Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9794, TRY 0.3539, RUB 0.0271, CNY 0.2535, GEL 0.6928, GBP 2.2278, IRR 0.0039, JPY 1.5044, XAU 2086.1465, XAG 26.5053, XPT 1389.0020, XPD 1556.0950
Qısaca Brexit layihəsi haqda.
Пятница Ноябрь 11th, 2016
0
images-brexit

 

Hamıya məlumdur ki, Avropa Birliyinin əsası  1951-ci ildə Parisdə Avropa, Kömür və Polad  birliyi müqaviləsi ilə təsis olunub. Baxmayaraq ki, indi birliyin tərkibində 28 dövlət mövcuddur, lakin  təsis olunan zaman müqavilə 6 dövlət arasında imzalanmışdı və xüsusi qeyd etmək lazımdır ki, o dövlətlər arasına İngiltərə daxil deyildi. Müqavilənin adından da görünür ki, müqavilə iqtisadi zəmində imzlanıb. Neçə əsrlərdi ki, siyasi liderlər qan bahasına da olsa birləşdirmək istədikləri məkana silahsız inteqrasiya etməyə başladılar. Bir-biri ilə yaxın olan millətlərin inteqrasiyası üçün obyektiv səbəblər tələb olunurdu.Yüzillərlə planlaşdırılan inteqrasiya ideyasının bazasını yaxın iqtisadi münasibətlər təşkil etdi. Və bu iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinə eytiyac var idi.  Avropada inteqrasiya prosesi mərhələli şəkildə həyata keçirilirdi. Nəticədə bir neçə vacib sazişlər bağlanmışdı. Avropa İqtisadi Birliyinin və  Avropa Atom Enerjisi Birliyini quran Roma Müqavilələri (1957), Vahid Avropa Sənədi (1986) və Maastrixt sazişi (1992) regional birliyin hüqüqi əsasını təşkil etdi.

Diqqətinizi son Maastrixt müqaviləsinə yönəltmək istərdim. Müqavilə 1992-ci il əski holland şəhəri olan Maastritdə on iki avropa dövlətləri arasında imzalanmışdır.Yeni siyasi formasiya bu dövrdən öncə Azad Ticarət Zonası haqda(1958-ci ildə), Gömrük İttifaqı haqda(1987) müqavilələrin varisi olmuşdu.

Mən iqtisadçı kimi daha çox iqtisadi prizmadan yanaşacam və buna da əsas var. Yuxarıda qeyd etdiyim kimi birləşmənin əsasını iqtisadi amil təşkil edir və yaranan siyasi formasiya əsasən iqtisadi prosesləri tənzimləmə xarakteri daşıyır. Maastrit  sazişinin əsas məqsədlərindən biri də iqtisadi-valyuta ittifaqının yaranması idi və Böyük Britaniya bu prosesdən kənarda qaldı. Valyuta siyasətinin tənzimlənməsi üçün maliyyə  resursları Aİ-nın donor dövlətləri üzərinə düşən yükün mühüm hissəni təşkil edir və ingilislər bu problem ilə də özlərini sığortlaladılar.  Qeyd edək ki, Böyük Britaniya məşhur şenqen sazişinin də üzvü olmamışdı.

Göründüyü kimi, Böyük Britaniya digər Aİ dövlətləri kimi inteqrasiya prosesində fəal iştirak etmirdi. Alimlər onu da onla izah edirdilər ki,  kontinental avropa  ilə Ingiltərə arasında fərq çoxdu. Belə ki, Böyük Britaniyanın özünə məxsus dini, idarəçilik və hüquq sistemi(anglosakson idarəçilik hüquq sistemi), və hətda fərqli maliyyə-bank sistemi mövcuddur. Bu səbəbdən alimlər iddia edirlər ki, İngiltərənin digər avropa dövlətləri ilə inteqrasiyası üçün uzun müddət tələb olunur.

Göründüyü kimi İngiltərə bu proseslərdə qismən iştirak edirdi.

Bunun nəticəsi olaraq da təbii ki, ölkəyə mənfi təsiri olacaq, lakin bunun müsbət tərəfləri də mövcuddur.

Misal üçün Böyük Britaniya 2013-cü ildən Aİ  büdcəsinə hər il taxminən 14,5 mlrd evro pul ödəyir və büdcənin “donorlarından” hesab olunur. Lakin Brexitin əlehdarları hesab edirlər ki, azad ticarət zonasından, vahid bazardan əldə olunan gəlirlər bu ödəməni üstələyir. Nəzərə alsaq ki, məbləğin müəyyən hissəsi büdcə vasitəsi ilə  ölkəyə qaytarılır demək ekspertlər yanılmırlar.

Bu halda bir sual yaranır, Brexit –dən sonra İngiltərə Ai münasibətləri hansı şəkildə təşkil olunacaq?

Misal üçün, Norvegiyanın Avropa  İttifaqı ilə münasibətini təhlil etsək görərik ki, Norvegiya qurumun üzvlüyündən imtina etsə də lakin, Aİ-nın asossiativ üzvü olaraq qalmışdır  və azad ticarət zonası müqaviləsinə daxil edilmişdir. Böyük Britaniyanı da həmin aqibət gözləyə bilər. Bu halda Britaniya vahid bazara daxil olub onun üstünlüklərindən istifadə edə biləcək, lakin qurumun maliyyə resurslarından məhrum olunacaq.

