Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
Ailə təsrrüfatı
Банк и страхование
Международная экономика
Bilik Iqtisadiyyatı
diskurs.az radio unec
Dünya İqtisadi Forumu
Fiskal Siyasət
İnforqrafika
İnnovasiya
ISE Economic Talks
Made in Azerbaijan
Макроэкономический анализ
Финансовые рынки
Marketinq
Milli iqtisadiyyat
Müsahibə
Нефть
Транспорт
Транспорт
Qender
Предпринимательство
Sənaye
Turizm
Налоги и пошлины
Домохозяйства
Экономическое образование
USD 1.7000, EUR 1.9479, TRY 0.3020, RUB 0.0259, CNY 0.2451, GEL 0.6308, GBP 2.2135, IRR 0.0040, JPY 1.5131, XAU 2086.5970, XAG 24.8452, XPT 1411.3910, XPD 1835.2095
TƏDRİSİN KEYFİYYƏTİNİN ARTIRILMASINDA İNTERAKTİV METODLARDAN İSTIFADƏ
Воскресенье Апрель 10th, 2016
3
скачанные файлы

H.İ. Həmidov,

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti

 

XXI əsrin başlanğıcında Azərbaycan təhsil sisteminin yenidən qurulması, modernləşdirilməsi və bu işlərin təşkilində fəal və interaktiv metodlardan istifadə olunmaqla yerinə yetirilməsi prioritet problem hesab edilir. Onların həll olunması üçün yeni pedaqoji araşdırmalara ehtiyac duyulur.

Təhsil sisteminin inkişaf tendensiyası, fəal və interaktiv metodlar sahəsində  novator müəllimlərin iş üsullarına dair toplanmış faydalı təcrübələr, pedaqoji-psixoloji tədqiqatların nəticələri daima sistemləşməli, ümumiləşməli və təlim-tərbiyə prosesinin məzmununun yeniləşdirilməsini tələb edir. Bu problemlərin həlli təhsil sferasına,pedaqoji prosesə fəal və interaktiv metodlar anlayışının elmi əsaslarla gətirilməsini vacib bir problem kimi qarşıya qoyur və bütövlükdə təhsildə texnoloji yanaşmaların tətbiqini aktuallaşdırır.

Təcrübə və müşahidələr sübut edir ki, müasir təlim texnologiyaları  üçün  aşağıdakılar daha səciyyəvidir:

  • Müəllimin özünün fəallığı ilə tələbənin yaradıcı fəallığa cəlb edilməsi;
  • Tələbənin aktiv fəaliyyəti və bu zaman onlara elementar bacarıqların aşılanması;
  • Müəllimin tələbələrlə və tələbələrin bir-biri ilə əməkdaşlığı;
  • Hərəkətli, süjetli, didaktik rollu oyunlardan istifadə, sosial bərabərliyin və psixoloji şəraitin yaradılması;
  • Müəllimin təqdim etdiyi tematik materialın tələbənin yaradıcı təfəkkürünə və milli düşüncə tərzinin formalaşmasına təsir etməsi.

Müasir təlim texnologiyaları tələbələrə aşağıdakı keyfiyyətləri aşılamalıdır:

  • Müstəqil düşünmək, sərbəst fikir söyləmək;
  • Öz təcrübəsini və biliyini təhlil etmək qabiliyyəti;
  • Özünü qiymətləndirmək;
  • Əməkdaşlıq etməyi (başqaları ilə işləməyi bacarmaq, ümumi məqsədə çatmaq üçün işin bölüşdürülməsi);
  • Başqalarını dinləməyi, müxtəlif fikirlərə hörmət etməyi və dözümlü olmağı;
  • Öz fikirlərini arqumentlərlə izah və sübut etmək;
  • Kreativ təfəkkürün inkişafı;
  • Birgə həll yollarını müəyyənləşdirməyi və qərar çıxarmağı.

