyu York və Moskvadan olan alimlərlə görüşlərə dəvət olunmağı daha üstün tuturlar”.

    • Nəbiyeva Günel Sabah_2 Mühasibat_2
      Hər hansı bir ölkənin varlığına son qoymaqdan ötrü öncə onun beynini ələ keçirmək gərəkdir. Sonra həmin dövlət və millət özü-özünə misqal-misqal tənəzzülə uğrayacaq. Çünki tərk edilən təfəkkür özü ilə bir çox ünsürləri aparır ki, o ünsürlər olmazsa, toplumdan millət də olmaz.
      Əvvəlcə onu qeyd edim ki,standart olaraq «beyin axını» dövlətin vergi büdcəsinə,cəmiyyətin digər təbəqələrinə,ixtisasından fərqli bir sahəyə istiqamətlənməsi kimi mənfi təsirləri vardır.Bir çoxları haqlı olaraq qeyd edirlər ki,cəmiyyətə yadlaşan intellektual daha təhlükəlidir.Mən belə düşünmürəm.İntellektual insan resurslarının məşğulluq siyasəti yadlaşmanın qarşısını ala bilər.Məsələn,güzəştli iqtisadi zonaların yaradılması həmin şəxslərin potensiallarını üzə çıxara bilər.Əsas mahiyyət isə maliyyələşdirilməkdir.İnkişaf etməkdə olan dövlətləri nəzərdə tuturuqsa,yalnız dövlətin üstünə yükləmək düzgün deyil.Yəni dövlət investisiyasından başqa, müxtəlif fondlar vasitəsilə stimullaşdırması intellektual şəxslərin düşüncə tərzini dəyişəcək.Çünki,normal olaraq onların adaptasiya problemləri,təhsil müxtəlifliyi və üstünə özlərini göstərə bilməmələri onları ruhdan salır.İntellektuallar kiyafət qədər savadlı və dünyagörüşü daha geniş olan şəxslərdir və onlara göstərilən istənilən dəstək cavabsız qalmayacaq.

    • Emin m., maraqlı şərh verirsiniz. Deməli, məsələnin bu cür olması inkişaf etməkdə olan ölkələrin ciddi problemlərindən biridir. İş biləni kənarda saxlamaq nə deməkdir?

  2. Çakal Nərmin S2MUHASİBAT2
    Məqalədən göründüyü kimi intellektualın cəmiyyətə yadlaşması və beyin axını ölkə iqtisadiyyatına mənfi təsir göstərsə də, fikrimcə birinci amil fərdin şəxsi keyfiyyətlərindən daha çox asılı olduğu üçün nisbi xarakter daşıyır (belə ki, ölkəyə geri qayıdan ixtisaslı kadrın doğma ölkəsindəki problemlərə biganə qalması, uyğunlaşmaq və cəmiyyətə fayda vermək üçün heç bir cəhd göstərməməsi daha çox şəxsi keyfiyyətlərdən irəli gəlir). Beyin axını probleminə gəldikdə isə onuninkişaf etməkdə olan ölkələrə aşağıdakı mənfi təsirləri vardır: dövlət büdcəsinin hesabına təhsil alıb ölkəyə geri qayıtmayan gənc əmək resurslarının ölkədən xaricdə fəaliyyət göstərdikləri üçün mənşə ölkələrində vergi ödəyicisi kimi çıxış etməməsi son nəticədə dövlətin ÜDM-nin azalmasına vəbüdcənin vergi gəlirlərininitməsinə səbəb olur; ölkə daxilindəinsanların bilavasitə həyat səviyyəsinin asılı olduğu iqtisadiyyatın səhiyyə, təhsil, xidmət kimi sektorlarında ixtisaslı mütəxəssislərin çatışmaması nəticədə ölkə əhalisinin müalicə, təhsil almaq üçün xaricə üz tutmasına, dolayısı ilə daxili kapitalın xaricə axınına səbəb olur; ölkə daxilində də hər hansı bir sahədə ixtisaslı işçiyə tələb olduğu halda bunu beyin axını səbəbindən daxili işçi qüvvəsi hesabına ödəyə bilmədiyi üçün dövlət xaricdən daha çox pul məsrəfləri hesabına bahalı işçi qüvvəsi cəlb edir ki, bu da əmək bazarında əcnəbilərin payının artmasına səbəb olur.
    Beyin axını problemi inkişaf etmiş ölkələrdə isə öz növbəsində yerli işçi qüvvəsinin əmək bazarında sıxışdırılması kimi hallara səbəb olur.
    Bununla yanaşı bildirmək lazıımdır ki, beyin axını probleminin qarşısını almaq üçün dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Belə ki, AR Miqrasiya Məcəlləsinin 51-ci maddəsinə əsasən əcnəbilərə iş icazəsinin verilməsi əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir. Kvota işyerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik ARvətəndaşının iddia etmədiyi boşiş yerlərinin movcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatlarıhesabına təmin etmək imkanı nəzərə alınmaqla müəyyən edilir. Bundan başqa qeyd etmək lazımdır ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Dövlət Proqramı çərçivəsində təhsil alan şəxslərlə məcburi xidmət prinsipi əsasında təhsillərini başa vurduqdan sonra Azərbaycan Respublikasına qayıdıb ən azı beş il işləmələrini nəzərdə tutan müqavilə imzalanır.
    Beləliklə də, sadalanan mənfi xüsusiyyətlərinə baxmayaraq beyin axını problemi dövlət tərəfindən tənzimləndikdə bütövlükdə ETT-nin inkişafına səbəb olaraq bəşəriyyətə fayda gətirən və həyat səviyyəsini rahatlaşdıran prosesdir.

  3. Bu mövzu bütün dövrlər üçün aktual hesab olunur. Azərbaycandan «beyin axını» prosesi, əsasən, müstəqillik illərinə təsadüf edir. Həmin dövrün iqtisadi durğunluğu ixtisaslı kadrların ölkədən axınına gətirib çıxarırdı. Dövrün əksər ziyalı təbəqəsi, həmçinin ixtisaslı kadrlar maddi problemləri səbəb kimi göstərərək xaricə üz tutmuşlar. Lakin sonrakı illərdə iqtisadıyyatın davamlı inkişafı da «beyin axını»ın qarşısını ala bilmədi. Xaricdə təhsil imkanlarından istifadənin asanlaşdırılması növbəti «beyin axını»nın başlanğıcı oldu. Təhsil aldıqları ölkənin iqtisadi,sosial vəziyyətinə uyğunlaşmış bu təbəqə ölkədəki bu şəraiti görmədikdə artıq yadlaşmağa başlayırlar. Ölkədən kənarda təhsil almış vətəndaşlar ölkədəki iqtisadi artım tempinə uyğunlaşmayaraq fəaliyyətlərini ölkədən kənarda davam etdirməyi qərara aldılar.Öz cəmiyyətindən uzaq düşən bu şəxslərin ölkənin iqtisadi, eləcə də sosial problemlərinə biganə yanaşması intellektualın öz cəmiyyətinə yadlaşmasına gətirib çıxarmışdır. Bugün intellektualın öz cəmiyyətinə yadlaşması «beyin axını»ndan daha təhlükəli hesab olunur. Çünki bütün imkanlarını iqtisadi mənfəət üzərinə yönəltmək, cəmiyyətin, həmçinin ölkənin inkişafına heç bir müsbət təsir göstərə bilməz.

  4. Qaragözova İlahə S2-M2
    İnkşaf etməkdə olan ölkələrdə bu problemlər tez-tez baş verir. Mənim fikrimcə İntelektualın yadlaşması probleminin mənfi hal kimi qəbul etmək olmaz. Buna misal olaraq Böyük Britaniyada təhsil almış intelektual Azərbaycana qayıdanda müəllim kimi işləyən zaman Böyük Britaniyanın təhsilindən danışarkən bəlkədə özüdə bilmədən, istəmədən tələbələrdə maraq, həvəs oyadır həmçinin tələbələri rəqabətə həvəsləndirir. İntelektual təhsilə tələbi canlandırır. Müxtəlif dövlət proqramları hesabına minlərlə tələbələr, şagirdlər xaricdə təhsil alıb geri qayıdıb işlə təmin olunurlar. Beləliklə geri qayıdan intelektuallar xidmət etdiyi cəmiyyətdən yadlaşmalarına baxmayaraq öz mənfəətlərini artırmaq üçün keyfiyyətli iş görməlidirlər və beləliklə ölkədə ixtisaslaşmış kadrların sayı artır. Lakin Beyin axını problemi isə daha təhlükəlidir. Beləliklə intelektuallar cəmiyyətdən uzaqlaşır digər ölkəyə xidmət edir, öz ölkəsində isə ixtisaslı kadr azlığı olur.

  5. Düşünürəmki,bu problemlər bir-birinə oxşar məsələlərdir.Ancaq bu problemləri fərqləndirən cəhətlərə aydınlıq gətirmək istərdim.Təbii ki,»İntellektualın yadlaşması» prosesi «Beyin axını» problemindən daha ağır nəticələrə gətirib cıxara bilər.»Beyin axını» zamanı intellektual insanların ölkəni müvəqqqəti və ya daimi tərk etməsi və boş qalan yerlərin digər intellektuallı insanlar tərərfindən tutulması halı baş verir.Amma 2İntellektualın yadlaşması» prosesi zamanı əksinə digərlərinin də bu prosesə qoşulması ehtimalını artırır.İntellektual insan cəmiyyətdə öz fikirlərinin,ideyalarının qəbul edilmədiyini gördükdə,cəmiyyətdən uzaqlaşır və onlara yad insanlara çevrilir.Belə insanlara «zamanından tez həmin cəmiyyətə düşmüş insanlar» da deyilir.

  6. Bu problmin aktuallığı çox illərdirki göz qabağındadır.Və qeyd olunduğu kimi əsassən inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir.Beyin axını problemi yaranması normal olduğunu düşünürəm.Çünki,hər hansısa insan xaricdə,inkişaf etmiş ölkədə təhsil aldıqda artıq həmin ölkənin iqtisadiyyatına,şəraitinə uyğunlaşır və qayıtdıqda buraya öyrəşə,uyğunlaşa bilmir.Bunun üçündə xarici ölkə daha cazibədar görünür.Bunun nəticəsində isə xaricə axın baş verir.
    İntellektualın yadlaşması məsələsi isə,mənə görə bu intellektlərin artıq ölkənin inkafına inanmaması və ya onlar üçün gec olmasına görədir.Lakin şahidi olduğum bəzi hallarda isə xaricdə yaşamaq imkanı olmadığı üçün ölkə daxilində qalmaq məcburiyyətində olur.Lakin xaricə ödəniş qarşılığında gedir və bqşqalarına xeyir verir.

  7. Əvvəla salam , haqqında danışılan mövzu nəzərəçarpacaq və diqqətə layiq mövzudur , nəzərə alsaq ki , dünyanın inkişaf etmiş ölkələri beyin mərkəzlərinə xüsusi diqqət yetirirlər, dünyanın beyinlərini öz ölkərinə yığmağa çalışırlar , bu məsələyə haqq qazandırmaq olar . Amma gəlin baxaq , ölkəmizdə bu mövzu nə qədər aktualdır . intellektual yadlaşmadan danışırıqsa , əvvəlcə intelektual insanlardan danışmalıyıq . İlk öncə nəzərə çatdıraq ki , ölkəmizdə əksər gənclər xaricə böyük ümidlə baxırlar və ilk imkan yaranan kimi ölkəni tərk edirlər , xüsusən də qayıtmamağı düşünərək . Məsələnin mahiyyətinə vardıqda görərik ki , əsas səbəb təhsilimizdi , heç kimə sirr deyil ki təhsilimiz heç də ürək açan vəziyyətdə deyil , orta məktəb göstəricilərindən tutmuş universitetlərimizin dünya universitetləri arasındakı mövqeyinə qədər bunun aydın şahidi ola bilərik . Ola bilər ki səbəb müstəqilliyimizin 3 cü onilliyini yaşamağımızdı , ya müəyyən boşluqlardı və s . Hansı səbəbdən olur olsun , nəticə belədi . Ona görə də xaricə axın edən beyinləri anladıq , keçək itellektin yadlaşması məsələsinə . Azərbaycana qayıdacaq tələbə , xüsusən də biznes ixtisaslarında olan tələbə gəlib burada özünü doğrultmayacaöı dəqiqdir . Son aylarda ölkəmizdə baş verən iqtisadi hadisələr və bunun da birbaşa nəticəsi kimi milli valyutanın dəyər itirməsi , daha doğrusu 2 dəfədən çox dəyərdən düşməsi bütün kiçik və orta sahibkarlığı demək olar ki, məhv elədi . Bundan sonra hansı iqtisad etmiş ölkədə oxuyan , real iqtisadi qanunların hökm sürdüyü bir cəmiyyətin formalaşdırdığı gənc gəlib burada fəaliyyət göstərmək , öz millətinə , xalqına , təhsilinə , iqtisadi inkişafına dəstək vermək istəyər ki .
    Bütün bunlara görə əvvəlcə təhsilimizi təkmilləşdirməli , real bazar iqtisadiyyatı qurmalı ,beyinlər yetişdirməli və yalnız bundan sonra beyin axını və intellektual yadlaşmadan danışmalıyıq .

    Seymur m : Ev tapşırığı . 10 03 2016

  8. Qeyd etdiyiniz mövzu inkişaf etməkdə olan ölkələrin əsas problemlərindən biridir.Mənim fikrimcə,İntellektualın cəmiyyətinə yadlaşması daha böyük bir problemdir,çünki həmin təbəqə sahibləri yaşadığı mühitin və yaxud cəmiyyətin problemlərinə biganə qalsa,ölkədə bəzi problemlərin həlli getdikcə çətinləşər, çünki bəzi problemlər vardır ki, bunlar yalnız həmin şəxslərin səyi nəticəsində həll oluna bilər.»Beyin axını»na gəldikdə isə bu nisbətən daha aşağı təhlükəli problem kimi görünür,çünki «Beyin axını»nın mənə görə mənfi təsirlərdən əlavə, müsbət təsirləri də var.»Beyin axını»na qoşulan insanların hamısı yalnız aid olduğu cəmiyyətin problemləri ilə maraqlanmır,onlardan bəziləri öz ölkəsində baş verən problemlər haqqında da düşünür.Onlardan bəziləri bu məqsədlə hətta öz ölkələrinə geri qayıdırlar, ancaq bu kiçik bir faiz təşkil edir.Ümumiyyətlə götürsək,mənim fikrimcə, «Beyin axını» yox, intellektualın cəmiyyətinə yadlaşması cəmiyyət üçün daha təhlükəli və mənfi faktor hesab olunur.

  9. Mən «beyin axını» probleminin daha təhlükəli olduğunu düşünürəm. Həqiqətən də bu problem inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına mənfi təsirlər göstərir.Həmçinin bizim ölkəmizdə də bu problem aktualdır. «Beyin axını» problemi ölkəmizin gələcəyi üçün yetişən gənclərin gələcək həyatda yüksək ixtisaslı kadr olmalarına maneələr törədir. Ölkənin güclü iqtisadiyyata malik olması üçün vacib şərtlərdən biri də onun yüksək ixtisaslı kadrları olmasıdır.

  10. Beyin axını öz qlobal xarakterini daşımaqla,bugün demək olar bütün inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemdir.Bu problem təkcə Azərbaycanda deyil bütün dünyada baş verir.Beyin axını İEÖ-dən və İEOÖ-ə doğru və tam əksinə baş verir.Bildiyimiz kimi Azərbaycan İEOÖ-dir və bu bizi narahat edən məsələlərdən biridir.Yüksək ixtisaslı kadırların ölkəni tərk etməsi və öz fəaliyyətini xaricdə davam etdirməsi çox ciddi bir təhlükədi.
    Əsas problem təbii ki,maliyyə məsələsi ilə bağıdır.Əmək haqqı az olan yüksək ixtisaslı kadırlar, həyat səviyyəsini yüksəltmək və fəaliyyətini daha uğurlu həyata keçirməsi üçün xariçə ( İEÖ) axın edirlər.Müxtəlif ölkələr var ki, onlar öz inkişafını məhz xaricdən gələn ixtisaslı kadırlar sayəsində əldə etmişdir.Misal olaraq: ABŞ,Qərbi Avropa ölkələri,Avstraliya və son zamanlar Çin.
    Beyin axını problemi bir ölkənin inkişafına şərait yaratsa da,digər ölkəni inkişafdan qoyur təbii ki,bu kütləvi şəkildə baş verdiyi halda.İndi isə,Azərbaycanda baş verən bu prosesə baxaq…İqtisadiyyatımız keçid dövrü keçdiyi üçün,əmək haqqı və əhalinin sosial,iqtisadi vəziyyəti elə də yaxşı deyil.Və yüksək ixtisaslı kadırlar xaricə getməyi üstün tuturlar.Beyin axını prosesi Azərbaycanda kifayət qədər intensiv baş verir və ölkənin inkişafında fəsatlar yaradır.Bu fəsadların qarşısını almaq üçün tədbirlər isə vaxtında görülməlidir.
    İntellektualın yadlaşması problemi də birbaşa olaraq beyin axını probleminin nəticəsidir.Mənim şəxsi fikrim odur ki, beyin axını ilə üzləşən dövlətlər elə həmin andan etibarən intellektualın cəmiyyətə yadlaşmasına özünü hazırlamalıdır.Psixoloji aspektdən yanassaq,hər bir kəs əməyinə daha çox dəyər verilən yerdə fəaliyyət göstərməyi,və uğur qazandıqdan sonra (əlbəttə ki bunun əksi də ola bilər),ona uğuru qazandıran cəmiyyətə xidmət etməyi seçəcək.Bu dövlətə iqtisadi zərər vursa da fikrimcə bu problemlin qarşısını almaq elə də asan deyil.Düzdür,Çin bu problemdən çıxış yolunu,Amerikaya gedən professorların əmək haqlarını kəskin artırmaqla həll edir.Lakin bunun özünün də dövlətə nə qədər maliyyə zərərinin vurduğunu hesaba qatsaq,başqa bir çıxış yolunun tapılması mütləqdir.Mən düşünürəm ki,bu problemin qarşısını almaq üçün yeganə yol Beyin axını mübadiləsidir.Məsələn,Amerika və Avropa ölkələri elmi texniki tərəqqinin yüksək səviyyəsi ilə seçilirlər,bu sahədə ixtisaslaşmışlar.Normal olaraq bu sahəni seçən «Beyinlər» həmin ölkələrə üz tutur.Bizim dövlətdə hər hansı bir sahəni yüksək səviyyədə inkişaf etdirsə (məsələn kənd təsərrüfatı),basqa ölkələrin də bu sahədəki ixtisasli kadrları bizim ölkəyə gələcək,beləliklə mübadilə sayəsində problem az da olsa öz həllini tapacaq.
    Burdan belə bir qənaətə gəlirəm ki «intellektualın yadlaşması» «beyin axını» probleminin birbaşa nəticəsi olduğu üçün beyin axını daha ciddi problemdir.