Türkiyə təcrübəsi buna oxşardı,belə ki, qardaş dövlət Aİ-nın gömrük ittifaqına və bazarlarına daxil olmaq imkanına malikdir.

Ən pis halda isə İngiltərə Yaponiya, ABŞ və sair dövlətlər kimi  ticarət münasibətləri ÜTT qaydaları çərçivəsində müyyən olunacaq. Bu isə az ehtimal olunur. Avropa qitəsinə Britaniyadan uzaq olan Kanada belə Aİ ilə azad ticarət zonası haqda saziş bağlamışdı.

Son dövrlər dünyada ən çox  müzakirə olunan mövzulardan biri də ABŞ və Aİ arasında Transatlantik azad Ticarət zonasının yaradılmasıdır.Və bu sazişin yaxın vaxtlarda imzalanması gözlənilir.  Belə ki, bu sazişin bağlanması tərəflər arasında əmtəə dövriyyəsinin artımına gətirib çıxaracaq. Digər tərəfdən isə bu sazişin geosiyasi maraqları  mövcuddur. Belə ki,  Çin və şərqi Asiya dövlətlərinin inkişafı müstəvisində bu regiona qarşı tək başına nə Avropanın nə ABŞ davam gətirməyi çətin olacaqdı. Bu səbəbdən də bir çox alimlərin mülahizələrində Aİ, Böyük Britaniya, ABŞ və Kanadanın qlobal iqtisadiyyatında vahid cəbhə şəkilində iştrak edilməsinin şahidi oluruq.

Digər tərəfdən isə ABŞ-ın bəzi şərqi Asiya dövlətləri ilə vahid bazar yaratmaq arzusu göstərir ki, inkişaf etmiş dövlətlərin fəaliyyətləri koordinasiya olunur. Bununla da yeni yaranan geoiqtisadi qüvəlləri inkişaf etmiş ölkələr birgə müqavimət göstərəcəklər və bu  dövlətlərin davranışları heç də xaotik deyil. İlk baxışdan belə görsənsə də bu heç də elə deyil.

Bu baxımdan İngiltərənin regional inteqrasiya proseslərindən uzun müddət kənar qalması reallıqdan uzaqdır.

Sual yaranır bəs bu “Brexit kompanisyasının” məqsədi nədir?

“Brexit kompaniyası” nəticəsində ilk növbədə dolların həm evro həm də funt sterlinqə qarşı məzənnəsinin artmasını müşahidə etdik və bundan sonra dünya iqtisadiyyatında dolların heqimoniyasının bərpa olunması gözlənilir. Daha sonra dünyada dollara tələb artacaq, bir çox dövlətlər rezerv pullarını dollara çevirəcək, dünya valyuta bazarında dollara tələb  çoxalmasının şahidi olacağıq. Fedral Rezerv Sisteminin uçot dərəcəsinin kəskin artırmasına ehtiyac qalmayacaq.

Dollarla neftin qiymətində əks mütənasiblik qanunu hamımıza məlumdur.

Dollara olan kəskin tələbat neftin qiymətinin artması prosesini müyyən dövr saxlaya biləcək.

Bu isə  Rusiyanın və neft dövlətlərinin maraqlarına ziddir. Bir çox ekspertlər Brexit prosesinin Rusiyanın xeyrinə olduğunu iddia edirlər ki, bu isə mənim fikrimcə heç də elə deyil.

Düzdür bir Brexit layihəsi ilə neftin qiymətinə təsir etmək çətin olar. Neftin qiymətinin aşağı enməsinə yönəldilmiş bu tipli vaxt aşırı şayələr buraxılır və süni aksiyalar keçirilir. Məsələn: yanar şist inqilabı haqda, İranın bazara dərhal daxil edilməsi, federal rezerv sisteminin uçot dərəcələrinin dəyişdirilməsi və sair layihələrin şahidi olmuşuq.

Gəlin baxaq Brexit kimə  əlavə mənfəət gətirə bilər?

Bildiyimiz kimi son dövrlər avrozonada iqtisadi artımda ləngimə prosesi müşahidə olunurdu. Bunu biz avropa ekspertlərinin hesabatlarında görə bilərik.

Avro məzənnəsinin müəyyən dərəcədə enməsi iqtisadi artımı stimullaşdıracaqdı. Bunu biz 2000-ci ildə avronun dövriyyəyə buraxılma zamanı şahidi olduq. Belə ki, 2000-ci ildə avro dövriyyəyə  buraxılandan sonra onun məzənnəsi artmağa başladı. Bunu bütün dünyada müsbət hal kimi qəbul etsələr də, lakin bu dövlətlərin ixrac potensialına və iqtisadi artımına mənfi təsir göstərdi.Tam əksinə ABŞ iqtisadiyyatı isə bu hadisədən bir neçə il öncə iqtisadi artım problemi ilə rastlaşmışdı.Və dolların avroya nisbətində düşməsi qısa müddətli dövrdə iqtisadi artıma səbəb oldu.

Göründüyü kimi, İngiltərənin “Brexit kompaniyasının” keçirilməsi Avropa dövlətlərinə, İngiltərəyə, həm də dolların timsalında  Amerika iqtisadiyyatına devidentlər gətirəcəkdi.Nəticədə bu hadisə daha çox süni dezinteqrasiyaya oxşayır.


Оставьте ответ

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Перейти к верхней панели