Base

Name

Əli Hacıyev

About myself

“Müəssisənin iqtisadiyyatı” kafedrasının müdiri i.e.n., dosent Hacıyev Əli Vəli oğlu

1949-cu ildə Gürcüstanda anadan olmuşdur.

1970-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun «Sənayenin iqtisadiyyatı» fakultəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra laborant vəzifəsində çalışmışdır.

1974-cü ildə aspiranturanı bitirmiş və həmin ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Elmi şurasında namizədlik (fəlsəfə doktoru) dissertasiyasını müdafiə etmişdir. 1983-cü ildən dosent elmi vəzifəsinin diplomunu almışdır.

1976-1983-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında baş müəllim və kafedra müdiri vəzifələrində işləmişdir. 1983-1987-ci illərdə Azərbaycan Texniki Universitetin «İqtisadi nəzəriyyə» kafedrasında dosent vəzifəsində çalışmışdır.
1987-ci ildən etibarən yenidən UNEC-də fəaliyyətə başlamışdır və müxtəlif dövrlərdə universitetin «Müəssisənin iqtisadiyyatı» kafedrasının dosenti və bu kafedranın müdiri vəzifəsində işləmişdir.
2000-2008-ci illərdə UNEC-in «İstehsal və xidmət sahələrinin iqtisadiyyatı» fakultəsinin dekanı vəzifəsini icra etmişdir.
2009-2014-cü illərdə «Marketinq» kafedrasının müdiri olmuşdur. 100-dən artıq elmi məqaləsi, tədris-metodiki və tərcümə olunmuş tədris vəsaitləri dərc olunmuşdur.

Hazırda «Müəssisənin iqtisadiyyatı» kafedrasının müdiridir.

Education

Others