Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9673, TRY 0.2937, RUB 0.0259, CNY 0.2455, GEL 0.6379, GBP 2.2346, IRR 0.0040, JPY 1.5174, XAU 2084.2170, XAG 24.9400, XPT 1431.4510, XPD 1845.0525
NLP İLƏ UĞUR QAZANAQ:- Gülümsə, hədəf seç, mübarizə apar!
Воскресенье Май 8th, 2016
6
5673465_orig

 

imgresHəyatda hər kəs müəyyən bir mövqeyə çatmaq istəyir və hamının özünəməxsus arzusu, məqsədi olur. Kimisi müəllim, həkim, kimisi rəssam, hüquqşünas və s.olmaq istəyir. Fərqi yoxdur, hansı peşəyə yiyələnmək istəyirsən, önəmli olan seçdiyin peşəyə çatmaq üçün onun uğrunda sağlam mübarizə aparmaqdır. Bizə verilən həyatı yaxşı dəyərləndirib, uğur qazanmaq üçün NLP vasitələrindən faydalana bilərik.

Neyrolinqvistik proqramlaşdırma (NLP) düşünmə, dil və davranış tərzini araşdıraraq, müəyyən məqsədə nail olmaq üsullarını öyrədir. Hər bir davranış bizim düşüncə və mövqeyimizin təsiri nəticəsində formalaşir. NLP həyati düzgün şəkildə dərk etmənin yoludur. NLP insan üçün ugur əldə etməyə imkan yaradir və onun əsas xüsusiyyətlərindən biri də şəraitə görə uygunlaşa bilməsidir.

NLP-nin 4 əsas uğur strategiyalarını aşağıdakı kimi sıralaya bilərik:

1.Nə istədiyinizi bilməlisiniz.

2.Ayıq və fərqində olmalısınız.

3.Elastik olmalısınız.

4.Fəaliyyətə keçməlisiniz….

QuraniKərimdə buyrulur: “Ey iman gətirənlər! Səbirli olun və başqalarını da səbrə sövq edin!”  Bu, nə deməkdir? Səbir etmək hər bir uğurun, müvəffəqiyyətin ilk şərtidir”. Hər hansı bir işin sonunun gözəl və nəticəsinin xeyirli olması üçün ilk əvvəl səbir etmək lazımdır. Başqa sözlə səbr uğurun açarıdır.

Qalib ola bilmək üçün etdiyiniz işi sınamaqdan əsla imtina etməmək lazımdır. Lampanı icad edən Edison, təkrar təkrar sınağın insanı necə müvəffəqiyyətə çatdıra biləcəyinə gözəl bir nümunədir. Uzun davamlı işıqlandırma üçün lampa içərisində istifadə ediləcək dayanıqlı teli tapa bilmək üçün yüzlərlə təcrübə etmişdir:- Ondan niyə imtina etmədiyini soruşduqda «Mən yalnız lampanı işlətməyəcək yüzlərlə yol tapdım. Ən sonunda hədəfimə çatacağam» demişdir.

Yaşanan problemləri həll edə bilmək üçün onlara müsbət yöndən baxa bilməliyik. Bu da zamanla inkişaf etdirilə biləcək bir qabiliyyətdir. Hər sınaqda daha yaxşısını edə bilmək üçün səbrli olmaq şərtdir.

Qalib olanlar imtina etməyənlərdir. İmtina etməyənlər isə etdikləri işə böyük bir ehtiras və inancla bağlananlardır. Başqalarının görə bilmədiyi fürsətləri, əskiklikləri görə bilənlərdir. İş həyatında da bu hər vaxt belə olmuşdur.

Qalib olanlar fürsətlərə və etdikləri işə inananlardır. Sizin də dəyişikliklər etmək istədiyiniz dövrlər olmuşdur. Lakin ətrafınızdakı kimsə sizə inanmamış ola bilər. Çox vaxt ola bilər ki, ətrafınızdakı reaksiyalar üzündən dəyişiklik etməkdən imtina etmisiniz. Amma içinizdə bir yerlərdə hələ etmək istədiyiniz şeyin doğru olduğuna dair bir hiss vardır. Məhz sizi digərlərindən ayıra biləcək kiçik fərq budur. Qalib olan ilə məğlub olanların fərqləri aşağıdakı cədvəldə verilmişdir:

Qalib olanlar Məğlub olanlar
Ağlamaq yerinə işləyər İşləmək yerinə ağlayar
Başını işlədər Çənəsini işlədər
Hər problemə bir çarə tapar Hər çarədə bir problem axtarar
Hər vaxt çarənin bir hissəsidir Hər vaxt problemin bir hissəsidir
Həmişə bir palnı var Həmişə bir bəhanəsi var
Uzaqdı amma yolu bilirəm deyər Yaxındı amma yolu bilmirəm deyər
Çətindi amma mümkündür deyər Mümkündür amma çətindir deyər
Danışmaq yerinə edər Etmək yerinə danışar
Edərəm bir şey öyrənərəm deyər Əgər nəticəsizdirsə heç bir mənası yoxdur deyər