  11. Müasir dövrümüzdə «beyin axını» problemi hər bir ölkədə yaşanmaqdadır. İntellektual insanların ölkəsində istədiyi karyeranı qura bilməməsi onların xaricdə yaşamağı üstün tutmasına, nəticədə savadlı insanların ölkədən çıxıb getməsinə səbəb olur. Bu isə ölkədə intellektual insanların sayının azalmasına və ölkənin inkişafında problemlərə gətirib çıxarır. İntellektualın cəmiyyətə yadlaşmasını isə onunla izah edə bilərəm ki, xaricdə oxuyub gəlmiş intellektual öz ölkəsinə qayıtdıqda müqayisə edir və görür ki, o xaricdə daha çox imkanlara sahibdir. Bu isə onun öz ölkəsinin problemlərinə laqeyd qalmasıa səbəb olur və həmçinin bu intellektuallar geri qayıtmağı, xaricdə təhsil aldığı ölkədə işləməyi üstün tuturlar. Yuxarıda verilmiş sualı nəzərdən keçirərək bu nəticəyə gəldim intellektualın yadlaşmasından çox onun xaricə axını daha təhlükəlidir, çünkü hazırda hər bir ölkə daha güclü, daha qüdrətli olmaq üçün ixtisaslı kadrlara ehtiyac duyur və bu cür insanları öz ölkəsində cəmləşdirməyə çalışır. Cəmiyyətinə yadlaşan və faydası olmayan intellektualla xaricə axın edib başqasına xidmət edən intellektualı müqasiyə etsək, görərik ki, «beyin axını» daha təhlükəidir , çünkü həmin insanlar xaricdə yox öz ölkəsində yaşasa və işləsə ölkənin iqtisadiyyatı və digər sahələri daha süretle inkişaf edər.

  12. Ölkələr arasında təhsil, iqtisadiyyat, texnologiyanın inkişaf səviyyələrində fərqlər olduğu müddətcə bu problemlərin yaşanması normal haldır, bu, bəlli məsələdir. Bəs qarşısını almaq üçün nə etmək olar? Zənnimcə, təəssüf ki, «beyin axını»nın, intellektualın yadlaşması prosesinin qarşısını almaq üçün konkret tədbirlər həyata keçirmək mümkün deyil. Lakin xaricdə təhsil almış və yaxud işləmiş şəxslər öz ölkələrinə qayıtdıqdan sonra mövcud vəziyyətə uyğunlaşıb uyğunlaşa bilməyəcəklərini qərarlaşdırıb özləri üçün də, cəmiyyət üçün də daha məqsədəuyğun seçimi edərlərsə, həmin şəxslər özləri problemin həllinə yardımçı olmuş olarlar. Digər tərəfdən isə problemin əsas səbəbi inkişaf fərqi olduğu üçün zaman keçdikcə bu problemin həll olacağı da şübhəsizdir.

  13. Vəlirzayev Hikmət SABAH Mərkəzi S2_Mühasibat2 qrupu.
    Mənim fikrimcə intellektualın cəmiyyətinə yadlaşmasının əsas səbəbi intellektualların təhsil aldığı xarici ölkələrin(əsasən ABŞ və qərbi Avropa ölkələri) yürütdüyü siyasətdir. Yəni, həmin ölkələr öz universitetlərində təhsil alan xarici vətəndaşlara elmi biliklərlə yanaşı, öz mədəniyyətlərini, adət-ənənələrini, tarixi ideologiyalarını təlqin edirlər. Həmçinin onlar öz cəmiyyətlərinin ideal olduğunu vurğulayır və digər cəmiyyətlər üçün özlərini prioritet hesab edirlər.Təəssüflər olsun ki, bu cür mühitdə təhsil almış şəxslər öz ölkələrinə qayıtdıqda bu ölkənin vətəndaşı kimi deyil, təhsil aldığı ölkənin nümayəndəsi kimi çıxış edirlər. Onların əsas vəzifə borcu isə öz ölkələrində olan problemlərin həlli yolunu tapmaq və onun aradan qaldırılması üçün çalışmaq və cəmiyyətin inkişafı üçün öz potensiallarından maksimum istifadə etməkdir.

  14. Ümumiyyetle bu 2 mesele İEOÖ’in, xüsusen de Azerbaycanın en ciddi problemlerinden biri kimi sayıla biler. Çünki «beyin axını» ya da intellektualların xarici ölkere üz tutması ölkenin gelecekde yarana bilecek çox ciddi problemlerini tecessüm etdirmekdedir. Eslinde sadece gelecekde yox, ele indi de bu problem özünün bir çox fesadlarını büruze verir. Başqa bir kontekstden baxsaq, öz milletimizin daha savadlı ve tecrübeli işçi kimi yetişmesi ve bizi xaricde tanıtması olduqca qürurverici bir hissdir. Amma onu da yaddan çıxarmaq olmaz ki, onların ekseriyyeti bu dediklerimizin 90%’ine laqeyd yanaşır ve xarice gedib qayıtmamaqları ile beraber, hem de sanki heç azerbaycanlı deyilmişler kimi reftar edirler. Bele olan halda tebii ki, Azerbaycanın problemleri daha da artır. Mence mövzudan daha da kenarlaşmadan diger problemi gözden keçirek. Vetendaşların, xüsusen de bakalavr ve magistrların xarici ölkelere oxumaq üçün getmesi ve geri qayıtmayaraq, ele orada da işlemelerinin mence Azerbaycan üçün heç bir müsbet ceheti yoxdur. Çünki hemin şexs üçün azerbaycanlılara yox xaricilere bilik vermesi ya da onlar üçün işlemesi daha vacibdir. Eslinde biz burada hemin şexsin bu meseleye baxdığı bucaq altından da fikir bildire bilerik. Nece ki, o fikirleşir ki, men xaricde işleyerek özümün ve ailemin heyat şeraitini yaxşılaşması üçün kifayet qeder emek haqqı alıram, onda düzünü desem bu olduqca düzgün fikirdir. Eger orada aldığı emek haqqını, orada gördüyün şeraiti Azerbaycanda göre bilmeyecekse, onda xaricde qalmaq daha meqsedeuyğun olar. Uzun sözün qısası biz yeniden tehsil sahesinde temel atmalıyıq. Bunu ise lap ibtidai sinifden başlayaraq, ta ki professorluğa qeder etmeliyik.. Tehsil sistemimizin yeniden gözden keçirilmesi mence bu mövzu üçün çox vacibdir. Çünki her şeyin arxasında elm durur. Tehsil sistemimiz güclü olsa, savadlı gencler çox olsa bu ölkenin iqtisadiyyatında da emelli deyişikliyi görmek heç çetin olmaz.

  15. Sabah2Mühasibat2.
    Bizim kimi inkişaf etməkdə olan ölkələrdə maddi-texniki bazanın və elmi potensialı yüksək kadrların özünü təsdiqləməsi üçün lazım olan sahənin çatışmazlığı beyin axınının ən başlıca səbəblərindəndir.Belə ki, qabaqcıl sahə ilə əlaqədar elmi kəşfi olan bir kadrın bu kəşf üzərində işləməsi və onu daha da təkmilləşdirməsi üçün lazımi şərait və ya bunu yaratmaqda özəl şirkət və investorların kifayət qədər marağı yoxdur.Bu səbəbdən onlar şəraiti olan ölkələrə üz tuturlar ki, buna maddi təminatın da təsiri böyükdür.Ancaq onu da qeyd etməliyik ki, axın edən kadrlar getdikləri ölkənin cəmiyyətinə uyğunlaşır və orada cəmiyyətin mövcud problemlərinin həllində mühüm rol oynayırlar.Beləliklə, onlar həm də bəşəriyyət üçün faydalı işlər görmüş olurlar.Digər tərəfdən isə xaricdə təhsil almış potensial və ya mövcud elmi kadrlar təhsildən geri qayıtdıqdan sonra öz ölkələrinin cəmiyyətinə uyğunlaşmaqda çətinlik çəkirlər.Bunun əsas səbəbi təhsil aldığı ölkədə gördüyü inkişaf etmiş mühit və çevrədir.Nəticədə isə bu insanlar müəyyən müddət sonra öz ölkələrindəki cəmiyyətə yadlaşmağa başlayır və bəzən hətta onu aşağı səviyyədə gördüyündən bacardığı qədər ondan uzaq durmağa çalışırlar.Buna görə də cəmiyyətdə mövcud problemlərdən xəbərsiz qalırlar.Nəticə etibari ilə də cəmiyyətə fayda verə biləcək və potensial və ya mövcud problemləri həll edə biləcək işlər görmürlər yaxud görə bilmirlər.Bu səbəbdən İntellektualların yadlaşması problemi «beyin axını»-dan daha təhlükəlidir.

  16. Salam. Bu mövzu kifayət qədər aktual məsələdir. Bunu əvvəla gənclərimizin psixoloji vəziyyəti ilə əlaqələndirmək olar. Çünki gənclərimiz kiçik yaşlarından xarici ölkələri «yaşamaq üçün ideal ölkə» adlandırırlar. Gənclərimiz bu ölkələr haqqında çox düşünür və ilk fürsətdə bu ölkələrə gedirlər. Bu da realdır ki, bizim təhsil sistemimiz kifayət qədər ürəkaçan deyil. Məsələdə xarici ölkələrin iqtisadiyyatının da payı yüksəkdir. Belə ki, daha yaxşı həyat səviyyəsi, gələcəkdə daha yüksək gəlirli vəzifələrdə çalışmaq arzusu onları həmin ölkələrə yönəlmək üçün həvəsləndirir. İntellektualların bir hissəsinin ölkəmizə qayıtmaması bir çox nəticələrə gətirib-çıxarır. Əgər onlar qayıtsaydı, böyük bir hissəsi ölkəmizin gələcək inkişafında əhəmiyyətli rol oynaya bilərdi. Bir gənc, məsələn İtaliyada kompyuter elmləri sahəsində ixtisaslaşıb ölkəmizə qayıtsa, bu sahədə hər hansı bir yenilik edərək, Azərbaycanın adını yüksəklərə qaldıra bilər. Doğrudur, ola bilər ki onun istifadə etdiyi texnoloji avadanlıqlar bugün yoxdur, lakin Cənab Prezidentimiz intellektualları dəstəkləyir. Belə bir inkişaf üçün dövlətimiz bütün növ köməkliklər göstərir. Bu sadə bir misal idi və mənim fikrimcə, bütün sahələr belədir. İstənilən halda bu problemlər ciddi məsələdir və bunun qarşısını almaq üçün tədbirlər görülməlidir. Mənim fikrimcə, bu problemlərin həlli üçün təhsil sistemimiz yenidən qurulmalıdır, gənclər ölkəyə qayıtmaq üçün həvəsləndirilməlidir, intellektlər daha yaxşı həyat səviyyəsi ilə təmin olunmalıdır.

  17. Nəbiyeva Günel Sabah_2 Mühasibat_2
    Hər hansı bir ölkənin varlığına son qoymaqdan ötrü öncə onun beynini ələ keçirmək gərəkdir. Sonra həmin dövlət və millət özü-özünə misqal-misqal tənəzzülə uğrayacaq. Çünki tərk edilən təfəkkür özü ilə bir çox ünsürləri aparır ki, o ünsürlər olmazsa, toplumdan millət də olmaz.
    Əvvəlcə onu qeyd edim ki,standart olaraq “beyin axını” dövlətin vergi büdcəsinə,cəmiyyətin digər təbəqələrinə,ixtisasından fərqli bir sahəyə istiqamətlənməsi kimi mənfi təsirləri vardır.Bir çoxları haqlı olaraq qeyd edirlər ki,cəmiyyətə yadlaşan intellektual daha təhlükəlidir.Mən belə düşünmürəm.İntellektual insan resurslarının məşğulluq siyasəti yadlaşmanın qarşısını ala bilər.Məsələn,güzəştli iqtisadi zonaların yaradılması həmin şəxslərin potensiallarını üzə çıxara bilər.Əsas mahiyyət isə maliyyələşdirilməkdir.İnkişaf etməkdə olan dövlətləri nəzərdə tuturuqsa,yalnız dövlətin üstünə yükləmək düzgün deyil.Yəni dövlət investisiyasından başqa, müxtəlif fondlar vasitəsilə stimullaşdırması intellektual şəxslərin düşüncə tərzini dəyişəcək.Çünki,normal olaraq onların adaptasiya problemləri,təhsil müxtəlifliyi və üstünə özlərini göstərə bilməmələri onları ruhdan salır.İntellektuallar kiyafət qədər savadlı və dünyagörüşü daha geniş olan şəxslərdir və onlara göstərilən istənilən dəstək cavabsız qalmayacaq.

  18. XXI əsrdə müasir dünyanın yeni problemi- «beyin axını»çox aktual məsələdir.Xarici ölkələrdə təhsil alan gənclərin bir hissəsi təhsil aldığı ölkənin sosial psixologiyasının , təhsil modelinin təsiri altına düşərək öz yaşadığı cəmiyyətə qarşı yadlaşır,laqeydləşir və bu da ölkənin iqtisadiyyatının inkişafına mənfi təsir göstərir.Eləcə də «beyin axını» savadlı kadrların başqa işlərə istiqamətlənməsi ilə beyin itkisinə səbəb olur.Fikrimcə, xaricdə təhsil alan her bir şəxs hansı ölkədə təhsil almasından asılı olmayaraq, öz milli-mədəni dəyərlərini unutmamalı,aldığı biliyi və təcrübəni öz dövlətinə,öz xalqına sərf etməlidir.Bəzən bele hallara da rast gəlmək olur: Həyat şəraitlərini yaxşılaşdırmaq, gələcəkdə yüksək koryera və maaş əldə etmək məqsədilə istər dövlət xətti ilə ,istərsə də öz hesabına xarici təhsilə üstünlük verən gənclər geri qayıdarkən bir sıra problemlərlə qarşılaşırlar:ya iş tapa bilmirlər ya da onlara az maaşlı,perspektivsiz iş təklif edirlər, bu da genclərdə çox böyük ruh düşgünlüyü yaradır. Çıxış yolunu ölkəni tərk ederək miqrant kimi xaricdə yaşamağa üstünlük verməkdə axtarırlar.Ölkəmizin peşəkar,istedadlı kadrlara ehtiyacı var. Buna görə də xaricdə təhsil alan və iş tapa bilməyən gənclərimizin ölkədən getməsi bizim ölkənin kadr bazasının itkisidir.

  19. Bəli! «Beyin axını», «İntellektin yadlaşması» hər ikisi olduqca önəmli problemdir. İlkin olaraq belə bir şərh vermək istərdim, fikrimcə «beyin axını», «beyin köçü» kimi adlandırılan ağıllı insanların ölkəni tərk etməsi, intellektualın yadlaşması isə İntellektin elə həmin ölkədə qalması, lakin onun iqtiadiyyatının inkişafına, cəmiyyətin formalaşmasına, bir sözlə öz fəaliyyəti ilə ölkəyə potensialdan az fayda verməsidir. Beyin axınını tədqiqatçılar 2 konsepsiyada olduğunu təsdiq edirlər. Yəmi beyin axının mərhələləri və onların ardıcıllığı aşağıdakı kimidir:
    1) Brain exchange- bu mərhələdə beyin miqrasiyasına qoşulan insanlar əvvəlcə öz əmək qabiliyyətlərini yeni xarici müəssisə və ya transmilli şirkətlərlə paylaşırlar.
    2) Brain Waste- bu mərhələdə isə artıq dövlət öz intellektini , yəni beyin potensialını itirir.
    Bunlar, əlbəttə, son nəticədə dövlətin sosial-iqitsadi geriləməsinə gətirib çıxarır. Bu aspektdən yanaşsaq ki, cəmiyyəti formalaşdıran insanlardır və bütün sosial-iqtisadi sektorlar elə məhz insanlar, əsasən də İntellektlər tərəfindən idarə olunur onda belə deyə bilərik ki, beyin axını və ya intellektin yadlaşması bilavasitə həyat səviyyəsinin pisləşməsi deməkdir. İnkişaf etmiş ölkələrdə işləyən və öz gəlirlərindən ölkəyə pul köçürmələri edən İntellektlərlə bir növ cəmiyyətimizə yadlaşan İntellektin statistikasına nəzər salsaq görərik ki, pul köçürmələrinin faizi azalan istiqamətdədir. Belə ki, beyin axını miqrantlarının göndərdiyi pul köçürmələri 2000-ci ildə ÜDM-nin 5.2%-ni təşkil edirdisə, 2010-cu ildə göstərici 2.7% olmuşdur. BU faiz göstəriciləri azalan istiqamətdə olsalar da, düşünürəm ki cəmiyyətimizə yadlaşan İntellektlərin ölkə iqtisadiyyatına verdiyi fayda bu faizlərdən aşağıdır. Burdan belə nəticəyə gəlmək olar ki, İntellektin yadlaşması daha vacib problemdir.Bu prosesin qarşısının alınmasıisə bilavasitə dövlətin siyasəti ilə əlaqədardır və düşünən beyin potensialının artırılması dövlətin başlıca vəzifələrindən birdir. Cəmiyyətə yadlaşan İntellektlər üçün stimullaşdırıcı tədbirlərin keçirilməsini məqbul hesab edirəm.

  20. Bəli, sizin də qeyd etdiyiniz kimi «beyin axını» problemi inkişaf etməkdə olan ölkələrin ən böyük problemlərindən biridir. Baxmayaraq ki , hal-hazırda Azərbaycanda «beyin axını» ifrat dərəcədə deyil, lakin Azərbaycanın inkişafına kifayət qədər mane olacaq səviyyədədir. Belə ki, «beyin axını» problemi əgər bir ölkənin inkişafına ziyan vurursa digər ölkənin inkişaf etməsinə səbəb olur. Məsələn Çin ABŞ vəs. kimi ölkələri buna misal göstərə bilərik. Təəsüfki hal-hazırda Azərbaycan zərər çəkənlər siyahısındadır. Məncə bu ölkənin öz iqtisadiyyatından və olduğu möqvedən asılır. Normaldır ki, hər bir kəs daha yaxşı təhsil almaq , daha yaxşı həyat tərzi sürmək istəyir buna görə də xaricə üz tutur. Əgər ölkənin təhsili və həyat səviyyəsi insanlara qənaətbəxş olsaydı, bəlkə də belə bir problemlə üzləşməzdik. Hər halda heç kim öz doğma ölkəsini tərk edib xaricdə, yad bir ölkədə özünə yeni həyat qurmaq istəməz. Lakin təəsüfki, bəzi faktlar insanları bunu etməyə məcbur edir. Həmçinin digər bir tərəfdən qeyd etmək istərdim ki, ABŞ, İngiltərə və s. kimi inkişaf etmiş ölkələr, xarici ölkələrdən ixtisaslı kadrları öz ölkəsinə cəzb etmək istəyir. Bunun üçün müəyyən şəraitlər qurur, mübadilə proqramları təklif edir. ÖZ ölkəsini digər ölkənin vətndaşlarına yaxşı tanıtmağa çalışır. Digər bir tərəfdən belə bir sual ortaya çıxır. Bəs bu problemin qarşısını necə almaq olar? Bu probleminin qarşısını almaq üçün ölkələr müxtəlif yollardan istifadə edirlər .Misal olaraq Çin ABŞ-a gedən professorlara və tədqiqatçılara 158,5 min dollar ödəyir.Bunun nəticəsi olaraq ABŞ-da çalışan ixtisaslı kadırların çoxu Çinə qayıtdı və Çin bu problemin qarşısını qismən aldı. Əlbəttə burada söhbət Çin və ABŞ kimi güclü iqtisadiyyata malik olan 2 ölkədən gedir..İnkişafda olan ölkələr isə bu problem qarşısında acizdirlər..Lakin, ümid edirəm ki,biz də bu problemin qarşısını qismən alarıq.Və ixtisaslı kadırlarımız Öz Vətənimizin inkişafı naminə fəaliyyət göstərərlər.