Müasir təlim texnologiyaları dərsə qədər hazırlıq prosesində müəllimin, dərsdə isə tələbələrin fəallığını tələb edir. Müasir təlim texnologiyalarının köməkliyi ilə təlimin həm təhsilləndirici, həm inkişafetdirici, həm də tərbiyələndirici funksiyaları özünü daha qabarıq şəkildə büruzə verir və təlimin keyfiyyətinin yüksəldilməsinə səbəb olur

Fəal təlim şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur.

Çox vaxt bu anlayışın sinonimi kimi “interaktiv təlim metodları” anlayışından istifadə olunur. Belə ki, “interaktivlik” termini “dialoqu, qarşılıqlı təsiri” bildirir. Bu təlim metodunu ifadə etmək üçün həmçinin “problem – dialoji”, “problemli”, “evristik təlim” anlayışlarından da istifadə olunur.

Fəal (interaktiv) təlim aşağıdakı cəhətlər səciyyəvidir:

  • müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idraki problem situasiyasının yaradılması;
  • problemin həlli prosesində tələbənin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması;
  • tələbələr üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması.

Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim tələbənin yaddaşının təkcə yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən mühüm bacarıq və vərdişlərinin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlib. Bu zaman tələbələr müəllimin rəhbərliyi altında, xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan, ən vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.

Tələbənin mövqeyi – “kəşf edən”, “tədqiqatçı” mövqeyidir; o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən bunları müstəqil tədqiqat prosesində həll edir.

Müəllimin mövqeyi – fasilitator («bələdçi», «aparıcı») mövqeyidir, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki kömək göstərir.

Fəal (interaktiv) təlim metoduna aşağıdakı spesifik xüsusiyyətlər malikdir:

  • Təlimin subyekt- subyekt xarakter daşıması,
  • Tələbənin fəal öyrənmə mövqeyi, təfəkkürün müstəqilliyi və sərbəstliyi;
  • İştirakçıların bütün dərs zamanı fəallığı,
  • Dərsin əvvəlində problemli situasiyanın yaradılması və dərs prosesinin problemin həllinə yönəldilməsi,
  • Düşündürücü və istiqamətləndirici suallar vasitəsi ilə tələbələrin yeni biliklərin müstəqil kəşf edilməsinə yönəldilməsi,
  • Təlimin tədqiqat üsulu vasitəsi ilə keçirilməsi,
  • Dərsin dialoq şəklində aparılması, əks əlaqənin yaradılması,
  • Əməkdaşlıq və qrupda qarşılıqlı fəaliyyət.

Dünyada gedən qloballaşma həyatın bir çox sahələrinə öz təsirini göstərir. Təhsildə aparılan islahat məhz həmin zərurətdən yaranmışdır. Təhsilin keyfiyyətini yüksəltmək, yeni pedaqoji texnologiyaları öyrənib onlardan səmərəli istifadə etmək başlıca vəzifə kimi qarşıda durur.

Yeni pedaqoji təfəkkürün başlıca prinsipləri — demokratikləşmə, humanistləşdirmə, fərdiləşdirmə, diferensiallaşdırma, inteqrasiya, şəxsiyyətin formalaşdırılması və inkişaf etdirilməsini həyata keçirir.

Metod olaraq interaktivlik təlim prosesində müəllim və tələbə arasında işin gedişindən-mövzudan, şərhdən, dialoqdan, rollu oyundan həmin anda meydana çıxan yanaşma, izah, dialoq və s.-dir. Yəni bu tərz əvvəldən planlaşdırılmır, işin-təlim prosesinin gedişi bu məqamı ortaya çıxarır və daha çox tələbənin müstəqilliyi, müdaxiləsi ilə baş verir. Digər tərəfdən, interaktivlik tələbələrin özləri arasında da ola bilər. Əsas cəhət odur ki, bu prosesdə əməkdaşlıq edən öyrənənlər və öyrədən eyni hüquqlu mövqedə dayanırlar. Təbii ki, müəllim öyrədən olaraq bələdçi, fasilitator, məsləhətçi funksiyasını yerinə yetirir: şagirdlərin işlərinə müdaxilə etmədən problemləri qoyur, istiqamət verir, nəzarət edir, axtarış istiqamətlərini hazırlamağa kömək edir, amma təlim tapşırıqları üzərində uşaqlar özləri birlikdə – öz aralarında tədqiqat aparır, diskussiya apararaq işləyirlər.