Oxuyaq və müzakirə edək:   İş axtaran bir adam süpürgəçi işləmək üçün dünyanın ən varlı biznesmeni Bill Qeytsin kompyuter texnologiyalarının istehsalı ilə məşğul olan “Microsoft” şirkətinə müraciət edir. O, kadrlar şöbəsinin keçirdiyi bütün sınaqlardan uğurla çıxır və işə qəbul olunur. Rəsmi müqavilənin elektron formasının göndərilməsi üçün kadrlar şöbəsinin işçisi ondan e-mail ünvanını istəyir. Amma həmin şəxs utana-utana: “Mənim e-mailim yoxdur”, – deyə bildirir. Şirkətin əməkdaşı isə buna cavab olaraq: “Bağışlayın, şirkətimizin prinsiplərinə görə e-maili olmayanın özü də mövcud deyil və bu səbəbdən biz sizi işə götürə bilmərik”, – deyir. Bütün ümidləri puç olan adam “Microsoft”u tərk edərək yeni iş yeri axtarmaq üçün küçəyə çıxır. Yolda boş-boş gəzməkdənsə, heç olmazsa evinə pul aparmaq üçün xırda alver etmək qərarına gəlir. Bir marketə girərək cibindəki bütün pula – cəmi 10 dollara (!) – pomidor alır. Qapı-qapı gəzərək iki saat ərzində bütün malını satır və ikiqat xeyir qazanır. Axşama kimi bir neçə dəfə bu yolla alver edir və həmin gün sərmayəsini 80 dollara çıxarır. Pomidor alveri ilə məşğul olaraq, günü-gündən ticarətini genişləndirən qəhrəmanımız 5 ilə ABŞ-ın ən böyük ərzaq tədarük edən şirkətlərindən birinin sahibi olur. Artıq ailəsi, sağlamlığı, təhlükəsizliyi haqqında fikirləşir və həyatını sığortalamaq üçün bir şirkətə müraciət edir. Sığortaçı öz xidmət paketini göndərmək üçün ondan e-mail ünvanını istəyir. Amma qəhrəmanımız yenə də elektron poçtunun olmadığını deyir. Sığortaçı heyrətlə: “Çox maraqlıdır, sizin e-mail ünvanınız olmadığı halda belə nəhəng bir şirkət qura bilmisiniz. Gör indi e-mailiniz olsaydı, nələr etmişdiniz?” – deyə təəccübünü gizlədə bilmir. Amma həmin şəxs əhvalını pozmadan: “E-mailim olsaydı, indi “Microsoft”da süpürgəçi işləyərdim!!!” – deyir.

Məncə:— Uğur qazanmaq istəyən insan ilə uğursuz insan arasında yeganə  fərq düşüncə tərzidir. “Kor bir adamın dünyası onun yalnız toxunma hissiyyatından ibarətdir. Uğurlu bir adamın  dünyası isə xəyalları boyu uzanır. Böyük xəyallarla yaşayanların uğurları da  böyük olur”.

Bəs Sizcə ???


  1. Həmid m.,

    maraqlı yazı üçün təşəkkür edirik. Məqalənizi bir uğur hekyəsi kimi oxuduq.

    NLP-nin hansısa elmi əsası varmı, yoxsa daha çox psixologiya üzərində qurulub özünü inandırmaya əsaslanır?

    — Hörmətlə Sərdar m. Şabanov

    • Hörmətli Sərdar müəllim. Məqaləni oxuyub müsbət qiymətləndirdiyinizə görə Sizə təşəkkür edirəm.NLP 1964 ildə ilk dəfə ABŞ-da Dr Ricard Bandler və Dr Con rinder(dilşünas) tərəfindən elm kimi tanınan uğur və mükəmməliyin texnologiyasıdır. hal-hazırda ABŞ və Avropada 150-dan artıq institut və elmi mərkəzlərdə tətbiq edilir.

  2. Hörmətli Həmid müəllim,

    Maraqlı və məzmunlu məqalə yazdığınız üçün təşəkkür edirik.

    Hörmətlə, M.Ə.Hüseynov

  3. Salam, Həmid müəllim.

    «NLP» mütləq hər insana faydalı ola bilərmi?

    Hörmətlə, M.Ə.Hüseynov

  4. Hörmətli Həmid müəllim, bu məqaləyə görə təşəkkürlər.
    NLP və digər “uğur proqramları” adlı bir çox nəzəriyyələr son zamanlar populyardır. Və bu haqda artıq o qədər danışılır ki, hətta öz effektliyini belə itirməyə başlayıb. Amma pozitiv düşüncənin insan həyatını müsbət tərəfə dəyişməsi gerçəkdir. Necə deyərlər:
    «Ucaldır düşüncə bəşəriyyəti,
    Əlbəttə, bəşərin varsa niyyəti.»

Оставьте ответ

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Перейти к верхней панели