    Seymur m. Dünya iqtisadiyyatı ev tapşırığı

  21. Əslində azərbaycan kimi inksaf etməkdə olan ölkələrdə olan savadlı şəxslərin xarici ölkələrə gedib orada işləməyi Bu ölkələr üçün heç də müsbət hal deyil.Əgər, bu nöqteyi nəzərdən baxsaq ki, həmin şəxs Azərbaycanı yaxşı cəhətdən xaricdə təmsil edir, onda düşünmək olar ki, bu müsbət bir şeydir. Lakin həmin intellektualın öz ölkəmizdə qalıb işləməyi, onun ölkəmzi xaricdə təmsil etməsindən qat-qat yaxşı olardı.
    Bundan başqa xaricdə təhsil alan və sonra ölkəsinə qayıdan intellektual ölkəsində həmin təhsil sisteminji tətbiq etmək əvəzinə, ölkəsindəkiləri motivasyadan salması da böyük problemlərdəndir. qəbul edək ki, bizim təhsil səviyyəmiz bir çox inkşsaf etmiş ölkələrin təhsil səviyyəsindən aşağıdır.ancaq bunu qəbul etmək daha acınacaqlı haldır. Mənim fikrimcə, xaricdə təhsil alan şəxs ölkəsinə qayıtdıqdan sonra insanlara xaricdəkiləri örnək göstərib, ruhdan salmağı çox böyük problemdir.Onun xaricdə təhsil almağının özündən başqa heç kəsə bir faydası yoxdur.Əksinə həm oxuması üçün sərf olunan pullar, yəni maddi zərər, həm də insanları ruhdan salmaq, yəni mənəvi zərər kimi mənfi cəhətləri var.

  22. Qəribova Günel S2_Mühasibat2
    “Beyin axını” yoxsa “İntelektualın yadlaşması” problemi hansı daha təhlükəlidir sualına mən “Beyin axını” deyərdim. Hər bir ölkədə savadlı kadrlara ehtiyac duyulur. “Beyin axını” yüksək ixtisaslı mütəxəssislərin öz ölkələrində normal yaşam tərzi qura bilmədikləri üçün xaricə üz tutması, başqa sözlə desək biliklərini öz ölkələri üçün deyil, başqa ölkələr üçün sərf edilməsi deməkdir. Bu da ölkənin iqtisadi inkişafına mənfi təsir göstərən amillərdir biri, bəlkə də ən başlıcasıdır. Əgər ölkə üçün savadlı kadrların olması bu qədər önəmli olmasaydı, Dövlət gənclərimizin xaricdə təhsil alıb, yüksək ixtisaslı mütəxəssis olmasına vəsait ayırmazdı.
    “İntelektualın yadlaşması” fikrinə gədikdə isə xaricdə təhsil almış gənclərimizin xarici ölkələrin sosial təşkilat və təhsil modelinə uyğunlaşaraq ölkəmizdə həmin modellərdən danışmasında təhlükəli bir problem yoxdur. Çünki burada məqsəd xarici ölkələrdə gördüyü müsbət tərəfləri öz ölkəsinə aşılamaqdır.

  23. Suleymanli Ayşen sabah2muhasibat1
    Mence de muasir dovrde «beyin axini»problemi en muhim problemlerden biridir.Her bir olkenin ister inkisaf etmis,istersede inkisaf etmekde olan olkelerin her birinin savadli,daha tecrubeli kadrlara ehtiyaci vardir.Olkede ne qeder savadli,daha tecrubeli kadrlar cox olarsa,olke bir o qeder inkisaf eder,olkede veziyyet bir o qeder yaxsi olar.Buna bariz numune olaraq Yaponiyani gostermek olar.Beleki Yaponiyanin tebii resursu az olsada emek resursu(savadli kadrlar)cox olduguna gore diger inkisaf etmis olkelerden hec de geri qalmir.Qeyd olunubki,»intelektuallarin yadlasmasi»problemi «beyin axini»probleminden daha onemlidir.Men bunla tam razi deyilem.Cunki eyer bir wexs oxudugu,tehsil aldigi olkenin mentalitetine,adet enenesine,qaydalarina oyresibse onu deyismek ne derecede dogrudur ve ya mumkundur.Beli her bir vetendas oz vetenine,olkesine xidmet etmelidir.Anacaq xaricde oxumus,xarice getmis insan mutleq geri qayitmalidir deye bir qanun yoxdur.Be bele hallarda daha azdir.Yeni «beyin axini»problemi»intelektuallarin yadlasmasi»probleminden daha genis yayailmisdir.Her bir problemin mutleq bir helli vardir ve bu problemin hellide coxdur onalardan biride xarice getmis,orda oxumus insanlarin geri qayitmasi oz olkesine daha yararli olmasi ucun heveslendirici tedbirler gorulemlidir.

  24. SABAH2_Muhasibat2.Hacızadə Zahir
    Əvvəla ölkəmizdə vətənə,millətə fayda vermək ideologiyası gənclərə aşılanmasa bu problemin həlli mümkün deyil.Xaricdə oxuyan hər bir insan təhsilini bitirdikdən sonra ölkəyə qayıdıb cəmiyyətə,ölkəyə xeyir vermək haqqında düşünməlidir.Bunun üçündə gənclərə azad şərait yaradılmalıdır.Bir baxın bizim dövlətdə yüksək vəzifədə olan şəxslərin hamısının yaşı 40dan çoxdur.Bir dənə cavan nazir yoxdur.Halbuki belə vəzifələrə məncə gəncləri qoymaq lazımdır.Onlar daha enerjili olurlar və daha çox fayda verərlər deyə düşünürəm.
    İkincisi isə xaricdə oxuyan şəxs başa düşürki orda qalıb işləsə özünə daha yaxşı şərait yaradar,nəinki öz ölkəsinə qayıtsa.Bununda dərinliyinə getsək yenə ideologiya məsələsinə gəlib çıxarıq.Sovet dövründə vahid ideologiya varıydıki hamı işləməlidi,işləməyən dişləməz və s. Buna görədə hamı işləmək haqqında fikirləşirdi. Fikrimi yekunlaşdıraraq deyirəmki bizə vahid ideologiya lazımdır və bu bütün vətəndaşlara aşılanmalıdır.

  25. Ağabalayev Rüfət Sabah_2 Mühasibat_1
    Dövlət üçün yüksək ixtisaslı peşəkarların yetişdirilməsi böyük əhəmiyyət kəsb edir. Hər bir dövlət üçün iqtisadiyyatın inkişaf etdirilməsi, rifah halının yaxşılaşdırılması, ümumilikdə isə dövlətin inkişafı əsas məqsədlərdir. Söhbət inkişaf etməkdə olan ölkələrdən getdikdə isə ixtisaslı kadrların hazırlanması daha çox diqqət mərkəzində olmalıdır. Əksər hallarda belə ölkələr kadrları dünyanın inkişaf etmiş ölkələrində olan ali təhsil müəssisələrinə göndərirlər. Orada təhsil alan tələbə daha yaxşı həyat səviyyəsinə, oranın adət-ənənələrinə öyrəşir, həmin dövlətin ideologiyasına məruz qalır və bəzi hallarda öz ölkəsinə gəldikdən sonra o ölkəni təbliğ edir. Yəni xaricdə təhsil almış yüksək ixtisaslı peşəkar öz ölkəsindən çox təhsil aldığı ölkəyə xidmət etməyə can atır. Bunda əsas səbəb kimi həmin peşəkarlara qayıdandan sonra öz ölkəsində oradakı kimi qayğı və diqqətin göstərilməməsi, burdakı həyat səviyyəsinin müqayisədə daha aşağı olmasını, həmçinin öz ölkəsindəki elmi texnologiyaların elmi araşdırmalar etməsi üçün kifayət qədər yaxşı olmamasını misal göstərmək olar. Düşünürəmki ölkəmizdən beyin axınlarının qarşısını almaq və intellektuallarımızın cəmiyyətə yadlaşmasını aradan qaldırmaq üçün ilk öncə intellektuallarımız elmi fəaliyyətlərini edə bilmələri üçün əlverişli mühit yaradılmalı, ölkənin inkişaafını təmin etmək üçün onların fəaliyyətindən maksimum dərəcədə effektiv yararlanmaq lazımdır. Nə qədərki intellektualların elmi fəaliyyətinə dövlət tərəfindən laqeyd yanaşılacaq, onların ixtiraları dövlət tərəfindən dəstəklənmiyəcək, onlar üçün əlverişli mühit yaradilmayacaq, onda beyin axınları da olacaq, intellektualların cəmiyyətə yadlaşmasıda. İnsanın cəmiyyəti üçün yaxşı bir iş görməsi üçün o ilk öncə cəmiyyəti tərəfindən qiymətləndirilməli, stimullaşdırılmalıdır.

  26. Beyin axını.İlk öncə Beyin axınının nə olduğunu deyim.»Beyin axını» — yüksək ixtisaslı mütəxəssislərin öz ölkələrində normal yaşam tərzi qura bilməyərək xarici ölkələrə miqrasiya etməsidir.Beyin axınının müsbət və mənfi cəhətləri var.Müsbət cəhətlərindən deyim:Məsələn yüksək təsil səviyyəsilə fərqlənən,öz ixtisasıyla mütəxəssis hesab edilən şəxslər öz vətənlərini tərk edib daha güclü dövlətlərə gedirlər.Orada olan şirkətlərdə,müəssisələrdə fəaliyyətə başlayırlar.Belə şəxslərin bir yerə yığışması elmin,texnikanın inkişafına gətirib çıxarır.Məsələn,bu şəxslər birlikdə fəaliyyət göstərərək soyuducu ixtira edirlər.Bu soyuducu yalnız ixtira olunan ölkədə qalmır.Daha sonralar istehsal olunur və satılaraq bütün dünyaya yayılırlar.Ümumi desək,bu soyuducudan bütün dünya istifadə edir və faydalanır.Digər müsbət cəhət isə Öz ölkələrindən gedən bu təhsil səviyyəsilə fərqlənən şəxslər güclü dövlətlərdə fəaliyyət göstərə göstərə öz dövlətlərini tanıdırlar.Bu da dövlətin tanınmasına gətirib çıxarır.(həmin ölkənin güclü ölkələrdə lobbiləri artır)İndi isə mənfi cəhətlərdən danışaq:Öz ölkələrini tərk edən yüksək təhsil səviyyəli şəxslər,mütəxəssislər özlərilə birlikdə bildiklərini də(kobud dildə desək)aparırlar.Yəni,əgər bir ölkənin savadlı mütəxəssisləri ölkəni tərk edib gedirlərsə,bu zaman onların ölkələrində savad,bilik verən şəxslərin sayı azalmış olur.Buda təhsilin səviyyəsinə,təhsildə eyni zamanda iqtisadiyyata və digər sahələrə təsir göstərir.Müsbət,mənfi cəhətlərdən çox danışmaq olar.İndi isə digər bir məsələyə keçirəm.Burda bir sual ortaya çıxır.Bəs niyə bu şəxslər öz ölkələrində yox,xarici ölkələrdə işləməyi,fəaliyyət göstərməyi seçirlər?Əslində müxtəlif səbəblər ola bilər.Bunlardan birini indi deyim:Məsələn,bir savadlı mütəxəssis yeni maşın növü kəşf edib və öz ölkəsində bu maşını hazırlamaq istəyir.Amma həmin şəxsin ölkəsində maşın istehsalı,hazırlanması üçün zavodlar,müəssisələr yoxdur.Yəni həmin ölkədə olan bütün maşınlar idxal olunur.Bu zaman həmin şəxs öz planlarını reallaşdırmaq üçün maşın sənayesinin inkişaf etdiyi ölkələrə gedir.Beləliklədə öz istədiyini reallaşdırır.Digər bir məsələ isə bu mütəxəssislərin öz ölkələrində gördüyü işə görə qane ediləcək qədər maaş almamaları olur ki,bu zamanda həmin şəxslər daha çox maaş təklif edilən ölkələrə gedirlər və fəaliyyətlərini orada davam etdirirlər.Bu mövzu haqqında çox şey danışmaq olar.Ona görədə fikrimcə bu qədəri kifayətdir.Nicat Məmmədzadə SABAH2 MÜHASİBAT2

    • Sabah2 Mühasibat2 Nicat Məmmədzadə
      1)Beyin axını.İlk öncə Beyin axınının nə olduğunu deyim.”Beyin axını” – yüksək ixtisaslı mütəxəssislərin öz ölkələrində normal yaşam tərzi qura bilməyərək xarici ölkələrə miqrasiya etməsidir.Beyin axınının müsbət və mənfi cəhətləri var.Müsbət cəhətlərindən deyim:Məsələn yüksək təsil səviyyəsilə fərqlənən,öz ixtisasıyla mütəxəssis hesab edilən şəxslər öz vətənlərini tərk edib daha güclü dövlətlərə gedirlər.Orada olan şirkətlərdə,müəssisələrdə fəaliyyətə başlayırlar.Belə şəxslərin bir yerə yığışması elmin,texnikanın inkişafına gətirib çıxarır.Məsələn,bu şəxslər birlikdə fəaliyyət göstərərək soyuducu ixtira edirlər.Bu soyuducu yalnız ixtira olunan ölkədə qalmır.Daha sonralar istehsal olunur və satılaraq bütün dünyaya yayılırlar.Ümumi desək,bu soyuducudan bütün dünya istifadə edir və faydalanır.Digər müsbət cəhət isə Öz ölkələrindən gedən bu təhsil səviyyəsilə fərqlənən şəxslər güclü dövlətlərdə fəaliyyət göstərə göstərə öz dövlətlərini tanıdırlar.Bu da dövlətin tanınmasına gətirib çıxarır.(həmin ölkənin güclü ölkələrdə lobbiləri artır)İndi isə mənfi cəhətlərdən danışaq:Öz ölkələrini tərk edən yüksək təhsil səviyyəli şəxslər,mütəxəssislər özlərilə birlikdə bildiklərini də(kobud dildə desək)aparırlar.Yəni,əgər bir ölkənin savadlı mütəxəssisləri ölkəni tərk edib gedirlərsə,bu zaman onların ölkələrində savad,bilik verən şəxslərin sayı azalmış olur.Buda təhsilin səviyyəsinə,təhsildə eyni zamanda iqtisadiyyata və digər sahələrə təsir göstərir.Müsbət,mənfi cəhətlərdən çox danışmaq olar.İndi isə digər bir məsələyə keçirəm.Burda bir sual ortaya çıxır.Bəs niyə bu şəxslər öz ölkələrində yox,xarici ölkələrdə işləməyi,fəaliyyət göstərməyi seçirlər?Əslində müxtəlif səbəblər ola bilər.Bunlardan birini indi deyim:Məsələn,bir savadlı mütəxəssis yeni maşın növü kəşf edib və öz ölkəsində bu maşını hazırlamaq istəyir.Amma həmin şəxsin ölkəsində maşın istehsalı,hazırlanması üçün zavodlar,müəssisələr yoxdur.Yəni həmin ölkədə olan bütün maşınlar idxal olunur.Bu zaman həmin şəxs öz planlarını reallaşdırmaq üçün maşın sənayesinin inkişaf etdiyi ölkələrə gedir.Beləliklədə öz istədiyini reallaşdırır.Digər bir məsələ isə bu mütəxəssislərin öz ölkələrində gördüyü işə görə qane ediləcək qədər maaş almamaları olur ki,bu zamanda həmin şəxslər daha çox maaş təklif edilən ölkələrə gedirlər və fəaliyyətlərini orada davam etdirirlər.Bu mövzu haqqında çox şey danışmaq olar.Ona görədə fikrimcə bu qədəri kifayətdir.Nicat Məmmədzadə SABAH2 MÜHASİBAT2

  27. Səməd Həşimzadə S2 Muhasibat1
    Əvəllər yalnız beyin axını problemi gündəmdə olmuşdur. Müasir dövrdə beyin axınından daha təhlükəli olan hal isə intellektualın öz cəmiyyətinə yadlaşması problemidir. İnkiçaf etmiş ölkələrdən xaricə, xüsusən də inkiçaf etmiş ölkələrə gedən gənclərin öz olkələrinə qayıtdıqdan sonra təhsil aldıqları ölkənin reallıqlarını öz ölkələrində təbliğ etməyə başlamaları həqiqətən də arzuolunmaz haldır. Həmin gənclər öz cəmiyyətinin realliqlarından uzaqlaşmış və artıq görnən odur ki, artıq bunu qəbul etmək istəməmələri və xarici təsirlərə məruz qalmalarıdır.
    Hər hansı bir gəncin İEÖ-də təhsil alması və yenidən öz ölkəsinə qayıdaraq həmin təhsili tətbiq etməsi, İEÖ ölkələrin təcrübələrinin tətbiqi yaxşı haldır. Bunun əksinə təbliğat işinin aparılması heç də arzu olunmur.
    Məncə belə halların baş verməsinin əsas səbəbi kimi öz adət-ənənələrimizin düzgun aşılanmaması, mentalitetimizdən uzaqlaşma, xüsusən də ailə, ilkin və orta təhsildə olan promlemləri göstərmək olar.

  28. Sabah Mərkəzi, S2Mühasibat2 qrup tələbəsi.
    Beyin axını olaraq itirdiyimiz, bəlkə də əsrimizin ən dahi şəxsiyyətinin-Lütfizadənin nəzəriyyəsinə istinadən başlamaq istərdim fikrimə. «Dünyada qəti olaraq tam ağ və qəti olaraq tam qara deyilən şey yoxdur. Bu iki məhfum arasında minlərlə çalar dəyişikliyi — aralıq nüanslar var.» Bunun yaşamımızın hər yönündə düzgün olduğuna inanaraq, mövzuya radikal yanaşmağın, kəskin fikir bildirməyin doğru olduğunu düşünmürəm. Beyin axını yoxsa intellektualın yadlaşması təhlükəlidirmi deyə bir müqayisə aparmaq yox, beyin axınının təhlükəli tərəfləri daha çoxdur yoxsa intellektualın yadlaşmasının? müqayisəsini etmək daha düzgün olardı. Çünki, düşünürəm ki, hər birinin pis olduğu qədər yaxşı yönləri də var. Ölkədən gedən intellektualların getmə səbəbləri (kariyera, həyat səviyyəsi və s.) haqda yoldaşlarım kifayət qədər məlumat yazıblar. Beyin axının təhlükəsi ölkədə savadlı kadr çatışmazlığı, bir sıra sahələrin inkişafdan qalmasına və s. mənfi hadisələrə səbəb ola bilər. İntellektualın yadlaşması məqalədə qeyd etdiyiniz qədər təhlükəli deyil, fikrimcə. Əlbəttə ki pis tərəfləri var, amma beyin axının pis tərəfləri qədər deyil. Yadlaşmış və həvəssiz intellektual məsələsinə də toxunmusunuz, bir yoldaşımın da qeyd etdiyi kimi bu insanın öz şəxsi keyfiyyətlərindən asılır, amma hər nə qədər həvəssiz olsa da onun cəmiyyətə müəyyən qədər xeyri dəyir. Fikrimi daha aydın izah etmək üçün deyə bilərəm ki; Xaricdə təhsil alıb gəlmiş və ya bir müddət orda yaşamış insanın, öz əhatəsinə yaşadığı ölkənin müsbət cəhətlərini danışıb, həmin cəmiyyətin üstünlüyünü göstərməsindən daha təbii nə ola bilər ki? O bunları vurğulayaraq insanlara müəyyən müddət yaşadığı ölkənin istər təhsili, istər mədəniyyəti, istər ictimai davranış qaydaları və s. haqda məlumat verərək onlara yeni nələrsə öyrətmiş olur və bəlkə də ondan bu məlumatları öyrənən insanların ordakı üstünlükdən pay çıxararaq yeni vərdişləri yaranır. Cəmiyyətin, mədəniyyətin, elmin müsbət yöndə inteqrasiyasından yaxşı nə ola bilər ki? Əslərdir bəşəriyyət bu cür inkişaf edir.