Fəal (interaktiv) təlim metodunun tədris prosesinə daxil edilməsi tələbələrin passivliyinin aradan qaldırılmasına, lazım olan təffəkkür xüsusiyyətlərinin və yaradıcılığın formalaşdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.

Elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində  kompyuterdə mümkün olan  bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar. «Ağıllı» lövhə, həmçinin kompyuterə qoşulan mikroskop, skaner, pəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə qəbul edə bilir ki, bu da məktəblərdə virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə malikdir.verir, uşaqlar biliklərə yiyələnir, tədris proqramı zərər çəkmir.

 

Ənənəvi dərslərin xüsusiyyətləri İnteraktiv dərslərin xüsusiyyətləri
 1. Diqqət bilik və bacarıqların mənimsənilməsinə yönəlir, tələbənin tərbiyə və inkişafı çox vaxt müəllimin rəhbərliyindən kənar həyata keçirilir. 1.Diqqət ilk növbədə tələbənin şəxsiyyətinin formalaşmasına yönəlir.
 2. Müəllimin əsas funksiyası tələbələrə məlumat çatdırmaq və onun mənimsənilməsi üçün sərait yaratmaqdır. 2. Müəllim ilk növbədə  idrak fəaliyyətinin əlaqələndiricisi, tələbələrin məsləhətçisi və köməkçisi kimi çixiş edir.
3.Müəllim- tələbə münasibətlərində avtoritar üslubun üstünlüyü. 3. Müəllim və  tələbə arasında əməkdaşlıq, məktəbləlilərin dəlillərinə və fəaliyyətinə böyük diqqət.
4. Dərs tədris fənni çərçivəsi ilə ciddi məhdudlaşır. 4.Müasir nəzəriyyə müxtəlif fənlərdən dərs deyən bir neçə müəllim tərəfindən keçirilən fənlərarası dərsləri istisna etmir.
5. İnkişafedici və tərbiyəedici amil kimi, əsasən, təhsilin məzmunu götürülür. 5. Təhsilin məzmunu ilə yanaşı şagirdlərin tərbiyə və inkişafında təlim metodları və təşkilati formalar da mühüm rol oynayır.
6. Dərs demək olar ki, həmişə adi qaydada keçilir. 6. Ənənəvi olaraq digər formaların əlamətləri dərs sayilan və ona qarşı qoyulan bəzi elementləri (məsələn, seminar-dərs,oyun-dərs, yarış-dərs, konfrans-dərs və s.) assimilyasiya edir.
7. Müəllim bütün funksiyaları özündə saxlayır. 7. Müəllimin funksiyalarının bir hissəsinin şagirdlərə verilməsi səciyyəvidir: bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsi (qarşılıqlı və özünüqiymətləndirmə), işin planlaşdırması, tədqiqat və özünü qiymətləndirmə elemetləri.

 

 

 

 

 

 

 

 

 

ƏDƏBİYYAT

  1. M.C. Mərdanov Azərbaycan təhsili islahat yollarında: uğurlar, problemlər, vəzifələr… Bakı, 2001.
  2. M. Mərdanov, A. Mehrabov, T. Qardaşov Təlim-tərbiyə prosesinin və nəticələrinin qiymətləndirilməsi islahatın mühüm amili kimi // Azərbaycan məktəbi, Bakı, 2002, № 1
  3. A. Mehrabov. Təhsilin demokratikləşməsi: problemlər, vəzifələr // Təhsil, mədəniyət və incəsənət, 2001, № 4
  4. Fəal təlim və məktəb rəhbərliyi / “Fəal təlim məktəbləri şəbəkəsinin yaradılması” mövzusunda keçirilmiş seminarın materialları. Bakı, YUNİSEF, 2000.
  5. İ. Sadıqov, R. Mahmudzadə, N. İsayeva. İnformatika: Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün dərslik. Bakı: Bakınəşr, 2010.
  6. Fəal təlim və məktəb rəhbərliyi / “Fəal təlim məktəbləri şəbəkəsinin yaradılması” mövzusunda keçirilmiş seminarın materialları. Bakı, YUNİSEF, 2001.
  7. http://www.informatik.az
  8. http://www.edu.gov.az
  9. http://www.curriculum.org
  10. http://www.kurikulum.az

  1. Hörmətli Həmid müəllim, ilk öncə maraqlı və olduqca aktual məsləyə toxunduğunuz üçün
    Sizə öz təşəkkürümü bildirirəm!