  29. Əliyev Ceyhun, S2Mühasibat1.
    Günümüzdə xaricdə təhsil proqramları əksər savadlı gənclərin xarici ölkələrə gedərək, savadlarının daha da inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə bu hal özünü daha çox büruzə verir. Çoxu bunun səbəbinin ölkəmizdəki təhsilin zəifliyi ilə izah edirlər, lakin mən belə düşünmürəm. SSRİ dönəmində inzibati amirlik hökm sürürdü və bu nəzarət təhsilə də aid idi. Ona görə də, o dövrdə ölkəmizdən çox sayda alimlər çıxmış və dünya texnologiyasında əhəmiyyətli rol oynamışlar. Lakin Sovet Rusiyası parçalandıqdan sonra, Azərbaycan bir çox çətinliklərlə üzləşdi. Bu çətinliklərə təhsili də aid etmək olar. Ən savadlı iqtisadiyyat alimləri artıq öz güclərini itirdilər. Bunun səbəbi də bildiyimiz kimi kapitalizmə keçidlə əlaqədardır. Hər şeyin dəyişdiyi anda Azərbaycana gənc kadrlar lazım idi. Bunun yaradılmasının yeganə çıxış yolu «xaricdə təhsil» idi. Gənclər ABŞ və Avropa ölkələrinə gedərək, orada yeni biliklərə yiyələndikdən sonra, Azərbaycana qayıtdıqda bu bilikləri ölkəsi üçün istifadə etməli idi. Lakin bu prosesdə ölkəmiz bir çox problemlərlə üzləşdi. Birinci problem gənc kadrların təhsillərini xaricdə tamamladıqdan sonra, ölkəyə qayıtmayıb, elə oradaca həyatlarını davam etdirməsi oldu. Bunun nəticəsində ölkəmiz çox sayda savadlı kadr itirdi. Biz buna «beyin axını» deyirik. İkinci problem isə savadlı kadrların ölkəyə gəldikdən sonra, öz biliklərini öz ölkəsi üçün istifadə etməmə və ya yetərincə etməmə problemi yarandı. Buna isə biz «intellektualın yadlaşması» prosesi deyirik. Mənim fikrimcə, hər ikisi də pis haldır, lakin ikinci hal daha pisdir. Çünki xaricə gedən kadrlar onsuz da öz biliklərini Azərbaycan üçün istifadə etməyəcək idilər, çünki onlarda vətənpərvərlik hissi yoxdur. Bu halın qarşısının alınması üçün ölkəmizdə vətənpərvərlik hisslərinin yüksəldilməsi üçün bir çox islahatlar keçirilir və bunun nəticə verdiyinin şahidiyəm. İntellektualın yadlaşması prosesində isə daha çox təhlükə var. Bu bir növ ölkənin içdən zəifləməsinə şərait yaradır. Çünki bu insanlar bizim kimi gənc və savadlı kadrlara digər inkişaf etmiş ölkələri tərifləyir və ölkəmizi pisləyir. Belə insanlara qulaq asaraq, bir çox savadlı gənclər xaricə gedirlər və qayıtmırlar və bu proses dayanmadan artır. Bunun səbəbini isə belə insanlara digər inkişaf etmiş ölkələr tərəfindən «missiya» verilməsidir. Çünki bildiyimiz kimi əksər inkişaf etmiş ölkələrdə işçi çatışmazlığı var və bunun qarşısını inkişaf etməkdə olan ölkələrdən işçilər gətirərək almaq istəyirlər. Bu prosesdə inkişaf etmiş ölkələr hələ də qalib gəlir. Əgər 19-cu əsrdə yaşasaydıq, sərhədləri bağlayaraq, bu problemi aradan qaldıra bilərdik. Lakin hal-hazırda bunun qarşısını yalnız ölkəyə və onun gələcəyinə inam ala bilər. Mən əminəm ki, yaxın on illikdə Azərbaycan dövləti çox sürətlə inkişaf edib, təhsil sahəsində özünəməxsus sistem formalaşdıracaq.

  30. Salam.Toxunduğunuz məsələ müasir dövrümüzdə İEOÖ-də ən aktual problemlərdən biridir.»Beyin axını»- Savadlı kadrların öz ölkələrində istədikləri şəraiti,yaşam tərzini qura bilməmələri ilə əlaqədar xarici ölkələrə miqrasiya etməsidir.Beyin axınının ən mənfi tərəfi yüksək ixtisaslı, savadlı kadrların öz ölkəsini tərk edərək hər hansı bir İEÖ-nin iş yerlərində işləməsi nəticəsində həmin İEÖ-nin elmi-texniki inkişafına təkan verməklə, öz ölkəsinin iqtisadiyyatına ciddi zərbə vurmasıdır. Beyin axını iqtisadi inkişafın qarşısını alır. Beləki, dövlətin vəsaiti hesabına təhsil alıb da ölkəyə qayıtmayan kadrlar vergi gəlirlərində itkiyə səbəb olurlar. Bildiyimiz kimi, büdcə vergilərin hesabına dolur bu da büdcəyə öz mənfi təsirini göstərir. İkinci ən əsas problemlərdən biri, «İntelektualın yadlaşması» problemidir. Fikrimcə, İntelektualın yadlaşması prosesinin əsas səbəbi «beyin axını»dır. Belə ki, ilk öncə ixtisaslı kadrlar İEÖ-ə axın edirlər, oradaki yüksək həyat səviyyəsini görür və uzun müddət həmin ölkədə yaşadığı üçün həmin cəmiyyətə uyğunlaşır və öz cəmiyyətinə, ölkələrinə yadlaşır. Təhsil aldıqları ölkədən qayıtdıqdan sonra, belə desək həmin ölkənin lobbiçiliyini edirlər və həmin ölkəni öz ölkələrindən daha yüksək səviyyədə tuturlar. Qeyd etdiyim fikirlərdən yekun nəticə çıxararaq bildirmək istəyirəm ki, İntelektualın yadlaşması problemi «beyin axını»ndan qaynaqlanır və buna görə də fikrimcə beyin axını daha təhlükəlidir. Lakin düşünürəm ki, öz ölkəmizdə də İEÖ-dəki kimi təhsil, sənaye və digər sahələrdəki imkanlar genişləndirilsə və yüksək ixtisasli, potensiallı kadrlar üçün yaxşı şərait yaradılsa beyin axının qarşısını müəyyən dərəcədə almaq olar.

  31. Məqalədə müasir dövrdə inkişaf etməkdə olan ölkələr üçün aktual olan bir problem haqda yazılıb. Lakin buradakı fikirlərlə razı deyiləm. Mənə görə «Beyin axını» bir ölkə üçün daha təhlükəlidir. Bildiyimiz kimi bir ölkənin inkişafı üçün elm, savad ən önəmli ünsürdür. Ölkədə savadlı insanlar çox olduqda o daha çox nailiyyətlər əldə edir və daha da irəliləyir. Lakin belə insanlar xaricə-inkişaf etmiş ölkələrə üz tutduqda artıq onlar həmin ölkəyə xidmət etməyə başlayırlar. Düzdür, bu biraz da Azərbaycan kimi gənc dövləti yaxşı mənada təmsil etmək, tanıtmaq deməkdir. Lakin savadlı kadrların ölkədə qalması daha faydalı olar.
    Digər məsələyə gəldikdə isə intelektualın cəmiyyətə yadlaşması mənim fikrimcə, çox da böyük problem sayılmaya bilər. Çünki nəticə etibarilə o öz ölkəsinə xidmət edərək fayda göstərir. Ümumiyyətlə hər iki məsələnin həm müsbət həm də mənfi tərəfləri vardır.

  32. Xankişi Ağayev S2_M1
    Bildiyimiz kimi beyin axını inkişaf etməkdə olan ölkələrin qarşisinda duran əsas problemlərdən biridir. İlk öncə onu qeyd etmək olar ki, intellektual insanların (müəllimlərin, həkimlərin) xarici ölkələrə miqrasiyası dövlətə vergi ödəyənlərin sayının azalmasına, həmçinin, cəmiyyətin digər təbəqələrinə mənfi təsir göstərir. Bu da gələcək nəsillərin təhsilində, onların inkişafında təsirsiz ötüşmür. Beyin axını savadlı kadrların başqa işlərə istiqamətlənməsi ilə beyin itkisinə də gətirib çıxara bilər. Beyin axını iqtisadi inkişafın qarşısını alır. Bu o deməkdir ki, beyin axınına məruz qalan dövlət öz intellektual potensialını itirməyə başlayır. Nəticədə öz düşünən beyinlərini itirən dövlət sosial-iqtisadi sahədə geriləməyə məruz qalmaqla yanaşı, həyat səviyyəsinin aşağı düşməsi problem ilə də üzləşir. Beyin axını ölkənin iqtisadi tərəqqisini əngəlləyən problemlərdən biridir.
    Azərbaycanda da beyin axını mövcuddur, lakin ölkəmiz beyin axınının ən aşağı səviyyədə olduğu ölkədir. Buna baxmayaraq xaricdə təhsil alan tələbə sayının illər keçdikcə artmasını Azərbaycan üçün beyin axını məsələsinə aktuallıq qazandıran amil kimi qiymətləndirmək olar. İqtisadi ədəbiyyatda tələbələr beyin axınının subyektləri kimi qəbul edilməsələr də, məzun olub xaricdə yaşamağa davam edən tələbələri intellektual insan kimi qeyd etmək olar.

  33. Qeyd etdiyiniz hər iki problem təkcə Azərbaycana deyil,çox sayda İEOÖ-ə xasdır yəni qlobal problemdir.Problemin səbəblərini araşdırarkən ilk növbədə nəzərə carpan iqtisadiyyatın,texnika və texnologiyanın zəif inkişafıdır.Günümüzdə «beyin axını»nın əsas istiqamətləri İEÖ xüsusilə ABŞ dır.Tarixə nəzər salsaq görərik ki,ABŞ ın sürətli inkişafının əsas səbəbləri hər iki dünya müharibəsindən uzaqda qalması və digər ölkələrə silah ixracatcısı kimi cıxış etməyi oldu.Azərbaycanın isə bu baxımdan bəxti hec də gətirməyib.Hələ SSRİ dövrundə ölkənin düşünən beyinlərinin repressiyaya məruz qalması,dünya müharibəsində agır itkilər,müstəqilliyin ilk illərində yenidən müharibəyə cəlb olunma təbii ki bunlar ölkənin inkişafını kökündən sarsıdacaq hadisələr idi.Ölkəni yenidən dircəltmək və bazar iqtisadiyyatının tələblərinə uygunlaşmaq ücün xaricdə təhsil almış gənc kadrlara xüsusi ehtiyac vardı və indiyədək qalmaqdadır.Onlardan bəziləri «beyin axını»na qoşulub İEÖ-də fəaliyyət göstərməyi üstün tutur,bəziləri öz ölkələrində səmərəli işlərlə məşgul olur,digərləri isə öz ölkələrinə qayıtsalar da nə özlərinə nə də cəmiyyətə xeyir verə bilmirlər.Əlbəttə intellektualın cəmiyyətə yadlaşması daha dərin problemdir lakin hər iki problemin kökü eynidir.Xaricdə yüksək texnologiyalar sahəsində təhsil almış bir gəncin öz ölkəsində iş tapa bilməməsi onun problemi deyil belə olan halda onun geriyə qayıtmaqdan başqa carəsi qalmır.Xaricdə fəaliyyət göstərən bir şəxsin hər hansı ixtirası və müvəffəqiyti öz ölkəsi ücün də müsbət bir haldır və həm də ölkəyə xarici valyutaların daxil olmasına səbəb ola bilər.
    Fikrimcə bu qlobal problem oldugu ücün İEOÖ bu barədə bir-birini dəstəkləməlidir.Dövlət özü isə gənc kadrlara güzəştlər,əlverişli iş şəraiti təmin etməklə problemin həllinə bir addım atmış olar.Ümumiyyətlə isə hər iki problem illər bəlkə də əsrlər tələb edəcək fəaliyyərlərə səbəb olacaq.

  34. SABAH mərkəzi,S2 Mühasibat 1.
    «Beyin axını» və «İntelektualın yadlaşması» problemi bir çox inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycandada gündəmdə olan bir problemdir.Mən bunun əsas səbəbin İEÖ yeritdiyi siyasət kimi görürəm çünki bu ölkələrə daha savadlı kadrlar lazımdır və beyin axını nəticəsində məhz İEOÖ ən savadlı gəncləri təhsil üçün İEÖ üz tuturlar və təhsillərini bitirdikdən sonra orada qalıb işləyib,yaşayırlar.Bunun nəticəsindədə İEOÖ-də həm savadlı kadr çatışmamazlığı yaranır həm də bəlkə də gələcəkdə çox böyük işlər görəcək olan vətəndaşların itirir.Məs:Lütfizadə.
    İntelektualın yadlaşması probleminə gəldikdə isə mənə görə bu normal bir haldır çünki xaricə oxumağa gedən tələbələr oraya öz istəkləri ilə gedirlər lakin geri qayıdanda isə bir çoxunda bu istək olmur sadəcə məcburiyyətdən qayıdır elə bunna görə də ölkənin problemləri ilə maraqlanmır və onların həll yolun axtarmır.
    Bu iki problemdən hansının daha təhlükəli olduğuna gəldikdə isə mənə görə «Beyin axını» problemi daha təhlükəlidir niyəsinə gəldikdə isə ən azından «İntelektualın yadlaşması» problemində insanlar ölkəyə qayıdır və burada nə qədər az da olsa ölkəyə xeyri dəyir lakin,beyin axınında isə insanlar öz ölkələrindən qazanılan pulu İEÖ ölkələrdə xərcləyərək orada oxuyurlar və sonra orada qalıb yaşayırlar və ölkələrinə heç bir xeyirləri dəymir əksinə İEÖ-in daha da inkişafına xeyir verirlər beləliklə İEOÖ-in ən savadlı vətəndaşlarının İEÖ-ə getməsi nəticəsin həm İEÖ-in inkişafı daha da artır və sürətlənir həm də İEOÖ-in inkişafı daha da zəyifləyir.

  35. S2M1 ƏLİYEV SABİR
    Ilk once bu mozuya toxundugunuza gore size tesekkur ve tebriklerimi qeyd edirem.
    Hal –hazirda bu problemin dehsetli neticeleri ozunu gostermekde davam edir. Cunki intelektualin yadlasmasi lazimi yer ucun lazimi qeder faydani temin etmeyecekdir. Sade bir misal:
    Isvecrede tehsil alib orada isleyen bir intelektualin oz olkemize cox faydali olacagini dusunub yuksek emek haqqi ile hemin şəxsi işlə təmin edirik.Bəs onun verdiyi fayda odenilən məvaciibin haqqını odəyəcəkdirmi? Əgər intelektual yadlaşma bas veribse xeyir. Bes ne üçün hemin şexs belə yuksek əmək haqqı aldigi teqdirde faydaliligi azdir,?
    Bu sualların cavablarını mueyyen edək. Evvela bildiyimiz kimi intelektual yadlasma geden ferdlerimiz tez tez onlari yadlasdiran olkelere sefer edirler.Mence ilk once bu seferlerin qarsisi nisbeten alinmalidi. Diger terefden yuksek emek haqqi legv edilmelidi .Eger adi isciden daha cox fayda vere bilmirse neye gore ondan yuksek emek haqqi almalidir.Emek haqqının stabillesdirildiyi seraitde intelektual şexs oz emek haqqinin artirilmasi ucun yadlasan intelektini duzgun isletmeye mecbur olacaqdir.Ve eger intelekt burdaki emek haqqi ile razilamayacaqsa onu bllmelidirki xarice gedib orda oz olkesini temsilo etse daha cox fayda verecek.bele olan halda onun qarsisini artiq emek haqqi ile temin etmek duzgun deil.eksine o emek haqqina layiq oldugunu subut etmelidit

  36. S2M1 Hüseynova Çinarə
    İntelektual yadlasma- bir cemiyyete mensub olan intelektin ozlerini o cemiyyetden iradi və ya qeyri-iradi soyutmaları, həmin cemiyyetden ozlerini tecrit etmeleridir.intelektin en boyuk gunahi yasadigi xalqin siyasi,iqtisadi,ictimai həqiqətinden qopmasıdır
    Nobel mukafatı almis bir yazar bezen ele cumleler isledirki adi mektebi bele hemin cumleni daha duzgun qurar. Oz cemiyyetini yad olan bir insan dunyanin en yaxsi yazari bele olsa fayda vermez.Halbuki oz yazarlarimizin yazdiqlari romanlar .
    Yadlasma yalnizca iqtisadi faktorlarin tesiri ile deyil ,eyni zamanda sosial ve psixoloji faktorlarin tesiri ile de yarana biler.Bir basqa sekilde ise heyatin qarisiqligindan yaranan neqtif tesirlerde bu amili yarada biler.Lakin sebeb ne olursa olsun ozluyunden uzaqlasmaq, yadlasma hemin insanin cemiyyetdeki yerini sarsidar.
    J.P.Sartre gorə “ Bir millət oz tarixini yarada bilmediyi ucun deyil, basqalarinin tarixini yaratdigi ucun oz cemiyyetinden yadlasar”
    Ve netice olaraq yadlasan bir intelektin verdiyi vayda vereceyi veya formalasdircagi cemiyyetin ziyanindan azdir.

  37. Bilirik ki bütün inkişaf etməkdə olan ölkələrin əsas problemlərindən biri beyin axınıdır.Və hal hazırda Azərbaycanda da bu proses intensiv baş verir.Beyin axınının əsas səbəbləri sosial,iqtisadi və siyasi proseslərlə bağlıdır.Siyasi aspektdən yanaşsaq Azərbaycanda beyin axınının əsas səbəbi insanların hüquq və azadlıqlarının pozulması ilə əlaqədr oldugunu görərik.Başqa səbəb maliyyə problemi ilə bağlıdır.Buna görə də insanlar daha çox qazanc əldə etmək üçün xaricə üz tuturlar.İxtisaslı kadrlarımızın xaricə getməsi ölkəmizin iqtisadiyyatında bəzi ləngimələrə səbəb olur.Bilirik ki hər bir ölkənin iqtisadiyyatının inkişaf etdirilməsi üçün yüksək ixtsaslı kadrlara ehtiyac var.Xaricdə təhsil alan tələbə sayının illər keçdikcə artmasını Azərbaycan üçün beyin axını məsələsinə aktuallıq qazandıran amil kimi qiymətləndirmək olar.Bu zaman dövlət öz intellektual potensialını tamamilə itirir.Nəticədə isə öz düşünən beyinlərini itirən dövlət sosial-iqtisadi sahədə geriləməyə məruz qalmaqla yanaşı,həyat səviyyəsinin aşağı düşməsi ilə üz-üzə qalır.Beyin axını ölkənin iqtisadi tərəqqisini əngəlləyən maneələrdən biridir.
    İntellektualın cəmiyyətə yadlaşması beyin axınının nəticəsidir.Bu prosesə gəldikdə isə məncə kadrlarımızın gedib xaricdə təhsil alması pis bir şey deyil.Əksinə orda gördükləri sistemi bizim ölkədə tətbiq edərək ölkəmizin təhsil sisteminin daha da təkmilləşməsinə gətirib çıxarır.Mənim fikrimcə ölkədə təhsil sistemini daha da yaxşılaşdırsaq bu problemlə üzləşmərik.

  38. Nərmin Abbasova, S2M1.
    Qeyd edilən fikirlərlə qismən razı olsam da, bu iki problemlərdən “beyin axını”nı daha təhlükəli hesab edirəm. Buna bir misalla izah gətirmək istəyirəm. Dövlət məktəbində təhsil alan, riyaziyyat, fizika və kimya fənlərini mükəmməl bilən abituriyent vardır ki, digər fənləri çox da yaxşı qavramır və qurulmuş təhsil sistemi ilə bağlı olaraq nisbətən aşağı nəticə göstərir və aşağı prestijli universitetə və ya özəl universitetə qəbul olma şansı yaranır. Əhalinin vəziyyətini nəzərə alsaq, aşağı prestijli dövlət universitetini seçəcəkdir. Lakin, elə xarici proqramlar vardır ki, o yalnız mükəmməl biliyini istifadə edərək gedəcək və bəlkə də, gələcəyin bir ixtiraçısı və ya alimini özünə çəkəcək. Bu halda,təbii ki, itirən bizim ölkəmiz və iqtisadiyyatımız olacaq. Bizim üçün böyük işlər görə biləcək mütəxəsis, başqa dövlətin iqtisadiyyatını yüksəldəcək. Misalını çəkdiyim abituriyent və ya tələbələr yüzlərcədir. Beləliklə, “beyin axını” problemini az da olsa həll etməyimiz üçün, təhsil sistemimizdə dəyişikliklər etməliyik.

  39. Qardaşlı Nuranə S2_M1
    Toxunulan məsələ təkcə bu günümüz üçün deyil, bütün dövrlərdə aktual olmuşdur. Düşünürəm ki, “beyin axını” və “intellektualın yadlaşması” proseslərinin əsas səbəbi dövlətin yeritdiyi düzgün olmayan siyasətdir. Bunu Azərbaycan da daxil olmaqla, əksər inkişaf etməkdə olan ölkələrin timsalında görə bilərik. Hal-hazırda Azərbaycanın dövlət siyasətini bu cür düşünmək olar: Ağacı əkirsən, su verirsən qayğısına qalırsan, böyüyür, nə vaxt ki bar verməsinə az qalır daha sulamırsan və ağac quruyur. Azərbaycanda təhsil sistemi də eynilə buna bənzəyir. Dövlət şagirdin və ya tələbənin qeydinə qalır, o vaxta qədər ki gənclər ali təhsilini başa vurur. Və bundan sonra iş problemi ilə üzləşirlər. Yəni ki, dövlət onlara savad verir, lakin verdiyi savadı göstərməyə, bacarıqlarını ortaya qoymaq üçün onlara kifayət qədər imkanlar vermir. Və ya Azərbaycan “mentaliteti”nə uyğun olaraq yüksək vəzifəli şəxslərin uşaqları ən yüksək vəzifələrdə işləyir, əsl intellektuallar, cəmiyyəti üçün yararlı ola biləcək şəxslər isə qıraqda qalır və onlar öz ölkələrinə qarşı sanki küskün olurlar. İntellektualın yadlaşması da elə bundan başlayır. Maddi imkanı olan belə şəxslər ilk fürsətdə ölkəni tərk edir (beyin axını), imkanı olmayanlar isə həmin ölkədə qalmağa məcbur olur və bayaq misalda dediyim kimi bir növ “quruyurlar”.

  40. SABAH mərkəzi.S2 Mühasibat 1.
    Salam. İlk önce bildirmek isteyirem ki,toxunduğunuz mövzu günümüzün en aktual mövzularındandır. Ve men öz fikrimi bildirmek isterdim. Menim fikrimce intellektual yadlaşmanın özü beyin axınından doğan problemdir. Ve bildiyimiz kimi bu problem İEOÖ xasdir. Yeni eger her hansi bir ölkeden beyin axını varsa hemin ölkede intellektual yadlaşma prossesi de olacaq. Buna göre de menim fikrimce bu iki problemin her hansını digerinden üstün tutmaq düzgün deyil. Ve bu problem bu dövrde labüddür.
    Her hansı bir şexs xaricde tehsil alirsa,hemin xarici ölkenin esas düşünelmüş siyasesi de budur ki, hemin insanın şuürunu öz lehine tehsil vasitesi ile deyişsin.
    Eger bu problemlerden qurtulmaq isteyirikse beyin axınına ehtiyac duyulmamalidir. Bu inkişafa çatana kimi xarici praktikadan istifade edirikse de intellektual yadlaşmaya meruz qalmağımız qaçılmazdır.

  41. Ölkəmizdə yüksək ixtisaslı kadrların yetişməsi üçün lazımi şəraitin olmaması səbəbilə beyin axınının baş verməsi iqtisadiyyatımıza zərər vursa da, irəlidə xaricə üz tutmuş həmin kadrların ölkəmizə cəlb olunması üçün tədbirlər görülə bilər. Xüsusilə də təhsilimizin inkişafı üçün yüksək səviyyəli müəllim heyətinin yaradılmasında həmin kadrlara da yer verilə ,əlavə olaraq bəzi stimullaşdırıcı tədbirlər kimi yüksəkmaaşlı işyerlərinə həmin kadrlar yer ala bilər . Digər bir tərəfdən, ölkəmizə xarici investorların gəlməsi, ölkədə benəlxalq aləmdə tanınmış şirkətlərin fəaliyyəti də həmin kadrların öz vətənlərində istədikləri maaşda və istədikləri sahədə işləmələrinə səbəb ola bilər.
    Azərbaycanda son illərdə iqtisadi inkişafa əngəl olan bir sıra səbəblər düşünürəm xaricə üz tutan tələbələrin, ali təhsillilərin sayını artıra bilər. Yazıda da qeyd olunduğu kimi biz ölkəyə qayıtmış kadrların yadlaşması prosesinin qarşısını almaq üçün xarici təcrübədən yararlanmış kadrların axtarışı zəruridir. Lakin onu da nəzərə alaq ki, həmin kadrlardan istifadə yerli kadrların işsizlik probleminə də gətirib çıxara bilər. Düşünürəm ki, ölkəmiz xaricdə təcrübə proqramlar keçirərkən həmin proqramlarda iştirak edənlərin geriyə qayıtması üçün sözləşmələr imzalaya bilər. Yuxarıda da qeyd etdiyim kimi xaricə gedənlərin vətənə qayıtması üçün stimullaşdırıcı tədbirlər zəruridir.
    Ölkəmizin iqtisadi inkişafla yanaşı ali təhsillilərə qarşı edəcəyi güzəştlər, imkanlar çoxaldıqca düşünürəm ki, vətənə qayıdan həmin kadrlar ətrafındakıları xaricə getmək üçün həvəsləndirmək əvəzinə ölkəmizdəki şəraitlə onları tanış edə, onların xaricə getmədən də gözəl karyera sahibi olmaları barədə məsləhətlərini verəcəklər. Əlbəttə bunun üçün də ölkəmizdə karyera qurmaq üçüb lazımı şərait, təhsil səviyyəsinin artırılması üçün vacib tədbirlər görülməlidir.

    Öncəliklə fikirləşməliyik ki, nə üçün xaricdən gələn ali təhsilli biri öz cəmiyyətinə yadlaşa bilər?
    Buradaki səbəbləri aşağıdaki kimi sıralamaq olar:
    1.Xaricdəki iş imkanları genişliyi, maaş və yaşayış səviyyəsi yüksək olması.
    2.Karyera qurmaq və məşhur şirkətlərdə işləmə imkanı, biznes fəaliyyətini qurmaq üçün sahibkarlara edilən güzəştlərin mövcudluğu.(Əlbəttə ki, güzəştlərlə yanaşı sahibkarlıq fəaliyyəi üçün iqtisadi şərait də önəmlidir — məsələn, tələbin çoxluğu, istehsal fəaliyyətinin səmərəliliyinin təşkilində asanlıq və s.)
    3.Sabit iqtisadi vəziyyət, Yəni iqtisadi böhranlardan əziyət çəkməyən vəziyyətin mövcudluğu.

    Sadaladığım problemlərin həlli fikrimcə bu yadlaşma prosesinin qarşısını ala və beyin axınının səviyyəsini, intellektualın yadlaşması proseslərini kəskin şəkildə azalda bilər.
    Tələbə:Kamal Allazov
    Qrup: S2-Mühasibat1
    Dünya İqtisadiyyatı fənnindən ev tapşırığı.

  42. Beyin axını əsasən baş verib qurtarıb. Bu əsasən 1985-1990-cı illərdə baş verib. O dövrdə bir sıra yüksək ixtisaslı mütəxəssislər ABŞ, İsrail, Rusiyaya köçdü. Müstəqillik dönəmində isə beyin axını əsasən Türkiyə universitetlərinə, az miqdarda İrana oldu. İndi o ölkələrdə həm elm, həm də təhsilin səviyyəsi bizdəkindən yüksəkdir. Yüksək ixtisaslı kadrı ölkədə saxlamağın bir yolu var: müvafiq vəzifə, layaqətli əmək haqqı, və inkişaf imkanlarının yaradılması.

  43. Azərbaycanda beyin axını əsasən baş verib qurtarıb. Bu əsasən 1985-1990-cı illərdə baş verib. O dövrdə bir sıra yüksək ixtisaslı mütəxəssislər ABŞ, İsrail, Rusiyaya köçdü. Müstəqillik dönəmində isə beyin axını əsasən Türkiyə universitetlərinə, az miqdarda İrana oldu. İndi o ölkələrdə həm elm, həm də təhsilin səviyyəsi bizdəkindən yüksəkdir. Yüksək ixtisaslı kadrı ölkədə saxlamağın bir yolu var: müvafiq vəzifə, layaqətli əmək haqqı, və inkişaf imkanlarının yaradılması.

    UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-tədqiqat İnstitutu, böyük elmi işçi

  44. Hörmətli Elşən m.,

    toxunduğunuz məsələyə bir qədər fərqli yanaşaq. Əvvəla, rəqabətqabiliyyətli intellektuallarımız-həmvətənlərimiz 1985-1990-cı illərdə ABŞ, İsrail və Rusiyaya köçdülər. Bunlar Sovet təhsil sisteminin şinelindən çıxanlar idi.1991-dən 2000-ci illərə qədər Türkiyə universitetlərinə, az bir qismi İrana işləməyə getdi. İndə isə əsasən xaricdə təhsil almış azərbaycanlı gənclərdən söhbət gedir. Onların vətənə dönməsi və işləməsi üçün aşağıdakılar zəruridir:
    1. Perspektivli iş və ləyaqətli əmək haqqı.
    2. İnkişaf imkanları.
    Bunlar təmin ediləcəyi təqdirdə mütəxəssis ölkəsində qalıb işləyəcək, əks halda tədricən, bəlkə də sürətlə beynəlxalq əmək bazarında rəqabətqabiliyyəti aşağı düşəcək.

  45. Hörmətli Emin m.,

    kommentiniz maraqlı və məzmunludur. Bunun üçün sizə təşəkkürlər.

    Müzakirəni açdığı üçün Elşən m. xüsusi təşəkkürlər.

    Michael Todaro-ya ayrıca təşəkkürlər.

    Sual olunur.

    “İqtisadi inkişaf” dərsliyinin müəllifi Michael Todaro həmin dərslikdə yazırdı ki, “İqtisadi inkişafda olan dövlətlərin tədris müəssisələrində iqtisadçıların yoxsulluq, işsizlik, təhsil, aqrar sektorun kompleks inkişafı problemləri ilə məşğul olmaq maraqları yoxdur, lakin iqtisadiyyatlarında mövcud olmayan rəqabətli iqtisadiyyatın riyazi modelləri üzrə tədqiqatlar aparırlar və mühazirələr oxuyurlar. Bu tipli fəaliyyətlərin uğur kriteriyası ölkənin inkişafına töhvə verməkdən çox inkişaf etmiş ölkələrin alimləri tərəfindən verilən dəyərə əsaslanır. İnkişafda olan dövlətlərin alimləri lokal texnoloji, aqrar, səhiyyə, ekoloji problemləri həll etmək əvəzinə beynəlxalq jurnalda məqalələri dərc etməyi və ya London, Paris, Nyu York və Moskvadan olan alimlərlə görüşlərə dəvət olunmağı daha üstün tuturlar”.

    Sual belədir. Alim o vaxt əsl alim sayılır ki, onu ölkəsindən kənarda da tanımış olsunlar, qəbul etsinlər. Todaro-nun yazdıqları doğrudur. Beynəlxalq elmi çevrələrə qoşula bilməyən araşdırmaçılar dar çərçivədə qalıb kökdən düşürlər. Bu ələlxüsus da bizim Azərbaycanda zəif formalaşmış iqtisad elmi üçün xarakterikdir (akad. Ziyad Səmədzadə-nin UNEC-dəki çıxışından), çünki burada özünüz də bilirsiniz ki, görüləsi çox işlər var. Təəssüf ki, Azərbaycandan olan iqtisadçıları dünyada bir o qədər də tanımırlar. Ümid edirik ki, UNEC bu sahədə də bir dönüş yaradacaq.

  46. Alimin dəyərini necə ölçmək olar? Meyarlar hansılardır? Beynəlxalq və/ və yaxud lokal?

    Bu haqda dəyərli alimimiz, riyaziyyatçı, Azərbaycanda birinci və hələlik ilk impact factor-lu jurnalın (Applied and Computational Mathematics) həmtəsisçisi akademik Fikrət Əliyevin gözəl bir məqaləsi var.

    23.11.2011, 11:36.tarixində science.gov.az saytında

    Akademik Fikrət Əliyev. Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında

    Oxumanızı məsləhət görərdim. Onda məlum olur ki, Who is Who?

  47. Zəhra Əliyeva_S2 Mühasibat1

    Hər iki problem bugün üçün kifayət qədər aktualdır.Düşünürəm ki, intellektualın yadlaşması “beyin axını”ndan törəyən bir problemdir və hər iki problemin həlli üçün beyin axının qarşısının alınması zəruridir.Ümumiyyətlə “beyin axını” 20-ci əsrin 40-50ci illərindən başlayıb.İntellektual miqrasiya öz inkişafında bir neçə mərhələ keçmişdir ki,hal-hazırki beyin axını hələ 1980-ci ildən başlayan 4-cü mərhələnin davamıdır.Öz düşünən beyinlərini itirən dövlət sosial-iqtisadi sahədə geriləməyə məruz qalır.Beyin axını ölkənin iqtisadi inkişafını zəiflədən maneələrdən biridir.Xaricdə təhsil alan tələbələrin sayının hər keçən ildə artması beyin axını məsləsini daha da aktuallaşdırır.
    Yüksək ixtisaslı mütəxəssislərin heç də hamısı yüksək qazanc əldə etmək məqsədilə ölkəni tərk etmirlər.Çoxları ümumiyyətlə ixtisaslarına uyğun iş tapmadıqlarından və öz intellektual potensiallarınını reallaşdıra bilmədiklərindən öz ölkələrini tərk edirlər.Müasir dövrdə intellektualları ölkə ərazisində qoruyub saxlamaq ən vacib şərtdir.Bunun üçün intellektuallara öz ölkələrində daha əlverişli sosial-iqtisadi mühit yaradılmalıdır.
    Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AMEA-nın 70 illik yubiley mərasimində “Azərbaycan elmi və yüksək texnologiyaların inkişafı” mövzusunda çıxışı zamanı bildirib ki, bu gün ölkə başçısının həyata keçirdiyi siyasətin bir istiqaməti də intellektual insan resurslarının məşğulluğa cəlb olunmasıdır: “Bu, yeni bir formada həyata keçirilir. Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi, texnoparkların, güzəştli iqtisadi zonaların yaradılması, həm daxili, həm də xarici investorların sənaye potensialının gücləndirilməsinə yönələn investisiyalar bu siyasətin əsasını təşkil edir. Bu yanaşma, həmçinin investisiyaları genişləndirmək üçün yeni maliyyə resurslarının artırılması məqsədi daşıyır. Bu ümumi dövlət investisiyasından başqa, müxtəlif fondlar vasitəsilə innovativ texnoloji inkişaf üçün stimullaşdırma siyasəti yolu ilə reallaşdırılır”.

  48. Qeyd edim ki, bu problem inkişaf etməkdə olan ölkə üçün həmişə aktualdır. Fikrimcə «beyin axını» daha təhlükəlidir. Nəzərə alsaq ki, hər bir ölkənin iqtisadi inkişafı savadlı kadrların hesabına baş verir, onda intellektual potensialı yüksək olan insanların ölkəni kütləvi surətdə tərk etməsi iqtisadiyyatın tənəzülünə gətirib çıxara bilər.»İntellektual yadlaşma» məsələsi daha çox insanın şəxsi keyfiyyətləri ilə bağlıdır. Əgər xarici ölkədə təhsil almış şəxs öz vətəninə, xaqına, milli kimliyinə bağlıdırsa əldə etdiyi bilikləri öz ölkəsinin inkişafı üçün sərf edəcək, əks halda o ölkə üçün təhlükəyə çevrilə bilər.

  49. Mirkamal Mirbağırlı S_2 Maliyyə_2
    ilk öncə Beyin köçü edən insanlar heç olmasa köçdüyü inkşaf etmiş ölkədə həm daha yaxşı yaşayır, həmdə özünü davamlı olaraq inkşaf etdirir. Amma bu «köçün» bir neçə problemi vardır ki, onlar:
    — İntellektual öz ölkəsinə qayıtmır və buraya lazım olan yüksək ixtisaslı yetişə bilmir
    — Ölkə Bu intellektual gənc vasitəsilə inkşaf etmək əvəzinə bu ixtisaslılar olmadığı üçün yerində sayırlar və s.(Qonşumuz və qardaş ölkə olaraq sadəcə Türkiyədə özəl sektor 1,3 milyon ixtisaslı kadr axtarır. Bu səbəbə görə Türkiyə hökuməti cari ildə xaricdən gələcək işçi miqrantların sayını artırmaq fikrindədir. Dünyanın digər inkişaf etmiş ölkələrini nəzərə aldıqda isə beyin axını ilə bağlı statistikanın nə qədər əhəmiyyətli olduğu bir daha bariz olaraq görünür. Çünki dünyada uzun müddətdir «istedadları qazanma üzrə yarış» müzakirə edilir. İstinad: http://www.baymedia.az/news.php?id=36338#.VwEzjKSLS00)

    Lakin Nisbətdə daha böyük problem olan intellektualın yadlaşmasını bir neçə cümlədə izah etsək, bu İnsanlar geri qayıdırlar lakin özləri bir növ o ölkədə qalırlar. Heç bu ölkənin problemləri və inkşafı ilə maraqlanmırlar. Və Sadəcə köçüb geri qayıtdığı olkə ilə maraqlanır, onun haqqında danışır onun haqqında yazır O ölkəni sanki burada yaşadırlarş Yəni əslində bu insanlar tərəddüd altında qalırlar. Ya Bu insanlar geriyə qayıtmalı yada bu ölkdə həqiqi mənada yaşamalıdırlar.
    Düşünürəmki, İntellektualın cəmiyyətə yadlaşması daha önəmli problemdir.