    Ancaq bu istiqamətdə Mən də öz fikirlərimi bu platforma üzərindən Sizlərlə bölüşmək istərdim.
    Belə ki, hesab edirəm ki, ali məktəb təhsilalanlara faktaloji informasiyaları aşılamaq əvəzinə,
    bacarıq formalaşdıracaq vərdişlərə fokuslanmalıdır. Belə olan halda, ali məktəbdə təhsilverənlər,
    müəllim yox instruktor funksiyasından çıxış etməli olacaqdır ki, buda qərb universitetlərində
    sınaqdan çıxmış təcrübədir. Nəticə etibarilə instruktorların üzərinə böyük məsuliyyət düşür və
    heç şübhəsiz onlar yeni təlim texanalogiyarını daim yeniləməli və yeni çağırışlara köklənmələrinin
    fərqində olacaqlar.

    Bu barədə Sizin münasibətinizi öyrənmək maraqlı olardı!!!

    • Hörmətli Seymur müəllim menimlə fikirlərinizi bölüşdüyünüz üçün Sizə təşəkkür edirəm. Çöx düzgün qeyd edirsiniz ki, ali məktəb təhsilalanlara faktaloji informasiyaları aşılamaq əvəzinə,bacarıq formalaşdıracaq vərdişlərə fokuslanmalıdır. Bu vərdişləri formalaşdırmaq üçün interaktiv təlim formalarının rolu olduqca əhəmiyyərlidir. bu formaları tədris prosesində düzgün seçməklə bacarıq formalaşdıracaq vərdişlərə fokuslanmaq mümkündür. Dəyərli fikirləriniz üçün təşəkkür edirəm.

  2. Hörmətli Həmid müəllim, məqalənizi çox diqqətlə və maraqla oxudum. Əvvəla dəyərli fikirlərinizi bizimlə paylaşdığınz üçün sizə öz minnətdarlığımı bildirirəm
    Arzu edirəm ki, əksər müəllimlərimiz bu yazını oxuyub özləri üçün nüəyyən nəticələr çıxarsınlar. Çünki müasir tələbə üçün mühazirələrdə sadəcə dinləyici olmaq maraqsız və cansıxıcıdır. Hələ də aramızda tələbəyə söz haqqı verməyən və suallara birmənalışəkildə qapalı olan müəllimlər qalmaqdadır. Ümid edirəm ki, həmin müəllimlər də bu yazını diqqətlə oxuyacaqlar. İnteraktiv dərslər maraqlı olmaqla yanaşı, tədris olunan materialın mənimsəmə dərəcəsini də yüksəldir. Çoxları elə düşünür ki, interaktiv dərs sadəcə elektron lövhə və ya power point slaydları vasitəsilə keçilən dərslərdir, halbuki mövzu ətrafında dialoqlar, qrup daxilində yaradılmış alt qruplar arasında oyunlar keçirmək də tələbələr tərəfindən olduqca maraqla qarşılanır və həmin mövzu yaddaşlara əbədi olaraq həkk olunur. Fikrimcə, ilk növbədə müəllimlər daima öz üzərlərində işləməli və hər dərsə böyük məsuliyyət və həvəslə hazırlaşaraq girməlidir. Bizim müəllim olaraq ən ümdə məqsədimiz ilk növbədə azad düşüncəyə və nitqə malik güclü şəxsiyyətlər və təbii ki, mütəxəssislər yetişdirməkdir. Bu çətin və məsuliyyətli işdə hamımıza uğurlar.

Оставьте ответ

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Перейти к верхней панели