  50. İlk növbədə demək istəyirəm ki, bu iki problem istər «İntellektualın cəmiyyətə yadlaşması , istər «Beyin axını» İEOÖ-lər üçün olduqca böyük problemdir. Artıq məncə bu problem qlobal forma almışdır. İntellektual şəxslər dünyanın beyin mərkəzlərinə can atırlar , yəni İEÖ-ə. Mənim fikrimə görə «Beyin axını » daha qlobal problemdir. Çünki bu zaman inkişafda geri qalmış ölkələr daha da inkişafdan geri qalır. Evvəllər «3-cü dünya ölkələri» deyilən bir ifadə yox idi .Lakin indi bu ifadə demək olar ki, hamıya tanışdır , və bunun səbəblərindən biri «Beyin axını»dır. Bu cür də davam etsə , İEÖ-lə İEOÖ arasındakı bu inkişaf ferqi çox böyüyücək. Məsələn elə Azərbaycanı götürək , bizimdə nə qədər ixtisaslı kadrlarımız başqa ölkələr üçün çalışır. Onların fikirlərindən başqa cəmiyyətlər faydalanır. Məsələn elə Lütfizadəni götürək . O ,Azərbaycanlıdır. Lakin Amerikada yaşayir. Onun kəşfindən Amerika faydalanır . Lakin bunun əksidə ola bilərdi.
    O ki qaldı «İntellektualın cəmiyyətə yadlaşması» buda böyük problemdir, lakin «Beyin axını» kimi yox. Bu şəxlər sadəcə təhsil aldıqları ölkələrin təsirinə düşürlər. Lakin o şəxsləri lazımı qədər düzgün istiqamətləndirə bilsək öz cəmiyyəti üçün çalışa bilər. Lakin bunu beyin axında iştirak etmiş üçün etmək çox amma çox çətindir. çünki o şəxslər həmin olkələrdə istədikləri həyati əldə ediblər. Lakin cəmiyyətə yadlaşmış intellektual məncə biraz gecdə olsa , öz cəmiyyətinin problemlərini görə biləcək. Çünki o burda yaşayir. Ancaq beyin axınına düşmüş şəxs artiq bu cəmiyyətdə yaşamadığın həm cəmiyyətə yadlaşır , həmdə ki bu problemləri görmür.
    ən sonda demək istəyirəm ki , hər iki problem təhlükəli olsada , ən təhlükəlisi «Beyin axını»dır.

  51. Məmmədli İsmayıl.
    S2-Maliyyə1.
    Salam.
    İntellektualın yadlaşması və “beyin axını”nın nə olduğu məqalənin özündən bəllidir.Mənim fikrimcə “beyin axını” daha önəmli problemdir.Çünki xaricə gedən intellektual orada ixtisaslaşmış bir kadr olaraq yetişir və orada olan həyat səviyyəsine uyğun bacarıq və təcrübəyə yiyələnir.Əlbəttə ki,orada qazandıqları ona həmin inkşaf etmiş olkədə yaşamağa icazə verir.Bu o deməkdir ki,intellektual inkşaf etmiş və yüksək həyat şəraitində yaşamağı və oraya uyğun bir övlad yetişdirməyi üstün tutur.Tərk etdiyi ölkədə isə bu kimi intellektualların azalması və bunun təsiri ilə intellektualın yadlaşması baş verir.Bu isə ixtisaslı kadrların azalmasına gətirib çıxarır.
    Lakin məsələnin kökündə isə maraqlı sual dayanır:
    “Görəsən intellektuallar xarici ölkələrə təhsil və ya yaşamaq üçün hansı səbəbdən üz tuturlar ?”
    Bəli, ən önəmli səbəblərdən biri həmin ölkədə həyat səviyyəsi və ən əsası təhsilin heç də ürəkaçan olmamasıdır.Məsələn öz ölkəmizi götürək.Tələbələr arasında “kim xaricdə təhsil almaq istəyir” başlığı altında sorğu aparsaq,böyük əksəriyyətin xaricdə təhsil istiqamətli fikirlərinə şahid olarıq.Səbəb isə ölkəmizdə təhsilin normal vəziyyətdə olmamasıdır.Bəzi universitetlərdə hətta karrubsiya və ya tələbənin haqqlarının tapdalanması,bəzi hallarda isə tələbnin öz məsuliyyətsizliyi ilə karrubsya hallarını özünün yaratdığı vəziyyəti müşahidə edirik.Bəzi universitetlərin tərkibində
    “SABAH” qruplarının yaradılması özü təhsil sisteminin geriliyindən xəbər verir.Yəni normal hallarda təhsil zeyifdir və ya normal deyil ki,universitetlər daxilində seçilmiş qruplar yaradırlar.Bu anormal haldır ki,eyni unversitet daxilində tələbələrin bir qisminin daha yaxşı təhsil alması,digər hissəsinin isə yaxşı səviyyədən aşağı təhsil alması.Bütün bu hallar həm bakalavr pilləsində olanları həm magistr pilləsində olanları,eyni zamanda hər iki səviyyəni bitirmiş şəxsin daha yaxşı iş həyatı qurmaq istəyi ilə xarici inkşaf etmiş ölkəyə üz tutmasına gətirib çıxarır.
    Nəticə etibarilə mənim fikrimcə “beyin axını” daha önəmli problemdir.

  52. Güllü Bayramova S2 Maliyyə2
    Mənim fikrimcə «Beyin axını» daha böyük problemdir. «Beyin axını» qlobal problemdir. İnkişaf etməkdə olan ölkələr arasında olduqca aktualdır.  Artan və ya durdurulamayan beyin axını ölkənin inkişafını təhdid edər və gələcəyinin təhlükə altına alınmasına səbəb olar. Beyin axınının qarşısını almaq üçün əvvəlcə problemə əhəmiyyət verilməli və təfəkkür dəyişdirilməlidir. İnsanların rifah səviyyəsi artırılmalı və
    həyat standartları yüksəldilməlidir. İnkişaf etməkdə olan ölkələr varlanmadıqca beyin axınının qarşısı alına bilməz. Əhəmiyyətli olan əsas məsələ beyin axınını minimuma endirməkdir. 
    «İntellektualın yadlaşması» fikrinə gəldikdə isə bunun həm müsbət həm də mənfi cəhətləri var. Əgər xaricdə təhsil almış şəxs ordakı yüksək təhsil sistemini öz ölkəsində tətbiq etməyə çalışarsa bu müsbət hal sayılar. Lakin xaricdə təhsil alıb öz ölkəsinə qayıdan şəxs öz ölkəsinin adət-ənənələrini, problemlərini unudub təhsil aldığı ölkənin adət-ənənələrini tətbiq etməyə və yaymağa çalışarsa bu mənfi hal sayılar.

  53. Səmayə Hənifəli S_2 Maliyyə 2
    İntellektualın cəmiyyətə yadlaşmasına nəzər salmazdan əvvəl beyin aximina diqqət çəkmək istərdim.Artan və yaxud dayandırılmayan beyin axını ölkənin gələcək inkişafını təhlükə altına atır.Bunun üçün ölkə öz iqtisadiyyatıni,təhsil səviyyəsini yaxşılaşdırmalıdir.Burada əhəmiyyətli olan əsas məsələ beyin axınını mimimuma endirməkdir ki,gedən şəxslər öz ölkələrində qalıb kariyera qurmağa və burada normal işdə işləyə biləcəklərinə inana bilsinlər.
    Bundan başqa bildiyimiz kimi intellektualın cəmiyyətə yadlaşması problemi öz aktuallığını uzun müddətdir ki qorumaqdadır.Və əsasən də inkişaf etməkdə olan ölkələr üçün xasdır. Belə düşünürəm ki, inkişaf etməkdə olan ölkələr üçün bu problemin olması təbii haldır.Əgər hər hansı bir şəxs inkişaf etmiş ölkəyə gedib orada təhsil alarkən həmin ölkənin həyat səviyyəsinin öz ölkəsinin həyat səviyyəsindən yaxşı olduğunu görür və beləliklə də orada yaşamağa və orada kariyera qurmağa başlayır.Onlar oranın təhsilinə iqtisadiyyatına və şəraitinə tam uyğunlaşır və oz ölkəsinə tam uyğunlaşmaqda problemlər yaşayır.Bunun nəticəsində intellektualın cəmiyyətə yadlaşması baş verir.Onu da qeyd etmək istərdim ki bəzi insanlar artıq öz ölkələrinin gələcək inkişafına inanmırlar və orada çalışmağın sadəcə onları yorduqlarını və heç bir uğur əldə edə bilməyəcəklərini düşünürlər.Beyin axınından daha da aktual problem kimi intellektualın cəmiyyətə yadlaşması problemini qeyd etmək istərdim.Əgər hər hansı bir şəxs öz ölkəsinə gəldikdə belə daima öz ölkəsindəki mənfilikləri tənqid edirsə
    bunun üçün heç bir cəhd göstərmirsə,təhsil aldığı ölkənin təsiri altından çıxa bilmirsə həmin şəxsin öz ölkəsində deyil,təhsil aldığı ölkədə işləməyi daha məqsədəuyğundur. Beləliklə həmin şəxs o ölkədə qalmaqla həm daha yaxşı bir iş adamı kimi formalaşar,həm də öz ölkəsini təmsil edə bilər.Məhz buna görə də düşünürəm ki,beyin axını yox intellektualın cəmiyyətə yadlaşması cəmiyyət üçün daha təhlükəli və daha mənfi bir xüsusiyyətdir.

  54. Huseynov Shamo S2_maliyye2
    Ilk once onu qeyd edim ki, movzu cox dusundurucu movzudur ve fikir ayriliqlari sozsuz ki olacaq.
    Fikrimce, intellektualın cəmiyyətinə yadlaşması daha muhum problem olmalidir.Burada dusunce cox muhum ehemiyyete malikdir.Dusuncesi daim xarici olke ucun formalasan ve ancaq hemin olkenin maraqlarinin inkisafina yonelmis intellektualin oz olkesine hec bir komeyi ola bilmez.Daha ciddisi hemin sexs oz olkesinde yasamasina,hemin olkeden maas almasina ve s. sebeblere baxmayaraq oz olkesi haqqinda hec cur fikirlesmir.Sanki o oz olkesinde xarici olkenin maraqlarini ifade edir, onlara qulluq edir.Bu intellektuallardan xarici olkeler oz maraqlari ucun kifayet eder istifade ede biler,hetta intellektualin oz olkesine qarsi bele.
    «Beyin axinin»i ise intellektualın cəmiyyətinə yadlaşması problemine gore daha duzele bilen problem hesab edirem.Cunki o sexsler xarici olkedeki heyat terzine,yasayisa,seffafliga gore olkeni terk edirler.Lakin onlar xarici olkede oz dogma olkelerini layiqince temsil edirler.Herhalda beyin axini etmis sexi olkeye geri qaytarmaq ucun mueyyen tedbirler gormek mumkundur.Onlsaar ucun guzestlerin olmasi ,xarici olkedeki situasiyanin bir qismini burda yaratmaqla onlari oz dogma olkelerine geri qaytarmaq olar.Cunki bu intellektuallarda dusunce tamam ferqlidir.

  55. Məmmədli İsmayıl
    S2-Maliyyə1
    Bildiyimiz kimi Eximbankların əsas məqsədləri ixracatın inkşafı, ixrac edilən mal ve xidmətlərin çeşitlendirilmesi, ixraç mallarına yeni bazarlar kazandırılması, ixracatçıların beynəlxalq ticaretdə paylarının artırılması ve yatırımlarda gərəkli dəstəyin yəmin olsunması, ixracatçılar ile xarici ölkələrdə fəaliyet gösteren müttəfiq ve investorlara bazarda rəqabət gücü qazandırılması,xaricdə ediləcək investisyalar ilə ixracat məqsədinə yönəlik satışa dəstəkləyərək təşvik edilmesidir.
    Ölkə valyutasının məzənnəsinin dollar qarşısında dəyərdən düşməsi ölkədə Eximbanklara ehtiyyacı daha da artırdı.Manatın baha olan vaxtlarında dollar və digər valyutalar ilə alınan mallar ucuz gəldiyinə görə həmin dövrlərdə idxala yönümlü bir mühit hökm sürürdü.Eyni zamanda qeyri-neft sektoru isə inkşaf etməmiş vəziyyətdə idi və indi də elədir.Devalivasiyadan sonra idxal yönümlü mühit məcbur ixrac yönümlüyə doğru gedir.Bu baxımda daxildə mütləq qeyri-neft sektorunda ixracatı gücləndirmək və sahibkarlarda həvəs yaratmaq lazımdır.Elə buna görə də Azərbaycanda ixracı dəstəkləyən Eximbankların yardaılması vacibdir.Çünki təkcə Sahibkarlığa Yardım Fondu ilə vəziyyət göz qabağındadı.

  56. «Beyin axını» yoxsa «»İntellektualın cəmiyyətə yadlaşması»
    Her iki problem müasir dövrdə İEO ölkələrdə ən aktual mövzulardandır.Intellektualın cəmiyyətə yadlaşması beyin axini problemindən daha təhlükəlidir. Beyin axını ölkə və millətin vəsaitləri hesabına təhsil alıb ölkeye geri qayıtmayan və ya ölkədən gedən vətəndaşların vergi gəlirlərində itkiyə səbəb olacaq. Lakin buna baxmayaraq yüksək səviyyəli mütəxəssislərin onlar üçün əlverişli yerlərdə yığışması elmin və texnikanın güclü inkişafına gətirib çıxardır. Bildiyimiz kimi elm və texnikanın inkişafı konkret ölkənin malı olaraq qalmır.Bütun dünya bu yeniliklərdən istifadə edir. ABŞ da ikinci dünya müharibəsi ərəfəsində və ondan sonra yüksək ixtisaslı mütəxəssislərin toplanması ilə əldə edilən yeniliklər buna misaldır. Intellektualın cəmiyyətə yadlaşması nisbətən daha böyük problemdir.Çünki xaricdə təhsil alıb geri qayıdan şəxs təhsil aldığı ölkənin qayda qanunlarını adət ənənələrini və s üstün tutur. Həmçinin də yaşadığı ölkənin aktual problemlərini vacib hesab etməyərək təhsil aldığı ölkənin problemləri ilə maraqlanmağı və məşgul olmağı daha çox sevir.Digər bir tərəfdən də ona yaşadığı cəmiyyətə faydası və köməyi olmur.

  57. Mahmudov Sahin S2 Maliyye2 Sabah markazi
    Mənim fikrimcə intellektualın cəmiyyətinə yadlaşmasının əsas səbəbi intellektualların təhsil aldığı xarici ölkələrin yürütdüyü siyasətdir. Yəni, həmin ölkələr öz universitetlərində təhsil alan xarici vətəndaşlara elmi biliklərlə yanaşı, öz mədəniyyətlərini, adət-ənənələrini, tarixi ideologiyalarını təlqin edirlər. Həmçinin onlar öz cəmiyyətlərinin ideal olduğunu vurğulayır və digər cəmiyyətlər üçün özlərini prioritet hesab edirlər.Təəssüflər olsun ki, bu cür mühitdə təhsil almış şəxslər öz ölkələrinə qayıtdıqda bu ölkənin vətəndaşı kimi deyil, təhsil aldığı ölkənin nümayəndəsi kimi çıxış edirlər. Onların əsas vəzifə borcu isə öz ölkələrində olan problemlərin həlli yolunu tapmaq və onun aradan qaldırılması üçün çalışmaq və cəmiyyətin inkişafı üçün öz potensiallarından maksimum istifadə etməkdir.

  58. Sabah2 Maliyyə1, Hüseyn Eyvaz
     Hər iki problem olduqca böyük  problemlərdir, amma mənim fikirimcə  beyin axının yaratdığı problemlər daha ciddidir. Birincisi, ölkə və millətin vəsaitləri hesabına təhsil alıb ölkəyə qayıtmayan yaxud da ölkədən gedən vətəndaşlar, vergi gəlirlərində itkiyə səbəb olmaqdadır. Halbuki çox vaxt ali təhsilli kadrlar vergi ödəyicilərinin sayəsində təhsil almaq imkanı əldə edirlər. İkincisi, müəllimlərin və həkimlərin xarici ölkələrə miqrasiyası cəmiyyətin digər təbəqələrinə mənfi təsir göstərir. Gələcək nəsillərin təhsili bundan mənfi təsirlənir. Üçüncüsü, beyin axını savadlı kadrların başqa işlərə istiqamətlənməsi ilə beyin itkisinə gətirib çıxara bilər. 2008-ci ildə ABŞ-dakı 1936 fəlsəfə doktoru ünvanı olan miqrantdan 38-nin taksi sürücüsü olduğu müşahidə edilmişdir. Bu əsasən, savadlı miqrantların, getdikləri ölkədə dil bilməmələrindən irəli gəlir. Beyin axını iqtisadi inkişafın qarşısını alır.
     İntellektual Cəmiyyətin Yadlaşması problemi də Beyin Axını kimi inkişaf etməkdə olan ölkələrə xasdır, bunun səbəbi həmin ölkələrin iqtisadiyyatlarının zəif olması ilə təhsil səviyyələrin aşağı olmasıdır. Mənim fikrimcə İntellektual Cəmiyyətin yadlaşması problemini həll etmək bir qədər asandır. Xaricdə oxuyub,gəlib öz ölkəsində başqa dövlətə xidmət eden insana yüksək maaş verilə, vergi güzəştləri edilsə məncə bu problem bir qədər aradan qalxacaqdır.

  59. Hər hansı bir ölkədəki «beyin axını» nəinki ölkənin mövcud vəziyyətinə ziyan vurur,həm də intellektual potensialını azaldaraq milli təhlükə yaradır.Hemin ölkənin intellektual cemiyyetinin məhvinə gətirib çıxardır. XX əsrin ikinci yarsında əhalinin beynəlxalq miqrasiyasının xarakteristikası zamanı bu termindən istifade edilməyə başlandı.Bu insanlar öz ölkələrində istədikləri kimi yaşayış standartlarının olmaması,öz bilik ve bacarıqlarının qarşılığının ödenmesinden narazılıqları,ixtisaslarına uyğun iş tapmadıqlarına,elmi-texniki ve ümumi intellektual potensiyallarını reallaşdıra bilmədiklərinə görə öz ölkələrini terk edirlər.Biz Nobel mükaftının mövcud oldugu 100ilə baxsaq 400nefer onun mükafatının laureatı olub ve onların yarısı ABŞ-ın payına düşür.Lakin amerikalı laurentların,o cümlədən birinci nəsil laureatların böyük hissəsi mühacirlərdir.Buna misal olaraq S.Kuznest ve V.Leontyevi(əslən rus idilər)göstərmək olar.Bu misaldanda gördüyümüz kimi «beyin köçü» ve yaxud «beyin axını»adlandırdığımız bu proses yüksək ixtisaslı mühəndislərin öz ölkələrin iqtisadiyyatının,cemiyyetinin inkisafında deyilde başqa ölkələrə xidmət etməsinə səbəb olur.Onu da əlavə edim ki, «beyin axını» yüksək səviyyəli alimlərin onlar üçün əlverişli yerlərdə yığışması elmin və texnikanın güclü inkişafına gətirib çıxardır.Elm və texnika elə şeydir ki,bu,yalnızca konkret ölkənin malı olaraq qalmır,yalnızca hemin ölkəyə xidmət etmir,bütün bəşəriyyət bundan istifadə edir.Yəni «beyin axını» bəşəriyyətin bütövlükdə inkişafına səbəb olur və son nəticədə kasıb ölkələrdə bundan yararlanır.Bu proses intellektualın cemiyyətə yadlaşmasına nisbətən yaxşı haldır.Çünki intellektualın cəmiyyətə yadlaşması prosesində həm yaşadığı cemiyyətə,həm də ümumilikdə bəşəriyyətə bir faydası olmur.

    • Əgər məsələ intellektualın cəmiyyətə yadlaşmasından gedirsə-yəni şəxs öz ölkəsinin yox digər ölkələrin problemləri ilə maraqlanırsa burda belə bir sual ortaya çıxır.Əgər bizə xarici ölkələrin problemləri maraqlı deyilsə nə üçün bir sıra universitetlərdə regionşünaslıq fakultələri mövcuddur? Digər bir tərəfdən əgər bir alimin,qurumun və s fiziki və hüquqişəxsin xarici ölkə ilə bağlı araşdırmasından istifadə olunursa,araşdırmanı aparan şəxs burdan bir gəlir əldə edə bilirsə deməli heç də lazımsız deyil bu.Şübhəsiz ki heç kim oz maraqlarını ödəməyən bir məhsulu(xidməti,araşdırmanı) almaz.Məsələyə dıgər tərəfdən baxsaq ilk baxışdan dünyanın hər hansı ölkəsində 70 yaş və üstü əhalinin geyim zövqləri haqqında araşdırma bizə mənasız gələ bilər ama məsələyə daha dərindən baxsaq 2 nüansi görəcəyik.ilk olaraq yuxarıda qeyd etdyim kimi əgər araşdırmanı aparan şəxs bu araşdırmadan az da olsa bir gəlir əldə edə bilirsə deməli bazarda bu məsələyə az da olsa tələb var.Digər tərəfdən araşdırma nəticəsində biz hər hansı X ölksində hər hansı məhsula olan tələbin təklifdən üstün olduğunu görə və bu ölkənin bazarında öz ölkəmizin məhsulunu sata bilərik.Son olaraq bunu qeyd etmək istəyirəmki çıxmayan candan ümid kəsilməz-yəni intellektualı müxtəlif qonararlarla,həvəsləndirici mükafatlarla,yüksək nəvaciblə qitmətləndirib məhz ölkəsinin problemləri ilə məşğul olmağa həvəsləndirmək mümkündür

  60. Albəndzadə Nuranə S2_Maliyyə 1

    Burada Əsasən inkişaf etməkdə olan ölkələrin ciddi problemlərindən söhbət gedir.Azərbaycanında inkişaf etməkdə olan və yeni müstəqillik qazanmış bir ölkə kimi bu problemlərlə üzləşməsi qaçılmaz olmuşdur.Təbii ki burada bir məntiq var.Məsələn bu gün ölkədə teatr fəaliyyət göstərmirsə , ölkədəki istedadlı bir aktyor istəyirki ,teatr olan ölkələrə üz tutaraq burada özünü biruzə versin.Alimlərdə də bu belədir.adətən ixtisaslı mütəxəssislər mövcud şərtlərdə öz imkanlarını istədikləri kimi həyata keçirə bilmədiklərində xaricə üz tuturlar. Çünki onların arzusunda olduqları resurslar və adekvatlıq,şərait inkişaf etməkdə olan ölkələrdə təşkil oluna bilmir.Beləliklə də «Beyin köçü» baş verir.lakin bu cəhətdən də düşünmək olar ki, son nəticədə bu insanların elmə , texnologiyaya verdiyi töhvələr tək onların axın etdiyi ölkənin yox, bəşər cəmiyyətinin xeyrinədir.Bəzi hallarda isə xaricə təhsilə göndərilmiş gənclər qayıdıb ölkələrinə borclarını qaytarıb xeyir vermək istədiklərində onlar əməklərinə lazimi dəyəri görə bilmədiklərindən məcbur olub xaricə köçməli olurlar.»Yadlaşma» isə Azərbaycanda miqyasına görə «beyin köçü» qədər kütləvi hal almasa da zənnimcə daha təhlükəlidir.Burada həm siyasi həm sosial faktorlar rol oynayır.Bu peşəkar əgər bir müddət xaricdə oxuyub və ya işləyib daha sonra qayıtdıqda öz yaşadığı ölkənin reallıqlarıyla maraqlı deyilsə və problemlərin həllinə can atmırsa deməkki əməyə verilən qiymət ölkədə aşağıdır və bu peşəkarlara davranış qeyri adekvatdır.Belə olduqda təbii ki,onlarda öz potensiallarını xaricə tərəf yönləndirmə meyilləri olacaqdır.Lakin ölkə daxilində yaşayıb , eyni zamanda ölkəyə bir xeyri olmayan intellektual kütləsinin movcudluğu heç bir halda pozitiv qəbul oluna bilməz.»Beyin axımı»nda xaricə yerləşmiş intelektualın fəaliyyətinin o ölkə ilə bağlı olması normal qəbul oluna bilər.Amma öz ölkəsində yaşayıb.öz ölkəsinin ciddi problemləri aktual qaldığı halda fəaliyyətinin ölkəyə heç bir dəxli olmayan intelektulları yəni, «yadlaşmışlar»ı normal hesab etmək olmaz.Əsasən onlar,təhsil aldıqları və ya inkişaf etmiş ölkələrin hər hansı xırda bir problemi ilə məşğul olmaqda daha maraqlı olurlar,nəinki öz ölkəsindəki əsaslı ciddi həllini gözləyən bir problemdə.Ölkədə bu cür yüksək potensialli adamların olub,lakin ölkəyə fayda verməməsi,beyin axımından daha kritikdir.

  61. Her ikisi IEO ölkələr üçün olduqca böyük problemlərdir.mənim fikrimcə Intellektualın cəmiyyətə yadlaşması beyin axini problemindən daha təhlükəlidir.Çünki həmin şəxslər yaşadığı mühitin və yaxud cəmiyyətin problemlərinə biganə qalırlar və onların düşüncəsi yalnız xarici ölkə üçün olur. «Beyin axını» isə nisbətən daha aşağı təhlükəli problem kimi görünür,çünki fikrimcə «Beyin axını»nın mənfi təsirlərdən əlavə, müsbət təsirləri də var.Çünki həmin insanların hamısı yalnız aid olduğu cəmiyyətin problemləri ilə maraqlanmır,onlardan bəziləri öz ölkəsində baş verən problemlər haqqında da düşünür.Bu şəxslərdən bəziləri hətta təhsilini bitirdikdən sonra öz ölkəsinədə qayıdırlar.

  62. Beyin axını və intellektualın cəmiyyətə yadlaşması problemləri inkişafda olan ölkələrin en böyük problemləri olaraq qalır.Lakin burada əsas məsələ hansının daha təhlükəli olmasından gedir.Beyin axını daha tehlükelidir,çünki ööz doğma ölkəsini terk edən mütəxəssis bu ölkə ilə olan bütün əlaqələrini kəsir ve dövlet en əvvala öz vergi ödeyicisini itirir.Hətta öz ana dilini de yaddan çıxarır.Həmin nüfuzlu mütəxəssilərin ölkəni terk etməsi digər öz karyera yoldaşlarını və cəmiyyəti həmin şəxslərdən faydalana biləçək biliklərdən,təcrübələrdən məhrum edir.Bu da həmin şəxslərin daha çətin irəliləməsinə səbəb olur.Deməli bir güclü mütəxəssisin ölkəni tərk etməsi həmin ölkəni təkcə ondan gələcək faydalardan yox,həmçinin həmin mütəxəssisin biliklərindən istifade edib daha sürtətlə irəliləyəcək digər intellektualların
    səmərəli işlərindən də məhrum edir.Lakin öz cəmiiyətinə yadlaşan intellektual nə qədər digər ölkərin problemləri ilə məşğul olsa da o daim cəmiyyətin içində olduğuna görə öz fikirləri ilə
    cəmiyyətin müyyən qədər inkişafında yardımçı olur,yayımladığı məqalələrlə (hər nə qədər digər ölkələrin problemlərinə toxunmuşolsa da) öz həmkarlarına stimul olmuş olur.Hətta adi gündəlik həyatında ünsiyyətdə olduğu insanlarla öz biliklərini bölüşür,onların təfəkkürünün formalaşmasında yardımçı olur.Həmçinin dövlətin əsas vergi ödəyicisi olaraq qalır.Sonda nümunə olaraq dünyada tanınmış dahi azərbaycanlı Lütfi Zadəni misal göstərmək olar onun sayəsində Yapon və digər Amerika şirkətləri milyardlarla dolar dəyərində gəlir əldə edirlər.Həmçinin Silikon Vadisində işləyən hemvətənlərimizi ve digər belə çoxlu sayda nümunə göstərmək olar.
    Beləliklə beyin axını daha təhülkəli proses olaraq inkişafda olan ölkərin qarşında böyük problem olaraq qalır.

  63. Haqqında danışılan problemlər bu gün çox aktualdır. Fikrimcə birinci problem daha ciddi şəkildə özünü göstərir. «Beyin axını» bütün inkişafda olan ölkələrdə mövcuddur və bu problem «intellektualların yadlaşması»ndan daha geniş yayılıb. İnkişaf etməkdə olan ölkələrdə yaşayan gənclər daim inkişaf etmiş ölkələrə «ideal ölkə» kimi baxırlar. Sözsüz ki, bu mövzuda inkişaf etmiş ölkələrdəki həyat səviyyəsi, daha keyfiyyətli təhsil və bu tip üstünlüklər çox böyük rola malikdir. Bunun nəticəsində gənclər belə ölkələrdə təhsil almağa, işləməyə can atırlar və bu da inkişaf etməkdə olan ölkələr üçün onların «faydasızlaşmasına» gətirib-çıxarır. Əgər bu gənclər ölkəyə qayıtsalar, ölkənin inkişafında aparıcı rol oynayarlar. Belə gənclər öz ölkələrində biliklərini tətbiq etməklər mühim dəyişikliklər edə bilərlər.
    «İntellektualların yadlaşması» prosesi də ciddi problemdir, lakin xaricdə təhsil alan gənclərin böyük bir hissəsində bu problem müşahidə olunmur. Xaricdə təhsil alan gənclər ölkənin bəzi problemlərinə «yad» ola bilərlər, lakin düşünürəmki onların bir hissəsi zamanla düzəlir və hətta düzəlməsə belə başqa problemlərin həlli üçün çalışırlar. Hansı sahədə çalışmasından asılı olmayaraq öz ölkələri üçün çalışırlar və yaşadıqları ölkə üçün faydalı olmağa çalışırlar.
    Başqa tərəfdən «intellektualların yadlaşması» bir qədər ixtisasdan asılı bir problem də sayıla bilər. Xaricdə iqtisadiyyatla bağlı bir ixtisası mənimsəyən şəxs ölkənin iqtisadi problemlərini»görməyə» bilər, lakin əgər bir gənc xaricdə texologiya ilə bağlı bir sahə üzrə ixtisaslaşarsa, ölkəyə qayıdıdıb dövlətin dəstəyi ilə öz tədqiqatlarını davam etdirərək ölkənin inkişafında müəyyən bir rol oynayar.
    İstənilən halda bu problərin həlli üçün addımlar atılmalıdır.

  64. Ülkər Quliyeva
    S2,Maliyyə1

    Dünyada 1960ci ildən başlayan «beyin axını» ölkəmizdə 90cı illərin əvvəlindən sürət toplamağa başlamışdır.Adətən inkişaf etməkdə olan ölkələrdə baş verən bu axın yüksək ixtisaslı mütəxəssislərin öz ölkələrində normal yaşam tərzi qura bilməməsindən irəli gəlir. Yüksək təhsil səviyyəsi ilə fərqlənib,öz ixtisası üzrə mütəxəssis sayılan insanlar miqrasiya etdiyi ölkələrin elmi-texniki inkişafına təkan verməklə yanaşı,vətəndaşı olduqları ölkəyə də ziyan vurur. Beyin axınının 2 növü var
    1)Daxili beyin axını
    2)Xarici beyin axını
    Daxili beyin axını insanların əmək haqqı və iş şəraitinin məqsədə uyğun olmaması ilə bağlı olaraq daha çox gəlir gətirən sahələrə istiqamətlənməsidir. Xarici beyin axını isə savadlı kadrların iş yerini ataraq sağlam kariyera,yüksək qazanc məqsədilə başqa ölkələrə getməsinə deyilir.Səhiyyə sektorunda savadlı kadrların xaricdə cəmləşməsi,burada istənilən şəraiti tapa bilməmələri ölkə kapitalının xaricə daşınması ilə mənfi təsirini göstərsə də, «beyin axını» dediyimiz bu prosesin dünya üzrə bir sıra faydaları da vardır. Çünki elmi-texniki inkişaf yalnız bir ölkəyə deyil bütün dünyaya müsbət təsir edir. Buna oxşar lakin daha fərqli və önəmli proses sayılan «intellektin cəmiyyətinə yadlaşması» əsasən xarici ölkələrdə təhsil alan tələbələrin öz ölkələrinin iqtisadi problemlərinə laqeyd yanaşması,bunun əksinə təhsil aldıqları ölkələrin ən xırda probleminin həllinə maraqlı olması deməkdir.Məsələn bir sıra insanlar xaricə gedib, öz ölkələrinə qayıtmaq istəmirlər. Bu daha qorxulu və iqtisadi inkişafa öz təsirlərini mənfi yöndə göstərən bir prosesdir.Savadlı insanların varlığına rəğmən cəmiyyətə dəyməyən faydası elə yoxluğu kimi bir şeydir.Təhsil alıb ölkəsinə qayıdan tələbənin öz ölkəsinin problemiylə maraqlanmaması dövlətin onun savadını lazımi qədər dəyərləndirə bilməməsindən irəli gəlsə də, bu hal yenə də qəbul edilməzdir.Ümumi dünya praktikasında «beyin köçündən beyin gücünə» proqramı böyük yer alıb. Burada nəzərdə tutulan əsas məsələlər miqrantların geri dönüşünü təmin etmək,insanların ixtisasına uyğun iş yerlərini açmaq,yüksək gəlir təmin etmək,bəzən də vergi güzəştlərini tətbiq etməkdir.Çünki bu yollarla həm beyin axınının həm də yadlaşmanın qarşısı alına,dövlətin xeyrinə bir sıra məsələlər həll edilə bilər.

  65. S2 Maliyyə1
    İlk öncə onu vurğulayım ki,İnkişaf etməkdə olan bir ölkə olaraq,bu mövzu hal-hazırki dövrdə Azərbaycan üçün aktuallıq qazanmağa başlayır və biz cəmiyyət olaraq bu məsələnin üzərinə nə qədər tez düşsək,onun həllinə bir o qədər tez çatarıq.
    Əvvəla qeyd etmək istərdim ki,hər iki tendensiyanın yaranma səbəbi ortaqdır: İntellektuallara cəmiyyət və dövlət qurumları tərəfindən lazımi diqqət və qayğı tam göstərilmir.Dünya təcrübəsinə də baxsaq Forbes’in üzqabığına çıxmış şəxslər hər biri öz ağlı və intellekti sayəsində buna nail olmuşdur və bu digər potensial sahiblərinə böyük bir motivasiya olur.Lakin,təəssüflər olsun ki,eyni vəziyyəti ölkəmizdə tam görə bilmirik.
    Məsələn,Xaricdə təhsil alıb geri qayıtmış gənclərin qazandıqları bilik və təcrübə yerli gənclərə tam aşılana bilmir,hətta bucür şəxslər bəzi hallarda özlərinə uyğun iş belə tapa bilmirlər.Çıxış yolunu isə ya ölkəni tərk etməkdə,ya da «cəmiyyətə yadlaşmaq»da tapırlar.Bunların hər 2-si isə uzunmüddətli dövrdə Azərbaycan üçün çox ağır nəticələnə bilər.
    Fikrimcə,İntellektuallarımıza maddi və mənəvi qayğını artırmaqla hər 2-i problemi birbaşa həll etmək olar.Buna görə də məncə,yaranma səbəbləri eyni olduğundan onların hansının daha təhlükəli olmasını demək çox çətindir.

  66. Öncəliklə qeyd etmək lazımdır ki, müasir dövrün, xüsusən Azərbaycan da daxil olmaqla əksər İEOÖ-in aktual probleminə toxunmusunuz.
    Əvvəla, “beyin axını” məsələsinə aydınlıq gətirək. Azərbaycan gənclərinin xaricə axın dərəcəsi göz önündədir. Və gedənlərin əksəriyyəti orada iş tapıb məskunlaşmağı, yaşamağı planlaşdırır. Belə ki, dövlət müəyyən mənada bunun qarşısını almaq üçün “Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almağa göndərdiyi şəxslərlə müqavilə bağlayır və bu müqaviləyə əsasən, onlar təhsilini başa vurduqdan sonra 5 il müddətində Azərbaycanda yaşamaq məcburiyyətində qalırlar.
    Lakin qeyd etmək lazımdır ki, “Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almağa gedən gənclər “beyin axınının” az bir hissəsidir. Odur ki digər qismi də unutmaq olmaz.
    “İntellektin yadlaşması” məsələsinə gəlincə:
    1. Xaricdə təhsil alan, orada məskunlaşan və həyatını, karyerasını orada quran və ya ölkəyə qayıdıb da, Azərbaycanın bir hissəsi olmaqdansa, getdiyi ölkəyə daha bağlı olan, Azərbaycan reallıqlarını görə bilməyən, onun problemlərinə biganə yanaşan təbəqə mövcuddursa və bunlar bizə yad da olsa, intellektual təbəqədirsə, bu bizim üçün təhlükəli deyilsə, nədir?
    2. Əgər gələcək idarəçilərimiz, iqtisadçılarımız, siyasətçilərimiz indiki gənclər olmalıdırsa və onlar ölkəni tərk etməyi daha üstün tuturlarsa, gələcəkdə böyük boşluqların olacağını praqnazlaşdırmaq heç də çətin deyil. Sözügedən boşluqların doldurulması əlavə xərclər tələb edəcək. Və əgər boşluqları doldurmaq üçün xaricdən kadrlar gətiriləcəksə, bu lazımı effekti çox gec bir zamanda verəcək. Çünki xarici kadrların yerli idarəçiliyə alışması zaman alacaq. Gələn ixtisaslı kadr da əvvəl yaşadığı ölkənin dəyərlərinə uyğun biri olacaq. Yenə qayıdırıq 1-ci bəndə, həmin ixtisaslı kadrlar bizə yad da olsa, intellektual təbəqədirsə, bu bizim üçün təhlükəli deyilsə, nədir?
    Demək istədiyim odur ki, dövlət bu məsələdə çox ciddi addımlar atmalı, düzgün sosial-iqtisadi siyasət yeridərək, “beyin axını”nın qarşısını maximum azaltmalı, lakin eyni zamanda, daha ciddi və təhlükəli problem olan “intellektin yadlaşması”nı minimuma endirməlidir. Və bunun başlanğıcı və düyün nöqtəsi təhsildən keçir deyə düşünürəm.

  67. Mınim fikrimcə intellektualların cəmiyyətə yadlaşması daha böyük problemdir. Çünki ölkədə qalaraq ölkə üçün edə biləcəyini etməmək bəlkə də gələcəkdə daha böyük problemlərə yol açacaq. Hal hazırda intellektualın cəmiyyətə yadlaşmasına səbəb olan nüansları aradan qaldırılmasına çalışılmasa gələcəkdə daha çox intellektualın ölkəni tərk etməsinə səbəb olacaqdır. Yadlaşmış intellekt cəmiyyətdə ola ola cəmiyyətin bir hissəsini olduğunu unudub xaricdəki sosial həyata meyl edir. Fikrimcə Azərbaycanda bu halların aradan qaldırılması üçün geniş tədbirlər görülməlidir. Bunun təməli artıq qoyulmuşdur. Neft kapitalını insan kapitalı ilə əvəzlənməsi. Təhsilin səviyyəsinin artırılması xarici təhsil verənlərin Azərbaycanda fəaliyyət göstərməsinə şərait yaratmaq onların təcrübəsindən yararlanmaq bunlara misal ola bilər. Lakin xarici təhsil verənlər təkcə təhsil vermir həm də öz ideyalarını təhsil alanlara «sırıyırlar». Artıq bu kimi halların da qarşısının alınmasında Azərbaycanda bir sıra addımlar atılıb. Mövzudan kənarlaşmadan qeyd edək ki Azərbaycanda elm sahəsiylə məşğul olanlar əzilməsə, daha firəvan, imkanlı həyat yaşamasına şərait yaradılsa intellektualları cəmiyyətə qazandırmaq olar. Nəticə etibarilə intellektual da öz işi müqabilində bəlli qazanc əldə etməlidir. Mənə görə Azərbaycanda intellektualların işləməsi və yeni nailiyətlər əldə etməsi infrastruktur yaratmaq və xarici təcrübələrdən yararlanmaq lazımdır. Çünki geniş şərait olduqda intellektuallar inkişaf edəcək və hamı üçün demək olar xəyal kimi görsənən Azərbaycanın İT səhəsində də inkişafına da səbəb olacaqdır. Məncə hazırda beyin axınının baş verməsi də cəmiyyətə yadlaşmış intellektuallardan qaynaqlanır.
    Azərbaycanın üzləşdiyi ən böyük beyin axını isə müstəqillik illərinin ilk illərində siyasi iqtisadi qarışıqlıq səbəbi ilə baş vermişdir. Buradan da bir nəticə çıxarmaq olar ki cəmiyyətin bu təbəqəsi baş verən hadisələrə çox həssasdırlar.
    Həm də Azərbaycanda uzun illər boyu bir sahə üzərində ixtisaslaşmış iqtisadiyyatı digər sahələri kölgədə qoydu. Diqqətdən kənar qalmış intellektuallar xaricə gedib fəaliyyətlərini onları qane edən dəyər verilən ölkələrdə davam etdirdilər.
    Azərbaycanda fəaliyyət üçün geniş sahələr yoxdur hələki həm də təhsil səviyyəsinin də aşağı olması da buna səbəbdir.
    Xaricdə olub lakin Azərbaycan adına iş görən intellektuallar isə heç də təhlükə mənbəyi sayılmamalıdır. Çünki onlar Azərbaycançılıq naminə işlər görürlər. Məsələn dizayner Samir Sadıxov- o Ferrari üçün Ferrari Xəzri modelini dizayn etmişdir. Bu model hələki konsepsiya olsa da onun dizayn etdiyi Rezvani Beast modeli artıq Amerikada 165.000 dollara satışdadır. Bu cür beyin axını qaçınılmazdır. Çünki Azərbaycanda bu saəhədə qabaqcıl təhsil, geniş şərait demək olar ki sıfır dərəcəsindədir.

    Bu kimi halların qarşısını almağa Azərbaycanda Azərbaycan Milli Elmlər Akademiyası
    Gənc Alim və Mütəxəssislər Şurası fəaliyyət göstərir. Azərbaycanda gənc alimlər üçün bir sıra xüsusui sosial tədbirlər görülür. Onlar üçün mənzillər tikilib gənc alimlərin istifadəsinə verilib və s.

  68. İntellektualın cəmiyyətə yadlaşmasının və ya beyin axınının daha böyük problem olmasını əsaslandarmadan öncə bu problemin kökündə duran məsələlərə baxaq. İntellektualın cəmiyyətə yadlaşması dedikdə, hər hansı bir fərdin ən birinci halda təhsil və s. səbəblərdən xarici ölkələrə gedərək daha sonra geri dönməməsi, getdiyi ölkəyə uyğunlaşaraq artıq öz cəmiyyətinə kənardan baxması və yaşadığı cəmiyyətdə yetişmiş kimi ona fayda verməyə çalışmasıdır. Yuxarıda da qeyd olunduğu kimi bu halda cəmiyyət də onu eyni cür qəbul edir ki, bunun da nəticəsində şəxs köçdüyü cəmiyyətə də faydalı ola bilmir. İlk baxışdan göründüyü kimi məsələnin kökündə təhsil problemi durur. Əgər hər hansı bir inkişaf etməkdə olan dövlət öz təhsilini istənilən səviyyədə inkişaf etdirərsə, təhsil almaq üçün xaricə üz tutmağa ehtiyac qalmaz və şəxs insanın əsas həyati fikirlərinin formalaşdığı təhsil aldığı illəri kənar cəmiyyətdə keçirməsinin qarşısı alınar. Beləliklə də, illər keçdikcə bu problem bütövlükdə həllini tapa bilər.
    Beyin axını dedikdə,hər hansı bir sahə üzrə ixtisaslaşmış bir mütəxəssisin daha yaxşı həyat şəraiti əldə etmək üçün xaricə üz tutmasıdır. Bu zaman bu şəxs birinci (yuxarıdakı) şəxsdən fərqli olaraq köçdüyü cəmiyyət üçün həmin cəmiyyətə faydalıymış kimi görünür. Bu problemin yaranma səbəbini araşdırsaq, beyin axınına əsas səbəbin bir çox hallarda işsizlik və ya aşağı səviyyədə olan həyat şəraiti olduğunu görərik. Lakin intellektualın cəmiyyətə yadlaşması prosesindən fərqli olaraq, bu prosesin qarşısının alınması təkcə dövlətin öz siyasətindən asılı olmaya da bilər. Burada qeyd olunan iqtisadiyyata makroiqtisadi təsirlərdir.Belə ki, keyfiyyətli təhsil sistemi yaratmaq hər bir dövlətin prioritet məsələsi olsa da, yeni iş yerlərinin açılması, açıla bilməməsi və ya bağlanması iqtisadiyyatda (böhranlı şəraitdə və s.) böyük dəyişikliklər yaradır. Beləliklə, beyin axını probleminin qarşısını almaq daha böyük problemə çevrilir.
    Bir digər misal kimi öz ölkəmizi göstərə bilərik. İntellektuala cəmiyyətimizin də ehtiyacı olduğunu görən dövlət onun yadlaşmasının qarşısını almaq üçün müəyyən tədbirlərə əl ata bilir. Məsələn hər hansı bir tələbənin xaricdə təhsil almaq üçün xərcləri ödəndikdə, onun təhsilini bitirdikdən sonra geri qayıtması və müəyyən müddət öz ölkəmizdə işləməsi təmin və tələb olunur. Həmin müddət ərzində şəxsin «geri qayıtması mümkündü». Beyin axınının qarşısını almaq üçünsə müxtəlif tədbirlər həyata keçirmək olar, lakin bunların hamısı nisbi xarakter daşımış olacaq, yəni əhalinin artımı, intellektual səviyyənin artımı və ya iqtisadi vəziyyətdən asılı olaraq proses yenidən sürətlənə bilər.
    Yuxarıda göstərdiyim səbəblərdən, mənim fikrimcə, beyin axını inkişaf etməkdə olan ölkələr üçün daha böyük problemdir.

  69. Bəşirzadə Emil. Sabah 2 Maliyyə 1
    Məncədə indiki zamanda ən əsas problemlərdən biri «Beyin axını»dır. Beyin axını əsasən üç səbəbdən arzu edilən deyil. Birincisi, ölkə və millətin vəsaitləri hesabına təhsil alıb ölkəyə qayıtmayan yaxud da ölkədən gedən vətəndaşlar, vergi gəlirlərində itkiyə səbəb olmaqdadır. Halbuki çox vaxt ali təhsilli kadrlar vergi ödəyicilərinin sayəsində təhsil almaq imkanı əldə edirlər. İkincisi, müəllimlərin və həkimlərin xarici ölkələrə miqrasiyası cəmiyyətin digər təbəqələrinə mənfi təsir göstərir. Gələcək nəsillərin təhsili bundan mənfi təsirlənir. Üçüncüsü, beyin axını savadlı kadrların başqa işlərə istiqamətlənməsi ilə beyin itkisinə gətirib çıxara bilər. 2008-ci ildə ABŞ-dakı 1936 fəlsəfə doktoru ünvanı olan miqrantdan 38-nin taksi sürücüsü olduğu müşahidə edilmişdir. Bu əsasən, savadlı miqrantların, getdikləri ölkədə dil bilməmələrindən irəli gəlir.
    Beyin axını iqtisadi inkişafın qarşısını alır
    Malaziyada beyin axını səbəbindən orta gəlirli ölkə səviyyəsindən yüksək gəlirli ölkə səviyyəsinə çıxa bilmir. Dünya Bankının statistikası əsasında onu qeyd etmək lazımdır ki, 25 yaşdan yuxarı xaricdə yaşayan 820 min malaziyalının 31 faizi, yaxud da 260 mini ali təhsillidir. Hindistan isə rəqəmsal infrastruktunu kiyafət qədər yüksək səviyyədə inkişaf etdirib, texnologiya parkları təcrübəsini əsas götürərək beyin axınının qarşısını almağa nail olub.»Beyin axını» prosesi təbii ki, Azərbaycandan da yan keçməyib. Azərbaycandan «beyin axını» daha çox Rusiya, Türkiyə və Qərbi Avropa istiqamətində olub. Azərbaycan beyin axınının ən aşağı səviyyədə olduğu ölkədir.
    «Beyin axını» prosesinin iki konsepsiyasının olması barədə fikir səsləndirən tədqiqatçılar onları aşağıdakı ardıcıllıqla sıralayırlar:
    1. Bilik və təcrübənin paylanması, yaxud dəyişdirilməsi (Brain exchange). Bu konsepsiyaya görə, beyin miqrasiyasına qoşulan insanlar öz əmək və qabiliyyətlərini yeni müəssisə və transmilli şirkətlərlə paylaşırlar. Bu zaman öz mütəxəssislərini başqasına «icarəyə» verən transmilli şirkət «beyin axını» ilə üzləşmir.
    2. Brain Waste — beyin itkisi konsepsiyası. Bu zaman prosesə məruz qalan dövlət öz intellektual potensialını tamamilə itirməli olur. Nəticədə isə öz düşünən beyinlərini itirən dövlət sosial-iqtisadi sahədə geriləməyə məruz qalmaqla yanaşı, həyat səviyyəsinin aşağı düşməsi ilə də üz-üzə qalır.

  70. Nərmin İsmayılova Sabah2 Maliyyə1
    1990-cı illərin əvvəllərində Azərbaycanda iqtisadi durum ağırlaşanda həddindən artıq az maaş alan elm adamları xarici ölkələrə axın etdilər. O zaman müxtəlif elm adamları Rusiya, Türkiyə, Ukrayna və Avropanın müxtəlif universitetlərinə üz tutdular. Onların bəziləri 3-4 ildən sonra qayıtsa da, bəziləri orada qalmağa üstünlük verdi.bes bunun səbəbi nə idi SSRİ dönəmində inzibati amirlik hökm sürürdü və bu nəzarət təhsilə də aid idi. Ona görə də, o dövrdə ölkəmizdən çox sayda alimlər çıxmış və dünya texnologiyasında əhəmiyyətli rol oynamışlar. Lakin Sovet Rusiyası parçalandıqdan sonra, Azərbaycan bir çox çətinliklərlə üzləşdi. Bu çətinliklərə təhsili də aid etmək olar ve nəticədə bizim savadlı nümayəndələrimiz xaricə üz tutdular.Hal-hazırda bu çox önəmli məsələ olaraq gündəmdə qalmaqdadır.İEOÖ də beyin axını ölkə iqtisadiyyatına ciddi təsir göstərir. Beyin axını ölkənin iqtisadi tərəqqisini əngəlləyən maneələrdən biridir Məsələn, Malayziyada beyin axını səbəbindən orta gəlirli ölkə səviyyəsindən yüksək gəlirli ölkə səviyyəsinə çıxa bilmir
    Dünyada “istedadları qazanma üzrə yarış” keçirilir ve bu yarışın qalibi heleki meydanda daha güclü görünen İEÖ lerdir.Əgər ölkəmizdə təhsil səviyyəsi yetərincə inkişaf etmiş olsaydı menim fikrimcə tələbələr təhsil almaq üçün xaricə üz tutmazdılar
    Sonda, xaricdə təhsil alan tələbə sayının illər keçdikcə artmasını, Azərbaycan üçün beyin axını məsələsinə aktuallıq qazandıran amil kimi qiymətləndirmək olar. Hərçənd ki, iqtisadi ədəbiyyatda tələbələr beyin axınının subyektləri kimi qəbul edilməsələr də, məzun olub xaricdə yaşamağa davam edən tələbələrin bu təsnifata daxil olacağını xüsusi olaraq qeyd etmək lazımdır
    Burada esas məsələ teləbələrin oxuyub qurtardıqdan sonra xaricde qalması vəya ölkəyə qayıtdıqdan sonra öz ölkəsi üçün yetərincə faydalı olmaması ve öz biliklərindən ölkəsi üçün istifadə etməməsidir .Bu da “intelektualın cəmiyyətə yadlaşma” adlanır.hansının daha neqativ olduğunu muqayisə edəcək olsaq məncə intellektual yadlaşma daha neqativ haldır.Çünki her hansı bir ölkədə xaricdə təhsil alan telebe geri qayıdaraq ölkəsi üçün vacib işlər görə bilər lakin bu halda( intelektual yadlaşma)eger tələbə ölkəsi üçün xeyirli deyilsə bu çox pis bir haldır.
    Nəticə olaraq deyə bilerem ki,eger savadlı şexs ölkəsi üçün fayda gətirmirsəvə ya ölksində baş veren proseslərə heç bir köməklik göstərmirsə təbii ki bu çox vacib məsələdir.

  71. S2 Maliyyə 1
    Muasir dövrün ən böyük problemlərindən biri də «Beyin axını(Brain drain)» problemidir.Bu problem özünü həm inkişaf etmiş həm də inkişaf etməkdə olan ölkələrdə göstərə bilər.Lakin ümumilikdə isə inkişafda olan ölkələrə axın daha çox mənfi təsir göstərir.Əslində Beyin axınının həm müsbət həm də mənfi tərəfləri var.Bəzi mütəxəssislər isə hətta beyin axınının hər iki tərəfə müsbət təsir etdiyini bildirir.Lakin istənilən halda başqa ölkəyə üz tutan kardın ölkəsinə verdiyi ziyan yetəri qədər çoxdur.Daha yaxşı yaşam tərzi üçün ölkəni tərk edən mütəxəssislərə görə hənin ölkəyə ciddi iqtisadi və elmi ziyan dəyir.Belə ki,həmin şəxs ölkənin vəsaitlərindən istifadə etməsinə baxmayaraq sonda xeyiri başqa bir ölkəyə verir.Eləcə də ölkəni tərk edən şəxs vergi də vermir və hətta bu sonra ÜDM’yə təsir göstərmiş olur.Təbii ki bu proses ölkəyə elmi-sosial cəhətdən də zərər vermiş olur.Belə ki,həmin şəxs ölkədə qalıb oranın elmi nəaliyyətlərinə dəstək verə bilərdi.İEOÖ’lərdə bu problem daha da qabarıqdır.Məsələn Azərbaycandan 80-ci illərin sonu və 90-cı illərdən başlayaraq külli miqdarda kadr qonşu ölkələrə üz tutmuşdur.Buna səbəb ölkədəki qeyri-sabit şərait olmuşdur.Oxşar proses SSRİ-nin digər respublikalarında da müşahidə olunmuşdur.Çox təəssüf ki,problem hələ də qalmaqdadır.Və hər il ölkəni külli miqdarda kadr tərk edir.Qonşu ölkələrdə də eyni problem vardır.Belə ki,İranı hər il 150 min təhsilli şəxs tərk edir.Rusiyada isə böhranla əlaqədar olaraq ölkəni tərk edənlərin sayı artır.Lakin bu problemə qarşı mübarizə aparmaq mümkündür.Məsələn texnoparkların salınması,iş yerlərinin salınması problemi az da olsa həll edə bilər.Axını zəiflətmək üçün hətta Çin hökuməti 2010cu ildən professor və tədqiqatçılara 158,5 min dollar dəyərində bonus təqdim edir.Lakin beyin axını eləcə də gedilən ölkədə elmi inkişafa səbəb olur və nəticədə isə bu nəaliyyətlər dünyanın hesabına yazılmış olur.Bu baxımdan beyin axınının müsbət cəhətlərə də sahib olmasını deyə bilərik.Bəlkə də o mütəxəssis öz ölkəsində biliyini nümayiş etdirə bilməyəcəkdi.Məsələn görkəmli alim Lütfizadənin ABŞ-a üz tutması bəlkə də ən doğru seçim oldu.Bundan əlavə isə kadrın cəmiyyətə yadlaşması problemi var.Məncə bu problem daha ciddidir.Çünki bu zaman kardın heç bir ölkəyə xeyri dəymir və dəyirsə də bu xeyir cüzi olur.Mütəxəssis özünə cəmiyyətdə olmalı olduğu yeri tapa bilmir və hətta ixtisasından tam fərqli bir peşəyə sahib olur.Bu problem kadrın yaşadığı ölkəyə ciddi təsir göstərə bilər.Buna görə də yadlaşmanı daha böyük problem hesab edirəm.Lakin hər iki halda seçim mütəxəssisin özündən asılıdır.

  72. Menim fikrimce beyin axını problemi daha böyük problemdir. Düzdür intelektual insanların öz cemiyyetine yadlaşması, öz ölkesinin inkişafı üçün işler görmeye laqeyd qalması da geride qalan problem deyildir, lakin menim fikrimce ölkenin inkişafını temin etmek üçün ixtisaslı kadrların olmağı vacibdir. Beyin axını ise bunu qeyri-mümkün hala çevirir

  73. Sabah2 Maliyyə1, Hüseyn Eyvaz
     Hər iki problem olduqca böyük  problemlərdir, amma mənim fikirimcə  İntellektual Cəmiyyətin Yadlaşması problemi daha ciddi problemdir. Beyin axini problemleri: ölkə və millətin vəsaitləri hesabına təhsil alıb ölkəyə qayıtmayan yaxud da ölkədən gedən vətəndaşlar, vergi gəlirlərində itkiyə səbəb olmaqdadır. Halbuki çox vaxt ali təhsilli kadrlar vergi ödəyicilərinin sayəsində təhsil almaq imkanı əldə edirlər. İkincisi, müəllimlərin və həkimlərin xarici ölkələrə miqrasiyası cəmiyyətin digər təbəqələrinə mənfi təsir göstərir. Gələcək nəsillərin təhsili bundan mənfi təsirlənir. Üçüncüsü, beyin axını savadlı kadrların başqa işlərə istiqamətlənməsi ilə beyin itkisinə gətirib çıxara bilər. 2008-ci ildə ABŞ-dakı 1936 fəlsəfə doktoru ünvanı olan miqrantdan 38-nin taksi sürücüsü olduğu müşahidə edilmişdir. Bu əsasən, savadlı miqrantların, getdikləri ölkədə dil bilməmələrindən irəli gəlir. Beyin axını iqtisadi inkişafın qarşısını alır. Amma bu problemin helli diger probleme nisebeten daha asandir. Beləki, həmin insanlara ölkə daxilində yüksək maaş verərək, ölkədəki təhsil səviyyəsini yüksəldərək, bu problrmin qarşısı az da olsa alına bilər.
     İntellektual Cəmiyyətin yadlaşması problemi çox ciddi problemdir, çünki ölkədən köçüb xaricdə işləyən insanı ölkəyə qaytarmaq olar, amma cəmiyyətde yadlaşmış insanı geri qaytarmaq mümkün deyildir. O, öz ölkəsinin pulunu mənimsəyərək, təhsil aldığı dövlətin probleçlərinə həsr edir. Bu hər tərəfli olaraq ölkə üçün problemdir. Başqa ölkəyə işləməyə getmiş insanın ordan qazanıb ölkəyə gətirdiyi pul da həmçinin yaxşı cəhətdi.

Оставьте ответ

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Перейти к верхней панели